AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu “Siyasi nəzərəiyyələr” şöbəsi




Yüklə 0.95 Mb.
səhifə12/12
tarix22.02.2016
ölçüsü0.95 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

Nailə Əlicanova

Kiçik elmi işçi

Azərbaycanda yeniyetmələr və gənclər siyasətinin

sosial-siyasi aspektləri
Azərbaycan respublkasının dövlət siyasətinin ayrılmaz hissəsindən biri də gənclər siyasətidir. Hələ Ulu Öndər Heydər Əliyev bu siyasətə cox diqqət yetirmiş və daim onu öz nəzarəti altında saxlamışdır. Gənclər siyasətinin düzgün qurulmasının dövlətin strateji maraqları sırasına daxil edilməsinin vacibliyini öz cıxışlarında dəfələrlə qeyd etmişdir. Onun hakimiyyəti illərində gənclərin məşgullugu,istedadların üzə cıxarılması,gənclər təşkilatlarının yaradılması və onların fəaliyyətinin stimullaşdırılması istiqamətində cox mühüm işlər görülmüşdür.Onun layiqli davamşısı olan İlham Əliyev də bu siyasəti uğurla davam etdirmiş və bu istiqamətdə görülən işlərdə mühüm ugurlar qazanmışdır.Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.  Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib: 1.Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı; 2.İstedadlı gənclərə dövlət qayğısı; 3.Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı; 4.Gənclərin məşğulluğunun təmin edilməsi; Gənc ailələrə dövlət yardımı; 5.Gənclər təşkilatlarına dövlət yardımı.

Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. 

1997-ci il fevralın 1-də “2 fevral” - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalanmışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ümumilikdə Azərbaycan gənclərinin 6 forumu keçirilmişdir ki, bunlardan 4-ü son 10 ilə təsadüf edir. 

Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Belə ki, dövlət orqanlarına 2008-2011-ci illərdə işə qəbul edilənlərin 60 faizdən çoxunu gənclər təşkil etmişdir. Bələdiyyə üzvlərinin 28 faizi - 4303 nəfəri gənclərdir. Onlardan 326 nəfəri bələdiyyə sədridir. 2008-2011-ci illərdə Azərbaycan gənclər təşkilatları 11 beynəlxalq təşkilata üzv qəbul edilib. Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20 dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır. 

Bakıda Gənclər Mərkəzinin, regionlarda isə “Gənclər Evi”nin inşa edilməsi üçün müvafiq addımlar atılmışdır. Artıq 12 rayonda gənclər evləri fəaliyyət göstərir. Bakı şəhəri və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramı çərçivəsində paytaxtın 5 rayonunda gənclər evi tikilməsi üçün layihələr təsdiq olunub və bu ildən etibarən inşasına başlanılacaq, yaxın 2-3 ildə isə15 gənclər evi inşa olunacaq. 

Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. 6 aprel 2011-ci il tarixində  prezident İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalanmışdır. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. 2005-2009-cu illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramına büdcədən 8 milyon 375 min manat ayrılmışdısa, yeni proqrama 80 milyon manat vəsait ayırmaq planlaşdırılır. Bu əvvəlki proqrama nisbətən təxminən 10 dəfə artıq göstəricidir. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.



Bununla da Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlanmışdır ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına  şərait yaradacaqdır.  

Gənclər siyasətinin mahiyyəti və istiqamətləri

Azərbaycan Respublikasının mədəniyyət siyasətinin tərkib hissəsi olan gənclər siyasətinin prioritetlərindən biri budur ki, gənclərin ləyaqətli vətəndaş kimi yetişməsi üçün onlar hərtərəfli biliyə, milli keyfiyyətlərə malik olmalıdırlar: “Öz dili, mədəniyyəti, mənəvi dəyərləri ilə tərbiyə olunmuş gənclər heç vaxt vətəninə, xalqına ögey münasibət bəsləməz. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli dəyərlərimizin əsasında tərbiyələnməlidirlər. Gənclərimiz bi-zim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarə-çiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncamı da gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. Sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanmışdır. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edil-məsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndiril-məsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilmişdir. 2005-2009-cu illərdə gənclər siyasəti üzrə Dövlət Proqramı reallaşdırılmış və bu proqramın 100-dən çox bəndi həyata keçirilmişdir. Dövlət başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilmiş, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il ölkədə "Gənclər ili" elan edilmişdir. “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər), “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” (2007-2012-ci illər) gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edir, gənclərin yaradıcılıq potensialının aşkara çıxarılmasına, yaradıcılıq potensialının reallaşdırılması üçün lazımi şəraitin yaradılmasına, yaradıcılıq potensialının səmərəli idarə edilmə-sinə, gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə, xüsusi istedadlı gənclərin seçilməsinə və onlarla müvafiq tədbirlərin həyata keçirilməsinə, gənclərin sosial problemlə-rinin həllinə böyük zəmin yaradır. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələ-diyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Belə ki, dövlət orqanlarına 2008-2011-ci illərdə işə qəbul edilənlərin 60 faizdən çoxunu gənclər təşkil etmişdir. Bələdiyyə üzvlərinin 28 faizi - 4303 nəfəri gənclərdir. Onlardan 326 nəfəri bələdiyyə sədridir.  2008-2011-ci illərdə Azərbaycan gənclər təşkilatları 11 beynəlxalq təşkilata üzv qəbul edilib. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur. Bu günədək 1204 azər-baycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələri üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndərilmişdir. Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20 dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır. Bakıda Gənclər Mərkəzinin, regionlarda isə “Gənclər Evi”nin inşa edilməsi üçün müvafiq addımlar atılmışdır. Artıq 12 rayonda gənclər evləri fəaliyyət göstərir. Bakı şəhəri və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramı çərçivə-sində paytaxtın 5 rayonunda gənclər evi tikilməsi üçün layihə-lər təsdiq olunub və bu ildən etibarən inşasına başlanılacaq, yaxın 2-3 ildə isə15 gənclər evi inşa olunacaq. Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. 6 aprel 2011-ci il tarixində prezident İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalanmışdır. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliy-yətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. 2005-2009-cu illər üçün Azərbaycan Gəncliyi Dövlət Proq-ramına büdcədən 8 milyon 375 min manat ayrılmışdısa, yeni proqrama 80 milyon manat vəsait ayırmaq planlaşdırılır. Bu əvvəlki proqrama nisbətən təxminən 10 dəfə artıq göstəricidir. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublika-sında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlə-rinin həllini təmin etməkdir. Bununla da Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlanmışdır ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradacaqdır. Sözsüz ki, bu gün uğurlu həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycanın Respublikanın dövlətçiliyinin təməl prinsiplərindəndir. Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə "Azərbay-can Gəncliyi Dövlət Proqramı haqqında (2005-2009)" imzala-dığı fərmanda gənclər arasında hüquq pozuntuları   və digər zə-rərli vərdişlərin aradan qaldırılması, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin təşkil edilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-si-yasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradıl-ması kimi vəzifələr nəzərdə tutuldu. Azərbaycanda Gənclər Günü ilə bağlı hər il silsilə tədbir-lərin təşkil olunması, təhsil və digər sahələrdə yüksəknəticə əldə edən gənclərə xüsusi mükafatlar təltif edilməsi gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi, istedadlı gənclərin beynəlxalq müsabiqələrdə, konfrans-semi-narlarda iştirakının təmin edilməsi, müxtəlif istiqamətlər üzrə yarışların keçirilməsi təmin olunmuşdur. Məhz dövlətin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son iki ildə istər elm- təhsil, istər idman, istərsədə musiqi sahəsində gənclərin nailiyyətləri xeyli coxalmış və ölkənin beynəlxalq nüfuzuna təsir etmişdir.Buna mayın 14-də Almaniyanın Düsseldorf şəhərində təşkil olunan “Evravision -2011” beynəlxalq mahnı müsabiqəsində gənc təmsilçilərimizin birinci yer tutmasını və builki müsabiqənin ev sahibliyi titulunu ölkəmizə gətirmələrini misal göstərmək olar.Bu gənclərin mədəniyyətdə yüksəlişini təmin etmək üçün dövlət başçısının göstərdiyi diqqət və qayğının real nəticəsi idi.     Bu və bu kimi başqa uğurlar Azərbaycan gəncliyinin inkişafına xidmət etməklə yanaşı, dövlətimizin tanınması və möhkəmlənməsi işinə öz töhvəsini verir. Nəzərə alsaq ki, Azərbaycan əhalisinin 65 faizini 16-35 yaş arası gənclər təşkil edir və bu kateqoriyaya aid insanlar bütün iqtisadi və siyasi idarəetmə strukturlarında təmsil olunurlar, deməli gənclər siyasəti xəttini də ölkənin inkişafında aparıcı rol oynayan siyasi strategiyanın tərkib hissəsi hesab etmək olar. Bu gün Azərbaycanda gənc alimlərin üzə çıxarılması, onlara elmi axtarışlar üçün lazım olan şəraitinin yaradılması, gənc və yazıçılar üçün mükafatlar təyin olunması, ali məktəb-lərə qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə Prezident təqaüdünün verilməsi, gənclərin dünya miqyasında yüksək statusu olan universetlərə və akademiyalara təhsil almağa göndərilməsi, gənc jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılması üçün atılan addımlar, mədəniyyət sahəsində fərqlənən gənc sənətkarlar üçün və ölkəmizi dünya idman arenasında peşəkarlıqla təmsil edən idmançılarımızın yüksək medallara layiq görülməsi, bir sözlə, üçrəngli Azərbaycan bayrağını hər yerdə yüksəklərə qaldıran, dövlətçilik düşün-cəsinin keşiyində duran bütün alovlu gənc vətənpərvərlərə göstərilən etimad və qayğı, bütövlükdə gənclər siyasətinin ölkəmizdə uğurla həyata keçirildiyindən xəbər verir. Prezident İlham Əliyevin ölkəmizə rəhbər seçildiyi gündən etibarən bu siyasəti uğurla həyata keçirməsinin məntiqi davamı olaraq martın 13-də Masallıya səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak etməsi dövlət gənclər siyasətinin xalqımızın rifahi üçün düşünülmüş məqsədyönlü strategiya olduğunu bir daha təsdiqlədi. Gənclər Mərkəzində pnevmatik tüfəng və tapançadan istifadə etmək üçün atıcılıq zalı, multimedia kitabxana şərait 5000 qiymətli kitabdan ibarət fond, yüksək sürətli internetə qoşulmuş komyuter salonu, hər cür tədbirin keçirilməsi üçün konfrans zalı. ən son texnologiyaya əsaslanan səs avadanlıqları, xarici dil kursları, gəncləri asudə vaxtının təmin olunması üçün açıq tipli kafe, 3D formatlı film zalı fəaliyyət göstərəcək. Onuda qeyd edək ki, belə mərkəzlərin açılışı getdikcə ümumrespublika xarakteri almışdır.

Göründüyü kimi, Azərbaycan dövləti gənclərimizin həm fiziki, həm maddi-mənəvi, həm də əqli-intellektual inkişafını reallaşdırmaq üçünbütün mümkünvariantlara əl atır və gənclərin təşəbbüslərini dəyərləndirirlər. Bütün bunlar Azərbaycanda gənclər siyasətinin “Gənclər siyasəti haqqında” Qanuna müvafiq onun bütün prinsiplərinə tam uyğun şəkildə aparılmasını və icra edilməsinin təcəssümüdür. Məhz bu böyük dövlət siyasətinin getdikcə daha uğurla həyata keçirilməsi sayəsində Azərbaycan gəncliyi xalqımızın rifahını və dövləti-mizin inkişafının icraçısına çevrilir.

Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gənclərin po-tensialından düzgün istifadə, bu istiqamətdə siyasətin doğru qurulması heç şübhəsiz ki, həmin dövlətin gələcəyinin sığortasıdır. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Daha lakonik ifadə etsək, gənclərə münasibət həmin dövlətin gələcəyini           münasibətidir.

Məhz bu reallığı nəzərə alaraq Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən biri kimi diqqətə alınır. Bu yöndə aparılan konkret fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə aktiv iştirak edirlər. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Bu sahədə siyasətin düzgün qurulmasının nəticəsidir ki, artıq respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasına töhfələrini verirlər.  Azərbaycanın gənclərlə bağlı dövlət siyasətinin müəy-yənləşdirilməsi, onun konturlarının cızılması ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Azərbaycan gənclə-rinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaş-dırmaq məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçiril-məsi təşəbbüsü irəli sürülüb və 2 fevral 1996-cı ildə onun təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərini ilk forumu keçirilib. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev 2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ölkənin aktiv gəncliyini bir araya gətirən forumlar isə davamlı olaraq bir neçə ildən bir reallaşdırılır və özündə cəmiyyətin inkişaf istiqamətlərini səciyyələndirən vacib qərarlar alınır. Belə ki, forumlarda qeyri-hökumət gənclər təşkilatlarının vəzifə və öhdəlikləri, gənclərin ictimaisiyasi fəallığı, tələbələrin sosial problemləri, təhsilin keyfiyyəti, gənc alimlərin perspektivləri və istedadlı gənclərin problem və yeni layihələri, gənclərin idarəetmə sahəsinə cəlb edilib, dəstək-lənməsi, xaricdə təhsil alan gənclərin inkişafı üçün yeni layihələrin həyata keçirilməsi, beynəlxalq əməkdaşlıq və digər mühüm məsələlər müzakirə olunur və fəaliyyət istiqamətləri müəyyənləşdirilir. 



   Bundan başqa, 1996-2002-ci illərdə qəbul olunmuş "Bədən tərbiyəsi və idman haqqında", "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında" qanun, fərman və sərəncamlar, habelə "Gənc ailə" proqramı, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqın-da", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" dövlət proqramı gənc nəslin mütəşəkkil qüvvə kimi formalaş-masına mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunma-sına imkan yaradıb. Azərbaycan dövlətinin gənclər siyasətindən danışarkən prezident İlham Əliyev tərəfindən 2005-ci ildə imzalanmış "Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə" və 2011-ci ildə imzalanmış "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramları xüsusi qeyd edilməlidir. Həmin proqramlar dövlət başçısının Azərbaycan gəncliyinə münasibətinin birbaşa təzahürüdür. Azərbaycan dövləti gənclərin yalnız sosial qayğılardan azad olması, ölkənin həyatında aktiv iştirak etməsində deyil, eyni zamanda onların Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasında da birbaşa maraqlıdır. Təsadüfi deyil ki, bu məqam "Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə" Dövlət Proqramında əksini tapıb. Bu proqramın məqsədinə uyğun olaraq aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur: – gənc nəslin Vətənə məhəbbət , Azərbaycan xalqının tarixinə. Mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması; – gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin güclən-dirilməsi,       onların hərbi xidmətə hazırlanması; – gənclər arsında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata       keçirilməsi;– istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliy-yətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması; – gənclərin sahibkarlıq fəaliyyərinin dəstəklənməsi, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi, peşə hazırlığının yüksəldilməsi və məşğulluğunun təmin edilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi;  – sosial müdafiəyə ehtiyacı olan gənclərin, o cümlədən gənc ailələrin problemlərinin həllinə köməklik göstərilməsi; – gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi – ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması  – gənclərin beynəlxalq əməkdaşlığı sahəsində layihələrin həyata keçirilməsinə, gənclər təşkilatlarının beynəlxalq əlaqələ-rinin qurulmasına, onların nümayəndələrinin beynəlxalq tədbir-lərdə   iştirakına köməklik göstərilməsi.Son illər gənclərin ölkənin mədəni, ictimai-siyasi, iqtisadi həyatında fəallığının artması ortaya qoyulan konsepsiyanın müvəffəqiyyətlə icrasının göstəricisidir. Gənclər artıq müşahi-dəçi qismindən birbaşa proseslərin iştirakçısına çevriliblər.Bu il qəbul edilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı isə dövlətin bu sahədə işlərinin mövsümi xarakter daşımadığını, gəncləri cəmiyyətin hərəkət-verici qüvvəsinə çevirməkdə birbaşa maraqlı olduğunu göstər-di. Proqramın əsas məqsədi gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Sənəd azərbaycanlı gənclərin menecment və gənc peşəkar kadrların hazırlanması sahəsində fəaliyyətinin onların dövlətin idarə edilməsində, ictimai həyatda daha aktiv iştirak etməsi ilə gücləndirilməsinə yönəlib. Proqramda gənclərin sosial-iqtisadi inkişafı üzrə müvafiq bəndlər – məşğulluq, gənc sahibkarların inkişafının dəstəklənməsi də öz əksini tapıb. Dövlət Proqramın-da diqqətçəkən məqamlardan biri də Gənclər Mərkəzinin yaradılmasıdır. Azərbaycan Gənclər Mərkəzi gənclərin asudə vaxtının səmərəli təşkili, müxtəlif aksiyaların təşkil edilməsi üçün nəzərdə tutulub. Azərbaycanın gənclər təşkilatlarının ümummilli və beynəlxalq strateji layihələrinə dəstək vermək üçün dövlət proqramında Gənclər Fondunun yaradılması məsələsi də öz əksini tapıb.  Fonda toplanacaq vəsaitdən elm sahəsində çalışan gənc-lərin fəaliyyətini stimullaşdırmaq üçün müxtəlif mükafatların və təqaüdlərin təsis edilməsi nəzərdə tutulur. Proqramda daha bir həssas məsələ Azərbaycanda gənc ailələrə ipotekaların verilməsi də diqqətdən kənarda saxlanılmayıb. Belə ki, sənədə ipoteka kreditlərinin verilməsi qaydalarının sadələşdirilməsi ilə bağlı müddəa ayrıca bənd kimi daxil edilib.

Həyata keçirilən gənclər siyasətinin

əsas nəticələri və perespektivləri

Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib.1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan gənclər gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda Gənclər günü kimi təntənəli şəkildə qeyd olunur. 2 fevral 1998-ci ildə Heydər Əliyev Azərbaycan Gəncləri gününün ilk ildönümü münasibətilə keçirilən bədii-idman bayramında çıxış edərək gənclərə müraciətlə bildirib: "Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin – gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin əlverişli şəraitdə yaşaması, təhsil alması, yaxşı əmək fəaliyyəti ilə məşğul olması üçün bundan sonra da əlimizdən gələni edəcəyik."

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ölkə gənclərinin idmanla məşğul olmalarını da vacib amil hesab edirdi O, eyni zamanda idmançıların beynəlxalq yarışlarda, dünya çempionatlarında iştirakına və idmançıların dövlət qayğısı ilə əhatə olunmasına xüsusi diqqət ayırmışdır. Prezident Heydər Əliyev 1994-cü ildə Azərbaycanda Olimpiya Hərəkatının təbliğinin vəziyyəti, Milli Olimpiya Komitəsinin fəaliyyəti ilə tanış olmaq üçün Bakıya gələn Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç, Milli Olimpiya Komitələri Assosiasiyasının Prezidenti Mario Vaskes Rana, Avropa Olimpiya Komitəsinin Prezidenti Cak Roqu qəbul etmişdir. Qəbulda Azərbaycan Olimpiya Hərəka-tının real vəziyyəti, onun inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır

1996-cı ildə Azərbaycan müstəqil bir dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılıb. Gənclərin idmana cəlb olunması üçün Bakıda, Maştağada, Naxçıvanda, Gəncədə Olimpiya İdman Kompleksləri istifadəyə verilib.



Ulu Öndər Heydər Əliyev siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşmışdır..

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Gəncliyi Dövlət Proqramı" (2005-2009-cu illər) imzalanıb. Proqrama gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçiril-məsi, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması kimi vəzifələr daxil edilmişdir. Dövlət başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilmiş, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulmuşdur. Azərbaycanda Gənclər Günü ilə bağlı hər il silsilə tədbirlərin təşkil olunması, təhsil və digər sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi, istedadlı gənclərin beynəlxalq müsabiqələrdə, konfrans-seminarlarda iştirakının təmin edilməsi, müxtəlif istiqamətlər üzrə yarışların keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ciil "Gənclər ili" elan edilmişdir. Dövlət başçısı Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcyinə böyük inamla yanaşdığını bildirib: "... Hər bir insanın gücü əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır". 3 oktyabr 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan gənclərinin V forumunda iştirak edib. İlham Əliyev dövlətin gənclərlə bağlı siyasətinin gələcəyə ünvanlandığını və gənclərin elmdə, təhsildə, mədəniyyətdə və idmanda əldə etdiyi göstəricilərin respublikamızın qüruru olduğunu bildirib. Prezident birinci forumdan keçən müddətdə gənclərlə iş sahəsində qanunvericilik bazası yaradıldığını, hüquqi-normativ aktlar təkmilləşdirildiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyev 1997-ci ildən həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi gənclər siyasətinə xüsusi diqqətlə yanaşmışdır.. Onun rəhbərliyi ilə Azərbaycanın gənc idmançıları bir sıra Olimpiya oyunlarında yüksək nəticələr göstərib.Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə mükafatlandırılması onlara göstərilən qayğının bariz nümunəsidir. Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Jak Roq Azərbaycanın Milli Olimpiya Komitəsinin fəaliyyətini dəfələrlə yüksək qiymətləndirib.  Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizdə aparılan gənclər siyasəti bu gün də öz müsbət nəticələrini verməkdədir. Ulu Öndər gənc nəslə öz qayğısını əsirgəməmiş, gənclərin ictimai-siyasi həyatda fəal iştirak etməsini, onların sosial ehtiyaclarını, yüksək səviyyədə təhsil almalarını, asudə vaxtlarını səmərəli keçirmələrini, hüquqlarının müdafiəsini, ümumiyyətlə, gənclərin hərtərəfli inkişafını təmin etmişdir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi inkişafı ilə sıx əlaqədar olmuşdur. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra gənclərlə bağlı həyata keçirilən siyasətin xronoloji ardıcıllığına nəzər salsaq, görərik ki, ötən illər ərzində istər Ümummilli Lider Heydər Əliyev, istərsə də onun davamçısı olan cənab Prezident İlham Əliyevin rəhbərliyi və birbaşa təşəbbüsü ilə geniş miqyaslı tədbirlər həyata keçirmiş və bir sıra problemlər öz müsbət həllini tapmışdır. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Gənclər və İdman Nazirliyinin yaradılması haqqında fərman imzalamışdır. Qısa müddət ərzində Gənclər və İdman Nazirliyi gənc nəslin inkişafı üçün mühüm işlər görmüş, gənclərin inkişafı naminə iki minə yaxın tədbirlər həyata keçirilmişdir. Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərin II ümumrespublika forumunun keçirilməsi, 5 dövlət proqramının qəbul edilməsi, 1999-cu il iyulun 29-da Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Dövlət gənclər siyasəti haqqında" fərmanın imzalanması və geniş fəaliyyət proqramı-nın təsdiq edilməsi Azərbaycan Respublikasında gənclərlə işə xüsusi əhəmiyyət verildiyini göstərir.  Məhz Ulu Öndərimizin müəyyənləşdirdiyi, Prezidentimiz İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində gənclər cəmiyyətdə bu gün öz yerini tutur. Bundan başqa ümummilli lider Azərbaycan gəncliyinin yüksək keyfiyyətlərə malik olmasına çalışır və müxtəlif çıxışlarında və yazılarında bunun əsas istiqamətlərini gənclərə göstərirdi. 2002-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra bu yöndə çox mühüm işlər həyata keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti və bu siyasət nəticəsində gənclərin təhsil, sosial müdafiə və işlə təminatı sahələrində atılan məqsədyönlü addımlar gənclərin Yeni Azərbaycan Partiyasına axınını gücləndirir. Ölkəmizdə yeni iş yerlərinin açılması, tələbə gənclərin təqaüdlərinin və gənclərin xarici ölkələrdə təhsil imkanlarının artırılması dövlətimizin gənclərlə bağlı siyasətinin əsas istiqamətləridir. Təsadüfi deyil ki, müasir gənclər də öz fəaliyyətlərini cəmiyyətin geniş təbəqələrində ümummilli lider Heydər Əliyev ideyalarının ölməzliyinə və həmişəyaşarlığına olan möhkəm inamın daha da dərinləşməsi istiqamətində qurur, bu istiqamətdə mühüm işlər görülür. Gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətimizin yeritdiyi gənclər siyasətinin həyata keçirilməsində mühüm rol oynayırlar. Ulu öndərin Azərbaycan xalqına ən böyük xidmətlərindən biri də onun gələcəyimizə verdiyi töhfələrdir. Heydər Əliyevin elmə, təhsilə, mədəniyyətə və sair sahələrə göstərdiyi qayğı öz bəhrələrini verib. Ümummilli liderimiz daim məktəbliləri, tələbələri, ümumiyyətlə yeniyetmə və gəncləri diqqətdə saxlayıb, onların inkişafı üçün əlindən gələni etmişdir.

Ulu öndərimiz deyirdi: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”. Müasir Azərbaycanın memarı Heydər Əliyev Azərbaycan gənclərinə inanırdı və O, 1998-ci il ölkə gəncləri ilə görüşündə bunu dilə gətirərək demişdi: “Əziz övladlar! Sizin kimi gəncləri olan, gələcəyi olan Azərbaycan basılmazdır, sarsılmazdır! Məni hədsiz sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün bəlalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var. Bunlar sizlərsiniz, əziz övladlar!

Məhz Heydər Əliyevin rəhbərliyi ilə təhsil ocaqlarında gənclərin bilik qazanması üçün yüksək şərait yaradılıb. Dövlət vəsaiti hesabına müasir məktəblər tikilib və tədris müəssisələri kompüterlərlə təchiz olunmuşdur. İndi bütün şagirdlər ən gözəl məktəblərdə təhsil alırlar. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır və bunu bacarır: onların uğuru beynəlxalq konfranslardan, dövlət və hökumət qurumlarından, intellektual bilik yarışlarından eşidilir. Azərbaycan həqiqət-lərini, musiqisini, ədəbiyyatını, rəqsini, folklorunu, mətbəxini, milli-mənəvi dəyərlərini dünyanın müxtəlif ölkələrində təbliğ edən gənclər, bütün səy və bacarığı ilə dövlətçilik ənənələri-mizi tanıdaraq, dünya ictimaiyyəti tərəfindən sevilməsinə nail olur.

İndi əsas amal bu günə kimi formalaşan gənclər ordusunu heç bir itki vermədən gələcəyə aparmaqdır. Şübhəsiz, bu, belə də olacaq. Çünki Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabaha yeni uğurlara imza atmağa daha yaxındır. Prezident İlham Əliyev gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə böyük işlər görür. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin hüquqlarının qorunması, sosial problemlərin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi Onun fəaliyyətinin əsasını təşkil edir. 

Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin müəyyənləş-dirdiyi və həyata keçirdiyi gənclər siyasəti 5 mühüm istiqaməti ehtiva edirdi:

– Milli mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini təmin etmək; – Gənclərin elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatlar həyata keçirmək; – Gənclərin təşkilatlanmasını təmin etməklə, onları müstəqilliyimizin keşiyində vahid qüvvə kimi birləşməyə səfərbər etmək; – Gənclərin dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmaq və onların məsuliyyət hissini formalaş-dırmaq; – Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiya-sının yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə yararlanmasına möhkəm əsaslar yaratmaq. Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlətimizin başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Azərbaycanın müxtəlif bölgələrində olimpiya idman komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra başda Qarabağ müharibəsi olmaq üzrə bir çox siyasi, iqtisadi və ictimai çətinliklə üzləşmişdi. Bunlardan ən ağırı isə gənclərin o dövrün çətin şəraitindən və keçid dövrünün mənfi təsirlərindən qorumaq idi. Çünkü bu mənfi təsirlərə məruz qalan və milli vətənpərvərlik hissləri ilə böyüməyən gənclik gələcəkdə nəticə etibarı ilə həmin millətin özü üçün problemlər yaradır. O millət ki gəncliklə məşğul olmur, onun gələcəyi yox səviyyəsindədir.

Ədəbiyyat siyahısı.

 1.9 yanvar 2004-cü il tarixli 12 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 19)

2. 27 sentyabr 2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743)

3.  26 dekabr 2007-ci il tarixli 690 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1240

4. “Heydər Əliyev Elektron sənədlər toplusu”

 Azərbaycan Respublikası Prezident Kitabxanası



Rühəngiz Hacıyeva

Kiçik elmi işçi


Mündəricat:

Giriş


"İkili standartların dünya nizamı və müasir Azərbaycan" məqaləsi üzərində düşünərkən (İlham Məmmədzadə)............................................4

Mult..ikulturalizm siyasəti: mədəni fərqlilik problemlərinə metodoloji baxış (Rəna Mirzəzadə:)…………………….………………..…….......6

Модернизация семьи в Азербайджане (Лала Мовсумова) ………14

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyasının siyasi aspektləri(Habil Həmidov).......................................................27

Avrasiyaçılıq ideyasının siyasi aspektləri(Ziba Ağayeva).................46

Azsaylı xalqların hüquqlarının müdafiəsi dövlətin daxili siyasətinin tərkib hissəsi kimi(Məmmədağa Sərdarov).......................................70

M.Ə.Rəsulzadənin siyasi publisistikası (2 may,1903-16 avqust,1909) (Yadigar Türkel)...................................................................................90

Liderlik və siyasi elita: nəzəri-praktik yanaşma (Şahin Bağırov)….122

Turizm siyasəti sosial siyasətin tərkib hissəsi kimi(Sevinc Quliyeva)……………………………………………………………145

Şahdəniz 2: Enerji strategiyasında yeni mərhələ(Sənan Həsənov:)....164

“Azərbaycan Respublikasında elm siyasəti” (Ruşan Ruşanzadə).... .183

Azərbaycanda yeniyetmələr və gənclər siyasətinin sosial-siyasi aspektləri (Rühəngiz Hacıyeva)…………………………………...195



Müasir Azərbaycanda siyasi partiyalarla QHT-lərin qarşılıqlı münasibəti(Nailə Əlicanova).............................................................207


1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə