Azərbaycan nefti – tarixi baxış Mündəricat: səh




Yüklə 1.75 Mb.
səhifə15/18
tarix22.02.2016
ölçüsü1.75 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   18

1897 -ci il. Xəzər dənizində dünyada ilk dəfə iki pərli “Assan Dadaşov” neft gəmisi (tankeri) üzməyə başlayır.
1897 -ci il. Rudolf Dizel sıxılmadan alovlanan kerosin mühərrikini icad etdi.
1897 -ci il. Markus Semuel neft və kerosin satışı ilə məşğul olan xüsusiləşdirilmış “Shell Transport and Trading Company Limited” şirkətini yaradır.
1897 -ci il. Dünyada ən böyük – ildə ötürmə gücü 1 milyon ton, diametri 8 düym (203mm), uzunluğu 829 verst (835 km) və 16 nasos stansiyasından ibarət olan Bakı-Batum kerosin boru kəmərinin tikintisinə başlandı. Boru kəməri layihəsinin müəllifi S.-Peterburq Universitetinin professoru N.L.Şukin (1848-1924-cü illər) idi və o, bununla Azərbaycanda ilk ixrac nəql boru kəmərinin əsasını qoydu.
1898-1899-cu illər. M.Muxtarov Bibiheybətdə bütov bir qazıma avadanlıqları zavodunu işə salır; bu Rusiya imperiyasında neft avadanlıqlarının istehsalı üzrə ilk sənaye müəssisəsi idi.
1899 –cu il. Kern çayında neft yatağının açılması Kern qraflığını Kaliforniya ştatında neftin istehsalının aparıcına çevirmişdir.

1899 -cu il. 10 yanvardan Bakıda qəzet - dərgi “Нефтяное дело” (“Neft işi”) çap olunmağa başlayır. 1920-ci ilin mayından dərgi (məcmuə) “Azərbaycan neft təsərrüfatı” adlanır.
1899 -cu il. Bakı neft mədənlərinin elektrikləşdirilməsinin birinci mərhələsi başa çatır.
1899 -cu il. Qaraçunqulda (Qazaxstan) ilk neft fontanı vurur.

1899 -cu il. Almaniyada yerli istehsalçıları etanol istehsalını artırmağa sövq etmək və benzınin idxalını azaltmaq məqsədilə bu məhsulların qiymətini süni olaraq bərabərləşdirilər.
1900 -cü il. Özbəkistanda dəmiryol mühəndisi F.N.Kovalevski başda olmaqla “Çimion” neft şirkəti təşkil olunur.
1900 -cü il. Beynəlxalq Neft Konqresi Vladimir Markovnikovu Qafqaz və Abşeron neftlərinin kompleks tədqiqatına görə Qızıl medalla təltif edir. Bu tədqiqatlar karbohidrogenlərin yeni sinifinin – naftenlərin kəşf olunması ilə nəticələndi.
1901 -ci il. Almaniyada yerli dildə bakılı neft-kimya alımı R.A.Vişinin “Naftenlər (neftin dövri polimetilenləri) və onların dıgər dövri karbohıdrogen cərgəsində yeri” adlı kitabı dərc olunur. Bu kitab dünyada ilk dəfə naftenlər üzrə tam sistemləşdirilmış elmi əsər idi.
1901 -ci il. Suraxanıda ilk qaz quyusu qazılır.
1901 -ci il. Vilyam Noks D'Arsi İranda konsessiya alır.
1901 -ci il. Texasın Spindltop şəhərində ilk neft fontanı.
1901 -ci il. “Sun”, “Texaco”, “Gulf” (ABŞ) şirkətləri təsis olunur.
1901 -ci il. Bibiheybət buxtasının torpaqla doldurulmasına başlanması.
1901 -ci il. Dekabrın 27-də Semuel Markus (“Şell”) və Henri Deterdinq (Royal/Datç) yeni qrupun “Royal Datç/Şell” şirkətinin yaranması barədə saziş imzaladılar.
1901 -cü il. Rusiya neft hasilatında ABŞ-ı arxada qoyaraq (706,8 mln. pud ~ 11,6 mln. ton) dünyada birinci yerə keçir (bu neftin 667,1 mln. pudu ~ 95% Abşeronda hasil olunur).
1903 -cü il. Müasir aviasiyanın ataları sayılan Rayt qardaşlarının ilk təyyarə uçuşu. Aviasiyanın inkişafının əvvəlində aviasiya benzininə xüsusi tələbat yox idi.
1903 -cü il. İlk dəfə Bakıdan S.-Peterburqa dəmir barjalar vasitəsilə Volqa cayı, qismən göllər və Neva çayı ilə kerosin gətirilir.
1903-cü il. Geoloq - neftçi Dmitri Qolubyatnikov (1866-1933-cü illər) Abşeronun sistemli tədqiqatına və bu rayonda sənaye əhəmiyyətli neft ehtiyatlarının olmağının proqnozlaşdırılmasına başlayır.
1903-1904-cü illər. Emmanuel Nobelin rəhbərliyi altında dünyada ilk böyük dizel tanker-teploxodlar olan “Vandal” və “Sarmat”ın inşa olunurlar. Dünyanın ilk dizel-teploxodu olan “Vandal”ın (1903-cü il) uzunluğu - 74,5 m; yükgötürmə qabiliyyəti - 750 ton və sürəti - saatda 7,4 dəniz milinə ( 1 dəniz mili – 1,852 km-dir) qədər idi. Burada daimi cərəyan generatoru ilə işə düşən qeyri-reversiv üçsilindirli dizellər quraşdırılmışdı.
1904 -ci il. Britaniyanın donanması kömür yanacağından neft yanacağına keçir.
1904 -cü il. Bakıda Emanuel Nobel (1859-1923-cu illər) adına mükafat təsis olunur. Əsas Nobel mükafatının (Alfred Nobel adına) təsis kapitalında “Branobel” şirkətinin iştirak payı 10% təşkil edir.
1904-ci il. ABŞ, Rusiya, müasir Indoneziya, Avstriya, Macarıstan, Rumıniya və Hindistan dünyanın ən böyük neft istehsal edən ölkələri sayılır.
1905 -ci il. Rusiyada inqilab baş qaldırır. Bakıda neft mədənlərində geniş əhatəli yanğın baş verir. Yanğınlar nəticəsində məhsuldar neft quyularının yarıdan çoxu məhv olur.
1905 -ci il. Oklaxomada (ABŞ) iri neft yatağı olan «Qlenn pul» açılır.
1905 -ci il. İlk dəfə dünya təcrübəsində Balaxanıda kompressor stansiyası tətbiq olunur.
1906 -cı il. Bakılı neft kimyaçısı Viktor Gerr (1875-1940-cı illər) ilk dəfə Suraxanı və Bibiheybət neftlərini tədqiq edir və onların tərkibində benzol və onun qomoloqlarını müəyyən edir. V.Gerr 1940-cı ildə Almaniya ilə casusluqda günahlandırılaraq güllələnmişdir.
1906-cı il. Bakıda neft sənayesi fəhlələrinin həmkarlar ittifaqının Nizamnaməsi təsdiq olunur və onun fəaliyyəti başlayır.
1907 -ci il. Dünyada ən iri Bakı-Batum magistral kerosin boru kəməri istismara verilir.
1907 -ci il. Tanınmış geoloq N.Sokolovski Bakıda neft alətləri muzeyinin yaradılmasını təklif edir.
1907 -ci il. Missuri ştatında (ABŞ) ilk avtomobil benzin yanacaq doldurma stansiyası açılır.
1907 -ci il. Britaniya şirkəti “Shell” (40%) və Hollandiya şirkəti “Royal /Dutch” (60%) birləşərək “Royal-Dutch-Shell” şirkətini yaradırlar.
1907 -ci il. ABŞ-da etanol (spirt) və benzinin ilk qiymət savaşı. Texasda neft hasilatına başlandıqdan sonra benzinin qiyməti ücüzlaşaraq bir litri 5 sentə endi, halbuki spirtin bir litri 7 sent təşkil edirdi. Lakin spirti şəkər qamışının tullantılarından almağa başlayandan sonra onun da qiyməti aşağı düşdü.
1908 -ci il. İranda ilk neft yatağı “Məcid-i Süleymani” tapılır.
1908 -ci il. H.Ford özünün məşhur “Model-T” avtomobilini satişa buraxdı. “Model-T” – tarixdə ilk kütləvi avtomobildir ki, benzinlə, etanolla və onların qarışığı ilə işləyə bilərdi. H.Ford etanola keçməklə, həm də iqtisadi məqsədlər də güdürdü: ABŞ-da Vətəndaş müharibəsi zamanı spirtə qoyulmuş yüksək vergilər qüvvədə idi. 1906-ci ildə spirtə olan vergilər kəskin surətdə azaldıldı ki, bu da etanolun qiymətini benzinlə bərabərləşdirdi. Bundan başqa, H.Ford fermer idi və hesab edirdi ki, avtomobil sənayesində spirtin yanacaq kimi işlənməsi kəndlilərə yardım edər. Bir neçə ildən sonra konveyer üsulunu tətbiq etməklə o, ümumi avtomobilləşmə erasını başladı. Bu zamandan neft benzin istehsalında əsas xammala çevrildi.
1908 -ci il. İlk dəfə Nobel qardaşları şirkətinin zavodlarında Çeleken neftindən yüksək keyfiyyətli təbii vazelin hazırlanır.
1909 -cu il. İrandakı “Məcid-i Süleymani” neft yatağının istismarı üçün “İngilis- Fars neft şirkəti” yaranır (1954-cü ildən “British Petroleum”a çevrilir).
1909 -cu il. Bakı neftkimyaçısı V.F.Gerr “Dayaz (ensiz) neft fraksiyalarını azot turşusu ilə oksidləşdirməklə iki əsaslı turşuların (adipinli, qlutqrlı, sirkəli və kəhrəbalı) alinması” elmi işinə görə “Emmanuel” mükafatının (E.Nobel adına Bakı mükafatı) ilk laureatı oldu [«Труды БО ИРТО», 1910, № 3-4, с.10-11].
1909 -cu il. İraqda neft tapılır.
1909 -cu il. Xəzər dənizinin altında yerləşən neft və qazlı layların işlənməsi üçün dünyada ilk dəfə Bibiheybət buxtasının doldurulması ilə bağlı geniş işlər başlanır.
1910 -cu il. Nobel qardaşları şirkətinin neft mədənində Balaxanıda ilk dəfə dartaylama üçün yeni qurğu – Leynveberin aparatı quraşdırılıb fəaliyyət göstərməyə başlayır.
1910 -cu il. Meksikada iri neft yatağı - “Qızıl yol” açılır.
1910-сu il. İxtiraçı Konstantin Moiseyeviç İlqisonisin “Deşik açılması və eyni zamanda quyuların doldurulması üçün aparatın layihəsi” E.Nobel adına Bakı mükafatına təqdim olunur və mükafatın ümumi məbləğindən 300 rubl.verilir, mükafatın özü isə verilmir.
1911 -ci il. Bakıda dağ - mədən mühəndisi Kvitko təzyiq tətbiq edilməklə yeni krekinq qurğusunun sxemini yaradır.

1911 -ci il. Abşeronda (Suraxanıda) ilk dəfə neft sənayeçisi fon Qaber fırlanma (rotor) qazmasını tətbiq etməyə başlayır.
1911 -сi il. “İngilis-fars neft şirkəti” İranda ılk Yaxın Şərq neftini boru kəməri ilə ötürdü.

1911 -ci il. Moskva Universitetinin professoru A.M.Nestyukov və onun assistenti K.L.Malyarov «Neftin doymamış karbohidrogenlərinin formalinlə buxarlanması ilə maye məhsulların alınması və xassələri barədə” elmi işinə görə “Emmanuel” mükafatına (E.Nobel adına Bakı mükafatı) təqdim olundular. Lakin münsiflər heyəti onların işini 300 rubl mükafat verməklə qiymətləndirdi. [«Труды БО ИРТО», 1911, №7].

1911 -ci il. ABŞ-ın Ali Məhkəməsinin qərarı ilə Rokfellerin “Standard Oil Trust” şirkəti bir neçə neft şirkətinə bölünür: “Standard Oil New Jersy” (indi Exxon) , “Standard Oil New York” (Mobil), “Standard Oil California” (Chevron), “Standard Oil Indiana” (Amoco), “Standard Oil Ohio” (BP- American).
1911 -ci il. Ilk dəfə benzinə olan tələbat kerosinə olan tələbatı ötür.

1911 -ci il. Pensilvaniyada (ABŞ) ilk dəfə laya su vurma yolu ilə onun neft verimini artıran üsul tətbiq edilir.
1912-ci il. İngilis-Holland firması “Şell” Xəzər-Qara dəniz Cəmiyyəti “Mazut”un səhmlərinin 80%-ni almaqla Bakı rayonunda iri “Neftsənaye və maliyyə korporasiyası”nı yaratdılar.
1912-сi il. Amerikalı V. Bartondan bir il öncə, mühəndis-kimyaçı S.K.Kvitkoya “Yüksək hərarətin təsirindən mazutun təzyiq altında və ya onsuz hissələrə parçalanması ilə benzinin alınması” ixtirasına görə patent verildi.
1913-cü il. Neft emalında benzinin çıxışını 30-35% artıran krekinq prosesi patentləşdirilir.

1913 -cü il. Bakıda “Murtuza Muxtarov” neft səhmdar cəmiyyəti yaranır.
1913-cü il. Neft geologiyasının əsasını qoyan İvan Qubkin (1871-1939-cu illər) Bakıda Abşeronun geoloji tədqiqatlarına başlayır.
1913-cü il. Almaniyada L.Qurviçin bütün dünyada məşhur olan “Neft emalının elmi əsasları” əsəri alman dilində nəşr olunub (rus nəşri isə 1921-ci ildə Bakıda çıxıb) və indiyədək də neft kimyaçıları və texnoloqları üçün qiymətli tədris vəsaitidir.
1914 -cü il. Professor M.M.Tixvinski sıxılmış qazın köməyilə quyulardan neft çıxarma üsulunu (qazlift) ixtira edir. Bu üsul ilk dəfə “Nobel qardaşları” şirkətinin Bakı mədənlərində tətbiq olunur. ABŞ-da bu üsul yalnız 1924-cü ildən tətbiq edilmişdir.
1914-cü il. Əsasən Azərbaycan neft sənayesinə xıdmət edən H.Z.Tağıyevin və M.Nağıyevin iştirakı ilə “Tacir bankı” yaradılır.

1914 -cü il. Dağ mühəndisi S.Q. İsaakov “Əl ilə idarə olunan dartaylama barabanı və jelonkanın dartaylama çarxına dartılmasının qarşısını alan alət” elmi-konstruktor işinə görə “emmanuel” mükafatının (E.Nobel adına Bakı mükafatı) sonuncu laureatı oldu [«Труды БО ИРТО», 1914, №2].
1914 -cü il. Böyük Britaniya hökuməti “Ingilis - fars neft şirkəti”nin ( indiki “Britiş Petrolium”) 51%-ni əldə edir.
1914-1918-ci illər. I Dünya Müharibəsi. İlk dəfə müharibə neft yataqlarına da nəzarət etmək imkanı əldə etmək üçün aparılır. I Dünya Müharibəsi dövründə dünyanın çox ölkəsində avtomobil yanacağı qismində benzinlə yanaşı etanolda işlədilirdi.

1915 -ci il. Viktor Gerr Bakı neftindən toluol əldə edilməsi haqqında məruzə edir.

1915 -ci il. Dünyada ilk dəfə professor Nikolay Zelinski müəyyən edir ki, krekinq zamanı katalizator kimi metal oksidlərdən (titan, alüminium, sink) başqa, floridindən və Baxçasaray gilindən istifadə etmək olar. Bu katalitik krekinqin inkişafınin əsasını təşkil etdi və amerikalı Qudrini 20 il qabaqladı.
1915 -ci il. Ramanı neft mədənlərində quyulara ilk dərinlik nasosları endirilir.

1916 -cı il. Ramanı neft mədənlərində ilk dəfə qazlift sınaqdan keçirilir.
1917 -ci il. Rusiyada inqilab. Monarxiyanın çökməsi. Bolşeviklərin hakimiyyəti ələ keçirməsi.
1918 -ci il. Sovet Rusiyası dünyada ilk dəfə neft yataqlarını milliləşdirir. Mayın 10-da V.İ.Leninin təşəbbüsü ilə RSFSR Xalq Komissarları Soveti Bakı neft sənayesinin milliləşdirilməsi barədə qərar qəbul edir. Bakıda isə bolşeviklər hakimiyyəti ələ keçirirlər və neft sənayesini milliləşdirirlər.
1918 -ci il. May ayinin 28-də müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Demokratik Respublikasının yaradıldığı elan olunur.
1918 -ci il. Azərbaycan hökumətinin 6 oktyabr fərmanı ilə bolşeviklərin neft sənayesinin milliləşdirilməsi barədə qərarı ləğv olunur və alınmış bütün əmlak əvvəlki sahiblərinə qaytarılır.
1920 -ci il. Aprelin 28-də Azərbaycan Demokratik Respublikasının süqutu və sovet hakimiyyətinin qurulması.
1920 -ci il. Azərbaycan İnqilab Komitəsinin 24 may tarixli dekretinə əsasən Azərbaycan neft sənayesi milliləşdirildi. Sovet hökumətinin fərmanı ilə dövlətə məxsus Azərbaycan Neft Komitəsi “Azneftkom” yaradılır və Aleksandr Pavloviç Serebrovski Moskvanın 17 aprel tarixində verdiyi mandatla bu sahəyə rəhbər təyin olunur.
1920 -ci il. Aprel ayında San-Remoda (İtaliya) İngiltərə və Fransa arasında, planetin şərq yarımkürəsində yerləşən əsas neft yataqları uğrunda rəqabətdə ABŞ-ın dünya ağalığına qarşı yönəlmiş konvensiya (beynəlxalq saziş) bağlandı.
1920 -ci il. Bolşevik hökuməti tərəfindən Sovet Rusiyasında, o cümlədən sovet Azərbaycanında neft sənayesinin mılliləşdirilməsinə etiraz olaraq qərb dövlətləri sovet neftinin alınmasına boykot elan etdilər.
1920 -ci il. Bakıda Politexnik məktəbi-institutu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) yaradılır. Bu Avropa və Asiyada neft sənayesinin bütün sahələri üzrə mühəndislər hazırlayan ilk institut olur.
1920 -ci il. Sənaye məktəbi bazasında (1898) Moskva kimyəvi və texnoloji institutu təşkil olunur.
1920 -ci il. Moskvada “Neft və şist təsərrüfatı” adlı jurnal (məcmuə) yaradılır (1925 – ci ildən “Neft təsərrüfatı” adlanır).
1920 -ci il. Moskva Dağ-mədən Akademiyasının (MDA) neft işi kafedrasında mühəndis neftçilərin hazırlanması başlanır.
1920 -1922-ci illər. ABŞ - da və Avropanın əksər ölkələrində benzin və spirtin qarışığı olan - Koolmotor, Benzalcool, Moltaco, Lattybentyl, Natelite, Alcool, Agrol adlı yanacaqlar satılır. Fransa öz şikətlərini neft idxalının 10% həcmində spirt almağa məcbur edir. Buna səbəb çıxarıla bilən neft ehtiyatlarının yalnız 25 ilə çatacağı barədə yayılan məlumatlardan döğan qorxu idi. Spirtə benzini əvəz edə biləcək bir yanacaq kimi baxılırdı.
1921 -сi il. Azərbaycan Neft Komitəsi “Azneftkom” sentyabrın 1-də “Azərneft”-Azərbaycan Dövlət Neft Sənayesi Birliyi (“Trest”) ilə əvəz olunur və A.P.Serebrovski yenidən bu sahəyə rəhbər təyin olunur.
1922 -ci il. Apreldə keçirilən Genuya (İtaliya) konfransı İngiltərə və ABŞ arasında sovet (Qafqaz) nefti ilə əlaqədar mübarizənin gərginləşməsinin başlanğıcını qoydu və konfrans ABŞ və Fransa (Belçika ilə birgə) tərəfindən pozuldu.
1922 -ci il. İyunda keçirilən Haaqa (Hollandiya) konfransına paralel olaraq Fransa-Belçika Sindikatı (Rusiyada konsessiyası olan neft cəmiyyətlərini qorumaq üçün yaradılmışdı) və “ Royal- Dutch- Shell” müzakirələr aparırdı. ABŞ –ın işə qarışması nəticəsində tərəflər istənilən nəticəni əldə edə bilmədilər.
1922 -ci il. Parisdə “ Royal- Dutch- Shell” şirkətinin təşəbbüsü və Fransa-Belçika Sindikatı, “Standard -Oil” və rus qruplarının iştirakı ilə qafqaz nefti ilə bağlı konfrans çağrılır.
1922 -ci il. Venesuelada Los Barroso neft yatağı tapılır.
1923 -cü il. İlk dəfə Bakı maşınqayırma zavodlarında qazma baltalarının termik işlənməsi həyata keçirilir.
1923 -cü il. Bakılı mühəndis Matvey Kapelyuşnikov (1886-1959) dünyada ilk dəfə reduktor ilə bir pilləli turbobur hazırlayıb sınaqdan keçirir.
1923 -cü il. ABŞ-da da neftçilər etanoldan istifadə edirlər: amerika şirkəti “Standard Oil” ilk olaraq yanacağın oktan ədədini artırmaq və mühərrikin ışıni yaxşılaşdırmaq üçün etanolu benzinə qatmağa başladılar. Adətən bu məqsəd üçün benzinə 6-12% spirt qatılırdı.
1923 -cü il. Kamçatkaya neft axtarışına Geoloji Komitənin Uzaq Şərq bölməsi tərəfindən P.İ. Polevoyun rəhbərliyi ilə ilk ekspedisiya göndərilir.
1924 -cü il. Ilyiç adına (1991-ci ildən “Bayil limanı”) buxtada dünyada ilk ada tipli ağac payalarda qurulmuş 71 (61) nömrəli quyudan sənaye əhəmiyyətli dəniz nefti alınmışdır.
1924 -cü il. M. Kapelyuşnikovun yeni quyudibi reduktorlu turboburu ilə Suraxanıda dünyada ilk dəfə 600 m dərinliyinədək neft quyusu qazılmışdır.
1924 -cü il. “Azərneft” birliyi yaradılır.
1924 -cü il. Böyük siyasətdə ilk neft qalmaqalı. ABŞ prezidenti Uorren Hardinq Daxili İşlər Naziri Albert Folla neft ehtiyatlarına nəzarəti tapşırmışdır. A. Foll “Tea pot dome” adlı strateji neft anbarında işlərin vəziyyətinə nəzarət etməli idi. Hərbi Dəniz Qüvvələrinin (HDQ) təchizatçılarının seçilməsi ondan asılı idi. Dövlət sifarişlərındə maraqlı olan neft şirkətləri bu hökümət qulluqçusunu ələ ala bilmişdilər. Yoxlama göstərdi ki, A. Foll nəinki rüşvət alır, həm də ən pis keyfiyyətli neft məhsullarını ən yüksək qiymətə alırdı. Prezident U. Hardinqə qarşı araşdırma aparılmışdı, amma U. Hardinq araşdırma bitənəcən artıq vəfat etdi. Onun həqiqi rolu bu neft qalmaqalında örtülü qaldı. A. Foll həbs edilir. Ona rüşvət verən neft baronları isə məhkəmə tərəfindən bəraət qazanırlar. Qalmaqal neftin qiymətinə təsir etmədi.
1924- cü il. Suraxanı mədənlərində ilk dəfə neft hasilatında qazlift üsulu həyata keçirilib.
1924 -ci il. MDA-da neft sənayesi üçün sovet mühəndislərinin ilk buraxılışı.
1925 -ci il.Avropanın əksər dövlətləri enerji şirkətlərini benzin və etanolu qarışdırmağa məcbur edən qanun qəbul edirlər.
1925 -ci il. Bakılı mühəndis, professor М.М. Skvorsov ilk dəfə baltanın quyu ağzına verilməsini avtomatlaşdıran alətin – “avtomat qazmaçı”nın konstruksiyasını yaratmış və Suraxanıda sınaqdan keçirmişdir.

1925-ci il. Moskvada Dövlət Neft Tədqiqat İnstitutu təşkil olunur.
1926 -cı il. SSRİ-də ilk dəfə Balaxanı, Suraxanı və Sabunçu rayonları ilə Bakını bağlayan elektrik dəmir yolu fəaliyyətə başlayir.


1926 -сı il. Suraxanıda dərinlik nasosları istehsal edən maşinqayırma zavodu işə salındı.

1926 -ci il. Gələcəkdə dünya neft ehtiyatlarının tükənməsi haqqında ilk proqnoz meydana çıxır.
1927-ci il. Konrad Şlümberje quyuların laylarının fiziki-kimyəvi xassələrinin öyrənilməsi və gövdəsində baş verən fiziki təsirlərin ölçülməsi üçün elektrik karotajı üsulunu kəşf etdi.

1927-ci il. Bakıda qazma prosesinə yeni texnologiya daxil edilir: Dövrlərin sayını dəqiqliklə nizamlayan elektro-qurğular geniş tətbiq olunur.
1927 -ci il. “Leytenant Şmidt” (indiki Səttarxan) adına zavodda güclü elektrik marten sobası istifadəyə verildi.
1928 -ci il. V.Q. Şuxovun ixtirası olan erlift (kompessorla sıxılmış hava) üsulu ilə neft hasilatı geniş şəkildə tətbiq olunur.
1928 -ci il. Bakıda neftayırma zavodunda V.L.Qurviçin layihəsi əsasında yerli istehsal olan güclü vakuum borucuqlu qurğu inşa edilmışdır.
1928 -ci il. Dünyada neft hasilatı tələbatı üstələyir. Böyük neft şirkətlərinin prezidentləri Ахнакарри Каслda (Şotlandiyada qəsr -1655-ci ildə tikilmişdir) neftin qiymətlərini sabitləşdirmək məqsədilə bir siyasət hazırlanması üzrə (status-kvo) birgə müşavirə keçirir.
1928 -ci il. Fransada “Neft haqqinda” qanun qüvvəyə minir.
1928 -ci il. “Azərbaycan dövlət neft emalı üzrə elmi-tədqiqat institutu” təsis edilib. 1959-cu ildən Azərbaycan EA-nın Neft-kimya Prosesləri İnstitutu adlanır.
1928 -ci il. İraqla “Türkiyə Neft Şirkəti” barədə danışıqlar başa çatir və “Qırmızı xətt” adlı sazişin imzalanması ilə nəticələnir.
1928 -ci il. Qroznı neft elmi- tədqiqat institutu yaranır.

1929-cu il. SSRİ-də ilk dəfə Suraxanı mədənlərində neft- mədən kəşfiyyatında elektro- karotaj üsulu tətbiq olunur. Bu üsul neft işini xeyli irəli çəkir.
1929 -cu il. V.V.Kuybışev adına Azərbaycan Neft Tədqiqat İnstitutu təsis edilir ( 1970-ci ildən Azərbaycan Dövlət Neft Sənayesinin Elmi Tədqiqat və Layihə İnstitutunun, 2009-cu ildən - ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” institutunun tərkibindədir).
1929 -cu il. Bakıda Texniki təhlükəsizlik elmi-tədqiqat institutu yaradılmışdır. Bu institut sonralar neft sənayesində texniki təhlükəsizlik üzrə Ümumittifaq mərkəzinə çevrilmişdir (hal-hazırda respublikanın FHN - nin strukturuna daxil edilmışdır).

1929-34 -cü illər. V. Şuxov, M. Kopelyuşnikov və Fətullabəy Rüstəmbəyov Bakıda boru şəkilli krekinq qurğusunu ixtira edir və tikdirirlər (1932-ci il.). Bu qurğuda həyata keçirilən proses neft işi tarixinə “sovet krekinqi” adı altında daxil olub və neftin dərin emalının inkişafında və təcrübə toplanılmasında, xüsusən yüksəkoktanlı təyyarə benzininin və yüksəkrayihəli benzinlərin alınmasında müsbət rol oynamışdır.
1930 -cu il. Şərqi Texasda (ABŞ) mühüm “Cayner ata” yatağının tapılması yenidən istehsalin artmasına və neftin qiymətinin enməsinə səbəb olur.
1930-cu il. Bakıda fəaliyyət göstərən kiçik neftayırma və neft təmizləyici zavodların bazasında Stalin adına neftayırma zavodu yaradılıb (indiki “Azərneftyağ” Neft Emalı Zavodu).

1930 -cu il. Bakıda Bibiheybət yatağında su altında ilk dəfə Şlümberje avadanlığı ilə geofiziki tədqiqatlar aparılır.
1930-cu il. Şlümberje şirkətindən olan fransız geofizikləri Suraxanıda yerləşən neft yataqlarında elektrik kəşfiyyat üsulunu həyata keçirir.

1930 -cu il. Azərbaycan mədənlərində elektro karotaj və qazmanın əyriliyinin ölçülməsi üçün alətlər geniş şəkildə tətbiq olunur.
1930 -cu il. Moskva Dağ-Mədən Akademiyası (MDA) əsasında altı ali məktəb, o cümlədən Qubkin adına Moskva Neft Institutu təşkil olunur.
1931 –cu il. Uzunluğu 822,1 километр, diametri 10", illik ötürmə qabiliyyəti 150 milyon pud (2,44 milyon ton) olan Bakı- Batum neft kəmərinin tikintisi başa çatdırılır.
1931 -ci il. Azərbaycan Elmi-Tədqiqat və Layihə Neft Maşınqayırma institutu yaranır.
1931 -ci il. Neft geoloji və kəşfiyyat institutu Leninqraddan Moskvaya keçirilir.
1931 –ci il. Batum neftayırma zavodunun tikintisi başa çatdırılır. Bu zavod onda “Azneftzavodlar” trestinin tərkibinə daxil idi.
1932 -ci il. Bəhreyndə neft yataqları kəşf olunur.

1932 -ci il. Bakıda suraxanı parafinli neftindən aviasiya yağlarının alınması üzrə Caparidze adına güclü zavod istismara verilmışdir. Bu zavod ABŞ-ın neftayırma zavodlarından geri qalmırdı və öz tipinə görə Avropada ilk belə zavod idi.

1932 -ci il. Bakıda R.İ.Şişenko və B.D.Baklanov tərəfindən qazıma məhlullarının müntəzəm hərəkətinin hidrodinamik nəzəriyyəsi yaradıldı.
1932 -ci il. İran şahı Məhəmməd Rza Pəhləvi “İngilis-İran neft şirkətinin” konsessiyalarını ləğv edir.
1932-ci il. Benzinin istehsalı və tətbiqi üzrə Birinci Ümumittifaq Konfransı keçirilir.
1932 -ci il. İ.M. Qubkinin “Neft elmi” adlı kitabı işıq üzü görür.
1932 -ci il. “Azərneft” birliyi tərəfindən geologiya, qazıma, istismar və neftayırma sahələrini əhatə edən neft sənayesi muzeyi yaratmaq barədə ilk təşəbbüs olmuşdur.
1932 -ci il. Moskva neft institutu yaradılır. İndi İ.M. Qubkin adına Dövlət Neft və Qaz Akademiyasıdır.
1933 -cü il. SSRİ-də ilk dəfə olaraq, Bakıda İlyiç buxtasında rotor üsulu ilə ilk maili quyu qazılır.
1933 -cü il. Bakıda ilk dəfə quyuların əyriliyini və əyrilik azimutunu ölçmək üçün Şlümberjenin inklinometrindən istifadə olunur.
1   ...   10   11   12   13   14   15   16   17   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə