Azərbaycan nefti – tarixi baxış Mündəricat: səh




Yüklə 1.75 Mb.
səhifə1/18
tarix22.02.2016
ölçüsü1.75 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   18
Azərbaycan nefti – tarixi baxış


Mündəricat: səh.



  1. Neftin əmələ gəlməsi barədə elmi mülahizələr 1-17




  1. Zərdüştlük dövrü 18-23




  1. Makedoniyalı İsgəndər dövrü - e.ə. IV əsr və

sonrakı dövr - III əsrədə. 24-28


  1. Böyük İpək Yolu və Abşeron nefti – e.ə. 29-32

II əsr – XVIII əsrədə.


  1. Neftin orta əsrlərdə hərbi məqsədlərlə və 33-38

məişətdə istifadəsi– VI – XVIII əsrlə.
6. Neftin kəhriz üsulu ilə çıxarılması 39-53
7. Neftin və qazın sənaye üsulu ilə hasilatının

mərhələləri 54-108



8. Neft və qazın sənaye üsulu ilə emalının

inkişaf mərhələləri 109-141

9. Azərbaycan neft və qazının nəqlinin inkişaf 142-163

mərhələləri
10. Neft amilinin dıgər sənaye sahələrinin inkişafına 164-171

təsiri
11. Neftin və qazın tarixi xronologiyası. 172-231

12. İstifadə olunmuş ədəbiyyat 232-233
1. Neftin əmələ gəlməsi barədə elmi mülahizələr
Neftin və qazın yaranma prosesləri

Təbii qaz və neftin yaranması prosesi milyon illər davam edib.



Elmin - qədimdə əl-kimyadan tutmuş bugünkü kompüter və atom reaktorlarınadək çox ağır və böyük yol keçməsinə baxmayaraq, lakin indiyədək neftin əmələ gəlməsi barədə vahid fikir formalaşmayıbdır. Bugün bu məsələnin həlli əvvəlkindən daha vacibdir, çünki söhbət yalnız bizi əhatə edən dünyamızın öyrənilməsindən getmir, eyni zamanda bu həmdə faydalı qazıntıların içində ən qiymətlilərindən biri olan neftin axtarışına açar olardı.

Neftin və qazın əmələ gəlmə problemi bizim planetin, Yer kürəsində həyatın yaranması məsələləri ilə oxşardır və eyni faktiki və fəlsəfi köklərə istinad edir. Məsələn, xristian dini Yer kürəsində neftin əmələ gəlməsinə öz fərziyyəsini irəli sürmüşdür. Bu nəzəriyyə dünyanın yaranması zamanına gedib çıxır, yəni o dövrdə yer üzü o qədər məhsuldar imiş ki, yağ onu yer səthindən çox böyük dərinliklərədək doydururmuş. Adəm və Həvva günaha batdıqdan və cənnətdən qovulduqdan sonra, bu yağın bir hissəsi buxarlanıb qeyb olmuş, digər hissəsi isə yerin təkinə çökmüşdür, sonra isə dünyanı su basarkən o neftə çevrilmişdir.

“Quran” neft haqqında susur. Lakin, Məhəmməd peyğəmbər şübhəsiz gələcəyi xəbər vermək qabiliyyətinə malik idi, çünki o deyibdir: “ O zaman o günəcən zühur olmayacaqdır ki, nə qədər Fərat dağ boyda qızıl açmayacaqdır, və bu səbəbdən insanlar bir-biri ilə döyüşəcəklər, və hər yüz nəfərdən 99- u məhv olacaq, və hər kəs deyəcək: “Bəlkə xılas olan elə mən olacağam” (məlumdur ki, Fərat çayı müasir İraqın ərazisindən axır və ölkənin əsas sərvəti yer altından çıxan yüksək keyfiyyətli neftdir. Özü də yadda saxlamaq gərəkdir ki, İraq neftinin ehtiyatları yüz-iki yüz il bəs edər. Bu səbəbdən təbii ki, Məhəmməd peyğəmbər dağ boyda qızıl deyəndə, o, çox dəyərli bir şeyi nəzərdə tuturdu, lakin həmin dövrdə onun adını o, bilə bilməzdi. İndi həmin şeyə “qara qızıl” deyirlər). Bu sözlər öz əhəmiyyətliliyinin zirvəsinə bizim günlərdə çatmışdır, çünki Məhəmməd peyğəmbər nəinki uzaqgörənliklə Yaxın Şərqin zəngin “qara qizili”ı ətrafında yaranacaq qlobal vəziyyəti uzaqgörənliklə göstərmişdir, o bu vurnuxmadan da daha böyük bir şey barədə xəbər vermişdir.


“İkinci qanun” un (İkinci qanun – Tövtatın, Əhdi-əqiqin və bütünlükdə Bibliyanın beşinci kitabıdır. Yəhudi mənbələrində bu kitab “Mişne Tora” – hərfən “təkrar qanun” adlanır, çünki əvvəlki kitabların təkrarı kimidir) 33-cü fəslində deyilir: “ Qoy Tanrı Yusifə səmanın və yerdə yatan hədsiz dərinliyin bəhrələrini, günəşin bəhrələrini, torpağın və onu dolduranın bəhrələrini bəxş etsin”. Amerikalı Con Braun hesab edir ki, burada söhbət neftdən gedir.

Bu problem müxtəlif elmlərin nümayəndələrinin marağına səbəb olmuş, aparıcı kimyaçıları, mikrobioloqları, geoloqları, astronomları, fizikləri və s. narahat etmişdir. Onu dərk etmək üçün böyük elmi kollektivlər çalışmışlar və çalışmaqda davam edirlər.


Lakin neftin və qazın yaranması əvvəlki kimi yenədə, necə deyərlər, təbiətin ən böyük sirrlərindən biri olaraq qalmaqdadır. Bugün bu problemə nəzəri baxışlar bir-birindən prinsipcə fərqli olan iki əsas qütbdə cəmləşiblər – neftin əmələ gəlməsinin qeyri-üzvü və üzvü nəzəriyyələri. Hətta 3-cü nəzəriyyə də - neftin və qazın fəzada yaranması nəzəriyyəsi də mövcuddur və bu nəzəriyyəni “abiogen” nəzəriyyəsinin başlanğıcı kimi də qəbul etmək olar.

Əsas məqamlara diqqət yetirək. Neftin əmələ gəlməsi problemi daima elmi mübahisələrə səbəb olub.

Yuxarıda qeyd olunduğu kimi, bugün neftin yaranması nöqteyi- nəzərini alimlər elmi cəhətdən iki əsas hissəyə ayırırlar. Birincisi – neftin üzvi yolla, heyvan və bitki qalıqlarından əmələ gəlməsi ilə bağlı, ikincisi- mineral əsasında (abiogen), yəni neftin təbiətdə qeyri-üzvi birləşmələrlə sintezi ilə əlaqədar fərziyyələr.

Neftin və qazın “biogen” yaranması nəzəriyyəsi

Alimlərin əksəriyyəti neftin biogen, yəni üzvi maddələrdən, əsasən planktonların qalıqlarından yaranmasının tərəfdarlarıdır. Neftin üzvi yaranması nəzəriyyəsinin əsasını M.V.Lomonosov qoymuşdur, bunu “daşa dönmüş kömürlərə” “yeraltı odların” təsiri ilə izah edirdi və onun fikrincə, bu təsirin nəticəsində asfalt (bitum), neft və “daş yağlar” əmələ gəlmişdir.

Üzvi maddələrdən neftin yaranmasının tərəfdarları göstərirlər ki, hələ çox qədim dövlərdə dəniz və göllərdə ümumilikdə plankton adlanan sonsuz sayda mikroorqanizmlər, bakteriyalar və yosunlar vardı. Öldükdən sonra plankton su hövzəsinin dibinə çökür, gil və əhəngdaşı sedimentləri (çöküntü qalıqları) ilə qarışırdı. Üzvi qalıqlarin üstü qum və lillə örtülən kimi, kimyəvi maddələr və bakteriyalar işə başlayırdılar. Sonacan məlum deyil, onlar dəniz məxluqlarının qalıqlarından necə neft və qaz yaradırdılar. Ancaq zaman keçdikcə kiçik maddə zərrəcikləri yaranmağa başladı ki, indi biz onu neft adlandırırıq. Sonra qum və qil qatlarından qum və əhəngdaşı dağları yaranmağa başladı. Onları çöküntülər adlandırdılar, çünki çöküntü qalıqlarından yaranmışdılar. Vaxt keçdikcə neftin kiçik zərrəcikləri bu çöküntülü dağlarda cəmləşərək su süngərdə qalan kimi saxlandılar.

Əgər üzvü materiyanın qarışması oksigenin daxil olmasını, nəticə etibarı ilə də təbii çürüməni istisna edən sürətlə baş verirdisə, neft və qaz üçün ilkin material – ana süxur yaranırdı. Yer kürəsinin hərəkət tarixində ana süxurda dıgər lay qatları da otururdu, onların ağırlığının təsiri altında və Yer qatının sürüşməsi nəticəsində ana süxur daha böyük dərinlıklərə enirdi. Milyon illər ərzində yer qatı hərəkət edirdi. Dənizin dibi orada cəmlənmiş neftlə quruya çevrilirdi. Dəniz dibinin digər hissəsi onun daha dərinliklərinə enirdi. Yer qatının dəyişməsi nəticəsində qitələr öz ümumi görünüşlərini dəyişdilər. Ona görədə bizim dövrdə Yerin neftli qatları əsasən quruda, ən zəngin neft yataqları isə səhralarda yerləşir, halbuki milyon illər bundan öncə onlar su altında idilər.

Bir neçə min metr dərinliyə düşdükdə tərkibində üzvi maddə olan süxurlara düşən təzyiq artırdı, sıxlıq və hərarət isə yüksəlirdi. 60°C -120°C arasında bu üzvi maddələr neftə çevrilirdi. Əğər ana süxurlar 150°C-dən yuxarı hərarətə məruz qalırdısa, neftin uzunzəncirli molekullarının parçalanmasından təbii qaz yaranırdı. Lakin yüksək tərkibli bitki maddələrindən ibarət olan ana süxurlardan daha çox qaz əmələ gəlirdi. Dənizin tez-tez enib qalxması əsasən onun dayaz sahillərində gil və qum laylarında çöküntülərə səbəb olurdu. Bitki maddələrinin təbii kokslaşması prosesi nəticəsində təbii qazın ana süxurunda torf, sonra qonur kömür, və nəhayət daş kömür yaranırdı. Neftin bü cürə əmələ gəlməsi “biogen” nəzəriyyəsi adlanır. Lakin bu heç də qiymətli təbii ehtiyatın yaranmasında tək nəzəriyyə deyildir. Neftin bu yolla yaranması nəzəriyyəsi “biogen” adı almışdır. Lakin bu hədsiz qiymətli təbii ehtiyatın yaranmasının yeganə izahı deyildir.

  1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə