Azərbaycan iqtisadiyyatının quruluşu və keçid dövründə onun təkmilləşməsi problemləri




Yüklə 327.51 Kb.
səhifə1/3
tarix09.03.2016
ölçüsü327.51 Kb.
  1   2   3
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Azərbaycan iqtisadiyyatının quruluşu və keçid dövründə onun təkmilləşməsi problemləri.”

Mövzusunda

KURS İŞİ :

Kafedra : İqtisadi nəzəriyyə - 2

Elmi rəhbər : Qəzənfər Əlləzov

Tələbə : Elvin İsmayılov

BAKI - 2007


Mövzu :
Azərbaycan iqtisadiyyatının quruluşu və keçid dövründə onon təkmilləşməsi problemləri”.

Plan :


Girirş

1. Azərbaycan Respublikası iqtisadiyyatının inkişafının müasir vəziyyəti.

2. Azərbaycan Respublikası iqtisadiyyatının sahəvi və ərazi strukturu.

3. Azərbaycan Respublikası iqtisadiyyatının təkrar istehsalının quruluşu.

4. Azərbaycan Respublikası iqtisadiyyatının quruluşunun təkmilləşmə problemləri.

5. Azərbaycan dövlətinin struktur siyasəti.

Nəticə

Ədəbiyyat siyahısı




GİRİŞ

Azərbaycan Respublikasının iqtisadi quruluşu və onun sahələri haqqında bilmək rəhbərliklərlə bərabər,eləcədə hər bir vətəndaş üçün lazımdır.Azərbaycan Respublikasının iqtisadiyyatı müasir dövrə qədər cox böyük sürətlə inkişaf etmişdir.Neçə illər əvvəl SSRİ müstəmləkəsində olan Azərbaycan Respublikası hazırkı dövrdə müstəqil bir dövlət kimi fəaliyyət göstərməklə bərabər,öz iqtisadi inkişaf səviyyəsinə görə dünya ölkələri arasında ön sıralarda durur.Azərbaycan Respublikasının təbii sərvətləri,eləcə də,İnkişaf etmiş ölkələrin Azərbaycanın təbii sərvətlərinə olan marağı,bu sahələrə qoyulan pul vəsaitləri Azərbaycan Respublikasının yüksək potensialı olan təbii sərvətlərinin daha tez və sürətlə inkişafına gətirmişdir.Bu da öz təsirini biləvasitə Azərbaycan Respublikasının iqtisadiyyatında,onon iqtisadiyyatının bütün sahələrinin inkişafında göstərməkdədir.

Azərbaycan Respublikasının iqtisadiyyatının son dövürlərdə bu cür sürətlə inkişafını və bu dəyişiklikləri nəzərə alaraq son illərdə Azərbaycan Respublikasının əsas sosial – iqtisadi göstəriciləri verilmiş aşağıdakı cədvələ nəzər salaq:


Cədvəl 1.Əsas sosial – iqtisadi göstəricilər. (milyon manatla)






1995

2000

2001

2002

2003

2004

2005

1.Əhalinin sayı (ilin sonu) min nəfər

2.ÜDM

3.Sənaye məhsul-nın ümumi həcm



4.Əsas kapitala yönəldilən investisyalar
5.K\T,meşəçilik,balıqçılıq,ovçuluq

məhsullarının ümumi həcmi


6.Nəqliyyat sektorunda yük dövriyyəsi*,mlyn ton/km.
7.Xarici ticarət dövriyyəsi,mlyn ABŞ dolları
8.İxrac
9.İdxal
10.Adam başına düşən pul gəlirləri,manat
11.İşsizlərin sayı,nəfər


7726,2
2133,8


1771,1
228,0

713,4


8331,0

1304,9


637,2
667,7
177,2

28 314

8081,0
4718,1
3639,5
967,8

1072,6


15 948

2917,3


1745,2
1172,1
442,9

43 739

8141,4
5315,6
3769,0
1170,8

1198,0


18 447

3745,3


2314,2
1434,1
475,8

48 446

8202,5
6062,5
4019,5
2107,0

1289,0


20 277

3832,9


2167,4
1665,5
527,1

50 963

8265,7
7146,5
4982,1
3786,4

1386,0


22 291

5216,6


2590,4
2626,2
614,0

54 365

8347,3
8530,2
5961,4
4922,8

1496,3


23 284

7131,4


3615,4
3516,0
749,4

55 945

8436,4
11875,6
8861,0
5769,0

1731,2


26 431

8558,4


4347,2
4211,2
942,0

56 343


* Yük dövriyyəsi göstəricisi qaz kəməri vasitəsilə nəqlin həcminin beynəlxalq praktikada qəbul olunmuş tövsiyyələrə əsasən yenidən hesablanmışdır.

Cədvəldən də göründüyü kimi çox sürətli bir artımla qarşılaşırıq.Ölkənin iqtisadiyyatının inkişafı və yüksəlməsini göstərən ümumi daxili məhsul,sənaye məhsullarının ümumi həcmi,xarici ticarət dövriyyəsi,adambaşına düşən pul gəlirləri kimi göstəricilərin 1995 – ci illə 2005 –ci il arasında beş dəfədən də çox artdığı görünür.

Azərbaycan Respublikasının çox böyük potensialı olan,su və quru hissələrində geniş yayılmış və bütün dünyada maraq doğuran təbii sərvəti neft və qazdır.

1994 –cü il sentyabrın 20 – də dünyanın bir neçə inkişaf etmiş ölkələri ilə bağlanmış “Əsrin müqaviləsi” Azərbaycan neftinin dünyada tanınmasına və çəkilişinə son illərdə başlanmış,2006-cı ildə başa çatmış “Bakı – Tiblisi - Ceyhan” neft kəməri Azərbaycan neftinin Avropa ölkələrinə yayılmasına çox böyük təkan verdi.Bu əlamətdar hadisələr neft sektorunun inkişaf etməsilə bərabər,həm də Azərbaycanın iqtisadiyyatında əsaslı dəyişikliklər,yəni iqtisadiyyatın yüksək səviyyədə inkişafı ilə nəticələndi.Eyni zamanda neft sektorundan gələn gəlirlər vasitəsilə Azərbaycanın qeyri – neft sektoru da dirçəlməyə başladı.

Ümumiyyətlə dünyanın keçid iqtisadiyyatlı ölkələrinin inkişaf səviyyələri arasında gözlənilməz müxtəlifliklər yaranmışdır.Keçid iqtisadiyyatlı ölkələr arasında bu istiqamətlərdə təsnifləşdirmə apardıqda Azərbaycanın ön sıralarda olduğunu görərik :

Cədvəl 2. Ölkələrdə ÜDM – in artım tempi (% - lə).


Ölkələr


ÜDM – in artım tempi

(% - lə)


Liderlər



  1. Yuqaslaviya

  2. Albaniya

  3. Azərbaycan

  4. Gürcüstan

Öndə gedənlər

1.Slovakiya

2.Ermənistan

3.Macarıstan

4.Polşa


Ortada gedənlər

1.Çexiya


2.Moldova

3.Xorvatiya

4.Qazaxstan

Geri qalanlar

1.Özbəkistan

2.Belarusiya


10,7


7,1

7,0


6,2

5,5


5,5

5,3


5,2

4,0


4,0

4,0


4,0

1,8


0,5

* Mənbə : “Воиросы Экономики”, N 10 , 2000 – ci il , səh.15

Verilmiş bu göstərici “Воиросы Экономики” jurnalından götürülmüş 2000 – ci il göstəricisidir.Lakin ÜDM – in 2005 – 2006 –cı illər göstəricilərinə nəzər saldıqda Azərbaycanın yenədə ilk yerlərdə olduğunu görmüş olarıq.

Azərbaycan Respublikasının iqtisadiyyatını və eləcə də digər sahələri araşdırdıqda bu cür suallarla qarşılaşırıq :

1.Azərbaycan iqtisadiyyatının öyrənilməsi nə üçün zəruridir?

2.İqtisadiyyatın inkişafına nail olmaqçün nə etmək lazımdır?

3.Azərbaycanın gələcəyi onun iqtisadiyyatının hansı bölmələri ilə əlaqədardır?

Qarşıya çıxmış bu və bu kimi sualları cavablamaq və açıqlamaq üçün bu mövzuda kurs işi yazmağı qərara aldıq.Kurs işi aşağıdakı bölmələrdən ibarətdir :

1. Giriş


2. Mövzunu əhatə edən 5 sual

3. Nəticə

4. İstifadə olunmuş ədəbiyyat siyahısı

Giriş hissəsində Azərbaycan Respublikasının iqtisadiyyatı haqqında ümumi məlumat verilmişdir.Həmçinin bu hissədə kurs işinin bölmələri haqqındada məlumat verilmişdir.

Birinci sualda Azərbaycan Respublikasının iqtisadiyyatının inkişaf prosesi və ən əsası isə Azərbaycan iqtisadiyyatının müasir vəziyyəti,keçid dövründə iqtisadiyyatın potensialı və perspektivləri haqqında məlumat verilir.

İkinci sualda Azərbaycan Respublikasının iqtisadiyyatının sahəvi və ərazi strukturu haqda danışılır.Burada sahəvi strukturda Azərbaycan Respublikasının iqtisadiyyatının əsas sənaye sahələri,onların quruluşu,keçdiyi inkişaf yolu,perspektivli sahələri və müasir dövürdə bu sahələrin potensialları haqqında məlumat verilir.Ərazi strukturunda isə Azərbaycan Respublikasının ərazisinin müəyyən ərazi vahidlərinə bölgüsündən,bu ərazi vahidlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərindən,sənaye sahələri və onun inkişaf xüsusiyyətləri kimi məlumatlardan bəhs edilir.

Üçuncu sualda tekrar istehsal və Azərbaycanın bir neçə son dövrlərdəki göstəriciləri verilmişdir.

Dördüncü sualda Azərbaycan Respublikasının iqtisadiyyatının strukturlarının inkişafının əsas istiqamətləri və keçid dövründə bunların qarşısında yaranmış problem və maneələrin həlli,onların qarşısının alınma yolları araşdırılır.Bu sahələrin inkişafı üçün hansı tədbirlərin görülməsi araşdırılır.

Sonuncu beşinci sualda Azərbaycan Respublikasının iqtisadiyyatının ərazi və sahəvi strukturunun inkişafı,bu sahələrin potensialının tez və daha çox istifadəsi,gələcək dövürlərdə bu sahələrdə görüləcək yeniliklərin həyata keçirilməsi üçün fikirlər verilmişdir.

Nəticə hissəsində isə kurs işindən çıxan nəticə,bu istiqamətdə irəli sürülmüş təklif və açıqlamadan ibarətdir.



AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYATININ İNKİŞAFININ MÜASİR VƏZİYYƏTİ

Sovet iqtisadi sistemi XX əsrin sonuncu onilliyinin başlanğıcında görünməmiş bir sürətlə dağıldı.Dağılma nəticəsində müstəqillik əldə etmiş Azərbaycan çətin iqtisadi vəziyyətə düşdü,onun iqtisadiyyatı əvvəlki sistemdən qopub ayrıldı.1991-ci ildən etibarən respublikamız stukturu pozulmuş,möhkəm maliyyə - kredit sistemi olmayan,infuliyasiyanın,işsizliyin höküm sürdüyü,idarəetmə sistemi iflic vəziyyətinə düşmüş,güclü xammal çatışmazlığı ilə üzləşmiş,müəsissələrin çoxu dayanmış,bazar inhisarçılığının höküm sürdüyü ,xarici əlaqələri pozulmuş bir iqtisadiyyatla üz – üzə dayanmışdır.Yaranmış vəziyyətdən çıxmaq üçün geriyə qayıtmaq mümkün deyildir və yeganə yol Azərbaycanın iqtisadiyyatını yeni əsaslar üzərinə keçirmək,bazar münasibətləri əsasımnda müstəqil inkişaf etməyə qadir olan milli iqtisadiyyatımızı formalaşdırmaqdan ibarətdir.Güclü milli iqtisadiyyatı isə birdən – birə yaratmaq mümkün deyildir.

Beləliklə,Azərbaycanın keçid dövrü mərkəzdər planlı idarə olunan,inziobati – amirlik sisteminin hakim olduğu sosial – iqtisadi sistemdən bazar münasibətləri əsasında azad,müstəqil inkişaf etməyə qadir olan sosial – iqtisadi sistemə keçmək dövrüdür.

Azərbaycan özünün keçid dövrünü yaşayır.Belə bir dövrün iqtisadiyyatıda keçid xarakterli iqtisadiyyatdır.Bunu onunla izah etmək lazımdır ki,Respubilkamızda köhnə iqtisadi sistemin əsasları hələdə tamamilə dağıdılmayıb,yeni iqtisadi sistemin əsasları isə tam yaradılmayıb.İstehsal və xidmət sferasında dövlətin mülkiyyət inhisarı hələdə qalmaqdadır.İqtisadiyyat köhnə inzibati - amirlik metodlarından yaxasını qurtara bilməyib,ancaq bununla yanaşı azad sahibkarlığa yol açılıb,müstəqil fəaliyyət göstərən firmalar,şirkətlər yaranıb,qiymətlər liberallaşdırılıb və bazar münasibətləri tədriclə genişlənir.İqtisadiyyatın köhnə strukturları,köhnə əmək bölgüsü həm də tamamilə dağılmasada yeni strukturlar formalaşmağa başlayır,buna uyğun olaraq da daxili bazarın struktur halqaları yaranıb fəaliyyət göstərir.

Keçid dövründə möhkəm iqtisadi əsası olan müxtəlif bazar formalarını qərarlaşdırmaq lazımdır.Bunun əsas yolu isə dövlət mülkiyyətini özəlləşdirməkdir.Özəlləşdirmə dövlət mülkiyyətini özəl mülkiyyətə vermək prosesidir və buna görə də iqtisadiyyatdan xüsusi bölmənin qabaqcıl mövqe tutmasına aparan yoldur.Özəlləşdirmədə yerli hüquqi və fiziki şəxslərlə yanaşı başqa ölkələrin sahibkarları,şirkətləri də iştirak edə bilər.Azərbaycanda özəlləşdirmənin hüquqi bazası yaradılmış həyata keçirilməsinin dövlət proqramı işlənib hazırlanmış və həyata keçirilməkdədir.”Özəlləşdirmə haqqında” qanunla yanaşı 1995-ci il sentyabrın 29 – da “Azərbaycan Respublikasında 1996 – 1998 – ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” qəbul edilmiş və reallaşdırmağa başlanılmışdır.Həmçinin keçid dövründə sahibkarlığın inkişafı da önəmli məsələlərdəndir və bununçün lazımı şərait lazımdır.Belə bir şərait keçid dövrü ərzində,Azərbaycan dövlətinin biləvasitə köməkliyi əsasında yarana bilər.Sahibkarlığa yol açmaq özəl bölmənin inkişafına şərait yaratmaq deməkdir.

Azərbaycanda sahibkarlığı inkişaf etdirmək üçün təkcə hüquqi bazanın olması kifayət deyildir,bununçün makroiqtisadi sabitlik,siyasi sabitlik,xarici iqtisadi əlaqələrin liberallaşdırılması,dövlətin fəal yardımı lazımdır.Sahibkarlıq fəaliyyəti üçün digər şərtlərlə yanaşı zəruri olan bazarda lazımdır,həm də ilk növbədə daxili bazar.İstehsal vasitələri və iş qüvvələrinin bazarı ilə yanaşı istehlak şeylərinin bazarı,kapital bazarı və qiymətli kağızlar bazarı da olmalıdır.



Azərbaycan dövlətinin iqtisadi rolu,onun keçid dövrü şəraitində həyata keçirdiyi funksiyaların miqyası ilə müəyyən olunur.Keçid dövrü şəraitində Azərbaycan dövləti ikili rol oynamağa və iki əsas istiqamətdə fəaliyyət göstərməkdə məcburdur.Həmçinin Azərbaycan xarici iqtisadi əlaqələr də yeritməlidir.Belə ki,ən önəmlisi iqtisadi yüksəlişdə olan Azərbaycan,özü üçün dünya ölkələrində satış bazarı tapmalıdır və eləcə də xarici iqtisadi əlaqələr yaratmaqda daha böyük səylə çalışmalıdır.Bunun üçün Azərbaycan dövləti xarici iqtisadi əlaqələr üzrə öz coğrafiyasını genişləndirməli və Azərbaycan potensial imkanlarını artırmalıdır :

  • siyasi və iqtisadi müstəqillik atributivlərini daha da möhkəmləndirmək məqsədilə Azərbaycan potensial imkanlarını artırmalıdır ;

  • makroiqtisadi səviyyə ilə beynəlxalq inkişaf səviyyəsi arasında bazar uyğunluğu meylinə nail olunmalıdır ;

  • dünya iqtisadi sistemində ölkənin mövqeyi,fəaliyyəti və verdiyi məhsulun xüsusi çəkisi artmalıdır ;

  • idxal və ixrac əməliyyatlarının tarazlı nisbəti əldə olunmalıdır ;

  • iş qüvvəsinin və kapitalın miqrasiyası prosesi tənzimlənməlidir ;

  • xarici ölkələrin investisiya qoyuluşunun sahələr üzrə səmərəli bölgüsü və ondan məqsədəuyğun istifadə olunması tənzimlənməlidir ;

  • istehsalın beynəlxalq standartlara uyğun formalaşması və idarə olunması strategiyasına nail olunmalıdır ;

Azərbaycan bu inkişaf mərhələsində,sosial – iqtisadi inkişaf proqramında xarici iqtisadi siyasəti əsasən dörd istiqamətdə həyata keçirilir.Onlar aşağdakılardan ibarətdirlər :

  1. Xarici ticarət siyasəti

  2. Ödəniş balansı siyasəti

  3. Xarici investisiya siyasəti

  4. Xarici yardım siyasəti

Azərbaycanın yerinə yetirdiyi bu siyasətlər nəticəsində inkişaf gözlənilməz artıma yüksəldi.Ölkənin ümumi daxili məhsulunda çox böyük dəyişikliklər oldu.Aşağıdakı cədvəldə ümumi daxili məhsulun bazar qiymətləri ilə müxtəlif illər üzrə göstəriciləri verilmişdir :

Cədvəl 3. ÜDM – in bazar qiymətləri ilə göstəriciləri


İllər

Milyon,manat

Milyon,ABŞ/$

Adambaşı,man

Adambaşı, $

1990

0,3

2443,3

0,0

346,3

1991

0,5

703,1

0,1

98,3

1992

4,8

1309,8

0,7

180,4

1993

31,4

1326,9

4,3

179,9

1994

374,7

1629,3

50,1

217,9

1995

2133,8

2415,2

282,1

319,3

1996

2732,6

3180,8

357,5

416,2

1997

3158,3

3960,9

409,2

513,2

1998

3440,6

4446,6

441,5

570,6

1999

3775,1

4583,6

480,1

583,0

2000

4718,1

5272,6

595,1

665,0

2001

5315,6

5707,8

665,2

714,3

2002

6062,5

6236,1

752,9

774,5

2003

7146,3

7276,3

880,7

896,7

2004

8530,2

8680,2

1042,0

1060,3

2005

11875,6

12553,6

1435,7

1517,6

Yuxarıdakı cədvələ nəzər saldıqda deyişikliyi aydın görmüş oluruq.Bu dəyişikliyə əsas təsiri neft sektorundakı yeniliklər göstərmişdir.Belə ki,bu sahədəki dəyişikliklər ölkəyə yeni – yeni investorların cəlb olunmasına gətirib çıxardı.Həmçinin tikintisi başa çatmış “Bakı – Tiblisi – Ceyhan” neft kəməri və “İpək Yolu” kimi proyektlərin Azərbaycana çox böyük maliyyə gəliri olmaqla yanaşı,həmçinin Azərbaycanı Avropa ilə Asiya qitəsinin qovşağına çevirdi.

Son vaxtlarda yeni – yeni proyektlərin həyata keçirilməsi bu ölkənin inkişafının artmasına gətirib çıxarır.Ölkədə yeridiləcək Güclü siyasət nəticəsində neftdən gələn gəlirlərin qeyri neft sektoruna yönəldilməsilə inkişafın artımına və daimiliyinə nail olmaq olar.Ancaq gəlirlərin lazımsız bölgüsü, qeyri neft sektorunun nəzarətsiz qalması ölkəni gələcəkdə çox pis bir vəziyyətə salmaqla yanaşı,həm də ölkənin “Holland Sendiromu” kimi tanınan bir prosesə tutulma ehtimalını artıracaqdır.

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYATININ SAHƏVİ VƏ ƏRAZİ STRUKTURU

Azərbaycan Respublikasının inkişafının son dövürdə yüksəlməsi,onun sahəvi və ərazi strukturunda böyük dəyişikliklər yaratdı.Bu illərdə Azərbaycan Respublikasının sənayesi öz inkişafının yeni mərhələlərinə çatdı,bu sahələr yenidən fəaliyyətə başladı.Azərbaycan Respublikasının sənayesinin bu cür canlanmasının əsas səbəblərindən biri də neft sənayesinin yüksək sürətlə inkişafı oldu.Bu sahədən gələn gəlirlər Azərbaycan Respublikasının qeyri neft sektorunun yüksəlməsinə təkan verdi.Bu canlanma respublikanın sahəvi strukturunda olduğu kimi ərazi strukturunda da özünü göstərmişdir.Bu özünü iqtisadi rayonların inkişafında – bölgələrin inkişafı,sənaye sahələrinin artırılması və s. Kimi istiqamətlərdə biruzə vermişdir.

Azərbaycan Respublikasının sahəvi strukturu aşağıdakı sənaye sahələrindən ibarətdir :


  1. Yeyinti sənayesi

  2. Yüngül sənaye sahələri

  3. Yanacaq – enerji kompleksi

  4. Kimya və neft – kimya sənayesi

  5. Maşınqayırma kompleksi

  6. Nəqliyyat və rabitənin iqtisadiyyatı

Cədvəl 4.Sənaye istehsalının sahə strukturu (ümumi yekuna görə, müvafiq illərin faktiki qiymətləri əsasında, faizlə)






1995

2000

2001

2002

2003

2004

2005

Bütün sənaye

100

100

100

100

100

100

100

Mədənçıxarma sənayesi

19.6

53.5

58.7

59.5

56.9

57.5

66.7

Emal sənayesi

59.4

31.3

29.2

30


33.1

33.6

26.5

içki və tütün də daxil olmaqla qida məhsullarının istehsalı

10.8

3.2

4.8

4.4

4.1

4.9

3.5

toxuculuq və tikiş sənayesi

9.1

1.1

0.9

0.8

0.8

0.5

0.6

dəri,dəridən məmulatlar və ayaqqabı istehsalı

0.4

0.1

0.1

0.2

0.1

0.1

0.1

oduncaqların emalı və ağacdan məmulatların istehsalı

0.1

0.1

0.1

0.1

0.05

0.1

0.1

sellüloz-kağız istehsalı; nəşriyyat işi

0.1

0.2

0.3

0.4

0.5

0.4

0.3

neft məhsullarının istehsalı

26.8

18.4

14.9

14

15.4

13.8



10.5

kimya sənayesi

3

3.4

3.4

3.4

3.3

3.5

2.3

rezin və plastik kütlə məmulatlarının istehsalı

2.6

0.1

0.2

0.2

0.3

0.4

0.3

digər qeyri-metal mineral maddələrin istehsalı

1.6

0.8

1

1.4

1.6

1.9


1.6

metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı

1.5


0.4



0.8

1.4

3.6

4.8

4.1

maşın və avadanlıqların istehsalı

2.2

1.1

1

1.3

1



0.9

0.5



elektrik avadanlığı, optik və elektron avadanlıqlarının istehsalı

0.5



0.3

0.3

0.2

0.25

0.3

0.3

nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı

0.3

1.9

1.2

2

1.9

1.6


2

emal sənayesinin digər sahələri

0.4

0.2

0.2

0.2

0.2

0.4

0.3

Elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi

21



15.2

12.1

10.5

10

8.9

6.8

Ümumiyyətlə,yeyinti sənayesində yeyinti məhsulları istehsalının əsas mənbəyi kənd təsərrüfatı həmçinin balıq və dəniz məhsullarının hasilatı olmuş və olaraq da qalmaqdadır.Hazırkı şəraitdə kənd təsərrüfatı məhsullarının çox hissəsi sənayenin yeyinti sahələrində yenidən emal olunur,bununla yanaşı texnika və texnalogiyanın inkişaf etməsi məhsulların faydalılığını artırmaqla,habelə məhsul çeşidini də genişləndirir.

Son dövrlərdə bir çox müsissələrin özəlləşdirilməsi bu sahədə xüsusi müəsissələrin açılmasına,məhsul çeşidinin çoxalmasına və pərakəndə satışın artmasına gətirmişdir.Dünya bazar iqtisadiyyatına keçid pərakəndə məhsul məhsul istehsalı və azad satışını genişləndirmiş,yeyinti sənayesinin dövlət təşkilatlarını firma və şəxsi müəsissələr əvəz etmişdir.

Yeyinti sənayesi ticarət və nəqliyyat kimi sahələri,kimya sənayesi,elektroenergetika sənayesi,habelə qablaşdırma tünəkə,şüşə və sintetik qablardan istifadə olunduğundanmetallurgiya və ağır sənayenin digər sahələri ilə əlaqədardır.Buna görə də yeyinti sənayesinin inkişafı və texniki bazasının möhkəmlənməsi üçün digər sahələrin inkişafı da lazımdır.

Azərbaycanın yeyinti sənayesi məhsullarının bir sıra növləri hələ sabiq ittifaq dövründən beynəlxalq arenaya çıxmış və öz sözünü demişdir.Müstəqillik qazanandan sonra öz istehsalı ilə yanaşı idxal məhsulları da gəlir ki,burada İran,Türkiyə,Rusiya,BƏƏ,Ukranya,Almaniya kimi dövlətlər əsas rol oynayır.

Respublikanın iqtisadi zonaları üzrə yeyinti sənayesinin yerləşməsi ilk növbədə iqlim və torpaq sahələrinə uyğun olaraq kənd təsərrüfatının hansı sahılırinin inkişafı işçi qüvvəsi,enerji və s. Nəzərə alınaraq maşın və avadanlıqlar quraşdırılır.Ümumiyyətlə yeyinti sənayesinin inkişafında ilk növbədə xammal ehtiyatı,sonra isə onun mənbələri nəzərə alınır.Yeyinti sənayesinin xammal mənbələri aşağıdakılardır :

1. Un üyütmə,çörək bişirmə,makaron istehsalı sahə və yarımsahələrin mənbəyi dənli taxıl bitki məhsullarıdır ;

2. Ət konservləri,kolbasa istehsalı,yumurta və quş ətlərinin alınması sahələrinin əsas xammal mənbəyi heyvandarlıq və quşçuluqdur ;

3. Şərabçılıq sahələrinin inkişafı üzümçülüklə bağlıdır ;

Yuxardakı uyğunluğu nəzərdən keçirdikdə kənd təsərrüfatı məhsullarının inkişaf tempinin yeyinti sənayesinin inkişafında hansı rola malik olduğunu görmüş olarıq.Beləki,yeyinti sənayesinin iqtisadi inkişafı onun bugünkü səviyyəsi ilə deyil,həmçinin bu sahəni ardıcıl işlədən xammal ehtiyatlarından biləvasitə asılıdır.

Dünya bazar iqtisadiyyatına keçid şəraiti və bununla əlaqədar yaranmış məlum problemlər xalq təsərrüfatının bütün sahələrində,o cümlədən yeyinti sənayesində də istehsalı dayandırmışdır.Texniki tərəqqinin bütün istiqamətləri və formaları istehsalın effektivliyinin yüksəlməsinin konkret məqsədli istiqamətə ;- əmək,material və fond tutumunun aşağı salınmasına yönəldilir.Məhsul istehsalının və keyfiyyətinin yüksəlməsində elektirikləşdirmə,mexanikləşdirmə mühüm rol oynayır.Tullantısız texnologiyadan istifadə də iqtisadi yüksəlişə təkan verən amillərdəndir.Yeyinti sənayesinin son dövürlərə qədər həcminə nəzər salsaq 1990cı ildən 2003 – cü ilədək azaldığını görmüş olarıq.

Tarixi mənbələrdən məlumdurki,toxuculuq mallarının yaranması çox qədim dövrlərə təsadüf edir.Yüngül sənayenin əsas sahələri;toxuculuq,tikiş,gön – dəri,xəz və ayaqqabı sənayesi sayılır ki,bu məhsullardan geyim kimi istifadə etməkdən başqa mebel,nəqliyyat,səhiyyə,yeyinti və s. sahələrdə istifadə edilir.Yüngül sənaye sahələrinin inkişafı Azərbaycanda XX əsrin yarısından başlamışdır.

Yüngül sənayedə ən böyük müəsissələrdən biri də ,xırda tikiş emalatxanaları əsasında “Azərpaltar” adı altında yaradılmış Bakı tikiş fabrikidir.Eləcədə Şəkidəki ipək müəsissəsi də çox geniş istehsal qabiliyyətinə malik olmuşdur.Ancaq Azərbaycanda pambıqçılıq ta qədim tarixə malik olsada,bu sahədə toxuculuq az inkişaf etmişdir. Yüngül sənayedə yunluq sənaye istehsalı da az yayılmışdır.

İstehsalın əsasını xammal ehtiyyatları təşkil edir. Yüngül sənayedə bu xammallar bəzən yarımfabrikatlar halında istehsala gedir.

Toxuculuq sənayesində təbii və kimyəvi liflərdən istifadə edilir.Yüngül sənayenin xüsusilə də toxuculuq və tikişçilik sahələrinin əsasən 70% - i pambıq lifi təşkil edir. Yüngül sənayedə pambıq lifi üstün olsada kimyəvi liflərlə müqayisədə geri qalır.Kimyəvi liflərin texniki iqtisadi göstəricilərinə nəzər salmaqdan ötrü aşağıdakı cədvələ baxaq :

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə