Azərbaycan Gənclər Parlamenti




Yüklə 22.87 Kb.
tarix24.04.2016
ölçüsü22.87 Kb.
Azərbaycan Gənclər Parlamenti
Müasir Azərbaycanda gənclərin inkişafı dəyişikliklər dövrünə təsadüf edir. Dəyişikliklər, ictimayyətdə gedən proseslər yeni dövlət sisteminin qurulması və Ermənistan-Azərbaycan arasında olan Dağlıq Qarabağ konfliktinin həll edilməmiş dövründə baş verir. Azərbaycanda aparılan islahatların nəticələrinin müsbət olmasının əsas amillərindən biri, gənclərin iştirakının təmin edilməsidır. Aparılan islahatların əsas şərtlərindən biri ondan ibarətdir ki, gənclər dəyişikliklərə hazır olsunlar və baş verən proseslərdə fəal iştirak etsinlər.

Azərbaycanda gənclərin idarəetmədə iştirak mexanizmi qənaətbəxş deyil. Gənclər Azərbaycan əhalisinin 37 %ni təşkil edir, lakin qanunvericilik, icra və bələdiyyə sistemlərində çox az təmsil olunurlar. Milli Məclisdə 124 millət vəkilindən yalnız 5 % gəncdir, bələdiyyə sistemində isə gənclər cəmi 14 % təmsil olunurlar (1999-2004 illər). Ümumilikdə isə Azərbaycan əhalisinin 67%-i 0-35 yaş arasındadır.



İdarəçilik sistemində gəncləri daha da aktiv cəlb etmək məqsədi ilə, müxtəlif layihə və proqramlar həyata keçirmək lazımdır və bu prosesə gənclər təşkilatlarını və KİVin cəlb edilməsi zəruridir. Müxtəlif gənclər proqramları vasitəsi ilə gənclərin iştirak probleminin qismən olsa da həll edilməsi mümkündür, lakin bu prosesi sürətləndirmək üçün yeni bir struktur tələb olunur. Müxtəlif dövlətlərin gənclər siyasətini analiz edərək nəticəyə gəlmək olar ki, belə bir ictimai işlək struktur yalnız Gənclər Parlamentidir.

Gənclər Parlamenti – gənclərin marağını və qanuni hüquqlarını ifadə edən sistemdir. Gənclər Parlamentinin əsas funksiyası ictimai-konsultativ qurum kimi fəaliyyət göstərməkdir. Gənclər Parlamentinin əsas məqsədi – gəncləri narahat edən problemlərin müzakirəsini dövlət və ictimayyət qarşısında qaldırmaq, və gənc vətəndaşların dövlətdə gedən proseslərdə iştirakını təmin etməkdir.

Gənclər Parlamentinin əsas funksiyaları – gənclər siyasətinin formalaşmasında iştirak etmək, qərarların qəbul edilməsində iştirak etmək, regionlarda yaşayan gənclərin gənclər hərəkatında iştirakını aktivləşdirmək məgsədi daşıyır.

Respublikamızda baş verən ictimai-siyasi proseslər, dəyişikliklər göstərir ki, Azərbaycanda Gənclər Parlamentinin yaradılması zərurəti yaranmışdır və gənclər parlamentarizm ideyasını gənclər arasında təbliğ etməlidir.

Nəzərə alınsa ki, bu il payızda Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçiriləcəkdir, onda Gənclər Parlamentinin seçkilərdən əvvəl yaradılması labüddür. Gənclər Parlamenti vasitəsi ilə Azərbaycan cəmiyyəti gənc namizədləri tanımaq imkanı əldə edəcək, onların platformalarından xəbərdar olacaqlar. Bununla yanaşı Parlament seçkilərində gənc və perspektivli namizədlərdə seçkiqabağı kampaniyanın aparılmasına daha da yüksək stimul yaranacaqdır. Gənclər Parlamenti vasitəsi ilə gəncləri seçkilərdə aktiv iştirak etmək çağırışları aparılacaqdır.
Gənclər Parlamenti ictimai aktiv 50 fəal gəncdən formalaşacaqdır.

Bu layihə çərçivəsində Space telekanalında Gənclər Parlamenti adlı həftəlik veriliş hazırlanacaqdır. Efirə gedəcək verilişlərin əksəriyyətində qonaqlar iştirak edəcəklər. Qonaqlar Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının aktiv nümayəndələri, gənclər sahəsində çalışan insanlar, məmurlar, millət vəkilləri və digər şəxslər olacaqdır. Veriliş debat formasında olacaqdır və hər bir verilişdə Gənclər Parlamentinin yığıncaqlarından maraqlı süjetlər hazırlanıb efirə veriləcəkdir. Bu layihə çərçivəsində layihənin icra qrupu maksimal olaraq çalışacaq ki, verlişlərin qonaqları arasında regionlarda məskünlaşmış gənclər də iştirak etsinlər.



Layihənin Məqsəd və Vəzifələri
Gənclər parlamentarizm ideyasının məqsədi gəncləri maraqlandıran məsələləri müzakirə etmək, gəncləri narahat edən problemləri hakimiyyətin və ictimaiyyətin diqqətinə çatdırmaq, gənclərin qanuni hüquqlarını və azadlıqlarını qorumaq, gəncləri əhatə edən qərarların qəbulunda iştirak etməkdir.

Gənclər Parlamentinin hal-hazırda yaradılmasının məqsədi seçkilər ərəfəsində gənclər arasında seçki mədəniyyətinin təbliğ edilməsi, seçkilərdə gənclərin aktivliyinin təmin edilməsi, gənc namizədlərin aşkara çıxarılması, efir vasitəsi ilə gənclər arasında təbliğat və hüquqi maarifləndirmə kampaniyasının neytral qaydada aparılması, gənclərin seçkilərlə bağlı biliklərinin artırılması, və ən əsası gənclər parlamentarizm ideyasını təbliği.
Azərbaycanda seçkilər ərəfəsində Gənclər Parlamentinin yaradılması aşağıdaki vəzifələr daşıyır:

  1. Azərbaycanda gənclər parlamentarizm ideyasının həyata keçirtmək məqsədi ilə işlək mexanizmının qurulması;

  2. Efir vasitəsi ilə Gənclər Parlamentinin formalaşdırılması haqqında əhaliyə məlumat vermək, daha sonra seçim əsasında müxtəlif sahələri təmsil edən 50 ictimai aktiv gənci seçərək Gənclər Parlamentinin formalaşdırılması;

  3. Gənclər təşkilatları və hökümət arasında effektiv fəaliyyət göstərən sistemin yaradılması;

  4. Dövlətin ictimai həyatında gənclərin rolunu vurğulamaq və gənclərin iştirak problemlərini qaldırmaq;

  5. Regionlarda və paytaxtda məskünlaşmış gənclərin ən çox qarşılaşdığı problemlər haqqında ictimayyəti məlumatlandırmaq;

  6. Space telekanalında həftəlik verilişin hazırlanması və verilişlərdə iştirak edəcək ekspertlərin və qonaqların müəyyən edilməsi;

  7. Gənclərin seçmək və seçilmək hüququnu efir vasitəsi ilə izah etmək;

  8. Seçki kampaniyası müddətində gənc namizədləri narahat edən problemləri efir vasitəsi ilə geniş kütləyə çatdırılması;

  9. Gənc seçicilər arasında seçkilərlə bağlı formalaşmış mənfi steriotiplərin aradan qaldırılmasına yönəlmiş təbliğat kampaniyasının aparılması.



Layihənin ictimai əlaqələr (PR) sahəsində vəzifələri
Gənclər Parlamentinin iclaslarının eksklüziv yayım hüququ Space Teleradio və Yayım Şirkətinə məxsusdur.Azərbaycan Gənclər Parlamentinin eyni zamanda xaricdə yaradılmış və sınaqdan keçmiş Gənclər Parlamentləri ilə əməkdaşlığının qurulması nəzərdə tutulur.

Spiker
Gənclər Parlamentinin Spikeri eyni zamanda teleaparıcı funksiyasını daşıyacaqdır. Spiker layihənin işçi qrupuna daxil olan qurumların nümayəndələri tərəfindən sadə səs çoxluğu ilə seçilir.

Parlamentin gündəliyi
Parlamentin hər iclasında bir mövzunun müzakirəsi nəzərdə tutulur. Hər iclasın mövzusu bir öncəki iclasda elan edilir. İclasların televersiyası zamanı interaktiv səsvermə əsasında əhalinin mövzulara münasibəti müəyyən edilir.

Layihənin işçi qrupuna daxil olan qurumlar:



  • Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi

  • Azərbaycan Könüllülər İctimai Birliyi

  • Bakı Teleradio Şirkəti


Kimlər Gənc Parlamentari ola bilər?
Yaşı 18-35 arasında olan:


  • Gənclər təşkilatları liderləri və aktivistləri

  • Siyasi partiyaların gənclər qanadlarının nümayəndələri

  • İstedadlı və ictimai aktiv tələbələr

  • Beynəlxalq təşkilatlarda çalışan gənclər

  • KİV-də çalışan gənclər

  • Özəl strukturlarda çalışan gənclər

  • Dövlət strukturlarında çalışan gənclər

  • Bələdiyyələri təmsil edən gənclər

  • Gənc alim, aspirant və magistrlər

  • Özünü qarşıdan gələn parlament seçkilərində sınamaq istəyən gənclər


Namizədlik üçün tələb olunan sənədlər:


  • Son altı ayda çəkilmiş fotoşəklin əlavə olunduğu tərcümeyi-hal (çap versiyası)

  • Şəxsiyyət vəsiqəsinin surəti

  • Təmsil etdiyi qurum tərəfindən təqdim olunan arayış

  • Namizədin “Gənc Parlamentari” olmaq üçün motivasiyası (1 çap səhifəsi)



Namizədliklərin təqdim olunması üçün son tarix: 5 oktyabr 2005-ci il saat 17.00

Ünvan: Space Teleradio və Yayım Şirkəti Gənclər Proqramları Redaksiyası


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə