AZƏrbaycan hava yollari” qsc miLLİ aviASİya akademiyasi fakültə: İqtisadiyyat və hüquq Kafedra: Beynəlxalq iqtisadi münasibətlər




Yüklə 73.48 Kb.
tarix22.02.2016
ölçüsü73.48 Kb.
AZƏRBAYCAN HAVA YOLLARI” QSC

MİLLİ AVİASİYA AKADEMİYASI

Fakültə: İqtisadiyyat və hüquq

Kafedra: Beynəlxalq iqtisadi münasibətlər

Kurs İşi

Fənn: “Beynəlxalq iqtisadi münasibətlər”

Mövzu: “Azərbaycanın nəqliyyat sistemi və onun

iqtisadi rayonlar üzrə təhlili və inkişafı”

Müəllim: Muxtarov Əhməd

Tələbə: Səfərov Məğrur

Qrup: 367a

Bakı 2011

Plan

Giriş;


  1. Azərbaycan Respublikasının milli nəqliyyat sisteminin inkişaf konsepsiyası;

  2. Azərbaycanda Nəqliyyat qovşaqlarının müasir vəziyyəti və onların iqtisadi rayonlar üzrə yükdaşıma qabliyyətinin təhlili və inkişafı;

  3. Nəqliyyat xidmətləri və onların qimətləndirilməsi;

Nəticə;

İstifadə olunmuş Ədəbiyyat siyahısı;



Giriş

XX əsrdə dünya iqtisadiyyatında baş vermiş inqilabı dəyişikliklərinin ana xəttini dinamiki inkişaf təşkil etmişdir. Görkəmli ekspertlərin hesablamalarına görə ötən yüz illikdə dünya üzrə ümumi daxili məhsul 19 dəfə , əhalinin sayı isə 4 dəfə artmışdır. Keçən yüz illikdə dinamiki inkişaf edən sahələrdən biri nəqliyyat olmuşdur. Bu dövrdə cəsarətlə demək olar ki, nəqliyyat sektoru öz inkişaf sürəti , miqyasına görə bütün əsrlərə bərabər yol keçmişdir. Nəqliyyat sektorunun mürəkkəb bir mühüm infrastruktur kimi formalaşması başa çatmış, onun təkminləşməsi istiqamətində inqilabi dəyişikliklər aparılmışdır. Bir cəhəti də vurğulamaq lazımdır ki, nəqliyyat sektorunun inkişafı bütövlükdə iqtisadiyyatın inkişafının güclü faktoruna çevrilmiş, onun daim təkminləşməsi üçün yeni-yeni imkanlar açılmışdır. Əgər XIX əsr su nəqliyyatının genişlənməsi və dəmir yollarının yeni-yeni ərazilərə çəkilməsi ilə xarakterizə olunurdusa, XX əsr nəqliyyatın yeni-yeni sahələrinin yaranması bütünlükdə iqtisadiyyatın bu sektorunun sürətli inkişafı ilə fərqlənir. Avtomobil sektoru daha çox maliyyə, texniki, əmək resursları cəlb edən bir sahəyə çevrilmişdir.

Dünyanın inkişaf etmiş ölkələrində nəqliyyat sektoruna müstəqilliyin qorunmasının mühüm faktoru kimi baxılır. Ona görə də bu sahənin dinamik inkişafı ilə bağlı ciddi elmi araşdırmaların aparılmasına xüsusi fikir verilir, müxtəlif konsepsiyalar, proqnozlar hazırlanır. Bir sözlə nəqliyyat qloballaşan dünyanın ən fəal, dinamik strukturlarından birinə çevrilir.

Təbii ki, Şərqlə-Qərbin qovşağında yerləşən , unikal coğrafi geosiyasi şəraitə malik olan Azərbaycan dünya iqtisadiyyatının nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qalmamışdır.

XXI əsr iqtisadiyyatı bütün dünya ölkələrində dünya bazarının rəqabətinə dözümlü, ixtisaslaşmış məhsullar istehsalını tələb edirsə, nəqliyyat sahəsində isə yüksək yük tutumuna və intensive hərəkətə malik maşınların olmasını tələb edir. Bu baxımdan dünya ölkələrində nəqliyyatın bütün sahələri üzrə gedən rəqabətin əsasını qısa vaxt ərzində uzaq məsafələr qət etməklə ağır tonnajlı yüklərin daşınmasının həyata keçirilməsi diqqəti cəlb edir. Ölkənin nəqliyyat sisteminin təhlil olunması və onların iqtisadi-coğrafi baxımdan qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan Azərbaycan respubilikasının dünya iqtisadiyyatına qovuşması və dünya ölkələri ilə gedən inteqrasiya proseslərində yerini müəyyən etmək üçün müasir baxımdan nəqliyyat sahələrinin təhlil olunması olduqca vacibdir. Avrasiya ölkələri arasında mərkəzi mövqe tutan Azərbaycanın əlverişli nəqliyyat sisteminə malik olması dünya ölkələrinin marağına uyğun olan səmərəli iqtisadi əlaqələrin həyata keçirilməsini əlverişli zəmin yaradır. Eyni zamanda tarixi “İpək yolu” nun bərpası, TASİS və TRASEKA proqramlarının həyata keçirilməsi üçün respublikanın nəqliyyat sistemi mühüm əhəmiyyətə malikdir.

Bu baxımdan XXI əsrdə Azərbaycanın nəqliyyat sisteminin beynəlxalq inteqrasiyada mühüm rol oynadığını nəzərə alıb, dəmir yolu, dəniz nəqliyyatı, avtomobil, boru kəməri və hava, şəhər nəqliyyatı sahələr üzrə təhlil olunmaqla iqtisadi səmərəliliyi müəyyən olunur. Eyni zamanda müasir şəraitdə nəqliyyat qovşaqlarının əmələgəlmə xüsusiyyətləri və yükdaşıma imkanları araşdırılır. Respubilkanın iqtisadi rayonları üzrə nəqliyyat sistemi təhlil edilir, hər bir iqtisadi rayonun spesfik xüsusiyyətləri müəyyənləşdirilir, daxili və xarici yükdaşımada nəqliyyatın səmərələliyi və potensial imkanları qiymətləndirilir. Azərbaycan respubilikasının Nəqliyyat haqqında qanunun 8-ci maddəsində deyilir: Nəqliyyatda iqtisadi münasibətlərin əsasını nəqliyyat xidmətlərinə tələb və təkliflər bazarı formalaşdırır. Bu cəhətdən beynəlxalq inteqrasiyada respubilika nəqliyyat sisteminin tutduğu mövqe araşdırılır, yük axınlarının tarazlaşdırılması yolları göstərilir.

1.Azərbaycan Respubilikasının milli nəqliyyat sisteminin inkişaf konsepsiyası.

Nəqliyyat sisteminin inkişafının və fəaliyyətinin strateji məqsədi nəqliyyat vastəsi ilə iqtisadi inkişafın və Azərbaycanın mövcud və gələcək nəsillərin həyat keyfiyyətinin yüksəldilməsidir.Nəqliyyat sisteminin inkişaf məsələləri onun strateji məqsədlərinin yerinə yetirilməsinə yönəldilən, birbaşa dövlətin uzunmüddətli sosila-iqtisadi və geopolitik məqsədləri ilə bağlıdır.

Nəqliyyat əlverişliyinin təmini, social sabitliyin zəmanətli dərəcədə, regionlararası əlaqələrin və milli əmək bazarının inkişafı, magistral sərnişin nəqliyyat xidmətlərinin əlverişliliyi və etibarlığinin yüksəldilməsi əsasında mümkündür.

Dünya iqtisadiyyatına Azərbaycanın inteqrasiyası və xarici ticarətin diversifikasiyası, nəqliyyat infrastrukturuna yenidən baxılmasını, Azərbaycanın transit ölkəsi kimi potensialından istifadəsini yerli daşıyıçıların rəqabət qabliyyətinin artmasını və ixracat nəqliyyat xidmətlərinin inkişafını adekvat olaraq tələb edir.

Geopolitik vəziyyətin dəyişməsi və Azərbaycanın dünya cəmiyyətinə inteqrasiyası nəqliyyatda milli təhlükəsizlik sisteminin bir elementi kimi yeni tələblər irəli sürür. Nəqliyyat prosesinin təhlükəsizliyinin təmini sistemində nəqliyyatda antiterror təhlükəsizliyinin yüksəldilməsi istiqamətində kompleks tədbirlərin rolu daha cox böyük əhəmiyyət kəsb edir.

Gələcək nəsillər üçün təbii ehtiyatların qorunması və yaşayış səviyyəsinin yüksəldilməsi məsuliyyəti nəqliyyat sistemininin qurulmasını stabil inkişaf prinsiblərinin əsasında həyata kecirilməsini zəruri edir.

Nəqliyyat strategiyasının əsasında sahənin idarə olunmasının dövlət məsələlərinin bölüşdürülməsi və sahibkarlar tərəfindən təsərrüfat funksiyalarının yerinə yetirilməsi qoyulub.

Nəqliyyatın dövlət tərəfindən idarə olunması zəruriliyi aşağıdakıları irəli sürür;



  • Birgə prinsiblər əsasında nəqliyyat fəaliyyətinin hüququ əsaslarının inkişafı;

  • Birgə prinsiblər əsasında bütün nəqliyyat növlərinin dövlət tərəfindən idarə olunmasının inkişafı;

  • Ayrı-ayrı nəqliyyat növləri arasında büdcə vəsaitlərinin düzgün bölüşdürülməsi;

  • Ayrı-ayrı nəqliyyat növlərinin infrastrukturlarının inkişafının kordinasiyası;

  • Ölkənin təhlükəsizliyinin və müdafiə qabliyyətinin nəqliyyat vastələri ilə təminatının kordinasiyası;

  • Nəqliyyat sisteminin inkişafında və ayrı-ayrı regionların nəqliyyat sisteminin qarşılıqlı əlaqələrinin təminatı üçün icra qrumlarının müxtəlif səviyyələrində maraqların uzlaşdırılması və qüvvələrin tarazlaşdırılması;

  • Müxtəlif növ rəqabətin tənzimlənməsi;

  • Nəqliyyatda vahid informasiya məkanının formalaşması;

  • Nəqliyyat sisteminin inkişafı üçün dövlətin maraqlarının razılaşdırılması və qüvvələrin tarazlığı;

Dövlət nəqliyyat fəaliyyətinə qeyri-qanuni müdaxiləni əsas prinsib kimi götürərək hərəkət edir. Hal-hazırda dövlətin nəqliyyat sferasında iştirakı bütövlükdə qeyri rentabellidir. Bu eyni zamanda nəqliyyat sahibkarlığı sferasına və nəqliyyat fəaliyyətinin tənzimlənməsinin ayrı-ayrı məsələlərinə də aiddir.

Nəqliyyat sisteminin fəaliyyətinin iqtisadi əsası nəqliyyat xidmətlərinin və nəqliyyat infrastrukturunun xidmətlərinin operatorlarının rəqabətindən ibarətdir. Dövlət sahibkar kimi yükdaşıma ilə məşğul olan nəqliyyat xidmətlərinin rəqabətli bazarında iştirakını dayandırmalıdır.

2.Azərbaycanda nəqliyyat qovşaqlarının müasir vəziyyəti və onların iqtisadi rayonlar üzrə yükdaşıma qabliyyətinin təhlili və inkişafı.

Müasir şəraitdə dünya ölkələri arasında gedən inteqrasiya prosesləri bir sıra social-iqtisadi amillərlə yanaşı, yükdaşımalarının intensivləşməsinə təsir göstərmişdir. Yük daşımanın tənzimlənməsini təmin etmək üçün hər bir nəqliyyat növündən səmərəli istifadə olunmaqla yanaşı, hər bir qovşağın və iri stansiyaların yük tutumunun, ötürücülük qabliyyətinin və texniki iqtisadi göstəricilərinin müəyyən olunması mühüm iqtisadi əhəmiyyət kəsb edir. Xüsusi lə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində transit yük daşımanın intensivləşməsi ilə əlaqədar olaraq dəhlizə aid edilən bütün qovşaqların potensial imkanlarının müəyyənləşdirilməsi vacibdir. Bu baxımdan Azərbaycan ərazisində fəaliyyət göstərən nəqliyyat sahələri və qovşaqların bilavasitə Avrasiya ölkələri arasında mərkəzi mövqe tutduğunu nəzərə alıb mühüm nəqliyyat qovşaqlarının texniki iqtisadi göstəricilərinin müəyyənləşdirilməsi və təhlilinin aparılmasını məqsədə uyğun hesab etməliyik.

Azərbaycanın nəqliyyat qovşaqları içərisində Bakı nəqliyyat qovşağı Abşeron iqtisadi rayonuna daxil edilməklə əlverişli coğrafi mühütdə yerləşir. Nəqliyyat konfiqurasiyasına, yük və sərnişin daşınmasına görə respubilkanın digər nəqliyyat qovşaqlarından fərqlənir. Bakı nəqliyyat qovşağı dəmir yolu, dəniz, avtomobil, boru kəmər, və hava nəqliyyatının inkişafı nəticəsində formalaşmışdır. Aparılan təhlil nəticəsində aydın olur ki, bütün illərdə bakı nəqliyyat qovşağı intensive yük və sərnişin axınlarına malikdir. Ümumiyyətlə respubilka dəmir yolu ilə daşınan cəmi yüklərin 45%-I, dəniz nəqliyyatı ilə daşınan yüklərin 60%-I Bakı qovşağının payına düşür. Bakı nəqliyyat qovşağında yük yaradan əsas mənbəələr istehsal edilən neftin və təbii qazın, maşınqayırma və metal emalı məhsulları, tikinti matrealları, kimya və neft kimya, meşə və ağac emalı, həmçinin yüngül yeyinti məhsulları hesabınadır. Sənaye sahələrinin qovşaq daxilində tarixən çoxsahəli inkişafı intensive iqtisadi əlaqələrə zəmin yaratmış və daşınan xalq təsərrüfatı yüklərinin çoxsahəli olmasına öz təsirini göstərmişdir.

Respublikanın müstəqilliyə malik olması, dünya ölkələri ilə iqtisadi əlaqələrin inkişafına daha da təkan vermişdir. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin işə düşməsi və onun Azərbaycan ərazisində o cümlədən Bakı nəqliyyat qovşağında mərkəzləşməsi bütün nəqliyyat sahələrinin intensiv fəaliyyətini tələb edir. Mühüm dəmir yolu məntəqələrində yüklərin doldurulub boşaldılması üçün müxanikləşdirmənin müasir tələblər səviyyəsində aparılması vacibdir. Eyni zamanda qovşağın yük götürmə səviyyəsini yüksəltmək məqsədi ilə dəniz nəqliyyatının mütərəqqi üsullarından istifadə etmək üçün , məqsədyönlü işlərin görülməsi tələb olunur. Indiki şəraitdə Bakı-Türkmənistan, Bakı-Bektaş arasında bir çox gəmi, bərələri fəaliyyət göstərir. Şübhəsiz ki, hər ton yükün gəmi bərə ilə daşınma xərci normal şəraitdə adi gəmi ilə daşınma xərcinə nisbətən 2 dəfə ucuz başa gəlir. Bakı ilə digər limanlar arasında yeni gəmi bərələrin istifadəyə verilməsi Bakı nəqliyyat qovşağının fəaliyyətini artırır. Digər tərəfdən qovşaq daxilində gəmi bərələrin üstünlüyü ondan ibarətdir ki, yüklərin təkrar yüklənib boşaldılmasına yolverilmədən səmərəli nəqliyyat xərclərinə şərait yaradılır. Bakı nəqliyyat qovşağının spesfik xüsusiyyətindən biri də hava nəqliyyatı vastəsilə daxili və xarici iqtisadi əlaqələrin inkişaf etdirilməsidir. Yaxın gələcəkdə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin daha intensive fəaliyyəti Bakı qovşağının beynəlxalq nəqliyyat qovşağı roluna malik olması üçün zəmin yaratmışdır. Bu baxımdan Bakı nəqliyyat qovşağında fəaliyyət göstərən nəqliyyat infrastruktrunda kompleks şəkildə təkmilləşmə işlərinin aparılması mühüm problem kimi qarşıda durur. Qovşağın nəqliyyat konfiqurasiyasının beynəlxalq standartlara uyğunlaşdırılması daxili və xarici iqtisadi əlaqələrin geniş miqyaslə formalaşmasında mühüm əhəmiyyət kəsb etmiş olur.

Respubilkanın qərb bölgəsində fəaliyyət göstərən mühüm nəqliyyat qovşaqlarından biri də Gəncə nəqliyyat qovşağıdır. Avropa-Qafqa-Asiya nəqliyyat dəhlizində Gəncə nəqliyyat qovşağı quru nəqliyyat vastələri iləyük axınlarının tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir. Həmçinin qovşaqda iqtisadi, social və xidmət sferaların yaxşılaşdırılması üçün müvafiq tədbirlərin görülməsi vacibdir.

Gəncə nəqliyyat qovşağı coğrafi cəhətdən əlverişli mövqeydə yerləşmiş daxili və xarici yük əməliyyatlarının yerinə yetirilməsində aktiv iştirak edir. Qovşaq Bakı-Böyük kəsik magistral dəmir yolu və eyni istiqamətdə respubilka əhəmiyyətli magistral avtomobil yolları üzərində formalaşmışdır. Tarixən qovşağın yerləşdiyi ərazi daxilində Bakı-Batum neft kəməri cəkilmişdir. Hal-hazırda Bakı-Gəncə-Ağstafa qaz kəməri təhlil edilən ərazidən keçməsi qovşağın iqtisadi və social sferalarının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Gəncə nəqliyyat qovşağının inkişafı ümumilikdə Gəncə şəhərinin, o cümlədən ətraf inzibati rayonların iqtisadi inkişafında mühüm rola malik olmuşdur. Respubilikada dəmir yolu ilə daşınan yüklərin 16%-I Gəncə qovşağının payına düşür. Xüsusilə yerli xammal ehtiyyatlarının istehsal dövriyyəsinə cəlb olunması qovşaq daxili yük daşınmasını intensivləşdirmişdir. Tarixən Gəncə nəqliyyat qovşağının yük daşınmasında üç əsas ənənəvi sənaye məhsulları yüngül, yeyinti və əlvan metallurgiya sənaye məhsulları üstünlük təşkil etmişdir. Ümumiyyətlə Gəncə nəqliyyat qovşağının səmərəli fəaliyyəti qovşaq ətrafı istehsal sahələrinin inkişafına zəmin yaratmışdır.

Gəncə nəqliyyat qovşağında fəaliyyət göstərən mühüm nəqliyyat sahələrindən biri də hava nəqliyyatidir. Hava nəqliyyatı ümumiyyətlə qovşağın əlaqə imkanlarını, daha da genişləndirmişdir. Gəncə hava limanı vastəsilə respubilikanın daxili regionları ilə yanaşı, MDB məkanında yerləşən müstəqil respublikaların şəhərləri ilə iqtisadi əlaqələri inkişaf etdirmək imkanları yaradılmışdır.

Azərbaycanın mərkəzi regionunda yük və sərnişin daşınmasında mərkəzi mövqe tutan qovşaqlardan biri Yevlax Nəqliyyat Qovşağıdır. Yevlax nəqliyyat qovşağı Gəncə dəmir yolu şöbəsinə daxil olmaqla, dəmir yolunun və avtomobil yollarının kəsişməsində əmələ gəlmişdir. Bakı-Ağstafa dəmir yolu və avtomobil yollarının mərkəzində yerləşmişdir. Qovşaqdan yuxarı və düzən Qarabağın rayonlarına ayrılan Yevlax-Ağdam-Xankəndi, Yevlax-Mingəçevir dəmir yollarının çəkilməsi Yevlax dəmir yolu stansiyasının nəqliyyat qovşağı kimi formalaşmasında mühüm əhəmiyyət kəsb etmişdir. Qovşağın əlverişli coğrafi mğvqedə olması sənayenin və kənd təssərüfatının inkişafına ğz müsbət təsirini göstərmişdir. Ümumiyyətlə Yevlax rayonu ərazisində yerli istehsal sahələrində ümumi məhsulun çox hissəsini yüngül və yeyinti sənaye məhsulları təşkil edir. Qovşaqdan respublikanın müxtəlif rayonlarına göndərilən məhsullar içərsində bu çeşiddən olan məhsullar üstünlük təşkil edir.

Azərbaycanın TRASEKA proqramına qoşulması Bakı-Yevlax-Gəncə-Ağstafa magistral dəmir yolunda yenidənqurma işlərinin aparılmasını planlaşdırmışdır. Mühüm qovşaqlarda beynəlxalq standartlara uyğun işlərin görülməsi, xüsusilə yük daşımalarını tənzimləmək üçün qovşaq daxili dəmir yollarının sayının artırılması, mexanikləşdirmənin gücləndirilməsi, qovşaqda çalışan işçi qüvvəsinin sosial həyat tərzinin yaxşılaşdırılması və xidmət sferasının yüksəldilməsi üçün tədbirlərin görülməsi vacibdir.

Respubilikanın mərkəzi regionunda yük və sərnişin daşımasında mühüm əhəmiyyət kəsb edən qovşaqlardan biri də Şirvan nəqliyyat qovşağıdır. Qovşağın iqtisadi coğrafi cəhətdən əlverişli mövqedə yerləşməsi və səmərəli nəqliyyat kommunikasiyasına malik olması intensiv yük və sərnişın daşımasına zəmin yaratmışdır. Başqa formada desək Şirvan nəqliyyat qovşağı Bakı-Şərur, Bakı-Astara dəmir yolu və avtomobil yollarının düyünündə yerləşir.Eyni zamanda Şirvan dəmir yolu stansiyasının bir nəqliyyat qovşağı kimi formalaşmasında 20 ildən artıq müddət ərzində Şirvan şəhəri və onun ətrafında intensiv şəkildə neftin istehsal olunması və bir sıra yüngül və yeyinti sənaye sahələrinin inkişafı mühüm əhəmiyyət kəsb etmişdir. Qovşaqdan ildə 3 mln tondan çox müxtəlif çeşidli xalq təsərrüfatı yükləri daşınılır. Ümumi daşınmada 80%-ə qədər qovşağa daxil olan yüklər, 20-%-i qovşaqdan göndərilən yüklər təşkil edir. Şirvan nəqliyyat qovşağının formalaşmasında burada güclü energetika bazasının olması müsbət təsir göstərmişdir. Istər şəhər nəqliyyatının, istərsədə qovşaq ərazisində fəaliyyət göstərən dəmir yolunun elektirikləşdirilməsində energetika sənayesi mühüm əhəmiyyət kəsb edir. Qovşağa daxil olan yükün əsas hissəsini çörək məhsulları (30%), mineral tikinti matrealları (23%), kənd təsərrüfatı məhsulları təşkil edir. Son illərdə Şirvan şəhərində ixrac xarakterli məhsulların xüsusi çəkisinin aşağı düşməsi qovşaqdan göndərilənmahsulların çəkisinin azlmasına da təsirini göstərmişdir.



Naxçıvan nəqliyyat qovşağı- Muxtar respubilikanın iqtisadi və sosial inkişafında həlledici əhəmiyyətə malikdir. Muxtar Respubilikanın digər inzibati rayonları ərazisində fəaliyyət göstərən istehsal müəssələrinə lazım olan xammal və digər müxtəlif ceşidli məhsullar mərkəzləşdirilmiş qayda ilə bu qovşaqdan daşınılır. Naxçıvan nəqliyyat qovşağında dəmir yolu ilə ildə bir milyon tondan çox müxtəlif ceşidli yüklər daşınılır. Ümumi daşınan yüklərin 60%-dən çoxu Muxtar Respubilkaya daxil olan, qalan 40%-i isə göndərilən yüklər təşkil edir.

Azərbaycanın cənub bölgələrində yerləşən mühüm nəqliyyat qovşaqlarından biri Lənkəran və Astara nəqliyyat qovşaqlarıdır. Hər iki qovşaq Bakı-Osmanlı-Astara magistral dəmir yolu və avtomobil yolları üzərində yerləşmişdir. Bu qovşaqların Xəzər dənizinə çıxış yolunun olması dəniz nəqliyyatından yük daşınmasında istifadəsinə zəmin yaratmışdır. Tarixən qovşağın yerləşdiyi inzibati rayonlar yüksək səviyyədə inkişaf etmiş kənd təsərrüfatı rayonu olduöundan, hər iki qovşaqdan göndərilən yüklər içərisində yeyinti məhsullarının xüsusi çəkisi yüksək olmuşdur. Yük əməliyyatlarının yerinə yetrilməsində dəmir yolu və avtomobil nəqliyyatı mühüm əhəmiyyət kəsb edir.

Astara nəqliyyat qovşağı bir başa İran dövləti ilə iqtisadi əlaqələrin inkişafında və yük daşınmaların tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir. Lənkəran nəqliyyat qovşağı avtomobil, dəniz yolları ilə yükdaşınma əməliyyatlarının yerinə yetirilməsi nəticəsində formalaşmışdır. Lakin son vaxtlar dəniz nəqliyyatından səmərəli istifadə olunmadığından qovşağın ümumi yük tutumu aşağı səviyyədə olmuşdur. Qovşağa daxil olan yüklərin əsas hissəsini tikinti matrealları, qara metallar, meşə materialları təşkil edir. Qovşaqdan göndərilən yüklərin çox hissəsini kənd təsərrüfatı məhsulları (55%), qalan faizini digər məhsulları təşkil edir.

Hər iki qovşaq respublikanın iqtisadiyyatında mühüm rol oynamaqla, beynəlxalq iqtisadi əlaqələrin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir. Yaxın gələcəkdə yük axınlarının intensivləşməsi, qovşaq daxilində beynəlxalq normalara uyğun işlərin aparılması, dəmir yolu stansiyalarında daxili yolların təkmilləşdirilməsi, avtomobil yollarını TRASEKA proqramı çərcivəsində inkişafı, qovşaqda sosial infrastrukturanı təkmilləşdirmək üşün tədbirlərin həyata keçirilməsi vacib məsələlərdən biri hesab edilir.



3.Nəqliyyat xidmətlərinin qiymətləndirilməsi

Beynəlxalq ticarətdə əmtəənin daşınması adətən aşağıdakı proseslərdən ibarət olur; əmtəənin istehsal yerindən ixrac edən ölkənin sərhədinə kimi çatdırılması; əmtəənin ixrac edildiyi ölkənin sərhəddindən idxal edən ölkənin sərhədinə kimi beynəlxalq tranzit və ya dəniz daşımaları ilə daşınması (əgər əmtəənin daşındığı ölkələr arasında birbaşa quru sərhəd yoxdursa); əmtəənin idxal edilən ölkənin sərhədindən həmin ölkə daxilində istehlak yerinə çatdırılması. əgər nəqliyyat daşımaları zamanı alıcı və satıcı eyni dövlətin ərazisində yerləşmirsə, bu beynəlxalq nəqliyyat daşıması hesab olunur. Beynəlxalq nəqliyyat xidmətləri “xüsusi əmtəə” kimi beynəlxalq nəqliyyat bazarlarında nəqliyyat növündən, daşınacaq əmtəənin növündən və daşımanın həyata keçirələcəyi coğrafi rayondan asılı olaraq “alınıb-satılır”. Geniş anlamda isə beynəlxalq nəqliyyat xidmətlərinə daşıma xidmətlərindən başqa, bununla əlaqəli digər növ xidmətlər də daxildir; yükün yükgöndərənin anbarından götrülərək ən yaxın yük terminalına çatdırılması, yükün magistral nəqliyyat vastələrinə yüklənməsi, yükün aralıq məntəqələrdə mühafizə edilməsi və daşıma sənədlərinin rəsmiləşdirilməsi. Müvafiq nəqliyyat əməliyyatlarının həyata keçirilməsi və magistral nəqliyyat növləri ilə yükün daşınması xərcləri yük sahibinin tam nəqliyyat xərclərini formalaşdırır. Beləliklə, beynəlxalq nəqliyyat prosesində yük sahibləri və daşıyıcılarla yanaşı, digər subyektlər, liman və stansiyalarda yük terminallarının operatorları da iştirak edir. Hazır məhsulların və yarımfabrikatların beynəlxalq daşımaları zamanı yük dəfələrlə daşıyıcıdan müvafiq terminal operatorlarına və əksinə keçir. Buna müvafiq olaraq, yük üçün məsuliyyətli şəxslərdə dəyişir. Yükləmə-boşaltma əməliyyatlarının həyata kecirildiyi bütün coğrafi məntəqələrdə yük sahibi öz kommersiya maraqlarını müdafiə etmək üçün ekspeditorların (nəqliyyat komisyonçusu) xidmətlərindən istifadə edirlər (bəzi ölkələrdə ekspeditorlara “fraxt agenti” də deyirlər). Ekspedisiya müqaviləsinə əsasən ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıçıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Yük sahibi ekspeditora öz adından və öz tapşırığı ilə daşıyıclarla müqavilələr bağlamağı etibar edə bilər, yüklə bağlı daşıyıcılarla və terminal operatorları ilə stivitor işlərinə görə hesablaşmalar apara bilər, məhkəmə və arbitrajlarda yük sahibinin qanuni maraq və mənafelərini təmsil edə bilər. Əgər bir necə yük göndərənin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yükgöndərənin mənafeələrini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir. Əksər ölkələrin qanunvericiliyinə əsasən, ekspeditorlar komisiyonçu hesab edilirlər.

Müasir şəraitdə dünya ölkələri arasında iqtisadi əlaqələrin inkişafında yük və sərnişin daşımalarında Hava nəqliyyatı mühüm əhəmiyyət kəsb edir. Başqa nəqliyyat sahələrindən fərqli olaraq hava nəqliyyatı intensiv hərəkətinə, qısa vaxt ərzində daha çox məsafə qət etməklə sərnişin və tez xarab olan məhsulları istehsalçıdan istehlakçıya daşımaq imkanlarına malikdir. Bu baxımdan bütün dünya ölkələrində hava nəqliyyatı bütün tarixi dövrlərdə inkişafda olmuş, təkmilləşmişdir. Hava nəqliyyatı ilə sərnişin daşımanın ildən-ilə artması beynəlxalq hava yollarının inkişafına təsir etməklə yanaşı, beynəlxalq hava limanlarının artmasına təsir göstərir. Bu faktı qeyd etmək kifayətdir ki, XX əsrin sonunda dünya yük və sərnişin əməliyyatlarını yerinə yetrən beynəlxalq səviyyəli mindən çox hava limanları istifadəyə verilmişdir. Hava nəqliyyatında aparılan təkmilləşmə işləri dünyanın nəhəng dövlətlərində olduğu kimi ölkələrin iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsi, dünyanın bir sıra ölkələri ilə hava nəqliyyatının müstəqil şəkildə formalaşmasına zəmin yaratmışdır. Hazırda Azərbaycanın dünyanın bir sıra ölkələri ilə müstəqil şəkildə hava nəqliyyatı ilə iqtisadi əlaqələri vardır. Hava nəqliyyatı yük və sərnişin daşımaqla yanaşı, respubilikanın iqtisadi inkişafına müsbət təsir göstərir. Başqa nəqliyyat sahələrinin olmadığı ərazilərdə neft və qaz kəmərinin çəkilməsində, boruların daşınmasında, təbii sərvətlərin axtarılmasında və istifadəyə verilməsində dəmiryolu tikintilərində, mineral gübrələrin sahələrə verilməsində hava nəqliyyatının müxtəlif növlərindən istifadə olunur.

Azərbaycan respublikasının müstəqillik əldə etməsi bir sıra iqtisadi amillərlə yanaşı dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri ilə iqtisadi əlaqələrin inkişafına və beynəlxalq münasibətlərin formalaşmasına zəmin yaratmışdır. Əvvəllər Azərbaycanla xarici ölkələr arasında olan hava nəqliyyatı əlaqələri keçmiı SSRİ tərəfindən idarə olunduğundan müstəqil hava yollarına malik deyildi. 1990-cı ildən sonra respublikanın xarici ölkələrlə müstəqil hava yollarının açılması mədəni-iqtisadi əlaqələrin inkişafına təkan verdi. Sərbəst şəkildə Azərbaycan dünyanın istənilən bazarına hava yolları vastəsilə çıxmaq imkanları qazandı. Indiki şəraitdə Azərbaycanın, Avropa, Asiya və Amerika ölkələri ilə hava nəqliyyatı vastəsilə əlaqələri yaradılmışdır.

Hava nəqliyyatının müasir təhlili göstərir ki, respublikanın müstəqilliyi ilə əlaqədar olaraq son illərdə MDB və dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinə hava nəqliyyatı ilə yeni marşurutların açılması xarici iqtisadi əlaqələrdə səmərə verən başlıca amillərdən hesab edilir. Eyni zamanda respublikanın daxilində hava nəqliyyatına xidmət edən maşınqayırma sənaye sahələrinin inkişaf etdirilməsi mühüm məsələlərdən hesab edilir.

Azərbaycanın nəqliyyat sektorunda iqtisadi və sosial inkişafın formalaşmasında mühüm rol oynayan faktorlardan biri şəhər nəqliyyatıdır.

Nəqliyyat faktoru istehsal sahələrindən tutmuş dünyanın ayrı-ayrı ölkələrində şəhərlərin əmələ gəlməsində və formalaşmasında mühüm və həlledici əhəmiyyət kəsb edir. Nəqliyyat “arteriyadır”, şəhərlərin böyük və kiçikliyindən asılı olmayaraq onların inkişafını təmin edir. Dünyanın ən nəhəng şəhərlərində nəqliyyatın kompıeks inkişafı daim diqqət mərkəzinə yönəldilmişdir, çünki bütün istehsal sahələrindən tutmuş sərnişin daşınmaya qədər nəqliyyatın hər hansı növündən asılı olmayaraq öz funksiyasını yerinə yetirir. Şəhərdaxili əlaqələrin inkişafında, şəhərlə ətraf yaşayış məntəqələri arasında əlaqələrin formalaşmasında şəhər nəqliyyatı mühüm iqtisadi əhəmiyyət kəsb edir. Lakin bütün ölkələrdə şəhər nəqliyyatının öz funksiyası vardır və hər hansı şəhərin yerləşdiyi coğrafi mühitdən asılı olaraq formalaşır. Bu xüsusiyyətinə görə dünya ölkələrinin çoxunda şəhər nəqliyyatı öz konfikurasiyasına görə bir-birindən fərqli olmuşdur. Bu baxımdan Azərbaycanın nəqliyyat sektorunda şəhər nəqliyyatının öz spesfik xüsusiyyəti vardır. Respubilka tabeliyində olan Bakı, Sumqayıt, Şirvan, Gəncə, Mingəçevir, Naxçıvan şəhərləri, şəhər nəqliyyatına xas olan xüsusiyyətləri özündə cəmləşdirmişdir.

Aparılan təhlildən belə nəticəyə gəlmək olur ki, XXI əerdə dünya ölkələrinin iqtisadi və sosial inkişafında nəqliyyat faktoru yalnız yük və sərnişin daşınmalarına olan təlabatı deyil, eyni zamanda ərazinin təbii və əmək resurslarının səmərəli istifadəsində xüsusi əhəmiyyət kəsb edir. Ərazinin nəqliyyat şəbəkəsi ilə təminatının müasir tələblərə cavab verməsi istehsal sahələrinin inkişafı ilə yanaşı, şəhər və qəsəbələrin əmələ gəlməsində, əhalinin məskunlaşmasında təsiredici faktorlardan hesab edilir.

Yük axınlarının tənzimlənməsini təmin etmək üçün bütün magistral dəmir yollarında təlabata uyğun yol tikinti işlərinin aparılması məqsədəuyğun hesab edilir. Bütün dəmir yolu stansiyalarında daxili yol şəbəkəsinin genişləndirilməsi, stansiyalarda mexanikləşdirməni Avropa standartları səviyyəsinə çatdırmaq, vahid prinsip əsasında dəmir yolu tikintisinin aparılması vacib hesab edilir. Avropa-Qafqaz-Asiya magistral dəhlizinin fəaliyyəti ilə əlaqədar olaraq magistral dəmir yolunda elektrikləşdirmənin həyata keçirilməsi qatarların yük tutumuna təsir etməklə, qısa vaxt ərzində daha çox məsafə qət etməklə yüklərin məsafədən asılı olmayaraq vaxtında istehsalçıdan istehlakçıya çatdırılmasına səmərəsiz nəqliyyat xərclərinin ixtisar olunmasına təsir göstərmiş olar. Bütün dəmir yolu stansiyalarında müasir tələblərə uyğun təkmilləşmə işlərinin aparılması, yüklərin ceçidindən asılı olaraq müfaviq vaqonların yüktutumundan məqsədyönlü şəkildə istifadə olunması daşınmanın səmərəliliyinə təsir göstərən mühüm amillərdən biri kimi qiymətləndirilir.

XXI əsrdə bütün dünya ölkələrində dəniz nəqliyyatında yükdaşınmanın xüsusi çəksi başqa nəqliyyat sahələrindən üstünlük təşkil edir və bu tendensiya ölkələr üzrə davam etməkdədir. Xüsusilə qədim “İpək yolu”nun bərpası Aralıq dənizi, Qara dəniz və Xəzər dəniz hövzəsi ölkələrinin dəniz nəqliyyatı ilə yük axınlarının tənzimlənməsini təmin etmək üçün bütün hövzələrdə fəaliyyət göstərən limanlarda yükvurma və boşaltma əməliyyatlarının mexanikləşdirilməsi üçün beynəxalq normalara uyğun tədbirlərin görülməsinin ön plana çəkilməsi vacibdir.

Ölkələrin iqtisadi inkişafında Avtomobil nəqliyyatının təsir dairəsi getdikcə genişlənir və intensiv hal alır. Son illərdə ağır tonnajlı avtomobillərin istehsalının artırılması daxili və xarici iqtisadi əlaqələrdə və yük daşımada avtomobil nəqliyyatının xüsusi çəkisinin artmasına intensiv təsir göstərir. Xüsusilə Avrasiya ölkələrarası inteqrasiyanın inkişafında avtomobil nəqliyyatından istifadə daha intensivləşmişdir. Həmin ölkələrin magistral avtomobil yollarının texniki iqtisadi göstəricilərinin beynəlxalq normalara uyğunlaşdırılması yük daşımanın xüsusi çəkisini artırmaqla yanaşı, avtomobil nəqliyyatının iqtisadi səmərəliliyini yüksəltmişdir.

Nəticə


Dünyanın inkişaf etmiş ölkələrində nəqliyyat sektoruna müstəqilliyin qorunmasının mühüm amil kimi baxılır. Təbii ki, Şərqlə Qərbin qovşağında yerləşən, unikal coğrafi, geosiyasi şəraitə malik olan Azərbaycan dünya iqtisadiyyatının nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qalmamışdır.

Bazar iqtisadiyyatı şəraitində dünya ölkələri arasında gedən inteqrasiya proseslərinin inkişafında başqa iqtisadi amillərlə yanaşı, nəqliyyat amili də mühüm yer tutur. Nəqliyyatın dünya ölkələrinin iqtisadi inkişafında “Fəqərə” sütunu rolunu oynaması elmə artıq çoxdan məlumdur. Lakin XX əsrin sonunda XXI əsrin əvvəlində dünya ölkələri arasında iqtisadi əlaqələrin daha geniş vüsət alması nəqliyyatın yeni qlobal problemlərinin aşkar olunmasına təsir göstərmişdir.

Müasir şəraitdə iqtisadi inkişafın formalaşmasında boru kəmər nəqliyyatı mühüm əhəmiyyətə malikdir. Hesablamalara görə Bakı-Tiblisi-Ceyhan boru kəmərinin istifadəyə verilməsi əlavə yükləmə və boşaltma əməliyyatları olmadan maye yanacağının birbaşa dünya bazarına ixrac olunmasına şərait yaratmaqla dəmir yoluna nisbətən səmərəliliyi bir neçə dəfə artırmışdır. Beynəlxalq inteqrasiyanın inkişafı ilə əlaqədar olaraq Azərbaycan ərazisində formalaşan nəqliyyat qovşaqlarında yeniləşdirmə işlərinin aparılması vacibdir. Boru nəqliyyatının əhəmiyyəti çox böyükdür.Düzdür boru nəqliyyatı çəkilən zonalarda torpağın aşınması dağıdılması baş verir ancaq bu nəqliyyat növü iqtisadi cəhətdən təhlükəsiz və həmdə səmərəlidir. Mənim fikirimcə bu nəqliyyat növünün inkişafı çox məqsədə uyğundur.

Respublikanın iqtisadi rayonları üzrə nəqliyyat sisteminin təkmilləşdirilməsi təbii və əmək resurslarından səmərəli istifadə olunmasına, rayonların sosial-iqtisadi inkişafına təsir göstərən mühüm amillərdən hesab edilir.



İstifadə olunmuş Ədəbiyyat siyahısı;

  1. X.H.Kazımlı; Ə.V.Panaliyev; Ə.X.Kazımova---- Avtonəqliyyat vastələrinin qiymətləndirilməsi – Bakı 2009

  2. Z.Məmmədov;-- Azərbaycanın nəqliyyat sistemi--- Bakı 2006

  3. E.Ə.Əliyev; --- Beynəlxalq Nəqliyyat Hüququ--- Bakı 2009

  4. Google.az

  5. Kitab.az

  6. Anl.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə