AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu “Siyasi nəzərəiyyələr” şöbəsi




Yüklə 0.95 Mb.
səhifə6/12
tarix22.02.2016
ölçüsü0.95 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

Məmmədağa Sərdarov

Siyasi elmlər üzrə fəlsəfə doktoru

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN SİYASİ PUBLİSİSTİKASI

(2 may 1903-16 avqust 1909)

Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan basınında yayımlanmış ilk yazısı o çağlar Qafqazın başkəndi olan Tiflisdə Türk dilində çap olunan «Şərqi-Rus» qəzetində 1903-cü il mayın 2-də, «Öz müxbirlərimizdən, Bakıdan» adı altında yayımlanmışqutlamaməktubudur. 19 yaşlı oğlan yazır: «Allaha şükür, illərlə yolunu gözlədiyimiz, gecə-gündüz arzusunda olduğumuz Türk Azərbaycan qəzeti… «Şərqi-Rus» Tiflisdə çap olunmağa başladı. Şükr, min dəfə şükr, biz Qafqaz müsəlmanları da bir qəzet yiyəsi olduq. Allah ulusumuzüçünçalışanları çoxaltsın, bəlkə çoxlu belə çatışmazlıqlarımız yavaş-yavaş düzələ…Qafqaz müsəlmanlarından genəlliklə, Bakılılardanözəlliklə uşaqlarından uşaqlıq çağındaelm, tərbiyə qazanmaqdan başqa bir şey istəməmələrini diləyirəm…Bizim düşüncəmiz budur: «Şərqi-Rus» qəzeti bu amacı məhrum ulusumuza anladacaqdır. İlahi, bu qəzetin ardını sizdən diləyirəm. Amin!».

O, çox yetənəklidir, romantikdir,toplum yolunda çalışqanlıq duyğusu, düşüncəsilə o çağa kimi oxuduğu okullardan aldığı biliyin üstünə qalxmış, mayasını elm, yurdsevərlik, insansevərlik, ədalət duyğusu ilə oluşdurmuşdur.

M.Ə. Rəsulzadə 1922-ci ildə çap etdirdiyi Azərbaycan Jümhuriyəti kitabında Azərbaycanın yadlara uymuş Türk seçkininin öncə İslam dinilə gətirilən ərəb dilini, sonra da Fars dilini Türk ulusunun başına bəla edib ulusal düşüncəsini, bilincini dolaşdırdmağına ulusun «öz kültürü»nü gəlişdirməklə necə qarşı çıxdığını bizə çatdırmışdır: «Hə, mizi üstündən enməyən Füzulisi, Koroğlu ilə bağrıyanıq Kərəmə ağlayan aşıqları, bu aşıqların ürəkdağlayan sazları iləçobanların könül oxşayan türküləri, çocuqların sevə-sevə oxuduqları maniləri, anaların yavrularını uyudurkən çağırdıqları ninniləri seçkinlərinin düşüncəsilə özünü İranlı bilən bu ulusun çox böyük bir çöküşdə olduğunu göstərir: – Yox, deyil, sən Türksən! – deyirdi». Ulusal düşüncənin dolşmasından dolayı ərəbcə, farsca oxumuş bu yaşıl oğlanın yazısı da çox ağır Ərəb sözləri, izafi tərkiblərlə doludur. Məhəmməd Əmin bunu anlayıb qarşı çıxandan sonra da, toplumun anlamayac ağından, ya da o çağda bir sıra sözlər düşüncəsinə girmədiyindən bu bəladan qurtulamamışdır.Ancaq o, yenilikçidir, rəng yerinə boya işlədir, ictimaiyyun amiyyun yerinə sosial-demokrat, ictimaiyyun iştirakiyyun yerinə sosial-devrimçiişlədilməsini düzgün sayır. Ancaq sosial-devrimçi daha düzgündür.

Biz Məhəmməd Əmin Rəsulzadənin yazdıqlarından aldığımız alıntıları bacardıqca ağır, anlamsız ərəb-fars sözlərindən, izafi tərkiblərdən arındırmışıq. O çağın yazılarındakı indi də bütünlüklə aradan qaldırılmayanlardan biri də cümlələrdə söz düzümünün pozulmasıdır. Onları da bacardıqca düzəltmişik.

M. Ə. Rəsulzadənin «Şərqi-Rus»da, 1903-cü il mayın 14-də çap olunumuş ikinci yazısı, 21 yaşlı əmioğlusu Məhəmməd Əlinin də adı keçən «Hümmət[çalışmaq] və qeyrət vaxtıdır»dır yazısıdır. Yazı «İlahi, havaxtacan biz gecə-gündüz düşüncəyə dalıb ulusumuzun dərdini, daldaqalmağını özümüzə görəv biləcəyik?Bəyəm biziyüksəlməyə qoymayan vardır? Bəli vardır! Nə şeydir bizi qoymayıb? Çalışmamaq, lovğalıq, qürur, uyqarlıq istəksizliyi. Müsəlmanam – deyib, oturub baxmaq.Bəli, bir para oxumuşlarımız yeri düşəndə keçmiş İslam uyqarlığı ilə öyünərlər. Bu, alim babası ilə öyünən cahil nəvənin gülünc dürümuna bənzər. Çağımızdaulusumuzun öyünməli nəyi vardır?...Qardaşlar, gəlin hamımız birgə çalışaq, məktəblər açaq, yardım qurumları yaradaq, yoxsullara əl tutaq…Bizə çalışıb elm öyrənmək, öyrətmək, öyrətdirmək gərəkdir. Elmsiz heç bir çatışmazlığımız götürülməyəcəkdir!». Məhəmməd Əmin ulusuna bir sıra yerlərini kəsdiyimiz bu romantik sevgi diləyini Məhəmməd peyğəmbərin elmlə bağlı hədislərini üç dördlükdə şeirə çəkməklə bitirmişdir. O çağda yayılmış şeir biçimlərinə uyğun olan qoşuda peyğəmbərə görə elmin tibb, bir də din elmləri olmasını«nəzmə çəkmişəm» deyir. «Şərqi-Rus» bu yetənəkli romantik yaşılın elm, onun ulusuna gərəkliyilə bağlı düşüncələrinin ardını 18 may 1903-cü il tarixli 20-ci sayında verilmişdir.Məhəmməd Əmin Həzrəti-Əlidən yetişən hədislərdən deyib ulusuna bir Çağırış yazır:

Ey olan aşiq Əli övladinə, Bir qulaq ver sən Əli fəryadinə. Kim o sərvər söyləyir bu nəğməni: Alim diri, cahilin yoxdur cəni. Ey olan şieyi Əbu Talib, Elmə hər bir zaman sən ol talib.

Romantik yaşıl bu bilyini «Elm tərifində deyilibdir» adlı müxəmməsilə bitirir. «Aç qulağın bir eşit bu sözlərin çoxdanışan ata, elmə sayğılı ol, cahillər bütünlüklə yuxudadırlar…» deyib, yurddaşlarını Məhəməmd peyğəmbərin «Elm Çində də olsa axtar» sözləri, din düşüncəsilə elmə, uyqarlığa, irəliyə çağırır. Yatmış, yatırılmış, elmdən, uyqarlıqdan, çağdan geridə qalmış ulusunu oyatmağa çalışan yaşıl Məhəmməd Əmin Rəsulzadə «Hümmət» qəzetinin 1905-ci il tarixli 3-cü sayında çap etdirdiyi «Hümmətür-rical təqləül-cibal» Çağırışını «Açıq söz» qəzetinin 5 iyul 1917-ci il tarixli 513-cü sayında dayayımlamışdır. O burada İmam Əlinin «Kişilərin hümməti dağları qoparar» sözlərinin türkcə düzgün anlamının «Kişilərin hümməti birləşsə dağları aparar» demək olduğunu kəsinliklə deyib, o çağda toplumu bölən ideologiyaları, ideoloqları birləşməyə çağırır: «İndi yoldaşlar, hərəmiz bir küncdə bir xüsusi cəmiyət qayırıb da müxtəlif yollar getməkdənsə birləşməli, öz fikir və hərəkətlərimizdən bir-birimizi hali etməliyik. Millətpərəstlik bizə yarasa hamımız millətpərəst, demokratlıq yarasa hamımız demokrat və qeyri bir yarar məslək olub sözü, işi bir olmaqla iş görək. Bəndəyə qalır isə, hər bir dəstədən olursa olar, ancaq islamiyət üzrə olaq. İslamiyətdən kənara çıxsaq fəlakət bizi gözləyir. İslam bizə qurtuluş yoludur desəm səvabdayam. Nə sosializmin, nə də demokratizmin başlıcaəqidələri islamla müxalif deyil…hər nə olmalıyız olaq, ancaq islamiyət üzrə olaq, bu insanlığın gözüdür» .Məhəmməd Əmin Rəsulzadənin ilk yazılarındakı düşüncədə, dilində islam dininin etkisi çoxdur. «Yeni yol»lu məktəbdə oxusa da Nardaran, Bakı kimi «şiəxana»da, axund evində böyümüş yeniyetmənin düşüncəsində dinin etkisi doğaldır.Bu onun üç yazısının ikisində şiə imamı Əlidən, guya onun dediyi hədislərindən yararlanmasındaaydın görünür.Bunu İran [Qacarlar] devrimi günlərində «Tərəqqi» qəzetinin yazarı kimi Tehrandan göndərdiyi, qəzetin 28 iyul 1909-cu ildəki 168-ci sayında yayımlanmış: «Bu gün rəcəbülmürəccəb ayının 13-ü yövmi-məsudi-mövludi həzrəti-Əli əleyhissəlam olduğu münasibətilə bir yövmi milli olduğunudan qədimdən bəri adət olub gəlməkdə olduğu üzrə imarəti-şahidə rəsmi-səlam icra olundu…Onun sırası ilə xətib ərəbcə bir xütbə oxuyub peyğəmbərimiz Məhəmməd ibn Abdullah, imamımız Əli Vəliyullah» bilgisində də görürük.



Qezetçitək göndərdiyi bu bilgidəkidin düşüncənin İrandakı şiəlik psixologiyasının etkisində mexaniki ötürüldüyü görünür. Məhəmməd Əmin bu şiəçiliyin-əliçiliyin din yox, dini bölən yol-təriqət olduğunu anlayıb, bir daha «şiəçilik», «əliçilik» etməmiş, islam dininə sayğı ilə yanaşmış, ancaq islamçı da olmamışdır. Məhəmməd Əmin Rəsulzadə dinə dünyəvi yanaşmışdır. Onun dinə yanaşmasını son bitiklərindən olan «Azərbaycan şairi Nizami»dəki «Nizaminin dinə baxışı və sosial ideal» bölməsində daha düzgün öyrənmək olar. Tanrısevər Məhəməmd Əmin «başlanğıcların başlanğıcı, sonların sonu olan» tək allaha tapınır. Onunçün şiəlik, Əli, Həsən, Hüseyn ağlaşması din yox, İslam dinini bölən yol, bu yolun yolçularıdır.

Məhəmməd Əminin sonrakı yazısı 1906-cı il iyulun 19-da, «Dəvət-Qoç» qəzetinin 6-cuı sayında yayımlanmış, Rusiya İmperiyası dövlət yetkililərinin erməniləri türklərə qarşı ayaqlandırmasından yaradılmış «Erməni-müsəlman» qırğınlarınından danışılan «Mərəzimizin çarəsi»dir. Ürəyi özgəsevər duyğularla coşan yaşıl yazar yazır: «Bu bir il yarım içində ariz olan bəlanın xarabedici əsərlərini, yandırıcı, öldürücü nişanlarını tərif etməyəcəm. Zira hər bir vətən övladı ki, göz sahibi, qulaq yiyəsidir, bu xərabələri görüb, bu nalə-fəqanları eşitmişdir. Yox əgər eşitməyənlər varsa, karlara nə demək. Tüfənglərin taqqıltısını, topların gurultusunu eşitməyən şəxs «top atdılar», «güllələdilər» sözlərinimi eşidəcək?!...Erməni-müsəlman qırğını da vətənimizə sonradan yayılmış bəladır, bir xəstəlikdir ki, aramızda uyğun bir artım tapıb, bu cür olan xəstəliklərdən,nədənlərdən güclənmişdir. Bütün varlığı ilə yurdunu sevən, ağır günündə ona arxa olan yaşıl, sosial-demokrat Məhəmməd Əmin Rusiya İmperiyasının yeritdiyi politikanın sonucu olaraq yaranmış erməni-müsəlman qırğınınını yatırmağa çalışan başqa soydaşları kimi «Dəvət Qoç» qəzetindədə «Bəlayi Əzim» [Böyük bəla] adlı yeni bir yazı çap etdirmişdir. Azərbaycanda sülh-barış yaratmağa göndərilmiş Rus generalı Qoloşşapovun Şuşada türkləri qırdırmağa başlamasından sonra yazılmış bu yazıda deyilir: «Şuşadan gələn qorxulu xəbərlər bu gün hər bir vicdanı olanın düşüncəsini sarmaqdadır…Ey vicdansız Qoloşşapov! Bəsdir, bəsdir içdiyiniz insan qanları. Bəsdir, iki ulusu bir-birilə salışdırıb, sonra ikisini də yelə verdiyiniz! Bu qədər insafsızlıq, vəhşilik olmaz siz edirsiniz!!! Bu yazıq, qaragün uluslardan nə istəyirsiniz, Bunlara nə vermisiniz, ala bilmirsiniz? İnanın, bir çağlar ulus məhkəməsinin qabağında durub, tutduğunuz işlərdən sual-cavab olunacaqsınız. Qrxun o gündən ey cəlladlar, ey insan qanına susayanlar!». Xalqın böyüklüyünə, gücünə inanan yaşıl sosial-demokrat MəhəmmədƏmin üzünüxalqa tutur: «Ey cəmaət, ey generalların sorumsuzluğunun qurbanı olanlar, siz nə vaxt ayılacaqsınız, nə vaxtadək öz qədrinizi, qüvvənizi bilməyəcəksiniz!? Vəhşilik, sorumsuzluq qurbanı olanlar sizin qardaşlarınız deyilmidir? Onlar da insandırlar. Bu bəlaya siz də düçar olmusunuz, belə soyuq olsanız, yenə də olacaqsınız!». İçindəki böyük insanlıq duyğusu, elə, topluma güvən olan gənc yaşıl, yetişməmiş, ulusal kimliyini anlamamış, uyqarlıqdan geri bir ulusun daş parçası olduğunu bilmək istəmir, bu yol «Ey iki ulusun gerçək sülhsevəri olan yoxsullar, harada qalmısan, səsin çıxmayır! Bütün zalımları qorxuya salan qəhrəmanlıq səsini ucaldıb, niyə Qoloşşapov, Qoloşşapovun həməfkarı olub onun tutduğu şeytanlıq işlərinə güc verənlərə qarşı çıxıb, protest etmirsən?!!! Bəsdir, bəsdir çəkdiyimiz ağrı-acılar! Bəsdir bu qədər boş yerə tökülən qanlar!Bəs biz nə vaxt ağıllanıb «şeytan»a alət olmayacağıq?!». Məhəmməd Əminin «Ey iki ulusun gerçək sülhsevəri olan yoxsullar, harada qalmısan, səsin çıxmayır!» çağırışı onun sosial-demokrat ideyalarına inamından gəlir. Yaşıl sosial-demokrat Məhəməmd Əmin o çağda yayılmış baxışlarla yazısını gücləndirmişdir. Ancaq sonrakı tarix təkcə yoxsulların «gerçək sülhsevər» olmadığını göstərdi. Ən varlılar da gerçək sülhsevər ola bilərlər. Getdikcə siyasi bitkinləşən Məhəmməd Əmin bu düşüncədən uzaqlaşmışdır. O Azərbaycan Jümhuriyəti Parlamentinin 2-5 fevral tarixli 13-cu toplantısında çıxış edərkən demişdir: «Bir millət çətin vəziyətdə qaldıqda bir qonşusuna müraciət edər, yardım, imdad istər.O qüvvə təbii o millətin fəhlə və əkinçiləri deyil, mütəşəkkil və müntəzəm əskəri olacaqdır. Bu surətlə bir qüvvə tələb edilirsə, dediyim kimi o qüvvə Türk millətinin əkinçi və yaxud başqa bir sinfi deylil, ancaq o millətin hökumət və müntəzəm qüvveyi-əskəriyəsini çağırmaqdan bəhs edilir deməkdir». Ancaq Erməni ulusu «şeytana alət olmaq» yolunu seçmişdir. «Şeytana alət olmaq» Erməni ulusunun yaşam strategiyasıdır, böyük, Qafqaza yad güclərin geopolitika yarağıdır. «Erməni-Müsəlman» savaşının ulusuna çox ağır itkilər verdiyini görən Məhəmməd Əmin «Dəvət Qoç»un 1906-cı il iyulun 20-də çap olunmuş 14-cü sayında Qafqazdakı bu anlamsız savaşla bağlı bir Növhə [Ağı] çap etdirmişdir. Ərəb sözü növhə türkcə ağı deməkdir. Novxanı, Bakı kimi bir şiəxanada, axund evində böyümüş, incə yrəkli, qaynar düşüncəli 22 yaşlı Məhəmməd Əminin Ağalığın qurduğu bu şeytan oyununa düşmüş «hiylə qurbanı olub şeytanı şad edən» insanların qurtuluşu üçün «Amandır dada yet rəbbi» deyib yalvarır:

Tökülmüş bu qədər qanlar, Deyilmi bəs bu qurbanlar? Nə vəhşilikdir, ixvanlar! Tələf əmlak, ölür canlar. Olub divanə insanlar, Amandır, dada yet rəbbi!

Ağır ərəb-fars sözlərilə dolu bu Ağı o çağın Türk aydınlarının bu «şeytan işi»nə baxışını göstərir. Acı da olsa rusların «forpost»una çevrilmiş ermənilər gözəl Qafqazı Rus-mason güclərinin əlinə keçməsinə yardım etdilər. Ermənilər haqq yoluna gələnə kimi qafqazlılar bunu unutmamalıdırlar. Ədalətsevər yaşıl Məhəmməd Əmin «İrşad» qəzetinin 1906-cı il, yanvarın 9-da çıxmış 18-ci №-də «Mövcibi-heyrət» [Şaşırdıcı şey] yazısında yaşlı bir praqmatiktəkyayımlanacaq «İrşad» qəzetilə bağlı adını, kimliyini yazmadığı araqarışdırıcıların «Bir yerdə, bir şəhərdə iki çəzet çap olursa, bir ölkədə iki sorumsuz ağa olduğu kimi, ikitirəlik, qalmaqal yaranacaq» baxışına qarşı çıxıb, bu adamların 70 000 yaşayanı olan bir kənddə iki yox, onlarca qəzetin çapına çalışmalarından sorumluluğunu yazır: «Nə üçün qəzet çox olduqca qalmaqal artsın, tərsinə qəzetlərin çoxluğu yaxşılıqetmə duyğusu birlik artıb, insanlıq, haqsevərlik, mədəniyət irəli getməlidir. Bunu qabaqcıl ulusların durumu göstərir. Şəhərimizdə bir qəzet çap edilərkən ulusumuza «Həyat» bağışlandı. Həyat olandan sonra irşad [doğrulgöstərmə] olduğundan, «İrşad»ın ortaya çıxması doğal olmazmı?... «Həyat»la «İrşad» sütunlarında bir-birini ələşdirən bəndlər yazılırsa, həriflər budur görüntüləri – deyə çıxaracaqlar. Ancaq yox! Bu ələşdirilər pis, savaşcı olmayıb, bəlkə düzgünü göstərməyə kəsə, düzgün yoldur». Yaşıl yurdsevər toplumun başbilənlərinə düzgün yol göstərir: «Ey həyatçılar! Eyirşadçı, hər kəsdə nə çatışmazlıq, nə ayıb varsa qurtulana kimi ona ayna tutun. Ulusa gərəkənləri, bireylərini ələşdiri baxışından keçirib ona güzgü olun. Ələşdiridən əl çəkməyin, çünkü onsuz heç bir sənət, heç bir peşə irəliləməmişdir. Düşüncə çatışmasından, qarışıqlıq, pozğunluq yox, həqiqət, səadət, irəliləyişin çıxdığını göstərin!». Oxucu 22 yaşlı bir yaşılın düşüncəsinin çağının yaşlı soydaşlarının çoxundan irəli getdiyini, gəlişdiyini, başqalarına örnək düzəyə çatdığını görür. Məhəmməd Əmin Rəsulzadə 1906-cı il fevralın 16-da «İrşad» qəzetinin 48-ci №-də «Qara pul» adlı 22 sıralıq bir qoşu çap etdirmişdir. Bu qoşu bədii düzəycə, o çağda çox yayılmış, bu gün «Sabiryazantək» deyə biləcəyimiz sıradan bir qoşudur. Ancaq burada oxucunu düşündürən ən önəmli şey, pulun Azərbaycan toplumundakı gücünü, «qara özəliklər»ini sayan yaşılın «Heyf səndən qara pul, kim cahillər yoldaşısan, aqillər hamı sənsiz çəkir zillət, qara pul! Mən pul olsaydım əgər səy qılardım ki, müdam, aqillərlə qılım ülfətü-söhbət, qara pul! Səhvsən əhli-kamal ilə olubsan düşmən, fani dünyaya baxıb bir elə ibrət, qara pul! Olsan ər əhli-həmiyətlə müvafiq, həmrah, səndən əsər qalar elmilə hikmət qara pul!» – deməsidir.

İndiki Avropa toplumlarında demokratik siyasi quruluş ulusun var-yatırının ağıllı, işbilən, bacarıqlı, elmə, kültürə böyük dəyər verən insanların əlində toplanmasına önəm verilir, puldan elmlə hikmət əsəri qalmasına çalışılır. Azərbaycan kimi anayasasında demokratik yazılsa da avtoitar siyasi quruluşlarda isə korrupsiya, ruşvətçilik, insan haqlarının tapdanması, seçki saxtaçılığı baş alıb gedir. Məhəmməd Əmininin yazılarında ərəb-fars sözləri çox olsa, özü də çox ara belə yazsa da o içbən bir yenilikçidir. Qiraətxananın türkcə «Oxu yeri» olduğunu yazır. «Şəhərimizin hümmətli və qeyrətli cavanlarından bir firqəsi hümmət və qeyrət kəmərini bağlayıb Bakıda «Nicat» adında bir qiratxana açdılar». Sözsüz bu firqə – partiya o çağda Məhəmməd Əminin də sıralarında olduğu gənclərin yaratdığı sosial-demokrat partiyasıdır. Bakıda yeni «Oxu yeri» açılmasından sevinən alovlu yurddaş o çağda Bakıda bir də «qiraətxaneyi-ümumi» deyilən ikinci qiraətxananın olduğunu yazır. Azərbaycan, yurd sevgisilə yanan Məhəmməd Əmin çağırır: «Ey mədəniyətli, həmiyətli əhli-marif yoldaşlarım! Sizdən xahiş budur: bu tövr mədəniyət asarı təşəbbüsatda qayım durunuz, millətimizə rəhbər sizsiniz – rəhbərlik vəzifəsini ifaya hazırlaşınız! Hər dürlü umuri-xeyriyə iqdam edib millətə xidmətdən usanmayınız. Ey nicatçı qardaşlarımız!...Var olunuz! Sağ olunuz qardaşlar!». Burada rəhbərligə – başçılığa hazırlaşınız sözlərinə dərindən baxanda Məhəmməd Əminin ulusa başçılıq etmək duyğunu görmək olur. O, sonralar Azərbaycan Jümhuriyəti qurlandan sonra Azərbaycan aydınlarının haçağsa dövlət qurub ona başçılıq edəcəklərini düşünmədiklərini yazmışdır. Doğrudan da o çağda belə güclü, sorumsuz Rusiya İmperiyasının dağılmasına inanmaq, dağılacağını düşünmək çətindi. Məhəmməd Əmin yazır: «Bəli, 11 il bundan qabaq Nərimanbəyin zəhməti boşa getdisə də, indiki qiraətxanələrin o günə düşməsinə heç inanmırıq….Yaşasın marif! Var olsun əhli-marif!».



Məhəmməd Əmin 22 gün sonra aprelin 7-də «İrşad»ın 84-cü sayında «Qiraətxanələrimizə dair» ikinci bir yazı yazmışdır: «Bir neçə vaxt bundan qabaq «qiraətxanələrimiz yoxdur» – deyə şikayət edirdik… Sonda bəxt üzümüzə güldü. Qiraətxanə bir deyil, ikisi açıldı…İndi isə qiraətxanələrimiz başlamışdır: «oxucu yoxdur» – deyə şikayət eləməyə. Məhəmməd Əmin bu yazısında yararlandığı qaynaqları söyləməsə də «Rus dilində yazılmış bir risalədən bir çox məlumat alınmışdır» – deyib, 8 saatlıq iş günü sorununu ingilis Tomas Morun qoyduğunu, sonra başqa bilginlərin bu işi gündəliyə gətirdiyini, onun «İngiltərə, Avstriya dövlətlərində, Viktoriya, təzə və köhnə Vallis, Yeni Zellandiya» ölkələrində», «yalxu bir Avstraliyada deyil, Amerikanın bəzi ştatlarında da» olduğunu bildirərək, ancaq «Heyif, Avropada hələ qanunən «səkkiz saat» heç bir dövlətdə yoxdur» deyir. Bundan sonra İngiltərə, Avstraliya, Amerika, Hollandiya, İsveçrə, Rusiyada bir çox «rəhmdil, insaniyətpərvər fabrikantlar»ın 8 saatlıq iş günü uyğuladıqlarını bildirib, «Bizim Badkubədə də 8 saat iş gününü görmək olar. Görmək istəyənlər mətbələrə baxsınlar» deyir. Bu çağının yaxşı qəzetçisi olan Məhəmməd Əminin işçilərinə 8 saatlıq iş günü uyğuladığını göstərir. İçindəki çox böyük ədalət duyğusu ilə yanıb işçilər üçün də 8 saatlıq iş günü verilməsini düzgün sayn yaşıl Məhəmməd Əmin sosial-demokrat baxışların da etkisilə bir az aşırı danışır: «Bəzi amirlə, müəllimlər, ruhanilər gündə 8 saat işləyirlər. Bundan əlavə həftədə neçə gün də tətilləri var. Məvacibləri isə fəhlələrdən neçəqat daha artıqdır. Hərgah 8 saat iş günü bu cənablar üçün nizam və qanun üzrə caiz görülürsə, niyə fəhlələrə yaramasın ki, onların işləri, onlardan daha ağır, daha çətindir». Buradakı aşırılığı sonrakı cümlədə düzəldir: «Heç bir qanun, heç bir şəriət, heç bir kitab, heç bir ağıl, heç bir elm, ictimaiyət və düşüncəsi fəhlələrin müəllimlərdən, ruhanilərdən və amirlərdən ixtiyarları az olmasına işarə belə eləməyib və eləməz». «Bunların cümləsini nəzərə alıb da fəhlə sinfi hər gün çəkdiyi zəhmət vasitəsilə məcburən öz ömrünün qəsdinə duran fəhlələrdən ötrü həmin 8 saat iş gününü tələb edir». Yavaş-yavaş Azərbaycan toplumunun ideoloquna çevrilən yaşıl Məhəmməd Əmin səsini ucaldır: «Fəhlələrlə bərabər biz də həmin ədaləti, həqqaniyəti tələb edirik, çünki ancaq ədalət vasitəsilə cəmaətin qədri ucalar, yüksəklərə çıxar». Məhəmməd Əmin 8 saatlıq iş gününün ailənin bərkiməsi üçün də yaralı olduğunu göstərir: «İndi görürsən: ana bir yerdə, ata bir zavodda, oğul başqa bir fabrikdə işləyir...İndi ailəni bu fəlakətdən qurtarıb məişəti-beytiyə səadətinə yetirmək istəyən bir vücud var isə, o ən əvvəl gərək 8 saat iş gününü tələb etsin. Bunu da ən əvvəl qadın tayfası üçün tələb edib almalıdır…Ey uşaqların, ailənin xeyrini istəyən, kömək edin ki, 8 saat iş günü bacarıldıqca tez alınsın. Bundan ananı balasına yetirmək, atanın külfətə məhəbbətini artırmaq, insanın nəfinə çalışmaqdan yaxşı iş olamaz». Politik ideoloci düşüncəsi ən üst düzəyə çatmış yaşıl Məhəmməd Əmin deyir: «Cəmaətin ziyalı olması, elm ilə, bilik nuru ilə ziyalanması, onun azad olması, hürriyətidir. Cəhalət, nadanlıq isə qulluqdur. Bilik bir fövqəladə qüvvə olub, heç bir vaxt məğlub olamaz…Qulluq dövrünü mədəniyət uçurub, köhnə qulluğu yeni kirayə olunmuş qullarla əvəz elədi. Bu qulluq bir cəhətə qabaqkı qulluqdan da betər oldu» deyən ideoloq işverənlərin işçilərinin sağlamlığını da qorumağa borclu olduğunu, dövlətin bu yöndə gerçək işlər görməyinin gərəkliyini söyləyib iri yazısını bitirir. Düşüncəcə özgürlükçü olan yaşıl Məhəməmd əmin çağırışını politikləşdirib kəskinləşdirir: «Vaxtdır ki, insanlar özlərinin insan olub, qardaşı insanın üstünə əl qalxızmağın böyük suç olmasını bilsinlər! Vaxtdır ki, Rusiyanın indiki övzaini bilib, müttəfiqən və müttəhidən cümlə millətləri bir əndazədə, bir mizanda təhti-zülm və təzyiqdə saxlayan, kökü çürümüş istibdad hökumətinin əleyhinə durub, nailməram olaq».

Yüksək əxlaqdan, mənəvi ucalıqdan doğan bu «çağırış yazı» belə qurtarır: «Biz çox inanırıq, İrəvan müsəlmanlarının və ermənilərinin əfkari-həsənə sahibi olanları böylə vaqieyi-ittifaqiyənin vəxim nəticələrinə öz dəvət və təşviqlərilə sədd çəkib, bir dəxi hadisati-müəssifə üz verməsinə imkan verməzlər. Vükəla biz iləvə cümlə Qafqaz balaları ilə bərabər səs-səsə verib, ürəkdən nida edərlər ki, batsın fitnəçilər! Yaşasın sülhçülər!». Məhəmməd Əminin sonrakı yazısı «Tan yuldızi» (dan ulduzu)» adlanır. «Tan yuldızi» «İrşad» qəzetinin 1 iyun 1906-cı il, 128-ci sayında çap olunub. Məhəmməd Əmin «Tan yuldızi»nin 1-2-ci saylarını aldığından, onun dilinin qafqazlılar anlayacaq dildə olmasa da içindəkilər çox maraqlı, amacı çox düz olduğundan anlayanların onu oxuyacaqlarını deyib yazır: «Arzu edilirdi ki, ədəbiyatımızın üfüqündə bu tövr yulduzlar çoxlaşıb, «Tan yulduzi»nin amacı aramızda bərqərar olaydı». «Bax bizim Bakı basını da yenidən böylə bir savaşçı çap orqanı ilə sərvətləndi…Bu qəzet Rus dilində «Prizıv» (Dəvət) [Çağırış] adı ilə İsabəy Aşurbəyov cənablarının rəsmi olaraq başçılığında çap olunur. Qəzet irəlidə yazdığımız inqilab-əksinqilab savaşı ilə bağlı yazır: «…məişət bizə deyir ki, yeni aləmin diriliyi bu iki aləmin çarpışmasındadır. İnqilabın gücü gündən-günə artır. Əksinqilabın gücü isə gündən-günə zəifləşib puç olur və altından yararlı gücünü itirir. Deməli, məişətin özü inqilabın qələbəsini ortaya çıxarır və bu zəfər, qələbə də o vaxt ola bilər ki, həmin inqilab başında öncül fəhlələr durub cidal və qital edən izdihamın öncülü sosial-demokratlar ola». Bu sözlər o çağda geniş yayılmış sosial-demokrat baxışlarıdır.

Məhəmməd Əmin «Prizıv»ın yazısından alıntısını sürdürür: «Engels deyir ki, füqərayi-kasibə firqəsi gərək «bilgisiz keçəcəyin bilgili tərcümanı olsun», yəni o gərək tərəqqi edən məişətin bilgisiz bir yol ilə bizə dediklərini tənqidə çəkib, ağıllı, bilikli bir tərzdə qandırsın. Məişət deyir ki, biz yeni bir millət qiyami əvalində duruyourz ki, inqilab gündən-günə böyüyüb biməhabə olaraq millət istiqlalı tərəfinə yürüyor – bəs biz gərək bu qiyamə müsaidət verib, inqilabı onun müzəffər olmasına yetirək. Budur bizim əvvəlinci öhdəmizə götürdüyümüz məsələ…». Məhəmməd Əmin «Prizıv» qəzetinə yoxsullar üçün daha yaxşı çalışması üçün tanrıdan uğur diləyib qutlama yazısını bitirir. Məhəmməd Əmin Rəsulzadənin «İrşad»ın 21 iyun 1906-cı il, 145-ci sayında yayımladığı yazısı «İranda inqilab» adlanır. Bu yazının özətini verirəm. 1905-ci il Rusiya devrimi onunla qonşu olan Qacarlar – İran dövlətində də daha pis, kötü biçimdə ortaya çıxdı. Yazının başlanğıcında görünür: «İranda həyat ölüb, İran nizam və qanuna müstənid deyil, İran ölmüş, İran viran olmuş kimi sözlər bu axır vaxtda adi bir sözlərdən olub, aramızda gəzir. Hər kəs İran dedikdə dağılmış, yaşayanı duyğusuz, hüquq və qanun qanmayan, hər bir zülm və təəddiyə səbr və təhəmmül edən bir dəstə düşünür». İran yetkililərinin, xanlarının, bəylərinin, ağalarının zülmü bir yana ölkəni Rusiya İmperiyasının ikinci zülmü də əzir. Burada da Rusiyadakı kimi «əskəri idarə» (voyennoye poloceniye) elan edilib, insanlara zülm edilir: «Rusiyada Trepov varsa İranda da Əmir Bahadır onun kopyası olub «patronlarınıza heyfiniz gəlməsin, boş yerə güllə atmayın» yerinə «rəiyət qoyun, toyuq kimi bir şeydir, onun nə həddi var ağaları (qurdlar) ilə həmməclis olsun» deyə yazıq yaşayanları insanlıqdan qıraq olan əskərlər, kazaklar, candarmlar əlinə vermişdir».

Məhəmməd Əmin Rusiya ilə İran inqilabının oxşarlığı ilə yanaşı bir ayrılığının «İran inqilabının başında ruhanilərin durduğunu» göstərib incə bir dillə «Görünür, islamiyəti abad edən də mollalar olacaqlar – deyilmi?» yazır.

İran İslam toplumunun Rusiya İmperiyası toplumundan da çox geriliyini göstərən bu ruhanilər sonradan ağalığa satıldılar.

Məhəmməd Əmin bəy qəzetin dünənki sayında İrandan bir məktubu çap etdiklərini, orada 100-ə kimi suçsuz insanın öldürüldüyünü yada salıb romantikcəsinə deyir: «Eybi yox, heç bir yerdə hürriyət, azadlıq qansız əmələ gəlməmişdir. Həyat çatışma, çarpışma, birlikdə birləşmədədir»– deyərək iranlıları özgürlük, xoşbəxtlik yolunda çarpışmağa çağırır: «Ey iranlı qardaşlar, savaş meydanına girdiniz…Bir az da cürət edin…Ta hürriyət işi həll olunub, İran və iranlılar səadətə qovuşsunlar».

Məhəmməd Əmin sonda «Bax burada bir arzu» deyib aşağıdakıları diləyir: «Neçə vaxt bundan irəli hürriyət gününün doğmasını İran üfüqündən görəcəyik, «İrana hürriyət» – bir bənd yazdıq. Şükr allaha, İran hürriyətpərvərləri bizi aldatmadılar, indi də «İranda inqilab» deyə yazmağa səbəb oldular. İnşallah vaxt gələr «İranda anayasa» adında dir bəndə yazmağa da çatarıq. Ürəyimizdə bəslədiyimiz arzı bax bu…Yaşasın İran hürriyətpərvərləri!»

Sosial-demokrat ideyalarına içindəki qutsallığa uyğun güvənən yaşıl kəsinliklə vurğulayır: «Yox, öz mənafeyini layiqincə anlay an, marksizm fikrilə tərbiyələnmiş bir işçidən böylə bir iş görükməz. Erməni fəhlələrini bu işə vadar edən haman erməni sosial-demokrat qəzeti «Kayts»ın yazdığı «Sosialist Daşnaksütyun Partiyasıdır».

Sosial-demokrat Məhəmməd Əmin «Böylə bir üzviyyətli araqarışdırıcının əlindən nə yolla qurtarılmalıdır?» sorub cavab verir: «Bu iki milləti barışdırmaq arzusunda olanların cümləsinə lazımdır ki, hər millətin yoxsullarını qüvvətləndirib daşnaksütyunkimilərin əlindən qurtarsınlar. Böylə olmazsa bütün yoxsulların sülhsevər olmasından heç danışmaq olmaz.»

Yaşıl sosial-demokrat yazısını «Yaşasın sosal-demokrat bayrağı altında birləşmiş işçilər, yox olsun araqarışdıranlar!» çağırışı ilə bitirir.

1905-ci il yanvarın 9-da Peterburqda insanlar monarxiyaya qarşı çıxmış, keşiş Qapon onlara öncüllük etmişdi. Sonradan keşişin dövlətin agenti, işverəni, araqarışdırıcısı olması ortaya çıxsa da, çoxlu insanın öldürülməsilə sonuclanan bu olay getdikcə böyüyərək Ru çarının devrilməsinə, ailəsilə birlikdə öldürülməsinədək artdı. Ancaq Rus çarının yerinə Leninin başçılığında çardan da amansız bolşefaşist bir siyasi sistem, totalitar recim gəldi, yüz minlərlə insan öldürüldü, Sibirin buzlaqlarına suruldu, dünya ideoloci qarşıdurmaya sürükləndi.

Məhəmməd Əmin Rusiya inqilabına baxanda «ayrı tonda, ayrı rəngdə» başladığını İranın «əhval və şəraitiniə bağlı» olduğunu göstərib Peterburqdakı 9 yanvarın «istibdadla özgürlüyün birinci qanlı savaşı, Rusiya devrminin özülü, yoxsulların cihadı» olub onu tək Rusiya yox, bütün Doğu «yadda saxlayacaqdır» – deyir.

İranın başkəndi Tehranda çıxan olaylarda 12 tələbənin, 2 əskərin öldüyünü deyən özgürlükçü Məhəmməd Əmin yazır: «Ey hürriyət qurbanları, ey Tehran yanvarının qurbanları…sizin adlarınz bütün dünyanın tarixində yazılmaqla bərabər İran inqilabı tarixində qızıl hərflərlə yazılacaqdır. Siz özünüz öldürüldünüzsə də sizin ruhunuz, sizin düşüncəniz diridir, heç bir vaxt da ölməyəcəkdir. Yaşasın İran öyrənciləri! Yaşasın İranda devrim».

Məhəmməd Əmin yazmışdır: «Hacı Zeynalabdin Tağıyev cənablarının fəhlələri öz əhvali iqtisadiyələrini yaxşılaşdırmaq üçün tətil edib, sair tələblərilə bərabər bunu da tələb etdilər ki, fabrikə hər bir millətdən, xüsusən erməni millətindən də fəhlələr qəbul olunsun… Bu tələb hər bir cəhətcə geriyə qalmış bir millət fəhlələrinin ki, adları buvaxtadək «tətilçilər ziddi», «qara qüvvə» ilə yad edilirdi».



Müsəlman işçilərin «İbraz etdikləri bu ali fikir, bu müqəddəs tələb mədəni, insaniyətli adlanan bir millətin fəhlələrini və ya doğrusu bir üzviyətini yada saldı. Əcəba bu fəhlələr hansıdır? Bu üzviyət nərədədir? Bu fəhlələr qonşumuz, erməni millətinin bir qisim fəhlələridir ki, tətil edib öz sahibkarlarına təklif etdilər ki, müsəlman fəhlələri işdən çıxarsınlar. İş böylə oldu. Yüzə yavuq müsəlman fəhlələri ki, ömürlərinin ən cavan, ən tazə vaxtlarını orada itirmidilər, səfil-sərgərdan olaraq işsiz-gücsüz küçələrə töküldülər». Məhəmməd Əmin «Bunu kim etdi?» sorur: «Haman bu müsəlman fəhlələrilə yan-yana, çiyin-çiyinə işləyən fəhlə «yoldaş!». Bundan şaşırsa da, sosial-demokrat ideyalarına inamından yaşıl Məhəmməd Əmin romantikcə yazır: «Erməni fəhlələrini nə vadar elədi ki, bu cüzi münaqişə üstundə belə alçaqlıq etdilər. Sosial-demokrat düşüncəsilə tərbiyələnmiş işçidən belə bir cinayət gözlənərmi?». Sosial-demokrat ideyalarına içindəki qutsallığa uyğun güvənən yaşıl kəsinliklə vurğulayır: «Yox, öz mənafeyini layiqincə anlayn, marksizm fikrilə tərbiyələnmiş bir işçidən böylə bir iş görükməz. Erməni fəhlələrini bu işə vadar edən haman erməni sosial-demokrat qəzeti «Kayts»ın yazdığı «sosialist daşnaksütyun partiyasıdır». Erməni qəzeti «Alik» Məhəmməd Əminin «İrşad» qəzetində yayımladığı bu yazısını ələşdirib qara istəklərini yeritmək istəyir: «İrşad»ın ətrafında toplanan müsəlman «intelligentləri» erməni inqilabiyun Daşnaksütyunun əksinə çox qarışıqlıq salırlar. Bu da aydındır: onların hökumətlə əlbir olub erməniləri yox etmək şeytan proqramlarına Daşnaksütyun mane oldu. İş böylə olduqda, müsəlman «intelligentləri» gördülər bütün erməniləri qırmaq üçün qabaqca Daşnaksütyunu yox etmək lazım gəlir». Anlayan oxucuya bunun açıq-aydın bir erməni yalanı olduğu görünür. Ancaq bilməyən üçün dolaşıqdan çıxmaq çətindir. Məhəmməd Əmin «Alik»ə kəskin cavab verir: «Alikin utanmamazlığı gör nə yerə çatıbdır, Erməni millətilə Daşnaksütyun partiyasını bir sayır». Məhəmməd Əmin bu qaragüruhçuları ermənilərin yazdığına yönəldir: «Ürəyiniz bulansa da, Bakıda çap olunan «Trudovaya cizn» qəzetinin axırıncı hökumət tərəfindən bağlanmış nömrəsinə «Kayts» və «Mışak»ın 150-ci nömrəsində Sərkisyanın yazısına baxınız. Baxınız da görünüz, Daşnaksütyunu tanıyan tək bir «İrşad», tək bir müsəlman intelligenti, tək bir Rəsulzadə deyil, qeyriləri də var. «Hnçakistlər» kimi gerçəkdə protest edib dalaşanlar da var». «Alik» Məhəmməd Əmini erməni fəhlələrini də işə alınmasını deyən müsəlman fəhlələrinə «müqəddəs»-«qutsal» deməkdə suçlayır: «…Doğrudur, deyiblər adamnə qədər cahil olsa bir o qədər cəsur olar. Bizim sosial-demokrat göpçularımız bu qədər uzağa gedirlər ki, «Volteri vaxmister etməyə» hazırdırlar…Onların təzə müsəlman «yoldaşları» cəsarəti o yerə çatdırıblar ki, meydana çıxıb elan ediyorlar ki, müsəlman fəhlələri müqəddəslər dərəcəsinə çatıblar, çünki sosial-demokrat təsiri altındadırlar...". Söz oynatmaq, qara yaxmaq, yalan danışıb araqarışdırmaq əski Erməni özəlliyidir. Məhəmməd Əmin «Qəddar daşnaksütyunçunun öz cahil çeviricisinin səhvindən» belə sözlər yazdığını göstərib yazır: «Ey həqiqəti görmək istəməyən qəddar! Biz adını və müqəddəs ibarələri işlətmişik, ancaq işçilərə deyil, əqidələrə demişik, biz Daşnaksütyun millətçiliyinin adını deyib, sosial-demokrat insaniyətpərvərliyini müqəddəs bəyan etmişik. Sözün anlamını dəyişib, sonra suçlamağı ancaq daşnaksütyunçu «Alik» kimi həyasızlar bacarar». Məhəmməd Əmin «Alik»in bütün işçi sinfinə yönəlmiş çağırışından acıqlandığını onun sözlərilə yazır: «…Hərgah məqalə yazan sosial-demokrat cənabın maskasını götürsək. Görərsən altından nə çıxar?! Kromolni panislamisti, ya da müsəlman feodalizminin bir layiqli nümayəndəsi. Bəlkə bunların xahişi budur ki, Daşnaksütyunu yox etsinlər»… ». Ancaq İranda konstitusiya olmadığından, onu toplanacaq məclis yazacağından, bürokratlar seçkiləri saxtalaşdıra bilərlər. Buna görə də: «Madam ki, mətbuat hökumət amirlərinin yoxlamasında, nəzarətindədir, madam ki, qələm azad deyil, xanlar, vəzirlər hər nə istəsələr eləyəcəklər – seçkinin üsulunu bildirmək və hökumət amirlərinin xəyanətini kəşf etmək üçün lazımdır ki, mətbuat azad olub, hər bir təcavüzdən məsun qalsın». Ancaq İranda yaşayanların yüzdə onu yazı-pozu bildiyindən, yerdə qalan yaşayanlara seçkilə bağlı bilgiləriçatdırmaq üçün gərək söz də azad olsun. Bununçün də gərək toplaşmaq, mitinqlər keçirmək azadlığı da olmalıdır.Bu işləri də görmək üçün maddi və mənəvi yatır gərəkdir. Buna görə ayrı-ayrı işçilər, sənətkarlar birləşib kassalar yaratmalıdırlar.

Məhəmməd Əminə görə basın, söz, toplaşma, birlikyaratma özgürlüyü olmadıqca parlamentə bir o qədər ümid bağlamaq olmaz. Məhəməmd Əmin yazısının sonunda İran mücahidlərinə üz tutub deyir; çalışın, bu deyilən özgürlükləri alın. Çalışın İran parlamenti açılanda oraya seçilənlərin çoxu özgürlükçülərdən olsun, onda İran özgür olar. Yox keçmiş yanlılarından, sınırsız ağalıq yanlılarından olsa yenidən boyunduruq altına girəcəksiniz. Bugünədək əlləşdiniz, konstitusiya quruluşu qurulmaq üçün fərman aldınız… Çalışmasanız, ağalarınız «biz özgürlük verdik, lakin millət hazır olmadığı üçün idarə edə bilmədi…» – deyəcəklər. «Çalışın arkadaşlar, yatmaq çağı deyil!». «İrşad», №186, 8 avqust 1906. Məhəmməd Əmin Rəsulzadənin sıradakı yazısı «Edam cəzası»dır. O, «İrşad» qəzetinin 4 sentyabr 1906-cı il tarixli 208-ci nömrəsində yayımlanmındır. Məhəmməd Əmin Rusiya dövlətindəki toplumsal-politik olayların gedişini göstərib sorumsuz ağalığın, bürokratiyanın ölkəni hara gətirdiyini yazır: «Məlum olduğu üzrə Rusiyada əvəvlinci dəfə qurulan Dövlət Duması «ifratçılıq» etdiyi üçün qovuldu». Məhəmməd Əmin bu «ifratçılıq»ın başında «Edam cəzası»nı qaldırmağın durduğunu deyir.Yazara görə Dumanı bürokratiya dağıtdı. Bu insanları açıq savaşa çağırmaq idi. Ancaq «siyasi firqələr hökumətlə mübarizəyə girişməkdən çəkindilər – hiyləyə aldanmadılar. Hökumət isə şiddətli tədbirlərə əl atdı ki, bəlkə bununla cəmaəti acıqlandırıb hal-hazırda hər tövr olur isə onunla mücadilə edib qüvayi inqilabiyəni uzun illərlə düzəlməyəcək bir dərəcəyə yetirsin və bu məqsədlə həbsi, nəfyi edam cəzasını bacardıqca çoxlaşdırdı».

Buna qarşı yaranan bir sıra firqələr «üzviyət və təbliğ üsulunu qoyub vaxsız odğu siyaha əl ataraq» ölkəni «anarxiya»yaya sürüklədilər.«Hökumət də bu anarxiyanı ortadan qaldırmaq üçün«heç olmasa bir az ədalətə yavuq olan məhkəmələri götürüb, əvəzində əskəri məhkəmələr meydana qoydu. Mühüm işləri ki, onun həllinə aylar lazımdır, bu məhkəmələr 24 saat ərzində qurtarıb birçox günahsız qanlar axıtdılar. Bu gün təcili hökmlər Rusiyanın hər yerində icra olunmaqdadır…». Məhəmməd Əmin «Rüstəmin yuxusu»dakı başqa hekayələri gözə alanda gözəl bir hekayəyazan ola biləcəyini düşünür. Məhəmməd Əmin indi işin millətimizin himmətindən asılı olduğunu, «həmin əsərin qiyməti olan 7 qəpik vermək heç kəsə ağırlıq edəcək bir məbləğ» olmadığını, ancaq «həmin 7 qəpiyin aramızda Abdulla bəy kimi bir hekayəyazanı istəkləndirər, gələcəkdə ondan daha dəyərli əsərlər gözləməyə haqqımız olar» deyir: «Yazıçı görürsə oxucusu var, onun əməyi boşa getməyir, o surətdə həvəsə gəlib daha böyük işlərə girişib, daha yaxşı əsərlər meydana çıxaracaqdır. Qardaşlar! Rusiya inqilabının meyvəsi olan bir az da olsa bu özgürlük çağından yararlanıb ədəbiyatımızı irəlilətməliyik. Bu da ancaq bir az cibə zərbə vurmaqla olur. Gəlin çalışaq qardaşlar, çalışaq!!...». Sıradakı «Araq içməyiniz!» politik yazısı ilk baxışdan sosial-mənəvi, əxlaq yönlü görünsə də oxuyandan sonra çox ağır sosial-siyasi, mədəni-mənəvi gerilik içində boğulan müsəlmanlara politik qurtuluş çağırışıdır. Yazı «İrşad» qəzetinin 1906-cı il noyabrın 26-da, 272-ci nömrəsində yayımlanmışdır. Toplumun dərdini çəkən yaşıl Məhəmməd Əmin Quranın, peyğəmbərin buyurduğuna görə müsəlmanlar araq içməməlidirlər. Bu yöndən belə bir yazı yazmağa da gərək olmamalıdır. Ancaq seçkinlərimiz bir yana avamlarımızın bu bəlaya düşdüklərini gördükdə «Dur, ay yatmış» curnalının sonuncu sayında çap olunmuş «Araq içməyiniz» yazısını çevirib çap edirik. «Budur çevirmə» deyilən üç abzazda arağın öncə bədənə, sonra «cibə» vurduğu ziyandan, daha sonra isə insanları arağa öyrədib pul qazanan, bununla da onları asanlıqla yönətməyə çalışan bürokratiyanın işlərindən danışılır: «Araq ucundan hökumət ildə 500 milyon manat yığır, bu pullara şpionlar, qatillər tutur, məhbəslər saxlayır…Piyana nə yer, nə ixtiyar, nə də öz ailəsinin (külfətinin) səadəti – heç bir şey piyana lazım deyil…Bax, bunun üçündür bürokratlar…əlləşirlər…bacardıqca camaatı artıq isdirsinlər…Hökumət camaatın əlində olan ölkələrdə içkiçilik də azdır».

Məhəməmd Əmin kəsərək verdiyim bu çevirməyə «Araq içməyiniz!» adlı artırma da yazıb: «Bu çevirməyə ekləmə olaraq biz də «Araq içməyiniz» yerinə «Araq içməyə öyrənməyiniz!» – desək daha yaxşı, müsəlmanlara daha uyğun olar düşüncəsindəyik. Gerçəkdən də biz müsəlmanlar içkiçi olmasaq da buna başlamışıq. Özü də Kazan tatarları, Türkmən təkələri, ləzgilər bu işdə heç Rus mucikindən geri qalmazlar. Amandır arkadaşlar, artıq içməyə öyrənməyiniz, öz səadətini içməyiniz!».

Məhəmməd Əmin Rəsulzadənin sıradakı yazısı «Şeytan» işinin nəticəsi» adlanır. Yazı «Təkamül» qəzetinin 1906-cı il, 16 dekabr 1-ci nömrəsində çap olunub. Yazı sosial-demokrat idealları içindəngələn insansevərlik, yurdsevərlik ədalət ilkələrilə çulğaşmış bir yaşılın ürək çırpıntılarıdır. Yaşıl sosial-demokratın yazısı belə başlanır: «İki millətin ağaları, rəisləri, burcua kirvələr, bəylər, xanların arasında olan iqtisadi rəqabətin yetişdirdiyi bir ortamda hökumətin qəddarlıqla törətdiyi erməni-müsəlman faciəli olayı allaha şükür sona üz qoymaqdadır».

Romantik çalarlı bu düşüncənin arxasında bir sıra gerçəklər vardır. Bakıda neftin sənaye yolu ilə çıxarılmağa başlandığı 1870-ci illərdən Azərbaycan türklərininyavaş-yavaş önə çıxmağa başlayan ulsal varlıları Azərbaycana, onun var-yatıra hamıdan çox haqlarının olduğunu anlamağa başladılar. Ancaq Rusiya İmperiyasında üçüncü dərəcəli ulus olan müsəlmanlar çox geridə qaldığından, rusların Qafqaza doldurduğu ermənilər də bir çox var-yatır yerlərini ələ keçirirdilər. Sözsüz, ayrı ulusların toplumsal qovuşmadığı bir ortamda açıq-gizli mənəvi gərginlik yaranmışdı.Rusiya Ağalığının bu gərginliyin qarşıdurmaya çevrilməsinin qarşısını almaqda sorumlu olsa da, Azərbaycanın o çağ bilginlərinin çoxu ağalığın «Şeytan işi» gördüyünü yazmışdır. Yaşıl sosial-demokrat Məhəmməd Əminin də bu düşüncədə olması doğaldır.Yazar son çağlarda hər iki millətin sülhsevərlərinin artdığını yazıb, «millət xainlərinin, iki cəmaətin çəkişməsində, dalaşıb vuruşmasında öz səadət və rifahını düzəldən araqarışdırıcıların arzu və istəklərinə tərs olaraq iki tərəf də atəş və qılıncdan əl çəkib…millətlərin dostlaşmasına çalışanların səsi ucalıb».

Barış arayan yazar deyir: «İndi hər bir Türk, Erməni keçmiş qara günləri yadına salıb, o ağılsızlıq, o vəhşilik, o düşmən hiyləsinə aldanıb öz əlilə özünə quyu qazdığı ağrı-acılı dönəmi ürək yanğısı, ciyər ağrısı ilə yad etməkdədir».

Çılğın yaşıl içindən gələn üca duyğuları göstərir: hər bir vicdan yiyəsi o qırğınları görüb onun yaradıcısından öc almağa qalxmaya bilməz, heç bir insan oğlu insan nə qədər daşürəkli olsa da, evləri dağılıb, var-yoxları yaxılıb yersiz-yuvasız qalan, dilənçitək ömür keçirən dünənki ərli arvadları, ata sevgisinə öyrənmiş körpə balaları görüb qan ağlamaya bilməz.

Bax, «şeytan» əlilə yapılan erməni-müsəlman savaşı necə gözləmək olardı, bizə bir böyük yoxsulluq, tükənməz dağıntı, yaddan çıxarılmayan alçaqlıqlar, ölümlər yetirməkdədir: «Budur Qarabağ dağılmış, Zəngəzur talan olmuş, yüzlərcə erməni və müsəlman kəndləri yağmaya getmiş, əkinəcəkləri əkməyə nə vaxt olub, nə də yerə səpməyə dən tapılmış. Minlərlə yazıq çöllərdə qalıb «acından öldük, soyuqdan qırıldıq, ey insanlar bizə yardım» – deyənlərin çığırtıları göyə yüksəlir». Duyğulu yazar: qış bütün kəskinliyilə kəsəndən sonra bu yazıqların durumunun necə olacağını düşünmək yazmaq olmur– deyir. İndi bu insanlara ən çox un, çörək gərəkdir. Ancaq qəddar mülkədarlar taxılı anbarlara doldurub, baha qiymətə satıb varlanmağa çalışırlar deyib, onları bu günə qoyan «ağalar, bəylər, xozeyinlər, kirvələr isti otaqlarda nazlı balışlara söykənib keyflə dincəlməkdə, yan-yörədə dolaşan yoxsulları yada salmadan dövran sürməkdədir».

Bu işdə ağaları, bəyləri suçlamaq sosial-demokrat düşüncəsindəndir. Məhəmməd Əmin sonralar bu yanlışı anlayıb belə düşüncədən çəkildi.


Ədəbiyyat

1. Айдын Балайев. Мамед Емин Расулзаде (1884-1955). Политический портрет. Б., 2014.

2. Azərbaycan Xalq Jümhuriyəti (1918-1920). Parlament. (Stenoqrafik hesabatlar). I c. B., 1998.

3. Azərbaycan Xalq Jümhuriyəti (1918-1920). Parlament. (Stenoqrafik hesabatlar). II c. B., 1998.

4. Əlimərdan bəy Topçubaşı. Azərbaycan Jümhuriyətinin yaranması. B., 2013.

5. Faiq Ələkbərov. Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə). B., 2014.

6. İsmayıl Qayabalı, Səməndər Arslanoğlu. Azərbaycan Türkləri kültür tarixinin ana xətləri. Ankara, 1978.

7. Qan yaddaşımız – 1918-ci il mart soyqırımı. B., 2014.

8. Məhəmməd Əmin Rəsulzadə Əsərləri I. c. B., 1992.

9. Məhəmməd Əmin Rəsulzadə. Əsərləri, II c. B., 2001.

10. Məhəmməd Əmin Rəsulzadə. Əsərləri, III c. B., 2012.

11. Məhəmməd Əmin Rəsulzadə. Əsərləri, IV c. B., 2013.

12. Məhəmməd Əmin Rəsulzadə. Əsərləri, V c. B., 2014.

13. Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan Jümhuriyəti. B., 1990.

14. Məhəmməd Əmin Rəsulzadə. Qafqaz türkləri.B., 2012.

15. Məhəmməd Əmin Rəsulzadə. Çağımızın Siyavuşu. B., 2014.



16. Nəsib Nəsibli. Güneyli Quzeyli məsələlərimiz. B., 2013.
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə