«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyası




Yüklə 63.2 Kb.
tarix10.04.2016
ölçüsü63.2 Kb.
«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti

Milli Aviasiya Akademiyası

Aviasya meteorologiyası kafedrasının meteorologiya və iqlimşünaslıq ixtisasının



KURS İŞİ


BAKI-2010

Buludların beynəlxalq təsnifatı.
Bulud- havanın hündür təbəqələrində xırda su zərrəciklərinin və ya buz kristallarının sıxlaşıb toplaşmasıdır. Su zərrəciklərindən ibarət olan bulud başlıca olaraq hava kütləsi aşağıdan yuxarıya qalxdıqda rütübətli havanın soyuması və isti rütübətli hava ilə soyuq havanın qarışması nəticəsində əmələ gəlir. Su zərrəcikləri çox olduqda onlar bir-birinə birləşərək ağırlaşır və yağış halında düşür. Yağışdan yuxarı qalxan hava axımı zərrəciklərin yuxarı qaldırır , onlar orada donur və xırda qar dənələri əmələ gətirir.

Buludun atmosferdə əmələ gəlməsi adiabatik soyuma ilə əlaqədardır. Buludların əmələ gəlməsində olan adiabatik soyuma xususilə hava kütləsinin yuxarı qalxmasında böyük rol oynayır. Su buxarının molekul halından damcı şəklinə keçməsi üçün kondensasiya nüvəsi ətrafında şeh nöqtəsi əmələ gəlir və yağış verir. Molekulyar su buxarının damcı halında keçməsi üçün lazım olan temperatura və təzyiqə şeh nöqtəsi deyilir.Buludların hündürlüyü və daxili quruluşu onun atmosferdəki səviyyəsi ilə əlaqədardır. Aydındır ki, kondensasiya səviyyəsi buludun aşağı sərhəddinə düşür. Sıfır izotermi kondensasiya səviyyəsi arasında buludlarda su damcısı saxlanılır. Buz nüvəsi səviyyəsindən yuxarıda sublimasiya prosesi gedir, bulud buzkristallarından ibarət olur. Buludda damcı halında olan maye ilə buz kristalları arasında tam sərhəd yoxdur. Belə qat var ki, qatda həm soyumuş damlacıqlar, həm də buz kristalları olur.

Buludların coğrafi əhəmiyyəti onların yağıntı törətməsidir, onlar Günəş radiasiya sının bir hissəsini saxlayır və bununla da Yer səthinin işıq və istilik rejiminə təsir göstərir.”İstixana effekti” yaratmaqla Yerin istilik şualanmasına mane olur. Buludlar aviasiyanın işini, aerofotoşəkilçəkməni çətinləşdirir vəs.

Buludluluq – göy üzünün buludla örtülmə dərəcəsi buludların miqdarı və ya buludluluq adlanır. Buludluluq göyün onda birinin buludla örtülməsi ifadəsi ilə ölçülür və 0-10 balla qiymətləndirilir. Bulud göy üzünü tam tutduqda buludluluq 10 ədədi ilə göstərilir. Tam aydın adətən müşahidəçi tərəfindən gözəyarı təyin edilir. Amma müşahidə cihazları da mövcuddur.

Adətən , buludların ümumi miqdarı ümumi buludluluqla aşağı buludların miqdarı isə aşağı buludluluqla ölçülür. Bu əhəmiyyətlidir, çünki yuxarı və bəzən də orta buludlar Günəşin qabağını az kölgələndirirlər ki. bu da praktiki cəhətdən az əhəmiyyətlidir.

Buludluluq yer kürəsində istilik dövranına təsir göstərir. Çünki o düz günəş radiasiyanı əks etdirir və yer səthinə gəlməsini artırır, effektiv şualanmaı azaldır, işıqlanma şəraitini dəyişir.

Buludluğun sutkalıq gedişi mürəkkəbdir və daha çox buludun növündən asılıdır. Laylı və laylı-topa buludlar maksimum gecə və səhər olur. Topa buludlar dayanıqsız stratifikasiya ilə əlaqədardır, əsasən gündüz saatlarında əmələ gəlir, gecə yoxa çıxır.

Buludların formalarına görə təsnifatını ilk dəfə 1802-ci ildə qəbul edilmişdir. 1896-cı ildə beynəlxalq bulud atlası tərtib edilir. 1929-1932-ci illərdə isə beynəlxalq təsnifat əsasında bulud atlası nəşr olunur. Bu təsnifat atlasında göstərildiyi kimi bütün buludlar hündürlüklərindən asılı olaraq 3 yarusa və xarici əlamətlərə görə fərqlənən 10 tipə bölünür.

І. Yuxarı yarus buludlar- yəni 6 km-dən hündürlükdə olan buludlar . Troposferin ən yüksək buludlarıdır.Onlar ən aşağı temperaturlarda əmələ gəlirlər və buz kristallarından ibarətdir. Bu buludlar ağ rəngdədir, yarı şəffafdır, günəş işığının qarşısını az alır. Yuxarı yarus buludlarının özülü 3-8km yüksəklikdə qütb enliklərində, 6-18 km-ə qədər mülayim, 6-18 km-ə qədər tropik enliklərdədir Buraya:

1.Lələkli-Cirrus (Ci) buludlar-10km-ə qədər hündürlükdə olur. Buz kristallarından və buz iynələrindən ibarətdir.Lif quruluşlu ağ nazik buludlar şəffaf olur, öz kölgəsi olmur. Növləri: sap şəkilli və sıx. Növləri çoxdur yağıntı vermir. Onlar nazik tel-tel qşvraq xırda kürələr və s. formada olurlar.

2. Lələkli-topa-Cirrocumulus (Cc) -buludlar 7,5 hündürlükdə topa və sıra ilə düzülmüş lələk şəkillidir. Buz kristallarından və buz iynələrindən ibarətdir. Xırda dalğalar və yaxud topalar şəklində ağ nazik qatdır, öz kölgəsi yoxdur. İki növü vardır: dalğalı və topa şəkilli. Yağıntısı olmur.

3. Lələkli-laylı-Cirrostratus (Cs)-buludlar 7,5km hündürlükdə yerləşir. Nazik və ağ örtük şəklində olur. Buz kristallarından ibarətdir. Bir cür nazik ağ bəzən az dalğalı pərdə şəklində lur. Günəş yaxud Ay diskini örtmür.Yağıntısı yerə gəlib çatmır.

Lələkli, lələkli-topa və lələkli-laylı buludlar aviasiyanın fəaliyyətinə mühüm dərəcədə təsir göstərmir.



ІІ Orta yarusun buludları – yəni 2-6km -ə qədər hündürlükdə olan buludlar. Orta yarus buludların özülü müvafiq olaraq 2-4km, 2-1km və 2-8km yüksəklikdə olur.Buraya:

1. Yüksək-topa-Altocumulus (Ac)- 4km hündürlükdə topa və ya sıra ilə yayılır. Çox xırda, çox zaman ifrat soyumuş damcılardan ibarətdir. Ağ bəzən boz və ya göy dalğa, topa, lələkli topa şəklindədir. Onların arasından mavi səma görünür. Bəzən qarışa bilir. Növləri: dalğalı və topa şəkilli. Yağıntısı olmur.Yüksək topa buludların şaquli qalınlığı adətən böyük deyil və yalnız möhkəm yağış-topa buludların qalınlığı 1-2km-ə çatır.

2.Yüksək-laylı-Altostratus (As)- 4km hündürlükdə sıx olub, işıq buraxır. Qar dənəcikləri və xırda damlaların qarışığından ibarərdir. Boz yaxud göyümtül pərdəsi azacıq dalğalıdır. Günəş və Ay donuq şüşədən keçən kimi görünür. Adətən göyün üzünü tutur, yayda yağıntısı yerə çatmır, qışda güclü qar yağmasına səbəb olur.Görünüşü duman şəkilli və dalğalıdır. Yüksək- laylı buludların qalınlığı bir neçə km-i keçə bilər və troposferin böyük təsir hissəsini tuta bilərlər. Bu buludlar aviasiya uçuşlarının çətinləşməsinə böyük təsir göstərə bilərlər.

III Aşağı yarusun buludları-yəni yer səthindən 2km yüksəkliyə qədərdir . Buraya:

1.Laylı-yağışlı-Nimbostratus(Ns)- qalın tutqun , 1,5km hündürlükdə yayılıb uzun sürən yağış verir. Bu buludlar altında iri, üstdə xırda damlalardan ibarətdir. Tutqun boz bulud layları içəridən zəif işıqlanan kimi, yağış da bir cür, fasilələrlə müxtəlif cür görünür, bəzən fasilələrlə gur yağış və ya qar tökülür. Növləri yoxdur. Laylı-yağışlı buludlar əsasən atmosfer cəbhələrində müşahidə olunur. Laylı-yağışlı buludların aşağı sərhəddinin hündürlüyü adətən 0,1km-dən 2km-ə qədər təşkil edir.; şaquli qalınlığı (2-6km) çox vaxt bütün atmosferi tutur. Bu buludlar aviasiya üçün təhlükəlidirlər. Bu buludlarda çox vaxt uçan aparatların buzlaşması müşahidə olunur.

2.Laylı-topa-Stratocumulus (Sc)-2,5km hündürlükdə şar şəklində olub, çox vaxt göy üzünü örtə bilər. Xusüsən qışda təsadüf olunur. Bu buludlar eyni ölçülü damcılardan ibarətdir. İri boz lələkli, dalğalar qalaq yaxud lövhə kimi görünür. Parça parça olur, yaxud göyün üzünü bütov örtük kimi tutur. Yüksək-topa buludlardan az hündürlüyü topaların böyüklüyü və çox sıxlığı ilə fərqlənir. Bu buludlardan çox az hallarda qısamüddətli zəif yağış gəlir. Adətən yağıntı törətmir. Dalğalı və topaşəkilli olur. Bu buludlar 1-2km şaquli uzunluğu malikdirlər. Yayda laylı-topa buludların aşağı sərhəddinin hündürluyu 600-1500m, qışda isə 300-600m təşkil edir. Azərbaycanda yalnız qışda bu buludlardan zəif narın yağış yağır.

3.Laylı-Stratus (St)-1km hündürlükdə olub hündür dumana bənzəyir. Bəzən bu blud parçalanır. Bu bulud parçası Fractostratos (Fs) adlanır. Bircins, boz lay olur, dumana oxşayıra, bəzən aşağıda parçalara bölünür. Adətən bütün göyün üzünü tutur, ayrı-ayrı kütlələrə bölünmüş şəkildə ola bilər. Növləri: dumana oxşar, laylara parçalanmış. Seyrək qara və çiskinə səbəb ola bilər. Laylı buludların qalınlığı 10-100m olur və nadir hallarda 500-800m-i keçir. Bu buludların aşağı sərhəddinin hündürlüyü 100-300m təşkil edir və hərdən onlar 100m-dən aşağı olurlar. Laylı buludlar temperatur inversiyası olduğu halda əmələ gəlir, bu inversiyaya yuxarı qalxan şaquli hava cərəyanı imkan verir. Bu əsas formalardan başqa, buludların digər qarışıq formalarına da təsadüf edilir.

Şaquli inkişaf edən buludlar - bu buludların oturacaqları çox vaxt aşağı bulud səviyyəsində durur. Zirvələri isə orta və hətta yüksək səviyyədə ola bilər. Buraya:

1.Topa-Cumulus (Cu)- 1,5km hündürlükdə çox böyük topalar halında olur. Bəzən parçalanaraq Fractocumulus (Fs) adlanır. Bu buludlar damlalardan ibarətdir, sabit sistemdir, yağıntısızdır. Sıx yüksək , ağ topa və qülləvari zirvəsi və boz və göy rəngdə yastı əsası olan buludlardır. Ayrı-ayrı buludlar və ya böyük yağıntılar şəklində ola bilər. Adətən yağıntı düşmür.Növləri: yastı , orta , qalın. Çox müxtəlif variantları var: parçalanmış- topa-qülləvari, oroqrafik və s.

Topa buludların əməə gəlməsində başlanğıc olan axınlar sakit hava qatını hərəkətə gətirir. Əgər son hava qatında kifayət qədər su buxarı olarsa , onda ağ nazik bulud pərdəciyi əmələ gətirir ki, bunlara da topa buludların “papağı” deyilir. Papaqlar 3-4km hündürlükdə müşahidə olunur. Əgər topa buludlar genişlənməkdə davam edərsə , onun təpəsi bulud pərdəsini deşə bilər. Axırıncı isə topa buludları bürünmüş olur. Bu buludların şaquli uzunluğu: 100m-dən 1km-ə qədər dəyişir. Topa buludlar şaquli uzunluqda 2-6km-ə qədər güclü topa buludlara çevrilə bilərlər. Topa buludlar çox vaxt yayda , payızda və yazda açıq günlərdə müşahidə olunur.

2.Topa-yağışlı-Cumulanimbus (Cb)-1,5km hündürlükdə sıx topa və tutqun olur. Bəzən parçalanaraq Fractonimbus (Fn) kəsilmiş buludunu əmələ gətirir. Topa buludların sonrakı inkişafından yaranır. Günəşin qarşısını kəsərək işıqlanmanı kəskin azaldır. Leysan yağışlar varir. Onların fonunda bir sıra hallarda göy qurşağı müşahidə olunur. Bu buludlar tufanlı buludlar da adlanır. Bu buludlar altında damlalarda və üstdə kristallardan ibarətdir. Ağ sıx , əsası tünd buludlardır. Böyük zindan, dağ və s. kimi görünür. Növləri: keçəl və tüklü göy gurulaması ilə leysan dolu tökülür. Topa-yağışlı buludların aşağı sərhəddi adətən hamar olmur və su damcılardan ibarətdir. Topa-yağışlı buıludların əsası adətən 2km –dən aşağıdır, yuxarı sərhəddi isə 13-15km-ə çata bilir . Aviasiya üçün təhlükəli olan topa-yağışlı buludlardan çox vaxt ildırımlarla müşayət olunan leysan yağışlar yağır. Təyyarələrin topa-yağışlı buludlara düşməməsi üçün uçuşları böyük hündürlükdə həyata keçirmək məqsədə uyğundur, harada ki, ildırımlı buludların üzərində 500m-dən az olmayan təhlükəsiz zonada uçmaq olar. Topa-yağışlı buludlar 50km bir-birindən uzaqda yerləşiblərsə onda onlar arasında uçuş təhlükəsizdir. Topa-yağışlı buludlar üzərində uçuş zamanı təyyarə narahat uçuş keçirə bilər və hətta boşalma , ildırım və dolu zonasına düşmə ehtimalı mümkündür. Buna görə də uçuşlar təkcə topa-yağışlı buludlarda yox Ş hətta onların altında da qadağan edilir.

Bu əsas 10 bulud tiplərindən başqa 100-ə qədər bulud yarımtipləri var. Bunlardan yarılmış (filosus) , uzunsov(uncus), qarışıq(mamilos) və s.


Laylı buludlarda uçuşun meteoroloji şəraiti.
Laylı buludlar yer səthinə parçalanmış laylı buludlara və yağıntı buludlara nisbətən daha yaxın yerləşir. Onlar hər şeydən əvvəl inversiya qatı altında hava doyma səviyyəsinə çatdıqda yaranir. Onların aşağı sərhəddinin hündürlüyü adətən 100...300m , bəzən 50m , aşağı da ola bilir, ayrı-ayrı hallarda bulud yersəthinə qədər aşağı düşə bilər. Bulud altında qismən alçaq hündürlükdə üçüşün aşağı sərhəddinin hündürlüyü böyük tərəddütlərdə çox mürəkkəbləşir, xüsusilə uçuş gözə yarı qaydalarla həyata keçirilərsə, kəşişmə yerləri yüksək zirvələrlə bağlanırsa , bulularaltı gözəyarı uçuş qeyri mümkündür.

Buludların üfüqi uzunluğu 100m və hətta 1000km təşkil edə bilər. Buludların yuxarı sərhəddinin xarici görünüşü onların aşağı sərhəddinin hündürlüyü haqqında fikir söyləməyə imkan verir. Aşağı yarus buludlar sərhəddinin bərabər olduğu halında aşağı sərhəddinin hündürlüyü 50...150m , relyef ərazilərin kələ kötür hissələri isə buludlarla örtülə bilər.

Laylı buludlar sudamcılarından buz kristallardan ibarət olur və ya ilin fəslində asılı olaraq dəyişə bilər. Yağıntı verən buludlar qışda 65% hallarda sulu, təxminən 2% buz və 33% qarışıq, yağıntı əmələ gətirən xüsüsiyyətlərdən asılı olmayaraq 75% sulu, 14% qarışıq, 1% buz olur. Yayda praktiki olaraq bütün laylı buludlar su damcılardan ibarət olur. Buludların yuxarı sərhəddinin temperaturu ilin fəslindən, ərazinin enliyindən və buludların yaranmasının sinoptik şəraitindən asılı olaraq dəyişir.

Əhəmiyyətli dərəcədə dəyişiklik illik gedişdə daha çox möşahidə olunur. Belə ki, Vnukovo aeroportunda (Moskva ) təyyarə zondlaşdırılması məlumatlara görə laylı buludların yuxarı sərhəddindəki temperatur qışda -10,1˚S, payızda isə -2,5˚S –dir; onun orta kvadratik meyli müvafiq olaraq 5,3 və 4,0˚S-ə bərabərdir.

Laylı buludların təşkil etdiyi damcıların şualanmasının nəzəri hesablamalara görə atmosferdə bulud üzərində əks şualanma ilə kompensasiya olunmur. Bunun nəticəsində təstiqlənmiş təyyarə zondlaşdırılması məlumatlara görə yuxarı sərhəddə buludların soyuması baş varir. Beləliklə əgər laylı buludlar müəyyən zamanda mövcuddursa , onda onların yuxarı sərhəddindəki temperatur zamana görə aşağı düşəcək. Bu proses inversiya üçün əlverişli şərait yaradır. Bundan başqa buludun yuxarı sərhəddindəki temperatur ilin soyuq dövründə mənfidir, bu da təyyarə və vertolyotların buzlaşması üçün şərait yaradır. Bu zaman uçuş nə qədər uzundursa, buzun yığımın qalınlığı bir o qədər çox olacaq.

Laylı buz buludları böyük hallarda 1...2mkm-dən 20...22mkm-ə qədər olan damcılardan ibarətdir (4...6mkm-lik damcılara malikdir). Buludların sululuğu temperaturun -15-dən 10˚S-ə qədər dəyişməsi zamanı 0,06 q/-dən 0,30q/ qədər artır . Müsbət temperaturda o adətən 0,21...0,6q/-ə bərabərdir. Sululuğun paylanmasını izləyərək mənfi temperaturda buzlaşma həddən artıq soyumuş buludların orta və yuxarı hissələr də daha çox intensivdir.

Laylı buludlar yüksək turbulentliklə xarakterizə olunur, turbulentlik əmsalı buludsuz atmosferə nisbətən təxmini 20% çoxdur. Lakin ümumilikdə buludlarda turbuluntlik zəifdir, uçuş adətən əhəmiyyətli dərəcədə yırğalanma olmadan yerinə yetirilir. Laylı buludlar altında uçuşlar 2 əsas amil səbəbindən çətinləşir: yağan yağıntılar və buludların aşağı sərhəddinin struktur xarakteri. Laylı buludlardan çiskin yağıntılar kiçik damcılı yağıntılar (diametri 0,5mm), ilin soyuq vaxtında çox kiçik qar dənəcikləri yağır. Çiskin yağıntıların intensivliyinin çox da böyük olmasına baxmayaraq onlar görünüşü pisləşdirir. Uçuşlar üçün ən böyük çətinliyi buludlar altında pis görünüş yaradır. Bu da aşağı laylı buludların aşağı sərhəddinin çətin strukturu ilə bağlıdır. Onların aşağı sərhədləri qeyribərabərdir, dəyişkən optik sıxlıqlı qatlara malikdir, bu qatlar tərəddüdlü hərəkətlərdə yerləşir. Bu qatda onun az qaralmasından tam itməsinə qədər görünüş vaxtaşırı pisləşir.

Buludun sıx hissəsi orta hesabla qalınlığı 100...150m olan buludüstü qatın yaranmasına səbəb olur. Aşağı sərhəddin hündürlüyün tərəddüdü 100m və daha çox ola bilər. Onlar böyük və ya kiçik uzunluqlu nizamsız dalğalar, həmçinin hündürlüyün fluktuasiyalara səbəb olur. Bu tərəddüdlər bir-birinin üstünə qoyulan buludların hündürlüyünün qısa müddət ərzində hətta 300m-ə qədər əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxarır.

Buludüstü çən qatının qalınlığı və laylı buludların aşağı sərhəddinin hündürlüyü havanın temperaturdan və rütübətliyindən əhəmiyyətli dərəcədə asılıdır. Rütübətlik nə qədər çox və temperatur nə qədər az olsa, onda buludlar yer səthinə daha yaxın olar və buludüstü qatı uçuşları çətinləşdirərək yer səthinə qədər enə bilər (əgər hündürlük və meteoroloji görünüş məsafəsi baxılan minimumlardan azdırsa). Buludlar altında görünüşün dəyişməsi şəkil 6.3-də göstərilib.

Alçaq buludlarda buludaltı çən təyyarələrin uçuşu və xüsusən enməni əhəmiyyətli dərəcədə çətinləşdirir, belə ki, meyilli görünüş güclü dərəcədə zəifləyir.



İldırımlı şəraitdə uçuşlar.
İldırım göy gurultusu ilə müşahidə olunan şimşək şəkilli elektrik boşalmaları ilə xarakterizə olunan atmosfer hadisələri kompleksidir. İldırım yüksək rütübətli havanın güclü konveksiyasının inkişafı ilə əlaqədar olaraq topa-yağışlı buludlardan yaranır. Topa-yağış buludlara tufanlı buludlar da deyilir. Bu buludların əmələ gəlməsində meteoroloji parametrlər-havanın temperaturu , nəmliyi , soyuq hava kütlələrinin yerdəyişməsi və s. iştirak edir. Hava kütləsinin yerdəyişməsi, atmosferin müxtəlif təbəqələrində temperaturun və təzyiqinin müxtəlifliyi havanın tərkibində su buxarının miqdarı , müxtəlif növ buludların yaranmasına səbəb olur. Buna görə də bu buludlar 2 yerə bölünür. Bunlardan biri elektrik yükü yığmayan adi yağış və qar yağdıran, digəri isə kifayət qədər elektrik yükü toplayaraq ildırım çaxnaşmaları ilə yaranan tufanlı buludlar

Şəkil 1. Günəşin Yer səthini qızdırması nəticəsində bulud əmələ gəlməsi.
İldırım buludları isti hava kütləsi ilə soyuq hava kütləsinin bir cəbhə boyunca görüşməsi nəticəsində yaranır. Bu zaman yaranan burulğan böyük axın şəklində isti hava kütləsini yuxarı qaldırır və tufan buludları yaranır.

Bu buludların bir hissəsi mösbət , bir hissəsi mənfi yüklü olur. Tufan buludlarında olan və yerə doğru su damcıları böyük sürətlə yuxarı qalxan isti hava kütləsinin içərisindən keçərək elektrik yükü ilə yüklənir. Buludların yüklənməsi üçün bu axın 8m/s-dən az olmamalıdır. Burada elektrik yükünün yaranma səbəblərindən biri də iriləşmiş su damcıların kənarında olan mənfi yüklər mərkəzindən olan müsbət yüklərdən ayrılaraq buludlarda təbəqələşmə yaradır. İldırımlı boşalmalar buludlarda lazımı qədər elektrik yüklərinin yaranması ilə əmələ gəlir. Belə boşalmalar müsbət və ya mənfi yüklənmiş 2 bulud yaxud da mənfi elektrik yüklənmiş buludla Yer arasında baş verir.

Buludlar 2 hissədən ibarət olur: kanal və lider hissədən.

Cərəyan ildırım kanalından keçərkən kanaldakı hava çox tez qızır və genişlənir. Bu genişlənmə o qədər ani olur ki, güclü partlayışa bənzəyir. Partlayışdan hava titrəyir və güclü səs dalğaları əmələ gəlir. Kanaldakı cərəyan birdən-birə gəldikdən sonra orada temperatur azalır və kanal tez soyuduğundan oradakı hava tez sıxılır. Bu sıxılma zamanı da havada səs dalğaları əmələ gəlir. İldırımın səsi və işığı kanaldan cərəyan keçən zaman əmələ gəlir. Bu göy gurultusu adlanır. Kanaldan keçən cərəyan şiddəti nə qədər böyük olarsa göy gurultusu o qədər güclü olur.

İldırımın 4 növü var.

1. Xətti 2.Yastı 3.Təsbih şəkilli 4. Kürə şəkilli

İldırım zamanı yaranan yağıntılar , güclü yırğalanmalar və qasırğalı küləklər hava gəmiləri üçün çox təhlükəli olduğu üçün topa-yağışlı buludlarda uçaşlar qadağan olmuşdur. Uçuşda bu təhlükə atmosfer cəbhələri zonasında ilin isti dövründə maksimal həddə çatır. İldırım daha çox soyuq cəbhə zonalarında gündüz və axşam saatlarda baş verir. İsti cəbhələrdə topa-yağışlı buludlar tam formada mövcud olmur. Lakin onlar laylı-yağışlı buludlarla maskalandığından bu buludlara daxil olmaq təhlükəsi yaradır. İldırımlar adətən buludların üst təbəqəsində temperatur -15; -20˚S olduqda əmələ gəlir. İldırımlı buludlara 15km –dən az məsafədə yaxınlaşmaq qadağandır. Cəbhə zonasının üzərində buludluluğun yuxarı sərhədlərindən 500m-dən az olmayan məsafədən keçmək lazımdır.

Hva gəmilərinin ildırım fəaliyyəti zonasında uçuş zamanı aşağıdakı hadisələr təhlükə yaradır.

1.Şimşək şəkilli elektrik boşalmaları

2.İntensiv yırğalanma

3. Buludların altında güclü qasırğalı küləklər

4. Buzlaşma , güclü leysan yağıntılar və dolu

İldırım fəaliyyəti zonasının möhkəm yırğalanma ilə xarakterizə olunur, xüsusən də topa-yağışlı bludun yuxarı sərhəddindən 1,5-2km aşağı səviyyədə yırğalanma daha intensivdir. Burada küləyin sürəti 20m/s -ə çatır. Bu zaman şiddətli turbulentlik təyyarəni 10metrlərlə yuxarı və aşağı ata bilər. Bunun nəticəsində təyyarənin hücum və dönmə bucaqları kəskin dəyişmələrə məruz qalır ki, bu da idarə olunmanı xeyli çətinləşdirir. İldırımlı buludların üzərindən yüksək hündürlükdən keçən təyyarənin yüklənmə qiyməti aşağdakı troposferə nəzərən azdır. Ona görə də güclü yırğalanma nəticəsində təyyarənin kritik hücum bucağına çıxması təhlükəsi yaranır ki , bu da dayanıqlığı pisləşdirir.

Uçuşların təhlükəsizliyini təmin etmək və topa-yağışlı buludlara daxil olmaq təhlükəsinin qarşısını almaq məqsədilə yerüstü və bort radiolakatorlardan istifadə olunur. Bu cihazlar dairəvi müşahidə indikatorunda parıltıların intensivliyindən asılı olaraq ildırım ocaqlarını bir neçə 10km-dən,bir neçə 100km-dək məsafədə aşkar edilməsini , həmçinin onların yerdəyişmə sürətinin və istiqamətinin təyin edilməsini təmin edir. İldırımlı buludlarda bort lakatorunun ekranındakı parıltılara əsasən , 7km-dən aşağıda olan uçuşlarda 15km-dən, 7km-dən 9km-ə qədər olan hündürlükdə 23km-dən, 9km-dən yüksəkdə isə 32km-dən az olmayan məsafədə aralı keçmək məsləhətdir. İldırım fəaliyyəti zamanı təyyarənin təhlükəsiz enməsi üçün ildırım ocağından aerodroma qədər olan məsafəni bilmək lazımdır. Təyyarənin ildırım buluduna yaxınlaşması pilotun radioqulaqcıqlarda küylərin əmələ gəlməsi naviqasiya cihazlarda əqrəblərin titrəyişi və s. kimi hadisələrlə müşayiət olunur. Gözlənilmədən ildırımlı buluda daxil olduqda təhlükəsizliyi təmin etmək üçün aşağıda göstərilənlərə riayət etmək lazımdır.

-avtopilotu və o anda istifadə olunmayan cihazları söndürmək;

-kabinəni işıqlandıran və buzlaşmaya qarşı olan cihazları işə salmaq;

-şimşəklərin tez-tez baş verdiyi sahədə uçuşu dayandırmaq

-yırğalanma zonası üçün müəyyən edilmiş uçuş sürəti ilə hərəkət etmək

-təyyarənin növünə uyğun olaraq ildırım fəaliyyəti zonasında təyyarəni idarə edilmə texnikası göstərişlərinə əməl etmək lazımdır.

Aeroloji diaqram.
Havanın proqnozu məsələlərində və aviasiyanın meteroloji təminatında xüsusi aeroloji diaqramlar geniş istifadə olunur. Bu diaqramlar atmosferin temperatur külək zondlaşması əsasən qurulur. Aeorolji diaqram ayrı-ayrı məntəqələrdə zond məlumatlarının təhlili üçün istifadə olunan xüsusi qrafik növüdür. Bu qrafiklər müxtəlif hündürlüklərdə meteoroloji şəraiti nisbətən tez və əyani şəkildə təhlil etməyə imkan verir. Burada bulud təbəqələrini və başqa atmosfer hadisələrini, ildırımın yaranma proqnozunu, leysan, buzlaşma, yırğalanma və s. haqda geniş məlumat almaq olur. Aeroloji diaqram blanklarında aşağıdakı xətlər və şkalalar çəkilmişdir: izabarlar, izotermlər, quru və rütübətli adiabatın xətləri, izoqramlar (mütləq rütübətin bərabər qiymətli xətləri), standart atmosferdə yüksəklik boyu havanın temperaturunun stratifikasiya əyrisi , standart baromatrik yüksəklik şkalası, dayanıqsızlıq enerjisi şkalası, virtual temperatura düzəliş şkalası, əsas izobarik səthlər arasındakı məsafə şkalası.

Atmosferin radiozond məlumatlarına əsasən Aeroloji diaqram blanklarında stratifikasiya əyrisi, şeh nöqtəsi əyrisi və əyriliyin vəziyyəti qurulur.



Vaytinq metodu.

Bu usuldakı aşağdakı məlumatlardan istifadə olunur.

1) 850 və 500 səviyyələr arasında temperatur fərqi .

2) 850hPa səviyyədə şeh nöqtəsi .

3) 700hPa səviyyədə şeh nöqtəsinin çatışmazlığı

4) Hava axınlarının yığılması və ayrılması .

Hesablama aşağdakı düstura görə aparılır.




Cədvəl 1.

İndeks K

Tufanın olub olmaması

≤20

20-25


25-30

≥30


Tufan gözlənilmir

Ayrı-ayrı tufanlar gözlənilir.

Tufanlar ayrı-ayrı ərazilərdə gözlənilir.

Tufan hər yerdə gözlənilir.


Əgər 850-700 hPa səviyyələrdə axınların yığılması və ayrılması müşahidə olunmursa onda yuxarıdakı cədvəllə görə temperaturunun olub olmamasını proqnozlaşdirmaq olar.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə