AZƏrbaycan döVLƏT İQTİsad universiteti




Yüklə 173.65 Kb.
tarix26.04.2016
ölçüsü173.65 Kb.
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Fakültə : “Kommersiya”

İxtisas : “Mühəndis İqtisadiyyatı”

İstiqamət : “Ticarət və istehlak kooperasiyasının iqtisadiyyatı və a a a a idarəedilməsi”



KURS İŞİ.

Mövzu : “Azərbaycan Respublikasında pərakəndə satış mal dövriyyəsinin b inkişaf qanunauyğunluqları.

Qrup : 2932

Tələbə : Əmrahova Günel

Rəhbər :

Kafedra müdiri :



PLAN :
Giriş

  1. Pərakəndə satış mal dövriyyəsinin mahiyyəti, iqtisadi tərkibi və əhəmiyyəti.

  2. Pərakəndə satış mal dövriyyəsinin ümumi inkişafının qanunauyğunluqlarının müasir vəziyyətinin tədqiqi.

  3. Pərakəndə satış mal dövriyyəsinin gələcək inkişaf yolları.

Nəticə və təkliflər.

Ədəbiyyat




GİRİŞ.
XIX əsrin ortalarında təşəkkül tapan kooperativ hərəkatı tezliklə dünyanın aparıcı ölkələrini əhatə edərək bir sistem kimi inkişaf etməyə başlamışdır. Fəaliyyətini ilbəil genişləndirməklə, kooperasiya tezliklə kənd rayonlarının inkişafına təkan verən, əhalinin məşğulluğunun təmin olunmasında və onların sosial məsələlərinin həllində əhəmiyyətli rolu olan bir quruma çevrilmişdir. Xüsusən 1970 – ci illərdən başlayaraq SSRİ-nin dağılmasına qədər olan dövrdə özünün ən yüksək inkişaf səviyyəsinə çatmış ölkənin xalq təsərrüfatının aparıcı tərkib hissəsinə çevrilmişdir. Həmin dövrdə Respublikanın elə bir ucqar yaşayış məntəqəsi yox idi ki, kooperasiyanın xidmət şəbəkəsi, yəni pərakəndə ticarət, ictimai iaşə, yaxud kənd təsərrüfatı məhsullarının qəbul məntəqələri ilə obyektlər əhatə edilməmiş olsun. Bu illərdə kooperasiyanın maddi-texniki bazası xeyli möhkəmlənmişdir. Pərakəndə ticarət və ictimai iaşə müəssisələrindən əlavə onlara qida məhsulları istehsal müəssisələri, toxuculuq və tikiş müəssisələri, çörək zavodları, böyük həcmli bölüşdürücü anbarlar, kalxoz bazarları və s. tikilərək istifadəyə verilmişdir. Bu dövrdə ölkə əhalisinin 62.8%-i kooperasiyanın fəaliyyət sahələrinin xidmət dairəsində əhatə olunmuşdur. Qurumun pərakəndə əmtəə dövriyyəsi ölkə pərakəndə dövriyyəsinin 35.7 % - ini təşkil edirdi.

SSRİ dağıldıqdan sonra ölkəmizin müstəqillik əldə etdiyi illərdən gedən siyasi proseslər, iqtisadi münasibətlərin dəyişməsi və digər amillərin nəticəsində xalq təsərrüfatının bütün sahələrində olduğu kimi, kooperasiyanın fəaliyyətində də çoxsaylı problemlər yaranmağa başladı. Xüsusilə 1991 – 1993 - cü illər ərzində Respublikada tüğyan edən inflyasiya dövriyyə vəsaiti milyardlarla rubl həcmində hesablanan kooperasiyanın vəsaitinin dəyərini itirməsinə səbəb oldu. 1994 – cü ildə Azərbaycanın milli valyutası olan manatın dövriyyəyə girməsi nəticəsində kooperasiyanın mövcud vəsaiti avtomatik olaraq daha 10 dəfə aşağı düşdü.

Bazar iqtisadiyyatına keçid şəraitində kooperasiyanın fəaliyyətinin səmərəliliyi və rəqabət qabiliyyəti, həmçinin onların yeni şəraitə uyğunlaşması məsələlərini son dərəcə kəskinləşdirmişdir.

Respublikanın istehlak kooperasiyası indi islahatlar mərhələsindədir. Hazırda ölkədə aparılan iqtisadi islahatlarla əlaqədar olaraq kooperasiyanın imkanları daha da genişlənmişdir. Bunu son zamanlar əldə olunmuş nəticələrdən bir daha aydın görmək olar.

Mövcud mövzunun aktuallığı son illərdə əldə olunan siyasi stabillik, iqtisadi inkişafın problemlərinin inkişafı üçün real şərait yaradır. Qeyd etmək lazımdır ki, son zamanlar kooperasiya sahəsində aparılan iqtisadi islahatlar kooperativ ticarətində də öz əhəmiyyətli təsirini göstərmişdir. Ona görə də kooperativ ticarətinin dövriyyə göstəricilərini araşdırmaqla ölkə iqtisadiyyatına lazımi nəticəyə nail olmaq qarşıda duran mühüm vəzifələrdəndir. Bu baxımdan mövzunun aktuallığı meydana çıxır.
1. PƏRAKƏNDƏ SATIŞ MAL DÖVRIYYƏSİNİN MAHİYYƏTİ, İQTİSADİ TƏRKİBİ VƏ ƏHƏMİYYƏTİ.
Pərakəndə mal dövriyyəsi şəxsi istehlak üçün əhaliyə, habelə təşkilat, idarə və müəssisələrin xidmət göstərdikləri kontingentlərə, yaxud cari təsərrüfat ehtiyacları üçün onlara mal satışı deməkdir. Pərakəndə satiş mal dövriyyəsi ticarətinvə eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafını və insanların həyat səviyyəsini əks etdirən göstəricidir.

Pərakəndə satiş mal dövriyyəsi dedikdə malların ticarət müəssisələri vasitəsi ilə istehlakçılara satışının dəyər ifadəsində ümumi həcminə deyilir. Satış kanallarından ( xarakterindən ) asılı olmayaraq istehlak və istehsal vasitələri mallarının əhaliyə nəğd pula və nisyəsatılmasına pərakəndə satiş mal dövriyyəsi deyilir.

Ticarətin 3 formasına müvafiq olaraq dövlət, kooperativ və xüsusi pərakəndə satiş mal dövriyyəsi bir-birindən fərqlənir. Pərakəndə satiş mal dövriyyəsi tərkibində dövlət və kooperativ ticarət şəbəkəsindən ( mağaza, dükan, çadır, laryok, səyyar və əldə gəzdirmə ticarət, yeməkxana, restoran və bufetlər ) satılan mallar, bazarlarda satılan mallar, savxozlarda və ticarət təşkilatlarının və sənaye müəssisələrinin köməkçi təsərrüfatlarda satılan kənd təsərrüfatı məhsulları, mal-qara və quş, abunə yazılışı üzrə kitab, qəzet və jurnallar, fərdi tikiş emalatxanaları tərəfindən öz materiallarından, habelə sifarişçilərin materiallarından hazırlanan tikiş məmulatı və ayaqqabı, mədəni-məişət əşyalarının təmiri və icarə dəyəri və sairə daxildir. Pərakəndə ticarət istehlakçıların pul gəlirlərinə müqabil onlara mal satmaqla mal tədavülü prosesini başa çatdırır, beləliklə, mal şəxsi istehlak sferasına keçir. Istehlakçılar fərdi və kollektiv istehlakçılara ayrılır. Dövriyyənin 93 % - ə qədər hissəsi fərdi istehlakçılara, 7 % - i kollektiv istehlakçılara mal satışını təşkil edir.

Pərakəndə satiş mal dövriyyəsi ölkədə pul tədavülü ilə sıx əlaqədardır. Tədavüldə olan pul kütlələrinin miqdarı və onun dövriyyə sürəti əsasən, dövriyyədə olan mal kütləsindən, mallara olan qiymətin səviyyəsindən, maların tədavül vaxtından asılıdır. Respublikada pul tədavülünü möhkəmliyi, sabitliyi pərakəndə satış mal dövriyyəsinin inkişafından, malların dövretmə sürətindən çox asılıdır. Bankların kassalarına daxil olan pul kütləsinin 75 % - dən bir qədər çox hissəsini pərakəndə satış müəssisələri şəbəkəsi şəbəkəsi təmin edir. Pərakəndə satış mal dövriyyəsi xalq təsərrüfatı göstəricisi kimi o, istehsal sahələrinin istehsal həcmi və stukturu ilə sıx əlaqədardır. Istehsal sahələrində istehsal olunan şəxsi istehlak malları pərakəndə satış mal dövriyyəsinin maddi əsasını təşkil edir. Mal dövriyyəsinin həcmi əhalinin alıcılıq fondunun ümumi həcminin təxminən 80 - 85 % - ni təşkil edir. Pərakəndə satış mal dövriyyəsinə nağd hesablaşmalar vasitəsilə kredit kartları və bankların hesab çekləri üzrə, əmanətçilərin hesablarından köçürmələr hesabına, nisyə satılan uzunmüddətli malların nümunələr üzrə və s. formalarda əhaliyə satılan malların məcmu dəyəri daxildir. Pərakəndə satış mal dövriyyəsi respublikanın iqtisadi həyatında böyük əhəmiyyət daşıyır. Pərakəndə mal dövriyyəsi vasitəsi ilə mal satışında əhalinin istehlak predmetlərinə tələbatı təmin olunur. Əsas mal kütləsi ( 90 % - dən artıq ) əhaliyə çatdırılır. Pərakəndə satış mal dövriyyəsinin genişlənməsi əhalinin şəxsi istehlakına daxil olan mal kütləsinin artmasını göstərir. Pərakəndə satış mal dövriyyəsi vasitəsi ilə sənaye və kənd təsərrüfatı tərəfindən getdikcə çox buraxılan malların satışı xalq istehlakına təsir göstərilməsinə imkan verir. Deməli, pərakəndə satış mal dövriyyəsinin miqdarı xalq istehlakının göstəricisi sayılır və onun artması xalqın maddi və mədəni həyat səviyyəsinin yüksəlişini xarakterizə edir. Pərakəndə satış mal dövriyyəsi, yəni, mal satışı mal istehsalının artırılmasına, əmək məhsuldarlığının yüksəldilməsinə, zəhmətkeşlərin ixtisasının artırılmasına, habelə bazar iqtisadiyyatının mövcud qanunlarının həyata keçirilməsinə zəmin yaradır.

Pərakəndə ticarət malları satmaqla, onların dəyərini ödəyir, sənayeyə və kənd təsərrüfatına istehsalı təkrarlamaq və genişləndirmək üçün müntəzəm surətdə pul vəsaiti daxil olmasını təmin edir. Pərakəndə ticarət xalq təsərrüfatı sahələri ilə ( sənaye, kənd təsərrüfatı, nəqliyyat ) əlaqədardır və onların inkişafına öz təsirini göstərir.

Pərakəndə ticarət ticarətin əsas inkişaf göstəricisidir. Bazar münasibətləri dövründə iqtisadi islahatlar şəraitində mal dövriyyəsi ticarət təşkilatlatlarının və müəssisələrinin ən mühüm fəaliyyət göstəricisini təmsil edir.

Pərakəndə satış mal dövriyyəsinə aşağıdakı növ mal satışı formaları

aiddir:


  • pərakəndə satış ticarət müəssisələri şəbəkəsindən əhaliyə mal satışı;

  • ictimai – iaşə müəssisələri şəbəkəsindən mal satışı;

  • anbardan, tədarük məntəqələrindən, fermer – kəndli təsərrüfatlarından, emalatxanalardan, müxtəlif istehsal müəssisələrindən bilavasitə şəxsi istehlak üçün bəzi növ malların satışı;

  • fərdi tikiş meəssisələrindən həmin meəssisənin materiallarından hazırlanan paltar, ayaqqabı satışı;

  • sifarişçilərin öz materiallarından hazırlanan məmulatlar üçün görülən işlərin dəyəri;

  • mebelin, tikili paltarların, ayaqqabının, mədəni məişət və təsərrüfat təyinatlı malların, habelə mənzilin, evin təmiri üçün alınan pul;

  • dava – dərman və aptek məmulatı sifarişi;

  • kitab, qəzet, jurnal və sairə nəşriyyat məmulatları satışı;

  • müvəqqəti istifadə etmək üçün əhaliyə kirayəyə verilən təsərrüfat və mədəni – məişət mallarının kirayə haqqı;

  • pul – şey lotoreyaları üzrə şey uduşlarının dəyəri;

  • ictimai – iaşə, məişət xidməti və xalq istehlakı malları istehsal edən kooperativlərin satışından əldə etdikləri vəsait və i. a.

Pərakəndə satış prosesində dəyər formalarının dəyişilməsi prosesi gedir : mallar pula çevrilir və təkrar istehsal üçün şərait yaranır.

Mal dövriyyəsinin inkişafı bir sıra iqtisadi göstəricilərlə bağlıdır : tələb və təklif, mal ehtiyatları, malların daxil olması, gəlir, mənfəət, işçilərin sayı və i. a.

Pərakəndə satış mal dövriyyəsi bir sıra göstəricilərin hesablanmasından da istifadə edilir : əmək tutumu; fond tutumu; fond verimi və i. a.

Pərakəndə satış mal dövriyyəsinin tənzimlənməsi nəticəsində bazarda mal təklifi və tələbat arasında uyğunluq, tarazlıq təmin edilə bilər.

Müasir şəraitdə pərakəndə satış mal dövriyyəsi mülkiyyətçilik mənsubiyyətinə görə geniş formada fərqləndirilir. Bunu aşağıda verilən cədvəldən daha aydın görmək olar : ( cədvəl 1. )

Cədvəl 1.


Azərbaycanda 1990 – 2005 – ci illərdə pərakəndə satış mal dövriyyəsinin mülkiyyət formaları üzrə bölüşdürülməsi

( mlrd manat )








1990

1995

2000

2001

2002

2003

2004

2005

Dinamik 1990 – 2005 – ci ilə nisbətən



Satı


şın

bütün


növlə

ri üzrə


pəra

kəndə


əmtəə

dövriy


yəsi:


1.2


1.2

5293.4

9448.1

10599.4

11877.4

133442.3

15310.0

18649.7

3.5 dəfə

o cümlədən :

Hüquqi şəxslər:




1.0

1668.1

2821.1

2990.2

3143.3

3289.2

3445.6

3919.7

2.3 dəfə

Fiziki şəxslər:




0.2

3525.3

6636.0

7609.2

9734.1

10153.1

11864.4

14730.0

4 dəfə

ondan :

Yarmarkalar və kənd təsərrüfatı məhsulları bazarı:




0.2

3625.3

3672.3

4098.8

4652.5

5389.5

6301.3

8166.8

2.25 dəfə

Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində iaşənin əmtəə dövriyyəsi :




0.1

54.8

84.5

92.2

102.5

123.9

168.3

264.8

4.8 dəfə

Adambaşına düşən əmtəə dövriyyəsi, min manat :




0.17

699.7

1201.6

1336.9

1486.3

1669.5

1886.8

2278.1

3.25 dəfə

Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmindən:

ərzaq malları:




0.6

3972.5

6490.9

7235.5

8036.2

9016.9

10211.1

12372.2

3.11 dəfə

ondan :

Spirtli içkilər:




0.01

245.1

402.9

423.7

443.0

475.5

492.5

556.6

2.27 dəfə

Qeyri ərzaq malları :




0.6

1320.9

2957.2

3363.9

3841.2

4425.4

5098.9

6277.5

4.7 dəfə

Topdansa


tış əmtəə dövriyyəsi:


0.2

1318.1

5425.0

6015.6

6365.1

6920.4

8630.5

1310.0

9.9 dəfə

Ölkədə pərakəndə satış mal dövriyyəsi orta illik artım sürətini müəyyən etmək üçün aşağıdakı düsturdan istifadə olunur :


X = √ yn / yo
burada X orta illik artım sürəti;

n – 1 dövriyyələrin sayı

yn son dövrün mütləq səviyyəsi

yo bazis dövrünün mütləq səviyyəsidir.

Pərakəndə satış mal dövriyyəsinin iqtisadi məzmununa aşağıdakılar

daxildir:



  • malların bilavasitə ticarət müəssisələri vasitəsilə satışından daxil olan pul vəsaitləri;

  • kütləvi iaşə müəssisələri tərəfindən əhaliyə özünün istehsal etdiyi və sayın alınan malların satışından daxil olmalar ;

  • əhaliyə müxtəlif növlü ( bərk, maye və qaz halında olan ) yanacaq satışından daxil olmalar;

  • fərdi tikiş emalatxanaları tərəfindən əhaliyə göstərilən xidmətlərdən daxil olamalar;

  • təmir emalatxalarından ( paltar, ayaqqabı, mebel və s. ) daxil olmalar;

  • əhalinin müvəqqəti olduğu yerlərdə ( təyyarə, qatar, gəmi və s. ) onlara ərzaq və qeyri ərzaq malları satışından daxil olmalar;

  • tikinti materialları və meşə mallarının satışından daxil olmalar və s.

Pərakəndə satış mal dövriyyəsinin iqtisadi məzmununa satış ilə yanaşı göstərilən müxtəlif növlü pullu xidmətlərin dəyəri də daxil olduğu üçün onun həcmi ildən – ilə yüksək sürətlə artır. Qeyd etmək lazımdır ki, bir sıra xidmət müəssisələri tərəfindən ( fotoqrafiya, bərbərxana, çamaşırxana və s. ) əhaliyə göstərilən xidmət nəticəsində yeni dəyər yaradılmadığı üçün bu sahələrdən daxil olan pul vəsaiti dövriyyənin həcminə daxil edilmir. Bu sahələrin göstərdiyi xidmət nəticəsində daxil olan pul vəsaitlərindən əməkhaqqının ödənilməsi və müəssisənin daxili ehtiyaclarının təmin olunması məqsədi ilə istifadə olunur.

Pərakəndə satış mal dövriyyəsinin böyük sosial iqtisadi əhəmiyyəti vardır. Belə ki, dövriyyə əhalinin həyat səviyyəsini özündə əks etdirən əsas göstəricidir. Əhalinin şəxsi istehlak fondunun 90 % - ə qədər hissəsi dövriyyə vasitəsilə təmin olunur. Istehlakın qalan hissəsi isə əhalinin həyətyanı təsərrüfatdan əldə etdikləri və eləcə də ictimai istehlak fondlarından daxil olan vəsait hesabına təmin olunur. Pərakəndə satış mal dövriyyəsi tədavülə buraxılan pul kütləsinin hərəkətinin kafi olduğunu təmin edir. Belə ki, tədavülə buraxılan pul kütləsinin miqdarı satış üçün tədavüldə olan mal kütləsinin miqdarına uyğun gəlir.

Əgər bunlar arasında disportasiya yaranarsa bu zaman pul qiymətdən düşür və gərəksiz kağıza çevrilir. Dövriyyə bank – kredit sistemi ilə əlaqədardır. Banklarda toplanan pulların 90 % - ə qədər hissəsini satışdan daxil olan pul vəsaitləri təşkil edir. Bankların kassa planının mədaxil və məxaric hissələri dövriyyə vasitəsilə təmin olunur. Dövriyyə ölkənin büdcə vəsaitinin yaranması və istehsal olunmasında mühüm rol oynayır. Dövriyyə artdıqca büdcə vəsaitinin həcmi yüksəlir və büdcədən maliyələşdirilən təşkilatların maliyyə vəsaitinə qarşı olan ehtiyacı qarşılanır. Mal dövriyyəsi ölkələr arasında xarici və beynəlxalq iqtisadi münasibətlərin genişləndirilməsinə təsir edir. Dövriyyənin rolu və əhəmiyyəti onun ölkənin makroiqtisadi göstəriciləri içərisində əsas və ümumiləşdirici əlaqəsilə sıx bağlıdır. Mülkiyyətin formalarından asılı olaraq pərakəndə satiş mal dövriyyəsinə dövlət ticarətinə mal dövriyyəsi ( 2 % ), kooperativ ticarıt mal dövriyyəsi, üçüncü xüsusi ticarətin mal dövriyyəsi daxildir.
2. PƏRAKƏNDƏ SATIŞ MAL DÖVRIYYƏSİNİN ÜMUMİ İNKİŞAFININ QANUNAUYĞUNLUQLARININ MÜASİR VƏZİYYƏTİNİN TƏDQİQİ.
İqtisadiyyatda bir sıraproseslər obyektiv xarakter daşıyır və ildən – ilə ardıcıl olaraq təkrar olunur. Bu baxımdan pərakəndə satış mal dövriyyəsinin inkişafı müəyyən qanunauyğunluqlarla xarakterizə olunur. Bu qanunauyğunluqlar aşağıdakılardır :


  1. Mal dövriyyəsinin ümumi və hər nəfərə düşən həcmləri durmadan artır.

Bu qanunauyğunluq, əsasən, əhalinin pul gəlirləri ilə bağlıdır. Əhalinin pul gəlirlərində baş verən dəyişikliklər pərakəndə satış mal dövriyyəsinin həcmi və stukturunda öz əksini tapır. əhalinin pul gəlirlərinin artması pərakəndə satış mal dövriyyəsinin ümumi həcminin artmasında, eləcə də orta hesabla bir nəfərə düşən dövriyyənin artmasında öz əksini tapır ( pul gəlirlərinin azalması mal dövriyyəsinin inkişafına mənfi təsir göstərir ) .

Pərakəndə satış mal dövriyyəsinin inkişafı istehlak malları və istehsal sahələrinin inkişafından asılıdır.

1990 – 1996 – cı illər respublikamızda baş verən mürəkkəb iqtisadi əngəllər pərakəndə satış mal dövriyyəsinin də inkişafına öz mənfi təsirini göstərmişdir. Həmin illərdə ümumi daxili məhsulun orta hesabla azalma sürəti 20 – 13 % təşkil etmişdir. Bu illərdə əhalinin real gəliri xeyli azalmış, iqtisadiyyatın dirçəlişi pozitiv dəyişikliklərəməruz qalmışdır. Sonrakı illərdə ümumi daxili məhsulun istehsalı artaraq, 1996 – cı ildə 1995 – ci ilə nisbətən 101.3 %, 1997 – ci ildə 105.8 % təşkil etmişdir. Bununla bağlı həmin və sonrakı illərdə də onun pul gəlirləri xeyli artmışdır. Ancaq qeyd etmək lazımdır ki, dövriyyənin ümumi həcminin artması heç də dövriyyənin inkişafını göstərmir. Məsələn : 1990 – cı ildə dövriyyənin həcmi 1.2 mlrd manat olduğu halda, 1993 – cü ildə o 93.4 mlrd manat, 1995 – ci ildə 1242 mlrd manat, 2000 – ci ildə 22.8 tlrn manat, 2008 – ci ildə 8 mlrd manata yaxın olmuşdur.

Dövriyyənin həcminin artması əhalinin alıcılıq qabiliyyəti yüksəlişini özündə əks etdirir. Lakin, tədqiqatlar nəticəsində məlum olmuşdur ki, dövriyyənin artması hər nəfərə düşən satışın həcminin artması hesabına deyil, əsasən qiymət amilinin təsiri altında baş vermişdir.

İqtisadiyyatda baş verən dəyişikliklər pərakəndə satış mal dövriyyəsinə müsbət təsir göstərmişdir. Bunu aşağıdakı cədvəldən daha aydın görmək olar ( cədvəl 2 ) .


Cədvəl 2. a


Pərakəndə satış mal dövriyyəsinin əsas göstəriciləri.

( mln manat )




Göstəricilər

2000

2001

2002

2003

2004

Satışın bütün növləri üzrə pərakəndə satış mal dövriyyəsinin ümumi həcmi

9238.8

9448.1

10599.4

11877.4

13442.4

O cümlədən :

Pərakəndə ticarət

9757.3

9363.6

10507.2

11774.9

13318.4

Ictimai iaşə :

81.5

84.5

92.2

102.5

123.9

Əhalinin hər nəfərinə düşən pərakəndə satış mal dövriyyəsi

1185.5

1201.6

1336.9

1486.3

1669.5

Dövlət mülkiyyəti

266.1

194.4

182.3

187.2

197.0

Qeyri – dövlət mülkiyyəti

89672.7

9253.7

10417.1

11690.2

13245.3

Cədvəldən də göründüyü kimi, artıq 2004 – cü ildə mal satışının ümumi həcmi 2000 – ci ilə nisbətən xeyli artmışdır.




  1. Mal dövriyyəsinin strukturu müntəzəm olaraq dəyişilir və keyfiyyətcə yaxşılaşır.

Pərakəndə satış mal dövriyyəsinin sturukturu bir sıra amillərdən, o cümlədən istehsalın həcmi və quruluşundan, əhalinin sayından, tərkibindən, iqlim şəraitindən və s. asilidir.

Pərakəndə satış mal dövriyyəsinin strukturu əhalinin iqtisadi vəziyyətini xarakterizə edir. Respublikada mal dövriyyəsinin makrostrukturu aşağıdakı cədvəldə verilib ( cədvəl 3 ) .
Cədvəl 3. fff
Pərakəndə satış mal dövriyyəsinin makrostrukturu

( mln manat )




Göstəricilər

2001

2002

2003

2004

2005

Cari əmtəə dövriyyəsi

9238.8

9448.1

10599.4

11877.4

1344.4

ərzaq malları

6384.0

6490.9

7235.5

8036.2

9016.3

Qeyri - ərzaq malları

2854.8

2957.2

3363.9

3841.2

4425.4

O cümlədən :

Hüquqi şəxslər üzrə

3029.0

2812.1

2990.2

3143.3

3281.3

ərzaq malları

1403.0

1110.8

1793.4

1782.3

1790.2

Qeyri - ərzaq malları

1626.0

1701.3

1250.8

1361.0

1498.0

Fiziki şəxslər üzrə

6209.8

6636.0

7609.2

8734.1

1015.3

ərzaq malları

4981.0

5380.1

5496.1

6253.9

7226.2

Qeyri - ərzaq malları

1228.8

1255.9

2113.1

2480.2

2926.2

ondan

Kənd təsərrüfatı bazarları

1339.1

1311.6

1431.9

1580.3

1727.2

ərzaq malları

1272.1

1252.1

1396.3

1543.3

1707.3

Qeyri - ərzaq malları

67.0

59.5

35.6

37.0

20.0

Dövriyyə quruluşuna görə ərzaq və qeyri - ərzaq malları dövriyyəsinə ayrılır. Əgər dövriyyənin ümumi həcmində qeyri - ərzaq mallarının xüsusi çəkisi ərzaq mallarına nisbətən yüksək olarsa və eləcə də ərzaq mallarının tərkibində orqanizmdə yüksək kalori verən ət, süd, balıq və s. kimi məhsulların satışı, qeyri - ərzaq malları üzrə isə uzunmüddətli istifadədə olan mədəni məişət təyinatlı nalların satışı artarsa, bu dövriyyənin dəyişməsi və onun quruluşunun keyfiyyətinin yaxşılaşmasını göstərir.

Hazırda respublikamızın pərakəndə satış mal dövriyyəsinin 68 % - dən çox hissəsini ərzaq malları, 32 % - ə qədər hissəsini qeyri - ərzaq malları təşkil edir ( cədvəl 4 ).

Cədvəl 4. ççç


Ümumi pərakəndə satış mal dövriyyəsində ərzaq və qeyri - ərzaq mallarının payı

( faizlə ).




Göstəricilər

1995

1998

1999

2000

2001

2002

Pərakəndə satış mal dövriyyəsi – cəmi

100

100

100

100

100

100

O cümlədən:

ərzaq malları

75.0

69.1

68.7

68.3

67.7

67.1

Qeyri - ərzaq malları

25.0

30.9

31.3

31.7

32.3

32.9

Cədvəldən göründüyü kimi, 1995 – 2002 – ci illərdə ümumi pərakəndə satış mal dövriyyəsinin çox hissəsini ərzaq malları təşkil edir. Belə ki, 1995 – ci ildə ərzaq malları üzrə dövriyyə məcmu satış mal dövriyyəsinin 75 % - ni təşkil etçişdir, lakin sonrakı dövrlərdə bu rəqəm ildən – ilə azalmağa başlayır.




  1. Şəhərə nisbətən kənd mal dövriyyəsinin daha yüksək sürətlə artması.

Bu qanunauyğunluq, əsasən, qeyri - ərzaq mallarına şamil edilir. Çünki, kəndlərdə fermer – kəndli təsərrüfatının genişləndirilməsi xüsusiyyətçiliyə keçimlə bağlı, burada natural istehlak pullu istehlakı üstələyir. Bunubla əlaqədar pul gəlirlərinin çox hissəsi qeyri - ərzaq mallarının satılmasındana yönəldilir.




  1. Mal dövriyyəsinin artım sürəti ölkənin şəhər və rayonları ( regionları ) üzrə daim dəyişir.

Bu qanunauyğunluq məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi və əhalinin miqrasiyası ilə bağlıdır. Məsələn, hələ bazara keçiddən əvvəlki dövrün son dörd – beş onilliklərində Sumqayıt, Şirvan, Mingəçevir, Daşkəsən və sair şəhərlərin, həmin şəhərlərdə yeni istehsal müəssisələrinin işə salınması ilə bağlı əhalinin, o cümlədən əmək resurslarının bir hissəsinin digər şəhər və rayonlara nisbətən daha sürətlə artmasını zəruri etdi. Bu hal indiki dövrümüzdə də müşahidə olunacaqdır.




  1. PƏRAKƏNDƏ SATIŞ MAL DÖVRIYYƏSININ GƏLƏCƏK INKIŞAF YOLLARI.

Ticarət müəssisələrinin kommersiya fəaliyyətinin istehlak bazarında əsasını mal satışı prosesi təşkil edir. Bu prosesin iqtisadi tərkibi müəssisənin mal dövriyyəsindəəksini tapır. Müəssisənin pərakəndə satış mal dövriyyəsi ölkənin sosial iqtisadi inkişafının əsas göstəricilərindən biridir ki, ümumən bu göstəricidə əhali öz pul vəsaitləri ilə özünün istehlakı üçün mal alışını əks etdirir. Pərakəndə satış mal dövriyyəsi mal yeridilməsinin sonuncu mərhələsidir. Malların mübadiləsi prosesində mallar istehlak sferasına keçirilir. Bazar iqtisadiyyatı şəraitində pul münasibətləri istehlak predmetlərinin istehlak sferasına keçməsi mal mübadiləsi qanunları əsasında alqı – satqı əsasında həyata keçirilir. Pərakəndə satış mal dövriyyəsi ölkənin sosial iqtisadi inkişafında başlıca proporsiyaları özündə əks etdirir. Pərakəndə satış mal dövriyyəsində maddi nemətlərin istehlakının həcmi və strukturu öz əksini tapır. Beləliklə müəssisənin pərakəndə mal dövriyyəsi müəyyən bir vaxt ərzində istehlak mallarının satışının həcmi başa düşülür və pullu xidmətlərin həcmi başa düşülür. Ölkənin iqtisadi və sosial siyasətində ticarət müəssisəsinin inkişafına böyük əhəmiyyət verilir. Elə bu səbəbdən ölkənin pərakəndə satış mal dövriyyəsinin inkişafı geniş təkrar istehsalın bazasında həyata keçirilir. Ictimai

məhsuıun 2 cəhəti olan malın dəyəri və istehlak dəyəri cəmiyyət tərəfindən bəyənilərək qəbul edilir. Pərakəndə satış mal dövriyyəsi ölkə əhalisinin maddi rüfahının əsasını təşkil edən həyat səviyyəsi göstəricisinin formalaşmasında böyük əhəmiyyəti var. Bu göstərici bir neçə tale tutumlu göstəricilərin məcmusudur. Buraya aiddir : istehlakın həcmi və strukturu ; adambaşına düşən əhalinin reaı gəlirləri ; hər adam başına düşən mal dövriyyəsi ; mənzil təminatı ; uşaq və müalicə ocaqları ilə təmin edilmə ; insanların mədəni və təhsil səviyyəsinin yüksəldilməsi ; xidmət olunan əhalinin sosial təminatı və tibbi xidməti ; əhalinin uzunömürlüyü ; əmək və istirahət şəraiti. Bir sözlə ölkə əhalisinin maddı və mənəvi tələbatının ödənilməsində və onun təkrar istehsalında pərakəndə satış mal dövriyyəsinin böyük xalq təsərrüfatərrüfatı əhəmiyyəti vardır. Pərakəndə satış mal dövriyyəsinin əsas iqtisadi məzmunu ( tərkibi ) pərakəndə ticarət şəbəkələri və kütləvi iaşə müəssisələri tərifindən əhaliyə mal satışı və pullu xidmətlərin göstərilməsidir.

Pərakəndə satış mal dövriyyəsinin inkişafının genişliyi və dərinliyi konkret ticarət müəssisəsinin istehlak bazarının müəyyən seqmentində özünün əsas formada rəqabət qabiliyyətini təmin edir. Əsas qiymətverici göstəricisi kimi pərakəndə satış mal dövriyyəsi ticarət müəssisəsinin fəaliyyətini tam əks etdirir. Onun resurs potensialı, yəni, əmək, material və maliyyə resursları, həcmi və tərkibi, məsrəf resurslarını – yəni tədavül xərclərinin həcmi və tərkibi öz əksini

tapır. Eyni zamanda bazar iqtisadiyyatı şəraitində mal dövriyyəsi müəssisənin mənfəət göstəricisindən asılı xarakter daşıyır. Ticarət müəssisəsinin mal dövriyyəsi müxtəlif formalarda həyata keçirilir. Bu ticarət müəssisələsinin mal dövriyyəsinin tərkibində aşağıdakı qaydada qeyd olunur : pərakəndə satış mal dövriyyəsi istehlak mallarının və pullu xidmətlərin əhaliyə və digər istehlakçılara satılması ilə xarakterizə olunur. Mal satışı və xidmətlərin istehlak bazarında mübadiləsi bununla tamamlanır.

II növ – topdan dövriyyədir. Topdan mal dövriyyəsi adından göründüyü kimi malların partiyalarla yenidən satılması deməkdir. Istehlak mallarının müəyyən texnoloji emaldan mövcud müəssisədə keçməsini – satışını xarakterizə edir ( malların nəql edilməsi ; saxlanması ; sortlaşdırılması və qablaşdırılması əməliyyatları ). Topdan ticarət ticarətin başlıca qərargahı sayılır. Onun mal dövriyyəsinin tərkibinə aiddir :



  • öz regionunun topdan satış müəssisəsinə mal satışı;

  • regionlararası topdan satış mal dövriyyəsi;

  • digər ölkələrin topdan satış alıcılarına mal satışı;

  • xarici topdan satış dövriyyəsi, yəni ixrac dövriyyəsi.

Ticarət müəssisəsinin III növ dövriyyəsi vasitəçilik ticarətinin dövriyyəsidir. Bu dövriyyə istehlak malları və xidmətlərinin vasitəçilik əməliyyatları ilə əldə edilən həcmini xarakterizə edir. Bu dövriyyə növündə ticarət müəssisəsi öz fəaliyyətini texnoloji emallar keçirmədən həyata keçirir.

Vasitəçilik ticarəti mal dövriyyəsi adətən birja bazarlarında həyata keçirilir. Həmin bazarlarda ticarət müəssisələri broker yerlərini əldə saxlayır. Vasitəçilik ticarətində yaranan mal dövriyyəsi öz ölkəsinin rezidentləri vasitəsilə xarici bazarlarda özünü təmin edir. Bu rezidentlər – brokerlər çox qəribə adlarla alqı – satqı prosesində çıxış edir. Burada bəzi brokerlərin adı “öküz”, digərinin adı “ayı” adlanır. “Öküz” – lər birjada malların qiymətinin yüksəldilməsinə, “ayı” – lar isə qiymətlərin aşağı salınmasına fəaliyyət göstərir.

Öncə göstərdiyimiz kimi, müəssisə pərakəndə satış mal dövriyyəsi müasir şəraitdə onun kommersiya fəaliyyətinin əsasını təşkil etdiyinə görə bu dövriyyənin tam xarakterizə edilməsi tələb olunur.

Ticarət müəssisələrində mal satışı 3 əsas göstəricisi əsasında xarakterizə olunur və onlar öz növbəsində mal dövriyyəsinin təhlili və planlaşdırılmasında daim istifadə olunur. Bu göstəricilər mal dövriyyəsinin ümumi həcmi, tərkibi və strukturu göstəriciləridir. Mal dövriyyəsinin ümumi həcmi ayrı – ayrı növ dövriyyələrin timsalında xarakterizə edilir. Bununla əlaqədar pərakəndə satış mal dövriyyəsinin ümumi həcmi, topdan satış dövriyyəsinin ümumi həcmi və vasitəçilik ticarətinin həcmi göstərilir. Bu dövriyyənin məcmusu ticarət müəssisəsinin dövriyyəsini göstərir.

Dövriyyənin tərkibinə gəldikdə pərakəndə satış mal dövriyyəsinin ümumi həcmi ayrı – ayrı dövriyyə formalarında xarakterizə olunur. Buraya aiddir :


  • əhaliyə, müəssisə və təşkilatlara xırda topdan mal satışı olan satış mal dövriyyəsi;

  • satılan malların dərhal qiymətinin ödənilməsi və kreditlə satılan malların dövriyyəsi.

Mal dövriyyəsinin strukturunu xarakterizə edən göstəricilər realizə olunan malların mal qrupu tərkibidirş mal qrupunun nomenklaturası statistik hesabat göstəricisi olan № 3 torqda verilir. Bu sənədə əsasən 92 mal qrupu mövcuddur. Onlardan 32 – si ərzaq mal, 57 – si isə qeyri - ərzaq mal qrupudur.

Mal dövriyyəsi göstəriciləri ticarət müəssisələrinin digər başlıca göstəricisi ilə olan əlaqəsidir. Bunlardan :

1 – pərakəndə satış mal dövriyyəsi göstəricsi ayri – ayri göstəricilərin daxili əlaqəsidir;

2 – mal dövriyyəsinin müəssisənin resurs potensial həcmi nə onun effektiv istifadə olunması;

3 – mal dövriyyəsi başlıca mal göstəricilərinin həcmi və səviyyəsilə əlaqədardır.

Qarşılıqlı göstəricilərin formalarının araşdırılması müəssisənin mal dövriyyəsinin inkişafı və idarə edilməsində böyük əhəmiyyətə malikdir. Belə ki, onların araşdırılması prosesində aşkar olunmuş gizli çatışmamazlıqlar, imkan və ehtiyatlar müəssisənin mal dövriyyəsinin perspektiv inkişafı üçün çox əlverişli təməl ola bilər. Bu da təbiidir ki, əhalinin durmadan artmaqda olan tələbinin ödənilməsində və ticarət mədəniyyətinin yüksəldilməsinə xidmət edir. Bu əsas

məqsədlə əlaqədar mal dövriyyəsinin idarə edilməsi və perspektivdə inkişafı

ticarət müəssisəsinin yüksək inkişaf tempini təmin etmək və xidmət sferasında əhalinin tam və hərtərəfli ödənilməsidir.bu məqsədlə əlaqədar pərakəndə satış mal dövriyyəsinin inkişaf etdirilməsi qarşısında 5 əsas vəzifənin yerinə yetirilməsi tələb olunur :

1 – pərakəndə satış mal dövriyyəsinin regional istehlak bazarının inkişafı nə onun konyukturasının uzlaşması;

2 – ticarət müəssisəsinin pərakəndə satış mal dövriyyəsinin planlaşdırılması müəssisənin yüksək mənfəət göstərməsinin əldə edilməsi ilə təmin olunması;

3 – mal dövriyyəsinin planlaşdırılması prosesində müəssisənin sərəncamında olan resurs potensialından effektli istifadə edilməsi;

4 – pərakəndə satış mal dövriyyəsinin strukturunun planlaşdırılması xidmət olunan əhalinin alıcı kontingentinin tələbat strukturuna tam şəkildə cavab verməsinin təmin olunması;

5 – pərakəndə satış mal dövriyyəsinin həcmi, strukturu, mal təminatı, mal ehtiyatları, ticarət müəssisəsinin işinin ritmik, yəni davamlı mal çeşidi ahənginin təmin edilməsi.

Hər bir ticarət müəssisəsi və təşkilatının başlıca məqsəd və vəzifələri ilə əlaqədar onların fəaliyyətinin idarə edilməsi konkrat məzmununda həyata keçməlidir.


NƏTİCƏ VƏ TƏKLİFLƏR.
Pərakəndə satış mal dövriyyəsinin quruluşu əhalinin ərzaq mallarına olan tələbinin vəziyyəti, istehlak bazarının formalaşmasında onun rolu və inkişaf perspektivlərini təhlil edərək beblə nəticəyə gəlmişik ki, istehlak bazarında tələbin öyrənilməsi vəziyyəti qənaətbəxş deyil, tələb və mal təklifi arasında fərq vardır.

Hesablamalarımıza görə, 2005 – ci ildə pərakəndə satış mal dövriyyəsinin 66.3 % - i ərzaq, 33.76 % - i isə qeyri - ərzaq mallarının payına düşmüşdür. Pərakəndə satış mal dövriyyəsinin 21 % - i hüquqi şəxslərin, 79 % - i isə fiziki şəxslərin hesabına olmuşdur. Pərakəndə satış mal dövriyyəsinin struktur təhlili bir daha sübut edir ki, son illər respublikada əhalinin tələb və təklifinin quruluşu, həmçinin onların pul gəlirləri ilə xərcləri nisbətdə bir – birinə xeyli yaxındır.

2005 – ci ildə bütün mallar üzrə istehlak qiymətinin indeksi ( İQİ ) 110.4 %, o cümlədən ərzaq malları üçün 115.1 %, qeyri - ərzaq malları üçün 104.4 % olmuşdur.

Tədqiqat nəticəsində əldə edilmiş aşağıdakı konkret təklifləri məqsədəuyğun hesab edirik :



  1. Markerinq tədqiqatlarında informasiya tıminatının səmərəli sisteminin tətbiqi və bazarın fprmalaşmasında pərakəndə satış mal dövriyyəsinin strukturunun təhlilinin rolunu müəyyən etmək;

  2. Pərakəndə satış mal dövriyyəsinin yüksəldilməsi məqsədilə planlaşdırmada əvvəlcə ehtiyat mənbələrinin təhlili və balanslaşdırılması vacibdir;

  3. Ölkə iqtisadiyyatının yüksəlişində pərakəndə satış mal dövriyyəsinin artırılması ticarətin genişləndirilməsində əsas vasitədir.

  4. Ticarətin möhkəmlənməsi və yerli mallar hesabına pərakəndə satış mal dövriyyəsinin artırılması keyfiyyətli mal satışına əsas verir.

  5. Kooperasiyanın pərakəndə ticarət və digər fəaliyyət sahələrində dövriyyənin artımı və marketinq tədqiqatlarına nail olmaq;

  6. Pərakəndə satış mal dövriyyəsinin makrostrukturunu vaxtaşırı təhlil etmək və bu əsasda tələbin proqnozunu vermək;


ƏDƏBİYYAT.


  1. Azərbaycan Respublikası Konstitusiyası. 12. XI. 1995 Bakı.

  2. Azərbaycan Respublikası Regionlarının sosial – iqtisadi inkişafının Dövlət Proqramı

I mərhələ 2004 – 2008 – ci illər

II mərhələ 2009 – 2013 – cü illər



  1. İ. Ə. Feyzullayev, A. Ş. Əlizadə, S. İ. Allahyarlı və L. A. Rəhimova “ Ticarətin iqtisadiyyatı ” Dərslik II hissə Bakı 2006

  2. Kazarskaya “ Ticarətin iqtisadiyyatı və planlaşdırılması ” 1982

  3. Azərbaycan Statistik Göstəriciləri 1990 – 2005 .








Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə