Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti beynəlxalq münasiBƏTLƏr II kurs(2010/2011)




Yüklə 45.32 Kb.
tarix22.04.2016
ölçüsü45.32 Kb.
Azərbaycan Dövlət Mədəniyyət

və İncəsənət Universiteti


BEYNƏLXALQ MÜNASİBƏTLƏR

II KURS(2010/2011)

MƏMMƏDOV AĞAMİRZƏ

İxtisas:Beynəlxalq Münasibətlər

Kurs:II (2010/2011)

Fənn:Tətbiqi kulturologiya

Müəllim:Dr.prof. İlqar Hüseynov

Tələbə:Məmmədov Ağamirzə

Fərdi iş № 1:Tətbiqi kulturologiyada

mədəni irsin təbliği

BAKI - 2011


TƏTBİQİ KULTUROLOGİYADA MƏDƏNİ

İRSİN TƏBLİĞİ.
Xalq bir çox xüsusiyyətləri ilə tanınır,

sayılır və dünya xalqları içərsisində seçilir.

Bu xüsusiyyətlərin ən yüksəyi,ən böyüyü

mədəniyyətdir.

Heydər Əliyev

Bildiyimiz kimi adət və ənənələr uzun əsrlər boyu xalqımızın milli ruhunu, estetik duyumunu, sənətkarlıq qüdrətini özündə hifz edib saxlamışdır. Zəngin folklor nümunələrimiz məhz adət və ənənələrimiz hesabına itib-batmamış, müasir dövrümüzə qədər gəlib çatmışdır. Onlar zəngin mədəni irs olmaqla bərabər, eyni zamanda tətbiqi kulturologiyanın ifadə vasitəsinə çevrilmişlər. Müxtəlif mədəni-kütləvi tədbirlərdə bu ifadə vasitələrinə çevrilmişlər. Mədəni-kütləvi tədbirlərdə bu ifadə vasitələrini emosional vasitə kimi tətbiq etməklə həm də milli xüsusiyyətlərimizi qoruyub saxlayırıq. Mədəni irsimizin böyük bir sahəsini əhatə edən folklor nümunələri mədəni fəaliyyətin səmərəli, əyləncəli keçməsi də tətbiq olunur.

Məlumdur ki, adət və ənənələr bədii-emosional materiallarla-tamaşa elementləri, musiqi, mahnı nümunələri, əyləncəli oyunlarla zəngin olmaqla yanaşı, insanların davranışlarında əsaslı təsir göstərən əxlaq normalarının da daşıyıcılarıdır. Bu daşıyıcıları mədəniyyət müəssisələrinin kütləvi tədbirlərinin ifadə vasitəsinə çevirməyin forma və metodları ilə tətbiq kulturologiya məşğul olur. Belə ki, kulturoloqlar, peşəkar mədəniyyət işçiləri adət və ənənələri, onların bədii ifadə vasitələrini öyrənir, mədəniyyət müəssisələrinin kütləvi tədbirlərinə tətbiq edirlər. Adət və ənənələr bütün mədəni tədbirlər üçün rəmzi məna kəsb edir və onlara milli məzmun gətirir. Məsələn, Novruz bayramı ərəfəsində keçirilən bir çox mədəni tədbirlərdə səmənidən, xalqımızın qədim milli geyimlərindən və s. milli-rəmzi atributlarından geniş istifadə olunur. Xalqımızın adət və ənənələrinin müasir milli-psixoloji xüsusiyyətəlrinə uyğun gələn nümunələr indiki mədəni həyatımıza tətbiq olunur.

Bu vəzifəni yerinə yetirməklə tətbiqi kulturologiya dünyəvilik prinsiplərindən bəhərlənərək əlaqələndirici mövqe tutur, ayrı-ayrı mədəniyyətlərin inteqrasiyasına təminat yaradır. Onu da qeyd etmək lazımdır ki, milli adət və ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər sisteminə realizə olunması həmişə aktual olmuşdur. Çünki tarixin bütün dövrlərində millətin və xalqın ictimai şüur səviyyəsini əxz etdirən adət və ənənələr həm də mədəni tərəqqinin, əxlaqi xüsusiyyətlərin göstəriciləri kimi nəzərə çarpmışdır. Digər tərəfdən hər bir millətin və xalqın bədii yaradıcılıq nümunələri adət və ənənələri məkanında klassikləşmiş, mədəni irsə çevirilmişlər. Yeni yaranan mənəvi dəyərlər də varislik prinsiplərinə uyğun olaraq keçmiş adət və ənənələrdən bəhərlənmişlər. Lakin, varislik prinsipi insanların mənəvi dəyərlərinin inkişafına, yeniləşməsinə mane olmamışdır. Sadəcə olaraq adət və ənənə formasında mənəvi mədəniyyətin tarixi təcrübəyə əsaslanan yeni istiqamətləri formalaşm ışdır. Məhz yaranan yeni istiqamətlərin öyrənilməsi, onların tarixi inkişaf əsasında toplanan təcrübənin müasir cəmiyyətimizin həyatına şamil edilməsi tətbiqi kulturologiyanın əsas vəzifələrindən biri hesab edilir.

Məhz, müasir mərhələdə Azərbaycan xalqının dini və milli adət və ənənələrinin icra edilməsi prosesində siyasi və ideoloji amillərin oradan qaldırıldığını nəzərə alaraq deyə bilərik ki, milli və dini adət və ənənələrimizdəki bədii-emosional cəhətlərin tədqiq olunmasına onlarla əlaqədar olan folklor nümunələrinin aşkar olunmasına böyük ehtiyac vardır. Bədii estetik dəyərə malik olan incəsənət nümunələrini araşdırmaqla milli mentalitetimizin reallıqlarını bütün dünya miqyasında nümayiş etdirmək mümükündür. Tətbiqi kulturologiyanın əsas məqsədlərindən biri də məhz xalqımıza məxsus olan bədii duyğuların mahiyyətini açıb, onların insan mənəviyyatına təsirini əyani vasitələrlə və müxtəlif forma və metodlarla nümayiş etdirməkdən ibarətdir.

Hər bir xalqın mədəni irsi onun milli yaradıcılıq potensialının etibarlı göstəricisidir. Mədəni irsin qorunması və inkişaf etdirilməsi ümumilikdə cəmiyyətin inkişafının və bütün sahələrdə yüksək nailiyyətlər əldə etmək cəhdlərinin ayrılmaz bir hissəsidir. Tarix və memarlıq abidələri, muzeylər, kitabxanalar və arxivlər mədəni irsi mühafizə edən ən mühüm mədəniyyət ocaqlarıdır.

Azərbaycanın qədim sakinləri kecən minilliklər ərzində zəngin mədəni irs qoyub getmişlər. Bu mədəni irs, əql-zəka məhsulu, tarixi qaynaqlar arxeoloji tədqiqatlar nəticəsində oyrənilir. Sevincsiz əmək, zəhmət və inkişaf təkamul amili deyil, olsa-olsa koləlikdir. İnsanı insan edən onun hər şeylə maraqlanması olmuşdur. İnsanı təbiət yaratmış və ondan oz sərvətlərini əsirgəməmişdir. 600 min ildən çoxdur ki, muasir insanla təbiət arasındakı munasibət muəyyən nisbətdə davam edir.Alimlərin fikrincə torpaq ozundə əmək əşyaları, əmək məhsullarının bitməz-tukənməz arxivini əmək alətləri, məişət əşyaları, bəzəklər, silahlar, məskən qalıqları və s. saxlayır. Təkcə Mingəcevir ərazisində arxeoloji tədqiqatlar nəticəsində 14000-dən artıq maddimədəniyyət qalıqları aşkar edilmişdir.Azərbaycan ərazisində aşkar edilmiş qədim silahlar, saxsı qablar və bəzək əşyalarının təhlili nəticəsində aydın olur ki, son tunc və ilk dəmir dovrlərində ərazimizdə sənət və sənətkarlıq inkişaf etməyə başlamış, metalişləmə sənəti geniş yayılmışdır. Azıx mağarasında aşel dovrunə aid tapıntılar, Qobustan və Mingəcevir ərazisində Kur-Araz mədəniyyəti numunələri onu deməyə əsas verir ki, Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı maddi-mədəniyyət numunələri və tarixi abidələr milli sərvətimizdir. Azərbaycan ərazisində aşkar edilmiş arxeoloji abidələr, piktoqrafik yazılar, meqalitik və epiqrafik abidələr, qoruqlar, mağaralar, qalalar, saray kompleksləri, kitabələr, qaya rəsmləri,sikkə və bəzək əşyaları, zərgərlik və misgərlik numunələri, kurə və saxsı qablar mədəniyyəti xalqımızın tarixi yaddaşıdır. Ulu xalqımızın nəfəsini, ruhunu, qudrətini, milli-mənəvi dəyərlərini, zəngin sərvətlərini ehtiva edən gozəl sənət inciləridir.

Biz azərbaycanlılar öz tarixi-mədəni irsimizlə çox fəxr edirik və heç şübhəsiz, bizim buna haqqımız vardır. Bu irs bütün ölkə üzrə Qobustandakı mezolit dövrünün qayaüstü rəsmlərindən,atəşpərəstlərin Bakı yaxınlığındakı “Atəşgah” məbədindən,Şirvanşahlar Sarayı və bütövlükdə İçəri Şəhərdən (orta əsrlər Bakısı), Kiş kəndindəki alban kilsəsindən, Şəki qalası və Xan sarayından, birinci neft yüksəlişi zamanı Bakıda tikilən gözəl binalardan tutmuş tarixi irsin digər çoxsaylı gözəl və diqqətəlayiq şəhər nümunələrinə, qala və məscidlərə, kilsə, məbəd və milli tikililərə qədər polietnik və çox mədəniyyətli keçmişin bütün daşıyıcılarını əhatə edir.

Əvvəlki dövrlərin mədəniyyətində varislik problemi bütün xalqlar qarşısında bu və ya digər formada duran məsələ kimi daxil olmuşdur. Bir necə əsrlik inkişaf müddətində yaranmış mədəni sərvətlər cəmiyyətin tərəqqisinin sonrakı mərhələlərində, onun strukturunda bəzən hətta bunun üçün əlverişli olmayan şəraitdə belə yaşamaqda davam edir.

Keçmiş nəsillərin mədəni irsinə qayğılı və eyni zamanda hər bir konkret tarixi mərhələnin tələblərinə uyğun münasibət bəslənilməsi, mövcud mənəvi sərvətlərin mənimsənilməsi insanların həyat fəaliyyətində sintezedici mühüm funksiyasının onlarda bütün aləmi dərk etmək tələbatı oyatma vəzifəsinin yerinə yetirilməsini tələb edir.

Bu sahədə hər bir səmərəli təklif, sağlam tənqidi münasibət, yaradıcı və elmi yanaşma, təşəbbüskarlıq fəaliyyətləri dəstəklənməlidir ki, burada da yükün ağırlığı yenə ziyalıların, elm, təhsil və mədəniyyət işçilərinin üzərinə düşməkdədir.

Biz ilk növbədə mədəniyyətimizin keçmişini, mədəniyyət xəzinəmizi layiqincə mənimsəmiş, həzm etmiş nəsillər yetişdirməklə işə başlamalıyıq. Dünyaya inteqrasiya yolunu tutduğumuza görə, mədəniyyətimizin təməl prinsiplərində böyük bir dəyişiklik etmədən, yəni milli şəxsiyyətimizi təşkil edən, mühafizə edilməsi zəruri olan xarakterik keyfiyyətlərimizi zədələmədən, təcrübəyə və elmin mütərəqqi nailiyyətlərinə söykənərək, forma dəyişikliklərini şüurlu surətdə aparmaq məcburiyyətindəyik. Əsrlər boyu varlığımızı, milli kimliyimizi təyin edən mədəniyyətimizi bəşəriyyətin insanlıq meyarları və zamanın mədəni dəyərləri içərisində yoğurub, onu yalnız mühafizə və öyrənməyə deyil, həm də bizi yönəldən, idarə edən bir daxili çağırış, ruhi-mənəvi ehtiyaclar halına gətirməyə çalışmalıyıq.

Mədəni inteqrasiya və müasirləşmək bəhanəsi ilə milli mədəniyyətimizin inkişafı üçün nəzərdə tutulmamış proqramların, informasiyaların və təbliğatların Azərbaycan mühitində tətbiqinə olan cəhdlərin faydasından çox ziyanı vardır; bu fəaliyyətlərin milli qürüra, təəssübkeşlik hissinə malik yeni nəsil tərbiyələndirmək, vətəndaş yetişdirmək baxımından qüsurlu, dağıdıcı, təhlükəli tərəfləri daha çoxdur.

Azərbaycanın zəngin milli mədəniyyətinin qorunub saxlanılması dövlətimizin ən mühüm vəzifələrindən biridir. Mədəni sərvətlərin qorunub saxlanılması və istifadəsi problemləri ölkənin Əsas Qanununda – Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmısdır. “Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanasmalı, ona qayğı göstərməli tarix və mədəniyyət abidələrini qorumalıdır”.

“Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu”nda “Mədəniyyət sərvətləri” haqqında deyilir: “Mənəvi və estetik ideallar, normalar və davranıs qaydaları, dillər, dialektlər, ləhcələr, milli və etnik ənənələr və adətlər tarixi toponimlər, folklor, tətbiqi xalq sənətləri, mədəniyyət və incəsənətəsərləri, mədəniyyət fəaliyyətinin elmi tədqiqatının nəticələri və metodları, tarixi və mədəni əhəmiyyətiolan binalar, tikililər, əsyalar, tarix və mədəniyyət baxımından unikal ərazilər və obyektlər mədəniyyət sərvətləridir”.

Mədəni irsin qorunması sahəsində Azərbaycanda mütəmadi olaraq dövlət tərəfindən ,QHT-lər tərəfindən seminarlar da keçirilir.Seminarların keçirilməsinin əsas məqsədi, vətənimizin qədim tarixinin və zəngin mədəni irsinin elmi ictimaiyyətə və intellektual dairələrə çatdırılması, ictimaiyyətin Azərbaycan tarixi ilə bağlı biliklərinin və dünyagörüşlərinin hərtərəfli inkişafına dəstək olmaq, onların mədəniyyət ocaqlarına maraqlarının artırılması və onların gözü ilə bu sahədəki problemləri müəyyən etməkdən ibarətdir.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi,1993- cu ildə Heydər Əliyev tərəfindən ilk dəfə irəli surulmuş Azərbaycanin mədəniyyət konsepsiyası, 1994-cu ildə yaradılmış YUNESKO uzrə Azərbaycan Respublikasının Milli komissiyasi, 1995-ci ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbusu ilə yaradılmış Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Heydər Əliyev Fondu Azərbaycan milli mədəni irsinin qorunması,zənginləşdirilməsi və gələcək nəsillərə catdirilması sahəsində və Azərbaycanin beynəxalq mədəni əlaqələrinin həyata kecirilməsində əvəzolunmaz pol oynayirlar.Qloballaşma dovrundə milli – mədəni dəyərlərin qorunması hər bir xalq kimi azərbaycan xalqınin da ozunun movcudlugunun təzahürüdür.

1997–2001-ci illərdə Azərbaycan xalqının mədəni və təbii irsinin mühafizəsi, qorunub saxlanması, bu irs əsyalarının oğurlanması və qaçaqmalçılıq yolu ilə dasınmasına qarsı mübarizənin gücləndirilməsi sahəsində genis Proqram qəbul edilmisdir. Həmin Proqram çərçivəsində respublikada əsas beynəlxalq Konvensiyalar ratifikasiya edilmis, bir sıra qanunlar qəbul olunmusdur.

Mədəni diffuziya xalqlara bir-biri ilə unsiyyətə girmək və yaxından taniş olmaq imkanı verir.Dunya dovlətləri və xalqlarının siyasi,iqtisadi, ekoloji və digər problemləri birgə həll etməsi qloballaşmanın ən effektiv sahəsidir.. Lakin qloballaşmanın musbət cəhətləri ilə yanaşı həm də mənfi cəhətləri vardır.Qloballaşmanın neqativ momenti hər bir xalqin ozunun mədəni ozunəməxsusluğunun yəni millimədəni orijinallığının itməsidir ki, bu proses assimilyasiya təsirinə imkan yaradır.Odur ki, 2001-ci ildə YUNESKO mədəniyyətlərarası dialoqun təşkilinin təmin edilməsi ucun proqram qəbul etmişdir.Sivilizasiyalar və ya mədəniyyətlərarası dialoqun əsas prinsipi qarşılıqlı hormət,butun mədəniyyətlərin tanınması, bu barədə informasiyanin genişlənməsi və butun xalqların bu unsiyyətdən bəhrələnməsini nəzərdə tutur.

Azərbaycan Respublikası “2006-2016-cı illər ucun mədəniyyət sahəsində dovlət inkişaf konsepsiyası”nı qəbul etmişdir.Son illərdə Azərbaycan prezidenti İlham Əliyev olkəmizdə mədəniyyət və turizm sahələrinin inkişafı ,dunya miqyasında təbliği ucun 100-dən cox Fərman və Sərəncam imzalamışdır.2004-2008-ci illərdə bu istiqamətdə 71 beynəlxalq saziş və konvensiya imzalanmışdır.Heydər Əliyev Fondunun prezidenti,YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanim Əliyeva mədəni irsimizin qorunması və dunyaya təbliği sahəsində məqsədyonlu fəaliyyət gəstərir.YUNESKO-nun 60 illiyinə həsr edilmiş “Sivilizasiyalararası dialoq”həftəsi cərcivəsində Parisdə kecirilmiş “Azərbaycan : mədəniyyətlərin və sivilizasiyalarin qovşaginda” adlı tədbirdəki cıxışinda demişdir ki, “Azərbaycan zəngin mədəni irsi və ənənələri ilə fərqlənən qədim diyardir.Olkəmlz Şərqlə Qərbin qovuşduğu məkanda yerləşir.Şərqdə ilk demokratik cumhuriyyət burda yaranmışdır.Butun islam aləmində Avropa tipli ilk parlament respublikası olmaqla yanaşı islam olkələri arasında opera,balet, teatr,qadın məktəbləri,azad mətbuat,kişilər və qadınlar üçün bərabər seçki huququ olan ilk respublikadir”.



İstifadə olunmuş ədəbiyyat və

internet resursları:

1.Heydər Əliyev.Nitqlər.III cild.

2.İlqar Hüseynov.Azərbaycan milli adət və

ənənələrinin bədii-estetik mahiyyəti.Bakı-2002.

3.İlqar Hüseynov.Müasir mədəniyyətin tarixi-

ənənəvi əsasları.Musiqi dünyası jurnalı.2000-

2005.

4.Mübariz Süleymanlı.Qloballaşma selinin

etibarlı süzgəci:milli-mənəvi dəyərlər.

Qobustan sənət toplusu.

5.Mübariz Süleymanlı.Milli mədəniyyət və

müasir mədəniyyət siyasəti.

6.Gülçin Kazımova.Adət və ənənələrimizin

kulturoloji istiqamətləri.Musiqi dünyası

jurnalı.2000-2005.

7.Apdin Əlizadə.Mədəniyyətdə varislik və

inteqrasiya ənənələri.

8.Namiq Abbasov.Mədəniyyət siyasəti və mənəvi

dəyərlərin kulturoloji mahiyyəti.Türk dünyası

incelemeleri mərkəzi.İzmir 2009.

9.Namiq Abbasov.Müasir şəraitdə Azərbaycan

dövlətinin mədəniyyət siyasəti və mənəvi dəyərlərin

inkişaf amilləri.Bakı-2008.

10.Sahib Vəliyev.Milli mədəniyyətin ,mənəvi

dəyərlərin,mədəni irsin, qorunması,mühafizəsi və

təbliği.Mədəniyyət dünyası.XIX buraxılış.2010.

11.Sevdagül Əliyeva.Qloballaşma dövründə milli-

mədəni dəyərlərin qorunması.

12.www.resurs.az




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə