AZƏrbaycan kooperasiya universiteti




Yüklə 231.01 Kb.
səhifə3/3
tarix10.04.2016
ölçüsü231.01 Kb.
1   2   3

Xarici investisiyanın hüquqi müdafiəsi


Azərbaycan Respublikasının ərazisində xarici investisiya hüquqi cəhətdən tam və qeyd-şərtsiz müdafiə olunur. Belə müdafiə Azərbaycan Respublikasının bu Qanunu, başqa qanunvericilik aktları və beynəlxalq müqavilələri ilə təmin olunur.

Qanunvericiliyin dəyişdirilməsi ilə bağlı təminatlar


Azərbaycan Respublikasının sonrakı qanunvericiliyi investisiya qoyuluşu şəraitini pisləşdirdikdə on il ərzində xarici investisiyaya investisiyanın qoyulduğu zaman qüvvədə olmuş qanunvericilik tətbiq edilir.

Bu müddəa müdafiənin, milli təhlükəsizliyin və ictimai qaydanın təmin olunması, vergitutma, kredit və maliyyə, ətraf mühitin, əhalinin əxlaq və sağlamlığının mühafizəsi barəsində Azərbaycan Respublikası qanunvericiliyinin dəyişdirilməsinə şamil edilmir.


Milliləşdirmə və rekvizisiya ilə bağlı təminatlar


Azərbaycan Respublikasında xarici investisiya, Azərbaycan Respublikasının xalqına və dövlət mənafelərinə zərər vuran müstəsna hallar istisna olmaqla, milliləşdirilmir.

Milliləşdirmə haqqında qərarı Azərbaycan Respublikasının Ali Soveti qəbul edir.

Təbii fəlakət, qəza, epidemiya, epizootiya və fövqəladə xarakter daşıyan başqa hallar istisna olmaqla, xarici investisiya rekvizisiya edilmir.

Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Nazirlər Kabineti qəbul edir.

Milliləşdirmə və rekvizisiya tədbirləri görüldükdə xarici investora təxirə salınmadan müqabil və səmərəli kompensasiya ödənilir.

Xarici investorların zərərinin kompensasiya edilməsi və ödənilməsi


Xarici investorlara ödənilən kompensasiya investisiyanın milliləşdirmə və ya rekvizisiya haqqında qərarın qəbul olunduğu vaxtdakı real dəyərinə uyğun olmalıdır.

Kompensasiya xarici valyuta ilə ödənilir və investorun arzusu ilə xaricə göçürülə bilər.

Xarici investorlar dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin Azərbaycan Respublikası qanunvericiliyinə zidd olan hərəkətləri nəticəsində düşdükləri zərərin, o cümlədən itirdikləri faydanın ödənilməsi hüququna malikdirlər.

Kompensasiyanın və zərərin ödənilməsi məbləğləri, bunun ödənilməsi müddətləri və qaydası haqqında mübahisələr öz səlahiyyətləri daxilində müvafiq olaraq Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində, habelə tərəflərin sazişi və ya Azərbaycan Respublikasının beynəlxalq müqaviləsi ilə nəzərdə tutulmuş hallarda münsiflər məhkəməsində həll olunur.

Investisiya fəaliyyətinə xitam verildikdə təminatlar


Investisiya fəaliyyətinə xitam verildikdə xarici investorun hüququ var ki, ona çatası investisiyanı və investisiya ilə əlaqədar gəlirləri investisiya fəaliyyətinə xitam verildiyi zaman real dəyər üzrə pul və əmtəə formasında alsın.

Xarici valyuta ilə gəlirlərin və başqa məbləğlərin köçürülməsinə təminatlar


Müvafiq vergi və rüsumları ödədikdən sonra xarici investorların investisiya ilə əlaqədar qanuni əsaslarla xarici valyuta şəklində əldə etdikləri gəlirləri və başqa məbləğləri, o cümlədən kompensasiyaları və zərərin ödənilməsi məbləğlərini xaricə köçürməsinə təminat verilir.

Mənfəətdən istifadə üçün təminatlar


Azərbaycan Respublikası ərazisində xarici investorların götürdükləri mənfəət həmin pul vahidi şəklində yenidən investisiya kimi qoyula bilər, Azərbaycan Respublikasının banklarında saxlana bilər, Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada və şərtlərlə xarici valyuta almaq üçün sərf edilə bilər.
Respublikada sabit investisiya mühitinin yaradılma­sında əsas amil ilk növbədə xarici investorlara əlverişli şəraitin təşkil edilməsidir.

Respublikaya investisiyanın axıb gəlməsinin ən başlıca sə­bəbi onların bu əməliyyatdan lazımi mənfəət əldə etməsidir.

Məhz buna görə xarici investisiyaların cəlb edilməsi investi­siya siyasətində baş verəcək ciddi keyfiyyət dəyişikliklərinin apa­rılmasını tələb edir. Buna görə də respublikada həm investisiya qoyuluşlarının həyata keçirilməsinin ümumi qanunlarının, həm də xarici investisiyaların cəlb edilməsi məsələlərinin həlli bazar münasibətləri şəraitində mühüm zəruriyyətə çevrilir.

Dövlətin investisiya siyasətinin əsas məqsədi elmi-texniki nailiyyətlərin tətbiqi hesabına, əsas fondların yeniləşdirilməsinin və istehsalın yenidən qurulmasının həyata keçirilməsinin təmin edilməsidir. Respublikanın investisiya siyasətinin mühüm istiqa­mətlərindən aşağıdakıları göstərmək olar:

- mərkəzləşdirilmiş qaydada maliyyələşdirməni azaltmaqla, onlardan əsasən ümum dövlət obyektlərinin investisiyalaşdırıl­ması üçün istifadə etmək;

- investisiyaları ən çox iqtisadiyatın prioritet sahələrinin in­ki­şafına yönəltmək;

- investisiya resursları bazarını təşkil etmək;

- mənzil tikintisi və digər investisiya layihələrinin reallaşdı­rılması üçün əhalidən toplanan resurslardan istifadəni genişlən­dirmək;

- investisiya sığortası üzrə hüquqi bazanın yaradılması;

- birgə dövlət – kommersiya maliyyə investisiya layihəsi və o cümlədən, fərdi biznes və MDB ölkələrindən kapitalın cəlb edilməsi;

- investisiya tsiklinin davam etməsi müddətinin qısaldılması.

Respublikamızda xarici və daxili investisiya resurslarının sə­fərbərliyə alınması məqsədilə ölkə iqtisadiyyatına investisiyanın cəlb edilməsi üçün Milli proqram işlənib hazırlanmışdır. Bu pro­qramda xarici və daxili investisiyanın cəlb edilməsinin prinsipləri və mexanizmləri öz əksini tapmış və eyni zamanda, investisiyanın prioritet sferası üzrə əməkdaşlıq və onun səmərəlilik formaları göstərilmişdir.



NƏTİCƏ


  • İnvestisya qoyuluşları investorun gəlir əldə etməsi ilə yanaşı həmdə cəmiyyət üzvlərinin rifah halının yaxşılaşmasına, iqtisadi artımım təmin olunmasına və bu kimi inkişaf hallarına səbəb olan vəsait qoyuluşudur ;




  • İnvestisya, ölkə iqtisadiyyatı üçün o zaman səmərəli hesab edilə bilər ki, o iqtisadiyyatın aparıcı sahələrinə yönəldilsin. Bu prosesdə maraqlı tərəf əlbətdə dövlət olmalıdır ;



  • İnvestisyanın ölkə iqtisadiyyatına həddən çox tətbiq edilməsi iqtisadiyyatın gərgin vəziyyətdə olamasına və infilyasiyaya səbəb ola bilər. Amma investisyanın tələbdən az olması da defilyasiya ilə nəticələnər. Deməli investisya iqtisadiyyata lazımınca tətbiq edilməlidir ;





  • Xarici investisya həmdə daxili investisyanın mövcudluğunun əsas şərtidir. Belə ki, xarici investisyadan ölkəyə qalan vəsait həmdə daxili investisya kimi yenidən ölkə iqtisadiyyatına yönəldilməlidir. Nəticə də isə artan daxili vəsait xarici investisyadan asıllığı azaldar ;



  • Dövlətin investisya siyasətin əsasını mövcud ehtiyyatları səmərəli istifadə etməklə vəsaiti EHT-nin sürətləndrilməsini təmin edən sahələrin xeyirinə yenidən bölüşdürməkdən ibarət olmalıdır ;



  • İlk investisya qoyuluşları nə olursa olsun yalnızca istehsal prinsipinə əsaslanırdı, sonralar isə kəmiyyətlə yanaşı həmdə keyfiyyət olmalıda idi. İndiki şəraitdə isə bunlarla yanaşı həmdə markalaşmaq tələb olunur. Bununla da yeni dövrdə ən çox investisya markalaşmağa yönəldilir ;

Ədəbiyyat siyahısı

  1. Investisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu- Bakı şəhəri, 13 yanvar 1995-ci il.

  2. H.B.Allahverdiyev “Investisya Proseslərinin Tənzimlənməsi” Bakı 2003

  3. R.A.Quliyev “Milli iqtisadiyyatın inkişafında daxili və xarici Investisiyanin rolu” Məqalə

  4. Azərbaycan Dövlət Statistika Komitəsinin hesabatları

  5. İ.Parasız “Makro ve Mikro ekonomi” Bursa-1995-ci il

O cümlədən WEB saytları

  1. www.kitab.az

  2. www.azstat.org

  3. www.economy.gov.az

  4. www.sahibkar.biz

  5. www.e-qanun.az

  6. www.wikipedya.org

  7. www.guardian.co.uk






1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə