AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu “Siyasi nəzərəiyyələr” şöbəsi




Yüklə 0.95 Mb.
səhifə5/12
tarix22.02.2016
ölçüsü0.95 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

Ədəbiyyat siyahısı:

1. Cəfərov T. “Avrasiyaçılıq ideyaları müasirlik prizmasında” . Bakı: 2010

2.Гумилев Л.Н. Древняя Русь и Великая Степь. М., 1989; 3.Дугин А.Г. Евразийская миссия Нурсултана Назарбаева. М.: Евразия, 2004.

4. Дугин А.Г. Евразийство: от философии к политике //Докл. на Учред. съезде ОПОД «Евразия» (21 апреля 2001 г. Москва) 5.Дергачев В. Битва за Евразию. Тектоническая геополитическая трансформация. Вестник аналитики, 2014, № 1.

6.Дмитриев Л., Творогов О. «Слово о полку Игореве» в интерпретации О.Сулейменова// Русская литература. –1976, №1; 7.Люкс Л.Россия между Западом и Востоком. Сборник статей. Серия «Россия и Запад» Московский Философский Фонд Москва, 1993

8.Люкс. Л. «Гоcудартво правды». // Страна и мир. 1988, №6

9.Назарбаев Н.А. Слово о моем друге Олжасе. Из поздравления Главы государства Н. Назарбаева в адрес О. Сулейменова с 70-летним юбилеем. Астана, 2006,18 мая.

10.Назарбаев Н.А. Выступление в МГУ им. Ломоносова, 1994, март. Российская газета. 2010, 2 ноября.

11.Новая философская энциклопедия: В 4 тт. М.: Мысль. Под редакцией В. С. Стёпина. 2001.

12.Против новейшей критики марксизма // Сб. критических очерков. М.-Л., 1929, c. 298.

13. Савицкий П. Континент Евразия. М., 1997.

14.Савицкий П.Н. Два мира // На путях. М.; Б. : Геликон, 1922. С. 26;

15.Сулейменов О. Аз и Я: Книга благонамеренного читателя. Алма-Ата: «Жазушы», 1975.

16.Трубецкой Н.С. Верхи и низы русской культуры // Исход к Востоку. София: Балкан, 1921. С. 93–97, 100; Böss O. Op. cit. S. 64.

17.Трубецкой Н.С. Европа и человечество. София: Российско-Болгарское книгоиздательство, 1920.

18.Трубецкой Н.С. Наследие Чингисхана (взгляд на русскую историю не с Запада, а с Востока) // Вестник Московского университета. Серия 9. Философия. 1991, №4.

19.Strategiya.az.

20.Virtualaz.org

21.http://xeyyamn.wordpress.com/

22.http://i-r-p.ru/page/stream

23. http://rudocs.exdat.com/

24. http://lib.co.ua/philosophy/

25. http://modern.az/

26.ANS press

27. http://www.archipelag.ru/

Ziba Ağayeva

Fəlsəfə elmləri doktoru

Azsaylı xalqların hüquqlarının müdafiəsi dövlətin daxili siyasətinin mühüm tərkib hissəsi kimi

Azərbaycan Respublikasında tarixən əhalinin böyük əksəriyyətini təşkil edən azərbaycanlılardan savayı, müxtəlif xalqların və etnik qrupların nümayəndələri də yaşayırlar. Onların müasir Azərbaycan ərazisində məskunlaşması tarixi müxtəlif olsa da, uzun tarixi dövr ərzində yanaşı yaşaması məişət, ənənə və mədəniyyətlərində bir zox oxşar cəhətlərin yaranmasına səbəb olmuşdur. Çoxsaylı türk, Qafqaz və İran dilli tayfalar tarixi birgəyaşayış prosesində getdikcə daha fəal surətdə ümumi sosial-iqtisadi və sosial proseslərə qoşulurdular. Sıx millətlərarası əlaqələrin təşəkkülünə bir sıra amillər təkan vermişdir. Bunlardan biri VII əsrdən başlayaraq Azərbaycandakı etnosların əksəriyyəti arasında geniş yayılmış islam dinidir. Dini ideologiyanın hökmranlıq etdiyi və siyasi sərhədlərin daimi olaraq dəyişdiyi bir dövrdə dini mənsubiyyət həlledici əhəmiyyət kəsb edərək, eyni dinə pərəstiş edən etnosların yaxınlaşmasına kömək edirdi. Digər mühüm amil-təsərrüfat fəaliyyətinin oxşarlığı idi. Azərbaycan ərazisində eyni təbii landşaft şəraitində yaşayan müxtəlif etnoslar oxşar təsərrüfat sahələri ilə məşğul olurdular ki, bu da onlar arasında əlaqələrin intensivliyinə təkan verirdi.

Millətlərarası münasibətlərin pozitiv inkişafına kömək edən daha bir amil Azərbaycan dili idi. Tarixən elə gətirmişdir ki, Azərbaycan dili müxtəlif etnoslar arasında ünsiyyət vasitəsinə çevrilmişdir.

Azərbaycanın Dövlət müstəqilliyinin bərpası demokratik milli siyasətin həyata keçirilməsi üçün yeni şərait yaratmışdır. Bu siyasətin başlıca məqsədi - hər bir vətəndaşın istədiyi etnik və mədəni özünüifadə formalarını seçməsində onun tam azadlığını təmin etməkdən ibarətdir.

Azərbaycanda yaşayan xalqların yanaşı yaşama prosesində topladıqları çoxəsrlik təcrübə göstərir ki: - müxtəlif etnik icmalar arasında sıx təsərrüfat, sosial və mədəni əlaqələr bərqərar olmuşdur; - ümumi tarix, iqtisadiyyat və mədəniyyətə əsaslanan, dərin inteqrasiya səviyyəsi ilə xarakterizə olunan sosial-mədəni birlik - Azərbaycan xalqı mövcuddur;

- genetik əlaqələrlə öz etnik köklərinə bağlı olsalar da, eyni zamanda özlərini vahid Azərbaycan mədəniyyətinin bir hissəsi hesab edən çoxsaylı marqinallar təbəqəsi yaranmışdır. (16, s. 18) Şübhəsiz, bütün bunlar ölkəmizin sosial və iqtisadi tərəqqisi üçün möhkəm bünövrə rolunu oynayır.

Azərbaycan əhalisinin müasir etnik struktur tarixi, demoqrafik və mədəni-dini amillərlə müəyyənləşir. Bu amillərə əsaslanaraq bir neçə şərti qrupu qeyd etmək olar. Milli-Dövlət qurumlarına malik olan və Azərbaycana tarixən nisbətən yaxın dövrlərdə köçmüş etnosların nümayəndələrini birinci qrupa aid etmək olar. Bu qrupa ruslar, digər slavyan və Rusiya xalqları daxildirlər. Həmin etnoslar, tatarlar istisna olmaqla, təkcə azərbaycanlılardan deyil, həm də ölkənin digər etnik azlıqlarından da xeyli dərəcədə fərqlənirlər. Etnik azlıqların digər qrupuda gürcülər, dağ yəhudiləri və udinlər daxildirlər. Bu qrup əvvəlkindən sosial və demoqrafik parametrlərinə görə xeyli fərqlənir. Onlar azsaylıdır, nisbətən kiçik ərazidə kompakt məskunlaşmışlar və əsasən kənd yerlərində yaşayırlar.

Dağıstan qrupu dillərində danışan etnik azlıqlar üçüncü qrupu təşkil edirlər. Buraya ləzgilər, avarlar, saxurlar, dil və mədəniyyətcə onlara yaxın olan bəzi digər xalqlar daxildirlər. Mədəni-tarixi planda bu etnik birləşmələrin azərbaycanlılarla çoxlu ümumi cəhətləri vardır. Eyni müsəlman dininə etiqad, bir zox cəhətlərinə görə bir-birinə uyğun gələn ənənəvi-məişət sistemləri, təsərrüfat fəaliyyətinin oxşarlığı bu qrupa daxil olan etnoslarla gedən dinamik inteqrasiya proseslərini şərtləndirmişdir. Bu qrupa daxil olan etnoslar kifayət qədər inkişaf etmiş sosial struktura malikdir və kompakt şəkildə Azərbaycanın şimal regionlarında məskunlaşmışlar. Etnik azlıqların növbəti qrupuna talışlar, tatlar və kürdlər daxildir. Bu qrup üçün birləşdirici amillərdən biri həmin xalqların dillərinin İran qrupuna mənsubluğudur. Talışlar və kürdlər Azərbaycan ərazisində yığcam şəkildə yaşayırlar və əsasən, kənd yerlərində məskunlaşmışlar. Tatlara gəldikdə isə, onlar daha dağınıq şəkildə yerləşmişlər və bu etnosun strukturunda kənd və şəhər əhalisi bərabər təmsil olunmuşdur. Bu qrupa daxil olan etnoslar üçün ən xarakterik cəhət onların digər azlıqlara nisbətən azərbaycanlılarla daha sıx inteqrasiya səviyyəsinə malik olmasıdır. (orada, s. 19-20)

Milli ideyalar öz-özünə yaranmır. Xalqın içərisindən çıxmış qabaqcıl fikir dühaları belə ideyaları yaratmağın vaxtı çatdığını zəruri hesab edərək onu formalaşdırır, sonra isə onun ümumxalq malına çevrilməsinə nail olurlar.

Azərbaycanın istiqlal mübarizəsinin liderlərindən biri olan Məmmədəmin Rəsulzadə yazırdı: "Milli istiqlala malik olmayan bir millət, hürriyyət və mədəniyyətini hifz edə bilməz". (23, s. 302)

Xalqların milli oyanışı ilə əlaqədar görkəmli siyasi xadim Nəriman Nərimanov vaxtilə öz fikrini belə ifadə etmişdir:

"Bir millət özünü tanımaz isə, özü ilə qeyrisinin fərqini düşünməyə qadir olmaz isə, xüsusi məsləkin dalınca yeriş edə bilməz. Bu yolla yeriş etməz isə, ümummüqəddəs məslək nə olduğunu da düşünməz". (25, s. 27)



Həqiqətən də millət o zaman güclü olur ki, onun əlində fəaliyyət üçün rəhbər tuta biləcəyi güclü milli ideyalar olsun. Azərbaycan öz sərhədləri daxilində olan bütün soyköklərin vahid milli zəmində monolit birliyinə nail olmalıdır. Buna isə azərbaycançılıq ideyasının inkişaf etdirilməsi və şüurlara yeridilməsi vasitəsilə nail olmaq mümkündür. Müasir dövrdə bu ideyanın müəllifi və böyük təbliğatçısı olan ulu öndər Heydər Əliyev həmin fikri dönə-dönə vurğulamışdır.

Tədqiqatçı alim Rövşən Mustafayev "Azərbaycan dövlətinin milli siyasəti: azərbaycançılıq" adlı məqaləsində yazmışdır: "Azərbaycanda həyatın bütün sahələrinin intellektuallaşdırılması lazımdır. Bunun əsasında da dövlət siyasəti kimi, texnoloci inkişaf və azərbaycançılıq siyasəti aparılmalıdır". (16, s. 35) Professor Ə.Tağıyev azərbaycançılıq ideyasına münasibətini belə bildirir: Etnik millətçilik olan türkçülükdən fərqli olaraq azərbaycançılıq siyasi-coğrafi millətçilikdir və bütün respublika xalqları və vətəndaşlar üçün inteqrativ rol oynayır. Ona görə də azərbaycançılıq qarşıya qoyulmuş məqsəddir, dövlətçiliyin möhkəmləndirilməsi yolunda bir vasitədir. Amma digər milli ideyalardan fərqli olaraq, o, hələ ideologiyaya çevrilməmişdir. Vəzifə isə onu ideologiyaya çevirməkdən ibarət olmalıdır". (29, s. 182) Digər tədqiqatçı-alim Z.Ağayeva bununla əlaqədar fikrini belə izah edir: “Azərbaycançılıq ideologiyası insanlarda həqiqətə, ədalətə, mərhəmətə, vətənə, torpağa, adət-ənənəyə sevgi aşılayan milli ruhlu, lakin yüksək mədəniyyət dünyasında özünütəsdiq edə bilən azad, humanist, bütün insanlara onların irqindən, dinindən, cəmiyyətdəki mövqeyindən, şəxsi məziyyətlərindən asılı olmayaraq dözümlülük nümayiş etdirən bir ideologiyadır". (27, s. 168) Bu fikirlərlə razılaşmamaq qeyri-mümkündür. Professor S.Xəlilov azərbaycançılıq məfkurəsinə toxunarkən dövlət dilinin inkişafının zəruriliyinə xüsusi diqqət yetirir. O yazır: "Azərbaycanda yaşayan hər bir xalqın özünəməxsus mədəniyyəti, adət-ənənəsi, ümumilikdə, Azərbaycanın zəngin bir mədəniyyətə malik ölkə olmasına zəmin yaratmışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycanda yaşayan xalqların dillərinin, mədəniyyətlərinin qorunmasına, inkişaf etdirilməsinə böyük əhəmiyyət vermişdir. Eyni zamanda Azərbaycanda yaşayan xalqların konsolidasiyasında mühüm mahiyyət daşıyan və bu zəmində onların uğurlu inkişafını təmin etmək xüsusiyyətinə malik Azərbaycan dilinin inkişaf etdirilməsinə hər cür şərait yaratmağa çalışmışdır. O demişdir: "Müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün ən əsas vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir". (30, s. 232) Müşahidələr göstərir ki, müasir dövrdə cəmiyyətin və ayrıca fərdin həyatında mədəni irsin yerinin və rolunun yenidən dəyərləndirilməsi hadisəsi baş verir. N.A.Berdyayevin aşağıdakı sözləri də bu fikri təsdiq edir: "Cəmiyyətin məqsədləri siyasətdə, iqtisadiyyatda deyil, mədəniyyətdə həyata keçir". (31, s. 162) Professor İ.Məmmədzadə milli münasibətlər fenomeninə müasir düşüncə ilə və daha geniş anlamda yanaşır və belə izah edir: "Postsovet dövründə Azərbaycan müstəqillik əldə etdikdən sonra, sosiomədəni mühitin modernləşməsinə real, pozitiv imkanlar yaranmışdır. Azərbaycanın sosiomədəni modernləşməsi təkcə yeni texnologiyaların və bazar mexanizmlərinin tez bir zamanda tətbiqini deyil, həmçinin keyfiyyətcə yeni qarşılıqlı münasibətlərin, kreativ və innovasion şüurun köməyi ilə millətin sivil yeniləşməsini şərtləndirə bilən institutların yaranmasını nəzərdə tutur". (8) Göründüyü kimi, söylənilən fikirlər bir-birini tamamlayır və olduqsa dəyərlidir. Yuxarıda deyilən fikirləri akademik Ramiz Mehdiyevin "Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə" kitabından bir iqtibas gətirməklə yekunlaşdırmaq istəyirik: "İctimai təşəbbüslər və ideyalar tarixin gedişinə həmişə təkan vermişdir. Bugünkü və sonrakı nəsillərin taleyinin həll edildiyi, Azərbaycan millətinin gələcək inkişafının bünövrəsi qoyulduğu indiki vaxtda onların əhəmiyyəti xüsusilə böyükdür". (7, s. 231)

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edəndən keşən bir ilə yaxın müddətdə, yəni 1992-ci il sentyabrın 16-da ölkə prezidenti tərəfindən "Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında olduqca mühüm fərman qəbul edildi. Qısa vaxtda həmin fərmanın icrası sahəsində xeyli işlər görüldü: azsaylı xalqların dillərində qəzet və jurnalların nəşri başlandı, kitablar çap olundu, bu tədbirlərə prezident fondundan 5 milyon rubl birdəfəlik yardım göstərildi. Əlavə edək ki, Bakı şəhərində 33 mədəniyyət mərkəzi və cəmiyyət üçün yer ayrılmışdı, onların qeydiyyatdan keçməsi və fəaliyyəti üzün heç bir məhdudiyyət yox idi". (24)

1994-cü ilin əvvəllərində Azərbaycanda etnosiyasi durum artıq sabitləşmiş və tam nəzarət altında idi. Bunun əsas səbəbi, bir tərəfdən, Respublika Prezidenti Heydər Əliyevin milli siyasətə həssas münasibəti və peşəkarlığı ilə bağlıdırsa, digər tərəfdən, millətindən, dinindən asılı olmayaraq, respublika əhalisinin hamısının mövcud çətinliklərlə bağlı ehtiyaclarının eyni olması və ümumi düşmənə qarşı mübarizə amalı ətrafında birləşməsi ilə bağlı olmuşdur.

Azərbaycanda tarixən müxtəlif millətlər, azsaylı xalqlar, milli azlıqlar və etnik qruplar yaşamış və bu etnik rəngarənglik indiki dövrə qədər qorunub saxlanılmışdır. Bu gözəl diyar türkün, talışın, ləzginin, kürdün, tatın, avarın, saxurun, ingiloyun, qrızın, rusun, yəhudinin və başqa millətlərin nümayəndələrinin ana vətənidir. Azərbaycanın taleyi əsrlər boyu həm coğrafi, həm də siyasi mənada bu xalqların taleyi ilə vəhdət təşkil etmişdir. “Azərbaycan xalqı tarixən beynəlxalq münasibətlərdə qarşılıqlı ictimai-siyasi, iqtisadi-mədəni və məişət əlaqələrində milli-dini mənsubiyyəti, azsaylı-çoxsaylı xalq, yaxud da güclü-zəif xalq prinsipini yox, ilk növbədə, yüksək bəşəri dəyərləri və ümumi mənafe prinsipi əsas götürübdür”. (17, s.4)

Xüsusi qeyd etmək lazımdır ki, məhz dövlət başçısı Heydər Əliyevin istedadı və uzaqgörən təşkilatçılıq qabiliyyəti sayəsində geniş müzakirələrdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi-referendum yolu ilə Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildi. Konstitusiya dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoydu.

Konstitusiyanın preambula hissəsində qeyd olunur: "Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir: - Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq; - Konstitusiya zərçivəsində demokratik quruluşa təminat vermək; - vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; - xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi düvlət qurmaq; - ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək; - ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət güstərmək. (1,5-6) Həqiqətən də bu sadalananlar ən humanist və mütərəqqi niyyətlərdir.

Ölkə Konstitusiyasının bir çox maddələri insan və vətəndaş hüquqları və azadlıqları onların müdafiəsi ilə bağlıdır. Məsələn, Konstitusiyanın “Bərabərlik hüququ” adlanan 25-ci maddəsinin 3-cü bəndində deyilir:

“Dövlət irqindən, milliyyətindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. (1,18)

Konstitusiyanın 44 və 45-ci maddələri müvafiq olaraq vətəndaşların milli mənsubiyyəti və ana dilindən istifadə hüquqlarını özündə əks etdirir. Həmin maddələrə əsasən hər kəsin milli mənsubiyyətini qorumaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.

47-ci maddədə göstərilir ki, hər kəsin fikir və söz azadlığı vardır. Lakin həmin maddənin 3-cü bəndində zox düzgün olaraq qeyd edilir ki, irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. (1,27-28)

Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikası Konstitusiyasının 54, 55 və 56-cı maddələri ölkə vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında, dövlətin idarə olunmasında iştirak və seçki hüququna həsr edilmişdir. “Vətəndaşların əsas vəzifələri” adlanan dördüncü fəsildə (maddə 72) yazılır ki, hər bir şəxs Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

Zənnimizcə, vətənə sədaqət (maddə 74), dövlət rəmzlərinə hörmət (maddə 75) və vətəni müdafiə (maddə 76) vətəndaşların ən müqəddəs vəzifələrindən hesab edilməlidir. (1, s.39,40)

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası öz mahiyyəti və məzmununa görə beynəlxalq hüquq normalarına tam uyğun gəlir və orada bütün BMT üzvü olan dövlətlərin əksəriyyətinin konstitusiyalarında olduğu kimi, Ümumdünya İnsan hüquqları Bəyannaməsində təsbit edilmiş ideyalar öz əksini tapmışdır. Bu da Konstitusiyamızın nə qədər demokratik və sanballı hüquqi sənəd olduğunu bir daha təsdiq edir və onun yüksək səviyyədə ortaya gəlməsində Heydər Əliyevin rolu əvəzolunmazdır. 1998-ci il iyunun 18-də ulu öndər Heydər Əliyevin imzaladığı “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili təsisatının, bu sahədə elmi-tədqiqat İnstitutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi və digər mühüm məsələlər nəzərdə tutulmuşdur. (18, s.169-170). Bütün bu işlər həmin il fevralın 22-də Prezident tərəfindən qəbul edilən “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanın icrası istiqamətində görülmüşdür. Qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan çoxmillətli bir ölkədir və burada tarixən millətlər mehriban dostluq və qardaşlıq şəraitində yaşamışlar. Respublikada insan hüquq və azadlıqları ilə bağlı keçirilən konfrans və simpoziumlarda Azərbaycanın tolerant ölkə olduğunu beynəlxalq təşkilatların nümayəndələri dönə-dönə qeyd edirlər. Ölkəmizin apardığı milli siyasət burada yaşayan millətlərin etnik-mədəni zəngin ənənələrinə əsaslanır. Azərbaycan xalqının formalaşmasına və təşəkkül tapmasına müxtəlif millətlər, dillər, dinlər və mədəniyyətlər xeyli təsir göstərmişdir. XX əsrin əvvəllərində tanınmış ziyalılarımız Milli dövlətçilik ideyası uğrunda mübarizə aparıb uğurlar qazansalar da, müəyyən səbəblərə görə nail olduqlarını qoruyub saxlaya bilməmişlər.

Hazırda ölkə Prezidenti İlham Əliyev Azərbaycanda milli münasibətlər sahəsində özündən əvvəlki dövrdə aparılmış balanslaşdırılmış siyasəti uğurla davam etdirərək, tolerantlıq, hüquq bərabərliyi mühitini daha da inkişaf etdirir, xalqımızı dünyanın mədəni və inkişaf etmiş millətlər səviyyəsinə qaldırmaq üçün düşünülmüş, məqsədönlü tədbirlər həyata keçirir. Bu fikri Prezidentin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli sərəncamı və 18 iyun tarixinin “İnsan hüquqları günü” elan olunması barədə 17 iyun 2007-ci il tarixli fərmanı bir daha təsdiq edir.

Dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası (3) ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və hazırda məqsədli dövlət proqramları vasitəsilə konkret şəkildə gerçəkləşdirilir. Azərbaycan son 10 ildə insan hüquq və azadlıqlarının təmini sahəsində mühüm nəticələr əldə etmişdir. Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq etmişdir. Milli Fəaliyyət Proqramının "İnsan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri"ndən bəhs edən dördüncü fəslin 4.11-ci maddəsində insan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi cinayətlərin qarşısının alınması, mədəniyyətlər və dinlərarası dialoqun uğurlarının təminatında tolerant münasibətin rolu xüsusi vurğulanır. (26) Müstəqil Azərbaycan həm də söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında qabaqcıl yerlərdən birini tutur. Azərbaycanda insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu öz təsdiqini həm də demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatlarda tapır. İnsan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində bir çox qanunlar, o cümlədən "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya Qanunu, Seçki Məcəlləsi ,"Sərbəst toplaşmaq azadlığı haqqında", "Siyasi partiyalar haqqında", "Qeyri hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Dini etiqad azadlığı haqqında" və digər qanunlar qəbul edilmişdir. Onların mövcud beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycanın hakimiyyət orqanları beynəlxalq təşkilatlar, xüsusən Avropa Şurasının Venesiya komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan hüquqları Bürosu və digər nüfuzlu təşkilatlar ilə sıx əməkdaşlıq etmişlər. Azərbaycan Respublikası İnsan hüquqlarının qorunması ilə bağlı bütün beynəlxalq sazişlərə qoşulmuşdur. 27 fevral - 23 mart 2012-ci il tarixində keçirilmiş BMT-nin İnsan Hüquqları Şurasının 19-cu sessiyası çərçivəsində "Milli, etnik, din və dil azlıqlarının hüquqları üzrə Bəyannamənin qəbul olunmasının 20-ci ildönümünün qeyd edilməsi" adlı panel müzakirə edilmişdir. Sessiyada Azərbaycan tərəfinin fəal iştirakı təmin olunmuşdur. Panel müzakirələr Bəyannamənin həyata keçirilməsi, əldə olunmuş nailiyyətlər, ən yaxşı təcrübələr və mövcud problemlərə həsr olunmuşdur. (28, 213)

2014-cü il aprelin 29-30-da Vaşinqtonda "ABŞ-Azərbaycan: gələcəyə baxış" forumu keçirilmişdir. Mövzusu "Azərbaycanda insan kapitalının inkişafı və tolerantlıq" idi. Forum ARDNŞ-nin dəstəyi ilə Azərbaycanın Dostları Assambleyası tərəfindən təşkil edilmişdir.

Forum iştirakçıları müzakirələr zamanı ölkəmizdə hökm sürən tolerantlıq mühitindən, Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin dinc yanaşı yaşamasından danışmışlar."

BMT baş məclisinin 10 dekabr 1948-ci il tarixdə qəbul etdiyi "Ümumdünya insan hüquqları" Bəyannaməsində qeyd olunur: "Hər bir insanın yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır, heç kəs insan ləyaqətini alzaldan və qeyri-insani cəza və işgəncələrə məruz qala bilməz. Hər bir insan onun harada olmasından asılı olmayaraq hüquq subyekti hesab olunur və bütün insanlar qanun qarşısında bərabərdir və qanunlarla eyni dərəcədə müdafiə olunurlar". (26)

Soyqırımı cinayətini dövlət səviyyəsində dəstəkləyən Ermənistan isə üzvü olduğu BMT-nin və digər dövlətlərin nizamnamələrini, müvafiq konvensiya və sazişlərini kobud surətdə pozur, təşkilatın digər üzvü olan Azərbaycana qarşı soyqırımı, terror və işğalçılıq siyasəti yeritməklə beynəlxalq ictimaiyyətə meydan oxuyur. Bu ölkədən ciddi tələb etmək vaxtı çoxdan çatmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 aprel 2014-cü il tarixdə Praqada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunmuş Sammitdə Ermənistan prezidenti Serj Sarkisyana verdiyi tutarlı və sərrast cavabda deyilir: "Helsinki Yekun Aktında ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri çox aydın əks olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünün pozulması hesabına əldə olunmamalıdır. Üstəgəl, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər, onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını təyin etməyi davam etdirsələr, nə baş verər. Onlar burada - Çexoslovakiya Respublikasında, Gürcüstanda, Rusiyada, Amerikada yaşadıqları istənilən yerdə eyni yanaşma göstərə bilərlər. Onların öz dövləti var, onlar öz müqəddəratını təyin edib". (20)

Göründüyü kimi, ölkə başçısının nitqində səslənən məsələlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan Respublikasının tutduğu obyektiv və konstruktiv mövqeyi açıq və aydın şəkildə nümayiş etdirir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda inamla davam etdirilən hüquq islahatları nəticəsində respublika insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Həyata keçirilən islahatlar ötən müddətdə respublikada hüquqi, demokratik dövlət ideyasının reallaşdığını, vətəndaş cəmiyyətinin formalaşdığını, millətlərarası məsələlərə diqqətin artdığını söyləməyə ciddi əsaslar verir.

Ölkə prezidenti İlham Əliyevin 28 fevral 2014-cğ il tarixli sərəncamı ilə respublikanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsinin təsis edilməsi də məhz bu istiqamətdə görülən mühüm tədbirlərdəndir.

Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləyir, insan hüquq və azadlıqlarının təminatı və demokratikləşmə sahəsində yeni-yeni uğurlar qazanır.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı “Azərbaycan” nəşriyyatı, 1997, 112 s.

2. Heydər Əliyev. Müstəqillik əbədidir. II cild, 1997, c. 465.

3. “Azərbaycan 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il tarixli Fərmanı, “Respublika” qəzeti , 30 dekabr 2012-ci il.

4. “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2013-cü il tarixli sərəncamı, “Azərbaycan” qəzeti, 22 yanvar 2013-cü il.

5. Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli fərmanı.

6 Организация Объединенных Наций. Права человека. Права меньшинств. Женева, 1993, 18 стр.

7. Ramiz Mehdiyev. Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə. I cild, Bakı, 2006, 662 s.

8. İlham Məmmədzadə “İnformasiya cəmiyyətinə aparan yol: modernləşmə və Azərbaycan qarşısında duran problemlər, vəzifələr. http///phillavv- z.org/?p=469.

9. Avropa Şurası İnsan Hüquqları Baş Direktorluğu. Bakı, 2002, 16 s.

10. Əmir Əliyev. BMT Qaçqınlar üzrə Ali Komissarlığı. NAT nəşriyyatı, 487 s.

11. Etnik azlıqların hüquqlarının təmin olunmasında və münaqişələrin tənzimlənməsində BMT və ATƏT-in rolu. «İnam» Plüralizm Mərkəzi. Bakı, 2000, 40 s.

12. İnsan hüquqları: bəşər rifahının təməli. «İnam» Plüralizm Mərkəzi. Bakı, BDU nəşriyyatı. 2001, 608 s.

13. Politologiya. Словарь-справочник. Москва, 1991, 45 стр.

14. Elşən Nəsibov. «İnsan hüquqları» anlayışının dərk olunmasında fəlsəfi-məntiqi metodlar. «Elm və Təhsil» nəşriyyatı. Bakı, 2013, 122 s.

15. Üzeyir Hacıbəyov. Biz hamımız Qafqazlı balalarıyıq. "İrşad" qəzeti, 9 mart, 1906-cı il.

16. Azərbaycan Respublikasının milli siyasəti, problemlər, perspektivlər. Bakı “Azərbaycan” nəşriyyatı, 1994, 94 s.

17. AMEA Fəlsəfə və Hüquq İnstitutu “Elmi Əsərlər” 2012, N2 (19).

18. AMEA Fəlsəfə və Hüquq İnstitutu. Siyasi elm və dəyərlər, bəzi aktual problemlərin təhlili. B, 2013, 229 s.

19. Vəli Həbiboğlu. "Millətlərarası münasibətlərin təkmilləşdirilməsi tək dövlət işi deyil, həm də ümumxalq işi olmalıdır. "Azərbaycan" qəzeti, 15 may 1993-cь il.

20. İsa Həbibbəyli. "Bilik və cavabdehlik nümunəsi". "Azərbaycan" qəzeti, 2 may, 2014-cü il.

21. Aqiyə Naxçıvanlı. Cəmiyyətin mənəvi inkişafının aktual problemlərinə dair. B, 2012, 224 s.

22. M.Sərdarov. "Azərbaycanda miqrasiya prosesləri". Bakı "Adiloğlu" nəşriyyatı, 2004, 155 s.

23. Azərbaycan Xalq Cümhuriyyətinin ensiklopediyası, 2-ci cild, Bakı, 2005, 472 s.

24. Prezidentin milli azlıqlar barədə fərmanı ardıcıl həyata keçirilir. AzərTac "Azərbaycan" qəzeti, 21 may, 1993-cь il.

25. H.Orucov. Əliyev və Azərbaycanda milli siyasət. "Şərq-Qərb" nəşriyyatı, 2001, 319 s.

26. "Azərbaycan" qəzeti, 18 iyun, 2014-cü il.

27. "Azərbaycan mədəniyyəti və incəsənəti Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının ideya-fəlsəfi əsası" kimi elmi-nəzəri konfransın materialları. Bakı, "Proqress" nəşriyyatı, 2013, 354 s.

28. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu "Müasir Azərbaycanda politologiya və siyasi sosiologiyanın aktual problemləri". II hissə. Bakı, "Təknur", 2013, 281 s.

29. Ə.Tağıyev. İki əsrin qovşağında Azərbaycan: milli və millətlərarası problemlərin həlli yolunda. B, 2004, 194 s.

30. "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi". Bakı, "Azərbaycan" Universitetinin nəşriyyatı, 2002.

31. Н.А.Бердяев. Смысл истории. М. 1990, с. 162.


1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə