AZƏrbaycan memarliq və İNŞaat universiteti İNŞaat materiallari kafedrasi iNŞaat materiallar və MƏmulatlari fəNNİNDƏN




Yüklə 130.71 Kb.
tarix30.03.2016
ölçüsü130.71 Kb.
AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ

İNŞAAT MATERİALLARI KAFEDRASI

İNŞAAT MATERIALLAR VƏ MƏMULATLARI FƏNNİNDƏN

FƏNN PROQRAMI (SİLLABUS)

Qrup: № 673a

BAKI─2015

AZƏRBAYCAN RESPUBLİKASITƏHSİLNAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ

Təsdiq edirəm:

Kafedra müdiri_____________

İ.N.Şirinzadə

13” yanvar 2015-ci il



Fənn proqramı (sillabusu)

Kafedra: İnşaat Materialları

Fənnin adı: İnşaat materialları və məmulatları

1. Fənn haqqında məlumat:

Kodu ____________

Tədris ili: 2014/2015. Semestr: yaz

Fakültə: İnşaat texnologiya

Qrup­­­: 673a

Tədris yükü: mühazirə 60 saat, laboratoriya 30 saat.

Cəmi: 90saat.



Kredit: 6

Auditoriya: № 908

Saat: Mühazirə, çərşənbə axşamı - 1600- 1920; Laboratoriya, bazar ertəsi – 1745-1920

2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi: Xəlilov Elxan Veys oğlu, baş müəllim.

Kafedranın ünvanı: AzMİU-nun I korpusu, 9-cu mərtəbə

Məsləhət saatları:

E-mail ünvanı:

İş telefonu: 050 520 99 66

3. Tələb olunan dərslik və dərs vəsaitləri:
1. Ağabəyli N.M. İnşaat materialları və məmulatları, Bakı. 2008.

2. Ağabəyli N.M. İnşaat materialları fənnindən laboratoriya işləri, Bakı. 2013.


4. Fənnin təsviri və məqsədi:

İnşaat materialları və məmulatları fənni inşaatda istifadə olunan material və məmulatların istehsal texnologiyası, onların fiziki və mexaniki xassələri, sınaq üsulları, daşınma və saxlanılma qaydaları, tətbiq sahələri haqqında ətraflı məlumat verir. Təbii daş materialların, inşaat keramikası, yapışdırıcı maddələrin, betonların, polimer inşaat materialları və məmulatlarının və digər inşaat materiallarının istehsal texnologiyasının nəzəri əsasları şərh edilir.



İnşaat konstruksiyalarının: dəmir-beton, metal, ağac və plastik kütlə konstruksiyalarının hesablanmasında inşaat materialları və məmulatlarının fiziki və mexaniki xassələrini bilmək mühüm əhəmiyyət kəsb edir.
5. Fənnin təqvim planı:

5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

I

Mövzu № 1. Giriş. İnşaat materialları və məmulatlarının inkişaf tarixi haqqında məlumat. İnşaat materiallarının quruluşu.

2

27.01.15

I

Mövzu №2. İnşaat materiallarının fiziki xassələri. Həqiqi sıxlıq. Orta sıxlıq. Tökmə sıxlıq. Nisbi sıxlıq. Məsaməlik. Suhopma. Sukeçirmə. Şaxtayadavmlılıq. İstilikkeçirmə. İstilik tutumu. Odadavamlılıq. Odadayanıqlılıq.

2

27.01.15

II

Mövzu № 3. İnşaat nateriallarının mexaniki xassələri: Möhkəmlik. Dartılma və sıxılmadakı möhkəmlik həddi. Bərklik. Daş materiallarının bərkliyinin (MOOS şkalası üzrə) təyini. Sürtülmə. Sürtülüb-yeyilmə. Dinamik möhkəmlik (zərbəyə davamlılıq). Plastiklik, elastiklik və kövrəklik. Materialların kimyəvi xassələri: Həllolma prosesi.Kristallaşma və korroziyaya davamlılıq. Atmosfer amillərinə davamlılıq. Adgeziya. Kogeziya. Kimyəvi bərkimə. Köhnəlmə. Çürümə. İnşaat materiallarının texnoloji xassələri

2

03.02.15

II

Mövzu № 4. Süxurlar, minerallar haqqında ümumi məlumat. Dağ süxurlarının təsnifatı. Süxur əmələgətirən minerallar: kvars qrupu; alümosilikatlar qrupu; dəmir-maqnezial silikatları qrupu; karbonatlar və sulfatlar qrupu. Püskürülmüş süxurlar və onların növləri və inşaatda istifadəsi.

2

03.02.15

III

Mövzu № 5. Çöküntü süxurları və onların təsnifatı. Divar və bəzək-üzlük materialı kimi istifadə olunan çöküntü süxurları. Mexaniki, kimyəvi və orqanogen çöküntü süxurları, onların əsas göstəriciləri. Metamorfik süxurlar və onların təsnifatı. Metamorfik süxurların xarakteristikası.

2

10.02.15

III

Mövzu № 6. Təbii daş materiallarının çıxarılması və emalı. Ədədi daşlar, daş bloklar və but daşlarının hazırlanma və emal edilmə üsullarına görə təsnifatı. Mişar daşları, daş blokları, üzlük və döşəmə tavalarına verilmiş əsas tələblər. Azərbaycanın təbii daş materialları. Daş materiallarında və qurğularında aşınma prosesı. Daş materiallarının aşınmadan mühafizə olunması tədbirləri.

2

10.02.15

IV

Mövzu № 7. Keramik materialların istehsalı üçün əsas və köməkçi materiallar. Gillər, onların növləri və tərkibləri (maddi, kimyəvi, mineral, dənəvər və s.). Keramik materialların təsnifatı və istehsalının ümumi texnoloji sxemi.

2

17.02.15

IV

Mövzu № 8. Adi gil kərpicinin istehsal texnologiyası, xassələri və tətbiq sahələri. Boşluqlu kərpicin istehsalı, xassələri və istifadə sahələri.. Keramzit. Odadavamlı kərpic.

2

17.02.15

V

Mövzu№ 9. Mineral ərintilərdən hazırlanan materiallar və məmulatlar. Inşaat şüşəsi, xammallar, hazırlanması və əsas xassələri. Pəncərə şüşə lövhələrin istehsalı, ölçüləri və növləri. Şuşədən hazırlanan digər məmulatlar. Daş ərintiləri, əsas xammallar, istehsalı və xassələri. Daş ərintilərindən hazırlanan məmulatlar. Sitallar və posa sitalları, istehsalı, xassələri və tətbiq sahələri.

2

24.02.15

V

Mövzu№ 10. Mineral yapışdırıcı maddələr. Yapışdırıcı materialların təyinatı və təsnifatı. Havada bərkiyən yapıçdırıcılar.

Hava əhənginin istehsalı, xassələri və tətbiq sahələri. Əhəngin növləri və keyfiyyət göstəriciləri. Gips yapışdırıcıları. Maqnezial yapışdırıcı maddələr. Maye şüşə və turşuya davamlı sement .



2

24.02.15

VI

Mövzu№ 11. Hidravlik yapışdırıcılar: hidravlik əhəng, roman sement və portlandsement - ümumi məlumat. Portlandsementin hazırlanması üçün xammallar. Portlandsementin istehsal üsulları. Sement klinkerinin istehsalı, onun kimyəvi və mineral tərkibi. Maddi tərkibinə görə portlansementin tipləri. Portlandsementin əsas fiziki-mexaniki xassələrinə dair tələblər.

2

03.03.15

VI

Mövzu№ 12. Sementin möhkəmlik markasının təyini və standart markaları. Sementin möhkəmlik sinfi və onun əsas göstəriciləri. Portlandsementin tətbiq sahələri. Portlandsementin bərkimə prosesi. Portlandsementin korroziyası. Portlandsementin xüsusi növləri: tez bərkiyən, sulfatlara davamlı, tomponaj, yol və aerodrom örtükləri üçün, ağ və əlvan sementlər. Alüminat sementi. Genişlənən və gərginləşən sementlər

2

03.03.15

VII


Mövzu № 13. Betonlar. Betonların təsnifatı və onlara dair tələblər. Sement betonlar üçün materiallar: sement, su, qum, çınqıl və ya qırmadaş, onlara verilən əsas tələblər. Beton qarışığı. Beton qarışığının xassələri. Betonun möhkəmliyi haqqında məlumat. Beton möhkəmliyinin   nisbətindən asılılığı.Betonun layihələndirilməsi və tərkibinin hesablanması. Betonun laboratoriya və istehsalat tərkibləri. Betonun çıxım əmsalı.

2

10.03.15

VII

Mövzu № 14. Betonun quruluşu haqqında məlumat. Beton qarışığının hazırlanma üsulları. Beton qarışığının qəlibə yerləşdirilməsi və sıxlaşdırılması və sıxlaşdırılma üsulları. Betonun bərkiməsi. Betonun möhkəmlik markasının təyin edilməsi. Betonun markaları. Betonun möhkəmliyə görə sinfi. Betonun markası ilə sinfi arasındakı əlaqə. Betonun bərkiməsini sürətləndirən üsullar: istilik - nəmliklə emal etmə, elektrik cərəyanı ilə qızdırma və avtoklavda yüksək temperatur-təzyiq şəraitində emal etmə. Betonun bərkimə prosesini sürətləndirəcək kimyəvi əlavələr.

2

10.03.15

VIII

Mövzu № 15. Qışda betonun işlədilməsi. Isti və quru şəraitində aparılan betonlama işləri, betona qulluq edilməsi. Betonun xüsusi xassələri: istilikkeçirmə, şişmə, yığışma, şaxtayadavamlılıq, sukeçirməzlik, oda və radiasiyaya davamlılıq, sürüşkənlik, kövrəklik və s. Xüsusi növ betonlar.

2

17.03.15

VIII

Mövzu №16. Dəmir-beton məmulatları və konstruksiyaları. Dəmir-beton haqqında ümumi məlumatlar. Dəmir-beton məmulatlarının təsnifatı. Dəmir-beton məmulatların armaturlanma üsulları. Məmulatların adi və gərginləşdirilmiş polad millərlə armaturlanması. Adi armaturlanmış və gərginləşdirilmiş dəmir-beton konstruksiyaları. Yığma dəmir-beton konstruksiyaları. Yığma dəmir-beton məmulatların istehsal üsulları. Yığma dəmir-beton məmulatların istehsal texnologiyası.

2

17.03.15

IX

Mövzu№ 17. Monolit dəmir-beton konstruksiyaları. Monolit dəmir-beton konstruksiyalarında istifadə olunan beton qarışığının beton zavodlarında və avtobeton qarışdırıcılarda hazırlanması, tikinti meydançasına daşınması, qəlibə yerləşdirilməsi və sıxlaşdırılması.

2

24.03.15

IX

Mövzu № 18. İnşaat məhlulları. Inşaat məhlullarının təyinanı və təsnifatı. Məhlul qarışığı üçün materiallar: qum, yapışdırıçı maddələr, su və plastikləşdirici əlavələr, onlara verilmiş əsas tələblər.

Sement, əhəng, gips və polimer məhlulları haqqında qısa məlumat, onların hazırlanması, inşaat texniki xassələri və tətbiq sahələri. Məhlul qarışığının xassələri-rahat yayılma qabiliyyəti. Plastikləşdirici maddələrin məhlul qarışığı xassələrinə təsiri.



2

24.03.15

X

Mövzu №19. Qarışıq məhlullar. Qarışıq məhlul tərkibinin hesablanması və məhlulun hazırlanması. Bərkimə prosesi. Məhlulun möhkəmlik və şaxtayadavamlılıq markaları.

Hörgü, suvaq və dekorativ məhlullar. Xüsusi təyinatlı ineksiya, hidroizolyasiya, tamponaj, istiliyə davamlı, akkustika və döşəmə məhlulları, onların hazırlanması, əsas inşaat texniki xassələri.



2

31.03.15

X

Mövzu №20. Yapışdırıcı materiallar əsasında süni daş materialları və məmulatları. Əhəngdən hazırlanan material və məmulatlar. Silikat kərpici. Silikat-beton məmulatları. Gipsdən hazırlanan məmulatlar. arakəsmə panellər və tavaları, ventilyasiya blokları, gips quru suvağı və s. Asbest-sement məmulatları.

2

31.03.15

XI

Mövzu №21. Üzvi yapışdırıcı maddələrin təsnifatı və tərkibi. Təbii neft bitumları. Bərk, özlü və maye neft bitumları.

2

07.04.15

XI

Mövzu №22. Bitumların əsas xassələri-özlülük, plastiklik, yumşalma, kövrəklik və alışma temperaturu, onların təyin edilməsi. Neft bitumlarının tətbiq sahələrinə görə növləri və markaları.

2

07.04.15

XII

Mövzu №23. Üzvi yapişdiricilar əsasında hazırlanan damüstü və hidroizolyasiya materialları.

2

14.04.15

XII

Mövzu №24. Mastika, emulsiya və pasta halında hazırlanan damüstü və hidroizolyasiya materialları.

2

14.04.15

XIII

Mövzu № 25. Meşə materialları.Oduncaq, onun makroquruluşu və mikroquruluşu. Oduncağın fiziki xassələri. Oduncağın mexaniki xassələri. Oduncağın qüsurları - düyünlər, çatlar, liflərin mayilliyi və buruqluğu, ikiözəklilik, göbələk zədələnmələri, həşəratlarla zədələnmə və s.

2

21.04.15

XIII

Mövzu № 26. İnşaatda istifadə olunan iynəyarpaqlı və enliyarpaqlı ağaclar. Girdə ağac materialları və mişarlanmış materiallar. Yarımfabrikatlar və ağac məmulatları. Çıxıntılı və tıxaclı döşəmə taxtaları, adi parket və lövhə parket. Profilli pəstahlar-haşiyə, qaltel,plintus və sürahi. Şponlar. Fanerlər.Bakelizə edilmiş şpon.

2

21.04.15

XIV

Mövzu №27. İstilik-izolyasiya materialları-ümumi məlumatvə onların təsnifatı. Üzvi istilik-izolyasiya materialları.Qeyri üzvi İstilik-izolyasiya materialları və məmulatları.

2

28.04.15

XIV

Mövzu №28. Akustik materiallar və məmulatlar. Səs udan material və məmulatların növləri.Səs- izolyasiya materiallarının xassələri. Səs- izolyasiya materialların və məmulatların növləri.

2

28.04.15

XV

Mövzu№ 29. Polimer materiallar və məmulatlar. Polimerləşmə prosesində alınan polimerlər. Polikondensasiya prosesində alınan fenolformaldehid, epoksid və poliefir polimerlər, onların əsasında hazırlanan materiallar. Plastik kütlələr. Polimer əsasında hazırlanan yapışqanlar və mastikalar.

2

05.05.15

XV

Mövzu№ 30. Lak-boya tərkibinin əsas komponentləri: yapışdırıcı maddələr, piqmentlər, həlledicilər və durulaşdırıcılar, doldurucular. Lakların növləri. Piqmentlər və doldurucular. Həlledicilər. Durulaşdırıcılar. Boya tərkibləri.

2

05.05.15

5.2. Laboratoriya dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

I

Mövzu № 1 - Təbii daş materiallarının sınanılması

Daşın orta sıxlığının təyin edilməsi. Həqiqi sıxlıq və onun Le Şatelye-Kondlo cihazı vasitəsilə təyin edilməsi. Məsaməliyin hesablanması. Kütləyə və həcmə görə suhopmanın təyin edilməsi. Şaxtayadavamlılığın nəzəri surətdə təyin edilməsi. Istilikkeçirmə əmsalının təxmini hesablanması.



2


26.01.15



II

Mövzu № 2. Təbii daş materiallarının sıxılmada möhkəmlik həddinın təyini. Möhkəmlik həddinə görə daşların markaları. Sürtülmə, sürtülüb yeyilmə və onların təyin edilməsi.

2

02.02.15


III

Mövzu№ 3. Adi gil kərpicinin sınanılması

Kərpicin xarici görünüşünün nəzərdən keçirilməsi və kərpicin xətti ölçülərinin, çatlarının və küncündəki qopuqların təyin edilməsi. Kərpicin səthlərinin və tillərinin əyriliyi.

Kərpicin orta sıxlığının və suhopmasının hesablanması. Şaxtayadavamlılığın nəzəri surətdə təyini.

Kərpicin sıxılmada və əyilmədə möhkəmlik həddinin təyini. Kərpicin sınanılmasndan alınan nəticələrin, standartın tələbləri ilə müqayisə edilməsi.



2

09.02.15


IV

Mövzu№ 4. Hava əhənginin sınanılması

Əhəngdəki aktiv maddələrin (CaO+MgO) miqdarının təyini. Əhəngin sönmə müddətinin təyini. Əhəngdəki sönməmiş dənələrin miqdarının təyin edilməsi. Sınaq nəticələrinin mövcud standartın tələbləri ilə müqayisə edilməsi.



2

16.02.15


V

Mövzu№ 5. Gipsin sınanılması.

Gipsin orta sıxlığının təyini.Gipsin narınlığının təyin edilməsi. Gips xəmirinin normal qatılığının təyini. Gips xəmirinin tutma müddətinin təyini. Əyilmədə və sıxılmada möhkəmlik həddinin təyini. Sınanılan gipsin möhkəmliyinin standartın tələbləri ilə müqayisə edilməsi.



2

23.02.15


VI

Mövzu№ 6. Portlandsementin sınanılması.

Sement tökülmüş halda orta sıxlığının təyin edilməsi. Sementin həqiqi sıxlığının təyin edilməsi. Sementin narınlığının təyini.. Sement xəmirinin normal qatılığının təyini. Sement xəmirinin tutma müddətinin təyini, tutmanın başlanğıcına və sonuna görə standartın tələbləri. Sementin həcminin müntəzəm surətdə dəyişməsi və standartın tələbləri.



2

02.03.15


VII

Mövzu№ 7. Portlandsementin sınanılması.

Sementin möhkəmliyinin təyini: sement məhlulunun normal qatılığı və standart sınaq nümunələrinin hazırlanması, nümunələrin saxlanması.Əyilmədə və sıxılmada möhkəmlik həddinin təyini. Sementin möhkəmlik sinfi və markaları.

Sınaq nəticəsində alınan göstəricilərin mövcud standartın tələbləri ilə müqayisə olunması.


2

09.03.15


VIII

Mövzu№ 8. Qumun sınanılması

Qumun tökmə orta sıxlığının təyini. Qumun həqiqi orta sıxlığının təyini. Qumun dənəli tərkibinin təyini. Qumun irilik modulunun hesablanması. Qumun nəmliyinin təyini. Qumdakı zərərli qatışıqların – toz, lil və gil hissəciklərinin miqdaqrının yuyub –təmizləmə üsulu ilə təyin edilməsi.Qumun üzvi qatışıqlarla çirklənmə dərəcəsinin təyini.Qumun sınanılmasından alınan nəticələrin, standartın tələbləri ilə müqayisəsi.



2

16.03.15


IX

Mövzu№ 9. İri doldurucuların sınanılması

Çınqılın tökmə orta sıxlığının və həqiqi sıxlığının təyini. Çınqılın dənəli tərkibinin təyini. Yuyub – təmizləmə üsulu ilə çınqılda toz, lil və gil hissəciklərin miqdarının təyini. Quru və su ilə doydurulmuş haldakı çınqılın xırdalanma gostəricisinin təyini. Çınqılın silindirdə sıxılmasına görə markaları .



2

23.03.15


X

Mövzu№ 10. Sement betonların layihələndirilməsi

Betonun layihələndirilməsinin əsas prinsipləri. Betonu təşkil edən ilkin materialların seçilməsi. İstifadə olunan materialların müvafiq standartın tələbləri əsasında yoxlanması və onların əsas göstəricilərinin müəyyən edilməsi.

Mütləq həcmlər üsulu ilə adi beton tərkibinin hesablanması. 1m 3 beton üçün suyun, sementin ,qumun, iri doldurucunun miqdarının və su/sem –nisbətinin hesablanması . Beton qarışığının hesabi orta sıxlığının təyini. Betonun kütləyə və həcmə görə nominal tərkibinin təyini. Betonun çıxım əmsalının hesablanması.


2

30.03.15


XI

Mövzu№ 11. Beton qarışığının və betonun xassələrinin sınanılması

Beton qarışığının hazırlanması. Beton qarışığının axarlığının təyini. Beton qarışığının sıxlığınn təyini. Betonun markasının təyini



2

06.04.15


XII

Mövzu№ 12. İnşaat məhlulu tərkibinin hesablanması

1m3 quma sərf olunan yapışdırıcı maddələrin və suyun miqdarının hesablanması. Sınaq yoğurumunun hazırlanması və materialların miqdarının dəqiqləşdirilməsi.



Bu göstəricinin tapşırıqda verilən qiymətə çatdırılması. Məhlul qarışığı üçün çıxım əmsalının təyini. Hazırlanmış məhlulun orta sıxlığının təyini. Məhlulun sıxılmada möhkəmlik həddinin və möhkəmlik

2

13.04.15


XIII

Mövzu№ 13. Oduncağın sınanılması. Oduncaq, onun makroquruluşu və mikroquruluşu. Oduncağın fiziki xassələri. Oduncağın mexaniki xassələri. Oduncağın qüsurları - düyünlər, çatlar, liflərin mayilliyi və buruqluğu, ikiözəklilik, göbələk zədələnmələri, həşəratlarla zədələnmə və s.


2

20.04.15


XIV


Mövzu№ 14. Oduncağın sınanılması. Oduncaq, onun makroquruluşu və mikroquruluşu. Oduncağın fiziki xassələri. Oduncağın mexaniki xassələri. Oduncağın qüsurları - düyünlər, çatlar, liflərin mayilliyi və buruqluğu, ikiözəklilik, göbələk zədələnmələri, həşəratlarla zədələnmə və s.


2

27.04.15


XV

Mövzu№15. Boya-lak materiallarının sınanılması. Boya-lak tərkibinin əsas komponentləri: yapışdırıcı maddələr, piqmentlər, həlledicilər və durulaşdırıcılar, doldurucular. Lakların növləri. Piqmentlər və doldurucular. Həlledicilər. Durulaşdırıcılar. Boya tərkibləri.




04.05.15


5.3. Fənn üzrə sərəst işlərin mövzuları

s|s

Mövzunun adı

1.

İnşaatda istifadə olunan çöküntü süxurları

2.

Təbii daş materiallarının əsas növləri və onların inşaatda tətbiq sahələri

3.

Xüsusi əhəmiyyətli keramik materiallar , onların əsas xassələri və tətbiq sahələri

4.

Əhəngdən hazırlanan məmulatlar. Materialların avtoklavda emalı

5.

Gips və maqnezial yapışdırıcılar əsasında hazırlanan məmulatlar

6.

Xüsusi təyinatlı sementlər, onların hazırlanma texnologiyası və tətbiq sahələri

7.

Sement daşının korroziyası

8.

Sement daşının korroziyadan mühafizə tədbirləri

9.

Alüminat klinkeri əsasında hazırlanan sementlər

10.

Betonun xüsusi növləri

11.

Məsaməli dolduruculu yüngül betonlar və onların əsas xassələri

12.

Yüngül betonların hazırlanmasında istifadə olunan xammallar və onların əsas xassələri

13.

Sement daşının turşuların təsirindən korroziyası

14.

Adi və gərginləşdirilmiş armaturla dəmir-betonun hazırlanma üsulları

15.

Çoxməsəməli betonların hazırlanma texnologiyası və xassələri

16.

Polimer və polimer-sement betonlar

17.

Yüngül betonlarda istifadə olunan doldurucular

18.

Xüsusi təyinatlı məhlullar

19.

Mineral pambıq əsasında hazırlanan istilik izolyasiya materialları

20.

Emal, sulu və emulsiya boyaları

21

Beton üçün kimyəvi əlavələr

22

Piqmentlər

23

Tikintidə istifadə olunan meşə materialları

24

Üzvi yapışdırıcılar əsasında emulsiyalar

25

Polimerləşmə reaksiyaları nəticəsində alınan polimerlər


6. Davamiyyətə verilən tələblər.
Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.

7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal; sərbəst işə görə ─ 10 bal; məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğələ (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

Fənnin tədrisi nəticəsində tələbənin əldə etdikləri biliklər:

─ inşaatda istifadə olunan inşaat materialları və məmulatlarının istehsal texnologiyası, onların əsas fiziki, kimyəvi və mexaniki xassələri, sınaq üsulları, daşınma və saxlanılma qaydaları, tətbiq sahələri haqqında müəyyən biliyə malik olmalıdır;

─ yapışdırıcı maddələrin, betonların, keramik materialların, polimer inşaat materialları və məmulatlarının və digər inşaat materiallarının istehsal texnologiyasını və tətbiq sahələrini bilməlidir.



10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

Müəllim: ____________ ( Xəlilov. E. V.)

13” yanvar 2015-ci il.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə