AZƏrbaycan kooperasiya universiteti




Yüklə 231.01 Kb.
səhifə1/3
tarix10.04.2016
ölçüsü231.01 Kb.
  1   2   3


AZƏRBAYCAN KOOPERASİYA

UNİVERSİTETİ

KURS İŞİ

Fakultə: Idarəetmə

Kafedra: İqtisadiyyatın Dövlət Tənzimlənməsi, dövlət və bələdiyyə idarəetməsi

İxtisas: İqtisadiyyatın Hüquqi Tənzimlənməsi

Fənn: İqtisadiyyatın Dövlət Tənzimlənməsi

Mövzu: Dövlətin İnvestisya Siyasəti

Tələbə: Əliyev Azər

Kurs: III

Qrup:№307

Rəhbər:

Kafedra Müdiri:

Plan:


Giriş

  1. İnvestisya haqqında anlayış.

  2. İnvestisya fəaliyyəti, onun mahiyyəti və vəzifələri

  3. İnvestisya fəaliyətinin obyekt və subyektləri

  4. Milli iqtisadiyyatın inkişafında daxili və xarici investisyanın rolu

  5. İnvestisya qoyuluşlarının dövlət tənzimlənməsinin zəruriliyi

  6. Dövlətin investisya siyasətinin əsas xüsusiyyətləri

Nəticə

Ədəbiyyat siyahısı

Giriş
Bazar iqtisadiyyatı şəraitində cəmiyyətin artmaqda olan sosial-iqtisadi təlabatının ödənilməsi mövcud istehsal potensiyalından tam və səmərəli istifadə edilməsi, ETT-nin nəaliyyətlərinin istehsala tətbiqi və bu kimi yeniliklər investisya qoyuluşlarından asılıdır. Bu baxımdan, cəmiyyətin həyatında investisya qoyuluşlarının əhəmiyyəti və rolu son dərəcə artmış olur. Ölkədə makroiqtisadi göstəricilərin yüksəldilməsi, ümumimilli məhsulun sturukturunda aparıcı sahələrin, xüsusilə strateji sahələrin rolunun və əhəmiyyətinin getdikcə artırılmasını tələb edir.

Bu baxımdan respublikaya xarici investisyalarının cəlb edilməsi əsasında ölkənin ixracat potensialını artırmaq, digər tərəfdən xarici-iqtisadi əlaqələrin dahada genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan, hələ 1994-cü ilin 20 sentyabrında imzalanmış «Əsrin müqaviləsi»nin sosial-iqtisadi əhəmiyyəti əvəzsizdir.

Respublikada geniş miqyas almış xarici ölkələrin investisya fəaliyyətləri Azərbaycan Respublikasının 1995-ci ilin 13 yanvarda qəbul etdiyi «İnvestisiya fəaliyyəti haqqında» qanuna əsasən tənzimlənir. Qanun investisiyanın Azərbaycan Respublikası iqtisadiyyatına intensiv cəlb olunmasına, ondan ölkənin sosial-iqtisadi bazasının, habelə beynəlxalq iqtisadi əməkdaşlığın və inteqrasiyanın inkişafı üçün səmərəli istifadə edilməsinə yönəldilmişdir və mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə tə'minat verir.

Bununla belə, mövcud qanunvericilik aktları ilə müəyyənləşdirilmiş investisya fəaliyyəti subyektlərinin müqavilə münasibətlərinə dövlət orqanlarının və vəzifəli şəxslərin həddən artıq müdaxilə etməsinə yol verilmir.

Beləliklə investorlar öz məqsəd və fəaliyyətlərində tam sərbəstirlər. Deməli, buna görədə onlar respublikada ən səmərəli və perspektivli sahələrə investisya qoyurlar ki, bu sahələrindən də ən rəğbət görəni məhz neft-qaz sahəsidir.

Qeyd etmək lazımdır ki, respublikada yaranan əlverişli siyasi, iqtisadi və hüquqi şərait iqtisadiyyatın gücləndrilməsinin mühüm göstəricisi olan investisya qoyuluşlarının həcminin xeyli artmasına şərait yaratmışdır.





  1. İnvestisya haqqında anlayış.

Respublikamız bazar iqdisadiyyatının mövcudluğu şəraitində sosial-iqtisadi tərəqqiyə nail olmaq üçün xüsusi inkişaf proqramı və proqnozları işlənib hazırlanmalı və onların həyata keşrilməsi təmin edilməlidir. Belə proqramın əsasını respublikanın mikro və makro səviyyəsində iqtisadiyyatın inkişaf etdirilməsi və ida­rə edilməsi, onun sosial-iqtisadi səmərəliliyinin yüksəldilməsi, ETT-nin tətbiqinin sürət­ləndirilməsi, əmək məhsuldarlığının yüksəlməsi və s. təşkil edir. Qarşıya qoyulan bu kimi vəzifələrlə əlaqədar olaraq, respublikanın bazar iqtisadiyyatına keçdiyi bir şəraitdə, əsas problemlərdən biridə investisya qoyuluşlarından istifadənin səmərəliliyini artırmaqdır. Bu proqramın ardıcıl olaraq həyata keçrilməsi gələcəkdə ölkədə sosial-iqtisadi inkişafın sabitliyinin qorunub saxlanmasına imkan yaradacaqdır. Bazar iqtisadiyatı şəraitində müxtəlif təsərrüfatçılıq formalarının inkişafı və onların yüksək gəlir əldə etməsi, məhz investisya qoyuluşlarından tam və səmərəli şəkildə istifadəsindən asılıdır.

Müasir dövrdə aparılan tədqiqatlardan məlum olur ki, inve­stisiya anlayışı geniş məzmuna və tərkibə malikdir. Mə­lumdur ki, makroiqtisadiyyatda investisiya qoyuluşları ümumi (məcmu) xərclərin tərkib elementlərindən biridir. Belə ki, fabrik, zavod, yaşayış binalarının tikilməsi, yeni ma­şın və avadanlıqların alın­ması, həmçinin cari ildə istehsal edilmiş, lakin istehlak olun­ma­mış əmtəə-material qiymətləri investisiya kimi qəbul edilir.

Mikroiqtisadiyyatda isə investisiya yeni kapitalın istehsa­lın maddi-əşya elementlərinin yaradılması, həmçinin şəxsi amilini (insanın) lazımi bacarıqlara və vərdişlərə yiyələnmə­sinə vəsait sərfi kimi başa düşülür.

Maliyyə nəzəriyyəsinə görə investisiya anlayışı real və ma­liyyə aktivlərinin əldə edilməsi kimi başa düşülür.

Müasir dövrdə investisiya qoyuluşları - prosesləri Azər­bay­ca­­nın və xarici öl­kələ­rin görkəmli iqtisadçı alimləri tərəfindən ge­­niş tədqiq olunmasına baxmayaraq bu gün də bu problemə dair fikir müxtəlifliyi mövc­uddur.

Bir qrup iqtisadçı alimlər «investisiya anlayışını» «əsaslı vəsait qoyuluşu»nun sinonimi kimi qəbul edirlər. İnvestisiya hər bir cəmiyyətdə geniş təkrar istehsalda müəyyən müddətlərdə adətən uzunmüddətli vəsait qoyuluşudur ki, bu da əmtəə-pul münasi­bətlərində öz əksini tapır. Beləliklə, investisiya qoyuluş­la­rı­na material, əmək və maliyyə məsrəfləri də daxil edilir ki, bu da dəyər ifadəsində xarakterizə olunur və əmtəə-pul müna­sibət­ləri­nin ən mühüm atributlarından biri hesab edilir.

Buradan aydın olur ki, «investisiya» və «əsaslı vəsait qoy­uluşu» anlayışları arasında fərq mövcuddur. Lakin onlar arasında qarşılıqlı əlaqə də vardır.

Əsaslı vəsait qoyuluşu dedikdə, istehsal və qeyri-istehsal sa­hələrində əsas fondların geniş təkrar istehsalı və yeni əsas fond­ların yaradılmasına, mövcud müəssisələrin genişləndiril­mə­sinə, yenidən qurulmasına və istehsalın texniki cəhətdən si­lahlandırıl­masına yönəldilən vəsaitin məcmusu başa düşülür.

Investisiya — gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir.

Belə vəsait və sərvətlər aşağıdakılardır:



  • pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar;

  • daşınar və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq və başqa maddi sərvətlər);

  • müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlər;

  • bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan, ancaq patentləşdirilməmiş texniki sənədləşdirmə, vərdiş və istehsalat təcrübəsi kimi tərtib edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu ("nou-hau");

  • torpaqdan, sudan və digər ehtiyatlardan, binalardan, qurğulardan, avadanlıqdan istifadə hüquqları, habelə müəlliflik hüququndan irəli gələn və başqa əmlak hüquqları;

  • başqa sərvətlər.

Əsas fondların yaradılmasına və təkrar istehsalına, habelə maddi istehsalın digər formada inkişafına investisiya yönəldilməsi kapital qoyuluşları şəklində həyata keçirilir.

Bazar iqtisadiyyatı şəraitində investisiyanın mahiyyətini ba­şa düşmək üçün əsas fondların yaradılmasına çəkilən xərclə ya­na­şı, dövriyyə fondunun yaradılmasına yönəldilən zəruri və­sait qo­yuluşunu da nəzərə almaq lazımdır. Lakin, dövriyyə fondu­nun yaradılmasına yönəldilən vəsaitin özünəməxsus xüsusiyyəti var­dır. Belə ki, həmin vəsait bütün istismar müddəti ərzində dəyər ifadəsində ona təhkim olunur. Onun həcmi istehsalın miqyasından (artma və ya azalmasından) asılı olaraq dəyişir.

Aparılan araşdırmadan aydın olur ki, «investisiya» anlayışı məzmununa görə «əsaslı vəsait qoyuluşu» anlayışından daha ge­nişdir və əsaslı vəsait qoyuluşu investisiyanın tərkib hissəsidir.


  1. İnvestisya fəaliyyəti, onun mahiyyəti və vəzifələri

Investisiya fəaliyyəti investorların investisiya qoyuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərinin məcmusudur.

Investisiya fəaliyyətinin aşağıdakı növləri vardır:



  • Azərbaycan Respublikasının vətəndaşları, qeyri-dövlət müəssisə, idarə, təşkilat və qurumları tərəfindən həyata keçirilən özəl investisiya fəaliyyəti;

  • Dövlət hakimiyyət və idarəetmə orqanları, habelə müəssisə, idarə və təşkilatları tərəfindən büdcələrin, büdcədənkənar fondların və özlərinə məxsus borc vəsaitinin hesabına həyata keçirilən dövlət investisiya fəaliyyəti;

  • xarici vətəndaşlar, hüquqi şəxslər, dövlətlər, beynəlxalq maliyyə təşkilatları, habelə vətəndaşlığı olmayan şəxslər tərəfindən həyata keçirilən xarici investisiya fəaliyyəti;

  • Azərbaycan Respublikasının və xarici dövlətlərin vətəndaşları, hüquqi şəxsləri və dövlətlər tərəfindən həyata keçirilən birgə investisiya fəaliyyəti.

Məlum olduğu kimi istehsal və sosial sahələrdə elmi-texniki tərəqqinin nəaliyyətlərindən istifadə etmək istiqamətində inves­ti­si­ya fəaliyyətinin bir forması da innovasiyadır.

İnnovasiya fəaliyyəti dedikdə, əsasən uzun müddətli elmi-texniki tərəqqi şəraitində iqtisadiyyatda baş verəcək struktur dəyişiklikləri ilə əlaqədar və habelə ölkədə fundamental tədqiqat işlərinin maliyyələşdirilməsi nəzərdə tutulur.

İnnovasiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ola­raq investisiya prosesi daha geniş forma alır.

İnnovasiya prosesi aşağıdakı isti­qamətlərdə həyata keçirilir:

- elmi-texniki proqramların həyata keçirilməsi;

- iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi məqsədilə məhsuldar qüvvələrin tərkibində keyfiyyət dəyişiklikləri etmək üçün fundamental tədqiqatların maliyyələşdirilməsi;

- texnika və texnologiyanın prinsipcə yeni qənaətçil növləri­nin işlənib hazırlanması, yayılması və tətbiqi;

- ixtiraların və kəşflərin tətbiqinin genişləndirilməsi nəticə­sində istehsalın texniki səviyyəsində keyfiyyət dəyişikliklərinin sürətləndirilməsi;

- iqtisadiyyatin sahələrində yeniliklərin tətbiqi nəticəsində so­sial, iqtisadi və ekoloji səmərənin artırılmasının tə­min edilməsi.

Qeyd etmək lazımdır ki, innovasiyanın iqtisadi və sosial sə­mərəliliyini təmin etmək üçün innovasiya təyinatlı investisiya re­sursundan istifadə istiqamətlərini müəyyənləşdirmək lazımdır. Beləliklə, belə maliyyə vəsaitlərindən: yeni məhsul mənimsənil­məsi və buraxılışı; istehsalın və əməyin texniki silahlanması; is­teh­salın genişləndirilməsi, yenidən qurulması və s. məqsədlər üçün istifadə edilməsi daha məqsədəuyğun hesab edilir.

İ
nvestisiya tsiklinin ardıcıllıq mərhələlərini aşağıdakı kimi xarakterizə etmək olar:

Sxem 1.


Firmanın (müəssisənin) fəaliyyətinin ən mühüm cəhəti inve­stisiya prosesidir. İnvestisiya layihəsinin realizə edilməsi ona yö­nəldilən əsaslı vəsait qoyuluşu ilə əlaqədardır ki, bu il ərzində də firmanın mənfəətini təmin etməlidir.

Kommersiya təcrübəsində investisiyanın aşağıdakı tiplərini (növünü) bir-birindən fərqləndirmək lazımdır:

- fiziki aktivlərə investisiya;

- pul aktivlərinə investisiya;

- qeyri-material (gözə görünməyən) aktivlərə investisiya.

Fiziki aktivlərə - istehsalat binası və tikililər, həmçinin xid­mət müddəti bir ildən çox olan müxtəlif maşın və avadanlıqlar və s. daxildir.

Pul aktivlərinə - fiziki və hüquqi şəxslərdən pul vəsaiti al­maq hüququ olanlar (məsələn: uduş, aksiya, bank depoziti və s.) aiddir.

Qeyrimaterial aktivlərinə - lisenziyanın alınması, ticarət ni­şanının işlənməsi, işçilərin təhsil alması və ixtisas səviyyəsinin yüksəldilməsi və s. daxildir. İnvestisiyanın real aktivliyinin ha­zırlanması və təhlili hər şeydən əvvəl firmanın qarşısında duran problemin bu növ investisiyanın köməkliyi ilə həll edilməsindən asılıdır. Bu mövqedən mövcud bütün müxtəlif investisiyaları aşağıdakı qruplara bölmək olar:


1. İstehsalın səmərəliliyinin yüksəldilməsinə investisiya qoyuluşları. Bu cür investisiyaların məqsədi firmada xərcin aşağı düş­məsi üçün köhnə avadanlıqların yenisi ilə əvəz edilməsini, işçi­lərin ixtisas səviyyəsinin yüksəldilməsini, istehsalın və əmə­yin səmərəli təşkilini və s. təmin etməkdən ibarətdir.

2. İstehsalın genişlənməsində investisiya qoyuluşları. Belə investisiyaların qarşısında duran əsas vəzifə mövcud istehsal pro­sesi miqyasında əvvəlcədən yaranmış bazar üçün əmtəə buraxılı­şının həcminin və çeşidinin genişləndirilməsini həyata keçirmək­dir.

3. Yeni istehsalın yaradılmasına investitisya qoyuluşu. Bu tip investisiyalar yeni müəssisələrin yaradılmasına yö­nəldilir və bunun əsasında çoxçeşidli və yüksək keyfiyyətli əm­təə istehsalı həyata keçirilir ki, bu da firmanın dünya bazarına çıxmasına imkan verir.

4. Dövlətin idarəetmə orqanlarının tələbatının ödənilməsinə investisiya qoyuluşları. Bu tip investisiyalar o vaxt yaranır ki, firma menecmentin təkmilləşdirilməsi hesabına dövlət orqanları­nın tələbatını ödəyə bilmir.

İnvestisiyanın belə təsnifləşdrilməsi hər şeydən əvvəl onun müxtəlif risk səviyyəsi ilə bağlı olmasıdır. İnvestisiyanın tipi ilə onun riski arasındakı asılılıq aşağıdakı sxemlə izah edilir.

Sxem 2.


İnvestisiyanın tipi ilə risk səviyyəsi arasında əlaqə


TİP 3

TİP 2

TİP 1

TİP 4

Yeni istehsalın yaradılmasına investisiyalar

İstehsalın geniş­ləndirilmsinə in­vestisiyalar.

Səmərəliliyin yüksəldilməsinə investisiyalar

Dövlət orqanla­rının tələbatı­nın ödənilmə­sinə investisiy­alar.

Riskin yüksək sviyyəsi

Riskin aşağı səviyyəsi

Qeyd etmək lazımdır ki, hər bir risk amilinin özünün xüsusi çəkisi var və bal hesabı ilə qiymətləndirilir. Buna görə də istər ayrı-ayrı risk amilləri, istərsə də bütövlükdə investisiya mühiti miqdarca qiymətləndirilə bilər. Risklər müxtəlif formada təsnif­ləşdirilir. Belə ki, bir çox dünya dövlətləri üzrə hər il amerikan LOPS firması International Company of USA tərəfindən dərc edilmiş yeddi cildlik « Publicity Rick Yearbook» adlı kitabında aşağıdakı risklər qiymətləndirilir. Bunlardan: siyasi, maliyyə köçürmələri, ixracat və s. birbaşa investisiyaları göstərmək olar. Burada risklər 12 bal sistemi üzrə qiymətləndirilir. Qeyd etmək lazımdır ki, Amerikan firmaları «Business Environment Rick Intelligence International» və Alman firması «Beri» riskləri 100 bal sistemi ilə qiymətləndirirlər.

İnvestisiya qoyuluşunda istifadə olunan risk anlayışı - poten­sial investor tərəfindən qoyulmuş vəsaitin itirlməsi deməkdir.

Dünya təcrübəsində risk etmənin ənənəvi təsnifatı aşağıdakı sxemdə verilir.




Təsnifləşdirmənin əlamətləri

Təsnifata uyğun olaraq risklərin

Əlamətləri



Subyektlər üzrə

- bəşəriyyət üzrə ümumilikdə;

- ayrı-ayrı regionlar, ölkələr, millətlər;

- sosial qruplar, ayrı-ayrı fərdlər;

- iqtisadi, siyasi, sosial və s. sistemlər;

- təsərrüfat sahələri;

- ayrı-ayrı layihələr;

- fəaliyyətin növləri.


İnvestisiyanın növ­ləri üzrə

- maliyyə

- investisiya layihələri



Təzahür sferası üzrə

- iqtisadi amillərin dəyişməsi ilə əlaqədar olaraq iqtisadi risk;

- respublikanın siyasi mövqeyindən asılı olaraq siy­asi risk;

- sosial şəraitin dəyişməsi (çətinləşməsi) ilə əlaqə­dar olaraq sosial risk;

- ekoloji fəlakətlərlə əlaqədar olaraq ekoloji risk;

- qanunvericiliyin və normativ aktların (bazarın) dəyişməsi ilə əlaqədar olaraq normativ qanunve­rici­lik risk.


Əmələ gəlmə mən­bələri üzrə

- konkret subyektə xas olan, onun nəzəriyyəsindən və xüsusiyyətlərindən asılı olaraq qeyri-sistematik risk;

- bazar konyunktrasıının dəyişkənliyi ilə əlaqədar olan sistematik risk, subyekt­dən asılı olmayan tən­zimlənməyən risk;

Sistematik risklər aşağıdakılara bölünür: a) qanun­vericilik, qiymətin əmələ gəlməsi, normativlər, bazar konyukturası sferasında gözlənilməyən tən­zimlənmə tədbirləri;

b) təbii qəzalar və fəlakətlər;

c) cinayətlər;

d) siyasi dəyişikliklər.



Sxem 3.


Risk hər bir investisiya layihlərinin reallaşdırılması gedi­şində ziyanın baş verməsi və ya layihənin səmərəliliyinin aşağı düşməsi ilə nəticələnən arzu olunmaz halların yaranması imkanı ilə əlaqədar olan qeyri-müəyyənlikdir. Ümumi formada risk – layihənin reallaşdırılmasında əmələ gələn zərər və ya ziyanın eh­timalıdır. Risk aşağıdakı kimi müəyyən edilir:

R = f (PxL)

Burada:

R – riskli hadisələr



P – riskin əmələ gəlməsi ehtimalı

L – riskli hadisələrin əmələ gəlməsi halında nəticə­nin vacibliyi.

Risklərin idarə edilməsi – layihənin reallaşdırılmasının faktiki gö­stəricilərinin əvvəlcədən planlaşdırılmış məlumatlardan kənarlaş­manın azaldılması məqsədi ilə risklərin monitorinqi, təhlili və indentivikasiyasını birləşdirən tədbirlər kompleksidir. Riskin ida­rəedilməsi üzrə hərəkətin alqoritmi aşağıdakı sxemdə verilir.

Рисклярин тящлили


Рисклярин тясиринин азалмасы цзря тядбирляр



Експерт гиймятляринин тятбиги

Рисклярин индентификасийасы





Лайищянин инкишафына нязарят



Лайищялярин баша чатмасы вя нятиъяляри

Програм васитяляринин тятбиги






Кянарлашмалар щаггында информасийа



Sxem 4.

İnvestisiyalar bir sıra əlamətlərinə görə təsnifləşdirilir ki, onlarda aşağıdakılardan ibarətdir:


  1. İnvestisya fəaliyyəti, obyektlərinə görə real və maliyyə investisyalarına bölünür.

Real investisyalar dedikdə, maddi və qeyri-maddi aktivlərə vəsait qoyuluşu başa düşülür.

Maliyyə investisiyaları dedikdə isə müxtəlif maliyyə vasi­tələrinə (aktivlərinə) vəsait qoyuluşu başa düşülür ki, bunların da içərisində əsas yeri qiymətli kağızlara vəsait qoyuluşu tutur.

Real investisyalar aşağıdakı qruplara bölünür:

- öz istehsalının səmərəliliyinin yüksəldilməsinə yönəldilən investisiyalar. Bu qrupa əsasən avadanlıqların dəyişdirilməsinə, əsas fondların modernləşdirilməsinə və s. məqsədlər üçün yönəl­dilən investisiyalar daxildir;

- istehsalın genişləndirilməsinə və yenidən qurulmasına yö­nəldilən investisiyalar. Bu qrupa mövcud istehsal çərçivəsində məhsul buraxılışının həcminin artırılması məqsədi daşıyan inve­s­tisiyalar daxildir;

- şəxsi və xüsusi istehsalın yaradılmasına və ya istehsalda yeni texnologiyanın tətbiqinə yönəldilən investisiyalar. Bu qrupa yeni istehlak bazarına çıxmaq məqsədilə yeni müəssisələrin yara­dıl­masına və mövcud müəssisələrin yenidən qurulmasına yönəl­dilən investisiyalar daxildir;

- dövlət sifarişinin və ya digər sifarişçinin sifarişlərinin ye­rinə yetirilməsi məqsədilə qeyri-şəxsi istehsala qoyulan investi­siyalar.
Maliyyə investisiyaları aşağıdakı qruplara bölünür:
1. Qiymətli kağızlara qoyuluşlar (o cümlədən dövlət və qeyri-dövlət).

2. Bank depozitlərinə və sertifikatlara qoyuluşlar.



  1. İnvestisya ehtiyatları üzərində mülkiyyət formalarına görə:

-Xüsusi investisyalar;

-Dövlət investisyaları;

-Xarici investisyalar;

-Birgə investisyalar;


  1. Investisya qoyuluşları, iştirakın xarakterinə görə birbaşa və vasitəli olaraq həyata keçrilir.

Birbaşa investisyalar dedikdə, bilavasitə maddi obyektlərə qoyulan investisyalar başa düşülür ki, bu zaman da investor investisya obyektinin və qoyulan vəsaitin seçilməsində özü iştirak edir.

Vasitəli investisyalar dedikdə isə investisya fondu və ya maliyyə vasitəçisinin mövcudluğu ilə xarakterizə olunan investisyalar başa düşülür. Belə investisyalara misal olaraq portfel investisyaları göstərmək olar.


Qeyd etmək lazımdir ki, investisya mühitinin formalaşmasına bir sira amillər təsir göstərir. Bu amillərə siyasi, iqtisadi və sosial amilləri aid etmək olar. Onların geniş məzmunu aşağıdakı kimidir:


  • Siyasi amillər:

  • xarici investisyalara münasibətdə dövlət siyasəti;

  • dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi;

  • siyasi sabitlik;

  • beynəlxalq razılaşmaların şərtlərinə əməl olunması;

  • dövlətin idarəetmə aparatının səmərəliliyi;

  • başqa amillər;




  • Iqtisadi amillər:

  • iqtisadiyyatın ümumi vəziyyəti ( böhran və ya yüksəliş);

  • infilayasiyanın səviyyəsi, valyuta kursunun sabitliyi;

  • iş qüvvəsinin dəyəri;

  • vergi və gömrük imtiyazları;

  • konkret növ əmtəələrə və xidmətlərə tələb və təklif;

  • verilən kreditlərə görə ödənilən faizlər;

  • başqa amillər;




  • Sosial amillər:

  • cəmiyyət üzvlərinin xarici kapitala və xüsusi mülkiyyətçiyə münasibəti;

  • cəmiyyət üzvlərinin ideoloji bilik səviyyəsi;

  • işçilərin təşkilatçılıq səviyyəsi;

  • başqa amillər;

Onu da qeyd etmək lazımdır ki, əlverişli investisya şəraitinin formalaşmasına təsir edən amillər içərisində siyasi amil mühim rol oynayır. Çünki, in­­vestisiya qoyuluşuna olan tələbatın ödənilməsi xarici inve­sti­si­ya­nın cəlb olunmasını tələb edir ki, bu da ilk növbədə ölkə­mizdə si­yasi sabitliyin olması ilə bilavasitə bağlıdır.


İnvestisiya fəallığı və onun nəticəsi iqtisadiyyatın artan tem­p­lə inkişafına zəruri ilkin şərtlər yaratmaq və ümumilikdə götürüldükdə, investisiya qoyuluşu üçün əlverişli mühitin forma­laşdırılması üçün qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına geniş imkanlar açır.



  1. İnvestisya fəaliyətinin obyekt və subyektləri

Bazar iqtisadiyyatının inkişafı təsərrüfat subyektlərindən və onların rəqabət qabiliyyətinin artmasından digər tərəfdən isə di­namik dəyişən iqtisadiyyat şəraitində onların fəaliyyətinin sabit­liyinin və sarsılmazlığının təmin olunmasını tələb edir. Bütöv­lük­də cəmiyyətin və onun ayrı-ayrı təsərrüfat subyektlərinin inkişafı maddi nemətlərin geniş təkrar istehsalına əsaslanır ki, bu da milli məhsulun və gəlirlərin artırılmasını təmin edir. Bu artı­mın təmin olunması üçün əsas vasitələrdən biri investisiya fəa­liyyətidir ki, bu da özündə investisiya qoyuluşu prinsiplərini, həmçinin investi­si­yanın reallaşdırılması üzrə praktiki fəaliyyəti əks etdirir.

Bazar iqtisadiyyatının formalaşmasında, onun inkişafında düzgün və səmərəli investisiya siyasətinin həyata keçirilməsində onun obyekt və subyektlərinin müəyyənləşdirilməsi mühüm rol oynayır. Onu da qeyd etmək lazımdır ki, ölkədə investisiya qoy­uluşları üçün bütün istehsal və sosial sahələr, obyektlər hesab edilə bilər. Lakin investisiya qoyuluşunda başlıca məqsəd Res­publikada strateji əhəmiyyət kəsb edən istehsal sahələrinə və bu­nunla bağlı xidmət sferasının, xüsusilə də, ümumilikdə sosial in­frastrukturun yaradılması və son nəticədə lazımi mənfəətin əldə edilməsidir. Odur ki, investisiya fəaliyyətinin obyekti dedikdə, iqtisadiyyatla bağlı bütün sahələrdə əmlak, o cümlədən əsas fond­lar, dövriyyə vəsaiti, qiymətli kağızlar, məqsədli pul əma­nət­ləri, intellektual sərvətlər, elmi-texniki məhsullar və digər mül­kiyyət obyektləri, habelə, əmlak hüquqları və s. investisiya fəaliyyətinin obyekti hesab edilə bilər. Bununla belə, cəmiyyətdə ölkənin qanunvericilik aktları ilə nəzərdə tutulmuş ekoloji, sanita­riya-gigiyena və s. normaların tələblərinə uyğun olmayan, vətən­daşların, hüquqi şəxslərin mənafelərini pozan obyektlərə investi­siya qoyuluşu qadağandır. Beləliklə, cəmiyyətdə investisiya qoy­uluşlarının obyektləri konkret olaraq ölkənin qarşısında duran ictimai-iqtisadi və sosial vəzifələrdən asılı olaraq müəyyənləşdi­rilir. İnvestisiya qoyuluşlarının müxtəlif obyektlərə sərf edilməsi­nin nəzərdə tutulması maraqlı tərəflərin mənafelərinə tam uyğun formada həyata keçirilir. Öz mahiyyəti etibarı ilə investisiya qoy­uluşları qarşıda duran strateji problemlərin həcmindən, miqyasın­dan asılı olaraq müəyyən müddətlərə nəzərədə tutulur. Respubli­kamızda yeraltı və yerüstü sərvətlərdən tam və səmərəli istifadə edilməsi məqsədilə müxtəlif müddətə, əsasən uzun dövr üçün (30 və daha çox ilə), xarici investisiya qoyuluşları sahəsində, xüsusilə, neft-qaz hasilatı üzrə ikitərəfli müqavilə imzalanmışdır. Bu da ölkədə nəinki neft-qaz hasilatının güclü inkişafına və ha­belə, ümumilikdə iqtisadiyyatın strukturunda əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olacaqdır.

Deməli, respublikamızda xarici inve­stisiya qoyuluşlarının əsas obyektləri düzgün olaraq neft-qaz sə­nayesi hesab edilmişdir.

Xarici investorların mənfəət əldə etmək məqsədilə sahibkarlıq fəaliyyəti və başqa növ fəaliyyət obyektlərinə qoyduqları əmlakın və əmlak hüquqlarının bütün növləri, o cümlədən intellektual fəaliyyətin nəticələrinə hüquqlar və əşya hüquqlarına aid olmayan digər hüquqlar xarici investisiyadır.

Xarici investorlar Azərbaycan Respublikası ərazisində aşağıdakı yolla investisiya qoya bilərlər:

a) Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə birlikdə yaradılan müəssisələrdə, təşkilatlarda payçılıq iştirakı;

b) tamamilə xarici investorlara məxsus olan müəssisələr yaradılması;

v) müəssisələrin, əmlak komplekslərinin, binaların, qurğuların, müəssisələrdə iştirak payının, səhmlərin, istiqrazların və digər qiymətli kağızların, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə xarici investorlara məxsus ola bilən başqa əmlakın əldə edilməsi;

q) torpaqdan və başqa təbii ehtiyatlardan istifadə hüquqlarının, habelə digər əmlak hüquqlarının əldə edilməsi;

ğ) Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə xarici investisiya qoyuluşunun başqa formalarını nəzərdə tutan müqavilələr bağlanması.

Azərbaycan ərazisində fəaliyyət göstərən qanunveri­ci­lik­lə müəyyən edilmiş digər normaların tələblərinə cavab ver­məyən və dövlətin hüquq və mənafelərinə zidd olan ob­yektlərin yaradıl­ması və istifadəsinin investisiyalaşdırılması qanunla qadağan edi­lir.

İnvestisiya prosesi, investisiya bazarında həyata keçirilir ki, bu da öz növbəsində kapital qoyuluşu bazarını (əsas fond­la­rın tə­krar istehsalı üçün), əmlak bazarını, qiymətli kağızlar bazarını, intellektual mülkiyyət və hüquqlar bazarını, inves­ti­si­ya layihələri bazarını özündə birləşdirən bir sıra müstəqil seqmentlərə bölünür. İnvestisiya fəaliyyətinin ümumi prin­sip­lə­rində bu bazarlar investi­siyaların obyektlərinə görə fərqlə­nir­lər. Bu isə aparılan təhlilin forma və metodlarının iqtisadi səmərəliliyinin qiymətləndirilmə­sini, investisiyanın risklik səviyyəsini və etibarlığını müəyyən edir.

İnvestisiya fəaliyyətinin səmərəliliyinin yüksəldilmə­sin­də subyektlərin də düzgün seçilməsi həlledici amilə malikdir. Məhz buna görə də Azərbaycan Respublikasının «İnvestisiya fəa­liyyəti haqqında» Qanununda qeyd edilmişdir ki, xarici ölkələrin vətən­daşları və hüquqi şəxslər, vətəndaşlığı olmayan şəxslər, dövlətlər investisiya fəaliyyətinin subyektləri hesab edilə bilər. Məlum ol­duğu kimi, investisiya obyektlərinə cəlb edilən maliyyə, maddi və intellektual sərvətlərin istifadə olunmasına yönəldilməsi üçün müvafiq qərar qəbul edən və həmin qərarlara tam əməl edilmə­sini təmin edən subyektlər investorlar hesab edilir. İnve­storlar, investisiya fəaliyyəti ilə əlaqədar olan əmanətçi, kreditor və alıcı qismində çıxış etməkdə investisiya fəaliyətinin iştirak­çı­sı­nın fun­ksiyalarını yerinə yetirirlər. Mülkiyyət formasından və tə­sərrüfat fəaliyyətinin növündən asılı olmayaraq inves­ti­siya fəa­liyyətinin həyata keçirilməsi sahəsində bütün investorlar eyni və bərabər hüquqlara malikdirlər. Azərbaycan Respublikasının əra­zi­sin­də investisiya prosesinin həyata keçirilməsi zamanı yara­nan mü­nasi­bətlər «İnvestisiya fəaliyyəti» haqqında Azərbaycan Res­pub­lika­sının 13 yanvar 1995-ci il tarixli Qanunu və digər qa­nunvericilik aktları ilə tənzimlənir.

Bütün investisiya fəaliyyəti Azərbaycan Respublikasının qa­nun­vericilik aktları çərçivəsində dövlət tərəfindən tənzimlənir. Hər bir investor müstəqil olaraq investisiya qoyuluşlarının məq­sədini, istiqamətini və həcmini müəyyənləşdirir və onun həyata keçirilməsində nəzərdə tutulmuş müqavilələr əsasında fəaliyyə­t aparır. Adətən, müsabiqə (tender) və hərrac yolu ilə fiziki və hüquqi şəxslər investisiya fəaliyyətinə cəlb edilə bilərlər.

Ölkələrin müvafiq qanunvericilik aktlarına tam uyğun olaraq hər bir investor investisiya obyektlərinə, onların nəticələrinə sa­hiblik etməklə bərabər, sərəncam vermək, ticarət əməliyyatları həyata keçirmək hüququna malikdirlər. İn­vestorun belə hərəkəti müstəqil qaydada qarşılıqlı müqavilə əsa­sında həyata keçirilir.

İnvestisiya fəaliyyətində subyektlərin də üzərinə bir sıra mühüm vəzifələr düşür.

Investisiya fəaliyyətinin subyektləri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş hallarda və qaydada müvafiq olaraq aşağıdakıları həyata keçirməyə borcludurlar:


  1. maliyyə vəsaiti və maddi sərvətlər əsasında həyata keçirdikləri investisiyanın həcmi və maliyyələşdirilməsi mənbəyi barədə yerli banklara və ya maliyyə orqanlarına müvafiq orqanların arayışını təqdim etmək;

  2. əsaslı tikinti və icazə tələb edən digər işlər üçün müvafiq dövlət orqanlarından və xüsusi xidmətlərdən zəruri icazə və ya razılıq almaq;

  3. texnoloji, sanitariya-gigiyena, radiasiya, ekologiya və arxitektura tələblərinə əməl edilməsi baxımından investisiya layihələri üçün ekspertiza rəyi almaq;

  4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilən norma və standartlara, habelə beynəlxalq norma və standartlara əməl etmək;

  5. dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri daxilində, Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun verdikləri tələbləri yerinə yetirmək;

  6. müəyyənləşdirilmiş qaydada mühasibat və statistika hesabatları təqdim etmək;

  7. haqsız rəqabətə yol verməmək və antiinhisar tənzimlənməsinin tələblərinə əməl etmək.

  8. xüsusi attestasiya tələb edən iş növlərinin yerinə yetiril­məsi üçün investisiya fəaliyyətinin iştirakçıları lizensiya almalı­dırlar.

Qanunvericilik aktlarına tam uyğun olaraq bu cür işlərin siy­ahısı Respublikanın Milli Məclisi tərəfindən müəyyənləşməklə, onlara lisenziya verilməsi Nazirlər Kabineti tərəfindən həyata ke­çirilir. Bütün bunlarla yanaşı, investisiya fəaliyyətinin hər bir subyekti arasında münasibətlərin tənzimlənməsi müqavilələr əsasında həyata keçirilir.

İnvestisiya fəaliyyəti subyektlərinin müstəsna səlahiyyətinə müqavilənin bağlanması, tərəflərin seçilməsi, öhdəliklərin müəyyənləşdirilməsi və s. daxildir.

Məlum olduğu kimi, investisiya fəaliyyətinin həyata keçi­ril­mə­si şərtlərinə, onun subyektlərinin hüquqlarının və qanuni mənafelərinin təminatçısı dövlət hesab edilir. İnvestisiya fəa­liyyətinin subyektləri arasında bağlanmış müqavilənin şərtlərinin dəyişdirilməsinə hər iki tərəfin razılığı olmalıdır. İnvestisiya fəa­liyyəti subyektlərinin işinə dövlət orqanları və onların vəzifəli şəxsləri nəzərdə tutulmuş səlahiyyətlərindən kənar həddə müda­xilə edə bilməzlər. İnvestisiya qoyulan obyektlərin seçilməsində inves­tor­ların hüquqlarını məhdudlaşdırmaq olmaz (qanunla müəy­yən­ləş­­dirilmiş hallardan başqa). Bununla əlaqədar olaraq, «İnvestisiya fəa­liyyəti» haqqında qanunda göstərilir ki, dövlət və başqa orqanlar investorlar və investisiya fəaliyyətinin digər subyektlərinin hü­quq­la­rını pozan aktlar qəbul etdikdə, investisiya fəaliyyəti subyektlərinə dəyən zərəri bu orqanlar tam həcmdə ödəməlidir­lər. Əks halda, onlar zərərin ödənilməsi barədə müva­fiq orqan­lara müraciət etmək hüqu­qu­na malikdirlər.

Beləliklə, investisiya qoyuluşunun obyekt və subyektləri ara­sın­da sıx qarşılıqlı əlaqələr mövcuddur. Başlıca və həlledici amil hər iki cəhəti düzgün qiy­mətləndirməklə investisiya qoyu­luşlarının iqtisadi səmərəliliyinin yüksəldilməsini təmin etmək­dən ibarətdir.

İnvestisiya prosesinin subyektləri investorlar, sifarişçilər, iş­lə­ri icra edənlər, investisiya proseslərinin obyektlərindən isti­fadə edənlər, həmçinin tədarükçülər, hüquqi şəxslər (banklar, sığorta şirkətləri, vasitəçi təşkilatlar, investisiya birjaları) və inve­stisiya pro­sesinin digər iştirakçıları ola bilər. İnvestisiya prosesi­nin ob­yekt­ləri kimi fiziki və hüquqi şəxslər (o cümlədən xarici), həm­çi­nin dövlətlər və beynəlxalq təşkilatlar da çıxış edə bilər.

İnvestisiya prosesinin əsas subyektləri olan investor, xüsusi borc almış və ya cəlb olunmuş vəsaitlərin investisiya şəklində qoyuluşunu həyata keçirir və onların məqsədli istifadəsini təmin edir.

İnvestor simasında aşağıdakılar çıxış edə bilər:

- dövlət və bələdiyyə əmlakını və ya əmlak hüququnu idarə etmək səlahiyyəti olan orqanlar;

- yerli fiziki və hüquqi şəxslər, sahibkarlıq birlikləri və digər hüquqi şəxslər;

- xarici fiziki və hüquqi şəxslər, dövlət və beynəlxalq təş­kilatlar.

İnvestisiya prosesinin obyektlərindən istifadə edənlər, inve­storlar habelə, digər fiziki və hüquqi şəxslər, dövlət və bələdiyyə or­qan­ları, xarici dövlətlər və beynəlxalq təşkilatlar ola bilər. İn­vestorlar, in­vestisiya prosesini həyata keçirmək üçün hüquqi və fiziki şəxsləri mü­qavilə (tender) əsasında cəlb edir. İnvestisiya prosesinin sub­yekt­lə­ri arasında istehsal, təsərrüfat və digər qarşı­lıqlı əlaqəni tənzimləyən əsas hüquqi sənəd onlar arasında bağla­nan müqavilədir.

Müqavilələrin bağlanması, partnyorların seçilməsi, təsərrü­fat əlaqələrinin hər hansı digər şərtləri və öhdəliklərinin müəy­yən edilməsi yalnız investisiya prosesinin subyektinin ixtiy­arında­dır.

İnvestisiya prosesinin subyektlərinin iki və daha çox iştirak­çıların funksiyalarını birləşdirmək hüquqi vardır. Birgə investisiya qoyuluşunu həyata keçirmək məqsədilə investorların vəsaitlərinin birləşdirilməsinə də yol verilir. İnvestorlar, eyni zamanda əma­nətçi, si­farişçi, kreditor və alıcı rolunda çıxış edə bilər, həmçinin investisiya pro­sesinin hər hansı bir iştirakçısının funksiyalarını yerinə yetirə bilərlər.

İnvestisya prosesinin həyata keçrilməsində bütün investorlar bərabər hüquqa malikdirlər. İnvestisya prosesinin obyekti olan əmlak hüquqlarına investisya qoyuluşu investorun toxunulmaz hüququdur və o qanunla müdafiə olunur. İnvestor investisyaların həcmini, istiqamətini, səmərəliliyini müstəqil formada müəyyən edir. İnvestorun investisya obyektlərinə sahib olmaq, onlardan istifadə etmək və onlar üzərində sərəncam vermək, o cümlədən əməliyyatları və təkrar investisya qoyuluşlarını həyata keçirmək hüququ var.

Qeyd etmək lazımdır ki, dövlət, mülkiyyət formalarından ası­lı olmayaraq, bütün investisiyaların, o cümlədən, xarici investi­siyaların müdafiə olunmasına zəmanət verir. Bu zaman investor­lar üçün (o cümlədən xarici) investisiyanın idarə olunmasına nail ola biləcək hüquq bərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin edilir.

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə