Azərbaycan Dövlət Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti




Yüklə 25.07 Kb.
tarix27.04.2016
ölçüsü25.07 Kb.
Azərbaycan Dövlət Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti

_____________________________________________

Ekologiyadan sərbəst iş


Mövzu: Alternativ enerji mənbələri və onların ekologiyaya təsiri

Fakültə: Uçot-İqtisad

Kurs: II kurs

Qrup: 400 qrup

Tələbə: Talıblı Pərviz


________________________________________________________________

Bakı - 2010


Alternativ enerji mənbələri və onların ekologiyaya təsiri

Bəşəriyyət yeni ekoloji təmiz enerji mənbələrini getdikcə daha geniş miqyasda tətbiq edir. Bununla belə, ənənəvi enerji mənbələrinin yeni, ekoloji təmiz enerji mənbələri ilə əvəz olunması indiyədək öz həllini gözləyən məsələ kimi qalır. Dünyada nefti, qazı, kömürü, atom enerjisini hələlik heç nə ilə əvəz etmək mümkün deyildir. Yeganə ümid yeri təmiz enerjiyə şans verməklə bəşər sivilizasiyasının həyat üslubunu kökündən dəyişməkdir. Günəş istiliyinin toplanması və yığılıb saxlanması ən optimal variantlardan biridir.

  Energiya yunan dilində iş, fəaliyyət deməkdir. Enerji təbiətdəki müxtəlif proseslərin və qarşılıqlı təsirlərin ümumi ölçüsüdür. Energetika iqtisadiyyatın baza sahəsidir. Məxsusi energetik resurslarla təminat dərəcəsi istənilən ölkənin suverenliyini xeyli dərəcədə müəyyənləşdirir. Buna görə də iqtisadiyyatın inkişafının strateji vəzifəsi onun energetika balansında məxsusi energetika ehtiyatları hesabına əldə edilən enerji payının maksimal dərəcədə artırılmasıdır.

İstilik elektrik stansiyalarının intensiv istifadə edilməsi bir sıra ekoloji problemləri meydana çıxarmışdır. Həmin problemlər arasında əlverişsiz nəticələrinə, yəni atmosferə buraxılan karbon qazının miqdarının artması və ozon qatı qalınlığının azalması məsələsi də öz kəskinliyi ilə diqqəti çəkir. Son 100 il ərzindəYer atmosferində karbon qazının konsentrasiyası 13 faiz artmışdır. Bu artımın planetimizdə istilik effektinin yüksəlişi ilə nəticələnə biləcəyi reallıqdır. Karbon qazı planetimizin ultraqırmızı şüalanmasını əngəlləyə, bununla da Yer ilə ətraf kosmik fəza arasında istilik tarazlığını poza bilər. Yerin orta temperaturunun yüksəlməsi, Arktikada və Antarktikada buzların əriməyə başlaması bununla əlaqədardır. Əgər bu proses dayandırılmasa, həmin buzların tamam əriməsi nəticəsində dünya okeanının səviyyəsi 80-90 metr qalxa və planetar fəlakətə səbəb ola bilər. Atom energetikasının perspektiv inkişaf istiqamətlərindən biri termonüvə sintezidir. Lakin onun tətbiqinin başlıca problemi çox baha eksperimental tədqiqatların natamamlığıdır. Alimlərin yazdıqlarına görə, yaxın gələcəkdə sənaye miqyaslı idarə olunan termonüvə sintez problemi öz həllini tapmayacaqdır. Eyni zamanda, Yerdən təhlükəsiz məsafədə olan nəhəng termonüvə reaktoru Günəşdən kifayət qədər istifadə olunmur.

Günəş enerjisi dünya energetikasında möhkəm mövqe tutmaqdadır. O, bir sıra xüsusiyyətlərinə görə cəlbedicidir. Günəş energetikası planetimizin hər bir nöqtəsində əlçatandır və şüalanma selinin sıxlığına görə iki dəfədən artıq fərqli deyildir. Ona görə də bütün ölkələrdə istifadə oluna biləndir, bütün ölkələrin energetik müstəqilliyi baxımından maraqlarını təmin edər.

Hal-hazırda dünyanın 70-ə yaxın dövlətində günəş elektrik stansiyaları fəaliyyət göstərir. Günəş stansiyalarının effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğrafi mövqeyindən asılıdır. Azərbaycanın yerləşdiyi coğrafi məkan alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə etmək üçün əlverişlidir. Ona görə də respublikamızın resurs imkanları artdıqca alternativ və bərpa olunan enerji mənbələri kimi günəş və külək enerjisindən, biokütlədən, geotermal mənbələrdən və kiçik elektrik stansiyalarının gücündən istifadə edilməsi həm iqtisadi, həm də ekoloji cəhətdən səmərəlidir.

Ölkəmizin alternativ enerji potensialını dəyərləndirmək, eləcə də bu sahədə görülən işləri müzakirə etmək üçün Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun təşkilatçılığı ilə “Ekologiya və Alternativ Enerji Mənbələri: reallıqlar və problemlər” mövzusunda dəyirmi masalar da keçirilib.

Azərbaycanda da ekoloji təmiz elektrik enerjisindən istifadə obyektlərinin tikintisinə xüsusi önəm verilir. Göyçay, Ağdaş və Balakən rayonlarında yeni kiçik hidrostansiyaların özülü qoyulmuşdur. Təkcə Balakən rayonda 10 kiçik elektrik stansiyasının tikintisi planlaşdırılıb. Artıq ölkənin bütün su resurslarının xəritəsi tərtib edilmişdir. Bütün çaylarda mümkün olduqca kiçik su elektrik stansiyaları tikiləcəkdir. Məqsəd ucuz enerji almaqla daha çox qaza qənaət edib xaricə satmaqdır. Bu il Azərbaycanda Günəş elektrik enerjisi istehsalı sahəsində ilk addımlar atılmışdır. Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasında Azərbaycanda ilk Günəş batareyaları quraşdırılmışdır. Bu bina Günəş enerjisi hesabına bütünlüklə elektrik enerjisi ilə təchiz ediləcəkdir. Dövlət başçısı bu gözəl təşəbbüsün Azərbaycanda geniş yayılması barədə göstəriş vermişdir.

Hazırda Azərbaycanda külək elektrik stansiyası tikintisi layihəsinin müxtəlif bölmələri tədqiq edilir. Bu, alternativ enerji üzrə ilk layihə olacaqdır. Həmin layihə Koreya şirkəti tərəfindən həyata keçiriləcəkdir.

Qobustanda ümumi gücü 20 meqavat olan 10 qurğudan ibarət külək elektrik stansiyasının tikilməsi nəzərdə tutulmuşdur. Hər qurğunun gücü 2 meqavat olacaqdır. Layihəyə əsaslı vəsait qoyuluşu 40 milyon ABŞ dollarıdır. Bu stansiya ildə 700 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcəkdir.

Məlumdur ki, enerji təhlükəsizliyinin təminatı sahəsində diqqət yetirilən mühüm məqamlardan biri də alternativ mənbələrdən, eləcə də atom enerjisindən istifadə olunmasıdır. Enerji qıtlığı ilə üzləşən ölkələrdən fərqli olaraq, böyük neft və qaz ehtiyatları olan Azərbaycanda atom enerjisindən istifadə məsələsi hələlik müzakirə olunmur. Amma alimlərin fikrincə, gələcəyi nəzərə almaqla artıq indidən nüvə enerjisi haqda fikirləşmək lazımdır. AMEA-nın Radiasiya Problemləri İnstitutu hesab edir ki, nüvə texnologiyası Azərbaycana gəlməlidir və yaxın vaxtlarda bu müzakirə olunmalıdır. 
Dünyanın uran ehtiyatlarının böyük hissəsi - 60 faizi Avstraliya, Qazaxıstan və Kanadada cəmləşib. Qazaxıstan dünyada uran hasilatına görə liderdir. Urana tələbatın artması nəticəsində XX əsrdə neft və qaz uğrunda gedən mübarizə indi uran uğrunda qızışıb. 

  Məsələnin iqtisadi tərəfi də var. Belə ki, 1 milyon ton neftin qiyməti yarım milyard dollardır. 10-12 ton uran isə cəmi 3-4 milyon dollara başa gəlir. Müqayisə üçün deyək ki, Azərbaycanı enerji ilə təmin etmək üçün ildə 50-60 ton uran kifayətdir. 


    Belə üstünlüklər diqqətdən kənarda qalmadığı üçün Argentina, Braziliya, Türkiyə, İndoneziya, Misir kimi atomdan enerji almaq istəyən ölkələrin coğrafiyası genişlənir. İndi dünyada 435 atom elektrik stansiyası var. 2030-cu ildə onların sayının 2 dəfə artması gözlənir. Artıq 70 ölkə atom stansiyası tikəcəyi barədə MAQATE-ni xəbərdar edib və onların sayı artmaqdadır. Atom enerjisinin əsas problemi təhlükəsizliklə bağlıdır. Çernobılda baş verən qəza hələ yaddaşlardan silinməyib. Amma mütəxəssislərin sözlərinə görə, indiyədək istilik stansiyalarında həm qəzaların, həm də insan itkilərinin sayı atom stansiyalarından dəfələrlə artıqdır. Yəni lazımi tələblərə əməl olunsa, atom enerjisindən təhlükəsiz istifadə etmək olar. 

Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyinə dair beynəlxalq toplantının gedişatı zamanı iki maraqlı məlumat yayıldı: dünyanın ən iri neft istehsalçılarından olan Meksika və artıq atom elektrik stansiyalarına (AES) malik Ukrayna öz ərazilərində yeni nüvə reaktorlarının tikilməsinə dair başqa ölkələrlə razılığa gəliblər.

Atom Elektrik Statiyaları ölkədə elektrik enerjisi istehsalının miqdarını artırsa da, həmçinin ölkə ərazisində ekoloji vəziyyətin də gərginləşməsinə gətirib-çıxarır. AES-lərlə istifadədə həddən ziyadə diqqətli olmaq tələb olunur. Çünki, istifadə zamanı buraxılan balaca bir səhv belə, ağlasığmaz problemlərin yaranması üçün kifayət edə bilər. Bu zaman da ən çox ekoloji vəziyyət gərginləşir və bəzən tamamilə məhv olur. Ukraynanın Çernobıl şəhərində AES-də baş verən partlayışın nəticələri hələ də aradan qaldırılmayıb və uzun illər ərzində də həmin ərazinin radioaktiv vəziyyəti gərgin olaraq qalacaq. Mənz bu səbəbdən də, Çernobıl şəhəri dünyanın ekoloji vəziyyəti ən çox korlanmış 10 şəhəri içərisindədir.   

İstifadə olunmuş ədəbiyyat:



  1. www.paritet.az/iqtisadiyyat/1605.html

  2. www.anl.az/down/meqale/azerbaycan/2010/iyul/129586.htm

  3. www.baki-xeber.com/new/2010/05/31/get=45080

  4. www.hafta-ichi.com/newv/2007/05/30/read=50924


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə