Azərbaycan nefti – tarixi baxış Mündəricat: səh




Yüklə 1.75 Mb.
səhifə14/18
tarix22.02.2016
ölçüsü1.75 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   18

1863 -cü il. Bakılı mexanik Cavad Məlikov xam neftdən kerosini əldə etmək üçün Bakıda müasir neft ayırma zavodunun layihəsini hazırlayaraq tikir.
1863 - cü il. Mendeleyev ilk dəfə M. Kokorevin zavodunda işləmək üçün Bakıya gəlir.
1864 -cü il. Akademik H. Abix Abşeronun ilk geoloji xəritəsini 1: 42 000 miqyasında tərtib edir.

1864 -cü il. Kudako çayının vadisində (Krasnodar) istefaya çıxmış olan süvari polkovniki A.N.Novosiltsev quyu qazıntısına başlayır. Həmin quyudan Rusiya ərazisində ilk dəfə neft fontan vurmuşdur.
1865-ci il. Moskvada keçirilən toxuculuq məmulatı sərgisində Suraxanıda yerləşən Bakı zavodunda neftin ayırması zamanı əldə edilən “fotonaftil” adlı yeni işıqlandırıcı materialının təqdimatına görə böyük gümüş medal verilmişdir.

1865 -ci il. Mühəndis İvanitski quyudan nefti çıxarmaq məqsədilə dərinlik nasosunu ixtira edir.
1865-ci il. ABŞ-da Pensilvaniya ştatında uzunluğu 6 km, ötürmə qabiliyyəti gün ərzində 2500 barel (təqribən 400 t.) olan ilk neft boru kəməri inşa olunur. O, neft sahibkarı Semuel Van Sikel tərəfindən tikilmişdi və Qyl - Krik neft quyularını Miller Farm Steyşn dəmir yolu ilə birləşdirirdi.
1865 -ci il. Moskvada birinci qaz zavodu tikilir.
1865 -ci il. Moskva küçələrinin axşamlar neft işığı ilə işıqlandırmasına başlanılır.
1865-1870-ci illər. ABŞ-da neftin qiymətlərinin enib-qalxma dövrü. “Standard Oil” şirkəti sənayenin əsas strateji seqmentlərini ələ keçirir (nəqliyyat, neft emalı) və bununla belə bazarın nisbətən sabitləşməsinə nail olur.
1866-cı il. Ştanq və buraz qazması üçün “Samopad” adlı özü düşən alət yaradılmışdır.
1866 -cı il. Neftin saxlanması, uçotu və buraxılması üçün Böyük Şor gölü rayonunda birinci çən (rezervuar) tikilir.
1866 – cı il. Ventura qraflığında Salfer dağında dəmir yol sahibkarı Leland Stenfordun qardaşları tərəfindən qazılmış tunelə neft yığılır, elə həmin ildə bu texnologiya Fransanın Peçelbronn neft şaxtasında tətbiq olunur.

1866 -cı il. Kaliforniyada Salfer dağında neft çıxan yerin yaxınlığında Ocayda ilk buxar qazma qurğusu neft quyusu qazır.
1867 -ci il. Bakıda ilk dəfə olaraq mexanik Veyzer neft qalıqlarını ocaq qəfəsində yandıraraq istifadə edir.
1868 -ci il. Uxta çayın sahəsində M.Sidorov ilk neft quyusunun əsasını qoyur.

1870 -ci il. Kubanın (Rusiya) neft yataqlarının tədqiqatı başlanır.

1870 -ci il. Kerçdə N.A. Soxanski tərəfindən Kerç nefti və Bakı neft qalıqlarından sürtgü yağlarının istehsalı üçün zavod tikilir.
1870-ci il. S.-Peterburqda keçirilən Ümümrusiya toxuculuq sərgisində Suraxanıda yerləşən Kokorev və Quboninin Bakı zavodunun fəaliyyəti “Qafqaz neftindən keyfiyyətli işıqlandırıcı yağların hazırlanmasına görə...” “S.-Peterburq 1870 sərgisi” mükafatı ilə qeyd olunmuşdur.
1870-ci il. Parisdə kimyaçı Sent Klev Devil Bakı neftinin fiziki və kimyəvi kəşfiyyatının ilk ciddi tədqiqtlarından birini keçirir, onun elementar və fraksion tərkiblərini, istilik keçmə qabiliyyətini və genişlənmə əmsalını müəyyən edir.
1870-ci il. Con Rokfeller “Standart Oil” şirkətinin əsasını qoyur. 1-ci neft inhisarçı şirkəti yaranır.(Yaranan zaman ABŞ-ın neft hasilatının 10% nəzarət edir, 2 ildən sonra – 24%, 5 ildən sonra 90%. Sonradan “Standart Oil” şirkətinin siyasəti ABŞ-da dünyada ilk antiinhisar qanunvericiliyinin qəbul edilməsinə gətirib çıxarır. 1911-ci ildə neft sənayesində inhisara son qoymaq məqsədi ilə ABŞ-ın Ali Məhkəməsinin qərarı ilə “Standart Oil” şirkəti 39 kiçik hissəyə bölünür). “Standard Oil” şirkəti sənayenin əsas strateji seqmentlərini ələ keçirir (nəqliyyat, neft emalı) və bununla bazarın nisbətən sabitləşməsinə nail olur.
1870-80-ci il. Vladimir Markovnikov (1837-1904) yeni növ karbohidrogenin-naftenlərin açılması ilə nəticələnən Qafqaz və Abşeron neftlərinin tətqiqatı üzrə mühüm işlər aparılır. 1900-cü ildə bu tədqiqatlarına görə Beynəlxalq Neft Konqresi V.Markovnikova qızıl medal vermişdir.
1871 -ci il. İlk neft birjasının açılması (ABŞ, Pensilvaniya).
1872 -ci il. «Саус импрувмент компани» neft regionunda “dava”ya başlayır. C.Rokfeller “Bizim plan” adlı inhisarçı siyasətini hərəkətə gətirir.
1872 -ci il. Fevralda Bakı neft rayonunda və ümumən Rusiya ərazisində iltizam sisteminə son qoyan “Neft çıxarılması və fotogen istehsalından aksiz vergisi barədə Qaydalar” haqqında fərman elan olunur.
1872 -ci il. Fevralda 48 sahədə yerləşən Abşeronun bütün neftli torpaqları siyahıya alınır (hər sahə 10 desyatin olmaqla): 15 sahə- Balaxanı, 2 sahə - Bibiheybət, 2 sahə - Binəqədi ərazisində, qalanları isə Bilgə, Xırdalan, Suraxanı və digər yerlərdə.
1872 -ci il. “Hacı Zeynalabdin Tağıyev” adına neft və ticarət şirkətinin yaranması.
1872 -ci il. Balaxanıda, Sabunçuda, Ramanıda və Bibiheybətdə ilk neft mədənlərinin yaranması.
1872 -ci il. Dekabrda Bakıda fərdi şəxslərə neftli sahələrin və mədənlərin satılması üzrə ilk müzayidə (auksion) keçirilir.
1872-1873-cü illər. Dünyada ilk dəfə olaraq Xəzər dənizində ağac кərəçilərin (barjaların) köməyi ilə çənlərdə (sisternalarda) Bakıdan Həştərxana neft və neft məhsulları daşınmışdır.
1873 -cü il. Bakılı mühəndis A.Təbrizov neftin fasiləsiz emalı prosesini işləyib hazırlamışdır.
1873 -cü il. Abşeronda kütləvi şəkildə quyuların burla qazılmasına başlanılır və kankanla quyu qazılmasından imtina edilir.
1873 -cü il. Həştərxanlı tacirlər -Nikolay və Dmitri Artemyev qardaşları ilk dəfə maye daşıyan yelkənli gəmilərlə neftin Bakıdan Həştərxana daşınmasını təşkil edirlər.
1873 -cü il. Bakıda ilk dəfə neft mədənlərində buxarla hərəkətə gətirilən mühərriklər tətbiq olunur.
1873 -cü il. Robert Nobelin Abşerona ilk gəlişi.

1874-cü il. V.Kokorev və P.Qubonin tərəfindən ilk səhmdar şirkətinin - “Bakı Neft Cəmiyyəti”nin əsası qoyulub.

1875-ci il. ABŞ-da ilk dəfə Kaliforniyada Piko kanyonunda Los-Anjelos qraflığında kommersiya əhəmiyyətli neft yatağı açılır.
1875 -ci il. Bakıda neft işində Nobel qardaşları: Robert (1829-1896), Lüdviq (1831-1888) və Alfred (1833-1896) fəaliyyətlərinə başlayırlar. Bakıda əsasən Lüdviqin və onun ölümündən sonra oğlu Emanuilin fəaliyyəti genış olmuşdur.
1875 -ci il. Məşhur sahibkar Viktor Roqozin (1833-1901) Balaxanıda neftdən mazutayıran zavodunu işə salır.
1875 -сi il. Lüdviq Nobelin Sankt-Peterburqdakı zavodunda istehsal sahələrini işıqlandırmaq üçün neftdən işıqlandırma qazı alan orijinal konstruksiyalı qurğu istismara verilir.
1875-ci il. V.Raqozin Rusiyada dünyada ilk dəfə olaraq Bakı neftindən sürtgü yağlarının istehsalına başlayır.
1875 -ci il. Bakıda H.Z. Tağıyevin ticarət evi benzinin böyük miqdarda istehsalını təşkil edən ilk şirkət olur.
1876 -ci il. Bakıda dünyada ilk dəfə olaraq neft mədənlərində mühəndis İvanitskinin dərinlik nasosu tətbiq olunub (ABŞ-dan 15 il öncə).
1876 -cı il. İndiki Türkmənistan ərazisində Çələkən yarımadasında və Nebit dağda neftin sənaye hasilatı başlayır.
1876 -cı il. Mühəndis V.Q.Şuxov ilk dəfə neftin yandırılması üçün buxar forsunkasını ixtira edir. V,Şuxovun forsunkası dünyada ən yaxşılarından biri idi və indiyədək sənayedə tətbiq edilir. Bu ixtira mazutun parovozlar, çay və dəniz buxar gəmiləri (paroxod) üçün yanacaq kimi istifadəsinə imkan verdi. Səciyyəvidir ki, “Branobel” şirkəti ilk olaraq bu forsunkanın tətbiqinə başladı və bu sahədə ABŞ-ın “Standard oil” şirkətini 3 il qabaqladı.
1876-cı il. Nikolaus Otto (Almaniya) etanolla işləyən dördtaktlı qaz mühərriki düzəldir.
1877 -ci il. Lüdviq Nobelin sifarişi ilə Motala şəhərində (İsveçdə) dünyada ilk neft daşıyan “Zoroastr” (Zaratuştra-Zərdüşt) polad gövdəli buxar gəmisi (neft tankeri) tikilir və ondan neftin Bakıdan Həştərxana nəql olunması məqsədilə istifadə olunmağa başlanılır.

1877 -ci il. ABŞ-da ilk dəmir yol sisternası qurulur.
1878 -ci il. Mühəndis V.Q.Şuxovun layihəsi əsasında Nobel qardaşları üçün Abşeronda neft və neft məhsulları saxlanan ilk metal çənlər (rezervuarlar) inşa edilir.

1878 -ci il. Bibiheybətdə ilk neft fontanı vurmuşdur.
1878 -ci il. Bakıda istehsal olunan neft məhsulları Parisdə keçirilən ümumdünya sərgisində yüksək qiymətləndirilir.
1878 -ci il. Rusiyada ilk dəfə Bakıda mühəndislər A.V.Bari və V.Q. Şuxovun layihəsi əsasında “Бари, Сытенко и К°” şirkəti uzunluğu 8,5 verst (9 km), diametri 3 dyum (7,62 mm), buraxma qabiliyyəti gündə 80 min pud olan “Balaxanı- Qara şəhər” neft boru kəmərini layihələndirir və tikir.
1878 -ci il. Tomas Edisson (ABŞ) elektrik lampasını ixtira edir. Şəhərlərin kütləvi şəkildə elektrikləşdirilməsi ilə kerosinin istifadəsinin azalması, qısa müddətə olsada, dünya neft sənayesini böhrana salır.
1879 -cu il. Bakıda Nobel qardaşları və onlarin dostu Petr Bilderlinq tərəfindən irimiqyaslı neft sənaye şirkəti “Branobel” yaradılmışdır.
1879 -cu il. V.Q. Şuxovun layihəsi əsasında tikilən, uzunluğu 12 km olan “ Balaxanı-Qara şəhər” ikinci neft boru kəməri istismara verilir.
1879 -cu il. V.Suxovun layihəsi ilə neft xammalından yağ istehsalı üzrə İstanbulda (Türkiyə) və Nijni – Novqorodda (Rusiya) Varinski adlanan (indi SC “NORSİ”- nin tərkibində “Varya” zavodu) texnoloji qurğular-zavod tikilir.
1879- cu il. Moskvada “Branobel” şirkətinin filialı açılmışdır.
1879 -cu il. “Mantaşov və K°” cəmiyyətinin iştirakı ilə Bakıda “Qara Şəhər”də K.V.Buxovskinin neft-yağ zavodunun əsası qoyulmuşdur.
1879 -cu il. Bakını Balaxanı neft mədənləri ilə birləşdirən dəmir yolu istifadəyə verilir.
1879 -cu il. İmperator rus texniki cəmiyyətinin Bakı şöbəsi (İRTC BŞ) təsis edilir.
1880 -ci il. ABŞ-da 22 mln barel, Rusiyada 31 mln barel, yəni amerika hesabı ilə - 3,08 mln. barel neft hasil olunub. Neft həmçinin Avstro-Macarıstanda və Rumıniyada da çıxarılır. Kerosin lampaları bütün dünyaya yayılır və köhnə işıq mənbələrini tamamilə sıxışdırır. Yeni sənaye artıq Yer kürəsinin simasına təsir edir. Bir tərəfdən neft hasilatı, xüsusən fontan quyuları çirklənməyə səbəb olur, amma digər tərəfdən ... İyirmi il ərzində balinaların ovlanması beş dəfə aşağı düşdü, əldə edilən piy isə kapitan Axavanın zamanında olduğu kimi işıqlandırma üçün deyil, daha çox sabun istehsalına sərf olunur. Əgər kerosin olmasaydı – yəqin ki, yer üzündə artıq nə kaşalot, nə də ki, göy balınalar qalmışdı, onlar hamısı insanların axşamlar mütaliə etmək həvəsinin qurbanı olacaqdılar.
1880 - ci il. Bakıda istehsal olunan neft məhsulları Brüsseldə keçirilən ümumdünya sərgisində yüksək qiymətləndirilir.

1880 - 1882 -ci illər. Kimyaçı və texnoloq, piroliz prosesini ilk kəşv və tədqiq edən Aleksandr Letni (1848-1883) Bakıya gəlir. İki il ərzində o, Bakı yaxınlığında piroliz yolu ilə neft qalıqlarından benzol və antrasen istehsalı üzrə iri zavodu layihələndirir və inşa etdirir.
1881 -ci il. Dünyada ik dəfə Nobel qardaşlarının “Branobel” şirkəti dəmir yol sisternləri vasitəsilə neft və neft məhsullarını daşımağa başlayır.
1881 -ci il. Bakıda istehsal olunan neft məhsulları Londonda keçirilən ümumdünya sərgisində yüksək qiymətləndirilir.
1882 -ci il. Moskvada Geoloji Komitə (Geolkom) yaranır.
1882-ci il. Dünyada ilk dəfə Mendeleyev tərəfindən ixtira olunmuş neftin fasiləsiz distillə edilməsinin yeni texnologiyası Quboninin Kuskovadakı zavodunda tətbiq olunur.
1882 -ci il. Bakıda Nobel qardaşlarının “Branobel” şirkətinin zavodlarında D.Mendeleyevin təklif etdiyi neftin fasiləsiz distillə edilməsinin yeni texnologiyası həyata keçirilmışdir.
1882-ci il. Moskvada keçirilən Ümumrusiya sərgisində “Branobel” şirkətinin neft və neft məhsullarından təşkil olunmuş ekspozisiyası uğurla nümayiş etdirilir və böyük maraq doğurur.
1882 -ci il. Tomas Edison elektrikin istifadəsini nümayiş etdirir.
1882 -ci il. Bakıda neftin həddindən çox istehsalı ilə bağlı ilk böhranın yaranması.Onun daşınmasının mümkün olmaması və saxlamaq üçün çənlərin çatışmaması səbəbindən 25,5 milyon puddan artıq neft yandırıldı və ya dənizə buraxıldı.
1882 -ci il. Rokfeller “Standard Oil Company”-ni “Standard Oil Trust” şirkətinə çevirməklə ABŞ-ın neft sənayesində hakim mövqe tutur.

1882 -ci il. “Fasiləsiz işləyən çoxkublu neft distillə edən batareya”nin ixtirasına görə L.Nobelə Ticarət və Мanufaktur Departamenti tərəfindən 9206 № -li imtiyaz verilir.
1882 -ci il. “Cersi Standard” şirkəti (ABŞ) “Brilliant” tipli gəmilərlə Avropa və Asiyaya kerosin (ağ neft) daşımağa başlayir.
1882-1883-cü illər. Bakıda Qara və Ağ şəhərlərin sərghəddində “Branobel” şirkəti tərəfindən öz mühəndis-texniki işçiləri üçün “Villa Petrolea” adlı 11 binadan ibarət qəsəbə və füsunkar park (indiki Nizami adına park) salınmışdır. “Villa Petrolea”da inşa edilmış gözəl binanın arxıtektoru italiyalı Borro olmuşdur (bu bina 2008-ci ildə yenidən əsaslı təmir olunmuşdur. Parkı gül və oranjereya ilə bəzəmək üçün bu sahədə məşhur mütəxəssis E.Bekle dəvət olunmuşdu. Varşavanın bir çox park və bağları onun rəhbərliyi altında yaradılmışdı. Bakıda ilk dəfə olaraq bu villaya “Bell” şirkətinin telefon xətti çəkilmışdi.
1883 -cü il. Mazutun sənayedə , energetikada və dəmir yol nəqliyyatında yanacaq kimi istifadə olunmasına başlanması.
1883 -cü il. Alfons və Edmond Rotşild qardaşları tərəfindən 16 mayda Bakıda “Xəzər və Qara dəniz neft sənaye və ticarət cəmiyyəti” təsis olunur. Bu firmanın uzun illər baş mühəndisi vəzifəsində David Landau çalışmışdır. O, məşhur fizik, Nobel mükafatı laureatı Lev Landaunun atası idi. L.Landau 22 yanvar 1908-ci ildə Balaxanı qəsəbəsində anadan olmuşdur.
1883 -cü il. Almaniyanın Strasburq Universitetində Mövsümbəy Xanlarov (1857-1921) kimya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edir.
1883 -cü il. Nobel qardaşlarının “Branobel” şirkətinin Bakı zavodlarının birində V. Şuxov və İ.Elinin konstruksiyası əsasında D.Mendeleyev üsulu ilə nefti təqtir etmək üçün dünyada ilk kub batareyası qurulur ( ABŞ-da bu üsulu yalnız 1899-cu ildə tətbiq etmişlər).
1883 -cü il. Zaqafqaziyanın Bakı-Batum dəmir yol xəttinin tikintisi başa çatdırıldı. Beləliklə, ixrac neft və neft məhsullarının sisternlərlə daşınması həyata keçirildi.
1884 -cü il. Bakılı mühəndis-mexanik O.K.Lensin, sonralar qazımada “Bakı üsulu” kimi tanınan pərsəngin (balansirin) barabanla əvəz olunduğu burazla qazma dəzgahı tətbiq edilmişdir.
1884 -cü il. D. Mendeleyevin fəal iştirakı ilə təşkil olunan Bakı neft sənayeçilərinin qurultayı keçirildi.
1885 -ci il. Alman kimyaçısı Karl Enqler (1842-1925) Abşeron neftinin əsl mahiyyətini və əmələ gəlməsini öyrənmək üçün Bakıya gəlir. Sonralar neftin mineral yaranması nəzəriyyələrinə (D.Mendeleyev və b.) əks olaraq, 1888- ildə özünün neftin üzvi yaranması nəzəriyyəsini çap edir.
1885 -ci il. Almaniyalı mühəndislər H.V. Daymler (1834-1900 гг.) və K.Bens (1848-1929 гг.) yüksəkdövrlü dördtaktlı benzin mühərriki yaratdılar və onun avtomobildə, mühərrikli qayıqda və motosikldə quraşdırılmasına imtiyaz (patent) aldılar. Bunun üçün neftin emalından alınan və zavodların yanında yandırılan neftin yüngül fraksiyasından istifadə etdilər.
1885 -ci il. Mühəndis Q.V.Alekseyev neft sənayesində ilk dəfə Bakıda (S.M.Şibayevin zavodunda) yağlı qudronun krekinqi (parçalanması) vasitəsilə benzin və kerosini əldə etmək üçün ilk sənaye qurğusunu tikir.

1885 -ci il. Bronobel cəmiyyəti tərəfindən Moskvada tikilmuş neft bazası fəaliyyətə başlayır.
1885 -ci il. Dağ-mədən mühəndisi A.Vasilyev tərəfindən Rusiyada ilk dəfə neft işi ilə bağlı “Abşeron yarımadasında neft hasilatı və orada qazıma işinin vəziyyəti” adlı dissertasiya müdafiə olunmuşdur.
1885 -ci il. Rotşildlər Bakıda neft işi ilə məşqul olmağa başlayırlar.
1885 -ci il. Hollandiya şirkəti “Royal Dutch Petroleum Company” Sumatrada (İndoneziya) neft tapır.
1885 -ci il. Kaliforniyada Stoktonda qaz quyuları qazılmışdır və qaz yanacaq və işıqlandırma qismində istifadə olunur.
1885 -ci il. Kaliforniyanın neft yataqlarında buxar mühərriklərində, sonralar isə parovozlarda neft odluqlarının istifadə olunması xam neftin satışı üçün yeni bazarlar açır.
1886 -cı il. “Svet” (Nur) neft paroxodu (buxar gəmisi) Batumdan Londona ilk dəfə kerosin daşımışdır.
1886 -cı il. Bakıda neftin həddindən çox istehsalı ilə bağlı yeni böhranın yaranması.
1886 -cı il. Karl Bens alıcıya istismara yararlı müasir avtomobilin ilk nümunəsini təqdim edir.
1886 -cı il. H.V. Daymler maye yanacaqla (benzinlə) işləyən avtomobil mühərrikinin istehsalına başlayır.

1886 -cı il. “Rus İmperator Texniki Cəmiyyətinin Bakı Bölməsinin əsərləri” adlı ilk neft dövri nəşriyyatı Rusiyada işıq üzü görür.
1886 -cı il. Bakıda «Ziller» səhmdar cəmiyyətinin neft ayırma zavodu fəaliyyətə başlayır.
1886 –cı il. V.Q.Şuxov qaytanlı nasosların quyulardan neftin qaldırılmasında istifadə olunmasını təklif edir.
1886 –cı il. V.Q.Şuxov sıxılmış havanın köməyi ilə (erlift üsulu) quyulardan neft hasil edilməsini təklif edir.

1886 –cı il. Ticarət və manufaktur departamenti L.Nobelə “Neftin parçalanması və fasiləsiz təqtir (destillə) edilməsi üçün təkmilləşdirilmiş kub batareyası” ixtirasına görə 10 illiyə 11236 № -li imtiyaz verir.
1888 -ci il. V. Şuxov, tələb olunan keyfiyyətdə lazımi neft məhsulları almağa imkan verən, defleqmator ixtira edir.
1888 -cı il. S.-Peterburqda ilk neft sərgisi- “Ümumrusiya işıqlandırıcı cisimlər və neft istehsalı sərgisi” açılır və burada “Branobel” şirkəti geniş təmsil olunur. Şirkətin 64 ekspozisiyası, o cümlədən dağ süxurları kolleksiyası, neft mədənlərinin və kerosin zavodlarının, Abşeron yarımadasının sənaye mənzərələri, qazıma buruğunun, neft doldurulan vaqon-sisternaların, müasir neft-mədən avadanlıqları və alətlərinin, yeni “Petrolia” neft tankerinin foto və modelləri, həmçinin natural ölçüdə müxtəlif qazıma alətləri, yüksək məhsuldarlığa malık süngülü neftvurma nasosu, avtomat maye süzən kran, “neftin sudan, ildən, qumdan təmizlənməsi üçün separator aparatı” və ş. eksponatlar böyük maraqla qarşılanır. “Neftlə qızdırma üçün cihazlar” bölməsində isə L.Nobelin yeni üç konstruktor işi: gəmi buxar qazanları üçün təkmilləşdirilmiş forsunka, sünbül şəkilli odluq və “kerosinli mətbəx” nümayiş etdirilir.
1888 -ci il. İmperator I Nikolay adına Praktiki Texnoloji İnstitutun Elmi Şurasının 28 fevral tarixli qərarı ilə L.Nobelə “mühəndis-texnoloq” fəxri adı verilir (Bu ada Rusiya dövlətində məşhur olan mühəndislər, texnoloqlar və sənaye təşkilatçıları layiq görülürdülər).
1889 -cu il. Nefy sənayeçisi S.M.Şibayev Bakıda Şuxov –İnçik sxemı əsasında neftayırma zavodu tikir.
1889 -cu il. İmperator Rus Texniki Cəmiyyətinin (İRTC) 31 martda Sankt-Peterburqda L.Nobelin vəfatının ildönümünə həsr olunmuş ümumi iclasında: “bu adamın ölkəyə xidmət etmiş namuslu, ağıllı və enerjili əmək fəaliyyətinin xeyirxah əməl kimi yaşaması üçün” hər şey edilməsi barədə qərar qəbul edilir və bu məqsədlə L.Nobel adına mükafat təsis olunur. Onun fəaliyyət göstərdiyi sahələrdə (metallurgiya və neft sənayesi) əldə olunan yüksək elmi-texniki nəticələrə görə bu mükafatın verilməsi Rusiyada 1917-ci ildən dayandırılmışdır.
1889 -cu il. Tiflisdə keçirilən “Qafqazın kənd təsərrüfatının və sənayesinin sərgisi”ndə Bakının neft sənayesinin məhsulları və məmulatları böyük uğur qazanır.
1889 -cu il. ABŞ-ın İndiana ştatında “Standard Oyl of İndiana” (1985-ci ildən “Amoko Korporeyşn”) şirkətinin yaradılması. İndi bu şirkət “Бритиш Петролеум”la alyansdadır.
1890 -cı il. Dünyada ilk dəfə olaraq V.Şuxov və S.Qavrilov benzin almaq üçün fasiləsiz işləyən termik krekinqin boruşəkilli qurğusunu ixtira edir. V.Şuxov krekinq prosesinin ilk ixtiraçısı oldu, 1891-ci ildə imtiyaz (patent) aldı və bu sahədə ABŞ-ı 20 ildən çox bir müddətə üstələdi. Amerikalı mühəndis Uilyam Barton bu prosesə görə patenti yalnız 1913-cü ildə almışdır.
1890 -cı il. Bakılı mühəndis K.Q.Semçenko turboburun layihəsini işlədi.
1890 -cı il. Alman mühəndisi Rudolf Dizel neftin emalının qalıq məhsulları ilə işləyə bilən dizel mühərrikini ixtira edir.
1890 -cı ıl. Henri Deterinq “Royal Dutch Petroleum Company” şirkətinin icraçı direktoru (sonralar sədri) olur.
1890 -cı il. İngilis Ceyms Vişai Bibiheybətdə neft mədənlərini, “Qara Şəhər”də isə “Şibayev şirkəti”nin zavodlarını alır.
1890-cı il. ABŞ-da 37,5 mln. barel, Rusiyada 241 mln. pud, 28 mln. bareldən çox neft hasil olunur. Rusiyada istehsal olunan kerosin və sürtgü yağları – amerikalıların əsas rəqibidir, özüdə Bakıda istehsal olunan neftin maya dəyəri Pensilvaniyadakından beş-altı dəfə aşağıdır.Əsas səbəb – Abşeron nefti yer səthinə daha yaxın laylarda yerləşir. Rusiya öz neftini nə ixrac edə bilir, nə də emal və nəticədə onu sobalarda və parovoz odluqlarında sadəcə olaraq yandırırlar ki, buna da professor D. Mendeleyev fəryad qoparır: “Neft yanacaq deyil – əskinasıda yandırmaq olar!”.
1892 -ci il. Shell “Ticarət – nəqliyyat şirkəti”-nin yaranması. Semuel Markus bu şirkətə məxsus olan “Murex” tankerini Bakıdan benzin yükü ilə Süveyş kanalından keçməklə Sinqapur və Banqkoka yola salır. Shell öz kerosin bazarını yaratmaqla “Standard Oil Trust” və “Royal Dutch” şirkətlərinin hədsiz-hüdudsuz üstünlüyünə meydan oxuyur.
1893 -cü il. Mühəndis V.Q.Şuxovun layihəsi ilə neft və neft məhsullarını daşımaq üçün 172 m uzunluğunda və 12 min ton yükgötürmə qabiliyyəti olan barja tikilir.
1893 -cü il. “Asadullayev Şəmsi” neft sənayе və “Rus - Qafqaz Neft Cəmiyyəti” şirkətləri açılır.
1893 -cü il. “Bakı kerosin zavodçularının ittifaqı” yaranır.
1894 -cü il. V. Şuxovun “Boru kəmərləri və onların neft sənayesində tətbiqi” kitabı işıq üzü gördü. Bu kitaba maraq o qədər böyük oldu ki, 1885-ci ildə onu təkrar nəşr etdilər.
1894 -cü il. Bakıda ilk dəfə S.D.Yefremov öz zavodunda yağ istehsalının qələvi tullantılarından ucuz sürtgü yağları almağa imkan verən qurğu quraşdırır.

1895 -ci il. Vyanada Abixin Qafqazın və Abşeronun faydalı qazıntıları haqqında ölməz əsərləri (“Аus Kaukasischen Landern Reisebriefe”,I-II volumes) dərc olunur.
1895 -ci il. Neft sahibkarı Murtuz Muxtarov dünyada ilk dəfə özünün ixtirası olan metal ştanqlarla zərbəli qazma dəzgahını o zamanlar üçün dərin (1100 m) neft quyularının qazılmasında tətbiq edir və patent alır. Sonralar bu dəzgah gazma işində geniş tətbiq olunur.
1895-ci il. Alman ixtiraçısı Rudolf Dizel yer fındığı (araxis) yağı ilə işləyən dizel mühərrikini yaradır. Maraqlısı odur ki, 1890-ci ildə yaradılmış ilk dizel mühərriki neft emalı qalıqları ilə işləyirdi, lakin Dizel onda belə qənaətə gəlmişdi ki, bitki yağı – gələcəkdə daha sərfəli yanacaq olacaq. Sonralar yalnız “adi” dizellər istehsal olunurdu. Buna əsas səbəb neftin ucuz olması ıdi.
1895-ci il. ABŞ-da və Rusiya imperiyasında neft hasilatı bərabərləşərək hər birində ildə 50 mln. barel (7,95 mln. t) həddinə çatır.
1896 -cı il. Amerikalı ixtiraçı Henri Ford mühərriki spirtlə işləyən özünün ilk avtomobilini (o, ”kvadrisikl” adı daşıyırdı) yığır. Maraqlısı odur ki, H.Ford o zaman, alman mühəndisləri K.Bensin və V. Daymlerin 10 il ondan öncə yaratdıqları avtomobilin benzin mühərriki təcrübəsini qiymətləndirmədi.
1896 -cı il. Dağ-mədən mühəndisi V.K.Zqlenitski Bakı dağ-mədən departamentinə müraciət edərək Bibiheybət dəniz buxtasında neft quyusu qazılmasına icazə istəyir.
1896-ci il. Bu ili amerikalılar dəniz neft mədəninin başlanğıcını hesab edirlər, onun ilk banisini isə - Kaliforniyadan olan Uilyamsı, beləki, o, dənizdə torpaqla doldurulmuş sahədə quyular qazmışdır.
1   ...   10   11   12   13   14   15   16   17   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə