AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu “Siyasi nəzərəiyyələr” şöbəsi




Yüklə 0.95 Mb.
səhifə11/12
tarix22.02.2016
ölçüsü0.95 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

ƏDƏBİYYAT
1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı. “Hüquq ədəbiyyatı” nəşriyyatı. 2009. 79 s.

2. Cəmil Əhmədli. Nəzəriyyə, onun tipləri və funksiyaları. Bakı, Diplomat, 2008, 233 səh.

3. Aristotel. Siyasət. Böyük etika. Bakı, XXI- Yeni Nəşrlər Evi, 2006, 432 səh.

4. Xəlilov S.S. Mənəviyyat fəlsəfəsi. – Bakı. Azərbaycan Universiteti Nəşryatı, 2007, 520 səh.

5. Müasir fəlsəfə və Azərbaycan: tarix, nəzəriyyə, tədris. Bakı, Elm, 2011, 492 səh.

6. Duane Lockard. The Perverted of American Politis, Nw York:Macmillan, 1971) 282 s.

7.http://az.wikipedia.org/wiki/Elmin_%C4%B0nki%C5%9Faf%C4%B1_Fondu

8. S.S. Xəlilov. Elm haqqında elm Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 2011, 752 səh.

Ruşan Ruşanzadə

Siyasi elmlər üzrə fəlsəfə doktoru
Müasir Azərbaycanda siyasi partiyalarla QHT-lərin qarşılıqlı münasibəti

Dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında tərəfdaşlıq münasibətlərinin sabit və effektiv sisteminin yaradılması, qeyri-hökumət təşkilatlarının dövlət və cəmiyyətinin inkişafı üçün əhəmiyyət kəsb edən problemlərin həllinə cəlb olunması ölkədə vətəndaş cəmiyyətinin möhkəmlənməsinə xidmət edir.

Demokratik cəmiyyətlərdə insanlar öz fəaliyyətlərini müxtəlif institutlar – təsisatlarda reallaşdırır. Demokratik vətəndaş cəmiyyəti quruculuğu prosesini isə sosial institutlarsız təsəvvür etmək mümkün deyildir. Bütün dünyada, eləcə də Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunda QHT sektorunun rolu danılmazdır. Çünki, vətəndaş cəmiyyətinin əsas institutlarından biridir. Bu sosial institut qeyri-dövlət təşkilatı olsa da, fəaliyyətində bütün institutlarla əlaqələr yaradaraq dövlətin sosial siyasətinin həyata keçirilməsində yaxından iştirak edir.

QHT-lər mahiyyət etibarilə dövlət strukturlarından sosial təyinatına görə fərqlənirlər.



Müasir dünyada dövlətin siyasi nüfuzu və demokratik imici üçün vətəndaş cəmiyyətində vətəndaşla dövlət arasında vasitəçi olan QHT-nin inkişaf etdirilməsinə ehtiyac duyulur və onun fəaliyyətinə şərait yaradılır. Azərbaycanda da vətəndaş cəmiyyəti quruculuğu üçün vacib sosial zəmin olan belə sosial təsisatların pozitiv rolu danılmazdır. Akademik R.Mehdiyev açıqladığı kimi: “... Bu gün Azərbaycan cəmiyyəti qeyri-hökümət təşkilatı ideyasının özünün müsbət qarşılayır. QHT-lərdə müəyyən informasiya ehtiyatları intellektual və təşkilatı potensial cəmləşmişdir. Biz onların fəaliyyətini vacib və faydalı sayırıq. Müəyyən səbəb üzündən dövlət strukturlarının fəaliyyəti çətinləşdikdə və ya bu sahələr ənənəvi olaraq ictimai təşkilatların fəaliyyət dairəsi olduqda, QHT-nin işi xüsusilə səmərə verir.” XX əsrin sonundan Azərbaycanda vətəndaş cəmiyyətinin institutlaşması ilə QHT-lər bir qüvvə kimi ictimai-siyasi həyatda fəal yer tutmağa başladı. İlkin takənvericisi isə Ulu Öndər H.Əliyev şəxsiyyəti, cəmiyyət-dövlət münasibətlərində QHT-nin yararlı qüvvə kimi adaptasiyasına dəstək verməsi oldu. H.Əliyevin fikri də buna bariz nümunədir. “Dövlətçiliyimizi, müstəqilliyimizi möhkəmləndirmək üçün qarşımızda bir çox mühüm vəzifələr durur. Bu vəzifələr dövlətçiliyi möhkəmləndirmək üçün islahatlar keçirməkdən iqtisadi, siyasi, ictimai sahələrdə islahatlar aparmaqdan, respublikamızda həqiqi demokratik dövlət yaratmaqdan cəmiyyətimizi tam demokratik bir cəmiyyətə çevirməkdən, insan hüquqlarının qorunması, adamların azad – asudə yaşamasını təmin etməkdən ibarətdir”. Respublikada qaçqın, məcburi köçkün əlil və veteranların problemlərinin həlli sahəsində 73 hüquq müdafiəsi üzrə 121, uşaq və gənclər 191, qadın problemləri üzrə 100, səhiyyə yönümlü 68, təhsil, elm və texnika üzrə 176, jurnalistika ilə bağlı 43 mədəniyyət – incəsənətlə bağlı 113 və s. üzrə QHT-lər rəsmi dövlət qeydiyyatından keçib. Artıq regionlarda III sektorun inkişafı başlayır, resurs mərkəzləri yaranır. Buna səbəb isə siyasətdən uzaq, biznes və siyasətlə məşğul olmayanların sosial cəhətdən aktiv olanların QHT-lərə üstünlük verməsidir. Müasir Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu dinamik inkişafdadır. Ölkənin demokratikləşməsində bu təsisatlar vacib institutlardan birinə çevrilmişdir. Belə məqamda isə dövlət orqanları ilə III sektorun bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığı yaranır. Akademik R.Mehdiyev “Müasir Azərbaycan milli ideyasının təcəssümü kimi” 26 may 2011-ci ildə “Azərbaycan” qəzetində xüsusi bir təhlil obyekti kimi vətəndaş cəmiyyəti, əsasən də QHT sektorunun milli demokratiya və ictimai mühitin yenilənməsindəki rolu yeri və mövqeyinə də münasibət bildirir. R.Mehdiyevin açıqladığı kimi “daxili təməli” olan, iradi keyfiyyətləri inkişaf etmiş, fəal həyat mövqeyi tutan passionar insanları tərbiyə etmək cəmiyyətin ən aktual vəzifəsdir. Cəmiyyətin demokratikləşməsi yeni, kreativ, yaradıcı, intellektual şəxsiyyətlərin formalaşması çox vaxt müxtəlif təşkilatlarda göstərilən təşəbbüskarlıqdır. QHT-lərin sosial, humanitar, ictimai prosesə cəlb edilməsi məqsədilə onların dəstəkələnməsi, konstruktiv ictimai tənqid üçün şərait yaradılması, maddi-texniki bazasının möhkəmlənməsi, habelə aktual sosial və humanitar layihələrin həyata keçirilməsinə kömək ölkədə “demokatikləşmə yolunda görülən mühüm işlərdir”. Akademik R.Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ölkədə vətəndaş təşəbbüskarlığı, yeni ictimai davranış normaları mədəniyyətinin formalaşmasında roluna yüksək qiymət verib. Bu siyasi, ictimai və tarixi qiymət ölkədə milli identiklik, milli ideyanın xarakterik təcəssümü, ictimai-mədəni sahədə yenilənən cəmiyyət inqilabıdır. Azərbaycan Respublikasının prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Sədri A.Quliyev Azərbaycanda ictimai sektorun inkişaf tarixini 4 mərhələyə bölür: I mərhələ: - 1988-1983;II mərhələ: - 1993-2003; III mərhələ: - 2003-2007; IV mərhələ: - 2007-2011. Birinci mərhələdə ölkəmizdə 198 ictimai birlik cəmiyyətdə dövlət müstəqilliyi ideyasının və milli istiqlal mübarizəsinin güclənməsi, qaçqın və məcburi köçkünlərin yerləşdirlməsi, onların gündəlik yaşayış problemlərinin həlli, ayrı-ayrı bölgələrimizdə humanitar və siyasi böhranın aradan qaldırılması, hüquq müdafiəsi və informasiya yayımı sahəsində boşluğun doldurulması kimi fəaliyyət istiqamətlərini əhatə edir. Bu mərhələnin yadda qalan ən mühüm hadisələrdən biri 1992-ci ildə “İctimai Birliklər haqqında” qanunun qəbul edilməsi oldu. İkinci mərhələdə - yeni 1993-2003-cü illərdə Azərbaycan ictimai sektoru özünün formalaşma dövrünü yaşadı. 1985-ci ildə insan hüquqları və azadlıqlarına, eləcə də vətəndaşların sərbəst birləşmək azadlığına geniş yer ayıran ölkə Konstitutsiyasının qəbulundan sonra ictimai sektor özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Ölkədə QHT fəaliyyətinin populyarlıq dövrü məhz bu zamana təsadüf edir. 1997-ci ildə ictimai sektorun inkişafına dövlət tərəfindən ilk sanballı töhfə edildi. BMT-nin İknişaf Proqramı ilə Azərabycan hökuməti arasında “Azərbaycan qeyri-hökumət təşkilatlarının institusional inkişafı və vətəndaş cəmiyyəti quruculuğuna kömək adlı birgə layihənin həyata keçirilməsi haqqında saziş imzalandı. Layihənin icrası üçün yaradılmış QHT-lərin Resurs və Təlim Mərkəzi (QRTM) 1988-ci ilin iyun ayından etibarən ictimai sektorun inkişafı istiqamətində ciddi işlər görməyə başladı. QRTM-in qarşısında duran əsas vəzifələrdən biri ayrı-ayrılıqda və pərakəndə şəkildə fəaliyyət göstərən QHT-ləri bir araya gətirmək, onların fəaliyyətini əlaqələndirə bilən çevik bir mexanizm yaratmaq və bununla da ölkə QHT-lərin ümumi məsələlərdə həmrəyliyini və iş birliyini təmin etməkdən ibarət idi. 1999-cu il iyunun 11-də Milli Qeyri-hökumət Təşkilatları Forumu (MQF) 95 təşkilat tərəfindən Bakıda təsis edildi. Qısa müddət ərzində MQF-nin fəaliyyəti 5 müxtəlif bölgələrdə yaratdığı Regional Resurs və Təlim Mərkəzləri vasitəsilə bütün ölkəyə yayıldı. O dövrün reallığı ondan ibarət idi ki, “qeyri-hökumət təşkilatı” ifadəsi bəzi hökumət rəsmiləri tərəfindən mənfi qarşılanır və ya dövlət əleyhinə olan qurumlar kimi səciyyələndirilir, onlarla əməkdaşlığdan imtina edilirdi. 1998-ci ildə “Qrant haqqında”qanunun qəbulu ictimai sektorun inkişafına ciddi təkan verməklə yanaşı, onu maliyyə baxımından davamlılığına da müsbət təsir etdi. 2003-2007-ci illəri əhatə edən üçüncü mərhələdə də bir sıra özəlliklər və QHT-lərin inkişafı üçün müsbət irəliləyişlərlə yadda qaldı. 2003-cü ilin sonlarında “Hüquqi şəxlərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun qəbul edilməsi QHT hərəkatında yeni bir canlanmaya və QHT-lərin qeydiyyatının asanlaşdırılmasına səbəb oldu. 2004-cü ildə QHT-lərin yaranması baxımından rekord göstərici əldə olundu və il ərzində 934 təşkilat təsis edildi. 2004-cü ildə 168, 2005-ci ildə 378, 2006-cı ildə 466 QHT dövlət qeydiyyatına alındı. İctimai sektorun tarixində ilk dəfə olaraq 26 aprel 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Milli QHT Forumunun VI qurultayında təbrik məktubu göndərməsi və QHT-lərin fəaliyyyətini yüksək qiymətləndirilməsi dövlətin ən ali səviyyədə QHT sektoruna verdiyi dəstək kimi vətəndaş cəmiyyəti qurucularını daha da ruhlandırdı. Dördüncü mərhələni Azərbaycan QHT sektorunun həyatında və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi tarixində keyfiyyət dəyişikliyi dövrü də adlandırmaq olar. QHT fəaliyyətinə aid başlıca məsələlər – dövlət orqanları ilə vətəndaş cəmiyəti institutları arasında tərəfdaşlıq münasibətlərinin sabit və effektiv sisteminin yaradılması, QHT layihələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi, ictimai sektorun dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən problemlərin həllinə cəlb olunması və bu yönlü digər vacib məsələlər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 27 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası”nda öz əksini tapdı. Konsepsiyada qeyd edilir ki: “Azərbaycan Respublikasında ictimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən biri vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Ölkəmizin sürətli iqtisadi və sosial inkişafı vətəndaş cəmiyyətinin fəaliyyətinə kömək göstərilməsində dövlətin imkanlarını genişləndirir, qeyri – hökumət təşkilatlarını dəstəkləmək və təşviq etmək üçün dövlət siyasətinin təkmilləşdirilməsini şərtləndirir”. Konsepsiya Azərbaycanda QHT inkişafının yeni mərhələsinin başlanğışıcını qoydu. QHT-lərlə dövlət dəstəyi Konsepsiyasında qeyd olunan əsas müddəaların icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı və onun əsasnaməsi təsdiq edildi. Şuranın məhz Prezident yanında yaradılması ona verilmiş xüsusi status olaraq ictimai sektorun təmsilçiləri tərəfindən yüksək qiymətləndirildi.

Şura ölkə QHT-lərinə məlumat –informasiya, konsultativ, təşkilati-texniki, metodiki və maliyyə dəstəyi verir. Şura milli donor institutu olaraq QHT-lərin xarici donorlardan asılığını müəyyən mənada azaltdı, milli-mənəvi dəyərlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, qaçqın və köçkünlərin hüquqlarının beynəlxalq məhkəmələrdə müdafiəsi, Azərbaycan mədəniyyətinin inkişafı və təbliği kimi məsələləri prioritet maliyyələşdirmə istiqamətləri sırasında dəstəklədi. Fəaliyyəti dövründə Şura 1118 layihəyə 7,5 milyon manat həcmində maliyyə yardımı ayırmışdır. QHT təşkilatlarının rolunun artması ikinci dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. Müasir dövrlərdə isə QHT-lər təkcə ölkə daxilində yox, dünyada cərəyan edən ictimai və siyasi proseslərə güclü təsir edir. QHT-lərin nüfuz və etimad qazanmasının kökündə onların ictimai maraqlara xidmət etməsi durur. İctimai sektor olaraq QHT-lər cəmiyyətin ehtiyaclarından doğur. Hətta sovet dövründə belə bir sıra ictimai təşkilatlar mövcud idi ki, qapalı və totalitar cəmiyyətdə onlar ictimai təşəbbüslərini tam reallaşdıra bilmirdilər. Azərbaycanda 1995-ci ilin noyabr ayından qəbul edilmiş Azərbaycan Respublikasının Konstitutsiyasında normalar təsbit olundu və QHT sektorunun inkiaşfı üçün münbit şərait yarandı. (səh 4) 1997-2003-cü illərdə BMT İnkişaf Proqramı ilə Azərbaycan hökumətinin birgə həyata keçirdiyi “Azərbaycan vətəndaş cəmiyyətinin gücləndirilməsi” proqramının reallaşdırılması ictimai sektorda mühüm irəliləyişə gətirib çıxardı. Bu proqramın icrası nəticəsində Bakıda və bir sıra regionlarda QHT-lərin resurs və təlim mərkəzləri yaradıldı.

1998-ci ildə “Qrant haqqında”, 2000-ci ildə isə “Qeyri-hökumət təşkilatları “ictimai birliklər və fondlar haqqında” qanunlar qəbul olundu. Son illərədək Azərbaycan QHT-ləri üçün ən problemli məsələ öz layihələrini həyata keçirmək üçün vəsait cəlb etməkdən ibarət idi. Ölkə daxilində donorların azlığı bir sıra layihələrin həyata keçməsinə mane olurdu. Xarici donorlar isə müəyyən dairələrin mənafeyinə uyğun olaraq bir sıra təşkilatlarla işləməyə meyilli idilər. Belə bir vəziyyətdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığı ilə QHT-lərə dövlət dəstəyinin əsas prinsip və istiqamətlərini müəyyənləşdirən sənəd hazırlandı və 2007-ci il iyulun 27-də dövlət başçısı tərəfindən təsdiq edildi.

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası” adlanan bu sənədə uyğun olaraq 2007-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. QHT-lərin yaxından iştirakı ilə formalaşadırılmış bu quruma ictimai etimad çox güclü idi. Bir neçə ildir ki, Şura ölkə QHT-lərinə məlumat informasiya, konsultativ, təşkilati-texniki, metodiki və maliyyə dəstəyi verir. Şura Milli donor institutu olaraq QHT-lərin xarici donorlardan asılılılığını müəyyən mənada azaltdı, milli-mənəvi dəyərlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, qaçqın və köçkünlərin hüquqlarının beynəlxalq məhkəmələrdə müdafiəsi, Azərbaycan mədəniyyətinin inkişafı və təbliği kimi məsələləri prioritet maliyyələşdirmə istiqamətləri sırasında dəstəklədi. Fəaliyyət dövründə Şura 1118 layihəyə 7,5 milyon manat həcmində maliyyə yardımı ayırmışdır. Milli QHT-lərin, xüsusilə ölkənin regionlarında fəaliyyət göstərən QHT-lərin bilik və bacarıqlarının artırılması Şuranın qarşısında duran ən başlıca vəzifələrdən biri olmuşdur. QHT sektorunun təlim ehtiyaclarının ödənilməsi üçün bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT İnkişaf Proqramı arasında “Azərbaycanda yerli QHT sektorunun idarəçilik potensialının gücləndirilməsi” layihəsi həyata keçirmək barədə razılıq əldə edilmişdir. Bu layihə çərçivəsində keçirilən təlimlərdə Bakıda 60, regionlarda isə 400 nəfər QHT təmsilçisi iştirak etmişdir. QHT təmsilçilərinin ictimaiyyətlə əlaqələrin qurulması sahəsində bilik və bacarıqlarının artırılması üçün 2009-cu ilin iyun-oktyabr aylarında və 2010-cu ilin mayında ölkənin bir sıra regionlarında və Bakı şəhərində QHT-lərin ictimaiyyətlə əlaqələrinin təşkili mövzusunda 150-yə yaxın yerli QHT və KİV nümayəndələri üçün təlimlər təşkil etmişdir. QHT-hökumət münasibətlərinə toxunan Ə.Həsənov vətəndaş cəmiyyəti institutlarının müstəqilliyinə dövlət tərəfindən hörmətli yanaşıldığını və onların fəaliyyətinə dövlət dəstəyinin daim artırıldığını diqqətə çatdırmışdır. Prezident Adminstrasiyasının rəsmisi qeyd etmişdir ki, hökumət artıq QHT-lərə yalnız tərəfdaş kimi deyil, həm də ölkənin inkişafı sahəsində həyata keçirilən layihələrin icraçılarından biri kimi baxır.



Uzun zamanlar xarici donorların maliyyələşdirmək istəmədiyi QHT-lər Şuranın köməyi ilə öz layihələrini reallaşdırmaq imkanı qazanmış, Şura vasitəsilə göstərilən dövlət dəstəyi ictimai sektora yeni nəfəs vermiş, fəaliyyətləri uzun illər nəzərə çarpmayan QHT-lər dirçəlməyə başlamış, yeni ictimai birlik və fondlar yaranmışdır. Şura qanunvericilik təşəbbüsləri ilə çıxış etmiş, həmçinin QHT-lər haqqında qanuna edilən əlavə və dəyişikliklərlə əlaqədar keçirilən bir sıra müzakirələr moderatorluq etmişdir. Ölkədə QHT sektorunun beynəlxalq standartlara cavab verən səviyyədə inkişafını təmin etmək, xarici dövlətlərin anoloji qurumlarının təcrübəsini öyrənmək məqsədilə Şura beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük əhəmiyyət vermişdir. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və milli maraqlarının təmin olunması demokratiyanın daha da dərinləşdirilməsini, dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin daim müasirləşdirilməsini, QHT-lərin fəaliyyətinin stimullaşdırılmasını zəruri edir. Konsepsiyanın həyata keçiriləcəyi dövrdə vətəndaş cəmiyyətinin inkişafı, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində dövlət siyasəti davam etdiriləcəkdir. Bu məqsədlə “Vətəndaş cəmiyyətinin inkişafı sahəsində Milli Fəaliyyət Proqramı” hazırlanacaq və həyata keçiriləcəkdir. Proqramda vətəndaş cəmiyyətinin inkişafını stimullaşdıran, dövlətin və özəl sektorun vətəndaş cəmiyyətinə dəstəyini gücləndirən yeni qanunvericilik aktlarının hazırlanıb qəbul edilməsi, QHT-lərin layihə və proqramlarına maliyyə yardımının artırılması, “QHT evləri”nin, tədris mərkəzlərinin yaradılması və digər məsələlər öz əksini tapacaqdır. Dövlətlə ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı QHT-lərin əsaslandırılmış təklifləri diqqət mərkəzində saxlanılacaqdır. Mühüm dövlət proqramlarının hazırlanması prosesinə QHT-lərin cəlb olunması, dövlət komissiyalarının işində onların yaxından iştirakı təmin ediləcəkdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılması yönündə QHT-lərin potensialından daha səmərəli istifadə olunacaqdır. Vətəndaş cəmiyyətinin inkişafı üçün özəl sektorun donor fəaliyyətini stimullaşdırmaq və bu sahədə institusional səviyyəyə nail olmaq vacibdir. Milli donor institutunun yaradılması korporativ sosial məsuliyyət mədəniyyətinin formalaşmasına, transmilli şirkətlərin, böyük biznes qurumlarının sosial sərmayə proqramlarının artmasına təkan verəcəkdir. Buna nail olmaq məqsədi ilə korporativ məsuliyyət üzrə strategiya və dövlət proqramları hazırlanacaq, qanunvericiliyə müvafiq dəyişikliklər ediləcəkdir. Konsepsiyanın həyata keçirildiyi müddətdə vətəndaş cəmiyyəti təşəbbüslərinin nəzərə alınaraq tətbiq olunması dövlət orqanları ilə QHT-lər arasındakı qarşılıqlı münasibətləri daha da dərinləşdirəcək, regionlarda QHT-lərin sayı artacaq və maddi-texniki bazası gücləndiriləcəkdir. Qeydiyyatdan keçmiş beynəlxalq təşkilatlarla yanaşı, qeydiyyatdan keçməmiş təşkilatlar da fəaliyyət göstərir. Təbii ki, onların fəaliyyəti şübhə doğurur. Eyni zamanda, qeydiyyatdan keçmiş beynəlxalq QHT-lərin maliyyə hesabatı praktiki olaraq yoxdur. Xarici donorlardan alınan qrantların və ianələrin çox hissəsinin nəyə xərclənməsi əslində məlum deyildir. Bu məsələdə şəffaflıq yoxdur. Qüvvədə olan qanunvericiliyə görə, yerli və xarici QHT-lərin gəlirləri və xərcləri barədə informasiya dövlət sirri və ya kommersiya sirri ola bilməz. Onlar hər il Maliyyə Nazirliyinə müvafiq hesabat təqdim etməli, nazirlik isə qanunun tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət etməlidir. Bütün sivil ölkələrdə bu cür qayda vardır. Bəzi hallarda belə təşkilatların həqiqi məqsədləri gizli qalır. Hökumət milli mənafelərin müdafiə edilməsi məqsədilə bu işdə qayda yaratmağa, müəyyən addımlar atmağa çalışanda yerli QHT-lər və onların beynəlxalq himayədarları dərhal hay-küy qaldırır, söz və toplaşmaq azadlığının pozulmasından dəm vurmağa başlayırlar. Aparılmış araşdırmalar göstərir ki, hətta qrantlar qeydiyyata alınandan sonra da iri maliyyə vəsaitləri ayrılması davam edir, bu vəsaitlər haqda məlumat verilmir. Maliyyə axınları barədə informasiyanın olmaması latent korrupsiya təzahürlərinə dəlalət edir. Bəzi beynəlxalq QHT-lər əslində onların mandatlarına uyğun olmayan məsələlərlə məşğul olurlar. Onlar rəsmən müəyyən qrant layihəsi elan edir, əslində isə tamamilə başqa, çox vaxt dağıdıcı məqsədlər üçün vəsait ayırırlar. Ölkəmizdə fəaliyyət göstərən beynəlxalq QHT-lər öz fəaliyyətlərini Azərbaycan qanunlarının tələblərinə müvafiq şəkildə təşkil etməlidirlər. Beynəlxalq QHT-lərin əsas məqsədlərindən biri ölkənin daxili işlərinə qarışmaq, qanunazidd hərəkətlərə təhrik etmək, öz fəaliyyətinə siyasi don geydirmək deyil, vətəndaş cəmiyyəti təsisatlarının inkişafına kömək etməkdir. ABŞ-ın IREX, ABA, NDI, Revenue Watch Institute, USAID, NED kimi qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filialları və nümayəndəlikləri 2003-2013-cü illərdə yerli QHT-lərə təqribən 25 milyon dollar məbləğində qrantlar ayırmışlar. Bundan əlavə, təqribi hesablamalara görə, Soros Fondu və onunla əlaqədar təşkilatlar 1996-cı ildən bəri Azərbaycan QHT-lərinə təqribən 50 milyon dollar vəsait ayırmışlar. Fond ölkəmizdə fəaliyyətini rəsmən hələ 2012-ci ildə dayandırmasına baxmayaraq, QHT sektorunun maliyyələşdirilməsini dayandırmamışdır. O, özü ilə affinasiya edilmiş təşkilatlar vasitəsilə maliyyələşdirməni davam etdirir. Xatırlatmaq istəyirəm ki, Soros Fondunun – Açıq Cəmiyyət İnstitutunun Yardım Fondunun fəaliyyətini dayandırmasına səbəb iqtidar ilə onun qarşılıqlı münasibətləri deyil, məhz yerli QHT-lərə ayrılmış pullarla bağlı korrupsiya qalmaqalları olmuşdur. Bu işin təşəbbüsçüləri isə radikal müxalifətçi partiyaların mənafelərinə xidmət edən yerli QHT-lər idi. Fondun baş ofisi bu qalmaqaldan diqqəti yayındırmaq üçün belə bir addım atmağa məcbur olmuşdu. Bu, aysberqin yalnız görünən hissəsidir. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının qanununda deyilir: 2.3. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qadağan olunmamış məqsədlər üçün yaradıla və fəaliyyət göstərə bilər. 2.4. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz, siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz. Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri, Milli Məclisə seçkiləri və bələdiyyələrə seçkiləri müşahidə edə və exit-poll həyata keçirə bilərlər. Xarici hüquqi şəxslər Azərbaycan Respublikası Prezidentinin seçkiləri, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və bələdiyyə seçkiləri zamanı exit-polla əlaqədar tədbirlərdə yalnız Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatları ilə birlikdə iştirak edə bilərlər. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunlarında və öz nizamnaməsində nəzərdə tutulmuş qaydada hüquqi normativ aktların təkmilləşdirilməsi təklifləri ilə çıxış edə bilər. Əlbətdə ölkədə, QHT fəaliyyətləri tamamilə qüsursuz deyil. Bir sıra QHT-lər siyasi dairələrin təsirinə məruz qalır, insan hüquqları, azadlıq və demokratiya prinsiplərinin müdafiəsi pərdəsi altında Azərbaycan əleyhinə olan qüvvələrlə birgə fəaliyyət göstərirlər.

Dövlət orqanları QHT-lərlə əməkdaşlıq edir, qərarların qəbulu və sifarişlərin icrası prosesində onların iştirakına şərait yaradırlar.

İctimai təşkilatlarda yetişmiş kadrlar müxtəlif dövlət qurumlarında və özəl sektorda təmsil olunurdu. Elə QHT-lər var ki, onlar alternativ siyasi platformalar irəli sürür və bunların ətrafında ictimai fikir formalaşdırmağa cəhd edirdilər. Bunlar əsasən xarici donorlar tərəfindən məqsədyönlü şəkildə maliyyələşdirilən layihələr ətrafında baş verirdi. Bir sıra QHT-lər siyasi dairələrin təsirinə məruz qalır, insan hüquqları, azadlıq və demokratiya prinsiplərinin müdafiəsi pərdəsi altında Azərbaycanı gözdən salan qüvvələrlə birgə fəaliyyət göstərir. Artıq yeni dövr QHT sahəsində yeni tələblər irəli sürür. Bü gün ölkəmizdə hərtərəfli formalaşmış, güclü kadr potensialına malik QHT-lər mövcuddur. Dövlət və QHT münasibətlərinin yeni mərhələsinin başlanması üçün bir sıra hüquq sənədlərinin hazırlanması və qəbul edilməsi zəzuridir.

İstifadə olunmuş ədəbiyyat siyahısı

1. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı. 27 iyul 2007-ci il.

2. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 13 dekabr 2007-ci il.

3. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında. şəhəri,16 aprel 2008-ci il.

4. Əliyev İ. “Bizim siyasətimiz, bizim işimizdir”. Bakı, 2007 2007.

5. Mehdiyev R. “Azərbaycan: Qloballaşma dövrünün tələbləri”, B., 2005. YNE.

6. Vətəndaş cəmiyyəti quruculuğunda 5 il. 2008-2013 Aprel. S.62.

7. Ələkbərov A. “Azərbaycan demokratik mühit və qeyri-hökumət” təşkilatları.

8. Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində. “Bakı, Avrasiya Press” 2011.

9. “Azərbaycan” qəzeti 26 may 2011-ci il. R.Mehdiyev. “Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi”.

1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə