Azərbaycan İqtisadiyyatı son 6 ayda: Müqayisəli Təhlil İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM)




Yüklə 43.13 Kb.
tarix27.04.2016
ölçüsü43.13 Kb.
Azərbaycan İqtisadiyyatı son 6 ayda: Müqayisəli Təhlil

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM)


Shirin Mirzeyev 76 "a"/33,
Baku, Az1002,
AZERBAIJAN

Phone; (99412) 5970691


(99412) 4975684
Fax (99412) 4975684
Email; cesd.az@gmail.com
info@cesd.az
URL; www.cesd.az


Baki 18 İyul 2011

Giriş

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ilin birinci yarım ilində Ümumi Daxili Məhsulda (ÜDM) artım 0,9 faiz olub, bununla belə, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) hesablamalarına görə, bu rəqəm -1,0 faiz olubı; sözügedən dövrdə ÜDM-də azalma qeydə alınıb.



2011-ci il üzrə 6 ayın sosial-iqtisadi yekunları

Əsas İqtisadi Göstəricilər


Rəsmi Statistika

İSİM-in Hesablamaları

ÜDM-də artım

0,9 %

- 1,0 %

Qeyri-Neft ÜDM-də artım

7,2 %

2,5 %

Kənd Təsərrüfatl

6.2 %

3,0 %

İnflyasiya

8,8 %

15,5 %

Sənaye İstehsalı

0,3 %

0,0 %

Valyua Ehtiyatları

$38 billion

N/A

Aylıq Əmək Haqqı

$ 450

$ 438

Əhalinin Gəlirlərində Artım

% 17,0

% 8,0

Orta Aylıq Əmək Haqqıda artım %

10.7

5,0 %

Yoxsulluq Səviyyəsi

9,1 %

14,5 %

Büdcə Gəlirləri

$ 7,192 billion

N/A

Büdcə Xərcləri

$ 6,258 billion

N/A

İxrac

$ 10,6 billion

N/A

İdxal

$ 3,5 billion

# $5,5 billion

Mənbə: Dövlət Statistika Komitəsi və İSİM, 2011

Digər Sektorlar

Rəsmi göstəricilər əsasında hazırlanıb

İstehlak bazarı - 2011-ci ilin altı ayı ərzində ticarət şəbəkəsindən əhaliyə 7,6 milyard manat məbləğində və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz çox istehlak malları satılıb. İstehlak mallarının 7,3 milyard manatı pərakəndə ticarət, 229,7 milyon manatı iaşə şəbəkələrində realizə olunub.Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 61,4 faizi ərzaq məhsullarının, 38,6 faizi isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub.Altı ay ərzində xidmət şəbəkələri vasitəsilə əhaliyə 2,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz çox pullu xidmətlər göstərilib.


Tikinti - 2011-ci ilin birinci yarısında bütün maliyyə mənbələrindən əsas kapitala 4,5 milyard manat və ya əvvəlki ildəkindən 17,8 faiz çox vəsait yönəldilib. Onun 72,8 faizi daxili mənbələr hesabına təmin edilib. Sərf edilmiş sərmayələrin 48,7 faizi məhsul istehsalı, 51,3 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 55,9 faizini təşkil edib. Ölkənin müxtəlif bölgələrində ümumi sahəsi 838,8 min kvadrat metr olan yeni yaşayış evləri və 1956 şagird yerlik ümumtəhsil məktəbi, 50 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub və digər obyektlər istifadəyə verilib.

Azərbaycan büdcəsi - büdcə xərcləri 20 milyard dollara çatıb. Hesabat dövründə dövlət büdcəsinin mədaxili 110,9 faiz yerinə yetirilməklə büdcəyə daxil olmuş 5 milyard 610,8 milyon manat vəsaitin 2 milyard 564,9 milyon manatı Vergilər Nazirliyinin, 542,4 milyon manatı Dövlət Gömrük Komitəsinin, 2 milyard 461 milyon manatı isə Dövlət Neft Fondunun hesabına təmin edilib. Cari ilin 6 ayı ərzində dövlət büdcəsinin xərcləri 4 milyard 882,1 milyon manat icra olunub. Büdcə xərclərinin 30,9 faizi və ya 1 milyard 508,1 milyon manatı sosialyönümlü olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 152,6 milyon manat və ya 11,3 faiz çox təşkil edib. Təhsil xərclərinə 50,9 milyon manat və ya 9,9 faiz, sosial müdafiə və sosial təminat xərclərinə isə 62,1 milyon manat və ya 10,2 faiz çox vəsait yönəldilib. Ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 4 milyard 476,6 milyon manat, o cümlədən daxili mənbələr hesabına 3 milyard 257,8 milyon manat investisiya qoyulub.Bunun da 1 milyard 348 milyon manatı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilib.

Sahibkarlıq subyektinə ayrılan güzəştli kreditlər - Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 823 sahibkarlıq subyektinə ayrılan 72 milyon manat güzəştli kreditlərin 72 faizi respublikanın regionlarının, 24 faizi isə Bakı qəsəbələrinin payına düşüb. Vəsaitlərin 70 faizindən çoxu aqrar sektorun inkişafına yönəldilib. Bu kreditlər hesabına yaradılan yeni iş yerlərinin sayı 3500 olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə güzəştli kredit alan sahibkarların sayı və kreditlərin məbləği 1,5 dəfə, yeni iş yerlərinin sayı isə 1,6 dəfə artıb. Qeyri-dövlət sektorunun vergi daxilolmalarında xüsusi çəkisi 72,9 faizə çatıb. Hesabat dövründə “bir pəncərə” sistemi ilə 32,5 mindən çox sahibkar qeydiyyatdan keçib.Onun 57,2 faizi regionların payına düşüb.

İdxal – ixrac əməliyyatları - 2011-ci ilin yanvar-may aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 131 xarici dövlətlə 14,1 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparıblar. Əmtəə mübadiləsinin 2,5 milyard dolları MDB üzvü dövlətləri, 11,6 milyard dolları digər ölkələrlə həyata keçirilib. 2010-cu ilin beş ayı ilə müqayisədə ölkə üzrə xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 9,9 faiz, o cümlədən MDB üzvü dövlətləri üzrə 46,6 faiz, digər dövlətlər üzrə isə 5,5 faiz çox olub. Xarici ticarət dövriyyəsinin 10,6 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 3,5 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil edib. 7,1 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.
Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (80,6 faizi) İtaliya, Fransa, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Ukrayna, Türkiyə, Belarus, Malayziya, Hindistan, İsrail, Almaniya, Gürcüstan və Çin dövlətləri ilə aparılıb.


Strateji valyuta ehtiyatları - ilin əvvəlindən ötən 6 ay ərzində ehtiyatlar 9 milyard dollar artıb. Bununla da strateji valyuta ehtiyatları 38 milyard dollara çatıb.

Dövlət Neft Fondunun gəlirləri - 2011-ci ilin 6 ayı ərzində Dövlət Neft Fondunun gəlirləri 7 925,3 mln. manat və yaxud 10 002,8 mln. ABŞ dolları təşkil edib. Gəlirlərin 96%-ni və yaxud 7 611,2 mln. manatını (9 607,3 mln. ABŞ dollarını) karbohidrogen ehtiyatlarının satışından əldə edilən gəlirlər təşkil edib.

Sosialyönümlü siyasət - iyulun 1-dən 2006-cı ilə qədər pensiyaya çıxmış pensiyaçıların orta pensiyası təxminən 40 faiz artb. Ünvanlı sosial yardım proqramı 125 min ailəni əhatə edib. Hər ay orta hesabla hər bir ailəyə 104 manat kömək göstərilib. Son 7 il ərzində yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə aşağı düşüb.

Rabitə və informasiya texnologiyaları - hesabat dövründə sektordan əldə olunan gəlirlərin həcmi ötən ilin uyğun dövrünə nisbətən 15 faiz artıb.
Birjaların fəaliyyəti - 2011-ci ilin birinci yarısında ölkədə fəaliyyət göstərən birjalar tərəfindən keçirilmiş 388 hərracda 4236,0 milyon manatlıq valyuta ehtiyatları, qiymətli kağızlar realizə olunub və dövriyyənin ümumi həcmi 2010-cu ilin müvafiq dövrünə nisbətən 3,9 dəfə artıb. Fəaliyyət göstərdiyi dövrdə keçirilən hərracların sayına və dövriyyənin ümumi həcminə görə Bakı Fond və Bakı Banklararası valyuta birjaları xüsusi yer tutub. Əvvəlki ilin müvafiq dövrünə nisbətən Bakı Fond birjasında dövriyyənin həcmi 4,4 dəfə artaraq, 3724,6 milyon manatlıq qiymətli kağızlar, Bakı Banklararası valyuta birjasında isə dövriyyənin həcmi 2,1 dəfə artaraq 501,8 milyon manatlıq ABŞ dolları, 9,4 milyon manatlıq avro satılıb.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə