AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu “Siyasi nəzərəiyyələr” şöbəsi




Yüklə 0.95 Mb.
səhifə1/12
tarix22.02.2016
ölçüsü0.95 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   12
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FƏLSƏFƏ VƏ HÜQUQ İNSTİTUTU

Siyasi nəzərəiyyələr” şöbəsi



MÜASİR AZƏRBAYCANDA

POLİTOLOGİYANIN AKTUAL PROBLEMLƏRİ

Bakı -2014

Kitab AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun “Politologiya və siyasi sosiologiya” şöbəsinin əməkdaşları tərəfindən 2014-cü ilin plan işi əsasında hazırlanmış və İnstitutun Elmi Şurasının 12.11.2014-cü il tarixli 11 saylı qərarı ilə çapa məsləhət görülmüşdür.

Elmi məsləhətçi: f.e.d. İlham Məmmədzadə
Mövzunun ümumi rəhbəri: f.e.d. Rəna Mitrzəzadə

Redaksiya heyəti: R.Mirzəzadə, Ə.Tağıyev, L. Mövsümova, Z. Ağayeva, T. Allahyarova, H.Həmidov, Ə.İbrahimov, Ş.Bağırov, Z.Əliyev, E.Əsədov, S.Həsənov.
Müasir Azərbaycanda politologiyanın aktual problemləri. Bakı: Təknur, 2014, s.

Kitab AMEA Fəlsəfə və Hüquq İnstitutunun “Politologiya və siyasi sosiologiya” şöbəsi əmək­daşlarının 2014-cü il plan işi əsasında pilot layihə kimi hazırlanmışdır. kollektiv əməyi nəticəsində ərsəyə gəlmiş “Müasir Azərbaycanda politologiyanın aktual problemləri” adlı topluda təqdim olunan elmi tədqiqat işləri “Azərbaycan - 2020: Gələcəyə baxış” inkişaf Konsepsiyası çərçivəsində yerinə yetirilmişdir. Topluda akademik Ramiz Mehdiyevin “ İkili standartların dünya nizamı və müasir Azərbaycan” məqaləsi üzərində düşünərkən araşdırmasında f.e.d. İlham Məmmədzadənin spesifik baxışları, Ümummilli lider H.Əliyevin və Prezident İ. Əliyevin xarici siyasət kursunun rolu barədə izahatları dünya siyasəti- multikulturalizm və dialoq kontekstində müasir Azərbaycanda yeni ailə modelləri, təhsilin inkişafı üzrə dövlət strategiyasının siyasi aspektləri, müasir Azərbaycanda azsaylı xalqların hüquqlarının müdafiəsi, turizm siyasəti dövlətin daxili siyasətinin tərkib hissəsi kimi, M.Ə. Rəsulzadənin siyasi publisistikası, avrasiyaçılıq ideyasının siyasi aspektləri, liderlik və siyasi elita: nəzəri-praktik yanaşma və s. bu kimi aktual siyasi problemlər tədqiqata cəlb olunmuşdur. Toplu mütəxəssislər və müvafiq fakultələrin tələbələri üçün köməkçi vəsait kimi istifadə oluna bilər.




Ön Söz

Müasir Azərbaycanın inkişaf strategiyasında baş verən əsaslı dəyişikliklər deməyə əsas verir ki, ölkəmizdə bu proses ictimai elmlərin, o cümlədən siyasi elmin çoxsaylı istiqamətlərinin qarşısında da böyük vəzifələr qoymuşdur. Məhz bu aspektdən son illərdə alimlərin elmi fəaliyyətində xüsusi istiqamət kimi respublikada politologiya elminin qarşıya qoyduğu vəzifələrin geniş təhlili durur. Belə mühüm addım Azərbaycan Respublikasının Prezidenti İ. Əliyevin 2009-cu il 04 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı” olmuşdur. Burada siyasi elmin müasir Azərbaycan cəmiyyətindəki rolu və qarşıda duran vəzifələr aktuallığına görə ön plana çəkilir.Məhz bu əsas verirdi ki, müasir politologiya elmi təkcə dünyadakı proseslərin Azərbaycana təsirini deyil, həm də dövlətimizin qarşıya qoyduğu strateji hədəflərin Azərbaycan reallıqları çərçivəsində - daha döğrusu inkişafın Azərbaycan yolunun fundamental səviyyədə öyrənilməsini zəruriləşdirir. Nəzər yetirək ki, uzun illər bu prosesin tədqiqi bir qədər diqqətdən kənarda qalmışdı. Təsadüfü deyildir ki, 2014-cü ildə Beynəlxalq Hümanitar Foruma növbəti dəfə ev sahibliyi edən Azərbaycan özünün iqtisadi, siyasi, milli-mənəvi, hüquqi sahədəki islahatlarının dünyəvi və toleriant əsaslara söykənməsini dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırdı. Bütün bunların fonunda bəşəri dəyərlərin qorunmasını və demokratik dəyərlərin siyasi inkişafla harmonyasının yaradılmasının elmi əsasları qarşıya qoyuldu. Prezident İlham Əliyev haqlı olaraq həmin forumda göstərdi ki, “ hec bir dövlət cəmiyyətdəki ictimai rəyə əsaslanmadan, xalqın tələbindən irəli gələn islahatlara düzgün yanaşmadan inkişaf edə bilməz. Dünyanın müasir vəziyyətində bu amil nəzərə alınmalıdır”. Məhz bu fikir demokratiyanın xalqın gücünə əsaslanmasını və bu halda dayanıqlı,effektli olmasını siyasi cəhətdən isbat edir. Bütün bunlardan irəli gələn vəzifələrin tədqiqi, sistemli elmi təhlili ücüncü hissə kimi “Müasir Azərbaycanda politologiyanın aktual problemləri” kitabında davamlı olaraq tədqiq edilir. Bu baxımdan Azərbaycan dövlətinin siyasi strategiyasının əsas mahiyyəti müasir mərhələdə gələcək hədəflərin müəyyənləşməsi sahəsində vacib məqamlarının elmi təhlili xüsusi önəm daşıyır. Problemin tədqiqinin Azərbaycan siyasi elmində aktuallıq kəsb etməsi davamlı olaraq bu tədqiqatların aparılmasına zərurət yaratmışdı. Belə ki, Prezident İlham Əliyevin müasir dünyanın siyasi proseslərinə baxışda modernləşmə xəttini ölkəmizin reallıqları kontekstindən tətbiq etməsi dünyanın qarşısına yeni sanballı tədqiqatlarla çıxmağa çağırış kimi qəbul edilməlidir. Diqqətəlayiq haldir ki, kitab “Siyasi nəzəriyyələr şöbəsinin (keçmiş “Politologiya və siyasi sosiologiya” şöbəsi) plan işi kimi “Müasir şəraitdə Azərbaycan cəmiyyətinin sosial-siyasi problemləri” kontekstində tədqiq edilən pilot mövzu ətrafında 2014-cü il ücün aparılan araşdırmadır. Təqdim olunan mövzu ətrafında məqalələri aşağıdakı adları çəkilən müəlliflər yerinə yetirmişlər: "İkili standartların dünya nizamı və müasir Azərbaycan" məqaləsi üzərində düşünərkən İlham Məmmədzadə (AMEA, F,H,İ. direktoru,fəl.e.d.) Multikulturalizm siyasəti: mədəni fərqlilik problemlərinə metodoloji baxış Rəna Mirzəzadə (“Siyasi nəzəriyyələr şöbəsinin müdiri, f.e.d.), Модернизация семьи в Азербайджане Лала Мовсумова (Глав. н. р., д.ф.н), Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyasının siyasi aspektləri Habil Həmidov (Baş e.i., f.d.), Avrasiyaçılıq ideyasının siyasi aspektləri Ziba Ağayeva (baş e.i.f. e.d), Liderlik və siyasi elita: nəzəri-praktik yanaşma Şahin Bağırov (böy.e.i., f.d.), Azsaylı xalqların hüquqlarının müdafiəsi dövlətin daxili siyasətinin tərkib hissəsi kimi Məmmədağa Sərdarov (a.e.i., f.d), M.Ə.Rəsulzadənin siyasi publisistikası (2 may,1903-16 avqust,1909) Yadigar Türkel (a.e.i., f.d.), Turizm siyasəti sosial siyasətin tərkib hissəsi kimi Sevinc Quliyeva (k.e.i.), Şahdəniz 2: Enerji strategiyasında yeni mərhələ Sənan Həsənov (f.d.), “Azərbaycan Respublikasında elm siyasəti” Ruşan Ruşanzadə (f.d), Müasir Azərbaycanda siyasi partiyalarla QHT-lərin qarşılıqlı münasibəti Nailə Əlicanova (k.e.i.), Azərbaycanda yeniyetmələr və gənclər siyasətinin sosial-siyasi aspektləri Rühəngiz Hacıyeva (k.e.i).

Giriş əvəzi

"İkili standartların dünya nizamı və müasir Azərbaycan" məqaləsi üzərində düşünərkən

Çoxhörmətli akademik, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin hər yeni əsəri fəlsəfə, tarix, ideologiya və beynəlxalq münasibətlər nəzəriyyəsinə bir töhfədir. Ciddi elmi işlərin qədir-qiymətini bilənlərinbu əsərləri gözlədiyini, onların yeni düşüncələrə, əvvəllər hamıya sanki məlumolan müddəaların yenitəfsirlərinə təkan verdiyini desəm, yəqin ki, bir sirr açmaram. Belə ki, yeni fundamental, böyük və ciddi məqaləsində də o, müasir beynəlxalq münasibətlər əzəriyyəsini zənginləşdirir, dünya siyasətinin əsas tendensiyalarına öz baxışını təklif edir,dünyanın indiki mürəkkəb vəziyyətdəolmasının – onun turbulentliyinin, burulğanlığının mümkün hədləri aşmasının, dəyişikliklərin yaxşılaşma və sabitlik əvəzinə yeni təhlükələr vəd etməsinin–səbəblərini mənalandırır. Eyni zamanda, məqalə diqqəti xüsusi olaraq, ilk növbədə,onunla cəlb edir ki, onda zəmanəmizin çox ciddi və mühüm çağırışlarından birinə– müasir beynəlxalq dominant qüvvə olan ABŞ ilə münasibətlərinnəyə doğru apardığı, hansı prinsiplər əsasında qurulduğu və necə qurulmalı olduğuhaqda suala – elmi cəhətdən əsaslandırılmış cavab verilir. Etiraf etmək lazımdır ki, yalnız bu suala cavab müasir dünya nizamı və müasir Azərbaycan siyasətinin prinsiplərinin bütövlükdə, tam olaraq mənasını, mahyyətini aça, Ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin xarici siyasət kursunun rolunuizah edə bilər.

Dünya nizamı mövzusunda mühakimə yeritməyə çalışan bir çox tədqiqatçılar onun mahiyyəti haqda suala cavab tapmaqda acizdirlər, çünki onlar ABŞ-ın dünya ilə nə etdiyini anlaya bilmirlər.Əvvəlcə bir çoxları belə hesabedirdiki, dünyatəlatüm içindədir, ABŞ isə özününböhrantənzimləmə siyasətiilə qeyri-müəyyənlikvəziyyətiniaradan qaldıra, yənivəziyyətin öhdəsindəngərlə bilmir.Amerikanın "danışanbaşlar"ı buvə yadigərməsələ üzrə dəfələrləgileylənirdilərki, “bax, görürsən, hadisələrqəfildənbaşının üstünü alanda, nə baş verir".LakinAmerika çoxvaxt qəflətən, hazırlıqsız yaxalanır, görünür, daimimüharibələr, qanvəinqilabların özməntiqivarvə onun ümidlərinəuyğundur. Akademik, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdə öz məqaləsindəelə məhz buməntiqiardıcılsurətdə açıb göstərir. O, çoxinandırıcı şəkildə vurğulayırki, dünyanın ən böyük dövlətinin bütün dünyada özmaraqlarıvarvə onlarınvə bizə bunu sübut edən siyasəti naminə bu dünyanı yenidən, başqa cür qura bilməsə də,onun böyük hissəsini dağıtmağa qadirdir. Bu məntiq birqütblü dünyanı da, ikilistandartları də, təcavüzkarayardımı davə bir çox başqa şeyləridə ehtivaedir.

Akademikiun bu mövzuda fikirlərinin əhəmiyyəti beynəlxalq münasibətlər və dünya nizamı haqqında mövzu çərçivəsindən çox-çox kənara çıxır, çünki onlar bizim ümumi gələcəyimiz xüsusunda bir çox suallara cavab verir. Eyni zamanda, onlar müasir şəraitdə istənilən güc və nüfuza malik dövlətlə münasibətlərdə yadların maraqlarına müqavimət göstərmək və öz xalqın və dövlətinin mənafeyini müdafiə etmək üçün müvafiq siyasətin aparılması prinsipləri barədə suallara da cavab verir. Bundan başqa, məqalədə beynəlxalq nizam və daxili siyasətkimi mövzular arasında əlaqələr göstərilir, ABŞ-ınısrarla yaydığı və konstitusyon demokratiya müqayisə edilir, bizim və bütün dünyanın 200 ildən çoxdur ki, nümunə saydığımız həmin maariflənmiş ideal Avropa demokratiyası ilə sanki demokratik hegemon ölkənin indi avtoritar tərzdə yaydığı demokratiya arasında fərqlər müəyyən edilir.

Həcminə görə kiçik yazımızda biz məqalənin aşağıdakı aktual aspektlərini yalnız qeyd etmək istəyirik: ABŞ və dünya təhlükəsizliyinin təhdid edilməsi, ona cavab kimi, beynəlxalq münasibətlərdə maraqların pariteti, postsənaye cəmiyyəti quruculuğunda Azərbaycanın strategiyası, bu strategiyanın həyata keçirilməsində Ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin rolu və töhfəsi. Bu kontekstdə yumşaq güc  anlayışınınvə bizim yumşaq gücsiyasətimizinyalnız ümumi mənasını açmaq; İ. Kantın hüquqi demokratiyası və ABŞ-ın ısrarla yaydığı demokratiya arasında bəzi fərqləri üzə çıxarmaq. Çoxhörmətli akademikimizin yeni ideyalarla zəngin əsərinə gələcəkdə də,xüsusən, məsələn, Azərbaycanda və dünyada milli məfkurə və demokratiya və vətəndaş cəmiyyətinin inkişaf təmayülləri, tarixi şəxsiyyətlərin siyasətdə rolu və bir çox digər bu kimi əhəmiyyətli mövzular tədqiq edilərkən, müraciət etməyin lazım olacağını düşünürük. Bu əsərdən sonra birmənalı şəkildə aydın olur ki, milli ideologiya məsələsi bizim şanlı keçmişimizə müraciət deyil, ilk növbədə, ölkənin qarşısına çıxan müasir təhdidlərin başa düşülməsi və təhdidlərə cavab axtarılması deməkdir və bu zaman keçmiş, onun dərk olunması onlara cavab verməyə yalnız kömək etməlidir.

Bu gün bir çox alim, siyasətçi, ictimai xadim, sadə vətəndaşları gələcəkdə dünyanın necə olacağı, onun taleyi haqqında sual həqiqətən də çox üzür. Eyni zamanda, aydındır ki,baş verən hadisələrinəksəriyyəti heç kəsi qane etmir, destruktivlik, dağıdıcılıq, zorakılıq həddən artıq çoxdur. Təəssüf ki, bu dağılma çox vaxt bizim yaxın ətrafımızda, bizim yanımızda baş verir. Çoxmöhtərəm akademikin yazdığıkimi, bu məsələlər üzərindədüşünərkən, o belə bir qənaətə gəlib ki, Yaxın Şərq və bütün dünyanın "yenidən formatlaşdırılmasında" "tətbiq edilməsi üçün yaxşı hazırlanmış texnologiyalar işlədilir".

Bu texnologiyaların arasında "idarə olunan xaos"un da, Cin Şarpın "198 qeyri-zorakı fəaliyyət metodu"nunda adları çəkilir. Diqqəti o da cəlb edir ki, "zor işlətməmə" texnologiyaları dünyada, bu və ya digər ölkədə zorakılığın daha çox olması üçün istifadə edilir. Akademik yazır ki, bu texnologiyar ABŞ tərəfindən fövqəldövlətin maraqlarına mane olan bu və ya digər dövlətlərə qarşı onları dağıtmaq məqsədi ilə sınaqdan çıxarılmışdır. Biz belə hesab etməyə öyrənmişik ki, ABŞ Sovet İttifaqını dağıdıb, bir çox ölkələrin müstəqilliyinin bərqərar olmasına kömək edib. Fəqət indi başa düşürük ki, ABŞ onu öz hökmranlığını qurmaq üçündağıdıb, həmin məqsədə nail olmaq üçün ABŞ yeni, sabit dövlətlərin təşəkkülünə mane olmağa hazırdır və həttaABŞ-nı istənilən dövlət qurumlarının acizliyi, zəifliyi qane edir. Akademik Ramiz Mehdiyev haqlı olaraq yazır ki, «"...rəngli inqilablar" istənilən regionda əmin–amanlıq üçün təhlükə yaradır və yalnız ABŞ-ın xoşu gəlməyən rejimləri onun nəzarət etdiyi hökumətlərlə əvəz etmək məqsədi güdür…». Buna görə də heç dəqəribə deyil ki, Şarpın "qeyri-zorakılığı" zorakılığa aparan yol olur. Onun prinsipləri Sovet İttifaqında tətbiq olunmuşdu və SSRİ dağıldı, sonra isə onu ərəb ölkələrində tətbiq etdilər və eyninəticə alındı.

Onlar tətbiqi ediləndən sonra (təbii ki, Şarpın özü tərəfindən yox) Şimali Afrikada, postsovet məkanında (məsələn, Ukraynada), Yaxın Şərqdə xaos və qeyri-sabitlik danılmaz fakt olub. Baş verənlərin idarə olunan xarakteri ilə rastlaşdığımız barədə çıxarılan nəticə üzərində düşünməyə və bu təhdidlərə necə cavab vermək lazım olduğunu müəyyənləşdirməyə dəyər. Təhlükənin özü ondadır ki, dünya çoxçeşidli və dəyişkəndir, ölkələr arasındakı münasibətlərin məzmunu müxtəlifdir, ABŞ isə özünün maraqları və dünyaya olan baxışlarına uyğun olaraq aləmin gerçəkliyini dəyişdirmək istəyirl. Məhzbuna görə, akademikin vurğuladığı kimi, ABŞ-ın xarici siyasətində ədalətsizlik və subyektivlik üstünlük təşkil edir. Bu subyektivliközünü dünya hegemonunun “yumşaq güc”ü necə başa düşdüyündə də göstərir.

"Yumşaq güc"ünmahiyyəti qarşı tərəfin maraqlarının nəzərə alınması, tərəflərin mənafeyinin uyğunlaşdırılması siyasətinə gətirib çıxara bilərdi, lakin əslində ABŞ onu dünyanın müxtəlif bölgələrində yalnız öz maraqlarının təmin edilməsi üçün xüsusi təsir vasitələri, "qeyri-hərbi vasitələr" kimi başa düşür. Bu cür vasitələrlə yeridilən müstəsnalıq demokratiyası təcrübədə əvvəllər sabitliyin hökm sürdüyü bir çox ölkəvə bütöv regionlarda münaqişələrin qızışdırılmasına gətirib çıxarır. "Yumşaq güc" müxtəlif bölgələrdə həm ölkələr arasında, həm də ölkələr daxilində onların hər birində ABŞ-ın mövqeyinin gücləndirilməsinə xidmət edən rəqabətə səbəb olur.

Dünyada bu təhdidlərə cavab vermək iqtidarında olan nadir dövlət və siyasətlərdən biri də elə məhz bizim Azərbaycan və onun liderlərinin siyasəti olmuşdur. Ramiz Mehdiyev müasir müstəqil Azərbaycanın möhkəm təməlini qoymuş, sabitlik, iqtisadiyyat və demokratiyaya əməl etməyi beynəlxalq birliyə ən yaxşı inteqrasiya yolu hesab edən Ümummilli lider Heydər Əliyev kursunun rolunu xüsusilə vurğulayır. O, qeyd edir ki, bu kursu Azərbaycanda postsənaye cəmiyyətinin quruculuğu strategiyasını seçmiş, əslində, ABŞ vədemokratik Avropanın baniləri tərəfindən əsası qoyulmuş elə həmin prinsipləri tətbiq edərək Prezident İlham Əliyev davam etdirir. Dünyada bu cür dövlətlər nə qədər çox olarsa, dünya bir o qədər вэ sabit olar. Əlbəttə, dünyada bu və ya digər dərəcədə güclü dövlətlər həmişə olacaq, lakin onların arasındakı münasibətlərdə sabitlik və paritet mütləq olmalıdır. Azərbaycanın daxili və xarici siyasəti və iqtisadiyyatı da elə məhz bunun yaradılmasına, bərqərar edilməsinə yönəlib. Hətta ən güclü və ən böyük dövlət belə bu dövlətlərin maraqlarını nəzərə almalıdır. Ramiz Mehdiyev qeyd edir ki, Azərbaycan tarazlaşdırılmış xarici siyasətini davam və uğurla inkişaf etdirir və dünyaya ardıcıl surətdə göstərir ki, ayrı-ayrı fövqəl dövlətlərin maraqlarının yayıcısı deyil, hadisələrin qiymətləndirilməsi və beynəlxalq problemlərin həllində müstəqil yanaşmanı əldə rəhbər tutur, beynəlxalq hüquq normaları və ölkənin maraqlarından çıxış edir.

Çoxhörmətli akademik yazır ki, "Azərbaycan üçün postsənaye cəmiyyəti gələcəyin iqtisadi sistemi deməkdir. Lakin bu gələcək üçünsonradan istifadə olunacaq ciddi ehtiyatlar bu gün yaradılır: milli innovasiya sistemi formalaşır...". Elmin inkişafına, insan kapitalının bərpasına diqqətyetirilir, sosial münasibətlərin yeniləşdirilməsi gedir, cəmiyyətin kreativ qüvvələrinin əhəmiyyəti artır. Eyni zamanda, bu tərəqqi Azərbaycanda vətəndaş cəmiyyətinin də inkişafını nəzərdə tutur, ölkədə hüquqi dövlət və cəmiyyətin formalaşdırılması sahəsində ciddi islahatlar həyata keçirilir. Müəllif həmçinin vurğulayır ki, milli vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı bəzi məsələlərdə Azərbaycan Avropanı qabaqlayır. Söhbət tolerantlıq və multikulturalizmdən gedir. Akademik qeyd edir ki, hər bir vətəndaşın konstitusiyon hüquq və azadlıqlarının qorunduğuna təminat verərək Azərbaycan müxtəlif dini və milli mənsubiyyəti olan insanların dinc yanaşı yaşayışını təmin edib və əhalisinin böyük əksəriyyəti İslam dininə etiqad etsə də dünyəvi dövlət olaraq qalmaqdadır.

Ölkədə vətəndaş cəmiyyətinin inkişafı barəsində düşünərkən, akademik bəzən yeni nəsil "beşinci kolonna (dəstə)" rolunda çıxış edən «qeyri-hökumət təşkilatları”nın (QHT)» fəaliyyətinə toxunmaya və onu qiymətləndirməyə bilməzdi. O qeyd edir ki, çox vaxt ABŞ-ın yaratdığı QHT nümayəndələrinin hətta ağlına belə gəlmir ki, onlar xoşagəlməz, pis bir rol ifa edirlər, onların özü və verdikləri informasiyadan «...onların öz ölkəsində sabitliyin pozulması məqsədilə istifadə edilir». Məqalədə həmin QHT-lərin maliyyələşdirildiyi korrupsiya sxemləri, onların qeyri-şəffaflığı və başqa dövlətin maraqlarını həyata keçirən "təsir agentləri" qismində çıxış etdikləriinandırıcı şəkildə göstərilir. Burada əsas məsələ ondan ibarətdir ki, ABŞ qeyri-hökumət təşkilatlarını Azərbaycanda sabitliyi, ölkənin uğurlu inkişafının, onun öz mənafeyini müdafiə etməsinin rəhnini pozmaq üçün maliyyələşdirir.

Əsərdə Vaşinqtonun xarici sponsorların köməyi ilə Azərbaycanı Amerikanın tələblərinə uyğun olaraq fəaliyyət göstərməyə məcbur etməyə çalışdığını inandırıcı şəkildə sübut edən çoxsaylı misallar gətirilir. Belə çıxır ki, Vaşinqtonun vətəndaş cəmiyyətibarədə, QHT-lərin fəaliyyəti haqqındakı mülahizələri ölkəmizə yad olan maraqların gerçəkləşdirilməsi üçün "kodlaşdırılmış dil"dir. Lakin bu, milli vətəndaş cəmiyyətinin inkişafından imtina etmək üçün səbəb deyil. Buna görə də, Ramiz Mehdiyevin bildirdiyi kimi, mütləq milli olmalıvətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyinin göstərilməsi qəbahət deyil. ABŞ çox vaxt qeyri-hökumət təşkilatlarına təsirindən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə mane olmaq məqsədilə istifadə etdiyi üçün bütün bu düşüncələr xüsusi əhəmiyyətə malikdir. Burada Konqresdəki erməni lobbisinin apardığı iş də öz rolunu oynayır, amma görünür ki, çox zaman ABŞ öz gücünü Azərbaycanın mövqeyini, onun dünyada nüfuzunu zəiflətmək üçün istifadə edir.

Bu kontekstdə Azərbaycanın birmənalı surətdə ölkədə demokratiyanın inkişaf etdirilməsinə tərəfdar olduğunun çox böyük əhəmiyyəti vardır. Amma bu demokratiya ölkənin maraqlarına, onun ənənələrinə uyğun, onun təcrübəsini əks etdirən və onun konstitusiyon quruluşu çərçivəsində mövcud olmalıdır. Demokratiyanın ölkənin hüquq rejiminin pozulması vasitəsi ilə hər cür həyata keçirilməsi isə təhlükəlidir, çünki onun hüquqi əsaslarını dağıdır. Çoxhörmətli akademik bu məsələnin araşdırılması üçün böyük Avropa mütəfəkkiri, maarifçisi və moralistiİ. Kantın irsinə müraciət edir. Demək lazımdır ki, Kantın nəzəriyyəsi fəlsəfə və siyasi elmlərdəəvvəlki kimi məşhur konsepsiyalardan biridir. Avropa demokratiyalarının təməli onun tezisləri əsasında ucaldılıb. Və məhz Kant "üsyan"ıböyük bir ədalətsizlik kimi təkzib edir. "Hüquq prinsipinin" pozulması, mütəfəkkirin fikrincə, ən böyük ədalətsizliyə səbəb olur: yüksək ideallar naminə daha da böyük şərə, anarxiyaya gətirib çıxaran hadisə baş verir. İndiki "rəngli inqilablar", son illər Ukraynada baş verən hadisələr Kantın bu tezisini inandırıcı surətdə sübut edir.

Yekun olaraq vurğulamaq istərdik ki, şübhəsiz, akademik, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsində qaldırılmış bu məsələlərin araşdırılması davam etdirilməli və təcrübədə tətbiq olunmalıdır. Bu, xüsusilə "cazibə mərkəzi", Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü milli ideya, milli birlik,həmrəylik, vətənpərvərlik və onu idarəetmək sənətihaqqında mövzuya daxil olan bütün hər bir şeyə aiddir. Sonda İlham Əliyevin güclü hakimiyyətinin vəzifəsi haqqındakı yalnız bir təyinedici tezisə diqqət yetirmək istərdik, o, bu cür mənalandırılır: zamanın, dövrün bütün şərait və vəziyyətini özünə tabe etmək, onlardanölkə üçün maksimum fayda götürmək. Prezident İlham Əliyevin son 10 il ərzində göstərdiyi fəaliyyət inandırıcı şəkildə sübut edir ki, tarixdə şəxsiyyətin rolu böyük və danılmazdır.
İlham Məmmədzadə

AMEA Fəlsəfə və Hüquq İnstitutunun

direktoru

Multikulturalizm siyasəti: mədəni fərqlilik problemlərinə metodoloji baxış

XXI əsrdə multikulturalizm ifadəsi bir sıra elmi araşdırmaların yeni bir istiqaməti kimi aktuallaşmışdır. Mahiyyətcə bu təhlillərin motivini həm empirik nəzəriyyə, həm defakto təcrübə, həm mədəni tarix, həm deyure hüquq, həm də real siyasət və ictimai prosesə yanaşma fəlsəfəsinin metodu təşkil edir. Burada da məhz interdisiplinar tədqiqatlar nəticəsində interkultural və intermilli dialoq kreativ mühakiməsində daha üst səviyyədə yer alan dəyərlər sistemi müəyyənləşir. Zümrüd Quluzadə yazdığı kimi: “ mədəniyyətin inkişafında onun coğrafi mövqeyi, təbii zənginliyi, tarixən yüksək şəhər mədəniyyəti, daim müxtəlif dil və din daşıcıyıları olan regionlarla əlaqələrin mövcudluğu mühüm rol oynamışdır.

Multikulturallıq problemlərinin nüvəsi konkret milli eyniləşmənin təşviqində müxtəlif identiklərə rast gəlinməsi ilə aydınlaşır. Ümumilikdə isə diqqətə yetirək ki, milli mədəniyyətlər daima qarışıq mədəniyyətlərin cəmlənməsinin tarixi yekunu kimi təşəkkül tapıbdır. Digər bir tərəfdən isə, XXI əsr dünya siyasi mənzərəsi özü mədəni müxtəlifliyin təzahürüdür və qloballaşan dünyanı vahid bir mədəniyyətlə “zəncirləmək” artıq əsas mümkün də deyildir. Dünyanı bir “tufan” kimi bürüyən qlobal mədəni proseslər bəşəriyyət önündə bir aksioma yaratmışdır: bu həm fərqli - müxtəlif mədənilik - yəni multikulturallıq, həm klassizm - arkaiklikləşmə, bu həmçinin müxtəlif mədəniyyətlərin ya toqquşması, ya qovuşması, bəzənsə çarpazlaşması, qisməndə identifikasiyasıdır. Belə ki:

- Multikulturalizm problemlərinin aktuallaşması onun ictimai elmlərin müxtəlif istiqamətləri üzrə araşdırılmasını da zəruriləşdirmişdir. Bu nöqteyi – nəzərdən İlham Məmmədzadənin yazdığı kimi: “ Müəyyən dərəcədə multikulturalizm problematikasının bütün aktuallığını dərki bizim üçün onunla izah oluna bilər ki, onun dövlətlərarası münasibətdəki kəskinliyi ilə biz hələ XX əsrin 80-cı illərində, keçmiş Sovet İttifaqında millətlərarası münaqişələrin millətlərarası münasibətlərdə hər şeyin qaydada olmadığını və beynəlmiləlçiliyin bu “qaydasızlığın” həlli üçün kifayət olmadığı aşkarlananda rastlaşmışdıq. Aydın oldu ki, millətlərarası münasibətlər təkcə şaquli münasibətlərə müncər edilməməlidir və ictimai şüur millətlərarası münasibətlərin inkişafına öz anlamını daxil edir.”

Mədəni müxtəliflik, mədəniyyətlərin qarışması, identikliyi, hətta toqquşması belə qloballaşma prosesində həm də mədəniyyətlərin bir-birinə vəhdətdə qarşılıqlı təsiri faktorunuda da meydana çıxartmışdır. Bu baxımdan Bakı III Humanitar Forumunda Prezident İlham Əliyevin də söylədiyi kimi: “Bu gün Azərbaycanda çoxmillətli, çoxkonfessiyalı cəmiyyət mövcuddur. Bu bizim böyük sərvətimiz, böyük dəyərimizdir... XXI əsrdə multikulturalizmə alternativ yoxdur. Əlbəttə ki, biz XXI əsrdə ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamofobiya kimi xoşagəlməz meyillərə biganə yanaşa bilmərik. Ona görə multimədəniyyətli cəmiyyətlərin formalaşması, bu ideyaların tətbiqi hesab edirəm ki, hər bir məsuliyyətli siyasətçinin, ictimai xadimin fəaliyyətinin tərkib hissəsi olmalıdır”.

Nəzərə yetirək ki, hər bir mədəni məsələnin təhlili həm də fənnlərarası və fənnlərqovuşuğu xarakterə malikdir. Bu baxımdan da multikulturalizm problemlərinin tədqiqinin metodoloci yanaşması bir sıra məsələlərin açıqlanmasını zəruri edir: Belə ki:

1) Problemin tədqiqi Prezident İlham Əliyev deyimi ilə yanaşsaq, “Multikulturalizm Azərbaycanda həm də dövlət siyasətidir” məntiqinə söykənir və movzunun həm ideoloci siyasi proseslər nəzərindən aktuallığını, həm də metod və metodologiyasının da tədqiqinin vacib əhəmiyyət kəsb etdiyini diqqətə yetirməlidir;

2) Mədəni müxtəliflik problematikasına kompleks (lat sözüdür- əlaqə dem.) yəni, bir vəhdət təşkil edən və ya hadisələrin məcmusu kimi yanaşılmalıdır;

3) Multikulturalizm problemlərinin elmi – nəzəri təhlilində onun çoxşaxəli istiqamətləri – siyasi və geosiyasi tarixi, fəlsəfi, sosial hüquqi, iqtisadi, beynəlxalq, mənəvi, dini, dilçilik və s. müəyyənləşdirici aspektlər vardır;

4) Multinatsiya – multimillət mədəni müxtəliflik problemlərinin özünün eyniyyətin, oxşarlığın, fərqliliyin mədəni aspektlər çərçivəsində vəhdətinin yeni yanaşmadan dərkini şətrləndirir;

5) Dəyişən və yeniləşən dünyanın dəyişən və təzələnən mədəniyyətləri, dünənlə bu gün zaman məhvərində insanların fərqli mədəniyyətlərə, fərqli yaşam tərzinə qarşı artıq “hörmət, ünsiyyət və tolerantlıq” düsturu siyasətində multikulturallığın formalaşması və bu identikliyi anlamasını zəruri edən düşüncənin, münasibətin vəhdəti yollarının da aydınlaşdırılması günün tələbidir.

6) Qərb və Rusiya ictimai elmində mövzunun araşdırılması istiqamətində xeyli tədqiqatlar mövcuddur. Bu sahədə emprik baxımdan öyrənilən hətta müxtəlif dövlətlərin özünəməxsus Dövlət modelləri də vardır. Yəni ki, milli eyniliyin formalaşması nəticəsi hər hansı millətə onun aidiyyətiyliyinə olan münasibətin pozitiv yönə dəyişməsi problemidir. Məhz bu modellərin və fərqli mənsubluğun öyrənilməsi metoduna da yeni dərk, yeni anlamdan yanaşılması vacibdir;

7) “Etnos” (yunan sözü “xalq”) yəni əhalinin çoxluğunu – milli çoxluğu və milli azlığı əks etdirir. Eləcə də burada “millət” terminini bir-birindən həm ayırmaq, həm də ümumi vəhdətdə multimillət milli çoxluq və milli azlıqların hüququna bərabərhüquqluq kontekstindən yanaşma aspektində tədqiq etmək lazımdır. “Millət – İnsan birliyinin tarixən təşəkkül tapmış və xalqı əvəz etmiş forması, insanların yeni sosial və beynəlmiləl birliyidir. Millət üçün ilk öncə maddi həyat şəraitinin: ərazi və iqtisadi həyatın ümumiliyi, dil ümumiliyi, milli xarakteri onun mədəniyyətinin milliözünə məxsusluqda təzahür edən müəyyən cəhətlərinin ümumiliyi xasdır. Millət xalqa nisbətən geniş birlik mənasında işlədilir”. Milli etnosun keçmiş tarixi, adət-ənənələri, tarixdə özünün qurduğu müəyyən dövlət formaları olmuşdur. Müxtəlif mədəniliyi ehtiva edən etnosların birqəyaşayış həyat tərzi normal haldır. Belə ki, Azərbaycanda yaşayan ləzgi də, avar da, talış da, özünü azərbaycanlı kimi təqdim etsə də, yenə də milli azlıq kimi vətəndaşlıq statusunu özündə saxlayır. Çünki, vətəndaşlıq özü mədəni, dini, cinsi, etnik fərqləri özündə ehtiva edən siyasi və hüquqi normadır. Bu baxımdan da bu kimi halların metodoloci yanaşmadan öyrənilməsi də hər millətin, hər etnosun bir vətəndaş kimi hüququn hörmət kəsb edir. Bu nöqteyi – nəzərdən İlham Məmmədzadənin fikirlərinə diqqət yönəldək. O yazır: “Maraqlıdır ki, tarixdə fransızlar və almanlar etnik baxımdan, sonradan bir çox milli mədəniyyətlərin yaranmasına impuls verəcək vahid etnos təşkil edirdilər. XIX sərin sonunda fransızlar Fransada yaşayan yəhudiləri fransız vətəndaşları kimi qəbul etdilər və s. Başqa sözlə, milli identikliyin formalaşması problemi bu və ya digər millətə kimlərin aid olmasına münasibətin dəyişməsi prosesini ehtiva edir, “etnos” və “millət” anlayışları bir-birindən fərqlidirlər, vətəndaşlıq təkcə siyasi-hüquqi anlayış deyildir və o özündə mədəni, dini, etnik fərqləri birləşdirir və s. Qloballaşma prosesləri mədəniyyətlərin qarşılıqlı təsiri proseslərinə yeni çalarlar gətirməklə, eyni zamanda onları kəskinləşdirirdi. Xatırladaq ki, F.Fukuyama hesab edirdi ki, demokratiya “tarixin sonuna” gətirib çıxaracaq və ideoloci toqquşmalar dövrü bitəcəkdir. Həqiqatdə isə ideoloci toqquşmalar, dövlətlərarası münaqişələr bütün dünyanı başına aldı. Təsadüfi deyil ki, yeni imperializm və yeni millətçilikdən danışılır, fransızlar ərəb mənşəli fransızlardan, Rusiyada “qafqazlılardan” narazıdırlar, Ermənistan da nəyin bahasına olursa olsun “mədəniyyət və qanının təmizliyini” qorumağa çalışır”.

8) Mədəni fərqliyin multidissiplinar fənnlərdə öyrənilməsində əsasən nəzəri – metodoloci istiqamətdə beş kontekst metodlaşır; 1)faktoloci tarix + 2)etnomədəniyyət + 3)etnosiyasət + 4)qanunvericilik + 5)konkret sosioloci araşdırmalar;

9) Mədəni oxşarlıq və fərqliyin müqayisəli təhlili etnosiyasi elmin də vacib predmetidir. Yuxarıda qeyd etdik ki, multikulturalizmlə bağlı müxtəlif dövlətlərin modelləri vardır. Bu, yanaşmadan da müqayisəli sosiosiyasi və sosioloci tədqiqatların aparılması vacib əhəmiyyətlidir. M. Martin “İrq və etnik münasibətlər: Amerika və Qlobal Perspektivlər” əsərində cəmiyyətdəki mədəni müxtəlifliyin iki səbəbini açır. Birinci - mədəni azlıqlar dominant mədəniyyətə assimiliyasiya olunmaq istəmir: cəmiyyətdəki dəyərlər, normalar, ənənələr və dünyagörüşü sisteminin inkar edir. Buna əvəz, öz inam və etiqatlarını, adət-ənənələri və mədəni müəyyənləyini (identikliyi) müdafiə edir. Məs. inkişaf etmiş Qərb və Amerikada “ mədəni azlıqlar” və ya “etniklər” öz “grup” sərhədlərini saxlamaqla, siyasi və iqtisadi həyatda sərbəst iştirak etmək təminatı alır. Həmin ölkələrin qanunvericilik orqanları, sosial siyasəti, azlıqları diskriminasiyadan müdafiə edir. İkincisi, əksər hallarda mədəni müxtəliflik davam edir, çünki cəmiyyətin dominant qrupları öz hakimiyyət və imtiyazlarını müdafiə etmək məqsədilə azlıqları ayırmağa və bərabərsiz vəziyyətdə saxlamağa “çalışır”.

10) Multikulturallıq, mədəni müxtəliflik və s. bu kimi anlayışların da izahının açıqlanması zəzurətidir. Bu çərçivədə mədəni müxtəlifliklə bağlı tətqiqatlar həm də fəlsəfi terminlərin kateqorial aparatından istifadə etməklə multikulturalizmin də kateqorial sahəsinin yaranmasına kömək edər.

11) Multukulturallığın xüsusiyyətləri, onun dinamikası, inkişaf təzahürləri də metodoloci yanaşma baxımından öyrənilməlidir. Belə ki, mədəni müxtəlifliyə baxmayaraq, bir sıra ümumi dəyərlər, inam və etiqadlar insanlararası birləşdirici rola malikdir. Demək, mədəni inteqrasiyada həmişə əhalinin, gəlmənin miqrantın sıxlıq problemi olur. “Mədəni inteqrasiya hər bir cəmiyyətin tarix boyunca nə dərəcədə müxtəlif və yaxud homogen (eyni, yekcins) olmasından asılıdlır. Yüksək dərəcədə heterogen (müxtəlif) və zəif inteqrasiya olunmuş mədəniyyət daxili ziddiyyətlərə malikdir. Deməli, müxtəliflik mədəni inteqarasiyanı zəiflədə və ya azalda bilər, həmçinin yaradıcılıq və seçmə azadlığın mənbəyi ola bilər”.

12) Qlobalizm prosesləri mədəniyyətlərin də qütbləşməsi, regionlaşması, lokallaşması, hətta “qitələşməsi” (məs: Avropa mədəniyyəti, Asiya mədəniyyəti və s. ) hallarını yaradır. Təbii ki, məhz bu zaman mədəniyyətlərarası Dialoq əsas vasitə, əlaqə metod olur. Bu zəmində isə, identiklik, differensasiya, inteqrasiya, urbanizasiyalaşma və s. hallar da törəyir. Məhz bu kimi səbəblərin yaratdığı nəticənin təhlilə ehtiyacı vardır.

13) Dini dözümlülük və dini dözümsüzlük, kontekstində etnodil fərqi, irqi mənsubluq, cinsi mənsubiyyət, etniklik zəminində milli çoxluq və milli azlıq kimi təzahürlərin də təhlili ictimai elmlərin yeni metodoloci istiqaməti kimi zəruridir;

14) İKT-nin sürəkli inkişafı, “feysbook” millətinin, “sosial şəbəkə etnikliyi”nin və “odnoklassniki” xalqlarının yaranması da multikulturallığın konkret elmi yanaşmalarla izahına olan ehtiyacı aktivləşdirir; Bu baxımdan Z. Bcezinskinin qeyd etdiyi kimi:“Çoxmillətli şirkətlər, qeyri-dövlət təşkilatları (onların bir çoxu öz xarakterinə görə transmillidir) və elmi birliklər tərəfindən hörülmüş və internet sistemi sayəsində daha yüksək dərəcədə inkişaf etdirilən bu tor-şəbəkə artıq özü-özlüyündə qeyri-rəsmi dünya sistemi yaradır ki, bu sistem qlobal miqyasda daha nizamlı və hər şeyi əhatə edən əməkdaşlıq üçün əlverişli zəmindir”.

15) Mədəniyyətlərin dialoqu özü XXI əsrdə siviliyazsiyaların toqquşmasını önləyən bir proses kimi elmi tədqiqatlara da sürəklə daxil oldu. Çünki, submədənilik özü də “yad” mədəniyyətlərinin barış və anlaşma “sazişində” hörmət və tolerantlıqı qarşılıqlı “təmas sərhədi” kimi saxlayır. Məhz belə metoddan da bu kimi yanaşma tərzləri təhlil olunmalıdır;

16) Vətəndaşlıqda din, etniklik, təhsil, peşə, cins, hətta ailə həyatı da, (subay və evlilik) mədəni fərqlilikdə onun stereotiplərini adaptasiya edə bilər., bəzənsə buna gücü çatmaz. Sosium və KİV öz yerində, elmi baxımdansa məhz sosial yönlü tətqiqatlar bu kimi halları tədqiq etməlidir.

17) Müxtəlif ölkələrdə məskunlaşan, həmvətənlərin yaşadıqları mühitdə öz vətəndaşlığını, dinini hifz etməsi (bəzən xristianlığı, bəzən islamı qəbul etmə halları da mövcuddur) kimi məsələlərin də metodologiyası öyrənilməlidir. Bunu isə konkret sosioloci tədqiqatlarla, izah etmək daha məqbuldur.

18) Multikulturalizm problemlərinin empirik - nəzəri tədqiqinin metodunun təhlili həm də ölkənin Birinci Xanımı Mehriban Əliyevanın təbirincə desək: “Görəsən, sivilizasiyalara, xalqlara və ayrı-ayrı insanlara bir-birini eşitməyə, anlamağa nə mane olur və nə kömək ola bilər” tezisində açıqlanmalıdır.

Beləliklə, “mədəni azlıqların ümumi bölüşdükləri və dominant mədəniyyətdən fərqləndirməkdən ötəri istifadə etdikləri fərqli normalar, dəyərlər, bilik, dil və simvolların məcmusu sub-mədəniyyət” adlanaraq, problemin məhz multikulturallıqla vəhdətdə şərhinə yol açır.

Sub-mədəniyyətin mövcudluğu müəyyən dərəcədə, adamların sub-mədəni qrupla identifikasiyası ( eyniləşdirilməsi) çox vacibdir və onların digər identifikasiya formaları da ola bilər. Həmçinin, bilavasitə - üzbəüz və dolayısı yəni KİV vasitəsilə ünsiyyətin olmağı vacib şərtlərdəndir. Bu baxımdan submədəniyyətlər somvolik qarşılıqlı fəaliyyətin (inteqarasiyanın) məhsuludur.

Nəzərə yetirək ki, etnik və dini qruplar submədəniyyətlərin yeganə istinadı deyildir. Qeyd edək ki, peşə, sosial iqtisadi, yaş, cins və s. qruplar da submədəniyyətlərdə aktiv iştirakçıdır. Belə ki, burada gərginlik çox zaman submədəniyyətlərin dominant mədəniyyətin norma və prinslərini qəbul etmədiyi üçün meydana çıxır.

Dominant grup submədəniyyətləri deviant mədəniyyət, yəni dominant norma və dəyərlərdən qoparılmış grup kimi qəbul edir. Bəzənsə submədənilik, üstün mədəniyyətlər fərqləndirici motivə yox, süurlu sürətdə üstün mədəniyyətin norma və dəyərlərinə qarşı yönəlir. Bu isə elmdə kontr-mədəniyyətlər, yəni dominant mədəniyyətin əksi olan cəhətdir. Qeyd edək ki, kontr-mədəniyyətlər dominant mədəniyyəti dəyişəcək tək metod deyildir, burada digər üsullar da ola bilər.

Belə ki, çoxfikirliliyin mövcud olduğu cəmiyyətdə sub və kontr – mədəniyyətlərə qarşı tolerantlıq vacib faktordur. Bir məsələni də, qeyd edək ki, Qərb mədəniyyəti hazırki zamanda da cəmiyyətin strukturlaşmasında universal model olaraq sosial, ictimai inkişafın vahid metodu, forması məzmununu itirmir.

Qərb öz adət-ənənəsini, inam və dəyərlərini, mədəni qaydalarını dünya klassik mədəniyyətinin əsas tərkib hissəsi kimi təqdim edirək. Həm də bunun vahid pozitiv bir mədəniyyət olduğunu vacib sayır. Qeyd etdik ki, Qərb mədəniyyəti cəmiyyətin strukturunun universal modeli və sosial tərəqqinin metodu hesab edilir. Avropa mədəni modelinin dominantlığı, liderliyi, yüksək tərrəqqi simvolu olması təbiidir. Dünyada gedən müasir sosial inkişaf prosesi özü bu halı yaradır. Avropa mədəniyyətinin əsas yolu və qaydası – modern demokratikləşmə, sosial ədalət, insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaş cəmiyyəti quruculuğu, hüquqi dövlət, qanunların aliliyi və s. humanist prinsiplərdir. Qərb mədəniyyəti təbii ki, Asiya, Afrika, Şərqlə müqayisədə məhz yuxarıda sadalanan paradiqmalarına görə dominantdır. Bu sıraya həm də müasir elm və İKT-nin yüksək texnogen inkişafını da aid etmək vacibdir. Bu baxımdan da hər bir mədəniyyətə konkret çıxış yolu və həmin mədəniyyətin tam dərki üçün həmin mədəniyyətin öz xüsusi anlayış və terminlərini, inkişaf etdiyi sosial mühiti, mədəniyyət təmsilçilərinə sosial qüvvələrin təsir imkanlarını, mədəniyyəti formalaşdıran və ondan istifadə edənlərin (fərd və həssas, sosial grup, sosial və siyasi təşkilatlar, etnos, etnik, millət, xalq və s.) psixologiyasını bilmək vacibdir. Bu konsepsiyaya – mədəni relyativizm deyilir. Mədəni reylativizm də hər, mədəniyyətin bu və ya bir hissəsi konkret zaman, məkan və mühit çərçivəsində məzmuna malik olur. Belə şəraitdən uzaqda isə mədəniyyətin tərkib hissələri təhrif edilə bilər. UNESKO-nun “Mədəni”müxtəliflik üzrə Universal Bəyənnaməsi"nə əsasən, hər bir mədəniyyət cəmiyyətə xas olan intellektual nailiyyətlərlə, yanaşı, mənəvi, maddi və emisional əlamətlər məcmusudur. Xüsusilə mədəniyyət millətin həyat tərzində, “birgəyaşayış bacarığında” və ənənələrindədir. Bu baxımdan mədəni hüquqlar siyasi mifologiyanı, digər xalqın torpaqlarına və mədəni irsinə iddiaları inkar edir, etnik təmizləmə prosesini və assimilyasiya siyasətini, ksenofobiyanı və mədəni relyativizm adı ilə insan hüquqlarının pozulmasını qəbul etmir. Multikulturalizm mədəni müxtəliflikdən irəli gələn mədəni pluralizm və tolerantlığı, mədəni hüquqların qorunmasını əsas götürür.

Mədəni relyativizm özü də bir metodologiya olaraq fərqli mədəniyyətləri dərk etməli və öyrənməlidir. Belə ki, mədəni relyativzm təkcə dərk etməkdir, onu qəbul etmək və ya etməmək həmin anlayışın mənasına aid deyildir. Bu aspektdən yad mədəniyyətin dərki həmin mədəniyyəti necə qiymətləndirib fərqləndirməkdir. Mədəni relyativizm və etnosentrizm arasındakı olan ağırlıq mədəni assimilyasiya və mədəni müxtəliflik arasında olan gərginliklə çox əlaqəlidir. Mədəni relyativizm müxtəlif submədəniyyətlərə qarşı tolerantlıq olub, mədəni fərqliliyə yol verir. Etnosentrizm özünü üstün sayan qrupları öz norma və dəyərlərini başqalarına qəbul etdirməyə cəhd edən mədəni assimilyasiyanın inkişafına stimul yaradır. Təbii ki, qruplar arasında bağlılıq qismən olsa da, etnosentrizm assimilyasiya ilə bağlı deyil və bu ayrilma - separasiya ilə bitər. Assimilyasiya və müxtəliflik, mədəni relyativizm və etnosentrizm arasında gərginliyin həllində qızıl ortanın onlar arasında yaradılmasını zəruri edir. Mədəni cəhətdən çox az heterogen yəni müxtəlif olan cəmiyyət tapılar ki, bütün submədəni fərqlərə qarşı ya tam etnosentrik, yaxud tam tolerant münasibət göstərmiş olsun.

Sözlər


  • Mədəni Müxtəliflik – fərqli həyat tərzinə malik fərd, şəxsin etnos və millətin cəmiyyətdə qayda, dəyər, bilik, din, dil və tərzlərinin məcmusunu göstərir.

  • Assimilyasiya – submədəniyyətə malik üzv və ya gəlmələrin fərqli mədəni simvollarının dəfi yaşam tərzinin dominant mədəniyyətə qovuşması

  • Kontr – mədəniyyət üstün ya əsas mədəniyyətin qaydalarına inanmama onu dəyişdirməyə sövq edən qrupun mədəni qayda, dəyər, münasibətlərini və mentallığıdır.

  • Mədəni inteqrasiya - mədəniyyət tərkiblərinin tamlıq dərəcəsini göstərir.

  • Mədəni revyatilizm - mədəniyyətin hər hansı bir hissəsini tam mədəni çərçivəyə münasibətdə, faktik məkan, zaman və mühitlə şərh edən nəzəri aspekt.

  • Multinasiya – multimillət mənasını verir.

  • Dominant mədəniyyət – müəyyən qrupun dəyərləri, münasibətləri, norma, ənənələri və dünyagörüşünün tam olaraq sosiuma daxil edilməsidir.

  • Etnosentrizm – hər bir mədəniyyətin ən yaxşı ya ən düzgün olduğunu və digər mədəniyyətləri bu yanaşmadan müqayisə edən nəzəri baxış

  • Bilik – zaman-zaman cəmləşən fakt və inamla
  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə