AZƏrbaycan kooperasiya universiteti




Yüklə 231.01 Kb.
səhifə2/3
tarix10.04.2016
ölçüsü231.01 Kb.
1   2   3

Milli iqtisadiyyatın inkişafında daxili və xarici investisyanın rolu

İqtisadi inkişafın səviyyəsindən asılı olmayaraq milli iqtisadiyyata investisiya qoyuluşu problemi həmişə diqqət mərkəzində olan aktual problemlərdən biridir. Lakin bu aktuallıq müstəqillik əldə etmiş və bazar iqtisadiyyatı sisteminə keçən respublikamız üçün daha vacibdir. Bu onunla izah edilir ki, iqtisadiyyatın artım sürətinin təmin olunması onun sabit səviyyəsinin yaradılması milli iqtisadiyyatın bütün sahələrinin müvazinətli inkişafının qorunması, əhalinin mənafeyinə cavab verən bazar mühütünün formalaşması, bilavasitə daxili və xarici investisiyanın səfərbərliyə alınmasından, onun düzgün istiqamətləndirilməsindən bilavasitə asılıdır. İnvestisiya milli iqtisadiyyatın inki­şafının mühüm maliyyə mənbəyidir. Bu mənbə hesabına nəinki, ancaq istehsal inkişaf etdirilir, eyni zamanda iqtisadiyyatın strukturunda ciddi sosial yönümlü dəyişikliklərin baş verməsinə səbəb olur. Nəzərə alsaq ki, ümumiyyətlə investisiya anlayışları, məna etibarilə mənfəət almaq məqsədilə həm ölkə daxilində, həm də xaricində tətbiq olunan maliyyə resursudur, onda, istər-istəməz onun iqtisadiyyatın bütün sahələri üzrə tətbiq olunması meyli meydana gəlir. İnvestisiya milli iqtisadiyyatın demək olar ki, bütün sahələrinə, xüsusən həm hasil, həm emal sahəsinə, eləcə də xidmət sferasına tətbiqi onun uzun və qısamüddətli xarakter daşımasına səbəb olur. Bu baxımdan tətbiq olunan investisiya resursları əgər qiymətli kağızların alınmasına yönəldilirsə, o, maliyyə resursu formasını alır. Əgər sənayeyə, kənd təsərrüfatına, tikintiyə, təhsilə və s. sahələrə kapital qoyuluşu kimi tətbiq edilirsə o, real investisiya formasını almış olur. Ona görə də milli iqtisadiyyata tətbiq olunan maliyyə və real investisiyaları bir-birindən fərqləndirmək lazımdır. Maliyyə investisiyaları səhmlərə, istiqrazlara və başqa qiymətli kağızlara ka­pi­tal qoyuluşudur. Belə şəraitdə yalnız transfert əməliyyatları baş verir. Real inves­tisiyalar kapitalın hər hansı iqtisadi sahəyə və ya müəssisəyə qoyuluşudur ki, bunun nəticəsində də yeni kapitalın yaranmasına, yaxud da ki, mövcud kapitalın artmasına səbəb olar. Məsələn: binalar, avadanlıqlar, istehsal vasitələri, əmtəə materialları artımı baş verir.

İnvestisiya resursları istehsal vasitələri istehsalını son istehlakçıya çatdırdıqda istifadə olunan maşınları və avadanlıqları, fabrik-zavod, anbar, nəqliyyat vasitələrini və satış şəbəkələrini əhatə edir. Bu istehsal vasitələrinin istehsalı və yığımı prosesi inves­ti­si­ya qoyuluşunu əks etdirir. İnvestisiya resursları istehlak olunan resurslardan onunla fərqlənir ki, əgər birinci şəraitdə istehlak mallarının istehsalına olan tələbat dolayı yolla ödənilirsə, ikinci şəraitdə bu proses birbaşa həyata keçirilir. Belə şəraitdə həm kapitalın, həm də sərvətin artımı prosesi baş verir. İnvestisiya olunan kapital resursları əgər milli gəlirin artırılmasına səbəb olursa, digər tərəfdən gəlirlərin artırılması ilə əhalinin sə­rən­camına keçən gəlirlərin payı artmış olar ki, bu da sərvət formasında mövcud olur. De­məli, faktiki olaraq öz məzmununa görə investisiyaların maliyyə və real formasından asılı olmayaraq, onlar birbaşa milli sərvətin artırılmasına kömək edən kapitalı ifadə edir. Burada kapital resursu hərəkətdə olan və daima maşınların, avadanlıqların, digər istehsal vasitələrinin alınmasına və bütövlükdə istehsal və xidmətlərin görülməsinin təşkili ilə bağlı sərf olunmuş pul resursları nəzərdə tutulur.

Yalnız real fəaliyyətdə olan pul resursları iqtisadi resurs formasını almış olur və özlüyündə o, gələcəyə ayrılan perspektivdə daha çox istehlak etmək imkanı yaradan resurs kimi formalaşır. Göründüyü kimi investisiya tətbiq olunması formasından asılı olmayaraq cəmiyyətin real kapitalının artırılmasına, yəni istehsal vasitələrinin genişlən­di­rilməsinə və onun infrastrukturunun möhkəmlənməsinə imkan yaradır.

Milli iqtisadiyyatın formalaşmasında və inkişafında daxili və xarici investisiyalar mühüm struktur yaradan funksiyalar yerinə yetirir. Milli iqtisadiyyatın istər sahə strukturunun, istərsə də texnoloji və təkrar istehsal strukturunun inkişafı onun hansı sahələrinə vəsait qoyuluşunun tətbiqindən asılıdır. Bəlli olduğu kimi xüsusi təyinatlı investisiyalar əsasən gəlir əldə etmək məqsədi daşıyır. Deməli milli iqtisadiyyatın hər hansı bir sahəsinin mənfəətlilik səviyyəsilə həmin sahənin və ya bölmənin investisiya üstünlüyünün səviyyəsini müəyyənləşdirir. Bu baxımdan sahənin və ya hər hansı iqtisadi bölmənin mənfəətlilik səviyyəsi tətbiq olunacaq investisiyaların üstünlüyünü müəyyən mühüm strukturyaradıcı meyarıdı. Ona görə də milli iqtisadiyyatın inkişafında tətbiq olunan investisiyaların tə'yinatından asılı olaraq onlar müxtəlif mənfəətlilik səviyyəsinə malik olurlar. Belə ki, dövlət və qeyri-dövlət mənbələrindən tətbiq olunan investisiyalar hər şeydən əvvəl öz sürət dövriyyəsinə görə və mənfəətlilik səviyyəsinə görə fərqlənəcək­dir. Ona görə də investisiyaların qeyri-dövlət mənbələri hər şeydən əvvəl kapitalın sürətli dövriyyəsilə seçilən yüksək rentabelli sahələrdir. Məhz bu amil daxili və xarici investisiyaların həcminə təsir göstərir. İqtisadiyyatın aşağı rentabelli sahələrinə bir qayda olaraq investisiyalar xüsusən də xarici investisiyaların tətbiq olunması həyata keçirilmir. Lakin buna baxmayaraq investisiyaların tətbiqi və onların həddi milli mənafelərin real­laş­ması ilə uzlaşmamalıdır. Belə ki, həddindən artıq investisiyaların qoyulaşu inflyasiya prosesinin güclənməsinə və iqtisadiyyatın həddindən artıq gərginliyə düçar olmasına səbəb olur. Digər tərəfdən isə lazım olduğundan az investisiya qoyuluşu isə deflyasiyaya gətirib çıxarır. Bunu nəzərə alaraq milli iqtisadiyatın inkişafı və formalaşması ilə əlaqədar həyata keçirilən iqtisadi siyasət tətbiq olunacaq investisiyaların həm xarici, həm də daxili mənbələr hesabına optimal həcmini müəyyənləşdirməlidir. Belə şəraitdə dövlət tərəfindən tətbiq olunan vergi dərəcələri, dövlət məsrəfləri, pul-kredit və büdcə-vergi sahəsində həyata keçirilən tədbirlərin səmərəli strategiyası ilə milli iqtisadiyatın miqyası tənzimlənməlidir.

İnvestisiya resurslarının formalaşması və istifadəsi prosesi milli iqtisadiyyatın mərhələlər üzrə inkişaf prosesini əhatə etməlidir. Milli iqtisadiyyatın inkişafı prosesində investisiyalar mərkəzi rol oynayır və iqtisadi artım sürəti haqqında əvvəlcədən infor­masiya verir. Milli iqtisadiyyatın investisiya prosesi vasitəsilə inkişaf etdirilməsi milli gəlirin yüksəldilməsinə səbəb olur, bir sıra əmtəə və xidmətlər üzrə olan tələbatı ödə­mək­lə rəqabət qabiliyətli məhsulların istehsalına səbəb olur. Belə şəraitdə milli gəlirin həm yığım, həmdə istehlak fondlarına yönəldilən vəsaitlərin həcmi artır. Bu prosesin fasilə­sizliyinin təmin olunması yığım və istehlak fondlarına yönəldilən vəsaitlərdən səmərəli istehlak olunmasını tələb edir. Milli gəlirin artımı hesabına yaranmış investisiyalar bir qayda olaraq daxili investisiyaların maliyyə mənbəyini təşkil edir. Milli gəlir hesabına yaranmış investisiyalar həm yığım, həm də gəlir formasını alaraq istehsal olunması nəticəsində bir tərəfdən öz artımlarına, digər tərəfdən isə geniş təkrar istehsalı şərtlən­dirmək ilə milli iqtisadiyyatın miqyasının artmasına səbəb olur. Bu zaman investisiyalar nə qədər səmərəli tətbiq olunursa milli gəlirin artım sürəti bir o qədər yüksək olar, nəticədə isə istehlaka yönəldilən yığımın həm mütləq, həm də nisbi həcmi yüksələr. Gös­tər­məliyik ki, investisiyaların kifayət qədər yüksək səmərəliliyinə nail olunması milli iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulların artırılmasını təmin etmiş olur.

Yığıma və istehlaka ayrılan vəsaitlər arasındakı uyğunluğun səmərəlilik meyarı iqtisadiyyatın inkişaf səviyyəsi əsasında ölkə əhalisinin yaşayış vasitələri ilə təmin olunması dərəcəsidir. Bu baxımdan yığımla istehlak arasında uyğunluğun qurulmasında optimallıq meyarı kimi iqtisadi inkişaf səviyyəsi göstəricisinə ilk növbədə diqqət vermək lazım gəlir. Yığımın hər iki cəhəti - istehsal yığımı və qeyri-istehsal yığımı əlaqəli halda olsalar da hər halda iqtisadi artıma birbaşa təsir göstərən amil istehsal yığımına nisbi üstünlük verilməlidir. Səmərəlilik meyarı nöqteyi nəzərindən istehsal yığımını tədqiq etdikdə ilk növbədə onun norması haqqında ilkin dəqiqləşdirmələr aparmalıyıq. Xüsusi ilə istehsal yığımı normasının minimal və maksimal hədlərinin qurulmasına diqqət verilir. Bu ona görə lazımdır ki, yığımın ölçüsü istehsalın və tələbatın artımına uyğun gələ bilsin.

İstehsal yığımının minimal həddində adambaşına düşən milli gəlir dəyişməz qalır. Buna görə də, istehsal yığımı norması müntəzəm olaraq minimal həddən yuxarı olmalıdır. İstehsal yığımı normasının minimal həddi nəzərdə tutur ki, mənfəətin ümumi kütləsi istehsalın maddi amillərinin geniş təkrar istehsalına sərf edilir, istehlak fondu isə dəyişməz qalır. Belə halda ölkədə məcmu işçilər özlərinin əmək qabiliyyətini geniş təkrar istehsal etmək üçün zərüri olan vasitələri ala bilmirlər.

Buna uyğun olaraq istehsal yığımı norması mənfəətin kütləsinə bərabər ola da bilməz. Əks halda istehsalın bütün amillərinin inkişafını təmin etmək olmaz. Başqa sözlə, əgər mənfəətin bütün kütləsi istehsalın maddi amillərinin geniş təkrar istehsalına istiqamətləndirilirsə, onda əhalinin əmək qabiliyyətinin təkrar istehsalı mənbələrindən olan sosial vəsaitləri artmayacaqdır. Beləliklə, dövlət təhsilin, səhiyyənin, mədəniyyətin və elmin genişləndirilməsi üçün zəruri olan qeyri-istehsal yığımını yarada bilməyəcəkdir. İstehsal yığımı norması mənfəət normasından aşağı olmalıdır ki, dövlət qeyri-istehsal yığımına və bununla sosial vəsaitlərini təmin edə bilsin.

İqtisadiyyatın inkişafına sərf edilən vəsaitlərdən istifadə səmərəliliyi nə qədər yüksək olarsa, yığımın hər bir vahidi hesabında daha çox hazır məhsul və milli gəlir yaradılacaq, eyni ilə iqtisadi inkişafın nəzərdə tutulan səviyyəsinə nail olmaq üçün bir o qədər az vaxt və vəsait tələb olunacaqdır. Belə şəraitdə yığım normasının ixtisar edilməsi tələb ediləcək və əksinə yığımın səmərəliliyin azalması şəraitində yığım normasının artırılması zəruriliyi yaranar.

Yığımın səmərəliliyinin yüksəlməsi və əmək məhsuldarlığının artımı şəraitində is­teh­sal amilləri özünün əvvəlki səviyyəsində iqtisadiyyatın artım tempinə təsir edə bilir. Yı­ğım vəsaitinin eyni bir ölçüsündə istehsal amillərinin səmərəliliyinin yüksəlməsi natural for­mada daha çox istehsal və istehlak etməyə imkan verir. Əmək məhsul­dar­lı­ğı­nın artımı, yalnız canlı əməyə qənaət hesabına deyil, eyni zamanda texnika ilə silahlan­ma­sının keyfiyyət artımı hesabına da arta bilir. Belə hallarda yığım resursları əhəmiyyətli də­rəcədə arta bilir. Əmək məhsuldarlığı başlıca olaraq texnikadan səmərəli istifadə əsa­sın­da artır. İstehsalın son nəticələri nə qədər çox artırsa, əhalinin istehlakının təmin edil­məsi imkanları bir o qədər geniş olur. Bütün hallarda əmək məhsuldarlığının yüksəl­məsi yığım resurslarını artırır və bununla birlikdə istehsalın miqyasının böyüməsinə təsir edir.

İstehlakın artımının nəhəng imkanlarını, iqtisadi inkişafda onun rolunun güclən­məsini Amerika iqtisadçısı Piter Drukerin gətirdiyi belə bir misaldan görmək olar ki, cari yüzillikdə Amerika sənaye fəhləsinin alıcılıq tələbi 20 dəfə artmış, Yaponiyada isə alıcılıq qabiliyyətinin artımı 30 dəfə təşkil etmişdir.

Təqribən həmin hal digər inkişaf etmiş ölkələrdə də baş vermişdir.

Bazar iqtisadiyyatlı ökələrdə ümumi milli məhsulda əhalinin istehlakına yönəldilən son məhsulun payı 60-65%, yığıma yönəldilən son məhsulun payı isə 30-35% təşkil etmişdir. Azərbaycanda isə belə uyğunluğun təmin olunması zəruriliyi vardır. Azərbay­ca­nın ümumi milli məhsulda əhalinin istehlakına yönəldilən son məhsulun miqdarı arasında kəskin uyğunsuzluq vardır və bu meyl vaxtaşırı olaraq daha da güclənir. İqtisadiyyatın belə halında özəl sektorun, xüsusən özəl istehsal strukturları qiymətləri müntəzəm qaldırmaq yoluna asanlıqla istiqamət götürə bilər. Əhalinin istehlakının makroiqtisadi tənzimsizliyi sözün əsl mənasında antibazar hal olub, tələbi və təklifi ixtisar edir, yığıma ayrılan resursların miqdarı ilə istehsalın artımı arasında uçurum yaradır.

Yığıma və istehlaka ayrılan resursların makroiqtisadi tənzimsizliyi yalnız əhalinin yaşayış səviyyəsinin azalmasına aparıb çıxarır. Başlıca olaraq işləyən əhalinin əməyinin stimullaşdırılması, istehsalın son nəticələrinin artırılması imkanlarının qarşısını alır. Fikrimizcə yığıma və istehlaka ayrılan resurslar mikroiqtisadi səviyyədə (müəssisələr, sahələr səviyyəsində) həvəsləndirilmə məqsədi ilə tənzimlənsə belə, səmərəli əmək fəaliyyətinin oyatdığı gücü nəinki artmayacaq, əksinə azalacaqdır.

İnvestisiyalar milli iqtisadiyyatın inkişafına uzunmüddətli perspektiv dövr ərzində təsir etməklə eyni zamanda həm əhalinin məşğulluq səviyyəsinə, həm də gəlirlərin əldə olunması səviyyəsinə birbaşa təsir göstərir. Təkcə bunu belə bir misal ilə izah etmək olar ki, əgər kənd təsərrüfatı sahəsinə investisiyalar azalarsa, onda bu sferada məşğul olanlar arasında işsizlik artacaq, eyni zamanda onların məcmu gəlirləri də aşağı düşəcəkdir. Deməli, bu sferada çalışanların nəinki başqa sahələrdə istehsal olunan mallara və xidmətlərə olan tələbatları azalır, eyni zamanda əhalinin bu sahənin məhsullarına olan tələbatı da ödənilməmiş qalacaqdır. Nəticədə həm bu sahədə, həm də bu sahə ilə bağlı olan digər sahələrdə məşğulluq səviyyəsi aşağı düşəcək və bütövlükdə gəlirlərin azalması meyli müşahidə olunacaqdır. Bundan başqa kənd təsərrüfatı sferasının investisiyanın azalması həmin sahəyə xidmət göstərən hasil və emalın ayrı-ayrı sahələrinə də mənfi təsir göstərəcəkdir. Göstərmək lazımdır ki, milli iqtisadiyyatın inkişafında heç də hər cür tətbiq olunan investisiya qoyuluşu mütərəqqi hal oynamır. Belə ki, milli iqtisadiyyatın nisbətən perspektivsiz sektorlarına investisiya qoyuluşu onun milli iqtisadiyyatın formalaşmasındakı perspektiv rolu diqqət mərkəzində saxlamağı tələb edir. Bə'zi hallarda investisiyalar haqqında qərarlar qəbul edən təsərrüfat, idarə orqanları sadəcə olaraq hansı məhsulun milli iqtisadiyyatın inkişafında daha sərfəli olacağını düzgün müəyyənləşdirə bilmədikdə bütövlükdə iqtisadi strategiyanın da düzgün istiqamət üzrə formalaşmamasına səbəb olacaqdır. İqtisadi strategiyaya uyğun gəlməyən iqtisadi inkişafda mühüm rol oynamayan sahələr üzrə düşünülməmiş investisiyaların tətbiqi vəsaitlərin dağıdılmasına səbəb olacaqdır. Çünki, milli iqtisadiyyatın inkişafına səbəb olmayan layihələr üzrə vəsaitlərin xərclənməsi əslində bu resursların gələcək baxımından səmərəsiz istifadəsi deməkdir. Milli iqtisadiyyatın sabit artım sürətinə nail olunması üçün invstisiyalar bir qayda olaraq təsərrüfatın ən yüksək səmərə verən və milli mənafe baxımından fayda verə biləcək sahələrinə yönəldilməlidir. Deməli, investisiya bazarı daima çevik və hərəkətdə olmalıdır. İnvestisiyaların tətbiqində iqtisadi mühitin yaradılması əsasən onun iqtisadiyyatın durğun sahələrindən daha perspektiv sahələrə keçirməklə əlaqədar olmalıdır. İnvestisiyalardan gələn gəlirlərdə bir qayda olaraq daima fərqlər mövcud olacaqdır. Bu zaman istehsal təyinatlı sahələrə yönəldilən investisi­ya­lardan əldə olunan gəlirlər buna alternativ olan xidmət sferasına olan qoyuluşlar üzrəki gəlirlərdən çox olmalıdır. Bu prosesin baş verməsi üçün istehsal təyinatlı investisiyalar üçün risk etmə səviyyəsi olduqca aşağı olmalıdır.

İnvestisiyaların uzun və qısamüddətli tətbiqi formasından, eləcə də daxili və xarici maliyyələşmə mənbələrindən asılı olmayaraq o dövlət tərəfindən tənzimlənməlidir və onların tətbiqi ilə əlaqədar təminat mexanizmi fəaliyyət göstərməlidir. Bu mexanizm istehsal olunacaq məhsulların yüksək rəqabət qabiliyyətilə hüdudlanmalıdır. Çünki, isteh­sal olunan məhsullar həm daxili, həm də xarici bazarlarda rəqabətə tab gətirmək tarazlığı ilə əsaslanmalıdır.

Ölkə iqtisadiyyatında yaranmış makroiqtisadi sabitlik investisiya mühitinin normal fəaliyyət göstərməsinə şərait yaratmışdır. Hazırki şəraitdə investisiya mühitinin daha əlverişli imkanlarla həm daxili, həm də xarici investisiyaların tətbiqinə bərabər səviyyəli imkan yaranmalıdır. Lakin qeyd etmək lazımdır ki, xarici investisiyaya nisbətən daxili investisiyanın tətbiqində müəyyən çətinlik fəaliyyət göstərir. Bu da hər şeydən əvvəl əhalinin malik olduğu əmanətlərin investisiya, transformasiya edilməsi üçün real imkan­ların məhdudluğu ilə əlaqədardır. Bu da hər şeydən əvvəl özəl banklara əhalinin inamının azalması ilə əlaqədardır. Halbuki dünya təcrübəsindən bəllidir ki, əhalinin əmanətlərinin investisiyaya cəlb olunması prosesinin təşkilində kommersiya bankları xüsusi rol oy­nayırlar. Belə nümunə kimi Almaniyada və Yaponiyada fəaliyyət göstərən kommersiya banklarını misal çəkmək olar. Böyük inam qazanmış bu iri özəl kommersiya bankları istehsal müəssisələrilə qarşılıqlı əlaqə şəklində fəaliyyət göstərir və sabit maliyyə sənaye qruplarına çevrilirlər. Belə şəraitdə onlara səhmdar cəmiyyəti kimi, ya da ümumi mülkiyyət sahibkarlar kimi fəaliyyət göstərir. Sözsüz ki, belə bir əlaqə forması investisiya prosesini stimullaşdıraraq əmanətlərin investisiyaya çevrilməsinə güclü təkan verməklə daxili investisiyanın aktivləşməsinə səbəb olur.

Azərbaycan respublikasına qoyulan xarici və daxili investisyalar aşağıdakı cədvəldə verilmişdir:



Ölkədə aparılan investisiya siyasəti daha çox xarici kapitalın ölkəyə axınının sti­mul­laşması ilə əlaqədardır. Düzdür, hazırki kapital axını əsasən neft və qaz sekto­runun inkişafına yönəldilir. Lakin, milli iqtisadiyyatın formalaşması baxımından xarici investi­siyalardan iqtisadiyyatın digər, xüsusən kənd təsərrüfatı, emal sənayesi istiqamətində də istifadə etmək vacibdir. Xarici investisiyanın milli iqtisadiyyatın inkişafında dönməz hal alması üçün ümumiyyətlə, həm iqtisadiyyatın strukturunun və texnoloji təminatını həyata keçirmək lazımdır, həm də sosial və ekoloji problemlərin həllini uzlaşdırmaq lazımdır.





  1. İnvestisya qoyuluşlarının dövlət tənzimlənməsinin zəruriliyi

İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsi dedikdə, öl­kədə vahid iqtisadi, elmi-texniki, sosial siyasətin həyata keçiril­məsi üçün kompleks tədbirlər sistemi başa düşülür. Bu tədbirlərin maliyyələşdirilməsi respublika və yerli büdcələr və şəxsi vəsait­lər hesabına yerinə yetirilir. İnvestisiya qoyuluşları başlıca olaraq ölkənin ictimai tələbatının ödənilməsinə, iqtisadiyyatın strateji sahələrinin inkişafına yönəldilir. Təsərrüfat və mülkiyyət forma­larından asılı olmayaraq respublikada investisiya qoyuluşları fəa­liyyətdə olan ölkə qanunvericilik aktları ilə tənzimlənir. Dövlət, respublikanın sosial-iqtisadi inkişafını tənzimləmək və habelə, xalq təsərrüfatında lazımi nisbətlərin yaradılması, istehsal və so­sial infrastrukturunun formalaşmasına da ciddi nəzarət edir.

Məlum olduğu kimi, hər hansı bir istehsal və sosial sahələ­rinin yaradılması, yenidən qurulması, genişləndirilməsi və belə­liklə, məşğulluğun təmin edilməsi müvafiq investisiya qoyuluşla­rını və ondan daha səmərəli istifadə edilməsini tələb edir.

Bunun üçün ölkə lazımi maliyyə, material resurslarına malik olmalıdır. Əks halda milli iqtisadiyyatın formalaşdırılmasını və inkişafını təmin etmək məqsədilə ölkəyə xarici investorların cəlb edilməsi zəruriyyətə çevrilir. Məhz buna görə də, müasir bazar iqtisadiyyatı şəraitində respublikamızda xarici ölkələrin marağına və Azərbaycan milli iqtisadiyyatının inkişafına tam uyğun olaraq, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirilməsi imkanı ya­radılır.

Cəmiyyət üzvlərinin artmaqda olan sosial-iqtisadi tələbatı­nın ödənilməsi mövcud istehsal potensialından tam və səmərəli isti­fadə edilməsini bir vəzifə kimi qarşıya qoyur. Bu baxımdan xarici investisiya qoyuluşlarının rolu və əhəmiyyəti son dərəcə yüksəl­miş olur. Ölkədə makroiqtisadi göstəricilərin yüksəldilməsi milli daxili məhsulun strukturunda aparıcı sahələrin, xüsusilə, strateji sahələrin rol və əhəmiyyətinin getdikcə artırılmasını tələb edir. Bu cəhətdən, respublikaya xarici investisiya qoyuluşlarının artırılması və onun dövlət tərəfindən tənzimlənməsi, iqtisadiyya­tın inkişa­fında lazımi proporsiyaların təmin edilməsi böyük elmi və prak­tiki əhəmiyyət kəsb edir.

Respublikada artıq çoxukladlı bazar iqtisadiyyatı inamla formalaşmaqdadır. Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasə­tin nəticəsində iqtisadiyyatımızın dünya iqtisadiyyatına geniş in­teqrasiya zəminində qurulması və inkişaf etdirilməsi real zəru­riyyətə çevrilmişdir. Respublikanın uzaq xaric və MDB ölkələri ilə iqtisadi əlaqələrinin inkişafı milli iqtisadi mənafelərin gözlə­nilməsinə təminat verən dövlət proqramları əsasında həyata keçi­rilir. Həmin proqramda bir tərəfdən xarici investisiyaların cəlb edilməsi əsasında ölkənin ixracat potensialını artırmaq, digər tə­rəfdən, xarici-iqtisadi əlaqələrin getdikcə daha da genişləndiril­məsi nəzərdə tutulur. Bu baxımdan hələ 1994-cü il 20 sentyab­rda imzalanmış «Əsrin müqaviləsi»nin sosial-iqtisadi əhəmiyyəti əvəzedilməzdir. «Əsrin müqaviləsi»nin imzalanması Azərbayca­nın müstəqil dövlət olaraq öz milli sərvətinə tam sahib olduğunu dünyaya bir daha göstərdi. Azərbaycan iqtisadiyyatının dünya iq­ti­sa­diyyatına inteqrasiyası üçün tam əsas yaratdı. Beləliklə, bey­nəlxalq konser­sium yaradılaraq, indiyədək respublikada 19 neft müqaviləsi bağlanmış və bu mühüm problemdə 14 xarici ölkədə 33 iri məş­hur şirkətlərin iştirakları təmin edilmişdir. Hesablama­la­ra görə bu mühüm sazişlər respublikada karbohidrogen ehtiyat­la­rından isti­fadə sahəsində ölkəni Xəzər regionunda aparıcı möv­qe­yə çıxa­racaqdır.Təhlil göstərirki BTC-nin tamamlanmasına 10 milyarda yaxın ABŞ dolları xərclənmişdir. Ümumiyyətlə, neft-qaz ha­si­latı üzrə bağlanmış müqavilələr 30 il müddətinə nəzərdə tu­tul­muşdur ki, bunun da nəticəsində respublikamıza ümumilikdə 60 milyarda yaxın ABŞ dolları məbləğində investisiya qoyuluşları nəzərdə tutulur. Bu barədə daha geniş təsəvvürə malik olmaqdan ötəri 1№-li cədvəlin rəqəmlərinə nəzərə salmaq lazımdır.
Cədvəl 1

Neft yataqlarının layihə istismarına nəzərdə tutulmuş

xarici inve­stisiyaların həcmi




Neft yataqları

İstehsalın həcmi (mln.t.)

İnvestisiya (mlrd. ABŞ dol. hesabı ilə)

Azər­bayca­nın payı (fa­izlə)

1.

«Azəri», «Çıraq», «Gü­nəşli»

630,0

12-14

10,0

2.

«Qarabağ»

80-150

1,7-2,0

7,5

3.

«Şahdəniz»

100,0

4,0

10,0

4.

«Dan ulduzu-Əşrəfi»

100-150,0

1,5-2,0

20,0

5.

«Lənkəran-Talış-dəniz»

100,0

1,5-2,0

25,0

6.

«Yalama» (D-222)

100,0

1,5-2,0

40,0

7.

«Abşeron»

150-300

3-3,5

50,0

8.

«Naxçıvan» (Keçmiş D-3)

75-100

5,0

50,0

9.

«Oğuz»

75,0

2,0

50,0

10

«Kürdaşı»

90-120

2,0

50,0

11

«Güney-Qərib-Qobustan»

30-60

0,3-0,5

20,0

12

«İnam»

150-250

3-4

50,0

13

«Muradxanlı»

80-80

1-1,5

50,0

14

«Alov», «Araz», «Şərq»

150-300

9,0

40,0

15

«Kürsəngi», «Qarabağlı»

60-90

0,5-0,8

50,0

16

«Atəşgah»

100,0

2,0

50,0

17

«Zəfər», «Məşəl»

120-150

2,0

50,0

18

«Lerik-dəniz», «Savalan»

100-120

2,0

50,0

19

«Padar»

50-100

0,8-1,0

20,0

Aparılan hesablamalardan məlum olduğu kimi, Azərbayca­nın müqavilələrdə iştirak payı 7,5 faizdən 50 faizə qədərdir (bax: 1№-li cədvəl). Qeyd etmək lazımdır ki, müqavilələrdə iştirak edən şirkətlərin pay bölgüsü aşağıdakı kimi müəyyənləşdrilmişdir.

BP (İngiltərə): 30.1%, State Oil Company of Azerbaijan (SOCAR) (Azərbaycan): 25.00%, Chevron (ABŞ): 8.90%, Statoil (Norveç): 8.71%, Türkiye Petrolleri Anonim Ortaklığı (TPAO) (Türkiyə): 6.53%, Eni/Agip (İtaliya): 5.00%,Total (Fransa): 5.0%, Itochu (Japoniya): 3.4%, Inpex (Japoniya): 2.50%,ConocoPhillips (ABŞ): 2.50%, Amerada Hess (ABŞ) 2.36%

Qeyd etdiyimiz kimi, neft yataqlarının birgə işlənməsi 25-30 il müddətinə nəzərdə tutulur ki, bu da XXI əsrin astana­sında Azərbaycan sosial-iqtisadi inkişafının daha da yüksəldilmə­sinin təməlini qoymuş olacaqdır. Nəzərdə tutulan milyardlarla xarici investisiya qoyuluşları ümumilikdə iqtisadiyyatın, xüsusilə, neft-kimya sənayesinin elmi, istehsal, texniki bazasının key­fiyyətcə yeniləşməsini təmin edəcəkdir ki, bu da ölkənin makro­iqtisadi göstəricilərinin artımı ilə yanaşı, kadr potensialının daha da möhkəmləndirilməsinə real şərait yaratmaqla, yeni peşə və iş yerlərinin açılmasına şərait yaradacaqdır. Beləliklə, dənizin dərin qatlarından karbohidrogen yataqlarının müştərək istifadəsi yolu ilə qabaqcıl xarici təcrübəyə yiyələnməklə gələcəkdə neft-qaz yataqlarından sərbəst istifadəyə nail olunacaqdır. İnvestisiya fəa­liyətinin dövlət tərəfindən tənzimlənməsi nəticəsində faktiki ola­raq 1994-cü ildən indiyədək, ardıcıl surətdə hər bir neft yataqları üzrə sazişlərin Milli Məclis tərəfindən ratifikasiya edilməsi ilə əlaqədar geniş və intensiv iş həyata keçirilir.

Respublikada geniş miqyas almış xarici ölkələrin investisiya fəaliyyəti Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş «İnvestisiya fəaliyyəti haqqında» qanunu əsasında tənzimlənir. Həmin qanunda qeyd edilir ki, mulkiyyət formandın asılı olmaya­raq bütün investorların hüquqlarının müdafiəçisi dövlətdir. Bu­nanla belə, dövlət orqanlarının və vəzifəli şəxslərin həddən artıq mövcud qa­nunvericilik aktları ilə müəyyənləşdirilmiş investi­siya fəaliyyəti subyektlərinin müqavilə münasibətlərinə müdaxilə et­məsinə yol verilmir. Məlum olduğu kimi, investisiya fəaliyyəti investorların müəyyən məqsədlər üçün investisiya qoyuluşları ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan bütün fəaliyyətin məc­musu hesab edilir və dövlət tərəfindən tənzimlənir. Beləliklə, mulkiyyət və təsərrüfatçılıq fəaliyyətindən asılı olmayaraq, inve­stisiya qoyuluşları ölkədə mövcud qanunvericilik aktlarına tam uyğun formada tənzimlənir. Odur ki, dövlət ölkədə sosial-iqtisadi inkişafı tənzimləmək, xalq təsərrüfatında lazımi proporsiyaların yaradıl­masını təmin etməklə investisiya qoyuluşlarından və ha­be­lə, inve­stisiya fəaliyyətindən əldə edilən gəlirlərdən tam və sə­mə­rəli is­tifadəni ciddi surətdə tənzimlənməlidir. Şübhəsizdir ki, hər hansı istehsal və sosial sahələrin yaradılması, yenidən qurul­ma­sı, ge­nişləndirilməsi və habelə məşğulluğun təmin edilməsi, müvafiq investisiya qoyuluşlarından və xüsusi ilə də ondan əldə edilmiş gəlirlərdən səmərəli istifadə olunmasını tələb edir. Bu baxımdan, investisiya fəaliyyətinin dövlət tərəfindən tənzimlən­mə­si birinci dərəcəli əhəmiyyətə malikdir. Odur ki, müasir müs­təqillik və ba­zar iqtisadiyyatı şəraitində xarici ölkələrin marağına və milli iqti­sadiyyatın inkişafına tam uyğun olaraq, investisiya fəaliyyətini daha da dərinləşdirmək tələb edilir. Belə bir real şə­raitdə, inve­stisiya fəaliyyətinin dövlət tənzimlənməsi və idarə edilməsi müasir reallıqdan irəli gəlir.

Xarici investisiya fəaliyyətini stimullaşdırmaq məqsədilə nor­mativ hüquqi aktları dünya standartlarına uyğun olaraq tək­mil­ləş­dirmək lazımdır. Məlum olduğu kimi, bu istiqamətdə res­pub­lika hökuməti lazımi tədbirlər həyata keçirmişdir. Belə ki, xa­rici iqtisadi əlaqələrin inkişafı və tənzimlənməsi istiqamətində qiy­mətlərin liberallaşdırılması, xarici ticarətin stabilləşdirilməsi və respublikaya xarici investisiyaların cəlb edilməsi ölkələrarası sər­bəst mal mübadiləsinin həyata keçirilməsi üzrə bir sıra təd­birlər də yerinə yetirilmişdir və bunun da nəticəsində respubli­kaya xa­rici ölkələrin marağı daha da artmışdır. Lakin xarici inve­storların normal fəaliyyətini tənzimləməkdən ötəri geniş tədbirlər həyata keçirməlidir. Daha doğrusu, xarici investisiya fəaliyyətinin sti­mullaşdırılması sahəsində dövlət iqtisadi mexanizmdən xüsu­silə, güzəştli vergi sisteminin, sürətli amortizasiya, qiymətqoyma siya­sətinin həyata keçirilməsi və s. iqtisadi vasitələrdən daha fəal və çevik istifadə edilməsini təmin etməlidir.

Məhz buna görə də ölkədə geniş xarici investisiya fəaliyyə­tinin bərqərar olduğu şəraitdə dövlətin tənzimləyici funksiyası bir daha artmış olur. Bu istiqamətdə başlıca problemlərdən biri inve­stisiya fəaliyyətində sosial infrastrukturun kompleks inkişa­fına nail olunmasıdır. İndi investisiya fəaliyyətinin ölkəmizdə getdikcə genişləndiril­məsi ilə əlaqədar olaraq güclü xidmət-servis komplekslərinin ya­radılma­sına və inkişafına yüksək dövlət qayğısı lazımdır. Araş­dırmalar göstərir ki, xarici şirkətlərin böyük əksəriyyəti özləri ilə xidmət servisini də gətirirlər. Bu istiqamətdə fəaliyyət Almaniya, Fransa, Yaponiya, Türkiyə, İsveç, İtaliya və İran şirkətləri tərə­findən də təşkil edilmişdir. Şübhə yoxdur ki, xarici ölkələrin servis x­idmətlərinin rolu və əhəmiyyəti inkar edilməzdir. Bu ba­xımdan həmin zəngin təcrübədən bəhrələnərək, gələcəkdə qis­mən olsa da, servis xidmətləri həyata keçirilərsə, onda məşğulluq pro­bleminin həllinə müsbət təsir etməklə bərabər, öl­kədə valyuta gəlirlərinin artmasına da şərait yaradılmış olardı. Odur ki, neft fondunun mövcudluğu, xalq təsərrüfatının proporsional və tarazlı inkişafında mühüm rol oynamaqla yanaşı, ölkədə sosial infrastrukturun for­malaşması və inkişafına öz real təsirini göstərməkdədir. Beləliklə, neft fondundan səmərəli istifadə respublikada sosial sa­hələrin güclü və kompleks inkişafına da müsbət təsirini göstərir. Odur ki, investisiya fəaliyyətinin döv­lət tənzimlənməsinə birtərəfli deyil, kompleks yanaşmaq daha faydalı hesab olunur.

Bütün bunlarla yanaşı dövlət investisiya fəaliyyətinin tən­zimlənməsində iqtisadi mexanizmlərdən daha fəal istifadə etmə­lidir. Bu mexanizmlərə əsasən aşağıdakıları aid etmək olar:



  1. vergitutma subyektlərinin və obyektlərinin, vergi dərəcələrinin və güzəştlərinin fərqləndirildiyi vergi sisteminin tətbiqi;

  2. kredit və amortizasiya siyasətinin həyata keçirilməsi, o cümlədən əsas fondların sürətli amortizasiyası yolu ilə. Amortizasiya üzrə güzəştlər, ayrı-ayrı iqtisadi sahələr, əsas fondların və avadanlığın müxtəlif növləri və elementləri üçün dəyişkən və fərqli müəyyən edilə bilər.

  3. ayrı-ayrı region, sahə və istehsalatların inkişafı üçün subvensiya, subsidiya büdcə borclarının verilməsi;

  4. dövlət norma və standartlarının müəyyənləşdirilməsi;

  5. antiinhisar tədbirlərin görülməsi;

  6. mülkiyyətin dövlətsizləşdirilməsi və özəlləşdirilməsi;

  7. torpaqdan, sudan və başqa təbii ehtiyatlardan istifadə şərtlərinin müəyyənləşdirilməsi;

  8. qiymətqoyma siyasətinin həyata keçirilməsi;

  9. investisiya layihələrinin ekspertizasının keçirilməsi;

  10. başqa tədbirlər.

Həmçinin, investisiya fəaliyyətinin dövlət tənzimlənməsinə dövlət investisiyasının idarə olunması, habelə investisiya fəaliyyəti şərtlərinin tənzimlənməsi və bu şərtlərə investisiya fəaliyyətinin bütün subyektləri tərəfindən əməl edilməsinə nəzarət daxildir.

Dövlət investisiyasının idarə olunması respublika və yerli hakimiyyət və idarəetmə orqanları tərəfindən həyata keçirilir və büdcə, büdcədənkənar vəsaitin və həmin orqanlar tərəfindən cəlb edilən başqa vəsaitin planlaşdırılmasından, investisiyanın şərtlərinin müəyyənləşdiril­məsindən və bunlarla bağlı digər məsələlərin həllindən ibarətdir.

Beləliklə, respublikada milli iqtisadiyyatın dirçəlməsində və onun inkişafında investisiya qoyuluşları bir tərəfdən bazar iqti­sa­diy­yatının mahiyyətindən və habelə, ölkənin zəngin yeraltı sər­vətlərə malik olmasından, digər tərəfdən, respublikada bu geniş strateji məq­sədlərə çatmaq üçün lazımi vəsaitin olmaması xarici investorları respublikaya cəlb edilməsini zəruriətə çevirmişdir.


  1. Dövlətin investisya siyasətinin əsas xüsusiyyətləri

Bazar iqtisadiyyatı şəraitində investisiya siyasətinin ən səciyyəvi xüsusiyyətlərindən biri mövcud müəssisələrin texnika ilə təchizinə və yenidən qurulmasına yönəldilən əsaslı vəsait qoy­uluşunda avadanlıq və maşınlar üçün məsrəfin xüsusi çəkisini yüksəltməkdən ibarətdir. Bu istiqamətdə xərclərin getdikcə art­ması əsas istehsal fondlarının yeniləşməsinə səbəb olur.

Müasir dövrdə bu istiqamətdə ölkə iqtisadiyyatında əhə­miyyətli keyfiyyət dəyişiklikləri aparılır. Belə ki, əsas investisiya siyasətinin formalaşmasına diqqət daha da artırılır. İnvestisiya qoyuluşları vasitəsilə iqtisadiyyatın strukturunun təkmilləşdiril­məsində əhəmiyyətli keyfiyyət dəyişiklikləri həyata keçirilir. Bu məqsədlə əsasən investisiya siyasətinin formalaşmasına diq­qət artırılır, çünki investisiya sferası təsərrüfat mexanizminin təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.

İnvestisiya siyasəti dedikdə, investisiya qoyuluşlarının əsas istiqamətlərini iqtisadiyyatın aparıcı sahələrində cəmləşdirilməsi üzrə kompleks tədbirləri müəyyən edən təsərrüfat qərarlarının məcmusu başa düşülür. İnvestisiya vasitəsi ilə respublikanın makro-mikro iqtisadiyyatının yüksək inkişafına nail olunur. Eyni zamanda iqtisadiyyatın tarazlığı, onun səmərəliliyinin yüksəldil­məsi və milli gəlirin artımı təmin edir.

İnvestisiya siyasətinin ən mühüm vəzifəsi mövcud ehtiyat­lar­­dan səmərəli istifadə etməklə vəsaiti ETT-nin sürətlən­diril­mə­si­ni təmin edən sahələrin xeyrinə yenidən bölüşdürülməsindən iba­rətdir.

Respublikada investisiya prosesinin inkişafına dövlət təsiri­nin gücləndirilməsi məqsədilə büdcədə investisiya layihələrinə dövlət təminatlarının verilməsi nəzərdə tutulmuşdur. Qeyd et­mək lazımdır ki, 1997-ci ildən etibarən dövlət təminatları üzrə xərclər «Dövlət borcuna xidmət edilməsi» bölməsində öz əksini tapmışdır. Bu təminatlar xarici investisyanın qorunması haqqında Azərbaycan respublikasının qanununda öz əksinin tapmışdır.

Dövlət xarici investisyalar üçün aşağıdakı təminatları verir :


1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə