AZƏrbaycan milli elmlər akademi­yasi­ folklor institutu ­­­­­­­­­­­­­­­­­ ZÜMRÜd məNSİmova zaqatala




Yüklə 2.09 Mb.
səhifə2/13
tarix22.02.2016
ölçüsü2.09 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

Zaqatala aşıq mühitində tənbur-saz ifaçılıq əlaqələri
Zaqatala Azərbaycanın qədim tarixə, mədə­niy­yətə, folklora malik olan mü­hitlərindən biridir. Etnik-mədəni tərkibin sıxlığı ilə seçilən bu mühitdə ayrı-ay­rı folklor örnəklərinin zənginliyi ilə yanaşı, müxtəlif xalq sənətləri də yaşa­maq­da­­dır. Zaqata­lada yaşa­yan tənbur ifaçılarına, onların yarat­dıqları tənbur ha­va­la­rına, tən­burla deyilən haylalara keçməzdən öncə bu alətin özü haqqında mə­lu­mat vermək daha düzgündür. Tənbur 2-3 simli qədim musiqi alətidir. Tənburun ya­ranma tarixi və inkişafı, dövrü barəsin­də, çox təəssüf ki, konkret olaraq araş­dır­ma aparıl­mamışdır. Tənbur türk­lərə məxsus olan bir musiqi aləti­dir.­ Bu alət Azər­baycanın əsasən, şimal bölgə­sində qorunduğu kimi, Şərqdə, Or­ta­ Asiyada, türk xalq­larında, qazax­larda «dombra», qırğızlarda «dom­bura», özbək­­­lərdə «do­mb­rak», türkmən­lərdə «dan­bura», osmanlı türklə­rinə ya­xın ol­an türklərdə «tan­bura» kimi, eləcə də bir çox Qərb xalqları arasında «dom­b­ra»­­­­ adı ilə tanınıb in­kişaf etmişdir. Bəzi mənbə­lərdə tənbur növləri kimi «Bağ­dad»,­ «Şir­van» tən­bu­ru­ ilə yanaşı, dütar, setar, pənc­tar, şeştar və s. ad­la­rı çəkilmişdir (60, 6). Azər­bay­canda tarixən «tənbur» adı ilə çox məşhur olan bu alət mizrab, baş və orta bar­maq­ların hərəkəti ilə ça­lınır. Bəzi mənbələrdə bu alətin adı çəkilir və onun XIX əs­rin sonlarına kimi daha çox istifadə olunduğu bildirilir. Eyni zamanda bu mu­si­qi aləti hazırda daha çox Zaqatala və Balakən mühitində yaşamaqdadır. XIV–XV əsrlərdə yaşamış Azər­baycan musi­qi­şünası Əbdülqadir Marağayi bir sıra musiqi alətləri ilə yanaşı, Şirvan tənburu haqqında da ət­raflı məlumat ver­mişdir. O, «Məqasidül əl-əlhan» əsərində yaz­mış­dır: «Şirvan­lı­lar­ tən­bu­ru­ o sazdır ki, təb­riz­li­lər ondan çox is­tifadə edir. Onun qur­u­lu­şu armud şəklində olur. Səthi uzundur. Ona iki tək sim bağlanır. Qol­la­rın­da pərdələri olur. Elə kök­lənir ki, onun aşağı sim­ində çalınan nəğmə yuxarı simin­də çalınan nəğ­mə­nin 8/9-nə bərabər olur (11, 250).

Görkəmli bəstəkar Ü.Hacıbəyov isə məqalə­lə­rinin birində tənbur musiqi alə­­tini «telli saz» sazın bir növü adlan­dırmış və qeyd etmişdir ki, «telli sazlardan biri tənburdur ki, bu da çox qədim tarixə malikdir». Eyni zamanda müəllif Fərabinin tənbur haqqında, xü­­susən, Xorasan və Bağdad tənburlarının müxtə­lifliyi barəsində qeydlərini də ol­duğu ki­mi vermişdir (45, 33). Prof. S.Paşayev bir bir sıra tədqiqat­ların­da qədim mu­si­qi alət­lərindən olan qopuz, setarla ya­naşı, tənburun da adını çəkmişdir. Bu alətin tək tel və cüt tel kökləri olduğunu bildirmişdir. Müəllif onu da qeyd etmişdir ki, tənbur daha çox Za­qatala-Balakən mühitində yaşamaq­dadır (95, 171). Digər mənbə­lər­də isə tən­bu­­run yaranma tarixi haqqında müxtəlif qeydlər vardır. Prof. M.Kəri­mov isə qədim musiqi aləti kimi tənburun tarixi ilə bağlı mövcud olan mənbələrə müraciət etmişdir: «Yaxın Şərqdə qazıntılar zamanı ta­pılmış XI əsrə aid bir sini boş­qab üzərində iki simli tənbur çalan varsağın təs­vi­ri­ verilmişdir. Bundan başqa, XII-XIII əsrlərə aid edilən bir çox saxsı qablar üzə­rin­də tənburun təsviri verilmişdir». Sonra müəllif orta əsr rəssam­larının o cümlədən, orta əsr mi­ni­a­tür sə­­nəti əsər­lərində bir sıra musiqi alətləri ilə yanaşı, tən­­burun da geniş təs­vi­rinin verildiyini bildirmişdir (61, 4).

Müəllif digər məqaləsində qeyd edir ki, «Tənbur ifaçılıq sənəti Azər­bay­can­da XIX əsrin ikinci yarısından etibarən, tədri­cən azalmağa başlamışdır» (­60, ­8)­. La­kin Şi­ma­li Qafqazda, Da­ğıs­­tanda tən­bu­r­un ba­ş­­qa növləri yaşa­maq­da­dır.­ Tən­­bur miz­rab­la­ çalınan ən qədim musiqi alətlərin­dəndir. Bəzi mənbələrdə bu alətin müx­­təlif növləri olduğu qeyd olunur. Digər mənbələrdə isə məsələn, Ə.Fərabi «Kitab ül-musiqiyi-kəbir» kitabında tənburun yunan filosofu Pifaqor tə­rə­­fin­dən­ era­mızdan əvvəl VI əsrdə icad edildiyini göstərmişdir. Sənətşünaslıq na­mi­zə­di Aslan Məmmə­dov isə Cənubi Azərbaycanın Cığamış şəhərindən tapılmış sax­sı qaba istinadən bu alətdən eramızdan əvvəl VI minillikdə Urmiya böl­gə­sin­də­ istifadə edildiyini bildirmişdir (72, 74). Fikrimizcə, bu daha doğru var­iantdır. Orta əsrlərin musiqişünas alimi Dər­viş Əli tənburu «bütün musiqi alətlərinin müəl­limi» hesab etmişdir. Fü­zuli «Yeddi cam» poemasında «Sitar ilə söhbət» böl­mə­sində tən­burun adını çə­kmişdir». Hazırda tən­bur Orta Asiya xalqları tərə­findən ge­niş istifadə olunur. Orta əsr­lər­də saray və folklor musiqi­sində geniş istifadə olu­nan tənbur alətinin adı­na klassiklərimizin ya­ra­dıcılığında, xüsusən Niza­minin, Fü­zulinin, Nəsi­mi­nin­ yara­dıcılıq­larında da rast gəlmək mümkündür. Prof. S.P.Pir­sultanlıya görə, Nəsiminin tənbur musiqi aləti ilə ya­xın­lı­ğı­nın­ olması onun poeziyasına musiqilik, oy­naqlıq və axıcılıq gətirmişdir (94, 1­56). Niza­­mi­nin əsərlərində isə bu alətin görü­nüşü, düzəlmə tex­nolo­giyası haq­qın­da məlu­matın verilməsi, tənburun yaran­ma­sının da­ha əvvəlki dövrlərə bağlı oldu­ğu­na işarə edir. Prof. S.P.Pirsul­tanlı haqlı ola­raq tənburu setarın, sazın və tarın, ümu­miyyətlə, simli alət­lərin ulu əcdadı hesab etmişdir (98, 6). Tənbur o dövrlərdə sa­ray məclislərində də özünə geniş yer tapmışdır. Belə ki, bir sıra miniatürlərdə cən­nət­də­ki qanadlı huri-mələklər belə tənbur çalan yerdə təsvir olunub. Nizaminin «Sirlər xəzinəsi» əsərinə çəkil­miş rəsmlərdə cən­nət­­dəki hu­ri-mələklər padşahı Bil­­qe­­yisin taxtı tənbur çalan mələk­lər ilə əhatə olun­muş­dur. Füzulinin «Yeddi Cam» əsərində tənbur musiqi aləti barəsində belə deyilir:

Rəğbət elə tənbura, müğənni, gəl ürəkdən,

Rəğbət açarı ilə ona da bir qapı aç sən (43, 127).

Tənbur musiqi alətinin adına Yunis İm­rənin, Məh­dim­­­qulu­nun şeir­lə­rin­də və «Abbas və Gülgəz» dastanında da təsadüf edi­rik. Bu, tən­burun qədim mu­siqi aləti olduğuna işarə edir. Ey­ni zamanda XIII əsr abidələrində «Dastani-Əh­məd Harəmi» də də öz əksini tapmışdır: «Şu kimsələr çalardı udi tənbur» (30, 67).

Müasir tənbur armudvari olub, kiçik çanaqdan və uzun qol­dan ibarətdir. Bu qola 16-dək pərdə bağlanır. Simlərin sayı beş­dən çox olmur. Cökə, armud, gər, tut, ərik ağaclarından hazır­lanan iki-üç simli Zaqatala tənburunun armuda bən­­zər gövdəsi olur. Nisbə­tən qısa qola beş pərdə bərkidilir. Əvvəllər tənburun sim­­ləri ipək­dən və bağırsaqdan hazırlanardı, hazırda isə metaldan hazırlanır, həm mizrabla, həm də əl barmaqlarının köməyi ilə çalınır.

Bu alətin tarixi sırf türk xalqları ilə bağlı olsa da, sonralar Zaqatalada yaşa­yan azsaylı xalqlar da tənbur musiqi alətini öz mədəniyyətlərinə daxil etmiş və bu gün də onun ən kamil qoruyu­cularına çevrilmişlər. İki-üç simli alət kimi tanı­dı­ğımız tənburda tək tel kökü ilə mahnılar, cüt tel kökü ilə isə əsasən, oyun ha­va­la­rı ifa edilir.

Qədim musiqi alətlərini tədqiq edən Məcnun Kərimov «Unu­dulmuş musiqi alətlərimiz» adlı məqaləsində Şirvan tənbu­ru haq­qında belə qeyd edir: «Şirvan tən­bu­ru saz tipli alətdir, sim­lə­ri ipək sapdan hazırlanır (62, 110). Şirvan tən­bu­run­da ifa olunan hava­ların əksəriyyəti Şirvan saz ha­vaları kimi ritmik və oynaq­dır. Am­ma Zaqatala tənbur havaları məclisin ab-ha­va­sına uyğun tərzdə qu­ru­lur­­­du. Tənbur vaxtı ilə daha çox xınayaxdı və toy mərasimlə­rində ifa olunardı. Yuxarıda qeyd etdiyi­miz kimi, vaxtı ilə burada toy mərasimləri əvvəldən sonadək tən­bur musiqi aləti ilə aparıl­mışdır. Eyni zamanda mövsüm mərasim­lərinin ək­sə­riy­­yətində bu musiqi aləti ifa olun­muşdur ki, bu da əsasən, əmək prosesini sü­rət­­lən­dirməyə xidmət edirdi. Tənburla əsasən, ürfani havalar çalı­nar, hamının işti­ra­kı ilə ila­hi­lər deyilərdi. XX əsrin 70-80-ci illə­rinə kimi tütün düz­mə, tay basma, ba­rama təmizləmə iməciliklə­rin­də tənbur çalınar, mahnılar oxunar, haylalar deyi­lərdi. Bu alət vaxtı ilə ayrı-ayrı evlərdə təşkil olu­nan Novruz bayramı şənlik­lə­rində də çalınardı. Qurban bayramı mərasimində ərə­fə­sin­də, möv­lud günlərində ila­hi­lə­rin oxunma­sında da istifadə olunmuşdur. Bu ila­hi­lər, əsasən, Yunis İmrə­dən, Möv­­la­nə Cəlaləddin Rumidən oxunar və məclisin əh­val-ruhiyyəsinə uyğun tərzdə də­yişərdi. Belə adətlərin bu gün də yaşaması onu göstərir ki, tənbur əskidən dər­viş­lərin toplandığı ürfan məclislərində, təkkə ocaq­la­rında ilahi­lərin səs­lən­mə­sin­­də da­ha çox istifadə olunmuşdur. Fikrimizcə, tənburun sazla oxşarlığı və daha də­qiq desək, bu alətləri birləşdi­rən cəhət də məhz hər ikisinin təkkə ocağına bağlılığı fak­tıdır.

Zaqatalada tənbur sazla paralel inkişaf prosesi keçirib ki, bu da mühiti sə­ciy­­­yələndirən və maraq doğuran xüsusiy­yətlərdəndir. Bu mühitdə yaşayan us­tad­ və ifaçı aşıqların bir çoxu öncə tənbur ifaçılığı ilə məşğul olmuş, sonra saz ifa­çı­lı­ğı­na keçmişlər. Tənbur­la əsasən, ürfani havalar çalınar, hamının iştirakı ilə ila­hi­lər deyi­lərdi.

F.Baxşəliyev «Saz və təsəvvüf» adlı məqalə­sində çoğur, tən­bur kimi qədim mu­siqi alət­lə­rinin saza keçid üçün bir stimul oldu­ğu­nu bildirmişdir. Eyni zaman­da müəllif Ş.İ.Xətainin də sazdan ön­cə təkkə ocaqlarında tənbur ifa etdiyini qeyd etmişdir (26, 72-79).

Zaqatalanın Qımır kən­din­də yeddi qədim ziyarətgah var. Bu ziyarət­gah­la­rın hər biri burada yaşayan öv­li­yaların adıyla bağlıdır. Bu gün Hacı Murad Əfən­di, Hacı Mikayıl Əfəndi, Qud­bi babanın adlarıyla bağlı olan bu ziyarət­gah­lar­da böyük hücrələrin, təkkə ocaq­­larının qalıqları mövcuddur. Kəndin ağsaq­qal­larının söylə­dik­lə­rinə görə, bu­ra əvvəllər dər­vişlərin, övliyaların toplandığı iqamətgah olmuşdur. Onlar burada öz dini, ürfani biliklərini verər, zikr edər, tənburda ilahilər deyərdilər (78). Bü­tün bunlar onu göstərir ki, tənbur öncə ürfan məclislərinin əsasını təşkil etmiş, hal əhlinin Allaha yetişməsi üçün bir növ vasitə olmuşdur. Ramiz Fasehə görə, «Hal­ adamları üçün Allahdan başqa heç bir varlıq mütləq və vacib deyil­dir (42, 59). Yuxarıda qeyd etdiyimiz kimi, tənbur musiqi aləti təkkə ocaq­la­rın­da, Qur­ban­ bayramında da ifa olunardı. Tənburun müşa­yiə­ti ilə Qurban bay­ra­mın­da de­yi­lən bir nümunəyə diqqət edək:

Eləmi, Qudbiyə gəl,

Qurbanda qudbiyə gəl.

Şərbət iç, gözün tutsun,

Qiyqac sal, Qudbiyə gəl (78).

Bu nümunədə mühitə məxsus olan adət-ənənə öz əksini tap­mış­dır.

Digər tərəfdən Zaqatalanın qədim pirlər, övliyalar məskəni olması, təriqət­çi­liyin (xüsusən, nəqşibəndiliyin) yayıldığı ərazi olması baxımından, tənbur musiqi alətinin də bu məclislərdə ifa olunması məqsədəuyğundur. Qur­ban bayramında Yunis İm­rədən ilahilərin oxunması da təbii qarşılanır. Çünki el ara­sında dolaşan rəvayətlərə görə, Yunis İmrənin və onun mürşidi Hacı Tapdığın qəbir­ləri də Qax rayonunun Oncalı kəndindədir. Folklorşünas alim Əziz Ələk­bər­li bu barədə yazmışdır: «Oncalı kəndi yaxınlı­ğındakı Oğuz qəbiristanlığı Yunis ba­ba və Tapdıq babanın məzar-ziyarətgahlarıdır» (39, 6). El arasında Yunis İmrə ba­rə­sin­də bu gün də müxtəlif rəvayətlər yaşa­maq­da­dır. Əslində Yunis İmrənin hara­da dəfn olunduğu bəlli deyil. Bu səbəbdən Yunis İmrəni sevən, adını əbə­di­ləş­dirən xalq onun üçün hər yerdə bir məzar yaratmışdır. Görkəmli tarixçi-etnoq­raf alim Məşə­di­xanım Nemə­tin bu­ra­­da olan övliya­ların Şeyx Məhəmməd Əf­ən­­di­nin, Mustafa Əfən­dinin və başqa övliyaların sırf nəqşibəndi olmasını, bu ide­ya­la­rın təbli­ğat­çı­sı­na çevrilməsi qəna­ə­tinə gəlmişdir (87, 82-93). Vaxtilə Nəsib Əfəndi baba, Hacı Mu­rad Əfəndi baba və başqa övliyaların təşkilat­çılığı ilə keçən möv­lud məra­simləri tənbursuz keçməzdi. Söyləyicilərin verdiyi məlumata görə, adı çə­kilən şəxs­lər nəqşibəndi təriqətinin nümayən­dələri olmuşlar (78). Azadlıq və mü­stə­qil­lik uğrun­da mübarizə aparan bir çox belə şəxslər Çar Rusi­ya­sı tərə­fin­dən XX əs­rin 20-30 illərin­də sürgün edilir və bununla xalqın maarif­lən­məsinin qar­­şısı alı­nır­dı.­

Bu gün isə tənbur daha çox toylarda, el şənliklərində istifa­də olunan çalğı alətinə çevrilmiş, onun əvvəlki funksiyası isə dövrün tələbi ilə aradan çıxmışdır. Balakən-Zaqatala bölgəsinin tarixi etno­qra­fiyasından yazan A.Məmmədli qeyd etmişdir ki, 2-3 simli, 6 pərdəli çalğı aləti olan «danbur» həm zaqatalalıların, həm də balakən­li­lərin dərdli və sevincli anlarında ən yaxın dostu və sir­daşı olmuş­dur. Ey­ni zamanda tənbur burada el adəti olan iməci­lik­lərin yaraşığı, iç dünyamızın ay­nası, sevgisi, ağrısı və hayqır­tısıdır (75, 28, 29). Zaqatalalı tənbur­çu­ların, xü­su­sən suvagilli Musanın və muxaxlı Camalın dediklərinə əsasən, tənbur musiqi alə­ti cökə, gər və armud ağacından düzəldilir.

İyirmiyə yaxın etnik qrupun (saxur, avar, ləzgi, lak, dargin, inqiloy, fars və s.) və azsaylı xalqların çoxluğu ilə seçilən Zaqatala folklor mühiti bu gün mədəniy­yətlə­rin bir-birinə qovuşması, çulğa­laşması ilə səciyyələnir. Məhz bu ba­xım­­dan Za­qa­ta­la­da yaşamaqda olan tənburu, onun ifaçıla­rını, tənburda ifa olu­nan hay­la­ları, unu­­dulmaqda olan mah­nılarımızı, ümumilikdə, Zaqa­tala folklor mü­hi­tini araş­dır­maq məqsədəuyğundur. Maraqlı haldır ki, tənbur zaqa­tala­lı­la­rın yalnız xoş gün­lə­rin­də, toylarında, el şənliklərində deyil, eyni zamanda onların ən çətin, ən ağır gün­lərində də gərəkləri ol­muşdur. Tənburda bəzi saz havaları ilə yanaşı, sırf tənbur havaları da ifa olunur. Bu havalar əsasən, mühitin ab-havasına, elin-obanın arzu-istəyinə uyğun tərzdə ifa edi­lir. Tanınmış tənbur ifaçıları tən­bur­da həm qəmli havalar, ilahilər, həm də məc­li­sin ab-havasına uyğun, oynaq havalar ifa edər, dastanlar söyləyərdilər. Tənbur ge­cə­lərində tənburçular sübhə­cən dastan danışardılar. Zaqata­lada məşhur tənbur ifa­çılarından olan 76 yaşlı Turacov Musa Qazı­mə­həm­məd oğlunun və rayonun bir çox ağsaqqallarının dediklərinə görə, XIX əsrin sonla­rın­dan XX əsrin ortalarına ki­mi tənbur gecə­ləri keçirilirdi. Tən­bur gecə­lə­rin­də klassik dastanları­mızdan olan «Novruz və Qən­dab», «Aşıq Qərib» və s. das­tan­lar söylənilirdi. Burada qara nağıllar söylənilər, bar­daş qurub oturan məc­lis əhli isə böyük həvəslə tən­bur­çuları dinləyirdilər. Təbii ki, havaların əksə­riy­yə­ti məclisin ab-havasına, iştirak­çı­la­rın arzu-istəyinə uyğun şə­kil­­də dəyişərdi. Tənburla mahnı­lar, haylalar (başqa bölgələrimiz buna bayatılarda de­yilir) oxunur. Buna zaqa­ta­la­lı­lar arasında «yerli havalar» da deyilir. Tənbur ha­va­la­rından da­ha çox maraq doğuran­ları «Sarıbaş», «Məhərrəmkəndidir» (buna el ara­sın­da «Gəlin ağ­ladan» hava da deyilir). Zaqatala oyun havalarından «Ox gü­lüm», «Ala göz­lüm», «Ley­lam», «Ceyranım», el mahnılarından «Ay ma­ral xa­nım», «Sa­lam­­məlik» və s. daxildir. Tənburda məclisin şəninə uyğun qəmli və şən ha­valarla ya­naşı, ilahilər də ifa olunur.

Göründüyü kimi, tənbur iki-üç simli musiqi aləti olmasına baxmayaraq, im­kan­ları çox genişdir. Burada tənbur ifaçı­ları haq­qında da məlumat vermək yerinə dü­şər. Tənbur ifaçılarına Zaqata­lanın Ta­la, Muxax, Car, Əliabad, Suvagil, Çar­dax­lı, Muğanlı və s. kəndlərində daha çox rast gəlinir. Bun­lar­dan Muxaxlı Ca­mal oğlunun, Talalı Aişə Süley­manovanın, Məmmədov Səəddinin, Əlinin, Ra­ma­­zanov Mikayılın, İsmayılın, Əliabadlı Eyvazın və başqalarının adla­rı­nı­ çək­mək olar. Bu sənətkarlar dövrünün ta­nınmış sənətkarları olmuş­lar. Qeyd edək ki, bu sənətkarların ək­səriyyəti uzun müddət tənburla məclislər aparmış, dastanlar bağ­lamış, sonralar isə saz ifaçılığına keçmişlər. Adı çəkilən bu şəxs­lər yaşadıqları za­manın tanınmış tənbur ifaçıları olublar. Maraqlı xüsusiy­yət­lər­dən biri də bu­dur ki, tənbur ifaçılarının əksəriyyə­tində sənətin atadan-oğula ötü­rül­məsi müşa­hi­də olunur. Bu halı bəzən indi də müşahidə edirik. Məsələn, suvagilli Musa Qazı Məhəm­məd oğlu tənbur havalarının ən gözəl ifaçısıdır. Oğlu Turac isə onun sə­nə­­tinin ən layiqli davamçısı hesab oluna bilər. Turac nəinki tənburda, eyni za­man­da digər musiqi alətlərində  sazda, sintizatorda, qarmonda, qoşa nağara­da­ və s. alətlərdə böyük məharətlə ifa etməyi bacarır. Maraqlı xüsu­siy­yət­lər­dən bi­ri də budur ki, tənburçu Musa tənburda ifa edərkən, şəraitdən asılı olaraq bəzən ömür-gün yoldaşı ilə birgə hayla deyir. Yəni biri tənburda çalır, digəri hayla de­yir. Bu prosesdə onlar tez-tez bir-birini əvəzləyirlər. Muxaxlı Məmmədov Səəd­di­nin oğlu Şaban da atasının layiqli davamçısı he­sab oluna bilər.

Bu gün də Zaqatalada sazla yanaşı, tənbur ifaçılığı da yaşa­maq­dadır. Hazır­da bu sənəti layi­qincə yaşadanlardan Məmmədov Şaban, Turacov Musa və baş­qa­larının adlarını çəkmək olar ki, on­lar hələlik öz ifa tərzlərini dəyişməmişlər. Mü­hit üçün səciyyəvi olan xüsusiyyətlərdəndir ki, Zaqatala aşıqlarının bəziləri ömür­lə­ri­nin çox hissəsini tənbur ifa etmiş, sonra isə saz ifaçılığına keç­miş­lər. Belə­lərindən Əliabadlı Camalın və Əlinin adlarını çəkmək olar.



Tənbur ifaçılarının zaman ötdükcə saz ifaçılığına keçmələri­nin səbəbini yal­nız dövrün, zamanın tələbi ilə əlaqələndirmək doğru olmazdı. Qeyd edək ki, qu­ruluşuna, yaranma tarixinə görə tənbur saza nisbətən daha qədim və sadə çal­­ğı alətidir. Qeyd etdiyimiz kimi, bu mühitdə yaşayan əksər yerli sənətkarlar saza keçməzdən öncə tənburda ifa etməyi öyrənir, sonra saz ifaçılığına keçir­lər. Ancaq digər bir qrup tənbur ifaçıları da vardır ki, onlar ömürlərinin so­nu­nadək elə tənbur ifaçıları kimi tanınmışlar.

Tənburun qədim musiqi aləti kimi türkə məxsus olduğu mə­lum­dur. Ancaq ma­raqlı haldır ki, bu gün Zaqatalada yaşayan az­saylı xalqların nümayən­də­lərin­dən olan ingiloylar, saxurlar, avarlar türkəməxsus tənbur ifaçılığı ənənəsini sevə­rək mənimsəmiş və qorumağı bacarmışdırlar. Buna münasibət bildirən folk­lor­şü­nas alim Ağalar Mir­zə «Şirvan Aşıq ya­radıcılığı, təşəkkülü və inkişaf tari­xindən» ad­lı kitabında qeyd etmişdir ki, «Azərbaycanın Şimal bölgəsi etnik baxımdan xüsusi key­­fiy­yət­ləri ilə seçilən, dillərin, etnik özəlliklərin qovuşaraq ortaq mədəniy­yət yarat­­­ması ba­xı­mından daha incə və qayğılı yanaşma tələb edir» (5, 153). Bu gün in­giloyların orta təhsil ocaqlarında tənbur xüsusi bir musiqi aləti kimi tədris olunur. Am­ma çox təəssüf ki, buna yerli türklərin yaşadığı kəndlərin orta ümum­təhsil mək­təblərində təsadüf etmirik. Zaqatala folk­lor mühitində tənbur musiqi alətinin ye­ri, tarixi kökləri, qurban bayramına, ürfan məclislərinə tə­si­rin­dən yuxa­rı­da söz aç­mışıq. Maraqlı xüsusiy­yət­lərdən biri də budur ki, bu mü­hit­­də tən­bur mu­siqi aləti ilə yerli havaları avazla çalıb-oxuyurlar. İfaçıların daha çox ər-arvad olması halı müşa­hidə olunur. Zaqatala aşıq mühitində tənburla oxunan mahnılara «hayla» de­yilir. Öncə bu sözün etimolo­giyasına diqqət edək. Fikri­mizcə, «hayla» sö­zünü «hay­lamaq», «haraylamaq», «səsləmək» və s. kimi mənaları ifadə edir. Maraqlıdır ki, xakaslarda, altaylarda, şorlarda, tuvalarda, baş­qırd­larda dastana «kay», «kay­la»,­ yaxud «hay», «hayla», das­tan söyləyənə isə «kayçı», yaxud «hayçı» deyilir. Bu sözün bir mənası da «boğazda oxuyan», yaxud «boğaz oxu­ması» anlamını ve­rir. Prof. Metin Ergin Hakas hayçıları və hayçılık sanatı» tədqiqatında qeyd edir ki, «Hakaslar arasında nimax, ya da alıptıx nimaxlar söy­ləməyə hayla deyilir (130, 71-76). Qeyd edək ki, bu haylaların ifası və haylaların yeddilik şeir şək­lin­də olması Zaqatala haylaları ilə müəyyən bir oxşarlıq ya­radır. Digər tərəfdən, bu hay­lalar yuxarıda adı çəkilən xalqlar arasında həm qə­dim musiqi alətlərində – tən­bur­da, setarda, çoğurda ifa olunur, həm də musiqi alə­tindən istifadə etmədən oxu­nur­du. Ehtimal etmək olar ki, Zaqatalada tənburla söylənilən haylalar öz ilkin for­ma­sını itirməsinə baxmayaraq, bu gün də öz arxaik izlərini qoru­maq­dadır. Za­qa­ta­la haylala­rı­nın Ağ­baba aşıq mühi­tində xüsusi mə­ra­­­simlərdə deyilən nanaylara, tırın­­qılara da müəyyən qədər oxşarlığı var. Ağbaba na­nayları Novruz, toy məra­sim­lərində payız və qış gecələrində keçirilən yığ­nax­lar­da deyilərdi (70, 70). Bu yığ­naq­lar Zaqatalada vaxtilə tənbur ifası üçün də təşkil olunardı. Ağbaba mühitində keçi­rilən nanay məclis­ləri qara zurna ilə müşayiət olunardı. Tənbur gecələrində hay­la ilə iki nəfər qabaq-qabağa deyişərdilər. Bu xüsusiyyətə biz nanay gecələrində də təsadüf edirik. Digər bir oxşarlıq həm nanayın həm də haylanın bayatılar üzə­rin­də avazla oxumasıdır. Fərq ondadır ki, nanaylar əsasən, qara zurna ilə oxunur və misrada sözlərin tək­ra­rı isə əsas rol oynayır. Bir nümunəyə diqqət edək:

Kisə aldın olmadı

Ay şaqqılar, ay şaqqılar, kəmərin.

Suya saldın olmadı,

Varmı yardan, varmı yardan xəbərin (105

Haylaların nanaylardan fərqli mövzu əlvanlığı və tənbur gecə­lə­rində möv­lud­­lar­da ifa olunmasıdır. Hayla əsasən, tənburun adı ilə başlayır. Bunlar bəzən imə­ci­­lik­lər­də el şənliklərində söylənmə məqam­ları ilə oxşarlıq təşkil etsələr də, ma­hiy­y­ət etibarilə başqa­dırlar. Hayla birbaşa təkkə ocaqlarından qidalanır.

Zaqatala tənburun­da deyilən haylaların məzmu­nunda qədim inanclar, əski bə­­şəri dünya­görüş, təriqət­çiliyin elementləri əks olu­nur. XIX əsrin 70-80-cı il­­lərin­də bu alətlə müxtəlif ürfan məclislə­rində, təkkə ocaqlarında, dərviş­lə­rin,­ övli­ya­­ların toplaşdıqları dini mərasimlərdə ilahilər oxunardı. Tən­bur­da ifa olunan ha­va­­lar, mah­nılar istənilən mərasimin ab-havasına, insan­la­rın istəyinə uyğun tərz­də olur. Onu da qeyd edək ki, əvvəllər yuxarıda adları çəki­lən ürfan məc­lis­lə­rin­də, Qur­ban bayramı ilə bağlı mərasimlərdə, möv­lud­lar­da istifa­də­ olunmuş tənbur mu­si­qi aləti, zaman keçdikcə öz auditoriyasını da dəyiş­miş­, daha çox mövsüm mə­ra­sim­­lə­ri­nin və el şənliklərinin aparıcı musiqi alətinə çevril­miş­dir.­

Tənbur musiqi alətindən danışarkən onun musiqi im­kan­larından, xüsusi tən­bur havalarından da bəhs etmək lazımdır. «Tən­burda ifa olunan «yerli hava» şən-şux və oynaq ha­va­dır. «Ayaq­tərpətmə», «ayaq­sir­kə­lə­mə», «ayaqçəkmə» və yaxud «əl­oy­­nat­ma»­­ ha­va­ları oyunçudan cəldlik, çeviklik tələb edir. Bu havalar xüsusən, toy məra­sim­lə­rin­də, el bayram­larında və iməciliklərdə çalınıb-çağ­rılardı» (75, 27). Cüt­­lə­rin­ və yaxud tək­lərin rəqsi vardır ki, burada əsasən, tənburda çalınan oynaq ha­va­­la­rın xüsusi rolu olur. Cütlərin rəqsində bir qız, bir oğlan qarşı-qarşıya oy­na­yır­lar. Təklərin rəq­sin­də isə bir qız, yaxud da tək bir oğlan oynayır. Tənbur havalarında eyni za­man­da insanın qəmi, kədəri də əks olunur. «Məhərrəm­kəndi» ha­vası gəli­ni ata evin­dən çıxaranda ifa edilərdi. Qeyd edək ki, vaxtilə bu mühitdə toy­lar saz­la yanaşı, tənburla da keçirilərdi. El arasında tənbur havası kimi tanınan «Məhər­­rəm­­kəndi»nə, adətən «Gəlinağladan» havası da deyilir. Bu hava indiki «Vağ­­za­lı»­ya ox­şar bir havadır. «Süsəni», «Sarıbaşdı» havaları da el arasında se­vi­lən tənbur havalarından olmuşdur. Saz havala­rından olan «Narın­cı», «Ballı» ha­va­­sı da tən­bur­­da böyük məharətlə ifa edilir. Tənbur musiqi alətində bu gün unu­dul­maqda olan köhnə mahnı­larımız da ifa olunur. Bunlardan «Ay Maral xanım», «Cey­­ra­nım» (bəzən bu mahnıya «Ay lilay, lilay» da deyilir), «Salamməlik», «Ox gü­­lüm», «Ala gözlüm» «Zaqa­tala» və s. mahnıların adlarını çəkə bilərik. Bü­tün bun­lar, tən­bur­un imkanlarından xəbər verir. Tənbur ifaçıla­rının tənburla çox za­man bədahətən dedikləri haylalar insanlara xüsusi zövq verir. Tənburda deyi­lən­ hay­­laların əksəriyyəti tən­bur aləti haqqında deyilən xoş sözlər, onun tanıtımı ilə əla­qəli yaramış­dır. Bu haylalarda insanların hiss-həyəcanı, sevgisi, kini-qəzəbi, nif­rə­ti əks olunur. Bu haylalarda eyni zamanda unudulmaqda olan adət-ənənə­lə­ri­miz də boy verir. Yeri gəlmişkən qeyd edək ki, hayla deyimini əsasən, Zaqa­ta­la­nın Ta­la kəndinin sakinləri işlətmişlər. Haylalar bayatı for­ma­sın­da olub, möv­zu­su əsa­sən, tən­bu­run adı ilə başlayır. Əsas fərq isə haylanın yalnız tənbur musiqi aləti ilə de­yilməyi və bu alətin musiqi tempinə uyğun gəlməyidir. Müxtəlif məzmunlu hay­la­larda isə bu forma qorunmur. Eynən bayatı forma­sında olur. Bu haylaların ək­sə­riy­yəti xüsusi keçirilən tənbur gecə­lərində bədahətən deyilərdi. Əsas etibarilə bu ge­cələrdə ya tək tənburçu öz tənburunda ifa edir, yaxud da ifaçılar bir kişi, bir qa­dın olur. Onlardan biri tənbur çalar, digəri isə mahnı oxuyardı. Bu cütlüklər çox za­man qohum şəxslər, xüsusən ər-arvad olardı. Onu da qeyd edək ki, tənburda in­san­ların qədim məşğuliyyət tərzini əks etdirən haylalar da var. Bu haylalar vax­tın­da toplanılmadığı üçün konkret nümunə göstərə bilmirik. Aşağıdakı nümunələr ya­xın zamanların məhsuludur. Bir neçə haylaya diqqət edək:

Danbur çalan beş barmax,

Beşi də qızıl qarmax.

Hər kəsin işi deyil,

Danbur çalıf oxumax.


Danburun üç telinə,

Yar gəlifdi elinə.

Əziz can qurvan olsun,

Bir həyalı gəlinə (107, 155-164).

Bu tip haylalarda müasir dövrün hadisələri öz əksini tap­mışdır.

Danburun simi nazih,

Qolumda var bilərzih.

Elə bir yar sevmişəm

Barmaxdan beli nazih (78).

Bu haylalar məhəbbət, dini, ürfani və s. mövzuları əha­tə­ edir. Hay­la­ların böyük əksəriyyəti deyişmələr şəklində də yaranardı. Artıq bu tip hay­la­la­rın ək­səriy­yətində tənburun adına təsadüf etmirik. Yalnız iki şəxsin iştirakı ilə de­yi­lir. Burada insan­ların hiss-həyəcanı, sevinc və kədəri ifadə edilir:

Sarı tütün bükümü,

Söylə könlündəkini.

Mənim könlüm nə bilir

Sənin könlündəkini (78).

Tənburda deyilən haylaların əksəriyyəti öyüd-nəsihət xarekteri daşıyır.

Canımı qana bular

Qan könlüm qana bular.

Qanlıya yoldaş olma,

Səni də qana bular (78).

Tənburda deyilən haylaların mövzusu çoxşa­xəli və rənga­rəng­dir. Bu hay­la­la­­rın hər biri öz hikməti, atalar məsəlinin, alqış və qarğışların, bədii ifadə va­si­tə­lə­­rinin zənginliyi ilə seçilir:

Danburun yaşa dolsun,

Sürmə çək, qaşa dolsun.

Səni məndən ayıran

Nə gülsün, nə şad olsun (78).


Və yaxud:

Mixəh əkdim tasıynan,

Dərmədim həvəsiynən,

Yarı-yardan edənin

Günü çıxsın yasıynan (78).

Tən­burçular əvvəlki dövrlərdə, konkret desək, XX əsrin 80-ci illərinə kimi möv­­süm məra­sim­lərini bir-birindən rəngarəng və maraqlı olan tənbur hava­ları, hay­la­lar ilə bəzəyərdilər. Bu haylalar daha çox əkinçilik, maldarlıqla bağlı yara­nar­­dı:

Dağ başında iz olmaz,

İz olsa da, düz olmaz.

Dəvə adamsız otlar,

Sürü çobansız olmaz (78).

Bu tip haylaların əksəriyyəti tütün düzümü, tay basımı (Tü­tün quruduqdan son­­ra onun yar­paqla­rını dəstələyib xüsusi hazır­lan­mış yeşiklərə düzülür və sonra qa­lın iplə hər tərəfdən bağla­nı­lır), fındıq, barama təmizləmə iməciliklərində ya­ra­nar­­dı. Maraqlı haldır ki, burada tənbur ifası za­ma­nı qızlar­dan ibarət olan dəs­tə­lə­­rin qarşı-qarşıya deyişmələri olardı. Bir nü­mu­nə­yə diqqət edək:

1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə