AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu “Siyasi nəzərəiyyələr” şöbəsi




Yüklə 0.95 Mb.
səhifə9/12
tarix22.02.2016
ölçüsü0.95 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

Sevinc Quliyeva
Şahdəniz 2: Enerci strategiyasında yeni mərhələdədir.

Azərbaycan Respublikasının malik olduğu iqtisadi-siyasi potensialdan səmərəli istifadəyə dair mövcud konsepsiyası bu gün beynəlxalq əhəmiyyət kəsb etməklə yanaşı xalqların həyatında coxsaylı müsbət göstəricilərlə xarakterizə edilir. Səmərəli enerci strategiyasının qurulması müstəqilliyin ilk vaxtlarında hələ bir cox regional dövlətlərin xarici siyasətində aktuallıq kəsb etmirdi. Bu həmin vaxt idi ki, müdrik siyasi xadim Heydər Əliyevin hakimiyyətə gəlməsindən dərhal sonra Azərbaycanın potensial imkanları dəqiq qiymətləndirilmiş, milli maraqların təmini məsələsi əsaslı şəkildə müəyyənləşdirilmiş, regionun və dünyanın gələcək siyasi vəziyyətində enerci amilinin rolu əsaslandırılmışdır. Zaman kecdikcə Azərbaycanın enerci strategiyasi dünya dövlətlərinin əməkdaşlıq faktoruna cevrildi və bu amil digər sahələrə də öz tövhəsini verdi. Bir- birinin ardınca imzalanan müqavilələr, bu müqavilələrin səmərəli fəaliyyəti, qloballaşan dünyada bir sıra yeni istiqamətlərə başlanğıc verməsi son iyrimi ildəki nailiyyətlərimzin əsas meyarına cevrilmişdir. Ona görə də Azərbaycanın enerci siyasəti vahid, düşünülmüş, cox uzaq gələcəyə planlaşdırılmış dünya miqyaslı bir strategiyadır. Bu strategiyanın davamı kimi Prezident İlham Əliyevin bir sıra uğurlu nailiyyətləri enerci siyasətinin inkişafının mühüm dövrü kimi qiymətləndirilməlidir. “Şahdəniz 2” layihəsi bu gün Avropanı və Asiyanı bir birinə bağlayan və öz əhatə dairəsinə görə tarixdə XXI əsrin müqaviləsi kimi qiymətləndirilən beynəlxalq bir layihədir. Bu layihədə dövlətlərin bir araya gəlməsinə nail olmaq, onları bu prosesin iştirakcısına cevirmək, dünyanı yenidən Azərbaycana gətirmək Azərbaycanın gücünün və indiyədək gördüyü işlərin bəşəri əhəmiyyət kəsb etməsinin bariz nümunəsidir. Problemin qoyuluşuna və tədqiqat dairəsinə görə biz onun iki mərhələdə- bu layihəyədək olan proseslərin tədqiqini və layihənin imzalanması ilə onun gələcəkdəki imkanklarının elmi araşdırılmasıni qarşıya qoyuruq.

1.Enerji strategiyasında siyasi əməkdaşlığın inkişaf dinamikası

Öz ehtiyyatlarına görə zəngin olan və 1999-cü ildə kəşf edilən “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixracı həyata kecirilmişdir edilmişdir. Yatağın işlənilməsinin ikinci mərhələsi və “Cənub” qaz dəhlizi layihələrini isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilən ən böyük və mürəkkəb təşəbbüslərdən hesab etmək mümkündür. Odur ki, “Şahdəniz-2” dünyanın ən iri enerci layihələrindən biridir. Əsası 1994-cü il “Əsrin müqaviləsi” ilə qoyulmuş strategiyanın davamı olaraq layihə həm də enerci təhlükəsizliyi və enercinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı ücün yenidən böyük imkanlar yaranır. Hələ 1994-cü ildən Ulu Öndər Heydər Əliyev Xəzər dənizini xarici sərmayələrə açaraq ölkəmizin uğurlu inkişafını təmin etdi, XX əsrdə dövlətlərin nadir əməkdaşlıq imkanları yarandı. Həm iqtisadi, həm də siyasi əhəmiyyətinə görə dünyada özünəməxsus yer tutdu. Elə buna görə də həmin müqavilə öz əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırılmışdır. Nəzərə alsaq ki, bu tədbirdən əvvəl Azərbaycanın enerci sahəsinin inkişafında bir sıra mühüm tarixi hadisələr baş vermişdi. 1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı saziş imzalanmış, 1999-cu ildə Xəzər dənizini Gürcüstanın Qara dəniz sahilləri ilə birləşdirən ilk boru kəməri inşa edilmiş, 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi və beynəlxalq bazarlarla birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, 2007-ci ildə isə Cənub qaz boru kəməri inşa edilmişdir. Bu kəmər Azərbaycan, Gürcüstan və Türkiyəni hazırkı mərasimin tərkib hissəsi olan digər layihə ilə birləşdirmişdir. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateci enerci əməkdaşlığa dair memorandumun imzalanması bilavasitə ölkəmizin enerci strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerci təchizatının şaxələndirilməsinə bilavasitə yardım etmişdir. 2012-ci ildə Türkiyə ilə Trans-Anadolu boru kəməri – TANAP-a dair tarixi saziş imzalamış, 2013-cü ildə isə TAP layihəsi əsas ixrac marşrutu seçilmişdir. Bütün bunlar “Şahdəniz 2” layihəsinədək olan proseslər olaraq enerci strategiyasının uğurlu gələcəyi o, cümlədən yeni qlobal layihələrin yaradılması ücün zəmin yaradırdı.



Ulu Öndər Heydər Əliyev 1997-ci ildə “Şahdəniz” yatağı üzrə müqavilə layihəsinin idarəetmə komitəsi üzvləri ilə görüşündə perspektiv imkanları təhlil edərək demişdir. “Şahdəniz” yatağında gördüyümüz işlər və əldə etdiyimiz nəticələr bizə bundan da dərin yerlərdə, bundan da mürəkkəb işlər görməyə imkan yaradacaqdır”. Sonrakı mərasimlər və əldə olunmuş müsbət nəticələr o vaxt deyilmiş bu sözlərin həqiqətə çevrildiyini zaman-zaman sübuta yetirdi. Daha mühüm məqam odur ki, mövcud daxili-siyasi vəziyyətə və beynəlxalq gərginliyə baxmayaraq müstəqilliyin əldə edilməsindən cəmi üç il, Azərbaycanda vətəndaş müharibəsinin başa çatmasından bir il və Ermənistanla atəşkəs recimi haqqında razılığın əldə olunmasından dörd ay sonra Azərbaycan əcnəbi tərəfdaşlarla birgə "Əsrin müqaviləsi"ni imzaladı. Dünyada analoqu olmayan siyasi iradə nümayiş etdirdi. Bu gün dünyada dövlətlərin iqtisadi və siyasi proqnozlarında Azərbaycanın son 20 ildə böyük inkişaf yolu keçdiyi önə çəkilərək imzalanan layihələrlə ölkəmizin yeni bir mərhələyə daxil olduğu vurğulanır. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə yeni-yeni layihələrin reallığa çevrilməsi təlqin edilir. İnkişafın Azərbaycan yolu kimi öyrənilir, təlqin edilir. Bu prosesləri şərh edərək 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa təbrikində də dövlət başçısı İlham Əliyev bu fikri xüsusi qeyd etmişdir ki, “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının, beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyildi. BTC və BTƏ neft-qaz kəmərləri reallaşmasaydı, “Cənub qaz dəhlizi”ndən danışmaq qeyri-mümkün idi. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi ilə iştirakçı, eyni zamanda dünya dövlətlərinin uzunmüddətli inkişafının əsası qoyuldu. Azərbaycan regional iqtisadi inkişafın aparıcı qüvvəsinə, dünyanın enerci təhlükəsizliyinin təminatçısına çevrildi. “Əsrin müqaviləsi”ni XX əsrin müqaviləsi kimi dəyərləndirən ölkə Prezidenti “Şahdəniz”in isə XXI əsrin müqaviləsi olacağını bildirərək, bu əminliyi ifadə etdi ki, gələcəkdə “Şahdəniz-2” layihəsi hazırda nəzərdə tutulduğundan daha çox coğrafi məkanı əhatə edəcək. Dövlət başçısı İlham Əliyev 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında strateci əməkdaşlığa dair memorandumun imzalanmasını xatırladaraq bildirdi ki, bu da öz növbəsində ölkəmizin enerci strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerci təchizatının şaxələndirilməsinə yardım etmişdir.

13 noyabr 2013 cü il tarixdə də Avropanın Payız Qaz Konfransı (EAGC) Şahdəniz layihəsini “Təşkilat Tərəfindən Sənayeyə Verilən Mühüm Töhfə” nominasiyasında enerci sənayesinə əhəmiyyətli töhfələr verdiyinə görə mükafata layiq görülmüşdür. Bu hər il kecirilən və Avropanın mütəbər tədbirlərindən biridir. Xarici işlər nazirləri və biznes-liderlər 2013 cü il 25 sentyabr tarixində Cənub Qaz Dəhlizinin inkişafını müzakirə etmək üçün Nyu-Yorkda BMT Baş Assambleyasının kuluarlarında görüşdülər. Xəzər Forumu bu layihəni dəstəkləmək üçün şirkətlərin və ölkələrin necə əməkdaşlıq edə biləcəkləri barədə debat aparmaq məqsədilə 400 nəfərdən çox siyasətçi, energetika mütəxəssisi, alim, curnalist və biznes rəhbərlərini bir araya gətirdi. Mərasimdə BP şirkətinin Şahdəniz layihəsinin işlənilməsi üzrə vitse-prezidenti Əl Kuk Avropanın enerci təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mümkün rolunu vurğulamaq üçün diqqəti üç əsrlik tarixə yönəltdi. "19-cu əsrdə Avropa Azərbaycan kerosinindən faydalanmışdır. 20-ci əsrdə Azərbaycan öz xam neftini dünya bazarlarına çıxarmışdır, indi isə Azərbaycan öz təbii qazını Cənub Dəhlizi vasitəsilə nəql etdirməyi planlaşdırır." Həmin konfransda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın dünya miqyaslı layihəsi olan Şahdəniz 2 layihəsinin, eləcə də mühüm TANAP və TAP boru kəməri layihələrinin beynəlxalq əhəmiyyətini iştirakcıların diqqətinə catdırmışdır. Bu görüşdə Türkiyənin Xarici işlər naziri Ahmet Davutoğlu belə bir fikir ifadə etdi ki, Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələri qitələr arasında əlaqə rolunu oynayaraq Qafqazdan Balkanlaradək sülhü və enerci müstəqilliyini təmin edə bilər”. 30 iyul 2013 tarixdə TAP boru kəməri Türkiyənin qərb sərhəddindən başlayıb Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya uzanması nəzərə alınaraq 2013 cü ilin iyun ayında Şahdəniz Konsorsiumu yenicə olaraq Trans-Anadolu Boru Kəməri (TANAP) ilə Texniki Əməkdaşlıq Sazişi (TƏS) imzalayaraq konsorsium ilə TANAP arasında layihənin iş həcminə, qrafikə və boru kəmərinin digər texniki komponentlərinə dair əməkdaşlıq barədə çərçivə müəyyənləşdirmişdir. 2013 cü ilin aprel ayında Kompleks Təchizat və Ticarət qrupunda biznesin inkişafı üzrə rəhbər Əndi Leyn Şahdənizin Avropada enerci təhlükəsizliyi üçün əhəmiyyətindən danışırarkən bu prosesin həm də bir necə ölkənin həyatinda müsbət effekini təhlil etmişdir. 2013 cü il yanvar ayının 18 də imzalanmış sənədə əsasən BP, ARDNŞ, Statoyl və Total şirkətləri “Nabucco” səhmdarları ilə səhm opsionu və maliyyələşmə haqqında imzalanmış saziş dörd şirkətə imkan vermişdir ki, Şahdəniz Konsorsiumu Şahdəniz Mərhələ 2 qazının Avropaya nəqli üçün “Nabucco West” layihəsinin xeyrinə qərar verdiyi təqdirdə, onlar “Nabucco West” layihəsində 50% iştirak payını əldə edə bilsin. Ayrıca olaraq Şahdəniz Konsorsiumu və “Nabucco West” həmçinin bu iki boru kəməri layihəsinin uyğunlaşdırılmasını təmin etmək üçün əməkdaşlıq sazişi də imzalamışdır. 16 yanvar 2013- cü ildə isə Şahdəniz Mərhələ 2 layihəsi Xəzər dənizindən Avropaya Cənub Dəhlizinin açılması istiqamətində həyata keçiriləcək 40 milyard ABŞ dolları həcmində investisiya dəyərinə malik bu layihənin əhəmiyyəti nəzərə alınaraq Avropa Qaz Konfransı tərəfindən verilən 2012-ci İlin Layihəsi mükafatının namizədləri sırasına daxil olmuşdur. 1 avqust 2012 ci il tarixdə 2013-cü ilin ortalarınadək Şahdəniz Mərhələ 2-nin ixrac marşrutu üzrə boru xəttinin seçilməsinə dair yekun qərar verilənə qədər layihənin işlənməsi ilə bağlı fəaliyyətləri dəstəkləmək məqsədilə qısamüddətli maliyyələşmə təmin etmək üçün BP, ARDNŞ və Total şirkətləri 1 avqust 2012-ci il tarixində TAP səhmdarları ilə saziş imzalamışdır. “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində tarixə bir baxış keçirən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu gün 19 il bundan öncə əsası qoyulan enerci strategiyasının uğurlarını yaşayırıq. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. O da məlumdur ki, müqavilənin imzalanmasından öncə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Beynəlxalq neft-qaz sərgisinin keçirilməsi Azərbaycanın enerci resurslarının dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. Ənənəvi keçirilən sərgi-konfrans ildən-ilə ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayının artdığına işıq salır, əlaqələrin inkişafı istiqamətində yeni prioritetlərin müəyyənləşdirilməsinə imkanlar yaradır. Təbii ki, bugünkü Azərbaycanı 20 il bundan öncəki Azərbaycanla müqayisə etmək qeyri-mümkündür. İqtisadi qüdrətini günbəgün artıran ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu da artmaqdadır. Artıq bu günlərdə layihə üzrə yekun investisiya qərarının imzalanması onun nəzərdə tutulduğundan da artıq coğrafi məkanı əhatə edəcəyinə inamı artırır. ABŞ Prezidenti Barak Obamanın neft-qaz sərgisinin açılışı münasibətilə göndərdiyi təbrik məktubunda qeyd olunan fikirləri yada salaq: “Azərbaycanın təbii sərvətlərinin beynəlxalq bazarlara çıxarılması məqsədilə ötən dövr ərzində qoyulmuş irihəcmli investisiyalar qlobal enerci təchizatının sabitləşdirilməsi işinə xidmət etmiş, Azərbaycanın müstəqilliyi və iqtisadi inkişafına töhfə vermişdir. Azərbaycanın beynəlxalq tərəfdaşları ilə möhkəm münasibətləri sayəsində mühüm enerci layihələri həyata keçirilmiş və bu layihələr Azərbaycanı dünya bazarının önəmli neft təchizatçısına və regionun mühüm qaz mənbəyinə çevirmişdir. Qarşıdan gələn ildə “Şahdəniz” layihəsinin ikinci fazası və planlaşdırılan Transanadolu qaz kəməri layihəsi Azərbaycanı, eyni zamanda, Avropanın mühüm qaz təchizatçısı mövqeyinə daha da yaxınlaşdıracaqdır.” Digər ölkələr o, cümlədən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun təbrikində isə Azərbaycanın atdığı addımların bütün dünya ücün əhəmiyyəti şərh adilərək bildirirlirdi ki, “Qarşıdan gələn illər ərzində Azərbaycanın enerci ehtiyatları Avropa və dünya iqtisadiyyatında getdikcə daha mühüm rol oynayacaqdır. Azərbaycan bu ehtiyatların hər kəsin naminə istifadə etdiyi bir dövrdə daha çox əhəmiyyət kəsb edir”. Göründüyü kimi, Azərbaycan artıq regional çərçivədən çıxaraq daha böyük əməkdaşlıq məkanında öz maraqlarını təmin edir, rolunu artırır. “Cənub qaz dəhlizi”nin Azərbaycan üçün strateci əhəmiyyət daşıdığını qeyd edən dövlət başçısı İlham Əliyev bildirir ki, əslində, bu, elə Azərbaycanın başladığı layihəyə yönəlib- BTC və BTƏ neft-qaz kəmərləri bu istiqamətdə həyata keçirilən ilk təşəbbüs olmuşdur. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri bu gün dünya birliyinin maraq göstərdiyi, dostluq, birlik əməkdaşlıq üçün körpüdür. Ümumi fikir budur ki, Azərbaycan dövlətlərarası əməkdaşlığı vahid formatda birləşdirən istehsalçı, tranzit ölkə kimi böyük əhəmiyyət daşıyır. Böyük iqtisadi və sosial əhəmiyyətə malik olan “Şahdəniz-2” layihəsi həm də Azərbaycana iri həcmdə yeni sərmayələr cəlb etməklə yanaşı, yeni iş yerlərinin yaradılmasına da təkan verəcək. Ona görə də ölkəmiz son illərdə mühüm təbii qaz ixracatı potensialı ilə Avropanın da diqqətini cəlb edir. Enerci strategiyasının əsas ana xətti kimi indiyədək şaxələndirilmiş enerci siyasəti sayəsində Azərbaycan çoxsaylı tərəfdaşları ilə enerci sahəsində faydalı əməkdaşlıq qurub. Mövcud əlaqələr Azərbaycanın zəngin karbohidrogen resurslarının səmərəli və milli mənafelərə uyğun surətdə istismarına, ölkənin gəlirlərinin yüksəldilməsinə imkan vermiş, Avropa dövlətləri ilə enerci sahəsində əməkdaşlıq Azərbaycanın maraqları baxımından, ölkənin gəlirlərinin artmasına, iqtisadiyyatın qeyri-neft sahələrinin sürətli inkişafına və bütövlükdə, ölkənin güclənməsinə, nüfuzlu dövlətə çevrilməsinə vacib töhfə vermişdir. Bu siyasət fikrimizcə ona görə dayanıqlı və önəmlidir ki, Azərbaycanın enerci siyasəti tərəfdaşlarının da maraqlarına cavab verir. Ölkəmizin Avropanın əsas qaz təchizatçılarından birinə çevrilməsi region dövlətlərinin enerci mənbələrinin diversifikasiyasında və beləliklə, enerci təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Bu da imkan verir ki, növbəti nəhəng addımları Azərbaycan maneəsiz atsın. Beləliklə, xəritəyə nəzər saldıqda, son illərdə elə bir enerci layihəsi yoxdur ki, bu layihələrin reallaşdırılmasında Azərbaycanın iştirakı olmasın. Belə ki, 2007-ci ildə istismara verilən Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri Azərbaycan qazını Gürcüstandan keçməklə, Türkiyənin şərq hissəsinə daşımış, TANAP kəməri qazı Türkiyənin şərqindən qərbinə daşıyacaq, yəni Avropa ilə sərhəddə gətirəcək. TAP boru kəməri isə qazın buradan Avropa ölkələrinə paylanmasına imkan verəcək. Bu isə Avropada mavi yanacaq bazarının genişləndirilməsinə, istehlakçı ölkələrin enerci mənbələrinin çoxaldılması yolu ilə öz təhlükəsizliklərini daha etibarlı təmin etmələrinə yönəlmiş bir siyasətin mahiyyətini üzə cıxarır.

Məhz bu əməkdaşlığın tərkib hissəsi olaraq, 2006-cı ildə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz boru kəməri istifadəyə verildi və dekabr ayından dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağından hasilat başlanıb. 2007-ci il fevral ayından etibarən Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil olunan təbii qaz Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsi ilə Gürcüstana nəql olundu. 2007-ci il iyulun 3-də isə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olub. Cənubi Qafqaz qaz boru kəmərinin ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetr həcmində ölçülür. Bir çox Avropa ölkələrinin Türkiyə vasitəsilə Azərbaycan qazını almaqda maraqlı olması, eləcə də, Azərbaycanın iqtisadi maraqları başlanan işin davam etdirilməsini və daha da genişləndirilməsini zəruri edirdi. Elə bu səbəbdən də dövlətlər Azərbaycanın irəli sürdüyü layihələrin reallaşmasına ən yüksək səviyyədə calışmışlar. Xatırladaq ki, Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun 2011-ci ildə Azərbaycana səfəri zamanı “Cənub” qaz dəhlizi ilə bağlı Anlaşma Memorandumu imzalamışdır. Bu layihənin həyata keçirilməsi üçün həlledici razılaşmalardan biri də “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanmış saziş hesab oluna bilər. Türkiyə ilə Trans-Anadolu boru kəməri – TANAP-a dair tarixi saziş daha sonra isə TAP layihəsi əsas ixrac marşrutu seçilmişdi. Bütün bu ardıcıllıqla baş verən hadisələr, Azərbaycanın ən iri qaz yatağının tam həcmdə işlənilməsi layihəsi istiqamətində keçdiyimiz yolda mühüm hadisələr idi. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə demişdir: “Bu layihə regionun və Avropanın enerci xəritəsini dəyişdirəcəkdir. Azərbaycanın qaz ehtiyatları bu sərvəti gözləməkdə olan bazarlara nəql ediləcəkdir”. Onu da qeyd etmək istərdim ki, Azərbaycanın enerci siyasəti iqtisadiyyatımızın transformasiyasına və şaxələndirilməsinə imkan yaratmışdır. Biz müstəqilliyimizi bərpa etdiyimiz dövrdə özəl sektordakı ümumi daxili məhsul sıfır faizə bərabər idi. Bu gün isə özəl sektor iqtisadiyyatımızın 85 faizini təşkil edir. Biz işsizlik səviyyəsini 4,8 faizə endirmişik. Yoxsulluq səviyyəsi 5,5 faizə endirilmişdir. Bizim xarici borcumuz ümumi daxili məhsulun sadəcə 8 faizini təşkil edir. Nəhayət, maliyyə vəziyyəti sabitdir və biz iqtisadiyyatımızın 55 faizini təşkil edən qeyri-neft sektoruna yatırımlar etməkdəyik. Bu səbəbdən enerci siyasəti, beynəlxalq təsisatlarla sıx əməkdaşlıq, şaxələndirmə və şəffaflıq uğurlu inkişafın əsas elementlərindəndir. Düşünürəm ki, Azərbaycan neft bəlasına, məşhur “Holland sindromu”na tutulmamışdır. Biz neftin və qazın xalqın mənafeyinə necə xidmət etdiyinin nümunəsiyik. Əlbəttə ki, bunun başlıca səbəblərindən biri beynəlxalq əməkdaşlıq olmuşdur. Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk, çünki xarici şirkətlərin bilik və təcrübəsi bizim üçün çox əhəmiyyətlidir. Dünyanın hazırki durumunda enerci təhlükəsizliyi siyasi əməkdaşlığın tərkib hissəsinə cevrilmişdir. Dövlətlərin bu əməkdaşlıqdakı rolu göstərirki, hər bir dövlət bu və ya digər formada milli maraqlarının təmin edilməsi ilə yanaşı siyasi dividentlərin əldə edilməsinə,beynəlxalq münasibətlərdə dirlomatik fəaliyyətinin uğur qazanmasına yönələn fəaliyyət mexanizmi qurur. İndi beynəlxalq aləmdə dövlətlərin qarşılıqlı inteqrasiyası bu prosesdəki əldə olunmuş nailiyyətlərdən cox asılıdır.

2.Şahdəniz 2: XXI əsrin enerci əməkdaşlığı müqaviləsi kimi



2013 cü il dekabrın 17-də Bakıda, Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması zamanı Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcəkdir. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır. Buna görə də “Şahdəniz”i XXI əsrin müqaviləsi adlandırmaq olar. “Şahdəniz-2”, TANAP və TAP layihələri dünyanın ən iri enerci layihələri olaraq. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Bu isə layihənin iqtisadi-siyasi-sosial tərəflərini göstərir. Azərbaycanın belə məqsədyönlü enerci siyasəti iqtisadiyyatımızın transformasiyasına və şaxələndirilməsinə imkan yaratmışdır. Müstəqilliyin ilk vaxtlarında özəl sektordakı ümumi daxili məhsul sıfır faizə bərabər idi. Bu gün isə özəl sektor iqtisadiyyatımızın 85 faizini təşkil edir. Mütəxəssislərin hesablamalarına görə öz perspektiv imkanlarına görə gələcəkdə “Şahdəniz-2” layihəsi hazırda nəzərdə tutulduğundan daha çox coğrafi məkanı əhatə edəcəyinə hec şübhə qalmır. Araşdırmalar göstərir ki, “Şahdəniz-2” layihəsi enerci təhlükəsizliyi layihəsidir. Layihənin beynəlxalq əhəmiyyətini nəzərə alaraq dövlətlərin bu məsələdəki mövqelərini təhlil etməyi vacib sayırıq. Albaniyanın Baş naziri Edi Rama bu layihənin icrası nəticəsində Azərbaycan və Albaniyanın Xəzər və Adriatik dənizlərini əlaqələndirəcəyini və alternativ enerci marşrutlarının hər iki ölkəyə gətirilməsinə töhfə verəcəyini önə cəkərək demişdir: - Azərbaycan şirkətləri və ehtiyatları Cənubi Avropa ölkələri üçün yeni bir mənzərə yaradacaqdır. Eyni zamanda, Albaniya mühüm enerci layihəsi şəbəkəsinin tərkib hissəsi olacaqdır. Mən hesab edirəm ki, TAP yalnız imkan və fürsətlər demək deyildir. Eyni zamanda, böyük məsuliyyət deməkdir. Bizim hökumətlərimiz zəruri, maddi və insani kapital yönəldəcəkdir ki, bu layihə uğurlu nəticələrini versin. Biz təminat veririk ki, Albaniya və Cənub-Şərqi Avropa ilə bağlı bütün öhdəliklər yerinə yetiriləcəkdir. Həm sizin, həm də Türkiyə kimi strateci tərəfdaşımızın dəstəyi nəticəsində Albaniya, Xorvatiya, Monteneqro və digər Balkan ölkələri inkişaf edəcəkdir. Azərbaycanın xüsusi dəstəyi və əməkdaşlığı nəticəsində mənim ölkəm qazlaşdırmaya müvəffəq olacaqdır. Bolqarıstanın Baş naziri Plamen Oreşarski bu layihənin ölkəsi üçün də yeni imkanlar açdığını vurğulayaraq bildirdi ki, “Cənub” qaz dəhlizinin başlanmasıdır, mənim ölkəm üçün də yeni imkanlar deməkdir. TAP Bolqarıstan ərazisindən keçəcəkdir və bu, bizə qazın əlavə həcmlərini təmin edəcəkdir. Artıq danılmaz faktdır ki, Azərbaycan regionumuzun və Avropa İttifaqı ölkələrinin enerci ehtiyaclarının təmin edilməsində mühüm ölkəyə çevrilməkdədir. Eyni zamanda, Gürcüstanın coğrafi mövqeyi Cənubi Qafqazda nəqliyyat qovşağı rolunu oynamağa imkan verir və Türkiyə ilə birlikdə Avropanı Xəzər dənizi regionu ilə birləşdirən ən qısa tranzit marşrutu təklif edir. Əminəm ki, bu, uzunmüddətli və dayanıqlı çoxtərəfli əməkdaşlığımızın yalnız başlanğıcıdır. Növbəti addımlar Trans-Xəzər layihələrinin inkişafına və Xəzər hövzəsinin digər dövlətləri ilə danışıqların intensivləşdirilməsinə yönəldiləcəkdir. Son irəliləyişlər və ötən 20 il ərzində toplanmış birgə təcrübəmiz səmərəli əməkdaşlıq və nəqliyyat marşrutlarının mənbələrinin, təchizatçıların şaxələndirilməsi üçün zəruri şəraitin yaradılmasının nə dərəcədə əhəmiyyətli olduğunu aydın göstərir. Xorvatiyanın Baş naziri Zoran Milanoviç bu layihə ilə Azərbaycanın tarixində yeni mərhələnin başlandığını, “Şahdəniz-2” layihəsinin ölkəsi üçün də xüsusi əhəmiyyət kəsb etdiyini əsaslandırmışdır. “Bu, yalnız enerci təhlükəsizliyi demək deyil, bu, əməkdaşlıq deməkdir. Bu, ölkələri bir araya gətirmək, yeni iş yerləri, yeni sərmayələr deməkdir. Bu layihədə həm də bir neçə məqamı diqqəti cəlb edir. Bu layihəyə qoşulmaqla üzv ölkələr özünün uzunmüddətli enerci təhlükəsizliyini təmin edəcəkdir. Çünki burada çox etibarlı təchizatçıdan söhbət gedir. Bu boru kəməri ilə bağlı əməkdaşlıq da daha münbit sərmayə mühiti yaradılacaq və yeni sərmayə imkanları açılacaqdır. Bu layihə həm inkişaf, həm tikinti dövründə və daha sonra layihənin işə salınması mərhələsində mənim ölkəmdə yeni iş yerləri yaradacaqdır. Bizim vətəndaşlarımız və iqtisadiyyatımız münasib qiymətə enerci ilə təmin ediləcəkdir ki, bu da sakinlərin yaşayış səviyyəsini yaxşılaşdıracaqdır.“Şahdəniz-2 layihəsinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyq yeni yaradılan “Cənub” qaz dəhlizinin mühüm əhəmiyyətini xarakterizə edərək mərasimdə bildirmişdir: - Birincisi, bu, Avropanın qaz təchizatı baxımından həm marşrut boyu, həm də yeni mənbə qismində enerci təhlükəsizliyini artıracaqdır. Yeni boru kəməri ilə Türkiyəyə nəql ediləcək 6 milyard kubmetr qazla yanaşı, əlavə 10 milyard kubmetr qazın Avropaya nəqli bizim yeganə təchizatçı və ya bir tranzit sistemindən asılılığımızı azaldacaqdır. Qarşıdan gələn illərdə “Cənub” dəhlizinin Yaxın Şərqdə nəhəng qaz təchizatçılarını əhatə edərək genişlənmə potensialı vardır. Bu isə öz növbəsində Avropanın enerci təhlükəsizliyinə çox böyük töhfə ola bilər. -İkincisi, Avropanın qaz bazarında rəqabət artacaqdır. Bu isə enercinin qiymətini daha münasib edəcəkdir. Bundan əlavə, Avropa İttifaqının qaz bazarı o qədər əlaqəlidir ki, bilavasitə Azərbaycandan qaz alan ölkələrdən savayı digər dövlətlər də bunun bəhrəsini görəcəklər. -Üçüncüsü, “Cənub” dəhlizi bizim iqlim dəyişikliyi ilə bağlı qarşıya qoyduğumuz məqsədləri dəstəkləyəcəkdir. Yenilənən enerciyə yönəlmiş sərmayələrin fonunda qaz bizə ən sadə və etibarlı enerci təmin edəcəkdir. Həm də qaz ekoloci baxımdan kömürdən təmizdir. Hazırda bir sıra Avropa dövlətlərinin hökumətləri üçün enerci təhlükəsizliyinin təmin edilməsi qlobal iqlim dəyişikliyi ilə mübarizədən daha ön sırada durur. Lakin enerci təhlükəsizliyimizi gücləndirməklə “Cənub” dəhlizi bizə zəhərli tullantıların azaldılmasına diqqəti yönəltməyə imkan verəcəkdir. -Nəhayət, “Cənub” dəhlizinin işlənilməsi 2 min mil uzunluğunda marşrut boyu dövlətlərə mənfəət gətirəcək və tikinti mərhələsində otuz mindən artıq yeni iş yeri yaradacaqdır. İnşası başa çatdıqdan sonra boru kəmərləri Azərbaycan üçün Avropa bazarına uzunmüddətli çıxış təmin edəcəkdir. Bu, çox böyük nailiyyət olacaqdır. Mən fərəhlənirəm ki, bp başda olmaqla Britaniya şirkətləri layihəyə öz töhfəsini vermişdir və bu iş bundan sonra da davam edəcəkdir. Bildiyimiz kimi Azərbaycanın neft və qaz ehtiyatlarının işlənməsində Böyük Britaniya iyirmi ilə yaxındır ki, aparıcı rol oynayır. Maliyyə vəsaitləri ilə yanaşı, bp və digər Britaniya şirkətləri zəngin təcrübələrini cəlb edərək Azərbaycan hökuməti, şirkətləri və xalqı ilə çiyin-çiyinə çalışaraq bir cox layihəni reallığa çevirmişdir. Əməkdaşlığın tarixi bu layihənin də beynəlxalq arenadakı perspektivlərinin uğurlu gələcəyindən xəbər verir. Digər tərəfdən belə əməkdaşlıq özü beynəlxalq aləmdəki qarşılıqlı münasibətlərin möhkəmləndirirlməsinə böyük tövhələr vermişdir. Bu baxımdan hər iki dövlətin BMT Təhlükəsizlik Şurasında bir sıra məsələlər üzrə mühüm əməkdaşlığı Britaniyada təhsil alan çoxsaylı azərbaycanlı tələbələr Bakıda uğurla fəaliyyət göstərmiş, “British Council” və Azərbaycanda yaşayan üç mindən artıq britaniyalı ölkələrimiz arasında güclü təmaslar qurmuşlar. Ona görə də “Şahdəniz 2” layihəsinin əhəmiyyəti ölkələrimiz arasında ikitərəfli münasibətlərdən tutmuş enerci təhlükəsizliyinə qədər bir sıra sahələrdəki müttəfiqliyi mühüm amilə cevrilmişdir. Bu gün onu da qeyd etmək lazımdır ki, “Cənub” qaz dəhlizinin yaradılmasına başlanması uzunmüddətli məqsədyönlü əməkdaşlıq nəticəsində baş tutmuşdur. Burada dövlətlərin birgə səyləri də qiymətləndirilmişdir. TAP layihəsinin İtaliya, həmçinin digər Avropa İttifaqı ölkələri, eləcə də Balkan regionu dövlətləri üçün taleyüklü məsələ olduğunu vurğulayan İtaliyanın Xarici İşlər naziri Emma Bonino demişdir. İtaliya enerci təhlükəsizliyi və vacib enerci infrastrukturunun yaradılmasına mühüm töhfə verir. Zənnimcə, bu layihə bizim münasibətlərin çox əhəmiyyətli bir elementidir. Avqustun 11-də cənab Prezident İlham Əliyev və İtaliyanın Baş naziri cənab Enriko Letta arasında imzalanmış memorandum da bu istiqamətdə çox mühüm bir sənəd olmuşdur. Mən sizi əmin etmək istərdim ki, İtaliya hökuməti də bu işin sürətlə aparılmasında əlindən gələni əsirgəməyəcəkdir. Eyni zamanda, bu, bizim ikitərəfli əməkdaşlığımızın mühüm elementləridir. Azərbaycan İtaliyanın 4 ən iri neft təchizatçılarından biridir. Artıq bizim əməkdaşlığımız qaz sahəsini də özündə ehtiva edəcəkdir. Bundan sonra bizim ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələri inkişaf edəcəkdir”. “Şahdəniz 2” layihəsinin reallaşması nda mühüm rol oynayan amillər sırasina Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə Xəzər neftinin dünya bazarına açılması və Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə də təbii qazın Türkiyədə istifadə edilməsi təmin edilməsi xüsusi əhəmiyyət kəsb etmişdir. Həmin layihələr göstərdi ki,Azərbaycanın enerci potensialı daha coxdur və bunlar hec də son ola bilməız. Cünki bu layihə Türkiyənin təxminən 50 milyard kubmetrlik təbii qaz ehtiyacının bir hissəsinin ödənilməsi, Avropa İttifaqına üzv ölkələrin təbii qaz tədarükündə isə yarana biləcək problemlər baxımından mühüm bir layihədir. Ona görə də strategiyanın ağıllı qurulması həm bölgənin, həm də digər bölgələrin rifah səviyyəsini daha da artırır. Bu baxımdan Türkiyə bütün strateci və coğrafi üstünlüklərindən bu layihələrin xeyrinə istifadə edəcəyini bir daha bəyan etmişdir. Avropa İttifaqının enerci məsələləri üzrə komissarı Günter Ottinger də bu məsələyə münasibət bildirərək qeyd etmişdir: - Azərbaycan 2011-ci ildə verdiyi vədinə sadiq qalaraq “Cənub” qaz dəhlizinin icrasına başlayır. Zaman keçdikcə biz görəcəyik ki, bu layihə də digər uzunmüddətli layihələr kimi xüsusi əhəmiyyət kəsb edəcəkdir. Lakin gələcəyin inkişafını təmin edən siyasi təməl bu gün qoyulur. 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu əməkdaşlığımızın parametrlərini müəyyən etmişlər. Burada təmsil olunan şirkətlər isə layihəni kommersiya baxımından dəstəkləyirlər. Məmnunam ki, biz vədlərimizə sadiq qaldıq. “Cənub” qaz dəhlizinin işlənilməsi hökumətlər və biznes dairələri arasında əməkdaşlığın parlaq nümunəsidir və bu əməkdaşlıq qarşılıqlı faydalıdır. Avropa İttifaqı və Türkiyə yeni qaz mənbəyinə çıxış eldə edir. Qaz təchizatı şirkətləri tələb olunan sərmayələrin əsaslandırılması üçün müvafiq həcmlərə malikdirlər.Buraya qədərki yolumuz heç də asan olmamışdır. Bu işdə qarşılıqlı anlaşma, təmkin və danışıqlar tələb olunmuşdur. Bütün tərəfləri bu işdə təqdir etmək istərdim. “Şahdəniz” və onunla birləşəcək digər kəmərlər Avropa İttifaqında ehtiyac duyulan nəhəng qaz infrastrukturu olacaqdır. Ümumiyyətlə digər layihələrdə olduğu kimi “Şahdəniz 2” layihəsi də yaxın keçmişdə bəziləri bu layihəni mümkünsüz layihə adlandırmışlar. Lakin ilk dəfə deyildir ki, bu regionda mümkünsüz hesab edilən layihələr tərəfdaşların əməkdaşlığı nəticəsində uğurla başa çatdırılır. Birincisi Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, indi isə “Cənub” qaz dəhlizi. Qərar Avropanın qaz mənbələrinin şaxələndirilməsinə xidmət edir, Qafqaz ilə Avropa İttifaqı arasında əlaqələri möhkəmləndirir. Bu, enerci və sənaye əlaqəsi olmaqla yanaşı, həm də mədəni bağlılıqdır. Bu layihənin Cənub-Şərqi Avropada davam etdirilməsinə dair Azərbaycan Albaniya, Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro arasında rəsmi razılıqdan sonra Rumıniya, Macarıstan və Avstriya da əlavə olunmuşdur. Beləliklə də xüsusi olaraq vurğulanmalıdır ki, bütün bunlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyasının növbəti uğuru kimi dəyərləndirmişdir: Onu da qeyd edək ki, bu layihə çərçivəsində Xəzər dənizində ən qabaqcıl sualtı hasilat texnologiyasının tətbiqi ilə həm də Azərbaycandan Avropaya qədər 6 ölkəni birləşdirəcək təxminən 3500 kilometr uzunluğunda boru kəmərləri sisteminin tikintisi və istismarı gerçəkləşdiriləcəkdir.Avropalıların bir çox nəsillərinə xidmət edəcək “Cənub” qaz dəhlizinin yaradılmasında ən böyük investorlardan biri SOCAR-ın olması əlbəttə ki, ölkəmiz üçün yeni texnologiyalar, yeni biliklər, yeni potensial deməkdir. Ən mühümü isə “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri Azərbaycanda işçi qüvvəsi üçün təxminən on mindən artıq yeni iş yerinin açılmasına səbəb olacaqdır. Bu fikrimcə Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursu nəticəsində əldə olunan uğurlardır. Beləliklə, dövlətlərin məsələyə belə yanaşması “Cənub” qaz dəhlizinin açılmasına start verdi və layihə reallaşdı. Lakin digər bir reallıq isə odur ki,əməkdaşlığa cəlb olunmuş ölkələr “Şahdəniz-2” yatağından hasil olunacaq qazın nəql edilməsi ilə kifayətlənməyəcək bu, həmin zəncirin yalnız birinci halqası olacaqdır. “Mərhələ-2” çərçivəsində işlənilməsi planlaşdırılan “Şahdəniz”in əlavə ehtiyatlarından, bu yaxınlarda Xəzərdə kəşf edilmiş “Abşeron” və “Ümid” yataqlarının, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı dərin qaz ehtiyatlarının, olduqca perspektivli “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl“ və başqa strukturların potensialından tam istifadə ediləcəkdir. Artıq Azərbaycanın Avropanın enerci təhlükəsizliyində ən vacib ölkələrdən birinə çevrildiyi reallıqdır. Bununla da “Şahdəniz” layihəsi XXI əsrin ikinci yarısında da qaz ehtiyaclarını təmin edəcəkdir. Bu, bizim sənayemiz üçün də çox mühüm bir hadisədir. Bu, təkcə nəhəng bir layihə deyildir. Bu, misilsiz bir layihədir. Ona görə ki, bu, bizim sənayedə tətbiq edilən ən son texnologiyaların ilk dəfə istifadə edilməsi olacaqdır. Sonra “Şahdəniz” layihəsinin ikinci mərhələsi və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə yekun investisiya sazişi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Şahdəniz” üzrə Hasilatın Pay Bölgüsü Sazişi əməliyyatçısının prezidenti Qordon Birrel imzaladılar. Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək. Prezident administrasiyasi rəhbərinin müavini, Novruz Məmmədov hesab edir ki, "Şahdəniz-2" iqtisadi olmaqla yanaşı həm də siyasi layihədir: “Bu geosiyasi layihədir ki, həyata keçirilib. Azərbaycanın bu gün status qazanmış ölkənin gələcəkdə siyasi mövqelərin həm Avropada, həmdə dünyada daha da möhkəmlənməsinə kömək edəcək. Yəni bunun siyasi mənası elə iqtisadi əhəmiyyəti qədər böyükdür”. 2014-cü il mart ayının 4 – 6-sı arasında ABŞ-a birgə səfər çərçvəsində BP və ARDNŞ nümayəndələri Harvard Universitetinin Con. F. Kennedi dövlət idarəçiliyi məktəbində Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı açıq mühazirə keçirmişdi. Harvard Universitetinin Kennedi Məktəbində Enerci Layihəsinin Geosiyasəti üzrə direktoru Meqan O’Sallivan və Corctaun Universitetindən dəvət olunan professor Brenda Şaffer sözügedən layihə haqqında müzakirədə ARDNŞ-in Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov və BP şirkətinin Şahdəniz Yatağının İşlənilməsi üzrə vitse-prezidenti Al Kuka qoşulmuşlar. Mühazirəçilər Cənub Dəhlizinin Avropa enerci təhlükəsizliyi perspektivinə əsasən inkişaf etdiyini təsvir edərək nəqliyyat marşrutunun seçilməsi ilə bağlı çətinlikləri və layihənin icra planlarını müzakirə etmişlər. Bu nəhəng enerci layihəsi və onun geosiyasətə təsiri ilə bağlı ənənəvi dərslərin bir neçəsi barədə geniş təhlillər aparmışlar. Həmin, bu təqdimatda Vitaliy Bəylərbəyov layihənin Avropanın enerci təhlükəsizliyi üçün əhəmiyyətini və onun “Cənubi Avropada qarşılıqlı əlaqələr üçün katalizator” kimi rolunu vurğulamışdır. 2013-cü il dünya səviyyəli “Şahdəniz” yatağının istismarının davam etdirilməsi və Avropaya yekun kəmər marşrutu üzrə bir sıra mühüm qərarların qəbul edilməsi nəticəsində “Cənub qaz dəhlizi”nin reallaşması baxımından mühüm il olmuşdur.” “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirakçıların say tərkibinə və səsləndirilən fikirlərə diqqət yetirdikdə əhəmiyyəti daha qabarıq şəkildə özünü büruzə verir. Dövlət başçısı İlham Əliyev imzalanma mərasimində Azərbaycanın dünyanın enerci təhlükəsizliyində artan rolunu önə çəkərək bildirdi ki, “Şahdəniz-2” layihəsi regionun və Avropanın enerci xəritəsini dəyişəcək, Azərbaycanın qaz ehtiyatları dünya bazarlarına nəql ediləcək. Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarski “Şahdəniz-2” layihəsini Azərbaycandan Avropaya açılan enerci dəhlizi kimi dəyərləndirdi: “Bu mərasim “Cənub qaz dəhlizi”nin başlanmasıdır, Bolqarıstan üçün yeni imkanlar deməkdir.” Gürcüstanın Baş naziri İrakli Qaribaşvili layihəni uzunmüddətli və dayanıqlı çoxtərəfli əməkdaşlığımızın başlanğıcı kimi dəyərləndirdi. Bu fikir də xüsusi qeyd edildi ki, son irəliləyişlər, eyni zamanda 20 il ərzində toplanmış birgə təcrübə səmərəli əməkdaşlıq və nəqliyyat marşrutlarının mənbələrinin, təchizatçıların şaxələndirilməsi üçün zəruri şəraitin yaradılmasının nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Avropa İttifaqının təmsilçiləri qeyd edirlər ki, Azərbaycan neft-qaz ölkəsi kimi bizim üçün çox vacib tərəfdaşlardan biridir, hasilatçı, tranzit ölkə kimi çox mühüm rol oynayır. O da vurğulanır ki, Azərbaycan şaxələndirilmə məsələsinə ilk yol açan ölkədir. Azərbaycanın inkişaf strategiyası qabaqcıl təcrübə kimi nümunə göstərilir. Enerci amilinin gündəlikdə prioritet məsələlərdən biri kimi dayandığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, enerci siyasəti dostluğa və əməkdaşlığa xidmət etməli, xalqları bir-birinə birləşdirməlidir. Beləliklə də, dekabrın 17-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi baş tutdu. Prezident İlham Əliyevin Azərbaycanın qlobal əhəmiyyətli enerci qərarlarının verildiyi məkan olması ilə bağlı dəfələrlə səsləndirdiyi fikirləri təsdiq edir: “Enerci siyasətimizlə bağlı məsələlər nəinki ölkəmiz və regionumuz üçün, dünya üçün əhəmiyyətli məsələlərdir. Azərbaycanın mövqeyindən, Azərbaycanda, Bakıda qəbul edilmişqərarlardan çox şey asılıdır. Bunu biz də bilirik, bu məsələlərlə bağlı bizimlə əməkdaşlıq edən qurumlar da bilir”. Azərbaycanın enerci siyasəti iqtisadiyyatımızın transformasiyasına və şaxələndirilməsinə imkan yaradıb: Bildiyimiz kimi, Avropanın böyük bir hissəsi qaz təchizatına görə məhdud sayda mənbədən asılı vəziyyətdədir. Dövlətin enerci təhlükəsizliyi baxımından strateci əhəmiyyət daşıyan enerci təchizatının əsasən məhdud çərçivədə cəmləşməsi, Avropa ölkələrini istər-istəməz alternativ mənbələrin axtarışına sövq edir. Bu baxımdan, etibarlı tərəfdaş imicinə sahib olan Azərbaycanla əməkdaşlıq regiondövlətlərinin maraqlarına uyğundur. Proqnozlara görə, TANAP layihəsinin reallaşması 7 milyard ABŞ dollarına başa gələcək. Boru kəmərinin diametri 1,4 metr nəzərdə tutulub. Kəmərin ölçülərinin belə seçilməsi gələcəkdə onun gücününtədricən artırılmasına imkan verəcək. Layihənin 4 mərhələdə həyata keçiriləcəyi gözlənilir. Onun ilk mərhələsi 2017-ci ildə başa çatacaq. Bu, “Şahdəniz” layihəsinin 2-ci mərhələsi üzrə istismarın 2018-ci ilinəvvəlində başlanması ilə bağlıdır. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. Bununla da, Azərbaycanın 2025-ci ilədək hasil etməyi planlaşdırdığı 50 milyard kubmetr qazın böyük hissəsini TANAP vasitəsilə ixrac etmək mümkün olacaq. Eyni zamanda, TANAP layihəsi Transxəzər qaz kəməriningerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq. Qazaxıstan və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcək. Ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerci dəhlizinin formalaşmasında Azərbaycanın rolu daha da artacaq. Bildiyimiz kimi, TANAP layihəsi Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə Mərkəzi və Cənubi Avropanın sərhədlərinə çatdırılmasını nəzərdə tutur. Qazın Avropa ölkələrinə daşınmasını həyata keçirmək üçün isə 2013-cü ilin iyun ayında “Şahdəniz” Konsorsiumu “Trans-Adriatik Pipeline” (TAP) boru kəməri layihəsini seçib. TAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensatyatağının işlənməsinin ikinci mərhələsində hasil olunacaq qazın Avropaya nəqli üçün “NABUCCO”, TAP, ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri) və SEEP (Cənibi-Şərqi Avropa boru kəməri) layihələrinin arasından seçilib. Beləliklə, bu gün Azərbaycanın dünya enerci bazarlarında hasilatçı ölkə olaraq ön sıralara doğru irəliləməsi danılmaz həqiqətdir. Düzgün enerci siyasəti sayəsində Azərbaycan özünün inkişafını təminedir, eyni zamanda, çaxsaylı tərəfdaşlar qazanmaqla, beynəlxalq aləmdəki nüfuzunu və mövqelərini durmadan gücləndirir. Şübhəsiz ki, bu layihənin imzalanması təkcə iştirakçı dövlətlər tərəfindən sevinclə qarşılanmır. Eyni zamanda, Avropanın lokomativ dövlətləri də bu tarixi hadisəni yüksək qiymətləndirir və bu yeni enerci layihəsinin əhəmiyyətini vurğulayırlar.

İstifadə olunmuş ədəbiyyat

1. Prezident İlham Əliyevin “Şahdəniz 2” enerci layihəsinin imzalanması mərasimindəki cıxışı. “Azərbaycan qəzeti” 18 dekabr 2013 cü il. № 332.

2. İlham Əliyev “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma-sı mərasimdə iştirak etmişdir. Prezident. Az 17 dekabr 2013 cü il.

3. Əsrin müqaviləsi- beynəlxalq aləmə inteqrasiyanın tarixi-siyasi təhlili. Elm qəzeti, 25 fevral 2000. № 3(324)

4. Qəndilov S. Heydər Əliyevin dövlətcilik irsi Azərbaycanın perspektiv inkişaf modelidir. “Azərbaycan qəzeti. 5 may 2005, № 126

5. Həsənov S. Dövlətlərarası münasibətlərdə Xəzərin statusu məsələsi. Baki, Elm 2002. 176 səh.

6. Həsənov Ə. Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ.1991-1996. Bakı, Azərnəşr, 1998. 315 səh.


1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə