Azərbaycan Dövlət İqtisad Universiteti TƏLƏBƏ : Allahverdiyev Aqil kafedra : Tarix kurs : 1 qrup : 678 faküLTƏ : Maliyyə Bakı 2013




Yüklə 32.52 Kb.
tarix27.04.2016
ölçüsü32.52 Kb.
SƏRBƏST İŞ

Azərbaycan Dövlət İqtisad Universiteti


TƏLƏBƏ : Allahverdiyev Aqil
KAFEDRA : Tarix
KURS : 1
QRUP : 678
FAKÜLTƏ : Maliyyə

Bakı 2013
Azərbaycan ərazisində ibtidai icma quruluşu
Bəşər cəmiyətinin ilkin inkişaf dövrü ibtidai icma quruluşu adlanır. İbtidai icma qurulusu ilk insanların yaranması ilə başlamışdır. Bu quruluş ayrı-ayrı ərazilərində muxtəlif dövrlərdə baş vermişdir.

Ən qədim insanların qalıqlarına Şərqi Afrikada (Keniya və Tanzaniya ərazisin - də) daha çox təsadüf olunmuşdur. Bu qalıqlar ilk insanın 2-3 milyon il bundan əv -vəl yaşadıqlarını göstərir.

Azərbaycan ərazisində ilk insanlar 1.5 milyon il bundan əvvəl yaşamağa başla – mışlar. Azərbaycanda əlverişli təbii coğrafi mühit (şirin su qaynaqları,bitki və hey-vanat aləminin zənginliyi,təbii mağaralar) ibtidai insanların burada məskən salma -sına imkan yaradırdı.

Arxeoloqlar Azərbaycan ərazisində -Qarabağ(Azıx,Tağlar,Zar), Naxçıvan(Qaz - ma), Qazax(Daşsalahlı, Damcılı), Lerikdə(Buzeyir) qədim insanların yaşadığı məs- kənləri öyrənmişlər.

İbtidai icma quruluşu əmək alətlərinin hazırlanma materialına və texnologiyası- na uyğun olaraq üç mərhələyə (arxeoloji dövrləşmə) bölünür:

Daş dövrü,Tunc dövrü, Dəmir dövrü

Daş dövrü özü də bir neçə mərhələyə bölünür :

Paleolit, Mezolit, Neolit, Eneolit

Paleolit də öz novbəsində üç yerə bölünür :

1. Alt Paleolit.

Alt Paleolit ilk insan tipinin yaranmasından 100 min il bundan əvvələ qədər davam etmişdir. Bu dovrə aid tapıntılar Füzuli şəhəri yaxınlığında Quruçay dərə-

sindəki Azıx mağarasından tapılmışdır. Buradan ibtidai insana məxsus alt çənə sümüyü və qədim əmək alətləri (kobud əl çapacaqları, qaşov və bıçaqlar) habelə nəsli kəsilmiş heyvan sümükləri də tapılmışdır. Azərbaycanda 700 min il bundan əvvələ aid ocaq izləri də tapılmışdır. Azıx mağarasında yaşamış insan dünyada ən qədim insan qalıqlarından dördüncüsüdür və 350-400 min il bundan əvvəl yaşa-mışdır.Alimlər onu tapıldığı yerin adı ilə əlaqədar olaraq azıxantrop adlandırmışlar. Azıx mağarasında tikili qalığının tapılması qədim insanların tikinti vərdişlərinə də yiyələnməsini göstərir.

Ən qədim insanlar şüurlu surətdə deyil,təbiət qarşısında aciz qalmamaq və hey- vanlardan qorunmaq üçün kiçik qruplarda birləşdilər. Belə kiçik insan kollktivi ib-tidai insan sürüsü (ulu icma) adlanırdı.

İbtidai insanların ilk məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur. İlk əmək alət-ləri – dəyənək, itilənmiş ağac və çapacaqlar olmuşdur.

Alt Paleolit dövrünün sonunda əmək alətlərinin yeni növləri meydana gəlmişdir. Alətlər daha çox çaxmaq daşından, bazalt və obsidantdan (vulkanik şüşə - dəvəgö- zü) hazırlanırdı.

- 2 -

2. Orta Paleolit.

Orta Paleolit 100 min il bundan əvvəl başlayıb e.ə. 40-cı minilliyə qədər davam etmişdir. Orta Paleolitə aid alətlər ilk dəfə Fransada Mustye adlı yerdən tapıldığın-dan bu dövr “Mustye” dövru adlanır. Mustye (orta Paleolit) insanların ümumi in-kişaf prossesində mühüm yer tutur. Bu dövrdə yeni insan tipi Neandertal (Alma-niyada yer adıdır. Burada ibtidai insanın kəllə sümüyü tapılmışdır) yarandı. Bu dövrdə insanlar əsasən ovçuluqla, yığıcılıqla məşğul olurdular. Axirət dünyasına, totemlərə (heyvanlara) inam bu dövrdə yaranmışdır. Bu dövrdə əhali Cənubi Qaf-qazın cənub-şərq yamacına, Naxçıvan, Qarabağ, Qazax bölgələrinə yayılmışdı. Azərbaycanda orta Paleolit dövrü Tağlar, Qazma, Damcılı düşərgələri əsasında öy-rənilmişdir.



3. Üst Paleolit.

Üst Paleolit 40 min il bundan əvvəl başlayıb e.ə. 12-ci minilliyə qədər davam etmişdir. Azərbaycanda üst Paleolit düşərgələrinə daha çox Qarabağ və Qazax böl- gələrində rast gəlinir. Qədim daş dövründə yaşamış bir çox heyvanların nəsli kəsil- diyindən üst Paleolit dövründə insanlar əsasən Qafqaz maralı, ceyran, cüyür və s. ovlayırdılar. Bu dövrün əmək alətlərində də dıyişikliklər olmuşdu. İnsanların isti-fadə etdikləri uclu qaşovlar, biz, gəzli və üçbucaq əmək alətləri geniş yayılmışdı.

Bu dövrdə “ağıllı insan”ın Homo Sapiensin yaranması başa çatdı. Bu dövrün insanlarının əmək fəaliyyəti artmış, şüuru və düşüncəsi inkişaf etmişdi. Onlar rabi- təli nitqə də malik idilər.

Ulu icmanı qan qohumluğu olan, birlikdə yaşayan, işləyən, əmlakı ümumi olan insanların – qəbilə icması(nəsli qəbilə) əvəz etdi. Bu kollektivdə qadın əsas rol oy-nadığına görə qəbilə icmasının bu mərhələsi ana xaqanlığı (matriarxat) adlanır.Yır-

Tıcı heyvanlardan qorunmaq, qida əldə etmək, ümumi ocaq (tonqal), birgə əmək, rabitəli nitq ”ağıllı adamları” bir-birinə bağlayan əsas amillər idi.

Paleolit dovrundə ibtidai incəsənət yarandı. Bunu buynuzlardan yonulmuş hey-kəllər, sümük üzərindəki təsvirlər və mağara rəsmləri sübut edir.



Mezolit (Orta Daş) dövrü.

Mezolit dövrü Azərbaycanda e.ə. XII minillikdən e.ə. VIII minilliyə qədər davam etmişdir. Bu dövrdə ox və kaman ixtira edildi. Heyvanların daha uzaq məsafədən ovlanmasına imkan yarandı. Heyvanların əhliləşdirilməsinə başlanması ilə ibtidai heyvandarlığın əsası qoyuldu.

Mezolit dövründə əsas əmək aləti toxa olduğu üçün ilk əkinçilik toxa əkinçiliyi adlanır. Ən qədim əkinçilik məskəni on min il bundan əvvəl Ön Asiyada meydana gəlib. Yığıcılıqdan əkinçilik, ovçuluqdan isə maldarlıq yarandı. Azərbaycanda Mezolit dövrü Qobustan və Damcılı düşərgələri əsasında öyrənilmişdir.

Qobustanda qaya rəsmlərində insanların ovsun-totem inamları, dini ayinlər, ov səhnələri təsvir olunmuşdur. Axirət dünyasına inamla bağlı olaraq dəfn zamanı ölülərin yanına məişət əşyaları qoyulurdu.



Neolit (Yeni Daş) dövrü.

Neolit dövrü Azərbaycanda e.ə. VII minillikdə başlamışdır.“Neolit inqilabı” baş verdi, yəni istehsal təsərrüfatı (əkinçilik və maldarlıq) meydana gəldi. İnsanların

- 3 -

məşğuliyyət sahələri işərisində əsas yeri istehsal təsərrüfatına daxil olan əkinçilik və maldarlıq tutdu. Daşların deşilməsi və cilalnması üsulları mənimsənildi. Əmək alətləri əsasən çaxmaqdaşından hazırlanır – bıçaqlar, iskənə, deşici alətlər və s. üs– tün yer tuturdu.



Gillidağ (Gəncə yaxınlığında) adlı yerdə qədim çaxmaqdaşı istehsalı ilə bağlı iz- lər tapılmışdır. Bu dövrdə toxuculuq yarandı və saxsı qablar hazırlanmasına baş-landı. Əhali oturaq həyata keçməyə başladı.

Eneolit (Mis Daş) dövrü.

Eneolit dövrü e.ə.VI – IV minillikləri əhatə edir. Daş dövrünün sonu – metal əs-rinin başlanğıcı hesab edilən bu dövrdə insanlar ilk dəfə metalla tanış oldular və mis emalına başladılar. İlk vaxtlar mis külçələrindən soyuq döymə üsulu ilə müxtə- lif əşyalar hazırlanırdı.Zaman keçdikcə müxtəlif texniki qaydalara yiyələnmə sayə-sində mis külçələrindən əvvəlcə ocaqda qızdırılma yolu ilə, sonralar isə xüsusi qablarda əritməklə ibtidai metal işləmənin sirlərinə bələd oldular. Eneolit dövrü ya- şayış məskənlərindən tapılmış müxtəlif mis əşyalar (biz, iynə, bıçaq və s.) da bunu sübut edir. Ancaq mis yumşaq olduğuna və az tapıldığına görə daşı sıxışdıra bilmə-di. Bu dövrdə daş alətlərin hazırlanma texnalogiyası daha da təkmilləşdirildi. Ənənəvi əmək alətləri sırasına lövhəvari bıçaqlar, ərşin, qaşov, deşici alətlər, oraq dişləri aparıcı yer tuturdu. Əmək alətlərinin başqa qrupunu sümük məmulatı təşkil edirdi. Sümük işləmə içərisində yer şumlamaq üçün toxalar, biz, balıq toru toxu-maq üçün alətlər, qövsvari bıçaqlar əsas yer tuturdu.

Bu dövrdə toxa əkinçiliyi, maldarlıq və sənətkarlıq daha da inkişaf etdi. Mən-zillər və təsərrüfat tikililəri çay kənarında çiy kərpicdən və möhrdən dairəvi planda inşa olunurdu.

Bu dövrün yaşayış məskənləri Gəncə - Qazax, Mil–Qarabağ, Muğan, Naxçıvan bölgələrində aşkar edilmişdir. Son illər Eneolit abidələri Qobustan, Quba –Xaçmaz və Şəki – Zaqatala zonalarında da qeydə alınmışdır. Bu dövr abidələri elmi ədəbiy-yatda Kültəpə və Somutəpə arxeoloji mədəniyyəti kimi bəllidir. Eneolit dövründə Azərbaycanda bizə məlum olan bütün ev heyvanlarının demək olar ki, hamısının əhliləşdirilməsi başa çatdı. E.ə. V minilliyin sonlarında atın əhliləşdirilməsinə baş-lanıldı. Cəlilabad rayonunu Əliköməktəpə yaşayış yerindən əhliləşdirilmiş at sü-mükləri tapılmışdır.

Bu dövrdə ölülər yaşayış məskənlərində dəfn edilir, onların üzərinə qan rəmzi sayılan qırmızı boya çəkilir və ya oxra tökülürdü.

Tunc dövrü.

Eneolitin sonunda Tunc dövrünə keçidin əsası qoyuldu. Tunc misə müxtəlif qa-rışıqlar (sürmə, mərgümüş, nikel, qalay) əlavə edilməklə alınırdı. Tunc dövrü Er-kən, Orta və Son mərhələlərə bölünür.



Erkən Tunc dövrü.

Erkən Tunc Dövrü e.ə. IV minilliyin ikinci yarısından III minilliyin sonuna qədər davam etmişdir. Bu dövrə aid abidələr Kür-Araz ovalığında aşkar edildiyinə görə bu dövr Kür-Araz mədəniyyəti kimi tanınır.


- 4 -

Erkən Tunc dövründə toxa əkinçiliyini xış əkinçiliyi əvəz etdi. Əkin sahələri geniş-ləndirildi, sadə süni suvarma şəbəkələri yaradıldı, qoşqu qüvvəsindən istifadə edil-di. Xış əkinçiliyi və maldarlıq böyük dözüm tələb etdiyindən ailədə, təsərrüfatda və cəmiyətdə kişilərin rolu artmağa başladı və nəticədə ataxaqanlığı anaxaqanlığını əvəz etdi.

Bu dövrdə “köçmə” (yaylaq) maldarlığı meydana gəldi. Maldar tayfaların daxi-lində əmlak bərabərsizliyi yarandı. Birinci böyük ictimai əmək bölgüsü baş verdi, yəni əkinçilik və maldarlıq bir-birindən ayrıldı. Bu dövrdə kollektiv dəfnetmə və ölü yandırma, qəbrlər üzərində kurqanlar qurma adətləri meydana gəldi.

Erkən Tunc dövründə əhali dağətəyi və dağlıq zonaarda məskən saldı. Yaşayış evləri dairəvi planda tiktilirdi. Bu dövrdə bir neçə qohum qəbiləni birləşdirən tay-falar yarandı. Tayfanı ağsaqqallar idarə edirdi. Mühüm məsələlər tayfa ağsaqqalla-rının birgə yığıncağında həll edilirdi.



Orta Tunc Dövrü.

Orta Tunc dövrü e.ə. III minilliyin sonundan e.ə. II minilliyin ortalarına qədər davam etmişdir. Bu dövrdə Azərbaycanda yeni təsərrüfat sahələri olan bağçılıq və bostançılıq, üzümçülük və şərabçılıq meydana gəldi. Sənətkarlığın əkinçilik və maldarlıqdan ayrılması nəticəsində ikinci böyük ictimai əmək bölgüsü baş verdi. Bu dövrdə dulusçuluq sənəti xüsusilə fərqlənirdi. Azərbaycanda Kültəpə adlı qə-dim yaşayış məskənindən dulusçuluq məhəlləsi və dulus sobaları tapılmışdır. Bu dövrdə boyalı qablar mədəniyyəti yarandı və Azərbaycan boyalı qablar mədəniyyə-ti ilə Yaxın Şərqdə tanınmağa başladı. Tunc dövründə böyük tayfa ittifaqları meydana gəldi.



Son Tunc və İlk Dəmir Dövrü.

Bu dövr e.ə. XIV – VIII əsrləri əhatə edir. Bu dövrdə təsərrüfatın ayrı-ayrı sahə-ləri və sənətkarlıq yüksək inkişaf etmiş,qonşu ölkələrlə mübadilə və ticarət əlaqələ-ri genişlənmişdir. Müxtəlif sənət sahələrinin inkişafı ilə əlaqədar olaraq sənətkarla-rın arasından sənətkar – tacilər qrupu ayrıldı. Onlar istehsalla deyil hazır məhsulla-rın satışı ilə məşğul oldular.

Təsərrüfatda yarımköçəri yaylaq maldarlığı ön plana keçdi. Maldar tayfalar öz ehtityaclarından artıq qalan məhsulu əkinçilər və sənətkarlarla taxıla, əmək alətləri-nə və s. əşyalarla dəyişirdilər. Bu dövrdə at minik və qoşqu vasitəsi kimi insanların həyatında böyük rol oynadığı üçün ona sitayiş ayini əmələ gəldi. Kurqanlardan ta-pılmış dəvə skletləri bu dövrdə dəvəçiliyin də inkişaf etdiyini göstərir.

Son Tunc və İlk Dəmir dövründə dulusçuluq xüsusi yer tuturdu. Ayaqla hərəkə-tə gətirilən dulus çarxından istifadə olunurdu. Metalurgiya və metalişləmə sahəsin-də də böyük irəliləyişlər olmuşdu.

Son Tunc və İlk Dəmir dövründə tikinti işi və tikinti texnikası daha da təkmil-ləşdirilmişdi. Evlər düzbucaqlı formasında tikilirdi. Bu dövrdə siklop tikililər də meydana gəldi. Bu dövrdə dini inamlarda tayfa başçılarının ilahiləşdirilməsi və sə-ma cismlərinə inamın dərin kök salaması kimi dəyişikliklər meydana gəldi.


- 5 -

İbtidai icma quruluşunun dağılması.

İbtidai icma quruluşunun sonlarında Azərbaycan ərazisində yaşamış tayfalar qonşu ölkələrlə ticarət əlaqələrinə malik olmuşlar. Azərbaycan ərazisindən Assu-riya istehsalı olan şirli qablar, möhürlər, silahlar və s. əşyalar tapılmışdır. Onlardan biri də Xocalıdan tapılmış və üzərində mixi xətlə Assuriya hökmdarı I Adadnirari-nin adı yazılmış muncuqdur.



Bu dövrdə əhalinin varlılara və yoxsullara parçalanması prosesi xeyli gücləndi. Beləliklə, xüsusi mülkiyyət və əmlak bərabərsizliyinin meydana çıxması nəticəsin-də İbtidai icma quruluşu dağıldı, ilk sinifli cəmiyyətlər və dövlət qurumları yaran-dı.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə