AZƏrbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu nəRİman seyiDƏLİyev




Yüklə 0.53 Mb.
səhifə2/4
tarix22.02.2016
ölçüsü0.53 Mb.
1   2   3   4

II FƏSİL
ÜSLUBİ SİNONİMLƏRİN ƏMƏLƏGƏLMƏ

YOLLARI VƏ MƏNBƏLƏRİ
Türk dillərinin, demək olar ki, hamısında üslubi sino­nimlərin əmələgəlmə yolları və mənbələri sa­bitdir. Təkcə müasir Azərbaycan dilində üs­lu­bi sinonimlərin yaranması yollarını və mənbələrini izləsək, di­gər türk dilləri üçün də maraqlı ola biləcək nəticələr əl­də etmək olar.



  1. Üslubi sinonimlərin əmələ gəlməsində

çoxmənalılığın rolu
Üslubi sinonimlərin yaranmasında sözün çoxmənalılığı bir mənbə kimi çıxış edir. Belə ki, sözün bir və ya bir neçə mənası olur. Bu mənalardan biri nominativ xarakterlidirsə, digəri törəmə funksiyası daşıyır. Kontekst daxilində həmin mənalardan biri və ya bir neçəsi müxtəlif məna çalarlarında işlənir. Bu zaman müxtəlif səs kompleksləri sözlərlə həmin çalarlıqları ümumiləşdirmək olar. Bu ümumiləşdirmə prosesində iştirak edən sözlər üslu­bi sinonim kimi işlənir. Tədqiqat göstərir ki, feilə və sifətə aid olan sinonimlərin böyük bir hissəsi çoxmənalılığın nə­ti­cə­si­dir.

B.Abdullayev “Azərbaycan dilinin izahlı lüğəti “nə əsas­la­naraq “ tutmaq” çoxmənalı feilinin aşağıdakı məna­la­rı­nı göstərir:

1. Yapışmaq.

2. Çevirmək, döndərmək, yönəltmək. Kərim üzünü hər iki növbənin adamlarına tutdu (M.İbrahimov).

3. Düzəltmək. Hər fikir ediriksə, işimiz tutmayır əsla; Ah…Ax…O keçən günlərimiz noldu, xudaya (M.Ə.Sabir).

4. Dişləmək, qapmaq. [Fatı :] Məni o azar dəymiş it tutdu (Ə.Abbasov).

5. Yerləşmək. Hatəm kişi yüz limon tutan bir yeşik sifariş etdi (M.Cəlal).

6. Etmək, görmək. [Çoban babı:] Ay Rüstəm,… bu işdir tutmusan? (M.İbrahimov).

7. Bürümək, basmaq. Axşam qaranlığında alov, tüstü, təzək, saman iyi… dünyanı tutmuşdu (M.Cəlal).

8. Basmaq. Bir tərəfdən də Nəbi onları gülləyə tutur. ( “ Qaçaq Nəbi” )

9. Saymaq. Mən inanmıram ki, bizim əsrin şairləri bahar fəslini, məsələn qış fəslindən artıq tutalar (C.Məmmədquluzadə).

10. Yaraşmaq. Gör nə gözəl tutur;



Gümüş tana siyah zülfü (Miskin Əli).

11. Yazmaq. Əfruz nə məruzə üçün tezis tutmağa, nə də çıxış üçün qeyd eləməyə qabil idi ( M.Cəfər).

Misallardan göründüyü kimi, tutmaq feili 1-ci mənada yapışmaq, 2-ci mənada çevirmək, döndərmək, 3-cü mənada düzəltmək, 4-cü mənada dişləmək, 5-ci mənada yerləşmək, 8-ci mənada basmaq, 9-cu mənada soymaq, 10-cu mənada yaraşmaq, 11-ci mənada yazmaq fellərinin sinonimidir. Tutmaq felinin 2–ci mənada üç (çevirmək, döndərmək, yönəltmək), 4-cü mənada iki ( dişləmək, qapmaq), 6-cı mənada yenə iki ( etmək, görmək), 7-ci mənada yenə də iki ( bürümək, basmaq) sinonimləri vardır.

“…Çoxmənalı sözün bəzi mənaları başqa sözlərlə və ya başqa sözlərin mənaları ilə sinonimik əlaqəyə girə bilər (85, 5).

“Tutmaq” felinin 1-2-ci mənalarda sinonimləri olan fel­lər də öz növbələrində çoxmənalı sözlərdir və onların da bir çox sinonimi vardır. Beləliklə də, dildə lüğət tərki­bi­nin böyük bir hissəsini sinxron vəziyyətdə əhatə edən arasıkəsilməz söz şəbəkəsi əmələ gəlir.


  1. Alınma sözlər vasitəsilə əməl gələn

üslubi sinonimlər

Azərbaycan dilində üslubi sinonimlərin əmələ gəlməsində alınma sözlərin də müəyyən rolu vardır. Bu tipli sözlər dilimizə klassik ədəbiyyatda işlədilən ərəb və fars dillərindən, müasir dilə isə X1X əsrin 40-cı illərindən rus dilindən və rus dili vasitəsilə latın, yunan və başqa Av­ropa dillərindən keçmişdir. Bu keçmə birdə-birə yox, təd­ricən, elm və texnikanın inkişafı ilə əlaqədar olmuşdur. Be­lə sözlərin bir çoxu ehtiyac üzündən dilimizə qəbul edi­lə­rək sabitləşmiş və doğmalaşmışdır.

Dilimizə tarix boyu qəbul edilmiş ərəb və fars söz­lə­rinin bəzilərini çıxarıb atmaq mümkün deyildir. Məsələn, həm ədəbi dildə, həm də danışıqda işlədilən məktub, tələ­bə, namus, qeyrət, qəm, qüssə, inqilab, zəfər, keyfiyyət, ədəb, mədəni, idrak və s. bu kimi sözlərin yerinə hansı bir üs­lubi söz içlətmək olar? Əlbəttə, bunları əvəz edən və ya­xud da əvəz edə bilən ikinci bir semantik söz yoxdur.

Alınma sözlər həm ədəbi, həm də canlı danışıq di­lin­­də işlədilərək bugünkü dövrümüzə qədər gəlib çıx­mış­dır və həmin sözlər üslubi məqsəd daşıyır: ədalətli (n.) - adil (kit.dan.), başçı (n.) - rəhbər (kit.), təqsir (n.) - günah (kit.) (dan.), güc (n.) - qüdrət (kit.), hünər (n.) - şücaət (kit.) və s.

Ə.Dəmirçizadə alınma sözləri həm mənşəcə, həm də üslubi məqam nöqteyi-nəzərindən iki qrupa bölür:

1. Ərəb və fars mənşəli sözlər;

2. Rus və Avropa mənşəli sözlər. (18, 92).

Dilimizdə alınma sözlərin üslubi əhəmiyyəti çox böyükdür. Yazıçılar, yeri gəldikcə, üslubi məqsədlə əlaqədar alınma sözlərdən də istifadə edir və istədikləri məqsədə nail olurlar.

Məlumdur ki, ərəb və fars sözləri dilimizdə mü­x­təlif çalarlıqda üslubi cəhətdən bədii, elmi, mətbuat üslub­la­rında və canlı danışıq dilində işlədilir. Misallara müraciət edək:

Birlik−vəhdət, vurğun−aşiq, kağız−məktub, ay−qəmər, güc−qüdrət, sübut−dəlil oxu−qiraət, sevgi−məhəbbət, üz−surət−camal, var−dövlət, başçı−rəhbər, qaranlıq−zülmət, qış− zimistan.

Burada göstərilən sinonim sözlərin birincisi dilimizə məxsus neytral söz olduğu halda, ikinci tərəf sözlər ərəb mənşəli olub kitab dilində və danışıqda işlədilir.

Başqa misallarda da ikinci tərəf üslubi sözlərə məxsusdur: bəzək – zinət. səs− səda, girəvə− fürsət. naz− şivə, müğənni – xanəndə, od – atəş, xəstəlik – azar, şər− böhtan, azarlı – xəstə. çolaq− şikəst, yaz− bahar, payız− xəzan və s.

Həm ərəb, həm də fars dilindən alınmış sözlərin bir-biri ilə sinonim təşkil etməsinə aid misallar: kasıb (ə.) −fağır (ə.), hədiyyə (ə.)−töhfə ( ə.)−bəxşiş ( f.), naz ( f.)−işvə (ə.), dünya (ə.)−aləm (ə.)−cahan (f.), inkişaf (ə.)−tərəqqi (ə.) və s.

Misallardan göründüyü kimi, ərəb və fars sözlərinin ək­səriy­yətini dildə işlənən əsl Azərbaycan sözlərindən ayır­maq mümkün deyil, hamı tərəfindən anlaşılır və işlədilir.

Müasir dilimizi üslubi çalarlarla zənginləşdirən ikin­ci mənbə, qeyd etdik ki, rus dilindən və rus dili vasitəsilə Av­ropa dillərindən (latın, yunan, ingilis, alman, fransız, is­pan və s.) alınmış sözlərdir. Belə sözlərdən müəyyən tarixi dövrü təsvir etmək üçün həm bədii üslubda, həm də ictimai-siyasi üslubda əlverişli leksik üslubi vahidlər kimi istifadə etmək olar (18, 95).

Rus və Avropa mənşəli sözlərə X1X əsrdə yazıb-yaratmış böyük metəfəkkir M.F.Axundovun əsərlərində rast gəlirik: qubernator, despot, aktyor, naçalnik, poçt, pasport, patriot, müsyö, jurnal, poeziya, proqres və s.

Rus sözlərinə yalnız M.F.Axundovun əsərlərində deyil, Q.Zakirin, M.Ə.Sabirin satiralarında, H.Zərdabinin 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzetində, S.Ə.Şirv­an­i­n­in şeirlərində, C.Cabbarlının pyeslərində, N.Nərimanovun əsər­­lərində və başqa yazıçıların da yaradıcılığında rast gəl­mək olur.

Dildə işlənən rus mənşəli sovxoz, komsomol, latın mən­şəli traktor və s. kimi sözlərin qarşılıqlı sinonimi ol­ma­sa da, bunlar həm danışıqda, həm də kitab dilində üslubi neytral söz kimi işlədilir. Bəzi sözlər də vardır ki, onların sinonimi olduğuna baxmayaraq, həmin sözləri sıxışdırıb dildən çıxarmışdır. Belə sözlərə ancaq bədii əsərlərdə rast gəlirik: masa−stol, soba–peç, çıraq−fənər−lampa, tə­qaüd−pen­siya, şura− sovet, firqə − partiya və s.

Azərbaycan dilinin lüğət tərkibində rus dilindən baş­qa, Avropa mənşəli sözlər də fəaliyyət göstərir ki, bunlar da öz- özlüyündə sinonim cərgəsinin zənginləşməsinə səbəb olur. Bəzi sözlər nəinki yalnız ana dilimizə keçmiş, hətta bey­nəlmiləl sözə çevrilmişdir: patriot, proletar, universitet, institut, respublika, poeziya, mitinq, lider və s. “ Respublika” və “universitet” sözləri vaxtilə dildə işlədilən “ cüm­hu­riy­yət” , “darülfünun” sözlərini sıxışdırıb dildən çıxarmışdır.

Sinonim qarşılığı olmayan sözlər : poema, poetika, demokratiya, sosializm, kommunizm, roman, opera,, çempion, raket, burjuaziya, tramvay, paravoz, lokomotiv, teplovoz, kombayn, traktor, briqadir və s.

Ümumxalq danışıq dilində elə alınma sözlər vardır ki, onlar günün tələbinə uyğun olaraq daha işləkdir. Belə sözlər aşağıdakılardan ibarətdir: ünvan – adres (fr.), masa – stol ( rus.), fırıldaqçı – şarlatan ( alm.fr.), həkim – doktor (lat.), çıraq – lampa ( fr.) , çarpayı- krovat ( rus.), sürücü – şofer ( lat.fr.), əsgər – soldat ( lat.), qəza – avariya ( ital.), sükan – rul ( holland.), həbsxana – türmə ( rus.) və s. Qeyd edək ki, həmin alınma sözlərin hamısı danışıqda daha çox işlədilir.

Alınma sözlərin bəziləri sırf kitab dilində işlənir: xudbin – eqoist ( fr.kit.), zərf− paket ( fr.kit.), mənzərə − landşaft ( alm.kit), əsr − epoxa ( yun.kit.), dastan – epos (yun.kit.) və s.

Bəzən dilimizdə işlədilən və sinonim cərgəsini təşkil edən sözlər ancaq alınma olur : binokl ( ital.) – durbin ( fr.) , av­to­mobil ( yun.lat.) – avto ( yun.lat.) – avtomaşın ( yun.fr.) – ma­şın ( yun.lat.) , aktyor ( fr.kit.dan.) – artist ( fr.dan.), metro ( yun.) – metropoliten ( yun.) , kino ( yun.dan.) – film ( ing.) və s.

Beləliklə, alınma ( əcnəbi ) sözlərin bir hissəsi üslubi əhə­miy­yətinə görə ümumxalq xarakteri daşıyır və müxtəlif sa­hə­lərdə işlənir. Ümumiyyətlə, bədii əsərlərin mətnlərindəki alın­ma söz-terminlər xüsusi üslubi vəzifəni yerinə yetirirlər.
3. Arxaizmlər vasitəsilə üslubi sinonimlərin

əmələ gəlməsi
Dildə üslubi sinonimlərin əmələ gəlməsində ar­xaizm­lərin də rolu az deyildir. Ümumiyyətlə, məfhum, mə­na və formanın vahidliyini söz əks etdirir. Buna uyğun da dil­çilik ədəbiyyatında arxaizmlər müxtəlif qruplara bölünür ki, bunlar haqqında ayrıca söhbət açacağıq.

Arxaizmlər əsas etibarı ilə tarixi dövrlə əlaqədar el­mi üslubda işlədilərkən əksəriyyəti müasir dildə olan söz­lər­lə sinonimlik təşkil etmir, bəziləri isə köhnəlmiş sözlərin sino­nim cərgəsini əmələ gətirir ki, bunlar dildə çox azdır. Arxaik sözlər dildə müxtəlif çalarlığa malik olaraq üslubi məqsəd daşıyır. Belə sözlər əksər üslublarda (bədii, ictimai-siyasi və s. ) istifadə olunur, həm personajın, həm də müəllifin fərdi üslubunda meydana çıxır.

Arxaizmin hamısını müasir dildə işlənmiş fəal sözlərin üslubi sinonimi kimi qəbul etmək olmaz. O sözləri qəbul etmək olar ki, onlar öz dövrü üçün üslubi məqsədlə işlənmiş söz olsun :

Qızıl− altun : Gödəkboy, başının tükü tökülməyə üz qoymuş bir oğlan ötkəm–ötkəm danışdıqca qabaqdakı qızıl dişləri parıldayırdı ( Ə.Vəliyev); Nigara bir çox altun zinətlər və qiymətli daşlar gəldi “ ( Y.V.Çəmənzəminli).

Həkim – təbib : “ Şəkər qapını cəld kilidləyib həkimin arxasınca getdi” ( B.Bayramov) ; “ ( Hacı Muxtar ağa : ) Əgər məsləhət bilirsiniz, yazım padşahın təbibi gəlsin” ( Ə.Haqverdiyev).

Gözəllik – hüsn : “ Gözəllik bəxşişdir; Bəxşişlə öyünməz insan...” (B.Vahabzadə) ; Xoş havalarda artırmanın başqa hüsnü vardır” ( Y.V.Çəmənzəminli).

Tərcüməçi – dilmanc : Son illərdə bizdə bacarıqlı tərcüməçilər dəstəsi yaranmışdır (M.Arif) ; “Nəçərnik onun üstünə çığırıb qovdu kənara və rusca atlılara dedi ki, içəridən dilmancı çağırsınlar” ( C.Məmmədquluzadə) və s.

Azərbaycan dilində arxaizmlər üç qrupa ayrılır:

1. Leksik arxaizmlər. Bu arxaizmlərdə sözlər bütövlükdə köhnəlir. Məsələn: zaman − əyyam, günah – suç, silah – yaraq, qoşun – ləşkər, oxucu – qare, qızıl – altun, kapitalist − sərmayədar, təmiz – arı, uzaq – iraq və s. Burada olan ikinci tərəf sözlər arxaizmlərdir.

2. Semantik arxaizmlər. Burada ancaq sözlərin mənası köhnəlir.Məsələn: tacir, bac, xərac, bəzzaz, bəzzazlıq, töycü və s. Bu cür semantik arxaizmlərə aid olan sözlərin müasir dilimizdə sinonimi olmur. Onlar yalnız özləri bir- biri ilə sinonimlik təşkil edir: kətxuda – katta, kəniz− qarabaş, qul – kölə, kübar – zadəgan, şah – padşah və s.

3. Leksik–fonetik arxaizmlər. Bu arxaizmlərə mənaca dəyişməyən, fonetik tərkibcə fərqli olan sözlər daxildir. Məsələn; şu− bu, ol−o, övrət− arvad və s.

Ə.Dəmirçizadə yazır ki, arxaik sözlərin hamısı eyni aqibətli olmur; bumlardan bəzisi tamamilə unudulur; bəzisi məhdud dairədə - dialekt, şivə sözlərinə çevrilərək yaşayır; bəzisi başqa dilə keçir, əsil mənsubiyyəti olan dil üçün əcnəbiləşmiş olur; nəhayət, bəzisi yenidən işlək söz hüququ kəsb edir ( 18,100). Odur ki, bəzi sözlər müasir dilimiz üçün arxaik olsa da, dialekt və şivələrdə üslubi söz kimi işlədilir: doğru−çin; çöl – yazı; valeh olmaq− uymaq; ləqəb – ayama; zərər−ziyan; bostan−xır; təmiz − arı −pak ; oxşamaq− bənzəmək; uzaq −iraq; çörək − əppək; ensiz − dar; dava − savaş; nəsil – soy; bəxt – tale ; özbaşınalıq − dərəbəylik; doğru – gerçək; igid − ərən ; insan – bəşər; gizli – xəlvət; həyat − eşik; axtarmaq – aramaq; səs-ün; səs – avaz; güzgü – ayna; zamanəyyam – dövran ; bədən − əndam; allah – tanrı; cam – qədəh ; bəxtiqbal ; hədiyyə − ərməğan və s.

Arxaik sözlərin böyük bir hissəsi dinlə əlaqədar yaranmışdır. Bunlar dini-üslubi sözlərdən ibarətdir. Belə sözlər həm neytral üslubda, həm kitab dilində , həm də danışıqda işlədilir. Aşağıdakı misallardan bunu daha aydın görmək olur: allah – xuda – tanrı – ilahi – pərvərdigar − yaradan − xaliq − müsəvvir ; inam – etiqad; alqış – dua; dindar – mömin; ifrit − iblis − şeytan; məhşər − qiyamət; cənnət − behişt; cəhənnəm – duzəx; ehsan − xeyrat; urf – adət; dəstəmaz – vüzu; ilahiyyat – teologiya ( kit.) ; minbər – kürsü; pir – ocaq; peyğəmbər – nəbi ; qanun – şəriət; xütbə − moizə − vəz və s.

Arxaik sözlər əksər hallarda bədii üslubda ekspressivlik məqsədi ilə təntənəli çalarlıq yaratmaq üçün, satira və yumorda, kinayə istehza çalarlığı yaratmaq üçün, sarkazmlarda, komik əsərlərdə və s.-də işlədilir. M.Ə.Sabirin satiralarını buna misal gətirmək olar. S.Ə.Şirvaninin, M.Ə.Möcüzün, Ə.Qəmküsarın, Ə.Nəzminin satiralarında da belə hallara rast gəlmək olur.

İstər bədii- ədəbi dildə, istərsə də ümumxalq danışıq dilində XX əsrin 40-cı illərinə qədər bir qrup sözlər də işlədilirdi ki, bunların bəziləri yenə də ərəb, fars və türk dillərindən alınmışdır. 40-cı ildən isə dilimizdə olan həmin sözləri əvəz edən yeni məfhumlar əmələ gəlmiş, rus və Avropa mənşəli sözlər keçmiş və müasir dil üçün arxaikləşmişdir: firqə− partiya, firqəçi – partiyaçı, xitabnaməmüraciət, özək – təşkilat, qərardad – qərar, sərmayədar – kapitalist, cahan – dünya, darülfünun − universitet, əmələ − kargərfəhlə, məşrutə − Əsas QanunKonstitusiya, şura− sovet, cümhuriyyət – respublika, ruznamə − qəzet, yardım – müavinət və s.

Bu dövrdə bədii ədəbiyyatda ərəb və fars sözləri ilə yanaşı türk mənşəli sözlər də işlədilmişdir ki, bunların da əksəriyyəti ədəbi dilə məxsusdur: otaq – oda, yüngül (asan) – qolay, uşaq- çocuq, sabah – yarın, qadağan – yasaq, mahnı – şərqi – türkü və s. Bu sinonim cərgələrdə ikinci tərəf sözlər türk mənşəlidir. Lakin elə türk mənşəli sözlər də vardır ki, onlar dilimizdə bu gün də işlənir. Məsələn: həyat – dirilik, yatmaq – uyumaq, qarşı – ön, aydın – bəlli, gecikdirmək – yubatmaq, yıxmaq−devirmək və s.

Beləliklə, üslubi məqsəd üçün müasir yazıçılar tərəfindən arxaik sözlər aşağıdakı hallarda işlədilir:

a) təsvir edilən hadisələrin tarixi xüsusiyyətlərini əks etdirmək üçün;

b) poeziyada qafiya düzəltmək üçün;

c) satira və yumor yaradıcılığında kinayə, sarkazm, məsxərə və s. çalarlığı yaratmaq üçün;

ç) ekspressivlik yaratmaq üçün;

d) müəllif və personajın nitqini fərqləndirmək üçün.

V.İ.Koduxov yazır ki, arxaizmlər bütün hallarda üslubi sinonimlər kimi çıxış esir; onlar nitqi yüksəldir, təmtəraqlı edir (78)
4. Dialektizm yolu ilə əmələ gələn üslubi sinonimlər
Üslubi sinonim cərgəsini əmələ gətirən vasitələrdən biri də dialektizmdir. Dialektizm tarixi bir kateqoriya olub müəy­yən ərazi dairəsində şivələrdə işlədilən, qrammatik oriji­nallığa malik sözlər və ifadələrdir.

Dildə leksik və etnoqrafik dialektizmlər mövcuddur. Etnoq­rafik dialektizm ümumxalq dilində işlədilir. Bunlar yal­nız yerli məhəlli ( heteronim) sözlərdir ki, onları sinonim ki­mi qəbul etmək olmaz. F.K.Qujva da göstərir ki, ümum­xalq dilində etnoqrafizmlər sinonimliyə malik deyildir (67,74).

S.Rəhimovda licim, kürnəcə, xaldırmaq, qağazla­n­maq, yolaq, tuşna, Ə.Vəliyevdə çeştəmə, yalağan, Ə.Əbülh­ə­sən­də əncər, morarta, micə və başqa ədiblərin əsərlərində işlə­di­lən daqqa, cırıqqa, ding, gücüm, güxdək, qotman və di­gər bu kimi sözlərin dildə işlənməsinin heç bir əhəmiyyəti yox­dur, çünki bunlar dili ağırlaşdırır, qəlizləşdirir, müasir oxu­cular tərəfindən başa düşülmür.

Etnoqrafik dialektizmlərdən fərqli olaraq leksik dialek­tizmlərin işlənmə dairəsi daha genişdir və onlar ü­s­lu­bi məqsədlə dilə daxil olur. N.Şanski yazır: “Leksik dialek­tizm­lərin bədii ədəbiyyatda işlədilməsi mümkündür, üslubi vas­itə xarakterioloji fakt kimi, hansı ki, qəhrəmanın nitqi sə­ciyyəsini verməyə, nitqi stilizasiya etməyə imkan verir” (107,46).

Müasir Azərbaycan dilində işlənərək ümumişlək sözə çevrilən fəal dialekt sözlər üslubi baxımdan ən çox həm danışıq, həm də kitab dilində işlədilir.Danışıqda işlənən dialekt sözlər aşağıdakılardır:

Maaş – donluq : Karxanada həmzənin dərəcəsini və maaşını artırmaq barədə çoxdan bəslədikləri ümid gerçəkləş­miş­dir (M.İbrahimov), (Pirqulu:) Onları işə götürməyincə, don­lu­ğumuzu artırmayınca ya öləcəyik, ya da işlə­mə­yə­cə­yik, vəssalam ( C.Cabbarlı).

Uca− qəlbi− hündür: Amma (günəşin) şəfəqi qarşı­da­kı uca dağın başına düşmüşdü (S. S. Axundov), (Ağabala:) Dağ qəlbidir, - dedi, qara­bağlı qızına sataşdı (Y.V.Çə­mən­zə­min­li), Aralıda olan hündür və silsilə dağ­lar başındakı sən­gərlərdə güllə səsləri artır və çoxa­lır­dı… (S.Rəhimov).

Sağlam−qıvraq: Danışıram , gülürəm; Sağlam bir in­san kimi (M.Rahim). Nəzərli əmi yaşlanmışdı. Ancaq qıvraq idi (Ə.Vəliyev).

Qayış – toqqa: Qara oğlan … hələ belindəki qayışdan əlini çıxarmamış qoca kişini diqqətlə gözdən keçirdi (M.Hü­seyn), Sofa qapının ağzına getdi və Alonun toqqasından ya­pışıb – çoxdan görüşmürük… (S.Rəhimov).

Nümunələrdəki 2-ci tərəf dialekt sözlərdir

Bunlardan əlavə, başqa misallar da gətirmək olar: kisə− xaşa, ağcaqanadmığmığa – ditdili, iri – zırpı – yekə, kömək− həyan, məzəmmət etmək – qınamaq, ana− nənə, ata – dədə, yeznə−kürəkən, dəsmal – məhrəba, çörək − əppək, arxalanmaq− güvənmək, albalı− gilənar, izləmək – güdmək və s. sinonim cərgələrində olan sözlərin birinci tərəfi üslubi neytral, ikinci tərəfi isə üslubi dialekt sözlərdir və bədii əsərlərdə ən çox obrazların dili ilə işlədilir. A.İ.Yefimov ümumxalq dilinin formalaşması prosesində dialekt sözlərin geniş işlənməsi hüququnu göstərərək yazır ki, dialekt sözlərin bir qismi ədəbi–kitab dilinə keçir, digəri isə danışıq – məişət dilinin malına çevrilir (72,227). Sonra o yazır: “ Dialektizmlər dilin zənginləşməsinə xidmət edən vahidlər kimi yox, yalnız ədəbiyyatın üslubi mənbəyi kimi çıxış edə bilir” (72,229).

Bu fikri Ə.Dəmirçizadə də təsdiq edir və yazır: “Üslubi məqam nöqteyi-nəzərindən əhəmiyyətli olan si­no­nim­lərin bir növü kimi, dialekt sinonimlər daha çox bədii üs­lubda xüsusi çalarlıq üçün istifadə olunur” (18, 124-125).

“Məlum olduğu kimi, dialektizmlər ədəbi dilin mü­vafiq leksemləri ilə sinonimlik münasibətləri o vaxt yaradır ki, dialekt sözü ilə ifadə olunan məfhumu ədəbi dildə öz ək­sini tapmış olsun” (95, 23). “Semantik, leksik –semantik və etnoqrafik dialektizmlərlə ifadə olunan məfhumların ədə­bi dildə öz ifadəsi olmadığına görə həmin dia­lek­tizm­lərin ədəbi dildə sinonimləri ola bilməz” (67,78).

Dialektizmlərin bədii üslubda işlədilməsini M.Adilov da etiraf edərək yazır ki, …nəzərə almaq lazımdır ki, dialek­tizmlərin yeri məhz bədii üslubdur. Bu kateqoriya söz­lər ancaq bədii üslubda özünə yer tapa bilər. Dilin baş­qa üslublarında yox. Və “ dialektizm” anlayışı da bədii ədə­biyyatla əlaqədar olaraq yaranmışdır (3, 127-128).

Bir qisim dialekt sözlər vardır ki, bunlar ümumxalq tərə­findən qəbul edilmiş və üslubi məqamla bağlı bədii əsər­lərə gətirilmişdir. Bunlar da ancaq bədii üslub va­si­tə­si­lə mümkün olmuşdur: oğurlamaq- çalmaq, enli- gen, kuzə-bar­daq, kök- totuq, adaxlı- deyikli- nişanlı, yumru- girdə, külək- yel, isti- bürkü, sayıq- ayıq, lavaş- yuxa, bayır- eşik, qorx­maq- xəflənmək, xəsis- simic, cəld- becid, qorxaq- öddək- dızqax və s.

Yazıçı və şairlərimiz dialekt sözlərini yalnız üslubi məqsədəuyğunluğa görə işlədirlər. Bu da o vaxt olur ki, əsərdə verilən personajlar müəyyən hadisə ilə əlaqədar sözün məna çalarlığını canlandırmaq üçün işlədilir va bu da əsərin dilini maraqlı edir. Buna görə də yazıçı dialekt sözləri yalnız üslubi məqsədlə işlədir. Heç kim yazıçıdan tələb edə bilməz ki, yaradıcılığında dialektlərdən istifadə etməsin. Bu şərtlə ki, hər boş, məzmunsuz, mənasız sözlərlə bədii dili qəlızləşdirib, bayağılaşdırmasın. Buna görə onu da unutmaq olmaz ki, dialektizmlərdən istifadə sənətkardan böyük ustalıq tələb edir. C.Məmmədquluzadə, M.Ə.Sa­bir, Ə.Vəliyev, C.Cabbarlı, S.Rəhimov, M.İbrahi­mov, S.Vurğun, R.Rza, İ.Şıxlı, M.Cəlal kimi sənətkarların dialek­tizmləri məharətlə bədii üslubda işlətməsini, həmin sözləri bədiiləşdirib ədəbi dilə gətirməsini qiymətləndirmək lazım­dır. Lakin qeyd edilməlidir ki, heç də hər bir dialekt sözü bədii dilə gətirib üslubi söz hesab etmək olmaz. S.Vurğun yazırdı: “Poeziyanın böyük emosional gücü canlı insan nitqinin təbiiliyi ilə harmonik olmalıdır və bir quş dili, hətta qartal dili belə canlı insan nitqini əvəz edə, onun güc və gözəlliyini ifadə edə bilməz.”1

S.Rəhimovun dilində elə sözlər vardır ki, onlar ədəbi dil üçün yabançıdır: Məsələn: qayışbaldır, çuqquluq, qızıx­mış, alacankeş, ter, köçəl, çalıxmaq, qaçalov, qağazlanmaq və s. bu kimi sözlər ədəbi dilimiz üçün yararsızdır. Bu cür söz­lər oxucular tərəfindən belə, başa düşülməzdir.

Bəzi dialekt sözlər üslubi söz olmasa da, dilin lüğət tərki­bi­ni zənginləşdirərək leksik sinonimliyin zənginliyinə müs­bət təsir göstərir. Dildə ən çox sinonim olan sözlər lek­sik və semantik dialektizmlərdir: ana – ciyi, qurd – cana­var, qoz – ceviz, papaq – börk, bataqlıq – qarama, axtarmaq – gəzmək, cilov – qantarğa, balqabaq – boranı vzə s. Bu sino­nim cərgələrdə verilmiş ikinci tərəf dialekt sözlərdir.

Bütün bunlara baxmayaraq, dialekt sözlərin bir o qədər də dildə rolu yox dərəcəsindədir, o, ancaq M.N.Fo­mi­nanın qeyd etdiyi kimi, ədəbi-bədii dilin ehtiyacını ödə­mək üçün davam edir (103, 173).

Dialektizmlər haqda deyilənləri yekunlaşdıraraq göstərə bilərik ki, sənətkar dialektizmlərdən yalnız aşağıdakı prinsiplərə əməl edərək istifadə etməlidir:



  1. Sənətkar dialektizmlərdən istifadə edərkən sadə, başa düşüləcək, hamının işlətdiyi sözləri əsas götürməlidir.

  2. Elə sözlər seçib işlətməlidir ki, həmin söz ədəbi dilə uyğun gəlsin.

  3. Dialekt söz işlədilərkən yalnız kiçik bir məhəlləyə məxsus söz olmasın.

  4. Yaxşı olar ki, sənətkar işlətmək istədiyi dialektal sözü ya ədəbi dildə işlənən sözün sinonimini versin, ya da mötərizədə izahını (qarşılıqlı sinonimini ) göstərsin.

  5. Dialektizmlər yerli- yersiz (necə gəldi) işlədilmə­mə­lidir.

Ümumiyyətlə, yazıçı bunları nəinki öz fərdi üslubu­n­da, hətta personajların dilinə də tətbiq etməlidir.

5. Üslubi sinonimlərin əmələ gəlməsində

evfemizmlərin rolu
Üslubi sinonim cərgəsinin böyük bir qrupunu evfe­mistik sözlər təşkil edir. Dilçi alimlərimizin qeyd etdik­ləri kimi evfemizm kobud, qaba və qeyri–mədəni söz və ifadələrin yumşaldıcı, mülayim tərzdə, ədəbi dil sistemində işlə­dilməsidir. “ ... bu hansısa əşya yaxud hadisənin yum­şal­dıcı ifadəsidir, kobud ifadənin mülayim ifadə ilə əvəz­lən­mə­sidir (93,533). Məsələn: “ ikicanlı”, “ağırayaq” əvəzinə “ ha­milə”; eşşək” əvəzinə “ulaq”, “uzunqulaq”, “abi-kövsər” əvə­zinə “ cənnət suyu” və s.

Deməli, evfemizm gözəl, ədəbi, nəzakətli, tərbiyəvi, yum­şaldıcı, yüngülləşdirici və bunlarla bərabər, həm də al­da­dıcı, sovistik, demaqogiyaya aid söz və ifadələrdir ki, bu söz və ifadələr müxtəlif, lakin fərqli səbəb motivlərindən iba­rətdir: gündəlik zövqdən, konvensiyadan, nəzakətdən, ədəb­dən, mövhumat və xurafatdan, uydurma fikirlərdən.

Evfemizm dilçilikdə son illərdə daha intensiv inkişaf et­miş sahələrdən biridir və yalnız “ üslubi bir vasitə kimi ge­niş mənada düşünülür və müxtəlif üslublarda, xüsusən bə­dii üslubda geniş istifadə məqamlarına malikdir” (17,164). Bə­dii üslub da, ümumxalq danışıq dili də öz-özlüyündə evfe­mizmin işlədilməsini tələb edir. Sarsıdıcı, ürəkürpədici, qorx­u ifadə edən sözlər birdən–birə deyil , başqasına evfem­istik yolla deyilir.Məsələn, bəd xəbər ifadə edən “ xəstə” sözü “nasaz”, “ naçar” , “ kefsiz” evfemistik sözləri ilə ifadə edilib deyilir. “ Ölmək” sözünün qorxu ifadə et­mə­yən 40-a yaxın evfemistik söz frazeoloji birləşmələrlə əvəz edilib deyilir.

Evfemizm, qeyd etdik ki, əsas funksiyasına görə üslubi səciyyə daşıyır. Onun üslubi səciyyə danışması da elə nəzakət və mədəni formada mədəni sözlərlə işlədi­lm­ə­si­dir. Deməli, evfemistik söz və ifadələr mənanı məd­ə­n­i­ləş­di­rir, zərifləşdirir və üslubi bir hala gətirib çıxarır.

İstər bədii üslubda, istərsə də canlı danışıq dilində, evf­emizmlər nitq hissələrindən ən çox felə, isimə və zərfə aid olur:

Arvad – uşaqların anası (evf.dan.) – həyat yoldaşı (evf., kit). – yastıq yoldaşı ( evf., məc.,dan.)

həbsxana−ağzıbir ( evf.,dan.) − dörd divar arası (evf., məc..dan.)

məzar – son mənzil ( evf.,kit.)

qoca- yaşlı ( evf.,kit.) – dünyagörmüş ( evf., kit.,dan.) – yaşadolmuş (evf.,kit.)

sərxoş – kefli ( evf.,dan.) – məst ( evf.,kit.) – dəm ( evf.,dan.)

ağlamaq – gözünün qorasını tökmək ( evf.,dan.) – yaş axıtmaq (tökmək) (evf..kit.) – gözündən od tökmək ( evf.. dan.) - gözünün zılığını tökmək (evf.,dan.)

qocalmaq – saçına dən düşmək (evf., kit.) – beli bükülmək ( əyilmək( evf., dan.) – saqqalı ağarmaq (evf., dan,zar.) – birçəyi ağarmaq ( qadın haqqında) ( evf., dan.)

basdırmaq – dəfn etmək (evf., kit., dan.)

basdırılmaq− dəfn olunmaq ( evf., kit., dan.)

doğulmaq – anadan olmaq ( evf., kit.) – dünyaya göz açmaq ( evf., kit.)

Bəzi evfemizmlər məcazi məna bildirir:



evləndirmək − başını bənd eləmək ( evf., məc., dan.) − başını bağlamaq (evf., məc.,dan.)

bədbəxtlik üz vermək – beli bükülmək (evf., məc., dan.) − beli qırılmaq (sınmaq) (evf., məc., dan.).,

araq − ceyran südü (evf., məc., dan.)

Göründüyü kimi, sinonimlərin inkişaf edib genişlən­mə­sində evfemizmlərin rolu olduqca böyükdür. Dilimizdə evfe­mizmlər bir o qədər də çox deyildir. Onlar yalnız bədii üslu­bun ehtiyacını ödəmək üçün işlədilir. Deməli, evfe­mistik sözlər yalnız bədii üslubda deyil, fərdi və canlı danı­şıq üslubunda da işlədilir.

Dediklərimizdən belə bir nəticəyə gəlmək olar ki, üslu­bi məqsədlə işlədilən evfemizmlər aşağıdakı qruplardan ibarət­dir:

1. İctimai-əxlaqi evfemizmlər: yalan danışmaq – özündən uydurmaq (evf.); sərxoş olmaq – kefi yuxarı olmaq (evf.) – içmək (evf.); arvad – uşaqların anası (evf.) – həyat yoldaşı (evf.) – külatan (evf., dan.) – ömür yoldaşı (evf.); ər – həyat yoldaşı (evf.) – uşaqların atası (evf.) – evin kişisi (evf.) – kişi (evf.); fahişə − əxlaqsız (qadın) (evf.) – pozğun qadın – yava və s.

2. İctimai-estetik evfemizmlər: əmcək – döş (evf.); dal – arxa (evf.); doğmaq – uşağı olmaq (evf.) – bari-həmlini yerə qoymaq (evf.); çılpaq – lüt(evf.) − paltarsız (evf.); çimmək− suya girmək (evf.) − yuyunmaq (evf.) və s.

3. Dini evfemizmlər: Allah – bizi yaradan (evf.); ölüyuyan-mürdəşir (evf.); canalan − əzrayıl (evf.); axirət – o dünya (evf.)

4. Siyasi evfemizmlər: asılı – müxalif (evf.); faşist – nasional (evf.); fəhlə sinfiproletariat (evf.); gizli – məxfi (evf.) və s.

5. İctimai həyatla əlaqədar evfemizmlər: qorxmaq − çəkinmək (evf.); xəstələnmək− naxoşlamaq (evf.) – nasazlamaq (evf.); qorxaq – öddək (evf.)− quşürəkli (evf.); qoca− yaşlı (evf.)− sinli (evf.); ikiüzlü – riyakar (evf.); hiyləgər – çoxbilmiş (evf.); ölmək – keçinmək (evf.) və s.

Bütün bunlarla yanaşı, evfemizmlər müxtəlif formalar vasitəsilə əmələ gəlir:

1. Adların metonimik formada verilməsi evfemizmin əmələ gəlməsi vasitələrindən biridir: vətən – ana torpaq (yurd) (evf.,kit.,tənt.); kişi – başıpapaqlı (evf.,dan.); Azərbay­can− Odlar yurdu (ölkəsi) (evf.,kit.).

2. Evfemizmin əmələ gəlməsinin əsas səbəblərindən biri adların metaforik formada verilməsidir: ölmək – saralmaq (evf.) – dünyadan köçmək (evf., kit.).

3. Evfemizm əcnəbi sözlər vasitəsilə düzəlir: arvad− əhli-əyal (evf.) – külfət (evf.,dan.); uydurma – anektod (evf.,kit.); geyinmək – tualetini düzəltmək (evf.,kit.).

4. Evfemizmlərin bir hissəsi də jarqonizm vasitəsilə düzəlir: oğru− əliəyri (evf.,dan.) − əliuzun (evf.,dan.); oğurla­maq− əliuzunluq etmək(evf.,dan.) – çalmaq (evf.,kit.,dan.).

5. Evfemizmlərin əmələ gəlməsi söz və ifadələrin fra­zeoloji birləşmələrlə əvəzlənməsi hesabına da olur: arıqla­maq – bir dəri- bir sümük olmaq; pərt olmaqkefi pozul­maq və s.

Beləliklə, üslubi evfemistik söz və ifadələrin aşağıda­kı xüsusiyyətləri vardır:

1. danışıq dilini, həm də söz və ifədələri gözəlləş­dirir; 2. ədəbiləşdirir; 3. yumşaldıcı rol oynayır; 4. dili yün­gülləş­dirir; 5. tərbiyəvi xarakterə yönəldir; 6. nəzakətli edir.



6. Emosional- ekspressiv sözlərin üslubi

sinonimlərin əmələ gəlməsində rolu
Müasir Azərbaycan dilində üslubi sinonimlərin ya­ran­masına təsir edən amillərdən biri də emosional- ekspres­siv sözlərdir. Belə sözlərin ifadə imkanları bədii üslubda da­ha genişdir. Bəzi dilçilər, hətta, üslubi sinonimləri emo­sional-ekspressiv adlandırırlar. T.Əfəndiyeva haqlı olaraq yazır ki, emosional–ekspressiv sözlər həm ümumxalq dilinə məxsus ifadəlilik yarada bilir, həm də ən adi neytral sözlərdən xüsusi üslubi priyomların sayəsində emosional- ekspressiv mənada istifadə edilə bilir (22,171).

Məlumdur ki, hər bir sinonim söz məntiqi məzmu­na, üslubi və emosional xüsusiyyətə malikdir. Odur ki, üslubi sözlər həm kitab dilində, həm də danışıqda emo­sinal–ekspressivlik yaradır. “ Kitab və şifahi danışıq sözləri, əslində üslubi, yaxud funksional–üslubi çalardan başqa, həm də emosional–ekspressiv çalar ola bilər (99,88).

Emosionallığa və ekspressivliyə ədəbi dildəki sözlər malik­dir. Deməli, belə bir xüsusiyyət digər üslublardan fərqli olaraq ən çox bədii üsluba xasdır. Elmi üslubda, de­mək olar ki, obrazlılıq, emosionallıq və ekspressivlik olmur, xüsusilə də terminlərdə.

Dilçilik ədəbiyyatında emosional-ekspressiv sözlər öz se­man­tikasına görə digər sözlərdən fərqlənir, daha çox üslubi xarakter daşıyır. Odur ki, bu tip sözləri sinonim cərgəsinə üslubi sözlər kimi qəbul etmək olar:



nəhəng(n.) − giqant(kit.,eksp.) – titan ( kit.,eksp.,məc.,)

namussuz (n.) – binamus (dan.,eksp.)

adət(n.) − ənənə ( eksp.,kit.)



işıldamaq ( n.)− parıldamaq ( eksp.,kit.)

ətir(n.)− rayihə ( eksp.,kit.)

istedad(n.) – talant ( eksp.,kit.)

hərc-mərclik ( n.) – xaos ( eksp.,kit.)

vurmaq ( n.) – şappıldatmaq ( eksp.,dan.)

korazehin (n.) – korafəhm (eksp.,dan.) – key ( eksp.,dan.)

ölmək (n.) – gəbərmək (eksp.,dan.) – çezmək ( eksp.,dan.)

yaltaq (n.) – qabyalayan ( eksp.,dan.)

çirkin (n.) – murdar ( eksp.,dan.) – eybəcər (eksp.,dan.)

Semantikasına görə müxtəlif anlayışları bildirən yumşaldıcı emosional-ekspressiv sözlər də vardır:



igid(n.) – qəhrəman ( eksp.,kit.)

qucaqlamaq (n.) – bağrına basmaq ( eksp.,kit.)

danışmaq (n.) – söyləmək (eksp.,dan.) – deyinmək (eksp.,dan.)

Funksional-üslubi nöqteyi-nəzərdən emosional–ekspressiv sözlər iki əsas qrupa bölünür:

1.Ədəbi dil; 2.Danışıq dili.

Ədəbi üslubun emosional- ekspressiv leksikasına poetizm­lər və bədii nitqdə böyük yer tutan yüksək emosio­nal­lığa malik müəllif neologizmləri aiddir.

Məlum olduğu kimi, bütün poetizmlərin və müəllif neolo­gizmlərin ümumi üslubi funksiyası bədii əsərin dilini bəzəmək, onu daha zəngin , daha dəbdəbəli və daha yüksək etməkdən ibarətdir. Lakin deyilişi − aydın məzmun və xarakterindən asılı olaraq poetizmlər, personajların nitqinin xarakteristikası, müəllifin təsvir olunan obyektə və yaxud fakta emosional münasibətin qiymətinin ifadəsi, oxucuya emo­sional–ekspressiv təsir, bizi əhatə edən hadisə və əş­ya­la­­rın canlı təsviri və bu kimi daha konkret üslubi funksi­ya­la­rı yerinə yetirə bilirlər.

Emosional–ekspressiv sözlərin məhz bu xüsusiyyəti on­la­rın neytral üslubun ümumişlək leksikasından üslubi fərq­lə­rini təyin edir. Bu fərqləri əyani surətdə poetizm­lər­dən və neytral üslubun ümumişlək leksikasından təşkil olun­muş sinonimik cərgənin aşağıda göstərilən cədvəlində izlə­mək olar:



Neytral üslubda

işlənən sözlər



P o e t i z m l ə r

ay

allah


təbiət

yaxşılıq


meşə

yaxşılıq edən

gözəllik

qorxu


ox

sevgili


dustaq

qonaq


çəmənlik

sehrli


döyüş

təbiət


böyüklük

dostluq


məhəbbət

müqəddəslik

sevgili

nazlı


təmtəraq

ağıl


xoşbəxtlik

xoşbəxt


oxşamaq

batmaq


yorulmaq

mahnı


işıq

göy


qoca

qalib


arzu

istək


yalan

etibar


vəd

əlamət


əzab - əziyyət

yaz


ürək

xoşbəxtlik

qələbə

öpüş


vuruşmaq

dəniz


yaşayış, həyat

dost


insan

sinə - döş

bağışlamaq


hilal

xaliq – rəbb − ilahi – xuda

xilqət

lütf


orman

lütfkar


hüsn

dəhşət – vəhşət

məhvər

məhbubə − canan



məhbus

mehman


çəmənzar – çəməngah

füsunkar


cəng

fitrət


cəlal

ülfət


mehr

qüdsiyyət

dilbər – dildar

nazənin


ehtişam – büsat – calal

kamal – zəka – idrak

bəxtiyarlıq

bəxtiyar


nəvaziş etmək

qürub etmək (günəş haqqında)

usanmaq

təranə


nur – ziya

səma − asiman

pirani

müzəffər


dilək

kam , murad

riya

vəfa


ilqar

rəmz


zəlalət

bahar


könül

səadət


zəfər

busə


çarpışmaq

ümman


ruzgar

yar


bəşər övladı

köks


əfv etmək

Azərbaycanın xalq şairi S.Vurğundan verilmış sinonim cərgələrə aid bir neçə misal fikrimizi sübut edir. Burada verilmış sözlər üslubi sinonim sözlərdir:



Xoşbəxt xəlq eyləmiş sizi yaradan.

(Dram əsərləri, 1955, səh.94)



Müzəffər çıxdınız odlar ağzından.

(Əsərləri III cild, səh.346)



Sən el bağçasında şur tutub səs sal

Elin ciyərilə yalnız nəfəs al.

(yenə orada, səh. 345)



Keçdi o zamandan üç qış, üç bahar

(yenə orada, səh. 509)



Bəlkə bir gün görəcəkmiş başa sevdalı bəşər

(yenə orada, səh. 355)



İdraka sığmayan sonsuz bir dilək

(yenə orada, səh. 420)



Zəfər taclı bir muradın nur qanadlı rəmzisən

(yenə orada, səh. 337)



Bakı, Bakı. Üstündəki bu səmanın

Bir əvəzi varmı görən bu dünyada?

Qəlbin kimi nə genişdir asimanın?

(yenə orada, səh. 111)



Bu qatlar altında ümmanmı vardır?

De, burda, çarpışan nə dalğalardır?

(yenə orada, səh. 340)



Məsəl var ki, dost yolunda çovğun olar, qar olar

İlqarından üz döndərən el içində xar olar.

(”Ədəbiyyat qəzeti”, 30 yanvar, 1939)



Soyuq məzara da zinətdir insan

(Dram əsərləri, səh. 69)



İlandan, əqrəbdən yar ola bilməz

(yenə orada, səh. 69)

Azərbaycan şairi H.Cavidin də əsərlərindən bir neçə nümunə göstərə bilərik:

Ya rəbb, bu nə dəhşət, nə fəlakət?

Ya rəbb, bu nə vəhşət, nə zəlalət?

Yox kimsədə insaf mürüvvət,

İblisəmi uymuş bəşəriyyət?

(Seçilmiş əsərləri, 1982, səh. 166)



Ya rəbb, azacıq lütfü inayət.

Qəhr olmada artıq bəşəriyyət

(Yenə orada, səh. 167)



Mən öncə bir mələkdim

Yüksəklərdə uçardım.

Parlaq bir yıldız kimi

Ətrafa nur saçardım.

(yenə orada, səh. 334)

Göstərilən bu misallar aydınca sübut edir ki, neytral söslərin üslubi sinonimləri kimi poetizm­­lər­dən geniş isti­fa­də olunur.

Poetizmlərə isə özünün emosional-ekspressiv ifadə va­si­təsi ilə xarakterizə olunan bir neçə üslubi və yaxud müəllif neologizmləri adlanan sözləri aid etmək lazımdar.

Neologizm dedikdə, adətən yeni anlayışları ifadə et­mək üçün dilin inkişafının müəyyən mərhələsində, elm və texnikanın inkişafının, xalqın yeni həyat səviyyəsinin, icti­mai-siyasi, sosial münasibətlərin yaranması nəticəsində mey­dana gələn bütün yeni söz və söz birləşmələri başa düşü­lür. Belə neologizmlərə terminoloji neologizmlər de­mək nəzərdə tutulmur. Burada söhbət terminoloji neol­o­gizm­lərdən fərqlənən, dilimizdə olan sözləri, müəllif tərə­fin­dən bədii əsərin dilinin emosionallığını gücləndirmək üçün daha ekspressiv, özünəməxsus ifadə etməkdən ötrü yara­dılan üslubi sinonimlərdən gedir.

Bu cür neologizmlər S.Vurğunun əsərlərində tez-tez işlə­dilib:



Xoşbəxt xəlq eyləmiş sizi yaradan

(Dram əsərləri , səh. 94.1955)



Aman. Ayaqladı müqəddəs dini

Bu tanrı düşməni, vətən xaini.

(yenə orada, səh.40)



Yaratdığın sənət qızı

Salamlasın baxtımızı.

(Əsərləri, cild III, səh.562)

Bu misallarda “yaradan”, “tanrı düşməni”, “sənət qızı” üslubi neologizmlərdir. Şair həmin söz və ifadələri işlətməkdə fikri emosional şəkildə vermişdir. Burada həm də “ sənət qızı” ifadəsi poeziya mənasında işlədilmişdir.

Emosional-ekspressiv sözlərin ikinci qrupunu, yu­xa­rıda göstərildiyi kimi, danışıq leksikası təşkil edir. Danışıq leksikası dedikdə, ümumişlək leksika daxilində ayrılan söz­lər və ifadələr nəzərdə tutulur ki, bunlar da şifahi danışıq dilinin qeyri-rəsmi üslubuna məxsus məfhumlardır. Danışıq söz və ifadələrin bədii nitq üslubunda işlədilməsi həm müəl­lifin ideya fikri ilə, həm də əsas xüsusiyyətlərindən biri böyük emosional çalar və ifadə zənginliyi olan danışıq nitqi­nin özünün üslubi təbiəti ilə uzlaşır.

Sinonimlərin növbəti cədvəlində sinonimik sıranın hər ikinci (üçüncü) üzvünü danışıq leksikası təşkil edir:


Ümumişlək leksika


Danışıq leksikası

döymək

qaçmaq


yaltaq

yaltaqlanmaq

vurmaq

yalan


yalan danışmaq

soyuq


övlad

evlənmək


evləndirmək

ağlamaq


sevinmək

mane olmaq

qucaqlamaq



kötəkləmək, əzişdirmək

aradan çıxmaq, əkilmək

quyruqbulayan

quyruq bulamaq

şappıldatmaq

gop


gop eləmək (etmək)

sazaq


bala

arvad almaq

başını bənd eləmək

gözünün mitiyini tökmək

papağını göyə atmaq

pəl vurmaq

bağrına basmaq



Qeyd edək ki, sifətin dərəcələri daha çox ekspres­siv­li­yə malikdir. Elə bu səbəbdən də sifətin dərəcələri ən çox bədii üslubda ekspressivliyi və emosionallığı qüv­vətlən­dir­mək üçün istifadə olunur (18,213).

Üslubi çalarlıq nöqteyi–nəzərindən “qıpqırmızı” , “ qap­qara”, “ağappaq” və s. bu kimi sifətlərə nisbətən onların sino­nimi olan “ lap qırmızı”, “ lap qara”, “lap ağ”, “ dümağ” sifətl­ərini işlətmək daha məqsədəuyğun olar.

Sifət köklərinə - mtıl,-mtil,- umtul,- ümtül,- mtraq şəkilçi­ləri və “təhər” sözünü artırmaqla da emosional məna yara­nır: qırmızımtıl – qırmızımtraq – qırmızı təhər; sarımtıl − sarımtraq – sarı təhər; bozumtul – bozumtraq; yaşılımtılyaşılımtraq

Misallarda sinonim cərgəsini təşkil edən birinci tərəf sözlərin işlədilməsi daha əlverişlidir. Həmin sözlərdə daha emosionallıq yaratmaq üçün aşağıdakı sinonim sözlər də əmələ gəlir: qıpqırmızı, sapsarı, bomboz, yamyaşıl.

Bəzi ədatlar vardır ki, onlar nitqdə emosionallıq və ekspressivlik yaradır. Dildə işlədilən belə ədatlar çox azdır. Bir sinonim cərgədə birləşən belə ədatlara aşağıdakıları misal göstərmək olar ki, bunlar da mətn daxilində bir–birinin sinonimi olur:



  1. hər iki tərəfi emosiya və ekspressivlik yaradan ədat­lar : kaş − kaş ki; ha – ki; da − də

  2. yalnız ikinci tərəfi emosiya və ekspressivlik yara­dan ədatlar : heç olmasa − barı; ancaq – təki – bircə.

­Emosiyanın yaranmasının səbəblərindən biri də dildə nidaların işlədilməsidir. Nidalar danışıqda fikri daha təsirli, da­ha qüvvətli edir. Danışan şəxs fikrini təsirli, daha qüv­vət­li etmək üçün nidaların müxtəlif növlərindən istifadə edir. Buna görədir ki, canlı danışıq dilində nida sözlər da­ha geniş yer tutur.

Nidalar da başqa nitq hissələri kimi sinonimliyə malikdir və rəngarəng məna çalarlıqlarından ibarətdir. La­kin o biri nitq hissələrindən fərlqli olaraq nidalar daha qüv­vətli emosiya və ekspressivliyə malikdir. Sinonim cər­gəni əmələ gətirən nidalar iki cür olur:

1. Müstəqil mənaya malik olub, söz kökü kimi, nida kimi işlənən nidalar : afərin!− əhsən! – bərəkallah! – mərhəba! – maşallah!; heyf − əfsus və s.

Bu nidaların maraqlı bir cəhəti də ondan ibarətdir ki, təsadüfü, alqışı, tərifi, kinayəni, heyfsilənməni daha qüv­vət­li vermək üçün onlara “ səd” sözü də əlavə olunaraq onun­la birlikdə işlənir: heyf – səd heyf; əfsus − səd əfsus; əh­sənsəd əhsən; afərin – səd afərin ; mərhəba – səd mər­hə­ba .

2. Tamamilə nida xarakterli, yəni nida sözünə çev­ril­­miş nidalar : ey – ay – oy ( çağırış, müraciət bildirir)

ax – ah ( təəccüb, həsrət, töhmət,ağrı həyəcan və s. bil­di­rir)

oy – vah – vay ( qorxu, həyəcan, təəssüf, kədər bildirir)

aman – ox ( təəssüf, məyusluq, həyəcan, fəryad bildirir)

of – uf ( ağrı bildirir)

bəh, bəh – ha...ha...ha... ( kinayə, sarkazm bildirir)

Dildə eyni sözlərin təkrarı da emosionallıq vasi­tə­lə­rin­dən biridir. Bu cür sözlər əsas nitq hissələrindən ismə, fe­lə, sifətə, saya, zərfə xasdır və bunlar defislə yazılır.

İSİM. top- top − kos- kos;

SİFƏT. balaca–balaca – xırda–xırda – kiçik–kiçik; şirin–şirin – dadlı – dadlı – ləzzətli – ləzzətli;

FEL. kəsik–kəsik etmək – qırıq–qırıq etmək; yumru–yumru etmək – girdə - girdə etmək

ZƏRF. qaça–qaça – yüyürə yüyürə; qışqıra–qışqıra – çığıra–çığıra - bağırabağıra; yavaş–yavaş – asta–asta – ehmal–ehmal – ağır–ağır; qəmli–qəmli – qüssəli – qüssəli − qəmgin–qəmgin ; hirsli–hirsli – qəzəbli–qəzəbli − acıqlı – acıqlı

Beləliklə, dildə sinonimlərin üslubi məqsədəuy­ğu­n­luq əsasında seçilib işlədilməsində emosional -ekspressiv söz­lərin rolu böyükdür.


7. Morfoloji yolla düzələn üslubi sinonimlər
Üslubi sinonimlər nəinki adi kök formasında, hətta sözdüzəltmə şəkilçiləri vasitəsilə də əmələ gəlir ki, bu da morfoloji yolla sinonimliyin yaranması hesab olunur. Bu qru­pa aid olan sinonimlər nitq hissələrindən isim , sifət və zər­fin xüsusiyyətlərində özünü göstərir. Qeyd etmək lazım­dır ki, müxtəlif şəkilçilər sözdə üslubi–semantik mənalar yara­dır.

Azərbaycan dilçiliyi ədəbiyyatında sözdüzəltmə nə­ticə­sində əmələ gələn sinonimləri alimlərdən B.Abdullayev (1,78-124) öz dissertasiyasında tədqiq etmişdir. Bu sahədə onun xidmətini xüsusilə qeyd etmək lazımdır. O, sino­nim­lərin müxtəlif şəkilçilərdən yaranmasından bəhs edərək gös­tərir ki, sözdüzəltmə nəticəsində əmələ gələn sinonimlərin müəy­yən hissəsi sinonim sözlərə müxtəlif şəkilçilər əlavə et­məklə düzəldiyi halda, müəyyən hissəsi də eyni bir sözə müx­­­təlif sinonim şəkilçilər əlavə etməklə düzəlir (1,79). Sonra alim haqlı olaraq sözdüzəltmə sinonimləri müx­təlif­kök­lü və eyniköklü olmaq üzrə iki yerə bölür ( 1,79). Lakin bü­tün bunlara baxmayaraq, əsərdə sözdüzəltmə nəticəsində əmə­­lə gələn sinonimlərin üslubiliyi haqqında heç nə da­nışıl­­mır.

Ümumiyyətlə, dilçilikdə bu sahə geniş tədqiq edil­m­ə­mişdir. Sözdüzəltmə nəticəsində əmələ gələn sinoni­mlər haqqında az da olsa sozet dilçi alimlərindən V. Mes­ku­­tov (85), S.Abakulov və M.Solonina (38), R.P.Roqo­j­ni­ko­va (91) öz tədqiqat əsərlərində danışırlar. Lakin R.P.Roqoj­ni­ko­va müstəsna olmaqla, o biri müəlliflər şə­kilçilər vasitəsilə düzələn sinonimlərin üslubi əhə­miy­yə­tin­dən söz açmırlar. R.P.Roqojnikova eyni və müxtəlifköklü üs­lubi sinonimlərin necə əmələ gəlməsi haqqında yazır : “ E­y­ni və müxtəlifköklü sinonimlər bir cümlədə, yaxud ya­xın kontekstdə eyni sözün təkrarından qaçmaq üçün işlənə bi­lər (91,161).

Müxtəlifköklü sözdüzəltmə sinonimlərə nisbətən eyni­köklü sözdüzəltmə sinonimlər daha geniş, daha çox­sa­həl­idir. Eyniköklü sözdüzəltmə sinonimlər quruluşuna görə sa­də, düzəltmə və mürəkkəb sözlərdən yaranaraq müxtəlif növlərdən ibarətdir: sadə və düzəltmə, sadə və mürəkkəb, dü­zəltmə və mürəkkəb. Eyniköklü sözlər istər mətndə, istər­sə də adi danışıqda konkretliyi tələb edir, hər hansı bir konkret predmeti ifadə edir. Buna görə də belə sözləri digər kök sinonimləri hər vaxt dəyişdirə bilməz. Eyniköklü si­nonimlər hər hansı bir üslubi çalarlığı ifadə edir. R.P.Roqojnikova buna belə bir misal da verir : Любить свою гармонь Павка. Вздохнут басы, и засыплет гармошка лихую, заливистую (91,161).

Hər iki söz “ гармон” və “ гармошка” rus dilində da­nışı­q­da işlənir.

Rus dilində olduğu kimi, Azərbaycan dilində də bu söz­lər işlənir. Məsələn, “ Küçədə evimizin qarşısındakı qu­yu­luqda gözəl şərqilər söylədilər, saz və qarmon çalınır­dı” (Y.V.Çəmənzəminli); “Qaqqıldaşıb gülənlər, qarmoşka çalıb oy­nayanlar, tar çalıb oxuyanlar bir–birinə qarış­mı­ş­dı” (M.Hüseyn).

Müasir Azərbaycan dilində sözdüzəltmə şəkilçilərlə əmə­lə gələn sinonimlər az deyildir. Bu şəkilçilər, B.Ab­dulla­ye­vin qeyd etdiyi kimi, həm əsl Azərbaycan dili şə­kil­­çilə­rindən, həm də alınma şəkilçilərdən ( ərəb və fars dilləri­nin şəkilçiləri – N.S.) ibarətdir ( 1,86).

Eyniköklü sinonimlərin xidməti ondan ibarətdir ki, on­lar həm cümlədə, həm də mətn daxilində işlənərkən üslu­bi mənasını nəzərə çarpdırır. Məsələn, igid – qoçaq – qoç sinonim cərgədə “ qoc” sözü məcazlaşaraq “igid” sözü­nün sinoniminə çevrilir.” Qoç” sözü yalnız mətndə üslubi çalarlıq yaradır. Bu, bir çox yazıçılar tərəfindən az işlədilsə də, amma şifahi xalq yaradıcılığında, xüsusilə də dastan­lar­da özünü büruzə verir. Müasir dil üçün “ qoç” sözü arxaik­ləş­mişdir. Qoç Koroğlu, qoç Nəbi kimi işlənmələrdə bunun şa­hidi oluruq. Məsələn:



Qoç Koroğlu çıxır düzə ;

Baxmaram əlliyə, yüzə;

Mən dəlidən öyüd sizə;

Həddini aşmamaq gərək

( “ Koroğlu” dastanı).



Qoy sənə desinlər ay qaçaq Nəbi ;

Həcəri özündən ay qoçaq Nəbi

(“Qaçaq Nəbi” dastanı).

Üslubi sinonimlər Azərbaycan dilində -cıq, - cik, - cuq,-cük; - cığaz, - ciyəz, - cuğaz, - cüyəz; - ca, cə şəkilçiləri ilə düzəlir ki, bunlar emosional məna bildirir. Buna görə də bu şəkilçilər bədii üslubda geniş işlədilir: əzizləmə, kiçiltmə, oxşatma məzmununa və çalarlığına malik olur. Məsələn, ana ( n.) – anacıq- anacığaz; bacı ( n.) – bacıcıq – bacıcığaz; balaca (n.) – balacacıq – kiçicik; qız (n.) – qızcığaz - qızcıq; quzu (n.) – quzucuq; quş ( n.) – quşcuğaz – quşcuq; oğlan (n.) – oğlancığaz; uşaq ( n.) – uşaqcığaz ; körpə (n.) – körpəcik - körpəcə; ev ( n.) – evcik evciyəz; xırda ( n.) – xırdaca və s. Bu sözlərin bəzilərinə ədiblərimizin əsərlərində də rast gəlirik : “ Xidmətçi arvad tələsik ona balacacıq bükülü bir kağız uzatdı” ( Ə.Əbülhəsən) ; “ Gülzar kiçicik əllərini irəli uzatmış, həyəcan içində nəticəni gözləyirdi” ( C.Cabbarlı); “ Dəyişdi günbəgün qızcığın halı; Pozuldu gördüyüm o gül camalı” ( S.Vurğun) ; “ Ay qız, hacı Məhərrəmin, deyirlər, qızcığazı qoşulub qaçıbdır axı” (N.Vəzirov) ; “ Bir quşcuğun uçuşunda bilsəniz nələr; Nələr duyur bir şairin səyyar ürəyi “ ( S.Vurğun ) ; Ağabəyim diksinmiş bir quşcuğaz kimi başını cəld qaldırıb, Vaqifin üzünə baxdı” (Y.V.Çəmənzəminli) ; Ah.O körpəciyin nə dərdi vardır? Onu da ağladan bir intizardır” ( S.Vurğun) ; “ Alagöz, sarışın, körpəcə bir qız; Dörd divar içində ağlayır yalqız” (S.Vurğun); Budur, şəhərin ucqarında kiçik bir evciyəz qaralır” ( Ə.Məmmədxanlı); “ (Vidadi:) Vaqif, sabah məni yola sal, gedim; Torpaq evciyimi ziyarət edim” ( S.Vurğun).

Yuxarıda göstərilən bu cür şəkilçilər vasitəsilə rus dilində də üslubi sinonimlər əmələ gəlir. Məsələn: вода – водитса – водчика; сестра – сестритсасестричка; игла – иглица; белый – беленький – белехонький – бебешенький və s. (81,135).

-ca, - cə şəkilçiləri ilə başqa mənalı sözlər də düzəlir ki, bunlar zərflərin sonuna artırılır : yaxşı (n.) – yaxşıca; oğrun ( n.) – oğrunca; yavaş (n.) – yavaşca; gizli (n.) – gizlicə; sakit ( n.) – sakitcə və s.

-ca, -cə şəkilçili sözlər ən çox danışıqda işlədilir.

Azərbaycan dilində üslubi sinonimlərin əmələ gəlməsində ərəb və fars dillərindən alınmış “ - at” şəkilçisinin də müəyyən qədər rolu vardır. Bu cəm şəkilçisi çoxluğu bildirmək üçün istifadə olunursa da , dilimizdə tək kimi də işlədilir. Bu da iki formada özünü göstərir.Birinci formaya eyni kökdən ibarət olan söz daxildir: izah – izahat; xəyal – xəyalat; tələb – tələbat; təfəkkür - təfəkkürat; təhqiq – təhqiqat; təsnif – təsnifat və s. İkinci formaya isə eyni mənaya malik olan müxtəlif sözlər daxildir: avadanlıq – müxəlləfiyyat; zəmanəttəminat; tale – müqəddərat; reforma – islahat və s. Bu cür sözlər Azərbaycan dilində, demək olar ki, çox azdır.

Dilimizdə fellərdən düzələn - ma, - mə şəkilçili isim­lər də vardır ki, bunlar həm elmi, həm də bədii üslubda işlə­dilir. Belə sözlər ən çox elmi üslubda işlənir və bu tip söz­lərin sinonimliyi çox azdır: güclənmə - qüvvətlənmə; artma – çoxalma; varlanma – dövlətlənmə və s.

- ma, - mə şəkilçilərinə sinonim olan -ış, -iş, - uş, -üş şə­kil­çiləri də vardır. Bu şəkilçilər bir-birinə sinonim olduğu hal­da, onlardan düzələn sözlər də bir –birinin sinonimi olur: bəzənmə − bəzəniş; getmə − gediş; qaçma – qaçış; gülmə − gülüş; uçma – uçuş; vuruşma – vuruş və s.

Yuxarıda göstərilən şəkilçilərlə ( - ış, -iş,- uş,- üş, - ma, - mə) düzələn isimlər başqa sözlərlə də sinonimlik təşkil edir: Məsələn: ağlaşma – yas – matəm; bağlaşma – müqavilə − saziş; bildiriş – elan; yüksəliş – inkişaf – tərəqqi; düzəliştəshih; baxış – nəzər və s.

-ma, - ma şəkilçiləri ilə düzələn sözlər bəzi hallarda - aq, -ək şəkilçiləri ilə düzələn sözlərə sinonim olur. Məsələn: əsnəmə - əsnək ( “ Mövlanqulunun nəfəsi yavaş – yavaş genişlənir, onu əsnək tuturdu” ( S.Rəhimov), “ Əsnək əs­nək gətirər” (Atalar sözü) ; öskürmə − əskürək (“Qaraltının ös­kür­məsi Qüdrətli üçün naməlumu aşkar etdi” (T.Ş.Si­murğ). “ Bir–iki quru öskürək qarının sözünü yarımçıq kəsdi...” ( Ə.Əbülhəsən).

Cəmlik bildirən - lar, - lər şəkilçiləri də bəzi sözlərə artırılaraq üslubi məqsədlə işlədilir. Bu şəkilçilərin sözlərə artırılıb işlədilməsi mənanı qüvvətli edir. İctimai anlayışı bildirən bu şəkilçilərdən düzələn sözlər üslubi keyfiyyətə malik olaraq dildə ekspressivlik ifadə edir və yazıçıya müxtəlif priyomdan istifadə etməyə imkan yaradır. Məsələn, “ yazıq” sözünün aşağıdakı sinonim cərgəsi vardır: məzlum – fağır – dilsiz–ağızsız – aciz – üzüdanlaqlı – üzü tüpürcəkliəlsiz–ayaqsız – köməyə möhtac − əlsiz ( məc.)− köməksiz − zavallı – başıbəlalıbiçarə − bədbəxt – miskin – başıküllü ( dan.) – başıqapazlı ( dan.)

Bu söz və ifadələri daha obrazlı, daha qabarıq, daha ekspressiv vermək üçün onlara – lar, -lər şəkilçiləri artırılır: yazıqlar – fağırlar – dilsiz−ağızsızlar ( məc.) – acizlər – üzüdanlaqlılar – məzlumlar – üzü tüpürcəklilər − əlsizlər (məc.) − əlsiz – ayaqsızlar – köməyə möhtac olanlar – köməksizlər miskinlər – zavallılarbaşıbəlalılar – bədbəxtlər ( dan.) – biçarələr – miskinlər− dilsizlər (məc.) – başıküllülər (dan.) – başıqapazlılar (dan.)

Bəzi sözlərə və ifadələrə aid misallar göstərək. “ Yazıqlar çəkildi bir az uzağa; Dözməzdi Ayişə bu ağır dağa” ( H.K.Sanılı); “ Cəlil ağa özü keçmişdə fəqir olduğundan çox rəhmli idi və harada bir ittifaq düşsəydi, fəqirlərə, əlsizlərə kömək edərdi” ( M.Musabəyov) ; “ Məni göndəribdir bura kəndin ağsaqqalları; Əlsiz–ayaqsızları, köməksiz yoxsulları” ( S.Rüstəm) ; “ Dilsizlər hərə bir küncdə palçığa bulanmış, aclıqlarından nalə edirlər” (N.Nərimanov).

İsim və sifətlərə -lıq,- lik,-luq, -lük şəkilçiləri artır­maq­la sözlərdə emosionallıq və ekspressivlik yaranır: qəhrə­man­lıq ( n.) – igidlik – mərdlikqoçaqlıq – bahadırlıq; adam­lıq ( n.) – insanlıq; pislik ( n.) – yamanlıq; gənclik (n.) – ca­van­lıq.

Azərbaycan dilinə məxsus - sız,-siz,-suz,-süz şəkil­çi­lə­ri alınma “- bi” şəkilçisi ilə sinonim təşkil etdiyi kimi on­lar­dan düzələn sözlər də bir–birinin sinonimi olur və məna­da emosiya və ekspressivlik yaradır. Belə sinonim söz­lər çox vaxt mənfilik məzmununa malik olur. – “na” pre­fiksi də bu qəbildəndir: dinsiz – bidin; namussuz – binamus; vafasız – bivəfa; ədəbsiz – biədəb; insafsız – biinsaf − nainsaf; xəbərsiz – bixəbər; məzmunsuz – biməzmun; qeyrətsiz – biqeyrət; həyasız – bihəya; əlacsız – naəlac; ümidsiz – naümid; haqsız – nahaq və s.


8. Üslubi sinonimlərin məcazlar hesabına

əmələ gəlməsi
Azərbaycan dili məcazi sözlərlə zəngindir. Məcazi mə­na­lar cümlə və yaxud da mətn daxilində yaranır. Cüm­lədə məcazların yaranması dilimizdə olan sinonimliyi zən­gin­ləşdirir.

Hər bir sözün əsas mənasından başqa əlavə mənası da olur. Ə.Dəmirçizadə haqlı olaraq yazır ki, sözün əsas mə­nası ilə əlaqədar dolayı mənası da ola bilər və sözlərin be­lə əlavə - dolayı mənalarda işlədilməsi nəinki müm­küm­dür, hətta zəruridir(18,152).

Sözlərin məcazi mənasının zəruriliyi aid olduğu sözlə sinonimləşir və buradan da sinonimlər sözlərin məcazi mənaları ilə əlaqədar əmələ gəlir.

Məcazi mənalı sözlərin əksəriyyəti ismə, felə, zərfə və sifətə aid olur.

Sadə danışıq dilində, bədii ədəbiyyatda heyvan adla­rı­nın məcazi mənada işlənməsi böyük rol oynayır: tülkü, çaq­qal, ayı, eşşək, meymun, öküz, tısbağa, aslan, pələng, şir, cana­var, inək, quzu, maral, qoyun, ceyran, donuz, qaban, it, dovşan nominativ mənalarına görə, göründüyü kimi, hey­van adlarıdır. Lakin həmin sözlər dilimizdə məcazlaşaraq hey­van adları deyil, müəyyən anlayışı, keyfiyyəti bildirərək əsas sözün sinoniminə çevrilir. Tülkü − bic – hiyləgər; çaq­qalqorxaq, ayı – qaba, kobud, vəhşi; eşşək – qanmaz, ax­maq, qanacaqsız; meymun – çirkin; öküz – kobud; qoç – igid, cə­sur; şir – qoçaq, igid, cəsur; pələngigid , qorxmaz; aslan – qoçaq, cəsur; canavar − qurd, qəddar; quzu – sakit, mü­layim; ceyran, maral – gözəl; donuz – pinti; qaban – kobud, yön­dəmsiz; it – bədxasiyyət, acıdil; dovşan – qorxaq; ilan – xain – mərkli; qurbağa - çirkin.

Misallar : “ Cəfər tülkü olsa da , axır tələyə düşdü; Olan ol­muşdu artıq, ötən dəxi ötmüşdü” ( M.Rahim “ Saxtakar Sə­fər”); (Qulu: ) Görəsən , dünyada mənim kimi də eşşək adam olarmı” (N.Vəzirov” Pəhlivani – zəmanə”) ; (Nağı:) Donub qalmışam dünyanın işlərinə, bu meymun da özünü adam hesab edir, Zöhrə kimi mələkdən uca tutur” ( M.İbrahimov “ Yaxşı adam”) ; “ Hanı bəs Aleksey, dostlar hardadır? Aslana car çəkin, maral dardadır” ( M.Rahim “ Leninqrad göylərində”); “Adamlar vuruşanda dayanaraq üzbəüz; Gah eşşək söyləyirlər bir–birinə, gah öküz” (M.Rahim “ Uzunqulaq”); “(Kiçik gürcü:) Bu dağlar mülkünün pələngi sənsən” (S.Vurğun “ Vaqif”); (Eldar:) Bura bax, qardaşım, indi şah Qaçaq; O sizi talayan dişi canavar; İndi də göz dikib Azərbaycana “(S.Vurğun “Vaqif”); “ (Vaqif:)... Nə də dişlərində qan donan o qurd; Bu tərlan könlümü ovlaya bilməz” ( S.Vurğun “ Vaqif” ) “ Ovçusu olmuşam sən tək maralın; Xəyalımdan çıxmaz hərgiz xəyalın” (M.P.Vaqif) ; “Ərdovdu, qabandı, qoyma gəldi; Didarı yamandı, qoyma gəldi (M.Ə.Sabir “Qoyma gəldi“) ; “(Nurcahan: ) Hələ sən get qanqal otla. Mən də Nurcahanam, sənin kimləri çox xaltalamışam, ay it” ( N.Vəzirov “ Daldan atılan daş topuğa dəyər” ) ; Basma ayağını bizim torpağa ; İlandan, əqrəbdən yar ola bilməz” ( S.Vurğun “ Vaqif” ); Gözəllikdən bixəbər; Lovğa–lovğa hər səhər; Özünü maral sayan; Qurbağalardan həzər” (M.Rahim” Maral və qurbağa” ); ( Qoca:) Al. Oğul. Göz üstə saxla sən bunu; Yaşat ürəyində qoç Koroğlunu” (“Koroğlu”).

Azərbaycan dilinin sinonimikasında yalnız heyvan adlarının məcazi mənası deyil, ayrı–ayrı sözlər də məcazlaşaraq aid olduğu əsas sözün sinoniminə çevrilir. Məsələn: abır – üst–baş; ağır – hamilə; ağrı – dərd – qəm; alçaq – rəzil; anadangəlmə−çılpaq; aparmaq – qalib gəlmək, qələbə çalmaq; arşınlamaqveyllənmək; bazar–səs–küy; bal – şirin; badımcanburun – yekəburun, uzunburun; balqabaq – key, maymaq; baltadiş – yekədiş; banlamaq – qışqırmaq; başsız – gic; beyin – ağıl; qırmaq – öldürmək” qızartmaq – utandırmaq; vurmaq – içmək; qəfəshəbsxana; qızmaq – hirslənmək; dam – həbsxana; dəymək – baş çəkmək; danabaşküt; duzlu – maraqlı; əzmək – kötəkləmək; ərimək – arıqlamaq; yoluq – kasıb, yoxsul; yuva – ev; malbaş – küt; öküzbaş - yekəbaş; çulu cırıq - yoxsul və s.

Bütün bunlarla bərabər, dilimizdə elə ifadələr də vardır ki, onlar məcazi mənada işlənərək məna çalarlarına görə aid olduğu əsas sözlə sinonimləşir. Məsələn: “qara qızıl” – neft; “ma­vi yanacaq” – qaz; “ ağ qızıl” – pambıq; “polad at” - trak­tor; “ sarı qızıl” - buğda; “ polad qanad” – təyyarə; “mavi gə­mi” – pambıqyığan maşın; “dəmir qanadlı quş” – təyyarə və s.

Bu ifadələrin bəziləri mətbuat üslubunda daha çox işlədilir. Misallar: “ Neftçi, yerin təkindən, dərin sular altından “qara qızıl” və “ mavi yanacaq” çıxaranlar da, təmirçilər də, qazmaçılar da, vışkaquraşdıranlar da çox şərəfli bir ad neftçi adını daşıyırlar” ( “ Kommunist” qəzeti, 14 sentyabr 1982); “Respublikamızda bayram şənliklərinin davam etdiyi günlərdə briqadamız zərbəçi kimi işləyərək öhdəlik hesabına nəzərdə tutulduğundan çox “ ağ qızıl” toplayıb” (“ Kommunist” qəzeti, 2 oktyabr,1982); “ Alnı açıq cavanlar; Şərəfli qəhrəmanlar; Qoy cansız tarlalarda; yenə “polad atınız” ( M.Rahim “ Zəfər təranəsi”) “ O,əlini qaldırıb yellədi, salamlaşdı, sanki bizdən” üzr istəyirmiş kimi gülümsəyib,” mavi gəmisini “ağ çiçəkıər dənizinə sürdü” ( Ə.Qasımov “ Aytəmizin dəftərləri” ); “Yarır” havaları polad qanadlar; Bir də qan ağlamaz yer, göy göyərçin” ( S.Rüstəm “ Göyərçin”) ; “ Güləbətin səsi gəldiyi qədər qışqırıb dəmir qanadlı quşun qabağından qaçmağa, çoxdan hovuzun qırağına enmiş göyərçinlərin yanına enməyə başladı” ( M.İbrahimov “ Güləbətin” ).

Onu da qeyd etmək olar ki, üslubi sinonimlərin cümlə və ya mətn daxilində işlədilməsi, ondan istifadə edilməsi fərdi xarakter daşıyır, çünki hər bir sözün mənası subyektiv olduğundan onu icra edən şəxs və sənətkar tərəfindən müxtəlif cür də işlədilə bilər. Xalq şairi R.Rza “ Qü­rur nəğməsi” şeirində “ ay” sözünü “göylər qızı” ifadə­si kimi işlədilir:



Təyyarə qanadlı

buludları yararsa,

coşğun nəğmə səsləri

boşluqları sararsa;

bu bəxtiyar həyatda

könül açan

nə varsa,

bizimkidir

nəğmə də,

təyyarə də, sevgilim

Göylər pərisi ay da,

Səyyarə də , sevgilim.
Şair başqa bir şeirində isə “ ay” ı “sarışın kəndli qızı” ad­lan­dırır:

Ay – sarışın kəndli qızı,

Yaşlı sular – yellənəcək.

Nazlı-nazlı gülümsəyir

Dalğalara minərək.
S.Vurğun isə “ ay” ı “ göylər şamı” adlandırır:

. .. O, ay dediyimiz göylərin şamı



O qarlı düzlərə baxıb yanırdı...

“ Komsomol poeması”


Beləliklə , sinonimlərin cümlə və ya mətn daxilində işlədilməsi obrazlılıq, emosionallıq yaradır, ona üslubi çalar verir. Sinonimlər cümlə və ya mətndə üslubi məqsəd üçün istifadə olunaraq təkrara yol vermir, fikri daha aydın, qabarıq, dəqiq ifadə edir, sənətkarın öz istək və arzularını həyata keçirməyə nail olur.
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə