AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu “Siyasi nəzərəiyyələr” şöbəsi




Yüklə 0.95 Mb.
səhifə10/12
tarix22.02.2016
ölçüsü0.95 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

Sənan Həsənov

Siyasi elmlər üzrə fəlsəfə doktoru

AZƏRBAYCAN RESPUBLİKASINDA ELM SİYASƏTİ”



Elm haqqında danışdıqda öncə elmin mahiyyəti və məqsədindən ibarət olan qısa bir açıqlamaya ehtiyac duyulur. Bu xüsusda qeyd etmək olar ki, elm- insan, insan təfəkkürü, cəmiyyət və təbiət, haqqında obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş fəaliyyət sahəsidir. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin məcmuusu təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir.

Elmin dövlət səviyyəsində inkişafına dəstək verilməsini və elm nümayəndələrinin yaradıcılıq və müəlliflik hüquqlarının müdafiə və mühafizə edilməsi dövlətin ali məramı olmalıdır. Bu prinsip Azərbaycan dövlətinin əsas məramlarından biri və başlıcası olmaqla Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsində -Əqli mülkiyyət hüququ- kimi təsbit edilmişdir. İki bənddən ibarət olan həmin maddədə qeyd edildir:

“ I. Hər kəsin əqli mülkiyyət hüququ vardır.

II. Müəlliflik, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur” (1,13).

Elm siyasəti sosial siyasətin tərkib hissəsi olmaqla insanın, cəmiyyətin və dövlətin inkişafında ən vacib sahədir. Elmin vacibliyi həm də onun strateji bir fenomen olmasından irəli gəlir. Bu strateji sahənin inkişafının mühüm əsası onun konseptual nəzəriyyəsinin işlənilməsi, inkişaf mexanizminin hazırlanmasıdır. Ümumiyyətlə nəzəriyyəsi olmayan hər hansı bir sahədə inkişaf və nailiyyət mümkün deyil. Əgər nəzərə alsaq ki, elm alimlərin araşdırması və ciddi tədqiqatı nəticəsində inqilab və inkişaf edir, onda belə qənaətə gəlmək olar ki, nəzəriyyə elmin həyat mənbəyidir. Çünki “nəzəriyyə elmi biliyin bütün sahələrində aparılan tədqiqatların həm başlanğıcı, əvvəlidir, həm elmi tədqiqat fəaliyyətinin sonudur. Əvvəlidir ona görə ki, hər bir elmi tədqiqat müəyyən nəzəri təmələ söykənir, onun tələbləri və parametrlərinə müvafiq şəkildə həyata keçirilir. Məhz bu müvafiq elmi tədqiqatın uğurla nəticələnməsinin başlıca təminatıdır. Nəzəriyyə elmi tədqiqatın sonudur, həm də ona görə ki, elmi tədqiqat prosesində əldə edilən bilik ya yeni nəzəriyyənin formalaşmasını, yaxud da əvvəlki nəzəriyyənin ciddi surətdə dəyişilməsini- məzmunca, strukturca, funksional baxımdan yeniləşməsini şərtləndirir” (“2,48)



Müasir dövrdə elm həm bütün sahələrə nüfuz etdir, həm də bütün sahələr diferensiallaşma prosesindədir. Ona görə də faktiki olaraq bütün təcrübi fəaliyyət sahələrində elmi-nəzəri bilik hakimdir. Hər şeydən əvvəl elmin mahiyyəti, onun məqsədi olduqca maraqlıdır. Bu istiqamətdə elmin mahiyyəti bilik və ya məziyyət kimi xarakterizə edilmişdir. Burada da suallar meydana gəlir. Beləki həqiqətənmi bilik və məziyyət eynidir? Bir sıra əsərlərdə göstərilən təhlillərin nəticəsi belə alınır ki, elmlə məziyyət eynidir və ya bilik elə məziyyətdir. Halbuki elm məziyyət deyil. Aristotel göstərir ki, “məziyyət haqqında danışmağa birinci olaraq Pifaqor başlasa da, düzgün mühakimə yürütməmişdir. O məziyyətləi rəqəmlərlə yanaşı qoymuş, bununla da məziyyəti özlüyündə araşdırmamışdır. Axı ədalət, məsələn, - heç də öz-özünə artırılmış rəqəmlər deyil. Sonra sokrat gəldi və məziyyət haqqında daha yaxşı və dolğun danışdı, lakin onun bu fikri də yalnış oldu. Yəni o, məziyyəti biliklə bir tutdu, lakin bu mümkün deyil” (3, 312). Elmin məqsədi haqqında Aristotel göstərirdi ki “birinci olaraq ona diqqət yetirmək lazımdır ki, hər bir elmdə (epistemes) və qabiliyyətdə (dynamos) bir məqsəd var və məqsəd həmişə nə isə bir yaxşı şeydir: Heç bir elm və qabiliyyət pis işdən ötrü deyil. Və əgər yaxşı şey – bütün elm və qabiliyyətlərin məqsədidirsə, onda aydındır ki, ən böyük qabiliyyətin məqsədi ən zəruri şeydir”. (3,312-313). Burada əsas iki mühüm məsələ təhlil edilməlidir: 1. Qeyd edək ki, əvvala bu müddəada diqqəti çəkən ilkin məqam elmin qabiliyyətlə yanaşı ifadə edilməsidir. Deməli hansısa elmi sahədə nailiət qazanmaq üçün təbbi qabiliyyətin olması vacib hadisədir. Həm də dəqiq müəyyən edilməlidir ki qabiliyyət elm olmadığı kimi elm də qabiliyyət deyil. Lakin birinin olması digərinin olmasını tələb edir. Başqa sözlə, qabiliyyət olmasa elm, elm olmasa qabiliyyət səmərəsizdir. Yaxud da qabiliyyət elmi yaradan quvvə, elm isə qabiliyyəti inkişaf etdirən vasitədir. 2. Digər tərəfdən, elmin məqsəd və məramı ilə bağlı zərurətdən çıxış edilməsilə elmin yalnız xeyir və yaxşı məqsəddə olduğu vurğulanır. Səlahəddin Xəlilov qeyd edir ki, “elmin məqsədi insanın intellectual dünyasını zənginləşdirmək, onu daha məlumatlı, daha bilikli etmək və bu biliyin sosial gücə çevrilməsi sayəsində onun imkanlarını artırmaqdır” (4, 192). Lakin o da vurğulanmalıdlr ki, elm və ya elmşunaslıq, həmçini müəyyət bir elmi metodologiya insanın və cəmiyyətin tərəqqisi naminə nə vəd edir, konkret hansısa bir elmi sahə hazırkı tələblər səviyyəsində hansı işlər görmə ixtidarındadır. Bu baxımdan hörmətli filosof Əbülhəsən Abbasov qeyd edir ki, “epistomoloji qeyri-müəyyənlik və yaxud dövrünü yaşamış, artıq səmərəsizliyi və hətta yanlışlığı bəlli olan metodologiyalara müraciət, həçinin qnesoloji qərarsızlıq, innovasion tələblərə cavab verən elmi ideya və prinsiplərin yoxluğu nəinki konkret ictimai problemlərin həllini çətinləşdirir, eyni zamanda, fəlsəfə, sosiologiya, politologiya və s. sosiohumanitar elmlərin öz daxilində böhranı dərinləşdirir. Nəticədə həm elmlərin öz inkişafında tənəzzül baş verir, həm də onların qarşısında qoyulan sosial sifarişlər ödənilmir” (5.71). Qeyd edək ki, Azərbaycan Respublikasında elm siyasəti hələ müstəqilliyin ilk illərindən etibarən mürəkkəb mərhələlər keçməli olmuşdur. Sovetlər dönəmində Azərbaycan elmində müxtəlif sahələrdə xeyli nailiyyətləri qaznılmışdır. Lakin diqqətə almaq lazımdır ki, bu gün dünya elmində əsaslı inqilab və ciddi sıçrayışlar müşahidə edilir. Bu tendensiya haqqında hələ ötən əsrin 70- ci illərindən etibarən proqnozlar verilməyə başlanmışdır. “Məsələn, məhşur riyaziyyatçı, kibernetik, akademik Viktor Qluşkov qeyd edirdi ki, XXI əsrin birinci rübündə robortlaşma və kibernizasiya qarşısında heç bir mürəkkəb sistem öz sirlərini gizlədə bilməyəcəkdir, ən çətin “hesablanan” prosesi belə, formalizasiya vasitəsilə ifadə etmək mümkün olacaqdır. Hətta süni intellektin tam mənada yaradılması o, 2022-2024-cü illər üçün artıq real hadisə hesab edirdi” (5, 82). Əlbəttə bu arqumentin təyidi və ya tənqidi istiqamətində irəli sürülən fikirləri təhlil etmək bizim bu yazıdakı məqsədə müvafiq olmadığı üçün biz məsələnin faktologiyası zəminində bilmək istərdik ki, dünya elminə inteqrasiya etməkdə olan Azərbaycan elminin reallaşacağına ehtimalların çoxaldığı bu hadisəyə adekvatlığı və ya alternativliyi nə dərəcədədir. Dövlət səviyyəsində bir sahənin inkişaf etdirilməsi üçün öncə əxlaqi-hüquqi zəmin və konseptual əsas tələb edilir. Bu baxımdan Azərbaycanda 1992-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının Təhsil Qanunu” əsaslı şəkildə təhli edilməli, bu sahədə növbəti fərman və sərəncamlar elmi-siyasi nöqteyi-nəzərdən araşdırılmalıdır. “Təhsil Qanunu”nun əlamətdarlığı onun müstəqillik haqqında Konstitusiya aktına və ya Azərbaycan Respublikasının Konstitusiyasına və müvafiq beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilməsinin nəzərdə tutulmasıdır. “Təhsil Qanunu”nun təhsil qanunvericiliyi və onun vəzifələri Azərbaycan ərazisində olan bütün təhsil müəssisələrinə, təhsil sahəsinə aid olan bütün təşkilatlara şamil edilir. Ölkədə təhsil sisteminin bu əsasla fəaliyyət göstərməsi və bu qanunvericilikdən irəli gələn müddəaları pozanların qanun qarşısında qanuna müəyyən edilmiş qaydada məsuliyyət daşıması qarşıya qoyulur.

“Təhsil Qanunu”nun əsas vəzifələri bu sahədəki dövlət siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi, təhsil sisteminin sərbəst və səmərəli fəaliyyəti, onun hüquqi bazasının təşkili, bu sahədəki hüquqi şəxslərin və vəzifəli nümayəndələrin səlahiyyəti və məsuliyyətlərinin müəyyən olunması, vətəndaşların təhsil haqqında konstitusiyon hüquqlarının təmin və müdafiə edilməsi öz əksini tapır.

Fasiləsiz təhsil sisteminin yaradılması dövlətin bir sıra prinsiplərini meydana gətirmişdir. Bütün vətəndaşların təhsil almaq hüququna malik olması, bu istiqamətdə hər kəsə bərabərhüquqlu şəraitin yaradılması, təhsil ocaqlarının müstəqil fəaliyyəti, təhsilin humanistləşməsi ilə ümumbəşəri və milli dəyərlər üzərində şəxsiyyət azadlığının üstün tutulması, eyni zamanda dünyəvi xarakterə malik olması və s.

Elmin idarə edilməsində onun missiyası, böyük təsiri və səmərəsi cəmiyyətdəki ideoloji monopoliyanı və sinfi qütbləşməni aradan qaldırmaq olmalıdır.

Dueyn Lokart yazırdı ki, “insanın Aya enməsi təkcə elmin böyük cəhətlərinin deyil, həm də bürokratiyanın səylərinin nəticəsidir” (6). Duane Lockard. The Perverted of American Politis, Nw York:Macmillan, 1971) 282 s.

Sual olunur: nə üçün bürokratiya, məgər bürokratiya həmişə, hər yerdə tərəqqi yaratmaq ixtidarındadırmı, yaxud, bürokratiya nəyə qarşı olmalıdır?!

Qeyd edilməsi zəruri olan məqamlardan biri də elmdə praqmatika və ya elmin praqmatikliyi məsələsidir. Tarixən elmin missiyası humanist xarakterə malik olsa da son zamanlar “avropalaşma”, “qərbləşmə”, “amerikanlaşma” meylləri ictimai-siyasi həyatın bütün sahələrində olduğu kimi elmi sferanı da, konkret elmi ictimayətin də şüuruna hakim olmaqdadır. Bu hadisə bir növ dəb halını almışdır. Lakin nəzərə alsaq ki, oturuşmuş bütün ictimai hadisələr ən əvvəl dəb halından başlayır, onda aydın olar ki, bu hadisə də təkcə dəb halında qalmır həm də ənənəviləşməyə çevrilir. Burada sual yaranır.

1. Paqmatikləşmə nədir və bu bizim cəmiyyətdə necə başa düşülür? Praqmatika bütün ictimai münasibətlərdə birmənalı olaraq qazanc, maddi rifah məqsədi daşıyan bir anlayış olaraq bütün Qərb cəmiyyətlərində artıq tamamilə möhkəmlənmişdir. Bizim cəmiyyətlərdə necə başa düşülməsinə gəlincə demək olar ki, “bizdə “praqmatizm” dedikdə, adətən bilavasitə və heç nəyə məhəl qoymadan mənfəətə doğru cəhd, nədənsə yalnız praktiki mənada faydalanma üsulu başa düşülür”. Praqmatizmin başlıca müddəalarından biri belə səslənir: problem situasiyanın uğurlu həllini əldə edirsə təklif olunan hipoteza və ya nəzəriyyə həqiqət sayılmalıdır, yaranmış yeni, artıq müəyyənləşmiş situasiya isə reallıq statusu qazanır; bu situasiya əvvəlki şübhəli və problemli situasiyanı əvəz edir. Heç bir təklif olunan həll əvvəlcədən qəbul edilmiş ressepdən çıxış edə və ehkama çevrilə bilməz. O bütövlükdə konkret situasiyanın xüsusi xarakteri ilə müəyyənləşməlidir” (5, 85-88). 2. Elmdə praqmatikləşmə və ya maddiləşmə ən çox hansı aspeklərdə təzahür olur ? Bu suala bir neçə aspekdən cavab vermək olar; - pisixoloji; - qtisadi-siyasi;

Pisixoloji cəhətdən hər hansı bir elmi nümayəndə ilk növbədə elmə münasibətdə ya fədakardır, ya da elmdən faydalanan. Faydalanma amalı əsas götürülsə bu bəri başdan elmə münasibətin düzgün olmadığını bəyan edir və qeyri-düzgün münasibətlə heç vaxt həqiqi elmi nailiyyətə yetişmək olmaz. Çünki elm bir nurdur ki ona təmənnasız yanaşılmasa o nurun mahiyyəti bağlı qalar. Fədakarlıqla yanaşıldıqda həmin nur insanın daxilinə köçər. Bu baxımdan həmişə çətinliklə yaşamış, indi də heç də dəbdəbəli deyil, adi həyat yaşayan (bütün kəşf və ixtiralara baxmayaraq) Lütfü-Zadəni mükəmməl bir nümunə olaraq göstərilə bilər. Həm də ona görə ki, “Lütfü-Zadə hələ vaxtilə öz intelektual məhsulunu “humanistlik sistemlər nəzəriyyəsi” adlandırmışdı”. Bu, ona dəlalət edir ki, söhbət müasir elmi epstemologiyalardan gedirsə, deməli, humanizmə, birgəyaşayış mədəniyyətinə, etibarlı sülhə, qarşılıqlı anlaşmaya, məhsuldar dialoqa xidmət edən nəzəriyyələrdən gedir” (5,95).



İqtisadi-siyasi nöqteyi-nəzərlə dövlətin elmə ayırdığı vəsait polisə ayırdığı vəsaitlə müqayisədə olduqca az olur və qənaətbəxş vəziyyətdən də aşağı həyat tərzinə endirilmiş elmlə məşğul olan insanlar (hətta fədakar olmuş olsalar da belə) öz həyatını təmin etmək məqsədi ilə praqmatiklik qənaətinə gəlir. Əlbəttə bu səbəbin də bir sıra mürəkkəb və mübahisəli tərəfləri var. Halbuki dünya ölkələrində elmi nailiyyətlərin hamısı bütövlükdə -maddi-iqtisadi resurların elmin rifahi naminə işlədilməsinin nəticəsində əldə edilmişdir. Bu həm də məhz elə iqtisadiyyatın da elmi prinsiplər əsasında qurulmasına və daha yüksək nəticələr verməsinə səbəb olur. Bu xüsusda hörmətli akademik Akif Əlizadənin bir fikirini qeyd etmək olar. “İndi dünyada iqtisadiyyatla fundamental elm arasında elə bir qarşılıqlı əlaqə yaranmışdır ki, onların biri digərini məkan və zamandan asılı olmayaraq daim tələb edir. Güclü iqtisadiyyat elmin maddi-texniki bazasında dayanaraq onu inkişaf etdirir, elm isə öz yeni ideyaları, səmərələşdirici təklifləri, texnoloji yenilikləri ilə iqtisadiyyatın daha da güclənməsinə səbəb olur. Elm-təhsil və tərbiyyə problemləri hələ Qədim Yunanıstanda gənc nəslin təhsil və tərbiyyəsi (fiziki və mənəvi) prioritet “vətəndaş” statusu alması üçün onun xüsusi tərtib edilmiş sınaq proqramı üzrə hazırlanması və imtahan verməsi zəruri idi. Bu da məlumdur ki, hamının heyrətlə, həsrətlə, bəzən, hətta qibtə ilə baxdığı, müşahidə etdiyi, qismən də olsa istifadə etdiyi Yapon möcüzəsi əsasında, ilk növbədə, təhsil və tərbiyyə durmuşdur. II Dünya müharibəsindən məğlub və xarabalığa çevrilmiş durumda (Naqasaki və Xirosima şəhərlərinin atom bombaları ilə külə çevrilməsi) çıxmış, Yaponiyada salamat heç bir şey qalmamışdı. Marşal planı əsasında Yaponiyanın bərpasına əvəzsiz beş yüz milyon ABŞ dolları ayrılmışdı (o zaman bu çox böyük məbləğ idi). Üstəlik Yaponiya hökuməti üç yüz milyon minimal faizli uzun müddətli kredit götürür. Səkkiz yüz milyon pul son damlasına qədər təhsilə sərf edilir. Ona qədər Yaponiya Universiteti, bir xeyli məktəb, litsey, kollec və s. bərpa edilir və fəaliyyətə başlayır. Ac-yalavac olan ölkədə və yerli müxtəlif yaşlı müəllimlərin əmək haqqı görünməmiş yüksək stafka ilə verilir. Üstəlik, 20000 gənc oğlan və qız xarici ali məktəblərdə oxumağa göndərilir. Bu minvalla 1952-53-cü illərdə təqribən 40000 gənc mütəxəssis ölkədəki bütün idarəetmə orqanlarındakı köhnə kadrları əvəz edirlər. Bununla da “Yapon möcüzəsinin” əsası qoyuldu.

Deməli, bizim qarşımızda duran birinci zəruri vəzifə bu günkü təhsil sistemini hamının bildiyi nöqsanlardan təmizləmək, təhsildə real struktur, məzmun və funksional islahatlar aparmaqdan ibarətdir. Bu islahatların mühüm pilləsi təhsilə ayrılan maliyyə və müəllimlərin əmək haqqı dəfələrlə artırılmalıdır. Təhsil sistemi bütün neqativ hallardan təmizlənməlidir, əks halda onun nə keyfiyyətini nə də reytinqini qaldırmaq mümkün deyildir.” Milli dvlətçiliyin inkişafında və vətəndaş şüurunun formalaşmasında elmin təsiri. Əgər nəzərə alsaq ki, inkişaf etmiş ölkələrdə ali təhsilli əhali orta hesabla 35-40 %- təşkil edir, onda belə qənaətə gələrik ki, biz ümumi inkişaf strategiyamızı elmin inkişafından başlamalıyıq. Çünki Azərbaycan əhalisinin cəmi 17%-i ali təhsilə malikdir. Ona görə də elmin inkişafında nəinki dövlət maraqlı olmalıdır, əslində dövlət elmə həssas bir yanaşma ilə xüsusi diqqət göstərməklə müntəzəm və daimi olaraq onu himayə etməlidir. Ən azı ona görə ki, dövlətin özünün möhkəmlənməsi əhalinin intellektual səviyyəsindən xeyli dərəcədə asılıdır. Xüsusən də hazırkı “qloballaşan”, əslində isə “xaoslaşan” dünyada baş verən dəyişkən, qeyri müəyyən hadisələrin qarşısında milli dövlətin mühafizəsi və müdafiəsi ilk öncə vətəndaşların fərdi və ictimai şüurunda möhkəmləndirilməlidir. Ona görə də “milliliyə hörmət və xidmət boşboğazlıqla, lovğalıqla, qürrələnməklə, təkəbbürlə, asan yolla nəyəsə sahibliklə alınmır, durmadan və ardıcıl surətdə zəhmət, məqsədli fədakarlıq, comərdlik, məsuliyyətli-nizamlı iş, tarixi-irisi potensiala məxsus olan fəzilətli keyfiyyətlərin, dəyərlərin möhkəmlənməsini və inkişafını tələb edir. Başlıca hədəf heç də elmin elm naminə, fəlsəfənin və başqa sosiohumanitar elmlərin, necə deyərlər, “özləri üçün inkişaf”ına nail olaqdan ibarət deyil. Məqsəd çox-çox dərin əhatəli və möhtəşəmdir: sürətlə mürəkkəbləşən və yeniləşən dünyada Azərbaycan öz nüfuzlu, layiqli yerini tutsun, milli maraq və milli proritetlərini uğurla həyata keçirməklə bu gününü və gələcəyini təmin etsin, “XXI əsr- kreativ, zəngin və qüdrətli Azərbaycan” proyekti, tərəqqi konsepti reallaşsın” (5,74.) Elə bu tərəqqinin konseptual-hüquqi bazası və praktiki reallağı üçün müəyyən islahatların həyata keçirilməsi həyati zərurətdir. Bu istiqamətdə müəyyən addımlar atılmıdır. Məsələn, Azərbaycan Prezidentinin 15 may 2001-ci il tarixli fərmanı Azərbaycanın elmi ictimaiyyət üçün mühüm hadisədir. “Elmlər Akademiyası”na “Azərbaycan Milli Elmlər Akademiyası” adının verilməsi Akademiyanın fundamental elmin inkişafında əldə etdiyi nailiyyətləri, Azərbaycan xalqının milli-mənəvi və mədəni həyatına köçürməsi üçün tarixi zəmin yartmış və dövlətin möhkəmlənməsində mühüm rol oynmışdır. 2003-cü il 4 yanvar tarixli fərmana ilə Azərbaycan (AMEA) Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, Azərbaycandakı bütün elmi muəssisələrin və ali məktəblərin elmi tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi fəaliyyət sahəsində təmsil edən təşkilat statusunun verilmiş və müstəqil dövlətin -elm siyasəti-ni həyata keçirən ali dövlət orqanı olaraq Azərbaycan Milli Elmlər Akademiyasının nizamnaməsi təstiq edilmişdir. Bununla da Akademiyanın fəaliyyət dairəsi xeyli genişləndirilmişdir. 2009-cu il 4 may tarixli sərəncama əsasən isə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafi üzrə milli strategiya”nin və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafi üzrə milli strategiyanin həyata keçirilməsi ilə bağli dövlət proqrami”nin təsdiq edilmişdir. Lakin bununla yanaşı bir sıra həyata keçirilməli islahatlar və perspektivlər də vardır. Bunların həlli baxımdan başlıca problem Elmlər Akademiyasının yenidən yüksəldilməsidir. Ona görə ki, Milli Elmlər Akademiyası ölkənin intellektual mövcudluğunda biavasitə həyat mənbəyidir. Azərbaycan Respublikasının elmi siyasətini həyata keçirən ali dövlət orqanı Azərbaycan Milli Elmlər Akademiyasıdır. Akademiya Azərbaycanda bütün elmi təşkilatların və ali məktəblərin elmi fəaliyyətini əlaqələndirir və istiqamətləndirir, respublikada elmin inkişafını təşkil və təmin edir. Onun əsas məqsədi təbiət, texnika, ictimai və humanitar elmlər sahəsində fundamental və tətbiqi tədqiqatlar aparmaqla yeni biliklər əldə edib, ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməkdir. Elmin inkişafına dövlət səviyyəsində qayğı əslində, dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə xidmət edən siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Qloballaşma prosesinin bütün dünyanı əhatə etdiyi və elmi-texniki tərəqqinin kifayət qədər yüksək sürətlə həyata keçirildiyi müasir dövrdə müstəqil Azərbaycan dövlətinin inkişafı məhz elmin səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır. Yaradıldığı tarixdən bu günədək Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli-mənəvi və elmi intibahında misilsiz rol oynamışdır. Böyük tarixə malik olan elmi ənənələrimiz sistemli xarakter almış, dünyada tanınmış elmi məktəblər və istiqamətlər formalaşmışdır. Onun özünəməxsus dəst-xətti və mənəvi-əxlaqi dəyərləri yaranmışdır. Bu dəyərlərə xalqın xüsusi rəğbəti vardır. Azərbaycanda Elmin inkişafı istiqamətində atılan bir sıra addımlardan biri də -Elmin İnkişafı Fondu-nun yaradılması və təşkilatlanması ilə bağlı onun fəaliyyətini tənzimləyən aşağıdakı sərəncam, fərman və qərarlar verilmişdir: "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 526, 21 oktyabr 2009-cu il) (Əlavə 1). "E.S.Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 527, 21 oktyabr 2009-cu il) (Əlavə 2). "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı (№ 223, 19 fevral 2010-cu il) (Əlavə 3 və Əlavə 4)."Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktorunun aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 742, 19 fevral 2010-cu il) (Əlavə 5). "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (№ 70, 20 aprel 2010-cu il) (Əlavə 6). "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 879, 30 aprel 2010-cu il) (Əlavə 7). “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 oktyabr tarixli 1155 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilmiş 2010-cu il 3 noyabr tarixli 199 nömrəli "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Qərarın 6-cı bəndinə əsasən Elmin İnkişafı Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılmış və adı çəkilən Qərarın 16 nömrəli əlavəsinə uyğun olaraq Elmin İnkişafı Fondunun icraçı direktorunun və işçilərinin aylıq vəzifə maaşlarının yeni sxemi müəyyən edilmişdir (Əlavə 8). Elmin İnkişafı Fondu öz fəaliyyətində Nizamnaməsini, "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununu (№ 483-IQ, 17 aprel 1998-ci il tarixli, əlavə və düzəlişlərlə) (Əlavə 9) və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli Sərəncamı (Əlavə 10) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın (Əlavə 11) məqsəd və vəzifələrini, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın (Əlavə 12) və qüvvədə olan müvafiq qanunvericilik aktlarının tələblərini də rəhbər tutur” (7). Azərbaycanda elmi təhlilə əsaslanan, müasir tarixi şəraitin reallıqları nəzərə alınmaqla həyata keçirilən daxili və xarici siyasət ölkəmizə digər sahələrdə olduğu kimi elm sferasında da uğurlar qazandırıb. Alimlərimiz dövlətimizin müstəqilliyinin qorunmasını, ölkədə ictimai-siyasi sabitliyin və demokratiyanın möhkəmləndirilməsini, iqtisadiyyatın inkişafını ümdə məqsəd kimi qəbul edərək, bütün səylərini bu vəzifələrin yerinə yetirilməsi üçün səfərbər edirlər. Elmi tədqiqatların üstün istiqamətlərini müəyyən edərkən alimlərimiz milli maraqları ön plana çəkirlər. Müstəqil dövlət quruculuğunda, sosial-iqtisadi və mənəvi inkişafda elm ölkənin mühüm ehtiyat mənbəyidir. Alimlərimiz dövlətimizin müstəqilliyinin qorunmasını, ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsini, demokratiyanın və iqtisadiyyatın inkişafını ümdə məqsəd kimi qəbul edərək, bütün səylərini bu vəzifələrin yerinə yetirilməsi üçün səfərbər edirlər. Fundamental elm ümumbəşəri xarakter daşısa da, elmi tədqiqatların üstün istiqamətlərini müəyyən edərkən alimlərimiz milli maraqları ön plana çəkirlər. Akademiyada Azərbaycanın çoxəsrlik tarixinə, çoxsahəli iqtisadiyyatına, Azərbaycan xalqının mədəniyyətinin tarixinə, dil və ədəbiyyatımızın, ictimai-fəlsəfi fikrimizin, elm və incəsənətimizin zəngin irsinə aid çoxşaxəli tədqiqatlar aparılmış və dəyərli əsərlər nəşr etdirilmişdir. Elmdə inteqrasiya və identifikasiya məsələləri olduqca həssas yanaşma və dəqiq təyinatlaşdırma tələb edir. Məhz elə bu baxımdan Azərbaycan elminin inkişafı və səmərəliliyi Azərbaycançılıq ideyası zəminində formalaşmalı və bu istiqamətində inteqrasiya etməlidir. Başqa sözlə “qərbləşma”, “avropalaşma”, “ amerikanlaşma” kimi meyllər “Azərbaycançılıq ideologiyasının” bir tərkib hissəsi olan müasirləşmə paradiqması ilə islah edilməlidir. Tarixi təcürbə sübut edir ki dövlətin inkişafında ən aparıcı vasitə insan və mükəmməl kadr potensialıdır. Bu baxımdan elm siyasəti heç vaxt təxirəsalınmaz problem olaraq qarşıda durur. Taleyüklü hadisələrin istiqamətləndirilməsi, vacib vəzifələrin yerinə yetirilməsi və bu istiqamətdə ən mürəkkəb problemlərin həlli bilavasitə düşünən və tədbirli beyinlərin gərgin əməyi nəticəsində həll edilib və gələcəkdə də belə olacaq. Ona görə də bütün vəzifələrə və dövlət qulluqlarına yerləşdirilən vətəndaşlar elmi cəhətdən yüksək intellektə malik olan fədakar və könlü dolu, nəfsi tox insanlar olmalıdır ki, əhalinin dövlətə göstərdiyi etimadlar layiqincə doğurlsun. Zəruri səlahiyyətlərin verildiyi insanlar hər şeydən əvvəl elmi zəkaya, yüksək savada malik olmadıqda onların rəhbərlik etdiyi orqan və təşkilatlar da tədricən və ya yuvarlaqlıqla xeyli dərəcədə onların vəziyyətinə düşəcəyi şübhəsizdir. İntellektual resursların rəhbərliyinə, xüsusən elmin formalaşmasına, mütəmadi olaraq inkişafına və mühafizəsinə nəzarət üçün hər şeydən əvvəl mənəvi keyfiyyətləri zəngin, əxlaqi cəhətdən təmiz və savad, qabiliyyət nöqteyi-nəzərdən nisbətən daha mükəmməl nümayəndələr təyin edilməlidir. “Ümumiyyətlə məqsədəuyğun olardı ki, elm, təhsil və mədəniyyət sahələri, cəmiyyətimizin mənəvi-intellektual həyatı bir səlahiyyətli vahid mərkəzdən idarə olunsun və tənzimlənsin. Bu fərdi və kollektiv məsuliyyəti strukturdaxili və strukturlararası səmərəli birgəfəaliyyət,koordinasiya və özünütəşkilatlandırma imkanını xeyli artırar, ümumi fəaliyyət şəbəkəsinin bütövlüyünü, optimal-işgüzar konsolidasiyasını və dinamikliyini təmin edər. Belə bir mərkəzi orqan qismində, fikrimcə Azərbaycan Respublikası Prezidenti yanında İntellektual resurslar və İnsan kapitalı problemləri üzrə Dövlət müşaviri xidməti fəaliyyət göstərə bilər”. (5,91). Əslində elm siyasətinin qoyuluşu ölkənin daxili vəziyyətinin əsas göstəricisidir. Ona görə də elm siyasəti elə qurulmalı, təbii sərvətlərdən və intellektual potesialdan elə istifadə edilməlidir ki, informasiya texnologiyaları və infarmasiya cəmiyyəti bütün gücünü gənc nəslin müasir elmi biliklərin mahiyyətinə varmasına yardım etsin, onların düzgün dünyagörüşünü təmin etmə ixtidarında olsun. Hətta gənclərin xaricdə təhsil alması məsələsi formal bir xarakter almasın. Əslində bunun heç bir effekti də yoxdur. Əlbəttə xaricdə təhsil alan gənclər sırasında etimad doğrulda biləcək gənclər və ölkəyə mütəxəssis olaraq qayıdan insanlar var və bunu inkar etmək də olmaz. Lakin əslində bu həlledici amil deyil. Həm də ona görə ki xaricə ezam edilənlərin əksəriyyəti, bəlkədə böyük daha çoxu humanitar deyil, texniki (pul qazandıran) sahələr üzrə ixtisaslaşırlar. Ona görə də ölkənin özünün beyin istehsal edə biləcək bir sistemi olmalıdır.
1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə