AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu “Siyasi nəzərəiyyələr” şöbəsi




Yüklə 0.95 Mb.
səhifə3/12
tarix22.02.2016
ölçüsü0.95 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

Лала Мовсумова

Доктор философических наук

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyasının siyasi aspektləri

Azərbaycan Respublikasdının Milli Təhlükəsizlik siyasəti konsepsiyasının 4.3.3. Elm, təhsil, mədəniyyət siyasəti və mənəviyyatın qorunması Elm, təhsil, mədəniyyət və mənəviyyatın qorunması siyasəti Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin mühafizəsinə, onun mədəni tələbatlarının ödənilməsi vasitələrinin və elmi-texniki potensialının daxili və xarici təhdidlərdən qorunmasına, mütərəqqi daxili və beynəlxalq inkişafdan bəhrələnməsinə yönəlmişdir.



Azərbaycan Respublikası ümumdünya mədəniyyətinin qloballaşması meyillərindən kənarda qalmamaq şərti ilə, milli mədəniyyətin özünəməxsusluğunu qoruyur və eyni zamanda dünyanın mədəni nailiyyətlərindən milli mədəniyyətin tərəqqisində istifadə üçün imkanlar yaradır. Azərbaycan Respublikası beynəlxalq öhdəliklərinə uyğun olaraq öz ərazisində tarixi və mədəni abidələrin qorunmasını təmin edir. Ölkənin davamlı inkişafı üçün adekvat sayda, yaxşı təhsil almış və təlim keçmiş peşəkar insan potensialını, həmçinin elmi-texniki tərəqqini təmin etmək zəruridir. Bu məqsədlə, Azərbaycan Respublikası elm və təhsil səviyyəsinin dünya standartlarına uyğunlaşdırılması, yeni texnologiyalardan istifadə üçün inkişaf etmiş ölkələrlə əməkdaşlıq əlaqələrini genişləndirir, beynəlxalq təcrübəni öyrənir və tətbiq edir. Azərbaycan Respublikası elmi potensialın qorunması və inkişafına dair dövlət siyasətinin uzunmüddətli proqramlarını hazırlayıb həyata keçirir(4.3. Təhlükəsizliyin daxili siyasət vasitələri ilə təmin edilməsi). Müqayisəli təhlil aparmaq üçün Təhsilin inkişafı Üzrə Dövlət Strtegiyasının məzmununa diqqət yetirməklə problemə daha yaxşı aydınlıq gətirmək olar. Məsələn, Strategiyanın məzmununun əks olunduğu bölmədə yazılır: ”Son illər aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək inkişafa nail olunmuş, əhalinin maddi rifahı xeyli yaxşılaşmış, yoxsulluğun səviyyəsi minimuma enmiş və Azərbaycan Respublikası orta gəlirli ölkələr sırasında yer tutmuşdur. Gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaratmışdır”. Və yaxud Növbəti bəndlərə fikrimizi yönəltsək görərik ki, burada da əsas diqqət beynəlxalq təcürbəyə yönəlmişdir. Məsələn, “ Ölkə qarşısında duran növbəti strateci vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir”. Yaxud da “Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir” kimi konkret hədəflər müəyyənləşdirilir. Daha sonra isə Strategiyanın həmin bölməsi məntiqi sonluqla tamamlanaraq belə bir redaktədə təqdim olunur: “Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir”. G[rwndwyw kimi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişaeı üzrə dövlət strategiyası” Heçdən deyil zərurətdən yaranmışdır.

Bəllidir ki, ötən əsrin 90-cı illərindən başlayaraq sovetlər birliyinin süqutu nəzərəçarpacaq dərəcədə sürətləndi və yeni müstəqil dövlətlər yaranmağa başlandı. Məhz həmin suveren dövlətlərdən biri də 1991-ci ilin 18 oktyabrında özünün müstəqilliyini elan edən Azərbaycan Respublikası oldu. Təbii olaraq yeni yaranan dövlətlərlə yanaşı Azərbaycanın da dünyaya inteqrasiyasını, yəni modernləşməsini və aktiv diplomatiya kursunu çevik şəkildə müəyyənləşdirməsini zərurətə çevirdi. Beləliklə, Azərbaycan Respublikasında da modernləşmə, diplomatiya kursunun mühüm priaritetinə çevrildi. Yəni, Azərbaycanda daxili və xarici siyasətin, «iqtisadiyyatın» , ordu quruculuğunun, aqrar sahənin, sənayenin və s. mövcud strukturların modernləşdirilməsi siyasəti dövlət siyasətinin strategiyasının əsasını təşkil etməyə başladı.



Qeyd etməliyik ki, həmin prosesdə mühüm həyati əhəmiyyətə malik bu məqsədlərə nail olmaqdan ötrü, strateci mahiyyət kəsb edən daha vacib bir sahə diqqətdən qaçırılmamalı idi. Bu da elm və təhsil sahəsi idi. Zənnimcə, yenicə müstəqillik əldə etmiş, ermənistanın təcavüzünə məruz qalmış, keçid dövrünü yaşayan Azərbaycan Respublikasında elm və təhsil diqqət mərkəzindən kənarda qalsaydı və nəticədə savadsız, bacarıqsız və inkişaf etmiş dünya dövlətlərinin elmi nailiyyətlərindən və təcrübəsindən xəbərsiz kadrlarla məqsədimizə necə çata bilərdik? Bu sualın bir cavabı var. Əgər belə bir vəziyyət olsaydı biz heç vaxt dövlətimizin inkişafından və möhkəmləndirilməsindən, bu gün ki, nailiyyətlərimizdən danışa bilməzdik. Demək, Azərbaycan Respublikasında elm və təhsilin modernləşdirilməsi siyasəti və strateci mahiyyət daşıdığından dövlətin təməl prinsiplərindən birinə çevrilir ki, bu da zərurətdən yaranır. Qeyd olunan mühüm strateci amilləri nəzərə alan Milli lider Heydər Əliyev Azərbaycan Respublikasının müstəqilliyinin ilk günlərindən elm və təhsilin modernləşdirilməsini dövlət siyasətinin mühüm tərkib hissəsi kimi daimi diqqət mərkəzində saxladı və bu sahənin inkişafına xüsusi yer ayırdı. Beləliklə də elm və təhsilin modernləşdirilməsi istiqamətində xüsusi strategiyalar, konsepsiyalar ; , layihələr, qanunlar işlənib həyata keçirilməyə başlandı ki, bu da Azərbaycan elminin və təhsilinin beynəlxalq inteqrasiyasına geniş imkanlar yaratdı. Sadalananlardan 1992-ci ildə qəbul olunmuş yeni təhsil qanunu , 1993-cü ildən başlayaraq elm və təhsilin perspektiv inkişafını təmin edəcək yeni təhsil, qanununun – xalqın bir neçə dəfə müzakirəsinə təqdim edilən layihələri, müstəqilliyimizin ilk dövrlərində Azərbaycan elminin məbədgahı sayılan Elmlər Akademiyasının bağlanmasını təkid edənlərdən fərqli olaraq onun fəaliyyətini zəruri edən elmi siyasəti layihələri Azərbaycan Respublikası prezidentinin 4 yanvar 2003-cü il tarixli fərmanı ilə təsdiq edilmiş Milli Elmlər Akademiyasının Nizamnaməsi , Azərbaycan Respublikası prezidentinin 2007-ci il 03 iyul tarixli sərəncamıda öz əksini tapmışdır. AR-da texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər), Azərbaycan Respublikası prezidentinin 05 sentyabr 2009-cu il tarixli Fərmanı ilə təsdiq olunmuşdur. Gətirilən iqtibaslar Azərbaycanda həyata keçirilən elm və təhsilin modernləşdirilməsi siyasətinin müəyyən qisminin göstəricisidir. Istər-istəməz belə bir sual yarana bilər ki, bunları zəruri edən nədir. İnkişaf etmiş dünya dövlətlərinin təcrübəsini dərindən bilən milli lider Heydər Əliyevə yaxşı bəlli idi ki, dövlətin, xalqın gələcək taleyi onun malik olduğu elmi-intellektual və mənəvi potensialından asılıdır. Daxili və xarici siyasətin strateci nüvəsini təşkil edən ümumi inkişaf konsepsiyasını elmi əsaslar üzərində qurmaqla təhsilin səviyyəsinin yüksəldilməsini dövlət quruculuğu prosesinin mühüm təminatı sayan, hər zaman proqressiv yeniliklərə istinad edən dövlətlər həmişə tərəqqiyə nail olaraq dünya arenasında özünəlayiq yer tuturlar. Yəni milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil həm də cəmiyyət qarşısında dayanan bir çox problemlərin həllində mühüm rol oynayır. Məhz müasir Azərbaycanın qurucusu və memarı olan ümummilli lider Heydər Əliyevin də bu yolu seçməsi əsasən elm və təhsil siyasətinin strateci mahiyyətindən irəli gəlir. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateci sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi onu deməyə əsas verir ki, ölkədə həmin məsələ ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Dövlət siyasətinin strateji mahiyyətindən irəli gələn mühüm amillərin təsiridir ki, avroatlantik məkanına inteqrasiya kursu seçmiş respublikamız Avropa ölkələrinin 1999-cu il iyunun 19-da Boloniya şəhərində imzaladıqları birgə bəyanata qoşulmaqla bu coğrafi məkanda qəbul olunmuş vahid təhsil standartlarını dəstəkləmişdir. Beləliklə də Boloniya prosesinə qoşulan ölkələr, o cümlədən Azərbaycan müəyyən olunmuş altı əsas prinsipə riayət etməklə, ümumavropa məkanında təhsil və tələbə mübadiləsini asanlaşdırmışdır. Lakin sadalananlarla yanaşı təhsilimizin çağdaş vəziyyətinin həmin prosesə tam adekvat olduğunu da demək çətindir və bu sahədə hələ xeyli işlər görülməlidir. Təbii olaraq inkişaf etmiş dünya təhsil məkanına inteqrasiyanın sürətləndirilməsi üçün proqressiv ruhlu islahatları davam etdirməli, bu sahədəki çatışmazlıqları aradan qaldırmaq zəruridir. Məhz bunu elm və təhsil siyasətinin strateci mahiyyəti zəruri edir. Elm və təhsilin mövcud problemlərinin müsbət həllinə yönələn bir sıra fərmanların, sərəncamların verilməsi və mühüm dövlət proqramlarının həyata keçirilməsi onu göstərir ki, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan gənc nəslin intellektual inkişafına nail olmaq mümkün deyildir. Təbii olaraq ümumtəhsil sisteminin müasirləşməsindən söz açarkən xüsusi qeyd etmək lazımdır ki, biliklərə əsaslanmış iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə İnformasiya və Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. Bu bir danılmaz faktdır ki, bu gün qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti, ilk növbədə, onların İKT-dən səmərəli istifadəsi ilə formalaşır. Müstəqilliyin şərəfli yolları ilə gələcəyə doğru inamla irəliləyən ölkəmizdə son illər ərzində aparılan davamlı islahatlar siyasəti dövlətimizin əhəmiyyətli dərəcədə güclənməsinə imkan vermiş, dinamik sosial-iqtisadi inkişafı və xalqımızın rifah halının yaxşılaşdırılmasını təmin etmişdir. Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin imzaladığı ""Azərbaycan gəncliyi" 2011-2015-ci illərdə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqındakı sərəncamı ölkədə gənclərə, onların savadlı, vətənpərvər, XXI " Təhsil əsrinə" layiq olmalarına göstərilən qayğının, dəstəyin bariz nümunəsidir. Qeyd etmək lazımdır ki, çağdaş zəmanəmizdə dövlət qayğısı ilə əhatə olunmuş Azərbaycanın elm və təhsilinin uğurlarının günü-gündən artmasının, inkişaf etməsinin və dünya təhsilinə inteqrasiyasının təməlində, ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kurs və bu kursun Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi durur. Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir"- fikri təhsilin dövlət siyasətinin mərkəzi subyekti olduğunu sübut edir. Respublikamızda geniş vüsət almış yeni məktəblərin, uşaq bağçalarının, tikintisi, təhsil müəssisələrinin əsaslı təmiri, onların müasir avadanlıqlarla, informasiya-kommunikasiya texnologiyaları ilə təchizi, yeni dərsliklərin- tədris vəsaitlərinin çap edilərək pulsuz şagirdlərə çatdırılması, yeni təlim texnologiyalarının tətbiqi, pedaqoci kadr hazırlığı və s. bu kimi tədbirlər milli təhsilimizin möhkəm təməllər, elmi proqramlar əsasında qurulduğundan və düzgün inkişaf etdirildiyindən xəbər verir. Azərbaycan Respublikasının mövcud potensialı müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla onun iqtisadi inkişafin mühüm amilinə çevrilməsini təmin etməlidir fikrini əsas götürən ölkə rəhbəri 2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə milli strategiyanın hazırlanması haqqında sərəncam imzalamış, artıq bu sahədə böyük işlərə başlanılmışdır. Sadalananlar onu deməyə əsas verir ki, əsası ümummilli lider Heydər Əliyer tərəfindən qoyulmuş Azərbaycanda elm və təhsilin modernləşdirilməsi siyasəti bu gün də uğurla davam etdirilir. Dövlət siyasətinin strateci mahiyyətindən irəli gələn mühüm amillərin təsiridir ki, avroatlantik məkanına inteqrasiya kursu seçmiş respublikamız Avropa ölkələrinin 1999-cu il iyunun 19-da Boloniya şəhərində imzaladıqları birgə bəyanata qoşulmaqla bu coğrafi məkanda qəbul olunmuş vahid təhsil standartlarını dəstəkləmişdir. Beləliklə də Boloniya prosesinə qoşulan ölkələr, o cümlədən Azərbaycan müəyyən olunmuş altı əsas prinsipə riayət etməklə, ümumavropa məkanında təhsil və tələbə mübadiləsini asanlaşdırmışdır.

Lakin sadalananlarla yanaşı təhsilimizin çağdaş vəziyyətinin həmin prosesə tam adekvat olduğunu da demək çətindir və bu sahədə hələ xeyli işlər görülməlidir. Təbii olaraq inkişaf etmiş dünya təhsil məkanına inteqrasiyanın sürətləndirilməsi üçün proqressiv ruhlu islahatları davam etdirməli, bu sahədəki çatışmazlıqları aradan qaldırmaq zəruridir. Məhz bunu təhsil siyasətinin strateci mahiyyəti zəruri edir. Təhsilin mövcud problemlərinin müsbət həllinə yönələn bir sıra fərmanların, sərəncamların verilməsi və mühüm dövlət proqramlarının həyata keçirilməsi onu göstərir ki, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan gənc nəslin intellektual inkişafına nail olmaq mümkün deyildir. Təhsil siyasətinin strateji mahiyyət daşıdığını daima diqqət mərkəzində saxlayan Azərbaycan Respublikası bu sahədə mövcud olan və yaxud gələcəkdə hansısa bir formada təzahür etməsi ehtimal olunan problemlərin baş verməməsi üçün mühüm dövlət proqramlarını, layihələri uğurla həyata keçirilir ki, bu amil də təhsilimizin tərəqqisinə xidmət edir. Çünki həqiqətən də müasir dövrdə elmi potensial hər bir xalqın mütərəqqi inkişafının mühüm amilinə çevrilmişdir. Yəni, bu danılmaz faktdır ki, qloballaşan dünyada hər bir dövlətin öncüllüyü, milli inkişaf səviyyəsi və gələcək taleyi bu strareji sahənin mövcud durumu ilə şərtlənir. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin bu nailiyyətləri məhz elmə, təhsilə yüksək diqqət və qayğı nəticəsində əldə etdiyi də danılmaz reallıqdır. Təbii olaraq milli mənafelərə əsaslanan maarifçilik xəttinin seçilməsi, ötən əsrin əvvəllərində yaşamış vətənpərvər ziyalılarımızın yeritdiyi maarifçilik təmayülünün inamla davam etdirilməsi millətin nurlu sabahına xidmət edir. Hesab edirəm ki, Azərbaycanda təhsil siyasətinin strateci mahiyyətindən doğan amilllərin təsirindən prioritetlər sırasında elm və təhsilin mühüm yer tutması heç də təsadüfi deyildir. Çünki, Azərbaycanın gələcəyinin təhsilli insanların çiyinləri üzərində qurulacağını böyük uzaqgörənliklə vurğulamış ulu öndərimiz Heydər Əliyevin mütərəqqi fikirlərindən idi. Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin son illərdəki fəaliyyəti onun ulu öndərimizin əsasını qoyduğu mütərəqqi elm və təhsil ənənələrini uğurla davam etdiyini və yeni dövrün tələblərinə uyğun zənginləşdirdiyini göstərir. Yəni, bu gün milli təhsilimizin inkişafı məsələsi öz məzmununu dəyişərək artıq həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilmiş, insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatı güclənmişdir. Azərbaycan dövlətinin bu sahəyə xüsusi diqqətlə yanaşması həm də respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtləşir. Təhsil siyasəti strategiyasının həyata keçirilməsinin mühüm istiqamətlərindən biri də dünya standartlarına cavab verən müasir maddi-texniki bazanın yaradılmasıdır. Həmin strategiyanın reallığa çevrilməsi üçünsə qeyd olunan amil xüsusi əhəmiyyət kəsb edir. Bu mənada dövlət büdcəsinin vəsaitlərinin ildən-ilə artması təhsil sahəsində uzun illərdən bəri yığılıb qalmış bəzi problemlərin məhz hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırır, dövlət investisiyalarının həcmcə artımını təmin edir, bu sahənin dünya standartları səviyyəsinə qalxmasına geniş imkanlar açır. Zənnimcə təhsilin səviyyəsini müasir standartlara uyğunlaşdırmaq, ali və orta məktəblərdə tədrisin keyfiyyətinin monitorinqini həyata keçirmək, təhsil sahəsində mövcud problmləri vaxtında təhlil edərək, müvafiq tədbirlərin görülməsini təmin etmək məqsədi də məhz təhsil siyasətinin strateci mahiyyətindən yaranır. Göründüyü kimi bu gün Azərbaycanda həyata keçirilən təhsil siyasəti strategiyasının mühüm vasitələrindən sayılan geniş miqyaslı islahatların qayəsində məhz insan faktoru dayanır. Çünki ölkənin gələcəyini yalnız zəngin maddi sərvətlərdə deyil, məhz insan kapitalının formalaşmasında görmək daha düzgün seçimdir. Bu amili yetərincə dəyərləndirmək dünyadakı müasir inkişaf meyllərini düzgün qiymətləndirmək deməkdir. Reallıqlar sübut edir ki, Azərbaycanda həyata keçirilən tədbirlər yaxın gələcəkdə dayanaqlı iqtisadi inkişaf tempini heç də neft gəlirləri hesabına deyil, məhz bilik, müasir informasiya texnologiyaları, elm tutumlu sahələrin dinamik inkişafı, güclü insan kapitalının formalaşması sahəsində təmin edəcəkdir. Zənnimcə sadalananlar Azərbaycanda təhsil siyasəti strategiyasının əsasını təşki etməlidir. Təhsil siyasətinin strateci mahiyyətinə aydınlıq gətirmək üçün ilk öncə bu məfhumlara açıqlama verməyi məqsədəuyğun hesab edirik. Elmi-nəzəri cəhətdən problemə yanaşsaq görərik ki, təhsil ümumilikdə sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir. Həmin proses əsasən müxtəlif tədris müəssisələri sistemində həyata keçirilən təlimdir. Azərbaycanda təhsil sistemi əsasən dövlətin (bəzi özəl təhsil strukturları istisna olunmaqla) ixtiyarındadır və konstitusiyanın müvafiq maddəsinə əsasən ölkə əhalisi doğma ana dilində təhsil almaq hüququna malikdir. İlk növbədə Azərbaycan təhsilində mövcud demokratizm, bütün millətlərin hüquq bərabərliyi, təhsilin dünyəvi və tərbiyəvi xarakteri, zaman-zaman təkmilləşməsi ideya istiqaməti, real həyatla möhkəm əlaqəsi onun strateci mahiyyətini təşkil edir. Təhsilin mühüm amillərindən biri onun eyni zamanda tərbiyəvi xarakter daşımasıdır. Yəni təhsil, elm, bilik yolçularına ən sadə anlayışlardan başlamış mürəkkəb prosesləri araşdırmaq təfəkkürü, qabiliyyət və bacarığı verirsə onu eyni zamanda şəxsiyyətin ictimai həyatda, istehsalatda fəal iştirakına nail olmaq üçün məqsədyönlü, sistemli sürətdə formalaşdırılması prosesi kimi də qəbul etmək olar. Göründüyü kimi təhsilin nüvəsinin elementlərindən birini də tərbiyə təşkil edir. Təhsilin strateci amillərindən biri də təlimdir. Bu, bilik, bacarıq və vərdişlərin öyrənənlərə verilməsi, onlar tərəfindən mənimsənilməsi prosesi, insanı həyata və əməyə hazırlamağın əsas vasitəsidir. Demək olar ki, təhsilin, tərbiyənin məqsəd və vəzifələri təlim prosesində həyata keçirilir. Belə bir məqsədə nail olmaq üçünsə müxtəlif vasitələrdən, metodlardan istifadə olunur ki, nəticədə öyrənənlərin yaş xüsusiyyətlərinə uyğun olaraq təlimin düzgün seçilməsi onların idrak fəaliyyətinin inkişafına, əldə etdikləri bilikləri təcrübədə tətbiq etmək bacarığı vərdişlərinə yiyələnmələrinə kömək edir, dünyagörüşlərinin formalaşdırılmasına, kollektivdə işləmələrinə, bilikləri müstəqil öyrənmələrinə yardımçı olur. Nəticədə cəmiyyətdə əsas dəyərlərdən sayılan humanizm ideyalarının daşıyıcıları olan nəsillər yetişir. Yəni, bir şəxsiyyət kimi insanın dəyərini, onun azadlığını, bacarığını aşkara çıxarmaq hüququnu qəbul edən, bəşəri prinsipləri insan münasibətlərinin norması sayan normal cəmiyyət üzvləri formalaşır və onlar hər cür fanatizmi, başqalarının nöqteyi-nəzərlərinə, biliyinə hörmətsizliyi qəbul etmirlər. Sadalananlardan məlum olur ki, təhsilin strateci mahiyyətini təşkil edən amillər çeşidli və çoxşaxəlidir. Biz isə problemi araşdırmağı qərarlaşdırarkən qarşımıza belə bir məqsəd qoymuşduq ki, bu məsələnin bəzi aspektlərini tədqiq edək. Zənnimcə bir elmi əsər çərçivəsində həmin problemi tam araşdırmaq mümkün deyil. Təhsil prosesinin həyata keçirilməsinin bir vasitəsi də siyasətlə ilgilidir. Qədim mütəfəkkirlərdən Aristotel yazırdı ki, «siyasətin məqsədi və funksiyası, insan – birgə yaşayışını idarə etmək vasitəsilə ümumi rifahı ayrı-ayrı adamların rifahı ilə əlaqələndirməkdən ibarətdir» və «siyasət bir elm kimi etika ilə bağlıdır». Məlumdur ki, etika, estetika ilə yanaşı elmin digər sahələri, o cümlədən siyasi elmin təlimi də əsas etibarı ilə təhsillə həyata keçirilir. Lakin buna baxmayaraq təhsil prosesinin düzgün istiqamətə yönəldilməsində siyasətin də rolu böyükdür. Demək təhsillə siyasət bir-biri ilə sıx surətdə əlaqəlidir.

Təhsil siyasətinin məqbul variantının seçilməsinin bəzi şərtləri vardır ki, onların da bir neçəsini nəzərdən keçirməyi məqsədəuyğun sayırıq. Əvvəla qeyd edək ki, siyasi kurs dövlətin quruluşundan, geostrateci vəziyyətdən, mövcud recimdən, dünya düzənindən, ölkədə təhsilin səviyyəsindən və digər amillərdən asılıdır. Bu mənada Xacə Nəsirəddin Tusinin bir kəlamına diqqət yetirək: «Həqiqətdə hökmdarlıq o adama yaraşır ki, dünya xəstələndikdə onu müalicə edə bilsin, sağlam olduqda səhhətini qoruya bilsin. Çünki hökmdar dünyanın həkimi yerində olar. Xəstəlik isə iki şeydən törəyir: biri ölkədə qəddar şahlıq olanda, digəri ölkə özbaşına buraxılanda». Həqiqətən də etiraf etmək lazımdır ki, Azərbaycanda müstəqilliyin bərpasından sonra, ilk illərdə demək olar əksər sahələrdə özbaşınalıq hökm sürürdü. Belə bir vəziyyət təbii olaraq təhsil siyasətindən də yan keçmədi. Çünki həmin dövrdə yetkin siyasətçilərə ciddi ehtiyac olsa da, onları barmaqla saymaq olardı. Həmin ehtiyacın strateci mahiyyəti ümummilli lider Heydər Əliyevin kəlamlarında daha aydın təzahür edir. O vurğulayır ki, «siyasətçinin istedadı sabah, bir həftə sonra, o biri ildə hansı hadisələrin baş verəcəyini qabaqcadan görmək qabiliyyətindən, həmin hadisələrin baş verməsi səbəbini izah etmək bacarığından ibarətdir». Bu həqiqətən də belədir və siyasətçilərə verilən dolğun qiymətdir. Həmin zaman kəsiyində təhsil siyasətinin strateci mahiyyəti dərindən araşdırılmadığı səbəbindən bu prosesin təkamül yolu ilə deyil, inqilabi dəyişiklik yolu ilə aparılmasına rəvac verildiyindən başqa sahələrdə olduğu kimi, nəticədə təhsildə də pərakəndəliyə gətirib çıxarmışdır. Lakin müstəqilliyin sonrakı illərində təhsil siyasətində düzgün kursun götürülməsi mövcud çətinliklərin aradan qaldırılmasına səbəb oldu. Bu təbii olaraq dövlət rəhbəri kimi Heydər Əliyevin uzaqgörən siyasəti, idarəçilik qabiliyyəti və təhsil siyasətinin strateci mahiyyətini yüksək səviyyədə qiymətlən¬dirməsin¬dən irəli gəlir. Siyasi elmin layiqli araşdırıcılarından sayılan, tanınmış tədqiqatçı M.Əfəndiyev haqlı olaraq yazır: «Elmi xoşbəxtliyə elə şəxslər layiqdirlər ki, onun uğrunda hər cür döyüşə gedirlər». Həmin mənbədə siyasətin çeşidli istiqamətləri açıqlanırkən təhsillə bağlı bir təyinatın da adı çəkilir. Yəni, siyasət aləmi səciyyələndirilərkən «bankın valyuta siyasəti, tətillərlə bağlı həmkarlar təşkilatının siyasəti, şəhər hakimiyyətinin siyasəti» ilə yanaşı «məktəb siyasəti» istiqaməti də vurğulanır. Məktəb isə təhsil siyasətinin həyata keçirilməsində mühüm strateji mahiyyət daşıyan vasitələrdəndir.



Dövlət hakimiyyəti digər funksiyalarla yanaşı idarəetmə funksiyasını da həyata keçirir ki, bu da bütövlükdə həmin işlərin tənzimlənməsi yolu ilə aparılır. Yəni müxtəlif oriyentasiyalı işləri həyata keçirmək üçün xüsusi orqanlar yaradılır və təhsil siyasətini həyata keçirmək üçün normalar müəyyənləşdirilir. Bir sözlə dövlətin «…vəzifələrinə təkcə mövcud ictimai qaydanın qorunub saxlanması deyil, həm də bütövlükdə cəmiyyətə vacib olan fəaliyyət növlərinin səmərəli həyata keçirilməsinə nəzarət etmək» də daxildir. Quruluşundan asılı olmayaraq «istənilən cəmiyyətdə iqtisadiyyat, müdafiə, ədliyyə, səhiyyə, təhsil, təchizat, ekologiya və digər sahələrlə bağlı problemlər var». Sadalanan problemlərinsə bir başa təhsillə əlaqəsi vardır. Demək təhsil siyasətinin strateci mahiyyət kəsb etməsi burada da təzahür edir. Zənnimcə bir amili də vurğulamaq lazımdır ki, təkcə qarşıya qoyulan məqsədlərin bəyan edilməsi ilə işi bitmiş hesab etmək olmaz. Çünki, bu prosesdə müxtəlif mərhələlərdə maneələr baş verə bilər. L.S.Sanistebanın təbirincə desək, aşağıdakı tip vəziyyətlər yarana bilər: «Qarşıya qoyulan məqsədlərə tam çatılması, qismən çatılması, çatılmaması və nəhayət, məqsədlərin tam əksinə olan gözlənilməz və arzuedilməz nəticələrin ortaya çıxması. Beləliklə, siyasət istəklərin yox, faktların hakim olduğu bir sahədir». Göründüyü kimi, siyasətə qiymət verilərkən fikir müxtəlifliyi olduğu aydın görünür. Məncə burada siyasəti yalnız faktlar görə əsaslandırmaq sərt münasibət xarakteri daşıyır. Çünki, siyasətin formalaşdırılmasında müəyyən mənada istəyin də rolu vardır. Bu prosesdə siyasi motivlərin yaranmasında istək amilinin də təsiri danılmazdır. Lakin müəllifin siyasi strategiyanın sonunun müvəffəqiyyətlə bitməsi faktının zəruriliyi fikri ilə razılaşmamaq olmaz. Avropa Şurası və Azərbaycan. Bakı, 2000, səh. 7. Təhsilin strateji mahiyyəti əsasən təhsil siyasətinin istiqamətini də çox zaman müəyyənləşdirir ki, bu mənada həmin anlayışa aid açıqlamaların, təhlillərin verilməsinin zəruriliyi məsələyə münasibət kontekstində tanınmış mütəxəssisləri, alimləri daima düşündürür. Təhsil haqqında qanunda bu anlayışın mahiyyətinə verilən açıqlamaya pedaqoji elmlər doktoru, professor N.Kazımov «Təhsil anlayışının dərk olunmasında fəlsəfi yanaşmanın rolu» adlı məqaləsində belə bir təhlil aparır: «Bu anlayışı bir sıra səbəblərə görə tam həqiqət kimi qəbul etmək çətindir. Əvvəla, bu anlamda təhsil və təlim-tərbiyə aransındakı fərq silinir, ikincisi, təhsil və təhsil sistemləri eyniləşdirilir; üçüncüsü, bilik və bacarıqların xarakteri nəzərə alınmır; dördüncüsü, həmin anlamda psixoloji inkişaf unudulur; beşincisi, təhsil anlayışı səciyyəvi olmayan sözlərlə yüklənir və nəhayət təhsil, tərbiyə, təlim və psixoloci inkişaf arasındakı dialektikaya məhəl qoyulmur». Təhsilin inkişafı üzrə Dövlət Strategiyası Azərbaycan Respublikasının Beynəlxalq təhsil məkanına inteqrasiyaya hesablanmış siyasi konsepsiyadır. Elmi – tədqiqatımızın müxtəlif bölmələrində həmin məsələyə qismən də olsa toxunmuşduq. Lakin düşünürük ki, məsələyə problem kimi Dövlət Strategiyası müstəvisində bir qədər də ətraflı toxunaq. Məsələn, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın məzmunu bölməsinə diqqət yetirsək dövlət siyasətinin motivlərinin qabarıq şəkildə göründüyünün şahidi olarıq. Həmin bölmənin məzmununda aşkar formada yazılır ki,“Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateci istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur”. Göründüyü kimi iqtibas kimi gətirdiyimiz bu misalın təyinatı dövlət siyasətinin pioritetlərinin təsdiqini verir. Qənaətlərimizi əsaslandırmaq üçün mühüm siyasi hədəf kimi gptürülən istiqamətlərə nəzər yetirməyi vacib hesab edirik. Bunları sistemli şəkildə aşağıdakı kimi təqdim etmək olar: -Birinci siyasi istiqamətin təyinatında səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması,təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə etmək zəruri hesab olunur: - İkinci hədəfdə isə təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, innovativ təlim metodlarının tıtbiqi, təhsilin məzmununun səmərəli mənimsənilməsi və s. məsələlərin həlli bir vəzifə olaraq dövlətin müvafiq strukturları qarşısında qyulur: -Üçüncü istiqamətdə əvvəldə qeyd olunan məqsəd və vəzifələrin hansı səviyyədə yerinə yetirildiyini müəyyənləşdirmək üçün təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasının, təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi və s. məsələlərin həyata keçirilməsi prosesinin real vəziyyətinin öyrənilməsi nəzərdə tutulur: -Mühüm strateji mahiyyət kəsb edən dördüncü istiqamət isə özündə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması və s. təxirəsalınmaz məsələləri özündə ehtiva edir ki, bu da dövlətin İKT – siyasətinin həyata keçirilməsinin real nümunəsi sayılmalıdır: - Növbəti beşinci istiqamət isə daha qlobal bir problemln həlli nəzərdə tutulur. Yəni, bu müddəada nəzərdə tutulur ki,Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulması və s. məsələlər özünün müsbət həllini tapsın. Bütün bunlar məntiqi ardıcıllıqla davam edir. Belə ki, səkkiz bölmədən ibarət olan Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının ikinmci bölməsi, məhz “Təhsil sahəsində beynəlxalq təcrübə və meyillər” adlanır ki, bu da istər – istəməz problemin həlli prosesində məsələni Azərbaycanın xarici siyasətinin subyektinə çevirir. Bunu zəruri edən amillərdən biri Təhsilin sosial-iqtisadi roludur. Çün ki, Azərbaycan Respublikasının ümumi inkişafı üzrə dövlətin siyasi strategiyasının nüvəsinin əsas amillərindən birini sosial-iqtisadi məsələlər təşkil edir. Məhz belə bir yüksək göstəricilərə malik olmaq üçünsə bir sıra strateci mahiyyət daşıyan amillər lokal xarakter alır. Sadalananlarsa Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının siyasi istiqamətlərinin müəyyənləşdirildiyi məqamlarda aydın şəkildə təzahür edir. Məsələn, Strategiyanın “Təhsil sahəsində beynəlxalq təcrübə və meyillər” adlanan bölməsində bu siyasi amil daha aydın görünür. Bu məna da ikinci bölmənin bir neçə məqamlaeına diqqət yetirməyi vacib sayırıq. Həmin bölmədə yazılır: ”Yüksək təhsil səviyyəsinə malik peşəkar kadrlar ölkənin intellektual potensialının əsasıdır. Müasir dövrdə ölkələrin uğurlu və davamlı iqtisadi yüksəlişi insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilmişdir. Bütün bunlar təhsilin dövlət xərclərində prioritetliyini getdikcə artırmaqdadır. Dövlətin təhsil xərcləri cəmiyyət üçün yüksək iqtisadi gəlirliyə malikdir”. Təhsilin keyfiyyəti və əhatəliliyinə gəldikdə isə deyə bilərik ki, dünyəvi təhsildə baş verən inkişaf tendensiyalarını zəruri edən amillər Azərbaycanda da qaçılmaz olduğundan istər – istəməz dövlət siyasətinin mühüm elementinə çevrilir. Bu məsələri Təhsil Strategiyası həm tərübi, həm də siyasi baxımdan fundamental şəkildə əsaslandırır. Haqlı olaraq Strtegiyanın ikinci bölməsində vurğulanır ki, orta gəlirli ölkələr arasında rəqabətin güclənməsi, sürətli texnoloci irəliləyiş nəticəsində ixtisas profillərinin tez-tez dəyişməsi təhsilin keyfiyyətinə tələbi daha da artırmışdır. Digər tərəfdən, yalnız təhsilə cəlb etmə səviyyəsinin artırılması və təhsil infrastrukturunun genişləndirilməsi insanların bilik və bacarıqlarının yüksəlməsinə tam təminat vermir. Təhsil infrastrukturu zəruri amil olsa da, bilik və bacarıqlar təhsil müəssisələrinin sayı və təhsilin müddəti ilə deyil, öyrənmə prosesinin keyfiyyəti ilə əldə olunur. Son dövrlərdə bir sıra ölkələr tərəfindən təhsilin inkişafı məqsədi ilə təhsil infrastrukturuna, həmin infrastrukturun yeni avadanlıqlarla təchizatına xeyli vəsait xərclənsə də, həmin ölkələrdə təhsilin nəticələrində müsbət irəliləyiş əldə edilməmişdir. Ümumi təhsil pilləsini bitirməsinə baxmayaraq, hesab, oxu və yazı vərdişlərinə malik olmayan çoxlu sayda insanlar vardır. Həmin səbəblərdən təhsilin keyfiyyətinin təminatı başlıca strateci prioritetə çevrilməlidir. Bu danılmaz faktdır ki, artıq təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblər təhsil sistemi anlayışına baxışı da yeniləmişdir. Müasir təhsil sistemi fоrmal (dövlət təhsil sənədinin verilməsi ilə başa çatan) təhsil forması ilə yanaşı infоrmal (özünütəhsil yolu ilə biliklərə yiyələnmə) və qeyri-fоrmal (müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan) təhsil formalarını da nəzərdə tutmuşdur ki, bu da dövlət siyasətinin yeni istiqamətlərinin müəyyənləşdirilməsini zəruri edir. Təhsil srategiyasının siyasi aspektlərinin bir istiqaməti də usaqların təlim posesində , yəni erkən yaşlarda bu prosesi xüsusi diqqətdə saxlamağın zəruriliyidir. Daha doğrusu təlim – tərbiyə prosesində Təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur kimi q.naətlər məxsusi strateci mahiyyət daşıdığı Azərbaycan dövlətinin qəbul etdiyi düzgün siyasi istiqamətdir.

Qeyd etməliyik ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının ümumən bölmələri, yəni

1. Məzmun; Təhsil sahəsində beynəlxalq təcrübə və meyillər; Azərbaycan Respublikasında təhsilin vəziyyəti; Təhsil sisteminin başlıca vəzifələri; Strategiyanın məqsədi; Strateci istiqamətlər; Strateci hədəflər və tədbirlər; Strategiyanın həyata keçirilməsi adlı müddəaları ölkəmizin sürətli inkişaf siyasətini özündə tam şəkildə ehtiva edir.

Qeyd etməliyik ki, biz bu elmi – tədqiqat işimizdə, yəni Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının siyasi aspektləri mövzusunu araşdırarkən strategiyanın əsasən iki maddəsini tədqiq etməyə, bu konsepsiyanın hazırlanaraq qəbul olunmasına qədər keçilmiş çətin və mürəkkəb yola nəzər salaraq təhlil aparmağa çalışdıq. Strategiyanın bütövlükdə bütün müddəalarının siyasi aspektlərinin araşdırılması bir tədqiqat mövzusunda mümkün olmadığından onun davamını gələcək tədqiqatlarımızda aparacağıq. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının siyasi aspektləri movzusunda apardığımız elmi – tədqiqat işinin birinci hissəsinin yekunu olaraq aşağıdakı qənaətə gəldik: - Birincisi, sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac vardır ki, bu da Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının hazırlanıb qəbul edilməsini zərurətə çevirmişdir;-Ikincişi, Millətin və dövlətin gələcəyi statusunu daşıyan təhsilin modernləşdirilməsi təhsilin inkişafı üzrə Dövlət Strategiyasının nüvəsini təşkil etməklə Azərbaycan Respublikasının hərtərəfli inkişaf siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir; -Üçüncüsü, qəbul olunan Strategiya təhsil sahəsində idarəetmə islahatlarının başlıca istiqamətlərini təhsil prosesinin iştirakçıları arasında münasibətlər sisteminin, eləcə də tənzimləmə orqanlarının funksiyaları, səlahiyyətləri və cavabdehliyinin dəqiq müəyyən olunmasının dğvlət standartlarını müayyənləşdirmişdir; - Dördüncüsü, Aparılan dövlət siyasətinə uyğun olaraq təhsilə ayrılan dövlət xərcləri yalnız son beş ildə 1,3 dəfə artmışdır ki,. bu da Azərbaycanda insan kapitalının inkişafı üzrə yeni uzunmüddətli mühüm tədbirlərin həyata keçirilməsini zəruri edir. Təbii olaraq həmin proses təhsil Strategiyası vasitəsi ilə həyata keçirilməlidir; - Beşincisi, təhsil Strategiyasında Təhsil sisteminin başlıca vəzifələri müəyyənləşdirilmiş və burada əsas inkişaf siyasəti istiqaməti ölkənin modernləşməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycan Respublikasının beynəlxalq rəqabət qabiliyyətini yüksəltməyə yönəldilmişdir; -Altıncısı, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında Təhsil sisteminin başlıca vəzifələri, Strategiyanın məqsədi, Strateji istiqamətlər, Strateji hədəflər və tədbirlər məntiqi ardıcıllqla, mərhələli şəkildə həyata keçirilmək üçün dünya təcrübəsinə əsaslanan vahid orqanizm kimi sistemləşdirilmişdir və s.

İstifadə olunan ədəbiyyat

1. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

2. İnformasiya əsrinin çağırışlarına cavab verən konsepsiya, “Azərbaycan”, 20.07.2007, səh. 3.

3. “Azərbaycanı böyük uğurlara aparan yol”, “Azərbaycan”, №65 (5755), 30.03.2011

4. Birinci Təhsil Qanununun layihəsi !992-ci il.

5. Yeni Təhsil Qanununun 1997-ci ildən başlayaraq bir neçə layihə konsepiyasının ümumxalq müzakirəsinə təqdim olunan variantları.

6. “Azərbaycan Respublikasının Təhsil Qanunu”, 29.12.92

7. “Milli Elmlər Akademiyası milli sərvətimizdir və onu qoruyub saxlamalıyıq”, “Xalq” qəzeti, 5 yanvar 2003-cü il.

8. “Azərbaycan Respublikasının Yeni Təhsil Qanunu”, “Xalq” qəzeti, 09.08.2009.

9. Qədim mütəfəkkirlər, siyasi dövlət xadimləri və politoloqlar siyasət haqqında, (tərtib edənlər Abrik Hüseynov və Vəli Həbiboğlu). Bakı, Qartal, 1998. 108 s.

10. Əfəndiyev M. Siyasi elmin əsasları. Bakı, Siyasət nəşriyyatı, 2004. səh. 7. 603 s.

11. Sanisteban L.S. Siyasət elminin əsasları. Bakı, 1994, nəşr kodu: 027. s. 16, 63 s.

12. Политология. Энциклопедический словарь. М, 1993, с. 367.

13. Ожегов С.И. Сл. Рус. яз. Мос. «Русский язык». 1983. 816 с.

14. Глобалистика. Москва 2003, с. 967.

15. Тюркел Ядигар. Политологийа (ачыгламаларла сöзлyк). Бакы, Сяда няшриййаты, 2006, с. 203. 227 с.

16. Ожегов С.И. Словарь Русского языка, 1983, стр. 687.

17. Лиддел Гарт Б.Х. Стратегия непрямых действий. Мос., Из-во Иностранной лит., 1957. 532 стр.

18. Суат Илhам. Тüркийəнин вə Тüрк дuнйасынын геополитики. Анкара, 1993, сəh. 53.

19. Рyстямов Й. Фялсяфянин aсаслары. Бакы, Елм, 2004,499 сəh.

20.Хялилов С. Тəhсил системи. Бакы, Азəрбайчан университети нəшр., 1999, сəh. 12. 172 с.

21.Таğыyев Я. Сийасəт дəрслəри, Бакы, 2007, сəh. 81. 237 с.

22. Аз. Рес. Конститусийасы. 42-cи маддə. Бакы, Азəрбайчан нəшр. 1996, сəh. 15.

23. Авропа Шурасы вə Азəрбайчан. Бакы, 2000, сəh. 7. 47 сəh.


1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə