AZƏrbaycan döVLƏT İQTİsad univesiteti




Yüklə 117.88 Kb.
tarix22.02.2016
ölçüsü117.88 Kb.
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVESİTETİ

KURS İŞİ


Fakültə : İnformatika və İdarəetmə

Qrup : 112

Tələbə : Məmmədov Umud

Kafedra : İstehsal sistemləri və ətraf mühitin mühafizəsi

Fənn : İstehsal sahələrinin texnologiyası və sənaye

ekologiyası

Rəhbər : Prof. Mahmudov C. M.

Mövzu : Xarici neft şirkətləri və onların Azərbaycan

iqtisadiyyatında rolu

PLAN


Giriş

  1. Azərbaycanda neft sənayesinin inkişaf mərhələləri.

  2. Azərbaycan neft sənayesi tarixində (1920-ci ilə qədər) xarici neft şirkətlərinin xüsusilə Nobel qardaşlarının və yerli sahibkarların rolu.

  3. II Dünya müharibəsində Azərbaycan neft sənayesinin yeri.

  4. Xəzər dənizinin Azərbaycan sektorunda hal-hazırda fəaliyyət göstərən xarici neft şirkətləri, onların mənsub olduğu dövlətlər, bağlanmış müqavilələr, onların pay bölgüsü və respublika iqtisadiyyatının yaxşılaşdırılmasında onların rolu.

  5. Nəticə

G İ R İ Ş

Bir çox qədim tarixçilərin və səyyahların yazdıqlarına əsasən, Abşeron yarımadasından İrana, İraqa, Hindistana və digər ölkələrə ixracı hələ qədim zamanlardan başlanmışdı.O, vaxtlar qara qızıl yalnız isitmə və işqlandırma məqsədləri üçün yox, həm də hərbi məqsədlərlə və tibbi müalicədə istifadə olunurdu.Buna görə də, heç təəccüblü deyil ki, Abşeron yarımadasından gələn neftə qədim bazarlarda böyük tələbat vardı.Məşhur italyan səyyahı Marko Polonun yazdıqlarına görə, XIII əsrdə Abşeron yarımadasında çoxlu neft quyuları vardı, həmin quyulardan çıxarılan neft dünyanın bir çox ölkələrinə aparılırdı.

Neft çıxarmaq üçün yerli sakinlər su quyusuna oxşar quyular qazırdılar. Hələ 1654-cü ildə yerli sakin Allahyar Məmməd Nuru oğlu 35 metr dərinliyində ilk neft quyusunu qazıb.Neftin bu yolla hasil edilməst üsulu Abşeronda 1872-ci ilə kimi davam edib. Neftə olan tələbatın daima artması, eyni zamanda, nisbətən yuxarı qatlarda neftin miqdarının getdikcə azalması üzündən daha dərin quyuların qazılması zərurəti neftin sənaye üsulu ilə hasilatının meydana çıxmasını labüd edib.Beləliklə, 1847-ci ildə Abşeronda Bakının yaxınlığında sənaye üsuluyla ilk neft quyusu qazılıb.

1. AZƏRBAYCANDA NEFT SƏNAYESİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ

Azərbaycanda neft quyularının sənaye üsulu ilə qazılması 1870-ci illərin əvvəllərində geniş miqyas alıb.Bu, bir tərəfdən, texnika və texnologiyanın təkmilləşməsi, digər tərəfdən isə 1872-ci ildə qəbul qanunlarla bağlı idi:

* Neft mədənləri və neft istehsalından aksiz vergisi haqqında;

* İcarəyə verilmiş neft yataqlarının hərrac vasitəsilə fərdi şəxslərə satılması haqqında.

Bu iki qanun Azərbaycanda neft sənayesinin o vaxtacan görünməmiş inkişafının əsasını qoydu.Həmin dövrdən neft yataqlarının tədqiqi neftin hasilat, emal və nəql həcmləri sürətlə artmağa başladı.Əlbəttə ki, bu, Azərbaycanda infrastruktur obyektlərinin, mədəniyyət və təhsil müəsissələrinin inkişafına da təsir etməyə bilməzdi.

1873-cü ildə Ramana, Sabunçu, Balaxanı, və Bibiheybətdə o zaman üçün dünyanın ən böyük neft yataqlarının tədqiqi və istismarına başlanıldı.Artıq 1884-ci ildə bu yataqlar 6.2 milyon ton neft vermişdi.

1901-ci ildə bütün dünyada hasil edilən 22.5 milyon ton neftin 10.979 milyon tonu Azərbaycanın payına düşürdü.

Neft hasilatı ilə yanaşı Azərbaycanda neft emalı sənayesi də inkişaf edirdi.Bakıda ilk neft emalı müəssisəsinin 1859-cu ildə tikilməsinə baxmayaraq artıq 1867-ci ildə burada xam neftin üzrə 15 zavod fəaliyyət göstərirdi.XIX əsrin son rübündə, xüsusilə 1876-ci ildə neft məhsullarına aksiz vergisinin ləğvindən sonra bu sahə daha dinamik inkişaf etməyə başladı.Bu barədə neft sənayesi üzrə məşhur mütəxəssis Daniel Ergin «Hasilat» adlı öz fundamental kitabında belə yazır : «1880-ci illərin başlanğıcında Bakı yaxınlığındakı Qara şəhər adlanan sənaye sahəsində təxminən 200 neft emalı müəssisəsi var idi».

Neft emalı əsasında yeni növlərinin istehsalına da başlanmışdı.Belə ki, 1879 və 1881-ci illərdə Bakıda sürtkü yağları isehsal edən iki müasir zavod tikilmişdi.

O zaman sənayeçiləri düşündürən digər məsələ neftin Rusiya və digər ölkələrin bazarlarına çıxarılması üçün daha səmərəli üsulların tapılması idi.Zəmanənin ən yaradıcı insanlarından biri olan Lüdviq Nobel xüsusi gəmilərdən və tankerlərdən istifadə etməklə neftin nəqli üsulunu kəşf etdi.İlk belə tanker – Zorastr 1878-ci ildə Bakıda istifadəyə verildi.

Digər iki sənayeçi – Palaşkovski və Bunge Bakı neftini vaqonlarla nəql etmək üçün Bakı-Batumi yolundan istifadə etməyi qərarlaşdırdılar.Yolun inşasını onlar 1883-cü ildə tamamladı-lar.Bunun nəticəsində Qara dənizdəki Batumi şəhəri tezliklə dünyanın ən mühüm neft limanlarından birinə çevrildi.

1878-ci ildə Balaxanı neft mədənlərini Bakı neft emalı müəssisəsi ilə birləşdirən ilk Azərbaycan neft kəməri tikildi.Boruların diametri 75 mm olan bu kəmərin uzunluğu 12 km idi.1898-ci ilin sonunadək Bakıda neft kəmərlərinin ümumi uzunluğu 230 km-ə çatdı ki, bunların illik nəqletmə həcmi 1 milyon ton neft təşkil edirdi.

1896-cı ildə başlayan Bakı-Batumi neft kəmərinin tikintisi 1906-cı ildə başa çatdı.Bu kəmərin uzunluğu 833 km, borunun diametri 200 mm idi.Kəmərlə ildə 900 min ton kerosin daşınması nəzərdə tutulurdu.

Neftin çıxardılması üçün dəniz buxtasının qurudulması ideyası da ilk dəfə məhz Bakıda gerçəkləşdi.Belə ki, 1901-ci ildə Bibiheybət buxtasında neft quyularının qazılması üçün qurutma işlərinin aparılması barədə qərar qəbul edildi.Burada böyük neft ehtiyatlarının olması hələ qədim zamanlardan məlum idi.Layihənin həyata keçirilməsinə 1909-cu ildə başlandı, 1918-ci ilə kimi 193 hektar sahə torpaqla basdırıldı.Bu işlər 20-ci illərdə də davam etdirildi və 1927-ci ilədək qurudulan ərazi 300 hektara çatdı.Qeyd etmək lazımdır ki, hidrotexniki işlərin həcminə və tətbiq edilən avadanlıqların dəyərinə görə həmin layihə Panama kanalından sonra dünyada ikinci böyük layihə idi.

Həmin dövrdə neft hasilatı texnologiyalarının inkişafında da əhəmiyyətli nailiyyətlər əldə edildi.Bakı kəşflər və texniki yeniliklər mərkəzinə çevirildi.Məsələn, İvanitski tərəfindən hazırlanmış dərinlik nasosları ilk dəfə Azərbaycanın neft yataqlarında sınaqdan keçirildi.

Neftin sayəsində XIX əsrin sonlarında Bakı dünya maliyyəsinin axın mərkəzlərindən birinə çevrilməyə başladı.80-ci illərin axırlarında Rotşild bank evi Azərbaycana gəldi.1910-cu ilə kimi neft mədənlərinin 60 faizindən çoxu 3 böyük trestin əlində cəmlənmişdi: «Royal Daç-Şell» şirkəti, «Nobel qardaşlarının neft istehsalı tresti» və «Rusiya Baş Neft Cəmiyyəti»(bu sonuncu fransız və ingilis kapitalına əsaslanırdı və mərkəzi ofisi Londonda yerləşirdi).Bunlardan başqa, Rusiyanın aparıcı banklarının demək olar hamısı Bakıda özlərinin filiallarını açmışdılar.Milli kapitala əsaslanan banklar da meydana çıxmağa başlamışdı.(məsələn,H. Z. Tağıyev və M.Nağıyevin birgə neft bankı).

1874-1899-cu illərdə Azərbaycan neft sənayesində 29 səhmdar (o, cümlədən xarici kapitallı) şirkət yaradıldı.1916-cı ilə kimi belə səhmdar şirkətlərin sayı 104-ə çatdı.Onları bəzilərinin səhmləri hətta London, Paris və Berlin fond(səhm) birjalarında xüsusi tələbat malik idi.

1917-ci il Rus inqilabından sonra Bakıda Sovet hakimiyyəti bərqərar oldu.1918-ci ildə Rusiya Sosialist Respublikasının Milli Komissarlar Şurasının qərarı ilə Bakıda 165 müstəqil neft şirkəti milliləşdirildi.Lakin müstəqil Azərbaycan Demokratik Cumhuriyyətinin qurulmasından bir qədər sonra- 1918-ci ilin oktyabırın 7-də neft sənayesinin dövlətsizləşdirilməsi və neft müəssisələrinin əvvəlki sahiblərinə qaytarılması barədə fərman verildi.1920-ci ildə Sovet hakimiyyəti yenidən qurulduqdan sonra isə neft sənayesi bir daha milliləşdirildi.

Azərbaycanın neft sərvətlərinin mühüm əhəmiyyətini çox yaxşı dərk edən bolşeviklər neft hasilatını tezliklə bərpa etmək üçün ciddi tədbirlər gördülər.Nəticədə 1922-ci ildən başlayaraq neft hasilatı səviyyəsi sürətlə artmağa başladı.

Beləliklə, 1806-1920-ci illəri şərti olaraq Azərbaycan neft sənayesi tarixinin birinci mərhələsi adlandırırlar.Həmin dövrdə Bakı neftindən bütün dünyada istifadə edilmişdir.Azərbaycan nefti xarici ölkələrin şirkətlərinə böyük mənfəət gətirmişdir.Azərbaycan-da böyük sahibkarlar meydana çıxmış, onlar külli miqdarda mənfəət əldə etmişlər.Həmin dövrdə Azərbaycan neft sənayesinin inkişafı Bakının ümumiyyətlə Azərbaycanın inkişafına böyük təkan vermişdir.Azərbaycanın paytaxtı Bakı böyük sənaye şəhərinə çevirilmiş və o vaxtlar Rusiya imperatorluğunun ərazisində ən iri sənaye mərkəzlərindən biri olmuşdur.Bakıda o vaxtın tələblərinə uyğun müasir binalar, istehsal müəssisələri, zavodlar, banklar və digər sənaye obyektləri tikilmişdir.Bunların hamısında Bakı nefti böyük rol oynamışdır.

1918-ci ildə ölkəmizdə demokratik dövlət yaradılmış, Azərbaycan öz müstəqilliyini əldə etmiş, iki ilə yaxın müddətdə müstəqil dövlət kimi yaşamış, bu dövlət xalqımıza mənsub olan sərvətlərdən onun rifahı naminə istifadə edilməsi üçün səylər göstərmişdir.Lakin, təəssüflər olsun ki, bu səylər istənilən nəticəni verməmişdir.Çünki 1920-ci il aprel ayının 28-də XI Qızıl Ordu tərəfindən Azərbaycan Demokratik Respublikası süquta uğramış, Azərbaycan Sovet Hakimiyyəti qurulmuş və Rusiyaya artıq aprel ayının 30-da başlanılmışdır.1920-ci ilin sonuna kimi Rusiyaya Bakıda yığılıb qalmış 10 mln. ton neft daşınmışdır.

Bundan sonra Azərbaycan 70 il ərzində həmin quruluş şəraitində, Sovet İttfaqının tərkibində olmuşdur.Azərbaycan xalqının ən böyük sərvəti olan neftdən Sovet İttifaqı naminə istifadə edilmişdir.Həmin dövrü Azərbaycan neft sənayesinin həyatında ikinci dövr hesab edirlər.Bu dövrdə Azərbaycanın neft sənayesi sürətlə inkişaf etmişdir.Sovet İttifaqının sənayesinin və iqtisadi qüdrətinin, sənaye potensialının inkişafı üçün Azərbaycanın neft sənayesi çox lazımlı olduğuna görə buraya böyük səylər yönəldilmişdir.Odur ki, Azərbaycanda neft sənayesinin inkişafında mühüm nəailiyyətlər qazanılmışdır.

O dövrdə Azərbaycan neftçilərinin böyük ordusu yaranmışdır.Azərbaycan neft və qaz sənayesi sürətlə inkişaf etmiş, böyük müəssisələr inşa olunmuşdur.Neft sahəsində böyük elm ocaqları, elmi-tədqiqat institutları yaradılmışdır.Neft sənayesi üçün yüksək səviyyəli mütəxəssislər hazırlamaq məqsədi ilə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutu açılmışdır.(İndi-ki Azərbaycan Dövlət Neft Akademiyası).Azərbaycan neftçiləri, mütəxəssisləri, alimləri, iqtisadçıları, bir sözlə, neft sənayesində çalışan bütün adamlar respublikanın neft sənayesinin inkişafı üçün fədakarlıqla işləmişlər.

Onu demək kifayətdir ki, 1925-ci ildə neft hasilatı 4,6 mln. ton olduğu halda. Artıq 1940-cı ildə Azərbaycanda yeni-yeni neft yataqlarının kəşf edilib istismara verilməsi hesabına neft hasilatı 22,2 mln. tona çatdırıldı, bu da keçmiş SSRİ-də çıxarılan neftin 72%-ni təşkil edirdi.Həmçinin 1930-40-cı illərdə neft-qaz quyularının qazılmasında Bakı mühəndisləri tərəfindən ixtira edilmiş çoxpilləli qazıa turibinləri və elektrik qazıyıcıları (elektrobur) tətbiq edilmiş və yüksək texniki-iqtisadi göstəricilər əldə edilmişdir.Bu üsullardan geniş istifadə edilir.

Azərbaycan neftçilərinin böyük nailiyyətlərindən biri də ondan ibarətdir ki, Onlar Xəzərdə neft çıxarılması üçün çox çalışmışlar.Bu sahədə istər 20-ci illərin əvvəllərində, istərsə də 30-cu illərdə bir çox addımlar atılmış, lakin Xəzər dənizindən bol neft çıxarılmasına 1949-cu il noyabrın 7-dən başlanılmışdır.Həmin gün Xəzərin indi Neft daşları adlandırdığımız sahəsində neft quyusu ilk dəfə fontan vurmuşdur.

1964-1968-ci illər ərzində neft hasilatının orta illik səviyyəsi 21 milyon ton idi.1969-cu ildən neft hasilatının səviyyəsi düşməyə başladı və bu proses 1985-ci ilə kimi davam etdi.Bundan sonra 13 milyon ton həcmində sabit hasilat dövrü 5 il müddətində dəyişmədi.1990-cı ildən başlayaraq hasilat yenidən azalmağa başladı və 1997-ci ildə özünün ən aşağı səviyyəsinə çatdı.Həmin il kondensatla birlikdə cəmi 9 milyon ton neft çıxarıldı.

Zəngin neft ehtiyatlarına malki olmasına baxmayaraq, XX əsrin 70-80-ci illərində Azərbaycanda neft hasilatı templəri sürətlə aşağı düşürdü.Bu, Azərbaycanın həm quru ərazisində, həm də dənizin dayaz yerlərində o vaxtacan istismar olunan iri yataqların getdikcə tükənməsi, yeni yataqların isə istismara verilməməsi ilə əlaqədar idi.O vaxtlar Azərbaycanda kəşf edilən yeni yataqlar dənizin daha dərin yerlərində və daha dərin qatlarda yerləşdiyindən bunların istismarı çox xərc aparırdı və çıxarılan neft daha baha başa gəlirdi.Həmin dövrdə ölkənin (yəni SSRİ-nin) rəhbərliyi neft sahəsində başlıca diqqətini Rusiyanın şimalında, Qərbi Sibirdə və Qazaxıstanda yerləşən və istismarı çox ucuz başa gələn zəngin neft ehtiyatlarına yönəltmişdi.

Qeyd etmək lazımdır ki, 1971-ci ildə Azərbaycanda bütün dövrlərdə çıxarılan neftin ümumi həcmi 1 milyard tona çatdı.İndiyəcən Azərbaycanın quru sahələrindən cəmisi 945 milyon tondan çox neft və 225 milyard kub metrdən çox qaz, dəniz şelfindən isə 480 milyon tondan çox neft və 325 milyard kub metrdən çox qaz hasil edilmişdi.

Xüsusi qeyd etmək lazımdır ki, keçmiş Sovet İttifaqının hər yerində yeni neft yataqlarının aşkara çıxarılmasında, onların istismar edilməsində Azərbaycanın neft sahəsində çalışan alimlərinin, mütəxəssislərinin, neftçilərinin güclü fəaliyyəti olmuşdur.Təsadüfi deyildir ki, onların səyləri və əməyi nəticəsində Sovet İttifaqı ərazisində aşkara çıxarılan yeni neft yataqları «İkinci Bakı», «Üçüncü Bakı», adlandırılmışlar.Rusiyanın ən böyük neft yataqları olan Sibir, Tümen yataqlarının kəşf və istismar olunmasında, orada böyük neft və qaz komplekslərinin yaradılmasında Azərbaycan neftçilərinin əvəzsiz xidmətləri olmuşdur.Bunların hamısı Azərbaycan xalqının fəxridir, neftçilərimizin dünya iqtisadiyyatına göstərdikləri xidmətlərdir.

1991-ci ildən Azərbaycan xalqı öz azadlığını əldə etmiş, Azərbaycan müstəqil respublika olmuşdur.Xalqımız öz təbii sərvətlərindən özü istədiyi kimi istifadə etmək imkanları qazanmışdır.Beləliklə, Azərbaycanın həyatında yeni dövr başlamışdır.Neft sənayesinin tarixində də şərti olaraq üçüncü mərhələni bu dövrə aid edirlər.

2. AZƏRBAYCAN NEFT SƏNAYESİ TARXİNDƏ (1920-Cİ İLƏ QƏDƏR) XARİCİ NEFT ŞİRKƏT-LƏRİNİN XÜSUSİLƏ NOBEL QARDAŞLARININ VƏ YERLİ SAHİBKRLARIN ROLU

Robert Nobel 1829-cu ildə Stokholm şəhərində anadan olmuş və atasının yanında tərbiyə almışdır.Onun atası İsveçə qayıdarkən Robert Nobel də Rusiyanı tərk etmişdir.Lakin, 1860-cı ildə o, Rusiyaya qayıdır və Finlandiyada nitroqliserin istehsal edən zavod yaradır.Lakin zavodda bədbəxt hadisə baş verdiyindən Finlandiya senatı tərəfindən belə partlayıcı maddələr istehsalına qadağa qoyulduğu üçün Robert Nobel yenidən İsveçə qayıdır, atasının və qardaşının nitroqliserin zavodunda işləyir.

Sonradan Lüdviq Nobel İjevsk şəhərində silah zavodunu 8 ilə icarəyə götürür və bu müddətdə rus ordusu üçün 450 mindən çox silah istehsal edir və onun qiymətini 27 rubldan 21 rubla salır.Almaniyadan tüfəng qundağı üçün baha qiymətə gətirilən qoz ağacı Nobel qardaşlarına o qədər də sərfəli olmadığından, Sankt-Peterburq və İjevsk ətrafında isə qoz ağacı bitmədiyindən bunu ölkənin müxtəlif regionlarında axtarmağa başlayırlar.Bu zaman mütəxəssislər belə ağacın Qafqazda, Lənkaran meşələrində çox olmasını söylədiklərindən Lüdviq Nobel qardaşı Robert Nobeli Lənkarana göndərir .Lakin o, Lənkaranda qoz ağacı massivi tapa bilmədiyindən Nobel qardaşları tüfəng qundağı düzəltmək üçün qoz ağacını daha ucuz başa gələn toz ağacı(berezka) ilə əvəz edirlər. Buna baxmayaraq Robert Nobelin Qafqaza eləcə də Azərbaycana 1873-cü ildəki səfəri hədər getməmişdir.O, yolüstü Bakıda qalır, Qaraşəhər və Ağşəhəri, neft mədənlərini gəzir, maliyyə, sənayə, və iqtisadi vəziyyəti öyrənir, əsl gəlir mənbəyinin Bakıda olduğunu qabaqcadan çox düzgün dərk edir.Sankt-Peterburqa qayıtdıqdan sonra qardaşı Lüdviq Nobelə perspektiv cəhətdən tükənməz dövlətin Bakıda olmasını, buurqlardan gecə-gündüz qızıl axmasını ona çatdırmışdır.Bununla əlaqədar o, onunla şərik olmasını və ilk növbədə, Bakıda kiçik bir neft müəssisəsi yaratmaq təklifini irəli sürmüşdür.O, qardaşı Lüdviq Nobeli razı saldıqdan sonra yenidən Bakıya qayıtmış və bir il ərzində (1875-1876) Bakıda neft sənayesi sahibkarlığının əsasını qoymuşdur.Bakı mədənlərində çox primitiv şəkildə quyuların qazılmasını, jelonka ilə quyulardan neftin çıxarılmasını görən Robert Nobel Bakıda neft işini müasir səviyyəyə qaldırmağı vacib hesab etmişdir.

Robert Nobel Qara şəhərdə 25 min rubla «Tbilisi cəmiyyəti»ndən kiçik bir zavod alır, onu yenidən qurur, neft quyularının qazılması üçün ilk dəfə olaraq mexanizmlər istehsal etməyə başlayır, Balaxanıda neft sahəsi alır və artıq 1876-cı ilin payızında o, ilk qazıma işləri aparır, ağ neft istehsal edən zavod tikir, yüksək keyfiyyətli və amerikalılarla rəqabətə davam gətirən yüksək keyfiyyətli məhsul istehsal etməyə başlayır.

1876-cı ildən sonra Lüdviq Nobel də öz tükənməz enerjisini, vəsaitini və sonrakı həyatını neft işinə sərf etməyə başayır.Abşeron yarımadasının neft sərvəti ilə tanış olduqdan sonra bu sənayenin böyük gələcəyi olduğuna inanır.Yaxın gələcəkdə ağ neft istehsalını artırmaqla onu hamının istifadə etməsinə çevirmək, öz fəaliyyətini genişləndirməklə neft istehsalı və onun emalı ilə məşğul olmaq, neftin daşınmasını, onun satışını təşkil etmək və bütövlükdə, neft sənayesini müasir texniki səviyyəyə qaldırmaq qərarına gəlir.Lakin kiçik müəssisələrlə bu işləri yerinə yetirməyin və kifayət qədər kapital toplamığın mümkün olmadığını görərək 1879-cu ildə Nobel qardaşları, yuxarıda göstərildiyi kimi, Bakıda əsas kapitalı 3 milyon rubl olan «Nobel qardaşları birliyi» adlanan ən iri istehsal müəssisəsi-səhmdar cəmiyyəti yaratdılar və ona ümumi rəhbərlik Lüdviq Nobelə həvalə olundu.1880-ci ildə onların kapitalı 4 milyon, 1881-ci ildə 6 milyon, 1882-ci ildə 10 milyon, 1900-cü ildə isə 15 milyon rubla çatmışdır.Məlumat üçün qeyd edək ki, Robert Nobel neft sənayesində 1880-ci ilə qədər işləyir, sonra ağır xəstələndiyindən Bakını tərk edərək xaricə köçür, faktiki olaraq o, işdən tam uzaqlaşır, lakin ömrünün axırına kimi həmin müəssisəin şəriki olaraq qalır.

Göstərmək lazımdır ki, «Nobel qardaşları birliyi»nin böyük şöhrəti və onun dünyada məşhur klanlarla eyni sırada durması Lüdviq Nobelin adı ilə bağlıdır.Lüdviq Nobel də Stokholmda anadan olmuş, 11 yaşında Sankt-Peterburqa gəlmiş və atasının zavodunda maşınqayırma işləri və mexanika sahəsində böyük bir məktəb keçmişdir.Müflisləşmiş atası İsveçə qayıdarkən səhmdarların xahişi ilə Lüdviq Nobel zavoda rəhbərlik edir.Texnikadan yüksək dərəcədə başı çıxan və təşkilatçılıq qabiliyyətinə malik olan Lüdviq Nobel zavodda mina, torpedalar, artilleriya mərmiləri, hidravlik preslər, İjevskdə silah və s. istehsal etməyə başlayır.Sonradan isə o, yuxarıda qeyd edildiyi kimi, qardaşı Robert Nobel tərəfindən Bakı neft sənayesinə cəlb edilir.

Qeyd etmək lazımdır ki, Robert Nobel öz səylərinin əksər hissəsini neft emalının təkmilləşdirilməsinə yönəldirdisə, Lüdviq Nobel ən çox neft istehsalına fikir verirdi.Bu məqsədlə onlar xarici ölkələrdən Bakıya təcrübəli ustalar dəvət edir və qazıma sahəsində olan yenilikləri tətbiq edirdilər.Artıq XIX əsrin 80-ci illərinin əvvəllərində Balaxanı-Sabunçu sahələrində qazıma və neftçıxarma texnikasının ən yeni nümunələrinə rast gəlmək olurdu.Belə ki, «Nobel qardaşları birliyi» tərəfindən ilk dəfə olaraq neft quyularının qazılmasında buxar maşınları tətbiq edilmiş, jelonka ilə neftin çıxarılmasında elektrik enerjisindən istifadə olunmuş, Zığda isə dərinliyi o zaman üçün rekord sayılan-2300 fut (1 fut-0,3048 m) dərinlikdə quyu qazılmışdır.

Məlumat üçün qeyd edək ki, rotor qazıma üsulu dünyada ilk dəfə Amerkanın Texas neft sahəsində tətbiq edilmiş və qısa bir zamanda bu qazıma üsulu sözügedən üsulu qüvvətləndirməklə, quyuların diametrini nisbətən kiçiltməyə və onun hesabına da metal sərfini azaltmağa imkan vermişdi.

Sonralar «Nobel qardaşları birliyi» yeni rotor qazıma üsulunu Azərbaycanda tətbiq etmək üçün Amerkadan lazım olan dədgah və alətləri alır və onların əsl mütəxəssisələrini-qazıma ustalarını Bakıya dəvət edir.Suruxanıda bu üsulla neft quyusu qazılır və müvəffəqiyyətlə başa çatdırılır.Bundan sonra Azərbaycanda rotor qazıma üsulu ilə qazılan quyuların sayı ildən-ilə artmağa başlayır.

Nobel qardaşları yeni neft sahələrinin icarəyə götürməmişdən əvvəl həmin sahələrin geoloji vəziyyətini, neftliliyini və təxmini neft ehtiyatını öyrənməyə çalışırdılar.Bu məqsədlə onlar Stokholmdan məşhur geoloq Şeqrini Bakıya dəvət etmişdilər.Şeqrinin uzun müddət apardığı geoloji tədqiqatlar nəticəsində «Nobel qardaşları birliyi» bir çox neft yataqlarında, o cümlədən 1904-cü ildə Pirallahı adasında dərinliyi 260 sajen (1sajen=1,8288 m) quyu qazmış və neft hasil etmişlər.Bundan başqa, Dərbəndin «Bərəkət» adlanan hissəsində, Qroznı və Maykop mədənlərində də onlar neft quyusu qazdırmış, neft aşkaredilən sahələrdən külli miqdarda neft çıxarmışlar.Şeqrinin tədqiqatları indi də öz əhəmiyyətini itirmir.

Qeyd etmək lazımdır ki, «Nobel qardaşları birliyi» ümumi həcmi 70502 sajen olan 433 neft quyusu qazımış və həmin quyulardan 900 milyon neft hasil etmişlər.

Bakı neft mədənlərində neft quyularının istismarı zamanı onların ətrafında çoxlu neft ehtiyatı saxlaya bilmirdilər, ona görə ki, mədən sahiblərinin heç birində onun üçün rezervuarlar yox idi.Neft quyusunun yaxınlığında quraşdırılan, həcmi yalnız 100-200 pud olan taxta çənlər mövcud idi.Bir qədər aralıda isə həcmi 40-70 min pud olan torpaq anbarlarından istifadə edirdilər.Quyu fontan vuran zaman həmin anbarlar bir neçə saat ərzində dolduğundan sahibkar tez bir zamanda quyu ətrafındakı müəyyən ərazini qazılmış torpaqla çəpərləyib nefti oraya axıdırdılar.Bunun nəticəsində də süni neft gölləri əmələ gəlirdi.Bu torpaq anbarlar çox baha başa gəlir, neft torpağa hopur buxarlanır və beləliklə də külli miqdarda neft itirilirdi.Bunları görən Lüdviq Nobel neftin mədənlərdə saxlanılması sahəsində irəliyə doğru cəsarətli addım ataraq yerüstü rezervuarlar lahiyələşdirib tikdirməyə başlayır.Bu zaman o, kərpic və daşlarla tikilən materialları daha möhkəm materialla-dəmirlə əvəz etmişdir.O, neft ehtiyatını tez və düzgün hesablamağın mümkünlüyünü təmin etmək üçün onlara silindirik forma vermişdir. Tez bir zamanda bu yenilik neft sahibkarları tərəfindən rəğbətlə qarşılanmış, öz mədənlərində onları tətbiq etmiş və beləliklə də, neft mədənlərində xam neft ehtiyatını artırmaq mümkün olmuşdur.Bu da öz növbəsində neft emalı zavodlarının fasiləsiz işləməsini təmin etmiş və mədənlərdə tez-tez baş verən yanğınların qarşısın almışdır.

Bakı neft mədənləri ilə tanışlıq zamanı Lüdviq Nobel neft mədənlərinin Bakıdan 15-16 verst, dəniz sahilindən isə 10 verst məsafədə yerləşməsinin, neft emalı zavodlarının isə Bakı buxtası boyunca fəaliyyət göstərməsinin və şəhərdən 2-3 verst məsafədə olmasının şahid olmuşdur.Mədənlərdən emal zavodlarına neft ikitəkərli atlı arabalarla, kələ-kötür torpaq yollarla və ən yaxşı halda həcmi 20 pud olan çəlləklərdə daşınırdı.Neftin bir pudunun bu üsulla belə yaxın məsafəyə daşınması 6-10 qəpiyə başa gəlirdi, bəzən neftin daşınmasına sərf olunan xərc xam neftin qiymətindən xeyli çox olurdu.O dövrdə ağ neftdən başqa ayrı material istehsal olunmadığı üçün bir pud ağ neft almaq üçün 3 pud xam neft tələb edilirdi.Bu da bir pud ağ neftin qiymətini 27 qəpiyə başa gəlməsinə səbəb olurdu.çox hallarda isə havanın əlverişsizliyi üzündən neftin daşınması dayandırılr, neft emalı zavodları işləmir, sifarişlər yerinə yetirilmirdi.

Belə bir vəziyyətlə qəti razılaşmayan Lüdviq Nobel neftin daşınması sistemini kökündən dəyişməyi qarşısına məqsəd qoyur, neftin mədənlərdən neft emalı zavodlarına daşınmasını nasosla işləyən boru kəməri ilə həyata keçirməyi qərara alır.Onun ilk hesablamalarına görə, bu üsulla mədənlərdən Qara şəhərə-neft emalı zavodlarına bir sutka ərzində 100 min pud neftin daşınması 15 min rubla başa gəlməsi müəyyən edilmişdir.Lakin başqa neft sahibkarları Lüdviq Nobelin bu ideyasını bir tərəfdən başa düşməmiş, digər tərəfdən isə onun burada hansısa bir hiyləgərlik işlədərək neft mədənlərini və bütövlükdə, onların neftini öz əlinə keçirməyə çalışdığını söyləmişlər.Beləliklə, Lüdvi Nobel öz mütərəqqi layihəsi ilə təkbətək qalmışdır.Lakin boru kəmərinin gələcəyinə inanan Lüdviq Nobel onun tikintisi üçün kaptial əldə etmiş, çətinliklə də olsa boru kəmərinin müəyyən sahələrdən keçirilməsinə icazə almış, Amerikadan polad borular gətirilərək təcrübəli boruçəkən ustalar dəvət olunmasına nail olmuşdur.

Balaxanıdan Qara şəhərə boru kəmərinin çəkilməsi ilə əlaqədar olaraq minlərlə neft daşıyan arabaçı ixtisara düşmüş və buna görə də həmin arabaçılar kəməri neçə yerdən zədələmiş və sındırmışlar.Bu halların və digər təxribatların qarşısını almaq üçün Lüdviq Nobel boru kəmərinin bütün yol boyu qorunmasına nəzarət edən silahlı kazak dəstələri-nəzarətçilər yaratmışdır.Belə-liklə, 1807-ci ildə çox çətin də olsa layihə həyata keçirilmiş və sutkada 35 min pud neft nəql etmək mümkün olmuşdur.Boru kəməri 100 min rubla başa gəlmiş, bir il ərzində öz xərcini ödəmişdir.Bu yolla nefti zavodlara daşınması 7 dəfə ucuz başa gəlmişdir.Yalnız bundan sonra başqa sahibkarlar da öz mədənlərindən zavodlara boru kəmərləri çəkməyə başlamışlar.

Ucsuz-bucaqsız Rusiyanı neft və neft məhsulları ilə təmin etməyin, dünya bazarlarına çıxmağın çətin olduğunu nəzərə alan Nobel qardaşları dəniz və okean üçün tankerlər, dəmir yolu üçün sisternlər-vaqonlar düzəldir və bu yolla neft və neft məhsullarının daşınmasının sürətini artırırdılar.Hətta onlar ilk dəfə olaraq Lüdviq Nobelin layihəsi əsasında 1877-ci ildə İsveçin Motala gəmi inşaatı zavodunda həcmi 15 min pud ağ neft tutan, buxarla işləyən «Zorastr» («Zərdüşt» deməkdir) adlandırılan yelkənsiz tanker hazılatdırmış və tez bir zamanda həmin neft daşıyan tanker Xəzər dənizində üzməyə başlamışdır.

1880-ci illərin sonunda Nobel qardaşları tərəfindən Bakı-Batum arasında neft kəmərinin inşa olunması və 1883-cü ildə Zaqafqaziya dəmir yolunun çəkilməsi Bakı neft sənayesinin inkişafında böyük rol oynamış, Bakı neftinin Qara dəniz sahilinə üçün əlverişli şərait yaratmış və beləliklə xarici bazarlara külli miqdarda neft və neft məhsullarının göndərilməsi təmin olunmuşdur.

Görülən tədbirlər nəticəsində ağ neftin qiyməti xeyli aşağı düşmüşdür.Belə ki, 1877-ci ildə bir pud ağ neftin qiyməti Saritsində, orta hesabla, 1 rubl 85 qəpik(əlavə vergisiz) olduğu halda, 1879-cu ildə 75 qəpik, sonradan isə 15-20 qəpiyə düşmüşdür.

Nobel qardaşları texnikanın təkmilləşdirilməsini, iqtisadi cəhətdən üstünlük qazanılmasını, nəqliyyat sürətinin artırılmasını kapital yığmaq rəqabətində qələbənin əsas amili hesab edirdi-lər.Bütün layihə işləri təcrübə zavodları, emalatxana və konstruk-tor bürolarındakı işləri, tədqiqat və nəticələri onlar son dərəcə məxfi saxlayır, sifarişləri əksər hallarda gizli yerinə yetirirdilər.

Məlumat üçün qeyd edək ki, «Nobel qardaşları birliyi» özlərinin və Bakıdan aldıqları 1 milyard 426 milyon pud neft məhsullarını daxili və xarici bazarlara çıxarmışlar.

Onlardan 1 milyard 174 milyon pudu Xəzər dənizi və Volqa çayı ilə Rusiyaya, 252 milyon pudu isə Qara dənizdən dünya bazarlarına çıxmaq üçün Zaqafqaziya dəmir yolu vasitəsi ilə daşınmış və satışdan 868 milyon rubl əldə edilmişdir ki, onun da 178 milyon rublu xarici bazarların payına düşürdü.

Nobellər nəinki neftin çıxarılmasında, neft məhsullarının dünya bazarına göndərilməsində, hətta ağ neft və sürtkü yağları istehsalı üzrə birinciliyi əldə saxlayırdılar.Onu demək kifayətdir ki, 1879-1904-cü illər ərzində «Nobel qardaşları birliyi» 1 milyard 195 milyon pud neft emal etmişdir.Yerli sahibkarlar ağ nefti istehsal edəndən sonra yerdə qalan məhsulları dənizə axıtdıqları halda, Nobellər onları iri həcmli, dəyirmi rezervuarlarda saxlayır, satır və milyonlar qazanırdılar.Onların zavodlarında yalnız 1912-ci ildə 37,6 milyon pud yüksək keyfiyyətli neft məhsulları istehsal edilmişdir.Nobellərin boru kəmərləri ilə ildə 65 milyon pud neft nəql edilirdi.Bu göstəricilər üzrə onların bərabəri yox idi.

İstehsalı genişləndirməklə və ağ neftin qiymətini aşağı salmaqla «Nobel qardaşları birliyi» rus bazarlarından amerikalıları və digər xarici sahibkarları sıxışdırıb çıxarmağa başlayırdı.Çox böyük inhisarçı müəssisəyə çevrilən «Nobel qardaşları birliyi» nisbətən zəif olan Bakı neft sənayeçilərini də sıradan çıxarmaq qorxusu yaradırdı.Bakı neft sənayeçisi Zeynalabdin Tağıyev başda olmaqla bütün yerli sahibkarlar bununla mübarizə aparmağa başladılar.Onların birgə səyi nəticəsində «Nobel qardaşları birliyi»nin qələbə yürüşünü dayandırmaq və xam neftə vergi qoymaq planını puça çıxarmaq mümkün olmuşdur.Bu işdə onlara, həmçinin məşhur rus kimyaçısı D.İ. Mendeleyev böyük kömək etmişdir.1883-cü ildə isə «Kaspi» qəzetinin iştirakı ilə yaranan «Bakı ağ neft zavodlarının birliyi» ağ neftlə ticarətdə Nobellərin inhisarçı planının həyata keçirilməsinə imkan verməmişdir.

Nobel qardaşlarını başqa sahibkarlardan fərqləndirən cəhət onların işçilər üçün nisbətən yaxşı şərait yaratmaqları olmuşdur.Onlar iş saatını 12 saatdan 10,5 saata endirmiş, fəhlələrin məişətini başqalarından fərqləndirmiş, müsalman fəhlələr üçün namaz qılmağa, dini ayinləri keçirməyə otaqlar ayırmışdılar.Bundan başqa, Nobel qardaşları öz işçilərinə ev tikmək üçün borc verir, dərmənxana və müalicəxana açırdılar.Nobellər yüksək maaşla ən bilikli, bacarıqlı mühəndisləri, iqtisadçıları, alimləri şirkətlərinə cəlb edirdilər.Lakin mütəxəssis və qulluqçular, əsasən isveçli olur, müsalmanları və rus təəbələrini isə məsul işə qoymurdular.

Fəhlələrlə təmasda olan Lüdviq Nobel «Fəhlənin əməyinin müntəzəm ödəmək və ona düzgün qiymət vermək lazımdır» prinsipini əsas götürür və daim riayət edilməsini tövsiyyə edirdi.Lüdviq Nobel hansı işə girişirdisə, onu əsaslı və layiqincə yerinə yetirirdi.Şəhərkənarı neft mədənlərində L.Nobelin fəhlələr və texniki işçilər üçün tikdirdiyi binalar indi də qalmaqdadır.Uzun illər keçməsinə baxmayaraq, həmin binalar sonradan tikilənlərə nisbətən daha baxımlıdır.

Zəhmətsiz pul əldə etmək L.Nobelin xarakterinə uyğun deyildi.O, «Nə vaxt işləmirsənsə, gərək, o vaxtdan da yeməyəsən» atalar sözünü tez-tez təkrar edirdi.O, heç vaxt birja alveri ilə məşğul olmamışdır.Bir neçə dəfə ona öz işlərini əlverişli şərtlərlə xaricə satmağı təklif edənlərə belə cavab vermişdir: «Siz istəyirsiniz ki, pullarımı faizli kağızlara çevirim, özümə qayçı alıb kuponları kəsərək birjaya üz tutaraq onları satım ? Bununla heç vaxt razı ola bilmərəm, mənə nəinki pul, hətta iş lazımdır».

Yüksək ixtisaslı kadrları öz müəssisəsinə cəlb etmək, onların istirahəti və işləməsi üçün lazımi şəraitin yaradılması məqsədilə Lüdviq Nobelin təşəbbüsü ilə Qara şəhərin qurtaracağında və heç nəyə yaramayan sahəsində iki il ərzində (1887-1888) ərzində «Neft villası»(İndiki Nizami adına park) çox gözəl və yaşıl park salınmışdır.O, villanın bağında Lənkaran, Tbilisi, Batum, Rusiya və Avropanın müxtəlif yerlərindən gətirilən 80 min ağac və bəzək kolları əkdirmişdir.Burada fəvvarə vuran çarhovuzlar tikilmiş və o, eyni zamanda şirin su saxlamaq üçün işlədilirdi.Burada yaşıllıqlar içərisində kontor, elm işçiləri və mühəndislər üçün rahat evlər, teatr, kitabxana, yemekxana və bilyard otağı tikilmişdir.Lüdviq buraya torpağı Lənkarandan, şirin suyu isə gəmilər vasitəsilə Həştərxandan gətizdirirdi.Parkın planlaşdırıl-ması və abadlaşdırılması ilə Avropada çox məşhur olan botanik E.Bekli məşğul olmuşdur.Neft villası sahibkara o dövr üçün çox baha qiymətə-250 min rubla başa gəlmişdi.Lakin parkın tam tikintisi başa çatan zaman (1888-ci ildə) artıq Lüdviq Nobel həyatdan köçmüşdü.

«Nobel qardaşları birliyi»nin işləri ilə 1888-ci ildən 1919-cu ilə qədər Nobellər nəslinin nümayəndəsi Lüdviqin oğlu Emanuil Nobel (Ona babasının adını qoymmuşdular) məşğul olmuşdu.

Bu illər ərzində «Nobel qardaşları birliyi» Bakı neft sənaye-sində öz birinciliyini qoruyub saxlayırdı.Belə ki, bu birlik təkcə Sabunçu və Balaxanıda 44 neft mədəninə sahib idi.Bu mədənlərdə 1914-cü ilin məlumatlarına görə, 2525 nəfər fəhlə işləyirdi.Neft hasilatının ümumi həcmi 45-75 milyon pud təşkil edirdi ki, bu da Bakıda hasil olunan ümumi neft həcminin 25-28 faizini təşkil edirdi.

Maraqlıdır ki, XX əsrin əvvəlində alman kapitalının «Nobel qardaşları birliyi»nə nüfuzu xeyli güclənmişdi.Nobellərin qiymətli kağızlarının- səhm və istiqrazlarının 40%-i alman «Diskonto-İzelşaft» bankının seyfində saxlanılırdı.Əgər 1900-cü ildə əsas kapitalı 15 milyon rubl olan «Nobel qardaşları birliyi» təkcə Bakı neft sənayesindən 8 milyon 467 min rubl, yaxud 56,4% xalis gəlir əldə etmişdisə, 1917-ci ildə Nobellər 25 iri neft və nəqliyyat müəssisəsini öz nəzarəti altında saxlamış, əsas kapitalları 45 milyon rub ltəşkil etmiş, daşınmaz əmlakının və nəqliyyat vasitələrinin balans dəyəri isə 75 milyon rubla çatmışdır.

Qeyd edək ki, Nobellərin Bakıda bir baş idarəsi və müxtəlif sahə üzrə müavinləri vardı.Nobel qardaşlarının əsas iqamətgahı Lüdviq Nobelin Peterburqda tikdirdiyi imarət idi.Birinci mərtəbədə kontor, aşağı mərtəbələr də isə mənzil yerləşirdi.

Lakin ədalət naminə qeyd etmək lazımdır ki, yerli neft sahibkarları xeyriyyəçilik sahəsində, Bakıda yaraşıqlı binaların tikilməsində xeyli işlər gördükləri halda, külli miqdarda sərvətləri olan Nobellər xeyriyyəçilikdə o qədər də seçilməmişlər.Fəhlələr üçün əsaslı binalar, təmtəraqlı villalar tikdirən Nobel qardaşları Bakı arxitekturasında özlərinə məxsus yadigar qoymamışlar.Buna baxmayaraq, Azərbaycan neft sənayesinin inkişafında və yerli sahibkarların meydana gəlməsində onların rolu olduqca böyük olmuşdur.

3. İKİNCİ DÜNYA MÜHARBƏSİNDƏ AZƏR-BAYCAN NEFT SƏNAYESİNİN YERİ

İkinci dünya müharibəsində Azərbaycan neft sənayesinin rolunu xüsusi qeyd etmək lazımdır.Əgər Bakı neftçiləri əvvəllər vəhşicəsinə istismar edilmiş neft yataqlarını bərpa etmək və neft hasilatını elmi əsaslarla artırmaq kimi vəzifələr qarşıya qoymuşdularsa, müharibə illərində hərbi texnikanı neft və neft məhsulları ilə təmin etmək kimi məsul vəzifələri yerinə yetirirdilər.

İkinci dünya müharibəsi motorlar müharibəsi olduğu üçün Bakı nefti ölkəmizin faşizm üzərində qələbəsi üçün böyük rol oynayırdı.Müharibə dövründə Bakı neftçiləri, demək olar ki, gecə və gündüz işləyirdilər.Fəhlə çatışmırdı, neftçilərin ağır günündə yeniyetmələr, qocalar, təqaüdçülər, xüsusilə evdar qadınlar onların köməyinə gəldilər.Yalnız müharibənin birinci aylarında Bakı neft sənayesində 11 min qadın işə girmişdi.1941-ci ilin sonunda Bakı neft sənayesində çalışan bütün işçilərin yarısı qadın idi.

1941-ci ildə Azərbaycanda neft hasilatı 23,5 milyon ton olmuşdur ki, bu da keçmş SSRİ-də hasil edilən neftin 74,3 %-ni təşkil edirdi.Bu rəqəm hələlik Azərbaycan neft sənayesi üçün rekord sayılır.

Ümumiyyətlə, 1941-1945-ci illərdə Bakı neftçiləri ölkəyə 75 mln. tondan çox neft vermişdir.

Bakıda nəinki neft, hətta tank və məşhur «Katyuşa» hərbi silahı da istehsal edilirdi.Yüzlərcə Bakı müəssisələri hərbi silahlar istehsal edirdilər.

Məlumat verilir ki, ikinci dünya müharibəsində vuruşan ölkələrin 40 milyon avtomobili və yedək maşını, 150 min tankı və 200 min təyyarəsi iştirak etmişdir.Bu böyük və mürəkkəb texnikanın nə qədər yanacaq işlətdiyini təsəvvür etmək o qədər də çətin deyil.Hesablamalar göstərmişdir ki, ikinci dünya müharibəsi zamanı ordu üçün arxadan göndərilən bütün döyüş sursatı və sair vəsaitin yarısını neft məhsulları təşkil etmişdir.

4. Xəzər dənizinin Azərbaycan sektorunda hal-hazırda fəaliyyət göstərən xarici neft şirkətləri, onların mənsub olduğu dövlətlər, bağlanmış müqavilələr, onların pay bölgüsü və respublika iqtisadiyyatının yaxşılaşdırılmasında onların rolu.

1990-cı illərin əvvəllərindən başlayaraq Azərbaycanda neft hasilatının sonrakı inkişaf perspektivləri bu sahəyə xarici sərmayenin və transmilli neft şirkətlərinin cəlb edilməsi ilə bağlı oldu.Əslində bu proses 80-ci illəri axırında- SSRİ-də başlayan yenidənqurma nəticəsində Qərblə iqtisadi əməkdaşlığın mümkün-lüyü qəbul edildikdən sonra start götürdü.Bir sıra xarici neft şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda 80-ci illərdə kəşf edilmiş zəngin neft yataqlarına maraq göstərirdilər.Əvvəllər onların başlıca diqqəti 1985-1987-ci illərdə kəşf edilmiş «Çıraq» və «Azəri» yataqlarının neft ehtiyatlarına yönəlmişdi.Xarici şirkətlərin marağını nəzərə alan hökumət 1991-ci ilin yanvarında «Azəri» yatağı üzrə tender elan etdi.Həmin tenderdə BP (Statoil ilə ittifaqda), Amoko və Yunokal kimi tanınmış neft şirkətləri iştirak etdi.Tenderin nəticələri 1991-ci ilin yayında elan edildi – ABŞ-ın Amoko şirkəti qalib oldu.Lakin Azərbaycan hökuməti digər şirkətlərin də cəlb olunması barədə qərar qəbul etdi.Beləliklə, Amokonun rəhbərliyi altında Yunokal, BP/Statoil, McDermott, Ramko kimi şirkətlərin də daxil olduğu konsorsiumun əsası qoyuldu.Bu konsorsium texniki-iqtisadi əsaslandırmanı və kontraktın layihəsini hazırlamılı idi.

1991-ci ilin oktyabrında Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildi.Müstəqil Azərbaycan hökuməti neft yataqlarının xarici şirkətlərlə birgə istismarı istiqamətində danışıqlırı davam etdirməyi qərara aldı.Ona görə ki, neft müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın potensial olaraq dünya bazarlarına böyük həcmlərdə çıxara biləcəyi başlıca resurs idi.Neftdən gələn böyük gəlirlər ölkədə makroiqtisadi sabitliyi təmin edəcək və iqtisadiyyatı tənəzzüldən çıxaracaq başlıca vasitə sayılırdı.Lakin, neft hasilatı sahəsində zəngin təcrübəyə, neft sənayesi infrastrukturuna və güclü kadr potensialına malik olmasına baxmayaraq, Azərbaycan öz gücü ilə bu neft yataqlarını istismar etmək iqtidarında deyildi.Beləki:

* Azərbaycan dənizin dərinliyinin 40 metrdən artıq olduğu sahələrdə uğurla qazıma işlərini aparmaq üçün lazımi hidrotexniki qurğulara, neft hasilatı sahəsində müasir texnika və texnologiyaya malik deyildi.

* Xarici şirkətlərlə əməkdaşlıq gənc, müstəqil dövlətə həm də siyasi dividentlər vəd edirdi.Dünyanın inkişaf etmiş dövlətlərinin Azərbaycanda iqtisadi maraqlarının təmin edilməsi, müəyyən mənada, ölkəmizin müstəqilliyinin qarantı,Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbayca-nın ədalətli mövqeyinin dəstəklənməsi amili kimi çıxış edə bilərdi.

Lakin müstəqil Azərbaycanın ilk hökuməti danışıqları başa çatdıra bilmədi, çünki siyasi proseslər 1992-ci ilin mayında ölkədə siyasi hakimiyyətin dəyişilməsi ilə nəticələndi.Yenihökumətdə ölkənin iqtisadi maraqlarını nəzərə alaraq xarici şirkətlərlə danışıqları davam etdirməyi qərara aldı və hətta bu istiqamətdə xeyli irəli gedərək Azərbaycanın neft və qaz ehtiyatlarının birgə mənimsənilməsi işinə onları daha fəal cəlb etməyə başladı.«Azəri» yatağına dair kontraktın hazırlanmasına təkan verildi, həmçinin digər yataqlara dair sazişlərin imzalanması imkanları müzakirəyə çıxarıldı.1992-ci ilin sentyabrının 7-də BP/Statoil alyansı ilə «Çıraq» yatağına və «Şahdəniz» perspektiv strukturuna dair, okyabrın 1-də isə Penzoyl/Ramko alyansı ilə «Günəşli» yatağına dair texniki-iqtisadi əsaslandırmaların və kontrakt layihələrinin hazırlanması üçün sazişlər imzalandı.Neft şirkətləri də öz növbəsində bir sıra öhdəliklər götürdülər.Məsələn, BP/Statoil sazişin imzalanmasından dərhal sonra Azərbaycan hökumətinə 30 milyon dollar bonus ödəməyi boynuna götürdü.

BP/Statoyl alyansı «Çıraq» yatağı və «Şahdəniz» perspektiv strukturu üzrə öz təkliflərini 6 ay müddətində, Penzoyl/Ramco alyansı isə «Günəşli» yatağının reabilitasiyası və sonrakı inkişafı üzrə təkliflərini 90 gün ərzində hazırlmalı idi.

1992-ci ilin oktyabr ayında ARDNŞ «Günəşli», «Azəri», və «Çıraq» yataqlarının geoloji oxşarlıqlarını nəzərə alaraq, habələ onların işəlnməsi zamanı sərmayə və əməliyyat xərclərinə qənaət etməyə səy göstərərək bu yataqlarla bağlı ümumi infrasturkturun yaradılması perspektivlərinin öyrənilməsi barədə qərar verdi.Noybr ayında ümumi tədarük bazasının, sualtı kəmərlərin və terminalların ümumi şəbəkəsinin, donanma və ixrac kəmərinin yaradılması üzrə xarici şirkətlərlə 5 anlaşma memorandumu imzalandı.Bu memorandumlar çərçivəsində lazımi tədqiqatların aparılması və 3 ay ərzində texniki təkliflərin hazırlanması üçün mütəxəssislərdən ibarət işçi qrupları yaradıldı.Beləliklə də həmin yataqların birləşdirilməsi prosesi başlandı.

1993-cü ilin may ayında «Azəri», «Çıraq», və «Günəşli» yataqları üzrə birləşmiş iş proqramına dair 6 anlaşma memoran-dumu imzalandı.Nəhayət 1993-cü ilin iyun ayının 4-də ARDNŞ-in Direktorlar Şurası bu yataqların birgə işlənməsi barədə bəyanat qəbul etdi.

Lakin 1993-cü ilin iyununda siyasi hakimiyyət yenidən dəyişildi.Yeni hökumət işlərin gedişi ilə daha yaxından tanış olmaq üçün bu prosesi müvəqqəti dayandırmağı qərara aldı.

Sonradan danışıqlar bərpa edildi və 1994-cü ilin sentyabrın 20-də xarici neft şirkətlərinin, «Çıraq», yataqlarının və «Günəşli» yatağının dərin hissəsinin birgə işlənilməsi üzrə Azərabycanın ilk beynalxalq neft sazişi – «Əsrin müqaviləsi» imzalandı.Müqaviləni imzalayan xarici neft şirkətləri bunlardır:BP (Böyük Britaniya), Amoco (ABŞ), LUKoil (Rusiya), Pennzoil (ABŞ), Unocal ( ABŞ), Statoil (Norveç), MC Dermott ( ABŞ),Ramco (Böyük Britaniya), TPAO (Türkiyə), Delta-Hess (Səudiyyə Ərəbistanı).Sazişdə Azərbaycan hökumətini ARDNŞ təmsil edirdi.Onu da qeyd edək ki ,sonradan bəzi şirkətlər müqavilədə öz paylarını satdıqlarından indiki halda şirkətlərin siyahısı fərqlidir.

«Əsrin müqaviləsi»nə əsasən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının dərin hissəsindən çıxarılması ilə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, İngiltərə, Rusiya, Norveç, Türkiyə, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 aparıcı neft şirkətləri məşğul olur.Bu şirkətlərdən dördü ABŞ-a, ikisi isə İngiltərəyə aiddir.Müqaviləyə qoşulan ən iri şirkətlərdən Amerikanın «AMOKO», İngiltərənin «Britiş Perolium», Norveçin «Statoyl» və s. şirkətləri göstərmək olar.

Məlumat üçün qeyd edək ki, yuxarıda qeyd olunan yataqlarda dənizin dərinliyi əksər hallarda 200 metrdən çoxdur və ARDNŞ-in belə neft yataqlarını istismar etməyə texniki imkanları yoxdur.Müqaviləyə əsasən Amerika şirkətlərinin payı 38,8%, İngiltərə şirkətlərinin payı 19,6%, Azərbaycanın payı 10%, Rusiyanın payı 10%, Norveçin payı 8,2 %, Türkiyənin payı 6,6%, Yaponiyanın payı 5,2%,Səudiyyə Ərəbistanının payı isə 1,6% təşkil edir.

Onu də qeyd etmək lazımdır ki, dünyanın heç bir ölkəsinə, hətta Böyük Britaniya, Norveç, və başqa inkişaf etmiş dövlətlərə də neft və qaz ehtiyatlarını öz qüvvələri hesabına istismar etmək müyəssər olmayıb.Hal-hazırda Böyük Britaniyada, Norveçdə və ABŞ-da dünyanın müxtəlif neft şirkətləri neft-qaz sərvətlərinin istismarı ilə məşğuldurlar.

Dəqiqləşdirilməmiş məlumatlara görə, «Əsrin müqaviləsi»nə daxil olan və yuxarıda adı çəkilən yataqlarda neft ehtiyatı 640 milyon ton, səmt qazı ehtiyatı 100 mld. kub metr, sərbəst qaz ehtiyatı isə 100-150 mld.kub mertdir ki, bu da dünya standartları üzrə nəhəng yataq hesab olunur.Göstərilən miqdarda qaz işlərin başlandığı gündən 30 il ərzində çıxarılacaqdır.Kapital qoyuluşu 7,4 milyard dollar təşkil edir.Maksimal hasilatın ildə 34-35 mln. ton səviyyəsində olacağı gözlənilir.

Müqavilənin ən mühüm cəhətlərindən biri də budur ki, çıxarılan qazı hamısı Azərbaycana çatacaqdır, yəni bu qaz daha bölünməyəcəkdir.Həmin üç yataqda konsorsiumla (ABƏŞ-lə) müşətərək sürətdə neft çıxarılan dövrdə ARDNŞ, özü orada müstəqil qazıma işləri apararaq qaz çıxarıla bilər və bu qaz da yalnız onunu özünün olacaqdır.Bütün bunlar Azərbaycanın iqtisadiyyatının yaxşılaşdırılmasında böyük rol oynayır ki, bu da aşağıdakı göstəricilərlə izah edilir:

1. Müqavilənin həyata keçirilməsi prosesində ixrac boru kəmərlərinin tikintisi və Azərbaycan neftinin dünya bazarına çıxarılması təmin edilir ki, bu da daha səmərəli şərtlərlə başqa neft yataqlarının (məsələn, Şahdəniz, Lənkaran və s. neft yataqlarının) işlənib hazırlanmasına təkan verir.

2.Beynalxalq maliyyə idarələrində və inistutlarında Azərbaycanın kredit qabiliyyəti yüksəlir.

3.Müqavilə qarışıq sahələrə investisyanın geniş axınına imkan verir.

4.Azərbaycan öz xüsusi valyuta ehtiyatlarını alır ki, bu da ona öz xüsusi investisya və iqtisadi siyasətini həyata keçirməyə imkan yaradır.

5.Tətbiq olunan texnika və texnologiyanın səviyyəsi yüksəlir, respublika iqtisadiyyatının ixrac olunan rəqabət qabiliyyətli məhsulların istehsalına istiqamətləndirilmiş əsas sahələrinin yenidən qurulması və modernləşdirilməsi baş verir və s.

Qeyd etmək lazımdır ki, ARDNŞ-in «Əsrin müqaviləsi»ndən əldə edəcəyi ümui gəlir, təxminən 76,5% təşkil edəcəkdir, bu zaman neftlə birlikdə çıxarılan qaz (səmt qazı), yuxarıda qeyd edildiyi kimi , təmannasız olaraq Azərbaycana veriləcək və gəlirin 23,5% isə xarici neft şirkətlərinə mzsus olacaqdır.

Beləliklə, ARDNŞ gəlirdən götürəcəyi 65% pay, üstəgəl bonus,üstəgəl konsorsiumda iştirakından (vergi çıxıldıqdan sonar) əldə etdiyi gəlirin 5%-i və Azərbaycanın gəlirə qqoyulan vergidən götürəcəyi 9%-i nəzərə alsaq ARDNŞ 30 il müddətində 90 milyard dollardan çox qazanacaqdır.

İmzalanan müqavilə neft kontraktlarının dünya praktikasında istifadə olunan «Hasilatın Pay Bölgüsü Sazi-şi»(HPBS) növünə aiddir.Bu növ kontraklardan son dövrlərdə daha geniş istifadə edilir.İlk dəfə isə bu növ kontraktı XX əsrin 60-cı illərində İndoneziyada dövlət neft şirkəti «Petromina» ilə xarici neft şirkətləri arasında imzalanmışdır.Bu növ kontraktlar imzalamış dövlətlər arasında Misir, Filippin, Suriya, Çin, Argentina, Oman, Malayziya, Hindistan, Yəmən, Qvatemela, Sudan və bir çox digər dövlətlər var.Bu siyahıda olan ölkələrin sayı artıq 60-ı keçib Son illərdə Rusiyada, Qazaxıstanda, və Tükmənistanda da imzalanan neft sazişləri HPBS konsepsiyasına əsaslanan sazişlərdir.İstənilən beynalxalq neft müqaviləsi, o cümlədən də «Əsrin müqaviləsi», sifarişçi və icraçı tərəflərin maraqlarının( bəzən ziddiyətli) konsensusudur.Neft kontraktları və o cümlədən, HPBS-lər tərəflərin öhdəliklərini müəyyən edənə hüquqi , texniki, iqtisadi, ekolkji və digər məsələləri əhatə edən razılaşmaların mürəkkəb külliyatıdır.Həmin razılaşmalar aşağıdakı kimi qruplaşdırıla bilər:

1) Müqavilənin predmetinə dair olan razılaşmalar. Əsrin müqaviləsinin predmeti «Azəri», «Çıraq», və «Günəşli»(dərin hissəsi) yataqlarının işlənilməsi və hasilatın pay bölgüsüdür.Sazişdə yataqların coğrafi yeri, müqavilə sahəsinin coğrafi koordinantları dəqiq göstərilir.Burada 432.4 kvadrat km-lik müqavilə sahəsinin ölçüsü də qeyd edilir.

2) Müqavilənin tərəflərinə dair razılaşmlar. Bu bölmədə müqavilə üzrə işlərin icraçıları( Podratsı tərəf) və sifarişçi dəqiqləşdirilir.Hər şirkətin müqaviləyə cəlb edilmə dərəcəsi faizlirlə göstərilən maraq payı ilə xarakterizə olunur.Maraq payı həm də mənfəət neftinini neçə faizinin həmin şirkətə çatacağını göstərir.

3) Müqavilənin müddətinin uzadılmasına dair razılaşmalar. Əsrin müqaviləsi 30 il müddətinə bağlanılıb, lakin sazişə görə tərəflər maraqlı olduğu təqdirdə müqavilənin müddəti uzadıla bilər.Müqavilənin müddətinin uzadılması zərurəti müqavilə sahəsində yeni neft ehtiyatları aşkar olunduğu təqdirdə meydana çıxa bilər.

4)Tərəflərin hüquq və məsuliyyətlərinə dair razılaşma-lar.Müqavilədə tərəflərin hüquq və məsuliyyətləri göstərilir.Məsə-lən, müqaviləyə əsasən podratçı sazişdə müəyyən edilmiş şərtlər çərçivəsində kontrakt ərazisində neft və qaz əməliyyatlarını aparmaq işinə cəlb olunmaq üzrə ekskluziv hüquqlara malikdir.Sazişdə habelə podratçı üçün bəzi yasqlar da müəyyən edilib.Məsələn, podratçı müqavilə sahəsində neft-qaz əməliyyatla-rına aid olmayan işlərlə məşğul olmamalıdır.

5) Xərclərin ödənilməsi və mənfəət neftinin bölüşdürülməsi qaydasına dair razılaşmalar.Müqavilənin ən mühüm hissəsidir.Mənffət neftinin bölüdürülməsi kifayət qədər mürəkkəb olduğundan onun təsviri çətindir.2003-ci ilin əvvəlinədək mənffət neftinin satışından Azərbaycanın gəlirləri 570 milyon ABŞ dolları olub.

6) Layihənin icrasının idarə edilməsinə dair razılaşmalar.Saziş uyğun olaraq ARDNŞ və podratçının bərabər sayda nümayəndə-lərinin təmsilçiliyi ilə Rəhbər Komitənin (RK) yaradılıb.Onun əsas funksiyalarına aşağıdakılar daxildir:neft və qaz əməliyyatları üzərində nəzarət;köməkçi komitələrin yaradılması və onların faliyyətinə nəzarət;şəxsi heyətlə bağlı təlim proqramlarının nəzərdən keçirilməsi və təsdiqi;ləğvetmə işlərinə dair planların və əməliyyatların nəzərdən keçirilməsi və təsdiqi.Əsrin müqaviləsi üzrə RK 1995-ci ilin əvvəllərində yaradıldı.Buraya ARDNŞ-dən 10 nəfər və xarici şirkətlərdən (hər şirkətdən bir nəfər olmaqla) 10 nümayəndə daxil idi.Sonradan Azərbaycan Beynalxalq Əməliyyat Şirkətləri (ABƏŞ) yaradıldı və 1999-cu ilin iyunun 1-dən etibarən BP layihənin operatoru oldu.

7) Bonuslara dair razılaşmalar.Əsrin müqaviləsinə əsasən maraq paylarının hər bir faizinə görə xarici şirkətlər Azərbaycan hökumətinə 3 milyon dollar həcmində bonus ödəməlidir.Müqavilənin ratifikasiya edilməsindən sonra 30 gün ərzində podratçı bu məbləğin yarısını , gündəlik hasilat səviyyəsi 40 min barrelə çatdıqda və ixrac kəmərinin istismara verilməsindən 60 gün müddətində isə qalan hissəsini ödəməlidir.İndiyədək Azərbaycan 202,5 milyon dolları məbləğində bonus ödənişləri alıb.

8) Təbii qaza dair razılaşmalar.Müqaviləyə uyğun olaraq, səmt qazı əvəzi ödənilmədən ARDNŞ-ə verilir.2003-cü ilin əvvəlinədək ABƏŞ artıq 3,5 milyard kub metr həcmində səmt qazını Azərbaycan verib.

9) İlkin neft hasilatına dair razılaşmalar.Əsrin müqaviləsində yataqların işlənməsi prqramı iki mərhələdən ibarətdir:birinci mərhələ İlkin Neft Layihəsi, ikincisi isə Yataqların Tammiqyaslı İşlənməsi proqramı adlanır.Bu bölgü müəyyən həcmlərdə neft hasilatına tezliklə başlanılması istiqamətində tərəflərin arzusu ilə izah olunur.

10) Vergi ödənişi razılışmaları.Əsrin müqaviləsi çərçivəsində xarici şirkətlərin vergiyə cəlb oluna bilən mənfəətindən 25 faiz vergi tutulur.Sazişin hər bir iştirakçısı fərdi qaydada vergi məsuliyyəti daşıyır.Müqavilə çərçivəsində züsusi əməliyyatların icrasına cəlb edilən subpodratçılarda gəlir vergisini ödəməlidirlər.

11) Gömrük prosedurlarına dair razılaşmalarNeft və qaz əməliyyatlarının həyata keçirilməsi üçün gətirilən avadanlıqlar, materiallar, nəqliyyat vasitələri, habelə işçilər üçün ərzaq Azərbaycan ərazisinə idxal edildiyi zaman gömrük rüsumlarından azaddır.

12) Yerli işçilərin, habelə yerli mal və xidmətlərin istifadəsinə dair razılaşmalar.Müqavilə çərçivəsində müxtəlif işlərə cəlb ediləcək yerli işçilərin sayında tədrici artım nəzərdə tutulur.Yataqlarnı işlənilməsininin ilkin dövrlərində mühəndislərin və texniki işçilərin ümumi sayında yerli mütəxəssislərin payı 30-50 faiz intervlında, fəhlələrin ümumi sayında isə yerliliər 70 faiz olmalıdır.Yataqların tammiqyaslı işlənilməsinə başlandıqda yerli mütəxəssislərin və fəhlələrin payı müvafiq olaraq 70 və 85 faizə qədər qalxmalıdırlar. Yataqların tammiqyaslı işlənilməsinə başlayandan 5 il sonra yerli işçilərin və fəhlələrin payı müvafiq olaraq 90 və 95 faizə çatmalıdır.

Müqavilənin şərtlərinə əsasən layihə çərçivəsində zəruri avadanlıq və materiallar alınarkən həm qiymət, həm də keyfiyyət baxımından xarici mallarla rəqabətə girə bilən Azərbaycan mallarına üstünlük verilməlidir.

13) Yerin təkinin və ətraf mühitin qorunmasına dair razılaşmalar.Sazişə əsasən podratçı Müqavilə çərçivəsində neft və qaz əməliyyatlarını elə aparmalıdır ki, ətraf mühitə və əmlaka hər cür zərər minumuma endirilsin.Təbii ehtiyatlara və ətraf mühitə zərər vura biləcək hər hansı hadisə zamanı podratçı mümkün mənfi təsirin aradan qalardırılması üçün zəruri olan bütün tədbirləri görməlidir.Podratçının günahı ucbatından ətaf mühitin istənilən formada çirkləndirilməsindən yaranan itki və ziyana görə özü məsuliyyət daşıyır.

14) Digər razılaşmlarYuxarıda qeyd olunanlardan başqa, habelə neftin qiymətinin razılaşdırılması, istehsal edilmiş neftin həcminini ölçülməsi, səmt qazının hansı məqsədlərə istifadə olunması, valyuta və maliyyə əməliyyatlarının aparılması, mübahisəli məsələlərin həlli yolları, neft əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsi və s. kimi məsələlərə dair sazişlər var.

1994-cü ilin sentyabrın 20-də imzalanmış «Əsrin müqaviləsi»həmin ilin dekabrın 2-də Milli Məclis tərəfindən təsdiq edildi.Sazişin parlament tərəfindən ratifikasiya edilməsi ölkənin neft haqqında qanununun olmaması və sazişin bir sıra müddəalarının Azərbaycanın bəzi qanunlarna zidd olmasından irəli gəlmişdi.

Əsrin müqaviləsindən sonra Azərbaycan hökuməti aşağıdakı müqavilələri imzaladı:

1995-ci ildə :

Lukoil, Pennzoil, və Agiplə «Qarabağ» perspektiv strukturuna dair

1996-cı ildə BP, Statoil, LUKAgip, TotalFinaElf,OİEC və TPAO şirkətləri ilə «Şahdəniz» perspektiv strukturuna dair

BP,Unocal, İtochu, və Delta-Hess ilə «Dan-Ulduzu» və «Əşrəfi» perspektiv strukturlarına dair

1997-ci ildə daha 5 saziş imzalandı:

TotalFinaElf, Demineks, OİEC, və Petrofina ilə «Lənkaran-Dəniz» və «Talış-Dəniz» perspektiv strukturlarına dair.

Lukoil ilə «Yalama» perspektiv strukturuna dair

Chevron və TotalFinaElf ilə «Abşeron» perspektiv strukturuna dair

Exxon ilə «Naxçıvan» perspektiv strukturuna dair

Mobil ilə «Oğuz» perspektiv strukturuna dair

1998-ci ildə rekord sayda 7 müqavilə imzalandı 4-ü dəniz və 3-ü qurudakı yataqlar və perspektiv strukturlarına dair

Agip, Mitsui, TPAO və Repsol ilə «Kürdaşı» və «Araz» perspektiv strukturlarına dair

BP, Monument və CTK (Rusiya) ilə inam perspektiv strukturuna dair

BP, Statoil, TPAO, Alberta Energy və Exxon ilə «Araz», «Alov» və «Şərq» strukturlarına dair

Yapex, İnpex, İtochu, Teykoku ilə «Atəşgah», «Yanan-Tava», «Muğan-Dəniz» perspektiv strukturlarına dair

Commonvelth Oil& Gas ilə qurudakı «Cənub-Qərb» perspektiv struktururına dair

Ramco ilə qurudakı «Muradxanlı», «Zərdab», «Cəfərli» perspektiv strukturlarına dair

Frontera Resoursers və Delta-Hess ilə qurudakı «Kürsəngi», «Qarabağlı» perspektiv strukturlarına dair

1999-cu ildə bu müqavilələr imzalandı:

Exxon ilə «Savalan», «Dalğa», «Cənub», «Lerik-Dəniz», «Zəfər», «Məşəl» perspektiv strukturlarının blokuna dair

Monkrif Oil ilə qurudakı «Padar-Xarəmi» yataqlarının blokuna dair

2001-ci ildə Lukoil ilə qurudakı «Zığ» və «Hövsan» yataqlarının inkişafına dair.

2003-cü ildə «Şengli» şirkəti ilə «Pirsaat» neft yatağı və ona bitişik əraziyə dair müqavilə imzalandı.

İmzalanmış kontraktların ölkəmiz üçün faydası çoxdur.Siyasi qazanclar ondan ibarətdir ki, bu layihələr cəlb edilən şirkətlər 15-dən çox ölkəni təmsil edir.Bu ölkələr: B.Britaniya, ABŞ, Norveç, Çin. Türkiyə, Rusiya, İtaliya, İndoneziya, Yvponiya, Almaniya, İran, Fransa, Kanada, Səudiyyə Ərəbistanı, İspaniya, Hollandiya, Belçikadır.Gördüyümü kimi bu ölkələr sırasında dünyanın ən qüdrətli ölkələri də var.

İqtisadi dividentlər bunlardır:

1995-ci ildən 2002-ci ilə qədər Azərbaycanın neft layihələrinə 4, 161 milyard ABŞ dolları həcmində sərmaye qoyulub

1992-ci ilədən bəri bonuslar, akrhesabı ödənişlər və müqavilədəki paylarının satışından əldə edilən gəlirdən ödənişlər üzrə Azərbaycan 800 milyon dollar dəyərində vəsait alıb.Həmin maliyyə vəsaitləri ölkənin mürəkkəb iqtisadi və sosial problemlərinin həllində əhəmiyyətli rol oynayıb.

Azərbaycan dünyanın aparıcı maliyyə təşkilatlarının etibarını qazanıb.Nəticədə Azərbaycana kreditlər şəklində təxminən 1,5 milyard dollar vəsait verilib.

Ölkə öz qapılarını xarici sərmayeçilərin üzünə açıb.Azərbaycanda minlərlə yeni ofis açılıb, ölkə vətəndaşları müasir biznes qaydalarına yiyələnmək imkanı əldə edib.

Azərbaycan əhəmiyyətli miqdarda valyuta ehtiyatları formalaşdıra bilib.

Xarici neft şirkətləri ilə əməkdaşlıqdan ARDNŞ-in də dividentləri çoxdur.İndi bu şirkət neft və qaz yataqlarının istismarı nəticəsində müasir texnologiyalar əldə edib, nəhəng layihələrin müasir menecementi və maliyyə təhlili metodlarını mənimsəyib.Dünyanın neft və qaz bazarlarında iş təcrübəsi qazanıb.

NƏTİCƏ


Bu gün biz mütəxəssislərin hesablamalarına görə ümidlə deyə bilərik ki, yalnız iki kontrakdan «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» sazişlərindən birlikdə təqribən 50-70 milyard dollar gəlir əldə edilə bilər.Təbii ki bu gözləntilərin doğrulması bir neçə mühüm amildən asılıdır.Bunların arasında ilk növbədə dünya bazarlarında kontraktın 30 illik dövründə xüsusilə də hasilatın ən yüksək səviyyədə olacaq 2007-2022-ci illərdə neftin qiyməti amilidir.Bu gözlənilən neft gəlirləri azdır, yoxsa çox? Xarici şirkətlərlə danışıqların başlanması dövründə deyildiyi kimi, Azərbaycan Küveytə dönə bilərmi? Bu fikir, 90-cı illərlə müqayisədə az olsa da, indi də işlədilir.Bu gün Azərbaycanın neft gəlirləri və bunların ölkə əhalisinin mənafeyinə uyğun istifadəsi ilə bağlı müəyyən qədər pessismist notlar da eşidilir.Bele olan halda həqiqət haradadır?.

Əlbəttə ki, Azərbaycan özünün yalnız neft gəlirlərinə görə ikinci Küveyt ola bilməz.Neft ehtiyatlarının miqdarının və bu ölkələrin əhalisinin sayının müqayisəsi bu nəticəni birmənalı olaraq təsdiq edir.Eyni zamanda, neft gəlirlərindən müdrikcəsinə istifadə etməklə Azərbaycan onların səmərəliliyini əhəmiyyətli dərəcədə artıra, davamlı inkişafa malik iqtisadiyyat qura və öz vətəndaşları üçün yüksək həyat səviyyəsi təmin edə bilər.Lakin bunun üçün əsas şərtlərdən biri, gəlirlərin səmərəli menecmentini təşkil etməkdir.

Bu məqsədlə 1999-cu ilin axırlarında ölkə prezdentinin fərmanıyla Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılıb.Hazırda neft fonduna təxminən 800 milyon ABŞ dolları həcmində vəsait yığılıb.Ağıllı idarəçəliklə bu vəsaitlər qorunmalı və artırılmalı, onlardan səmərəli istifadə edilməlidir.Bu vəsitlər, ilk növbədə, ölkədə yoxsulluğun azaldaılması və davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məsələlərinin həllinə yönəldidməlidir.Ölkədə çoxlu sayda yeni iş yerləri açılmalı, sənaye və kənd təsərrüfatı sahələrinin inkişafı və rəqabət qabiliyyətli yerli məhsulların istehsalı təmin edilməli, insanlar üçün sağlam inkişaf mühiti yaradılmalı, sosial problemlər də həll edilməlidir.Şübhəsiz ki, neft gəlirləri bu vəzifələrin yerinə yetirilməsi üçün lazımi şərait yaradacaq.

ƏDƏBİYYAT

Babazadə. «Filiz və qeyri-filiz faydalı qazıntı yataqları»

Bakı. «Maarif».1986

Mahmudov. «İstehsal sahələrinin texnologiyası və sənaye ekologiyası»

Bakı. «Adil oğlu». 2001

Mirzəcanzadə. «Neft».

Bakı. «Maarif»



Hacıqasımov. «Neft və qaz geologiyasının əsasları»

- 1 -


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə