Azərbaycan Dövlət İqtisad Universiteti TƏLƏBƏ : Abdıyev Toğrul kafedra : Tarix kurs : 1 qrup : 612 Fakültə : Maliyyə Bakı-2010




Yüklə 132.86 Kb.
tarix23.02.2016
ölçüsü132.86 Kb.
SƏRBƏST İŞ

Azərbaycan Dövlət İqtisad Universiteti

TƏLƏBƏ : Abdıyev Toğrul

KAFEDRA : Tarix

KURS : 1

QRUP : 612

Fakültə : Maliyyə

Bakı-2010

Ədəbiyyat siyahısı



  1. Ziya Bünyadov “Azərbaycan Tarixi” Bakı,1994(I və II Hissə)

  2. Şərifli Məhəmməd “IX əsrin II yarısı-XI əsr Azərbaycan feodal dövlətləri” Bakı,1978

  3. Süleyman Əliyarlı “Azərbaycan tarixi” Bakı,1996

  4. Azərbaycan tarixi üzrə qaynaqlar.Bakı,1989

  5. Azərbaycan tarixi VII cilddə - IV cild.Bakı,2007

  6. F.Qasımzadə - XIX əsr Azərbaycan ədəbiyyatı tarixi.Bakı,1974

  7. www.kitabxana.az

  8. www.vikipediya.az

  9. www.google.az


Mövzu 1

Paleolit dövrü. İbtidai ovçular-yığıcılar.

Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü ibtidai icma qurluşu adlanır.
İbtidai cəmiyyət başqa dövrlərə nisbətən uzun müddət davam etmişdir.İbtidai icma quruluşu ilk insanların yaranması ilə başlamış uzun inkişaf yolu keçmişdir.Bu quruluş ayrı-ayrı ərazilərdə müxtəlif dövrlərdə baş vermişdir.  İcma quruluşunun inkişaf və dağılması hər bir ölkənin təbii ehtiyatları və başqa amillərlə bağlı olmuşdur.İnsan cəmiyyəti ilk dəfə Avropa,Asiya və Afrikanın isti iqlim sahələrində əmələ gəlmiş və təşəkkül tapmağa başlamışdı.İbtidai icma quruluşunun tarixi insanın heyvanlar aləmindən ayrılması ilə başlanır.Müasir insana oxşar olan ən qədim insan tipi «Cənub meymunları»(Avstrolopitek) olmuşdur. Bu tipə aid insan qalıqları Afrikada(Keniyada) Rudolf gölü ətrafında tapılmışdır.İbtidai icma quruluşu Daş, Tunc və Dəmir dövrlərinə bölünür.
Daş dövrü aşağıdakı dövrlərə bölünür:
1. Paleolit (Qədim daş) dövrü
2. Mezolit (Orta daş) dövrü
3. Neolit (Yeni daş) dövrü


ALT PALEOLİT

Paleolit dövrünün ilk pilləsi olan Alt paleolit dövrü ilk insan tipinin yaranmasından başlayaraq 100 min il əvvələ qədər davam etmişdir.Bu dövrə aid tapıntılar erməni işğalı altında olan Füzuli şəhəri yaxınlığında Quruçay dərəsindəki Azıx mağarasından tapılmışdır. Buradan tapılan alətlər o qədər kobuddur ki, onları adi çay daşlarından ayırmaq çətindir.Daha sonrakı dövrlərə aid tapıntılardan isə kobud əl çapacaqları,ərşin-qaşov,sıyırğac və s. alətlər tapılmışdır.Buradan nəsli kəsilmiş müxtəlif vəhşi heyvanların sümükləri də tapılmışdır.Azıx mağarası qədimliyinə görə dünyada dördüncü yerdədir(SSR-də isə I olmuşdur). Bunu 1962- ci ildə Azərbaycan tarixçisi Məmmədəli Hüseynovun aşkarladlğı 350-450 min il bundan əvvəl yaşamış insanın alt çənə sümüyünün qalığı sübut edir.Alimlər həmin ibtidai insanı “Azıxantrop”, yəni Azıx adamı adlandırmışlar.

İbtidai insanların ilk məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur. Onlar yabanı meyvə giləmeyvə,quş yumurtası toplayır,yeməli bitkilərin köklərini,torpaqda olan cücülərin süfrələrini qazıb çıxarırdılar. yığıcılıqla qadınlar məşğul olurdular. İnsanların ilk əmək alətləri dəyənək,itilənmiş ağac və çapacaqlar olmuşdur. Bunlarla silahlanmış insan qrupları xırda heyvanları, iri heyvanların balalarını, xəstə və sürüdən geri qalan heyvanları ovlayırdılar.Ovçuluqla əsasən kişilər məşğul olurdular.Ən qədim insan sadə işlər görür, əmək alətləri hazırlaya bilirdi. Onların hazırladıqları ilk əmək alətləri dəyənək, sivri daş, iti uclu ağac idi.Ən qədim insanlar müasir insanlardan fərqli olaraq xeyli qabağa əyilməklə iki pəncə üzərində yeriyir, danışa bilmir, qırıq-qırıq səslər çıxarırdılar.Ən qədim insandan fərqli olaraq “bacarıqlı insan” iki ayaq üzərində gəzə bilirdi, beyinləri nisbətən inkişaf etmişdi. İbtidai insanlar kiçik qruplar, dəstələr halınada yaşayırdılar. Belə kiçik kollektivlər ibtidai insan sürüsü və ya ulu icma adlanır. Ulu icma kortəbii şəkildə, təbiət hadisələri qarşısında aciz qalmamaq məcburiyyətindən yaranmışdır. Belə kollektivlər daimi olmadığı kimi,ibtidai icma quruluşunun ilk pilləsində yaranmış, qəbilə icması yaranana qədər mövcud olmuşdur.

Qədim insanları heyvanlardan ayıran əsas məsələ onların əmək alətləri hazırlaması və oddan istifadə etmələri olmuşdur. Heç bir heyvan ən adi primitiv alət hazırlaya bilmədiyi kimi, oddan da qorxmaqdadırlar. İnsanlar ilk vaxtlar şimşək çaxması,vulkan püskürməsi, üzvi maddələrin öz-özünə yanması zamanı yanan odu götürərək istfadə edirdilər.Odu heç bir zaman sönməyə qoymudular. Oddan isinmək, vəhşi heyvanlardan qorunmaq, yemək hazırlamaq üçün istifadə olunurdu.Odu sönməməsi üçün böyük tonqallar qalanır və qadınlar daim odun keşiyində dururdular. Azıx mağarasında 700 min il əvvələ aid ocaq izləri tapılmışdır.

Alt paleolitin sonunda əmək alətlərini yeni növü kəsicilər meydana gəlmişdir. Alətlər əsasən çaxmaqdaşı, bazalt və obsidiandan (vulkanik şüşə, dəvəğözü) hazır-lanırdı. Bu materiallar əsasən parçalandığı zaman iti-kəsici qəlpələr alındığı üçün dişli, ucu oymalı, qaşov tipli alətlər hazırlanırdı.

ORTA PALEOLİT

Orta Paleolit texminen 100 min il bundan əvvəl başlamış, e.ə 40-cı minilliyə qədər davam etmişdir. Bu dövr Mustye mədəniyyəti (Mustye-Faransada yer adıdır. Orta Paleolit əmək alətləri ilk dəfə buradan tapılmışdır ) dövrü də adlanır. Orta Paleolit dövründə Azərbaycanın ərazisində yaşayan qədim insanların həya-tında bir sıra əhəmiyyətli yeniliklər baş vermişdir. Kiçik Qafqazın cənub-şərq yamacında, Naxçıvan, Qarabağ, Qazax bölgələrində məskən salmışlar. Arxeoloqlarımız Qarabağda Tağlar, Naxçıvanda Qazma, Qazaxda Damcılı mağaralarında Orta Paleolit dövrünə aid zəngin maddi mədəniyyət nümunələri tapılmışlar.Orta Pale-olit dövründə yeni insan tipi yaranmışdır. Həmin insanlar NEANDERTAL adamı adlanır. Neandertal - Almaniyada yer adıdır. Burada ibtidai insanın kəllə sümüyü tapılmışdır.Onlar əsasən ovçuluqla-Qafqaz maralı, mağara ayısı, boz ayı, tur, dağkeçisi, vəhşi at və s. ovlamaqla, həmçinin yem toplamaqla(yığıcılıqla) məşğul olmuşlar.
    Ətraf aləmə münasibətdə və ibtidai dini təsəvürlərdə müəyyən dəyişikliklər baş vermişdir.Axirət dünyasına inam ilk dəfə bu dövrdə yaranmışdır.Oda, ovsunlara,heyvanlara( totemlərə),təbiət qüvvələrinə inamla bağlı dini təsəvvür formaları meydana gəlmişdir.


ÜST PALEOLİT

  Orta Paleolit dövründən başlayaraq ulu icma yavaş-yavaş sıradan çıxmış, qəbilə icması yaranmağa başlamışdır.Üst Paleolit texminen 40 min il bundan əvvəl başlamış, e.ə. 12-ci il minilliyə qədər davam etmişdir. Bu dövrdə iqlim mülayimləşmiş, bitki və heyvanat aləmində, habelə ictimai həyatda xeyli dəyişikliklər baş vermişdir.


   Azərbaycanın bir sıra bölgələrində Üst Paleolit dövrünün mağara düşərgələri öyrənilmişdir. İbtidai insanlar bu mağaralarda yaşamış və vəhşi heyvanların hücumlarından qorunmuşlar. Bu dövrün maddi qalıqlarına Qarabağ və Qazax bölgələrində rast gəlinmişdir.
Üst Paleolit dövründə bir sıra heyvanların, xüsusilə nəhəng maralın, mağara ayısının nəsli kəsilmişdir.İnsanlar ən çox Qafqaz maralı ceyran, cüyür, dağkeçisi və s. ovlayırdılar.İnsanların istifadə etdikləri uclu qaşovlar, biz, dairəvi, yarım dairəvi və uzun qaşovlar, gəzli (yəni kənarı dişikli) və üçbucaq əmək alətləri geniş yayılmışdır. Üst Paleolit dövründə Azərbaycan ərazisində müasir insan tipinin, yəni
ağıllı insanın Homo Sapiyens yaranması başa çatmışdı.İnsan fiziki və əqli inkişafın yüksək mərhələsinə çatmışdır. Təfəkkür və nitq inkişaf tapmışdır. İbtidai cəmiyyətin bu mərhələsində ilk vaxtlar insanlar bir-birini adi hərəkətlərlə kinetik dillə-əl, dodaq hərəkətləri ilə başa salırdılar. Lakin onlar bu üsulla uzaq məsafədə və qaranlıqda ünsiyyət yarada bilmirdilər. Əmək fəaliyyətinin artması, şüurun, düşüncənin inkişafı tədricən səsli nitqin yaranmasına səbəb olmuşdu.
   Səsli nitq ilk vaxtlar ibtidai insanların yaratdığı və tələffüz etdiyi ilk sözlərdən, təsərrüfat həyatı ilə bağlı tək-tək sadə ifadələrdən ibarət olmuşdur. Tədricən ayrı-ayrı ifadələrin birləşməsindən (iki-üç və s. sözdən) nisbətən mürəkkəb fikri ifadə edən səsli nitq-danışıq ünsiyyət vasitəsi yaranmışdır.
Ulu icmanı qəbilə icması əvəz etmişdir. Onun əsasını qan qohumu olan insanların birliyi təşkil edirdi. Buna nəsli qəbilə quruluşu deyilir.
Nəsli qəbilə dövründə insanlar ana xətti ilə qohumluq əsasında birləşmişdilər. Qəbilənin həyatında qadın mühüm rol oynayirdı. Uşaqların qayğısına qalmaq, gi-ləmeyvə və yabanı bitkilər toplamaq, odu qoruyub saxlamaq, yemək hazırlamaq və s. qadınların işi idi. Buna görə də nəsli qəbilə icması anaxaqanlığı (matriarxat) adlanır. Üst paleolit abidələri nisbətən zəif öyrənilib. Onun izlərinə Damcılı və Tağlar mağaralarında, Yataq yeri adlı açıq düşərgədə rast gəlirik. Tağlar mağa-rasının yuxarı qatında Mustye tipli itiuclularla birlikdə Üst Paleolitin başlanğıcı üçün səciyyəvi olan uclu qaşovlar, kəsicilər, bizlər, saplaqlı alətlər, biz formalı kiçik itiuclular, prizmaşəkilli nüvələr tapılır. Üst Paleolit dövrü incəsənəti xüsusilə diqqəti cəlb edir. Matriarxat dövründə qadına sitayişlə əlaqədar rəmzi mənada çoxlu qadın təsvirləri yaradılmışdır. Son Paleolit dövründə zəngin qəbir avadanlığına malik müxtəlif dəfn adətləri olmuşdur. Bu dövrün adamları fiziki cəhətdən müasir insan formasında (neantrop, kromanyon və s.) olmuşlar

Mövzu 2

Manna Dövləti

E.ə. I minilliyin əvvəllərində Urmiyayanı Zaqroş zonasında müxtəlif birləşmələr yaranması burada ilk iri siyasi birləşmənin-Manna dövlətinin meydana gəlməsi üçün zəmin yaradır.Manna dövləti Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət hesab edilir.Manna dövləti qədim ənənələri olan bir ərazidə,qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir ərazidə meydana gəlmişdi.Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kutilər,lulubilər və kassilərin bilavasitə varisi idi.Mannanın adı mixi yazılı mənbələrdə ilk dəfə e.ə. 843-cü ildə III Salmanasar kitabəsində “Munna” formasında çəkilir.Adətən assurlar Mannanı “Manneylər ölkəsi”, Mannaş, urartulular isə Manna ölkəsi adlandırırdılar.S.Qaşqay qeyd edir ki,Manna adı mənşəcə yerli ad idi.Bəlkə də bu ad əvvəlcə Urmiyayanı tayfalardan birinə məxsus olmuş,sonralar mannalar ərazi və tayfaları birləşdirdikdən sonra bu ad bütün dövlətə şamil edilmişdir.

III Salmanasarın hakimiyyətinin XVI ilindəki (e.ə. 843) yürüş təsvir edilərkən məlumat verilirdi ki,çar Daxili Zamuada məskənləri tuta-tuta Manna ölkəsinə çatmışdılar.Lakin səlnamədə Manna dövlətinə yürüşdən və ya bac alınmasından bir kəlmə də bəhs edilmir.Görünür assurlar ya Mannanı istila edə bilməmiş,ya da yalnız Mannanın sərhəddinə kimi irəliləmiş və daha sonra yolunu dəyişərək qonşu Allarabia ölkəsi üzərinə yerimişlər.Məğlubiyyətə baxmayaraq Manna təslim olmadı,bac vermədi.Assurlar ancaq bac verməklə kifayətləndilər.III Salmanasarın dövründən başlayaraq mixi yazılı mənbələrdə ardıcıl olaraq Manna hökmdarlarının adları və onların paytaxtı Zirta şəhərinin (sonrakı mənbələrdə bu şəhər İzirtu adlandırılır) adı çəkilir.

Hökmdar Udakidən sonra e.ə. 737-ci il yürüşləri ilə əlaqədar III Tiqlatpalasar və II Sarqonun e.ə. 718-ci ilə aid kitabələrində Manna hökmdarı İranzunun adı çəkilir.S.Qaşqay qeyd edir ki,əgər hər iki kitabədə adı çəkilən İranzunun eyni adam olduğunu nəzərə alsaq deməli İranzu 20 ildən çox Mannada hakimiyyətdə olmuşdur.Bu məlumatlardan da görünür ki,Mannada hökmdarlıq təsisatı irsi imiş.Bir-birinin ardınca hökmdarlıq etmiş Aza və Ullusunu İranzunun oğulları idilər.Assur hökmdarı Asarxaddonun müasiri Ahşeridən sonra Mannanı onun oğlu Ualli idarə edirdi.

Tədqiqatçılar qeyd edirlər ki,materiallar Manna hökmdarlığının dövlət quruluşu haqqında aşağıdakı şəkildə təsəvvür yaradır.Dövlətin başında irsi hakimiyyət daşıyan hökmdar dururdu.Dövlətin ərazisi hökmdarın təyin etdiyi canişinlər tərəfindən idarə olunan əyalətlərə bölünürdü.Q.A.Melikişvili göstərir ki,hətta bu canişinlərin bəziləri irsi hakimiyyətə malik idilər.Mannada siyasi kursu dəyişdirmək üçün sui-qəsdlər edilir,mövcud hökmdarlar hakimiyyətdən salınır və özlərinə yarayanlar hakimiyyətə gətirilirdi..Məsələn,Assur tərəfdarı olan Azani Urartu ilə müttəfiqlikdə olan qardaşı Ullusunu hakimiyyətdən salmışdı.Eyni zamanda II Sarqonun məlumatlarından görünür ki,Ullusunu “özünün böyükləri,ağsaqqalları,canişinləri...ağsaqqallar şurası” ilə birlikdə II Sarqonu qarşılamağa çıxmışdı.

Manna özünün ən parlaq çiçəklənmə dövrünə,görünür ki,hökmdar İranzunun sələfləri və onun öz hakimiyyəti dövründə çatır.İranzunun sələflərinin adı bizə məlum deyil.Belə ki,həmin dövrdə Manna ilə daha çox toqquşan Urartu hökmdarları öz kitabələrində Manna hökmdarlarının adlarını çəkmirlər.Onlar ümumiyyətlə nadir hallarda öz rəqiblərinin adlarını çəkirlər.Lakin həmin dövrdə Mannanın Urartuya hücuma keçməsi faktı Mannanın artıq gücləndiyini göstərir.Buna Assuriyanın Mannada hərbi əməliyyatlar aparmaması da şərait yaradırdı.Assur hökmdarı III Tiqlatpalasar artıq Assuriyanı narahat etməyə başlayan Midiya dövləti ilə məşğul olurdu.

İranzunun hakimiyyətinin son dövrlərində Mannanın mövqeyi bir qədər zəifləyir.İranzunun ölümündən (təqribən e.ə. 719-716) sonra onun oğulları arasında hakimiyyət uğrunda mübarizə başladı.Atası İranzunun siyasətini davam etdirən və Assur tərəfdarı olan böyük oğlu Aza hakimiyyətə keçdi.Lakin o,çox az hakimiyyət sürdü və tezliklə Urartu ilə ittifaq tərəfdarları tərəfindən məğlub edildi.Aza öz dövlətinin ərazisində müdafiəyə çəkilməyə məcbur oldu.O,”çıxılmaz Uauş dağında” (Səhənd) möhkəmləndi,lakin sui-qəsd nəticəsində öldürüldü.Hakimiyyətə onun qardaşı Ullusunu gətirildi.(Mənbələrdə Ullussunun Urartu tərəfindən hakimiyyətə gətirildiyi və bunun qarşılığında da bir neçə Manna qalasının Urartuya verildiyi qeyd olunur)Assuriya əlbəttə ki,müttəfiq dövlətin itirilməsi ilə barışa bilməzdi.Ona görə də II Sarqon Mannanın itirilmiş(Urartuya verilmiş) ərazilərinə yürüş edərək onları yenidən Mannaya tabe edir. Lakin bu dövrdə Ullusunu Assurla ittifaq göstərməkdən boyun qaçırdı.Buna görə də II Sarqon Mannanın paytaxtı İzirtu şəhərinə hücum edərək Zibia və Armait qalalarını ələ keçirdi.Ullusunu çox ağır vəziyyətə düşmüşdü.O,Assurun himayəsindən qurtulmaq və Urartudan yardım almaq fikrindən daşınmalı oldu.II Sarqon onu bağışladı,”bütün günahlarından keçdi” və Manna taxtında saxladı.Həmin dövrdən Ullusunu II Sarqonu müdafiə etdi və Urartu ilə mübarizədə ona yardım etdi.II Sarqonla Ullusunu arasında müqavilə bağlandı.Bu müaviləyə əsasən Ullusunu özündən əvvəlki Manna hökmdarlarına nisbətən Assurdan müəyyən imtiyazlar aldı.Urartu koalisiyasının məğlubiyyətindən sonra II Sarqon Urmiya gölünün Şimal hissəsinə yürüşlərini davam etdirdi və Subi əyalətindəki bir çox qalaları,o cümlədən Sanqibutu əyalətindəki zəngin Ulxu şəhərini Urartudan alaraq Mannaya qaytardı.II Sarqon Mannanı müttəfiq dövlət adlandırırdı.

Mannanın növbəti hökmdarı Ahşerinin (Ahseri) adı Asarhaddonun (e.ə. 680-669) məlumatlarından birində çəkilir.Assurla mübarizədə Ahşeri Manna ölkəsinin əyalətlərində yerləşən kimmerlərin,skiflərin və sakların yardımından istifadə edirdi. Ahşeri Aşşurbanapalın (e.ə. 669-627) daha güclü təzyiqinin sınağından keçməli oldu.Həmin dövrdə Manna şübhəsiz,Assurdan o qədər də gücsüz deyildi.Əvvəlcə Aşşurbanapal sülh müqaviləsi vasitəsilə Manna tərəfindən zəbt edilmiş Assur qalalarının qaytarılmasına çalışdı.Lakin Assur torpaqları sülhlə qaytarılmadı.Manna və Assur arasında döyüş oldu və Manna məğlub edildi.Bu məğlubiyyətdən sonra mannalar Ahşerinin əlehinə çıxdılar.Mənbələrin məlumatına görə ölkə əhalisi onun meyidini öz şəhərinin küçəsinə tullayıb cəsədini sürütlədilər.Onun qardaşlarını,ailəsini,nəslini qılıncdan keçirdilər.Görünür ölkədəki bu üsyan daxili idarəetmə üzündən deyil,məhz Ahşerinin xarici siyasətinə qarşı baş vermişdi.Çünki,Aşşurbanapalın Ahşerinin bütün nəslinin qılıncdan keçirilməsi barədəki məlumatının əksinə olaraq Ahşeri öz oğlu Ualli ilə əvəz olunmuşdu.Ahşerinin əlehdarları Assurla ittifaq tərəfdarları idilər və üsyan da Assurun köməyi olmadan hazırlana bilməzdi.

Manna dövlətinin adı çəkilən mixi yazılı kitabələrdə göstərilir ki,o, e.ə. 616-cı ildə Assurun Babillə son müharibəsinə kimi Assurun müttəfiqi olaraq qalmaqda idi.Gedd səlnaməsi məlumat verir ki,Assuru ağır məğlubiyyətə uğradan Babil hökmdarı Nabopalasar Assur əyanları və onlara köməyə gələn mannaları əsir aldı.Assuru qəti olaraq məğlubiyyətə uğradan madaylar Yaxın Şərqdə rəqabətsiz qüdrətli bir dövlətin əsasını qoydular.Madaylar Manna dövlətini çox güman ki,e.ə. 615-610-cu illər arasında darmadağın etmişlər.Lakin hələ bir müddət Midiyadan asılı olsa da Manna varlığını qoruyub saxlayırdı.

Mannanın adı çəkilən sonuncu yazılı mənbə Bibliyadır.İeremiya kitabında Urartu dövləti,Manna və skiflər e.ə. 593-cü ildə madaylarla birlikdə Babil əlehinə çıxışa çağırlırlar.E. ə. IX əsrdə Manna ərazisinda bir sıra xırda dövlət birləşmələri mövcud idi. Bu dövlətlər müstəqil xarici siyasət yürüdür və xarici müdaxiləyə qarşı təkbaşına mübarizə aparırdılar. Mannanın ərazisində Zamua, Mazamua, Gilzan, Allabria, Karalla, Meişta-Mesi, Alateye, Surikaş, Missi, Gizlibunda, Uişdiş, Buştu, Bara-Sanqibuti, Zikirtu və Andia kimi vilayətlər meydana gəlmişdi. Mannanın Subi vilayəti öz atları ilə xüsusilə fərqlənirdi.

Mövzu 3

Xürrəmilər hərəkatı

Xürrəmi hərəkatının əsasında duran işğala və ideoloji əsarətə qarşı milli-mənəvi azadlıq hərəkatı VIII əsrin ortalarından başlamışdı. Hələ Babəkdən 70 il əvvəl Xürrəmilər ərəb işğalı və zorla islamlaşdırma siyasəti ilə mübarizəyə başlamışdılar. 748-ci ildə başlayan I və 778-ci ildə başlayan II Xürrəmi hərəkatları nəticəsiz qurtarmışdı. 808-ci ildə vüsət alan III Xürrəmi hərəkatına Cavidan başçılıq etmişdi. Cavidanın dövründə Cənubi Azərbaycan bu mübarizənin mərkəzinə,Bəzz qalası  isə Xürrəmilərin paytaxtına çevrilmişdi.Xürrəmi ideologiyası Zərdlüştlük və Məzdəkizmin ehkamları üzərində qurularaq, həm maddi dünyada, həm də insanın daxilində qaranlıq və işıq, xeyir və şər timsalında iki qüvvə arasında mübarizə getdiyini və bu qüvvələrin Tanrının iki müxtəlif enerjisi olduğunu iddia edirdi. “Xürrəm” sözü hər bir azərbaycanlının anlayışında “şadlıq” və ya “sevinc” mənasını daşıyır.

Babək Xürrəminin doğum tarixi dəqiq məlum olmasa da, bəzi dolayı məlumatlara əsaslanan tədqiqatçılar belə hesab edirlər ki, bu Azərbaycanın ərəblər tərəfindən tam işğal olunmasından təxminən yüz il sonraya – 798-ci ilə təsadüf edir. Bir sıra ərəb mənbələrində qeyd olunur ki, guya Babəkin əsl adı müsəlman adı olan Həsən imiş.Babək Bəzz şəhərindəki hökmdar malikanələrinin idarəçisi işlədiyi az bir vaxtda təkcə Cavidanın deyil, həm də bütün xalqın böyük hörmət və məhəbbətini qazanır. Bəzz yaxınlığındakı dağlarda yaşayan bəzi Xürrəmi icmalarına başçılıq edən Əbu İmranla Cavidan arasında baş verən toqquşmaların biri onlar üçün təktəbək ölüm-dirim savaşına çevrilir.Uzun sürən gərgin döyüşdə Əbu İmran həlak olur. Ölümcül yaralanan Cavidan isə, üç gündən sonra dünyasını dəyişir. Cavidanın xanımı döyüşçülərin hamısını toplayaraq,onun vəsiyyətini çatdırır.Vəsiyyətə görə Cavidan öldükdən sonra xürrəmilərə Babək başçılıq etməli idi.Şərtləşdirilmiş işarə üzrə Babəkin tərəfdarları Bəzz şəhəri əhatəsindəki işğalçı ərəb valilərini və onların tərəfində duranların müqavimət göstərənlərini məhv etdilər, tabe olanları isə əsir aldılar. Bundan sonra milli azadlıq hərəkatı güclü dalğa ilə ölkənin digər vilayətlərinə də yayıldı.Qısa müddətdə təqribən bütün Azərbaycan ərazisi Xürrəmilərin əlinə keçdi.Xürrəmilər və Xilafət orduları arasında ilk döyüş 819-cu ildə baş verdi və böyük üstünlüyə malik ərəb ordusu qələbə qazana bilmədi. Xürrəmi orduları bütün hücumları qəhrəmancasına dəf edib ərəb qoşunlarını geri oturdurdu.Daha sonra 829-cu ilin 3 iyununda baş verən I Həşdatsər döyüşündə xilafət ordusu ağır məğlubiyyətə uğradıldı, Məhəmməd ibn Hüməyd öldürüldü.Bir il sonra 830 -cu ildə I Həmədan döyüşündə ərəblərin yeni komandanı İbrahim əl-Leys ibn Fəzl də Xürrəmilərə biabırçı surətdə məğlub oldu və Azərbaycanın cənub şəhəri Həmədan da ərəb işğalından azad edildi. Bu məğlubiyyətdən sonra Bağdad uzun müddət hücumlara ara verdi.

833-cü ildə öz taxtına qardaşı Mötəsimi əyləşdirəndən sonra xəlifə Məmun öldü.Mötəsim xilafətin paytaxtını Bağdaddan Samirəyə köçürdü.Ordusunu yenidən quran və türk dəstələri ilə möhkəmləndirən Mötəsimin qoşunları Həmədan yaxınlığında Xürrəmi ordusu ilə döyüşə girdi. Ərəb ordusuna İshaq ibn İbrahim ibn Müsab, Xürrəmi ordusuna isə Babək oğlu Buğday başçılıq edirdi. 833-cü ildə baş verən bu döyüşdə Xürrəmilər ənənəvi döyüş taktikalarını dəyişərək, açıq meydanda vuruşa girdilər. Xürrəmi strateqləri bu zaman qeyri-bərabər say nisbətini, eləcə də qoşunların silahlanma dərəcəsindəki fərqləri nəzərdən qaçırmışdılar. Xürrəmilərin o qədər də yaxşı təlim keçməmiş süvari qoşunları, sayca üçqat üstünlüyə malik muzdlu nizami ordunu açıq çöl şəraitində yenə bilmədi və məğlubiyyətə uğradı.Beləliklə,II Həmədan döyüşündə Xürrəmilər 60 minədək döyüşçü itirdi. Onlar 20 minlik qoşunla geri çəkilib yenidən toparlanmağa başladılar.Bundan sonra xəlifə Azərbaycanı yenidən işğal etmək üçün böyük qoşun toplanışı keçirərək, ordunun başına ən istedadlı və nüfuzlu sərkərdələrdən birini - Heydər ibn Kavus əl-Afşini gətirdi.Mötəsim onu Azərbaycan əyalətləri olan Arran, Muğan, Ərminiyyə və Cibəl hakimi təyin etdi. Afşin öz mənşəyinə görə türk zadəganlarından idi və islama itaət edirdi. 836 -cı ilin yazında Afşin nəhəng ordusu ilə Azərbaycana daxil oldu.O, çətin keçilən dağları aşaraq Bəzz qalasına aparan yola çıxdı.Yolüstü kiçik yerli özünümüdaifə dəstələrini məğlub edən Afşin işğalçı ərəb qoşunlarının Bəzz ətrafında yaratdığı mühasirə həlqəsini yavaş-yavaş daraltmaqla məşğul idi. Əslində isə onun bu taktikası, Babəkin özü ilə birlik yaradaraq xilafətə qarşı çıxmaq üçün vaxt udmasına çalışmaqdan ibarət idi.Həmədan yaxınlığındakı məğlubiyyətdən sonra, müdafiə taktikası seçən Babək açıq çöldə hücuma keçmir, qaladan çıxmadan düşməni gözləyirdi.Beləliklə, II Həşdatsar döyüşündə Xürrəmilər ərəblər üzərində parlaq qələbə çaldılar. Düşmənin xeyli canlı qüvvəsi məhv edildi, çoxlu qənimət ələ keçirildi. Bu 836-cı ildə baş verdi.Bundan sonra Mötəsim Afşinə köməyə daha on min türk döyüşçüsü göndərdi. Xürrəmilərin taleyi təhlükə altında idi.Bunu görən Babək dərhal Bizans imperatoru Feofilə məktub göndərdi.Məktubu alan kimi İmperator Feofil 100 minlik ordu ilə Xilafətə qarşı hərbi yürüşə başladı.Lakin, xəlifə Bizansla müharibədə uğursuzluqlarına və məğlubiyyətə uğrama təhlükəsinə baxmayaraq, Azərbaycandan bircə döyüşçüsünü də geri çəkmədi. Bizans üzərində qələbə çaldıqdan sonra isə, xəlifə Mötəsim Afşinə məktub yazaraq, ondan qarşısında qoyulmuş vəzifəni mümkün qədər tez yerinə yetirməsini tələb etmişdi.Bu təlimatı alan Afşin özünün Bəzz qalası yaxınlığındakı düşərgəsinə qayıtmağa məcbur oldu. Babək ən təcrübəli sərkərdələrindən olan Adsini 10 minlik qoşunla ərəb ordusunun yolunu kəsməyə göndərdi. Adsin düşmənin qüvvələrini və mövqeyini düzgün qiymətləndirmədiyindən məğlubiyyətə uğrayaraq Bəzzə çəkildi. Ölkənin paytaxtına doğru irəliləyən düşməni saxlamaq üçün göstərilən sonuncu cəhd də uğursuzluqla nəticələndi. Bəzzə yaxınlaşan Afşin öz mövqelərini strateji əhəmiyyətli üç dağda möhkəmləndirdi və şəhəri uzun müddət mühasirədə saxlamaq məqsədilə düşərgəsini iri daşlarla hördürdü.

Son döyüş

Afşinin növbəti hücumundan əvvəl Babək Adsinin başçılıq elədiyi ordunu yaxınlıqdakı dağların arxasına göndərdi və onlar meşələrdə gizləndilər. Sabahısı gün Adsinin ordusu mühasirəyə salınaraq məğlubiyyətə uğradıldı. Adsin başda olmaqla son damla qanınadək qəhrəmanlıqla döyüşən bütün xürrəmilər həlak oldu.Babək Bəzz qalası uğrunda son döyüşü qaladan seyr edirdi.Şəhər ətrafındakı döyüş meydanlarında qeyri-bərabər say nisbətinin diqtə etdiyi dəhşətli bir mənzərə yaranmışdı.Babək ətrafında qalan son 5 nəfərlə birlikdə Bəzzi tərk etməyə məcbur oldu. 837 -ci ilin 26 avqustunda  Afşinin komandanlığı altında işğalçı ərəb ordusu Bəzz qalasına daxil oldu. Qalanın süqutu ərəblərə çox baha başa gəlmişdi. Ərəb ordusu son döyüşdə 100 min əsgərinin qanı bahasına aldığı qalanı işğal etmişdi.

837 -ci ilin sentyabrında artıq Bəzz şəhərində Xürrəmilərin qırmızı bayraqları yerində Xilafətin qara bayraqları dalğalanırdı.Bizans İmperiyası ilə Xürrəmilər arasında müttəfiqlik sazişi bağlanmışdı.İmperator Babəkə ərəblərə məğlub olacağı təqdirdə qoşun və silahla yardım edəcəyinə söz vermişdi. İndi Babək öz ölkəsini və xalqını xilas etmək üçün yardım almaq məqsədilə Bizansa üz tutmuşdu. Babəkin fikri belə idi ki, müttəfiqindən kömək aldıqdan sonra ölkənin hələ işğal olunmamış şimal ərazilərində yenidən qoşun toplasın və düşmənə qarşı qəti hücuma keçsin.Sumbat öz şansını əldən buraxmamaq üçün hər şeyi edir. O, Afşinin üstünə çapar göndərib Babəkin yerini bildirir. Afşin Səhlin malikanəsinə 4 minlik qoşun göndərir. Babəki və qardaşı Afşinin iqamətgahına gətirirlər. 838-ci il martın 14də Babək Xilafətin paytaxtı Samirə şəhərində edam edildi.Xürrəmi Hərəkatı məğlub olsa da , Xilafəti xeyli zəiflətdi və ərəblərin yeni işğalçılıq planlarını ciddi korrektə etmələrinə səbəb oldu.

Mövzu 4

Rəvvadilər Dövləti(981-1047)

Salarilər hakimiyyətinin zəiflədiyi dövrdə qüvvətlənən Təbriz,Marağa və Əhər hakimi Əbülhica 981-ci ildə axırıncı Salari hökmdarı İbrahim ibn Mərzbanı (962-981) taxtdan salıb Rəvvadilər dövlətinin əsasını qoydu. Bu sülalənin soykökü qədim ərəb nəsillərindən birinə bağlanırdı. Xilafət işğalları zamanı Azərbaycanın Güney bölgələrinə də çoxlu ərəb köçürülmüşdü. Ərdəbil, Təbriz, Marağa, Qaradağ və Əhər bölgələrində müxtəlif ərəb nəsilləri yurd salmışdılar. Onlardan biri də Əzdilər nəsli idi. Bu nəslin banisi əslən Yəmənli olan ər-Rəvvad əl-Əzdi idi. Azərbaycanda məskən salmış başqa ərəb nəsilləri kimi rəvvadilər də yerli əhali ilə qaynayıb-qarışmışdılar.Hələ VIII yüzilin sonlarında yarımmüstəqil dövlətə çevrilmiş Rəvvadi əmirliyi zaman-zaman tamamilə müstəqilləşir,az qala Azərbaycanın bütün Güney torpaqlarını öz nəzarəti altında saxlayırdı. Salariləri məğlubiyyətə uğratdıqdan sonra Rəvvadilər Azərbaycanın Güney torqaqlarını qəti olaraq öz hakimiyyətləri altında birləşdirdilər. Bundan başqa Rəvvadilər Muğan hakimi Sipəhbudu məğlub edib özlərindən asılı vəziyyətə saldılar.Rəvvadilərdə digər feodal dövlətləri kimi ərəb xilafətinin zəiflədiyi dövrdə(IX əsrdən başlayaraq) meydana gələn dövlətlərdən biri idi.Bu dövlət Azərbaycanın cənubunda-Arazın o tayında meydana gəlmişdir.Dövlətin paytaxtı Ərdəbildən Təbrizə köçürüldü. Bu, mütərəqqi bir addım idi. Çünki Təbriz bütün Azərbaycan torpaqlarının iqtisadi, siyasi və mədəni baxımdan birləşdirilməsi üçün çox əlverişli mövqedə yerləşmişdi.

Əbülhicadan sonra hakimiyyətə Vəhsudan(1020-1059) gəldi.O bir neçə vacib tədbirlər həyata keçirdi.Bunun sahəsində mərkəzi hakimiyyət xeyli gücləndi.1028-ci ildə Mahmud Qəznəvinin Xorasan oğuzlarına vurduğu ağır zərbədən sonra təqribən 2000 oğuz ailəsi Azərbaycana köçdü və rəvvadi hökmdarı Vəhsudanın icazəsi ilə burada məskən saldı.Rəvvadilərlə Şəddadilərin oxşarlığı isə hər iki dövlətin mövcud olduğu vaxtda oğuz türklərinin axını olmuşdur.Rəvadilərin hakimiyyəti dövründə Azərbaycanda Oğuz türklərinin mövqeyi daha da möhkəmləndi.1042-ci ildə Təbrizdə zəlzələ baş verdi.Zəlzələ nəticəsində şəhərə çox ziyan dəydi və bunu görən Vəhsudan Təbrizi tərk edib başqa qalaya köçdü.Zəlzələdən özünə gəlməyən Rəvvadilər dövlətinə Toğrul bəyin başçılığı ilə səlcuq türkləri hücum etdi.1054-cü ildə baş verən bu hücumda Rəvvadi hakimi Vəhsudan siyasi hakimiyyəti əlində saxlamaq məqsədilə səlcuqların vassallığını qəbul etməyə məcbur oldu.Lakin daha sonra səlcuq sultanı Alp Arslan Azərbaycana gəldiyi zaman Rəvvadilərin müstəqilliyini tamam ləğv edərək 1065-ci ildə Təbrizə səlcuq əmirini təyin etdi.Bununla da Rəvvadilər dövləti öz müstqilliyini itirərək,səlcuqların hakimiyyəti altına keçdi...

Mövzu 5

Azərbaycan XIV əsrin II yarısı XV əsrin əvvəllərində. Hürufilər hərəkatı.

XIV əsrin II yarısı Azərbaycan ərazisində mövcud olmuş Hülakülər (Elxanilər) dövləti artıq 1357-ci ildə Çobanilərin başçılığı altında süquta uğradı.1340-cı ildə Cəlairi dövlətinin əsası qoyuldu. Bu dövrdə Azərbaycan ərazisində Şirvanahlar dövləti də mövcud idi. Şirvanşah Kavusun ölümündən sonra 1382-ci ildə onun ikinci oğlu I İbrahim hakimiyyətə gəldi. Görkəmli dövlət xadimi I İbrahim Şirvanı yadelli işğalçıların talanından qorumağa və onun istiqlaliyyətini təmin etməyə çalışırdı. I İbrahim xarici siyasi vəziyyəti və qüvvələrin real nisbətini dürüst qiymətləndirərək özündən güclü düşmənlərlə silahlı toqquşmalara girişmir, çox hallarda bir işğalçıdan digər işğalçıya qarşı mübarizədə istifadə edirdi. Hətta bu və ya digər işğalçının hakimiyyətini qəbul etməyə məcbur olduqda belə, Şirvanın müstəqilliyini qoruyub saxlamağa çalışırdı; bununla da o, öz dövlətini möhkəmlətməyə nail ola bilirdi. I İbrahim öz sinfi mənsəbinə sadiq qalaraq feodalların mənafeyini müdafiə etsə də, onun yeritdiyi siyasətin obyektiv mütərəqqi cəhətləri əhalinin müxtəlif təbəqələri tərəfindən müdafiə olunurdu.

Teymurun yaxın şərq ölkələrinə yürüşləri Şirvanşahlar dövlətini təhlükə qarşısında qoydu. Fövqəladə hərbi qüdrətə malik Teymurla qarşı-qarşıya durmağın səmərəszliyini duyan mahir diplomat I İbrahim 1386-cı ildə qiymətli hədiyyələrlə onun hüzuruna Qarabağa getdi və öz itaətini bildirdi. Bununla da İbrahim bir tərəfdən Şirvanı Teymurun qarətçi hücumlarından xilas edə bildisə, digər tərəfdən Qızıl Orda xanı Toxtamışa qarşı özünə müttəfiq və möhkəm dayaq yaratmış oldu. Teymur Şeyx İbrahimi Şirvanın hakimi kimi tanıdı. İbrahimin siyasəti Şirvanşahlar dövlətini iqtisadi, siyasi və hərbi baxımdan qüvvətləndirdi. 1395-ci ildə Teymur Dərbənddən Qızıl Ordaya hücum etdi. Şirvanşah I İbrahimin və Marağa hakimi Yadigar şahın iştirak etdiyi bu yürüşdən qələbə ilə qayıdan Teymur Dərbəndin mühafizə istehkamlarını daha da möhkəmlətdi və şimal sərhədlərinin mühafizəsini Şeyx İbrahimə tapşırdı. Şeyx İbrahim Azərbaycanın və eləcə də, Ön Qafqazın bir sıra vilayət hakimləri, o cümlədən Şəki hakimi Seyid Əhməd ilə Teymurun arasında ittifaq yaranmasına və beləliklə də həmin ərazidə vəziyyətin nizamlanmasına nail oldu. Teymurun Səmərqəndə qayıtması və 1405-ci ildə vəfatından sonra Şeyx İbrahim Azərbaycanda hakimiyyət sürən Teymurilərlə siyasətində yeni xətt tutdu.

Hürufilik – şiəlikdə təriqətdir. Teymurilərin zülmünə qarşı narazılıq durmadan artırdı. Belə bir şəraitdə hələ XIV əsrin sonlarında Azərbaycanda islam dini ehkamlarına və Teymurilər hökmranlığına qarşı yönəldilmiş dini-siyasi hərəkat-hürufilik yaranmağa başladı. Hürufilik təliminin banisi Şeyx Fəzlullah Cəlaləddin Nəimi idi. O, özünün dünyagörüşü, fəlsəfi təlimi və bədii yaradıcılığı ilə Azərbaycan sosial-fəlsəfi və bədii fikri zəminində yetişmişdi.

Hürufilik ilk dəfə Naxçıvanda, Astrabadda yayılmış, teymurilərə qarşı mübarizədə əhəmiyyətli rol oynamışdı. Hürufilik Allahın təbiətdə, əşyada, sözdə, xüsusən insanda təcəssümünü əsas götürürdü. Buna görə hürufilər Allahın Nəimidə təcəssüm etdiyinə inanırdılar. Həmin təlimə əsasən insan öz varlığında olan ilahi ünsürü əxlaqi mənəvi təkamül vasitəsilə inkişaf etdirir və allah dərəcəsinə yüksəlir. Hürufilər deyirdilər ki, hökmdarlar və din-şəriət xadimləri ədalətsiz, qaniçən və riyakardırlar.

Hürufilərdə Allah eyni zamanda söz-kəlam şəklində təcəssüm edir, sözlər isə hərflərlə ifadə olunur. Hürufiliyə görə fars dilində 32 hərf əsas götürülür. Hürufilər başqa rəqəmlərlə də hərflərdən ibarət rəmzlər yaradır, ərəb əlifbası hərflərinin müqəddəs olduğunu, onun vasitəsilə dünyanın sirlərini açmağın mümkün olduğunu qeyd edirlər.

Hürufilərə görə Allahın yaratdığı dünya daim dövr edir və bu, görünən dəyişiliklərin səbəbidir.

Bu cərəyanın iştirakçıları istilaçılar tərəfindən amansızcasına təqib olunurdular. Fəzlullah Nəimi 1394-cü ildə Teymurun əmri ilə Miranşah tərəfindən həbsə alınaraq Naxçıvandakı Əlincə qalasına aparılır və orada dəhşətli şəkildə edam edilir. Məşhur Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi də bu hərəkatın fəal üzvlərindən biri olmuşdur.

Mövzu 6

Qaraqoyunlu Dövləti(1410-1468)

Mənşəcə oğuz tayfalarından olan qaraqoyunlulara baharlılar başçılıq edirdilər.Əvvəllər Van gölünün cənubunda məskən salmış qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincan,Sivas,Gürcüstanın şimal torpaqlarında möhkəmlənib Ağqoyunlu,Teymuri və Cəlairilərə qarşı mübarizə aparmışlar.Onların VII əsrdən Azərbaycanda yerləşməsi haqqında tarixi mənbələrdə məlumatlar vardır.Qaraqoyunlularda hakimiyyət ardıcıllığı aşağıdakı kimi olmuşdur:

Bayram Xoca

Qara Məhəmməd

Qara Yusif

İsgəndər

Əbu Səid

Cahanşah

Həsənəli

Qaraqoyunlu sülaləsinin banisi əsasını Bayram Xoca qoymuşdur.Lakin Bayram Xocanın Qaraqoyunlu tayfa ittifaqını birləşdirmək cəhdləri bir nəticə vermədi.Bundan sonra hakimiyyətə Qara Məhəmməd gəldi.O,Qaraqoyunlu tayfa ittifaqının əsasını qoyur.1384-cü ildə o Mardinə hücum edir.Lakin nigah diplomatikası yolu ilə hər iki tərəflər arasında barışıq yaranır.

1387-ci ildə Teymurilərlə Qaraqoyunlular arasında Çapaqçur adlanan döyüş baş verir.Qara Məhəmməd Teymur üzərində inamlı qələbə qazanır.Bundan sonra hakimiyyətə Qara Yusif gəlir.1392-ci ildə Teymurilər Van şəhərini tutdular və qarət etdilər.Bunu görən Qara Yusif bu məğlubiyyətdən sonra Cəlairilərlə yaxınlaşdı.Nəticədə 1394-cü ildə Bağdad yaxınlığında Qaraqoyunlu və Cəlairilərin birləşmiş qüvvələri ilə Teymurilər arasında döyüş oldu.Döyüş birləşmiş müttəfiqlərin məğlubiyyəti ilə başa çatdı.Bu məğlubiyyət Qaraqoyunlu tayfa ittifaqını daxildən zəiflətdi və 1395-ci ildə bu ittifaq dağıldı.Lakin Qara Yusif tezliklə onu bərpa etdi və Teymur əlehinə ittifaq yaratmaq məqsədi ilə Cəlairi Sultan Əhmədlə birlikdə Misirə getdi.Misir hakimi,onun oğlu Sultan Fərəc Teymurla münasibətləri pozmamaq xatirinə müttəfiqləri həbsə aldı.Lakin Teymurun ölümündən sonra onları həbsdən azad etdilər.Həbsdə olarkən onlar sərtləşdilər ki,azad olduqda Sultan Əhməd Bağdada,Qara Yusif isə Təbrizə yiyələnsin.

1406-cı ildə Təbriz yaxınlığında Şənbi-Qazan adlanan yerdə Qaraqoyunlularla Teymurilər arasında birinci döyüşdə Qara Yusif qələbə qazandı.1408-ci ildə yenidən Qara Yusifin qüvvələri ilə Teymurilər arasında baş vermiş bu döyüşdə də Teymurilər məğlub oldu və bu məğlubiyyət nəticəsində onlar Azərbaycan sərhədlərindən qovuldular.Qaraqoyunluların Azərbaycanın cənubunda möhkəmlənməsi Qara Yusiflə Cəlairi Sultan Əhməd arasındakı münasibətləri pozdu.Bunun nəticəsidir ki, 1410-cu ildə II Şənbi-Qazan adlı yerdə onlar arasında qanlı döyüş baş verdi.Döyüşün nəticəsində Cəlairilərin Azərbaycandakı hakimiyyətinə son qoyuldu.Beləliklə,1410-cu ildə Qaraqoyunlu dövləti yarandı.Şimaldan Şirvanşahlar dövləti istisna olmaqla bütün Azərbaycan torpaqlarını,Gürcüstanın bir hissəsini,Şərqi Anadolu və İran,İraqın bir hissəsi bu dövlətin tərkibinə daxil edildi.Yeni yaranmış dövlətin paytaxtı Təbriz seçildi.Ardınca 1411-ci ildə Qara Yusif oğlu Pirbudağı sultan elan etdi və Pirbudağın adına təngə adlanan pul kəsdirdi.Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin mərkəzləşdirilmiş dövlət olmaması hər ikisinin oxşar cəhəti idi.

Şirvanşah I İbrahimin iki aylıq Təbriz hökmranlığı və Kəyumərsi qoşunu ilə Sultan Əhmədə köməyə göndərməsi ikitərəfli qarşıdurma üçün başlanğıc oldu.Beləliklə,1412-ci ildə Şirvanşahlarla Qaraqoyunlular arasında Kür döyüşü baş verdi.Döyüşdə I İbrahim və müttəfiqləri məğlub oldular.Qara Yusifin qalib gəlməyinin əsas səbəblərindən biri cənub əyanlarına çoxlu soyurqal paylayıb öz tərəfinə çəkməsi idi.(Qeyd edek ki,soyurqal adlanan torpaq mülkü Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində köçmə hərbi əyanlara bağışlanırdı).1420-ci ildə Qara Yusif döyüşlərin birində ağır yaralandı və vəfat etdi.Bu ölüm Qaraqoyunlu dövlətinin demek olar ki, süqutunun başlanğıcı idi.1421-ci ildə baş verən Alaşkerd və 1427-ci ildə olan Salmas döyüşünün hər ikisində Qaraqoyunlular ağır məglubiyyətə uğradılar.Bundan sonra 1435-ci ildə baş vermiş Təbriz döyüşündə Şirvanşah və Teymurilərin birləşmiş qüvvələri Qaraqoyunlulara yenidən qalib gəldi.

1458-ci ildə Cahanşah Teymurilərin mərkəzi olan Herata daxil oldu.Bunun ardınca 1459-cu ildə Cahanşahla Teymuri hökmdarı Əbu Səid arasında Heratda barışıq müqaviləsi imzaladı.

Qaraqoyunlu dövləti gündən-günə öz gücünü itirirdi. 1450-ci illərin sonlarında Ağqoyunlu əmiri Uzun Həsən daha fəal siyasət yeridirdi. O, Gürcüstanın Qaraqoyunlu hakimiyyəti altında olan şərq hissəsini ələ keçirdi. Cahanşah 1467-ci ildə Uzun Həsənə qarşı hərbi yürüş etdi. Bundan istifadə edən Ağqoyunlu hökmdarı Uzun Həsən 1467-ci ildə Qaraqoyunlularla Muş adlanan yerdə döyüşə girdi.Tarixə Muş döyüşü adı ilə tarixə düşən bu qarşıdurma Qaraqoyunluların məğlubiyyəti ilə nəticələndi.Cahanşah bu döyüşdə öldürüldü və Bağdada qədər olan ərazilər Ağqoyunluların əlinə keçdi.1468-ci ildə isə Uzun Həsən Azərbaycanın cənubunu və Qarabağı demək olar ki,müqavimətsiz tutdu və Qaraqoyunlu dövləti süqut etdi.

Beləliklə, tarixdə çox güclü dövlət kimi yadda qalan Qaraqoyunlular dövlətini sonralar daha güclü olan Ağqoyunlular dövləti əvəz etdi...

Mövzu 7

Azərbaycan Monqolların Hakimiyyəti Dövründə

1206-cı ildə Mərkəzi Asiyada hərbi cəhətdən çox güclü olan Monqol dövləti yarandı.Çingiz xanın yaratdığı bu dövlət qonşu dövlətləri işğal etməyə başladı.1219-cu ildə Xarəzmşah dövlətinə hücum edən Çingiz xan(1206-1227) bu dövlətə ağır zərbə vurur.

Monqol yürüşləri ərəfəsində Azərbaycan ərazisində vahid mərkəzi dövlət olmadığından ölkədə feodal çəkişmələri davam edirdi.Azərbaycanda bu dövrdə Atabaəylər dövləti və Şirvanşahlar dövləti mövcud idi.Marağada isə Rəvvadilər nəslindən olan Ağsunqurilər(1108-1227) sülaləsi hökm sürürdü. MonqollarıAzərbaycana ilk dəfə 1220-ci ildə yürüş etdilər.İlk monqol yürüşləri kəşfiyyat xarakteri daşıyırdı. Cəbə Sabutayın başçılıq etdiyi monqol ordusu Azərbaycana soxulub Zəncan, Ərdəbil, Sərab və Təbriz şəhərlərini ələ keçirərək qarət etdi1-ci yürüşdə monqolların Təbrizə 3 dəfə hücum çəkməsinə baxmayaraq şəhər hər dəfə xərac verməklə qarətdən xilas oldu.Gəncə əhalisidə bu cür taktikanı seçdi və şəhər qarət olunmadı.Monqollar 1222-ci ildə Dərbənddən keçərək şimal istiqamətində geri qayıtmağı qərara aldılar.Onlar 1223-cü ildə Kalka çayı sahilində rus-qıpçaq qalib gəldilər,lakin İdilboyunda bulqarlarla döyüşdə məğlub olub Monqolustana qayıtdılar.

1231-ci ildə monqol qoşunları ikinci dəfə Azərbaycana yürüş etdilər.İkinci yürüşdə qoşuna Cormoğon noyon adlı sərdərdə başçılıq edirdi.İlk olaraq Marağaya hücum edən monqollar burada ciddi müqavimət gördülər.Təbriz birinci yürüşdə olduğu kimi bu dəfə də xərac verərək şəhəri qırğından xilas etdilər.Lakin danışıqlar nəticəsində Təbrizin bir çox tanınmış sənətkarları Qaraqoruma göndərildi.1235-ci ildə isə Gəncə uzun mübarizədən sonra işğal olundu.Düşmən başqa şəhərlərimizə də yürüş etdi.Tovuz,Bakı və daha sonra 1239-cu ildə Dərbəndin işğalı ilə bütün Azərbaycan monqollar təsiri altına düşdü.Azərbaycan və Cənubi Qafqaz ərazisi 1239-1256-cı illərdə Böyük Monqol imperatorluğunun burdakı canişinləri tərəfindən idarə olundu.Arqun ağa burada canişin təyin olundu.Onun yeritdiyi siyasət yerli feodalların əksəriyyətini torpaq malikanələrindən məhrum etmək və onların bir qismini monqolların vassalına çevirmək idi.Hər dəfə Böyük Monqol imperatorluğunda yeni xaqan seçildikdə yerli feodallara öz malikanələrini idarə etmək üçün icazə sənədi-yarlıq verilirdi.

Nəhayət 1256-cı ildə üçüncü yürüşü baş tutdu və Azərbaycan elə bu ildə də tabe edildi.1258-ci ildə isə Hülakü xan Bağdadı tutdu və Abbasilər xilafəti süqut etdi.Yeni işğal edilmiş ərazilərdə beşinci monqol ulusunu – Hülakü dövləti yaradıldı.Hülakü dövləti Azərbaycanda 1 əsr(1256-1357) fəaliyyət göstərdi.Onlar Azərbaycanı Hülakü dövlətinin mərkəzi vilayətinə, Marağanı, Təbrizi, Sultaniyyəni,sonra isə yenidən Təbrizi paytaxt şəhərinə çevirdilər.

Hakimiyyət uğrunda gede mübarizələr nəticəsində 1295-ci ildə Azərbaycanda 2 elxan dəyişildi.Baydu xan(1295-ci il) bir neçə ay hökmranlıq etdikdən sonra taxt-tacdan məhrum edildi.Qazan xan(1295-1304-cü illər) Hülakülər səltənətinə sahib oldu.Qazan xan öz siyasətində yerli feodallarla əlaqənin möhkəmləndirilməsi vacib sayırdı.Bu məqsədlə o,islam dinini qəbul etdi,xüsusi islahatlar keçirdi və öz şərəfinə Mahmudabad şəhərini saldırdı.Onun varisi Olcaytu (1304-1316) ölkənin təsərrüfat və mədəni inkişafını davam etdirir. Lakin sonrakı Elxan Əbu Səidin dövründə (1316-1335) mərkəzi hakimiyyət zəifləyir, iri feodalların hakimiyyəti güclənməyə başlayır. Eyni zamanda ölkə Qızıl Orda xanlarının və Misir sultanlarının bir neçə hücumlarına məruz qalır. 1335-ci ildə Qızıl Orda xanı Özbək, Azərbaycana hücum edir. Əbu Səid ona müqavimət (1312-1341) təşkil etməyə çalışır, lakin o döyüşdə həlak olur. Onun ölümü ilə Hülakü dövləti tamamilə tənəzzülə uğrayır.Dövləti hələ Əbu Səidin dövründə güclənmiş Əmir Çobanın varisləri Çobanilər bir müddət idarə edirdilər. Lakin 1357-ci ildə Qızıl Orda xanı Canıbəy (1341-1357) Şirvanşah Kavusla (1345-1372) birləşərək Təbrizi ələ keçirir. Beləliklə, Hülakü dövlətinin mövcudluğuna son qoyulur. Hülakü dövlətinin əvəzinə Cəlarilər dövləti (1336-1432) meydana gəlir. Dövlətin mərkəzi Azərbaycan, baş şəhəri isə Təbriz idi.Nəticədə Hülakülər dövlətinin ərazisində qoşa və çoxpadşahlılıq meydana çıxdı.Sonralar Hülakü səltənətini mühafizə etmək bəhanəsi ilə aparılan mübarizələrdə Çobanilər,Cəlairlər və Xorasan əmirlərinin başçılıq etdikləri feodal qrupları daha fəal iştirak etdilər.

Mövzu 8

XIX Əsrin II Yarısında Azərbaycanda Burjua İslahatları.

Şimali Azərbaycan iqtisadiyyatını müstəmləkə istismarı şəraitinə uyğunlaşdırmaq və kapitalizmin inkişafı yolundakı maneələri aradan qaldırmaq üçün Rusiya hakim dairələri Cənubi Qafqazda “Kəndli islahatı” keçirməyə məcbur oldular.Bu islahatın hazırlanması üçün ilk addın 1861-ci ildə Cənubi Qafqaz Mərkəzi İslahat Komitəsinin yaradılması oldu.Daha sonra 1866-cı ildə Bakı,Şuşa,Tiflis və İrəvan bəy komissiyalarının yaradılması isə islahatın hazırlanması yolunda ikinci addım oldu.Nəticədə 1870-ci ildə Ön Qafqaz quberniyaları : Yelizavetpol,Bakı,İrəvan və qismən Tiflis quberniyaları ali müsəlman silkindən olan şəxslərin torpaqlarında sakin olan dövlət kəndlilərin torpaq quruluşu haqqında əsasnamə imzalandı.Əslində bu əsasnamədə yeni bir şey yox idi və o 1847-ci il əsasnamələri ilə eyni idi.Beləki,1847-ci il əsasnamələri ilə bu əsasnamənin oxşarlığı kəndli öz məhsulunun 1/10 hissəsini malcəhət kimi torpaq sahibinə verməli idi.İkinci oxşarlığı kəndlilərin şəxsən asılı olmaması,hər 15 yaşına çatmış kəndliyə 5 desyatin pay torpağı verilməsi nəzərdə tutulmuşdu.Əslində torpağı 5 desyatindən az olan kəndlilərin böyük əksəriyyətinə əlavə torpaq payı verilmədi.Bundan başqa təzə əsasnaməni 1847-ci il əsasnamələrindən fərqləndirən cəhət ondan ibarət idi ki,hər bir kəndlinin 5 desyatindən artıq torpaq sahəsi əlindən alınıb mülkədarın xeyrinə kəsilib götürülürdü.

İslahatın məhdud cəhətləridə az deyildi.Bunlardan biri kəndliyə verilən torpağın onun mülkiyyətinə keçməməsi idi.Lakin əsasnamədə göstərilirdi ki,kəndlilər bu torpaqlardan daimi istifadə hüququna malikdirlər.Kəndliyə öz pay torpağınısatın alıb öz mülkiyyətinəçevirmək hüququda verilmişdi.Kəndlilər yalnız tələb olunan məbləği ödədikdən sonra həmin torpağın mülkiyyətçisinə çevrilə bilərdilər.1870-ci il kəndli islahatının yarımçıq olmasına baxmayaraq mahiyyətcə burjua islahatı idi.

Bu islahatdan sonra kəndliyə şəxsi azadlığın verilməsi,əlbəttə,feodal isthsal münasibətlərinə ciddi zərbə vurmuş,ölkədə kapitalizmin inkişafına şərait yaratmışdı.

1870-ci il islahatı Quba qəzasına və Zaqatala dairəsinə şamil edilməmişdi.Bu islahat yalnız 1877-ci ildə Quba qəzasında,1913-cü ildə isə Zaqatala dairəsində keçirilmişdir.

1870-ci ilislahatı yalnız sahibkar kəndlilərinə vəmülkədar-bəy kəndlilərinə aid idi.Azərbaycan kəndlilərinin isə yalnız beşdə bir hissəsindən bir qədər çoxu sahibkar kəndlilər,qalan böyük kəndli kütləsi isə dövlət kəndliləri olub dövlət-xəzinə torpaqlarından istifadə edirdilər.İslahat bu kəndlilərə toxunmamışdı.

Mövzu 9

Şimali Azərbaycan I Dünya Müharibəsi İllərində(1914-1918)

İki təcavüzkar hərbi-siyasi bloka(bu siyasi bloklar “Antanta” və “Üçlər ittifaqı” idi) daxil olan dövlətlərin sürətlə silahlanması dünyanı sarsıdan dəhşətli müharibəyə gətirib çıxardı.Müharibədə iştirak edən dövlətlərdən hər birinin xüsusi işğalçılıq planlarında Azərbaycan və onun nefti mühüm yer tuturdu:

Antanta: Üçlər ittifaqı:

---İngiltərə ---Almaniya

---Fransa ---Türkiyə

---Rusiya ---Avstriya

---Bolqarıstan

---Macarıstan

İtaliya isə əvvəlcə “Üçlər ittifaqı”na daxil olsa da sonradan bu ittifaqdan çıxaraq Antantaya üzv olmuşdur.

Almaniya Osmanlı dövlətinin köməyi ilə Qafqazı və Mərkəzi Asiyanı öz təsiri altına salmaq niyyətində idi.Bundan başqa Hindistana və Əfqanıstana yol açmaqla öz düşmənləri Rusiya və İngiltərənin mövqelərinə zərbə vurmaq istəyirdi.lakin türk dünyasına düşmən olan Rusiyanın bu regionda məqsədi boğazlara sahib olmaq və Osmanlı imperiyasını bölüşdürmək idi.Ona görə Rusiyaya qarşı mübarizədə Osmanlı imperiyasının Almaniya ilə yaxınlaşması təbii idi.Osmanlı dövlətinin müharibəyə aid planları alman mütəxxəssisləri və generallarının köməkliyi ilə hazırlanmışdı.Bu planda ciddi səhvlər var idi.İlk döyüşlərdə həmin səhvlər özünü büruzə verdi.Ənvər paşanın hazırladığı hərbi plana görə Qafqaz cəbhəsində rus qoşunlarına əsas zərbə “Sarıqamış” əməliyyatında vurulmalı idi.Əməliyyat 1914-cü il dekabrın 4-də başladı və 1915-ci il yanvarın 18-nə kimi davam etdi.Qış dövrünə düşdüyündən güclü şaxta şəraitində gedən döyüşlərdə Osmanlı ordusu ağır itki veri və məğlub oldu.Bu qələbədən sonra Təbrizi tutan rus ordusu Osmanlı qüvvələrini Cənubi Azərbaycandan sıxışdırıb çıxartdı.Azərbaycandan rus ordusuna xidmətə yalnız “ali müsəlman silki”nə mənsub olanlar qəbul edilirdilər.

Birinci dünya müharibəsi illərdində rus ordusu sıralarında 200 nəfərdən çox azərbaycanlı zabit qulluq edirdi.Onların əksəriyyəti döyüşlərdə göstərdiyi igidliyə görə müxtəlif orden və medallarla təltif edilmişdi.Nijeqorod draqun alayının rotmisti Teymur Novruzov Cənub-Qərb cəbhəsindəki süvari diviziyanın alayında vuruşurdu.Teymur Novruzov bu igidliyinə görə “Müqəddəs Georgi” ordeninin dörd dərərcəsi ilə təltif edilmişdi.

Müqəddəs Georgi” ordeni ilə təltif olunanlardan biri də ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbov idi.Fərrux Qərb cəbhəsində dəfələrlə hava döyüşlərində iştirak etmişdi.Bir qayda olaraq ona düşmənin strateji əhəmiyyətli obyektlərini məhv etmək tapşırılırdı.1916-cı ilin sentyabrında Vilnüs səmasında Qayıbov düşmənin təyyarəsini məhv etdi.Lakin özü döyüşdə qəhrəmanlıqla həlak oldu.Göstərdiyi bu igidliyinə görə o da “Müqəddəs Georgi” ordeni ilə təltif edildi.



Palkovnik Qalib Vəkilov isə Qərb cəbhəsində mühəndis alayında vuruşurdu.Qalib də “Müqəddəs Georgi” ordeni ilə təltif olunanlardan biri idi.Müsəlman süvari alayının bir çox döyüşçüləri kimiTərlan Əliyarbəyov da igidliyinə görə “Müqəddəs Georgi”ordeninin4 dərəcəsinə də layiq görülmüşdü.Bu yüksək ordenə nadir hallarda nail olmaq mümkün idi.

Beləliklə,müharibə illərində Azərbaycanınkənd təsərrüfatı da böhran keçirirdi.1915-ci il iyuntarixli fərmana əsasən Azərbaycandan 50 mindən artıq gəncin səfərbərliyə alınaraq arxa cəbhədə işlədilməsi kəndlərdə işçi qüvvəsinin sayını xeyli azaltmışdı.

Şimali Azərbaycan Qafqaz cəbhəsinə yaxın olduğundan təsərrüfat dağınıqlığı və böhran burada daha tez başlanmışdır.Cəbhə bölgələrindənhər gün Bakıya yüzlərlə yaralı gətirilirdi.Bundan əlavə Bakıdairi qoşun hissələri yerləşdirilmişdi.Qaçqınların və əsgərlərin hesabına Bakıda əhalinin sayı 70 min nəfər artmışdı.Ərzaq böhranı şəraitində buraya əhali axını vəziyyəti daha da gərginləşdirmişdi.

Mövzu 10

Ermənistanın Azərbaycana Qarşı Təcavüzü(1992-1993)

Ermənilər həmişə Azərbaycanın torpaqlarını göz dikmişdilər.Bunu tarixdə olan məlumatlarda isbat edir.Lakin ermənilərin azərbaycanlılara qarşı ən böyük təcavüzü daha doğrusu soyqırımı 1992-1993-cü illərdə baş vermişdir.Həmin illərdə Azərbaycanın 12 rayonu erməni yaltaqları tərəfindən işğal olunmuşdur:

Xankəndi(26.12.1991) Ağdərə(17.06.1993)

Xocavənd(02.10.1992) Ağdam(23.07.1993)

Xocalı(26.02.1992) Cəbrayıl(18.08.1993)

Şuşa(08.05.1992) Füzuli(23.08.1993)

Laçın(17.05.1992) Qubadlı(30-31.08.1993)

Kəlbəcər(03-06.04.1993) Zəngilan(29-30.10.1993)

1992-ci ildən başlayaraq erməni hərbi hissələri MDB qoşunun köməyi ilə azərbaycanlılar yaşayan kəndlərə hücumu genişləndirdilər.1992-ci il yanvarın 15-də Kərkicahan,fevralın 10-da Malıbəyi,Quşçular kəndlərini ələ keçirdilər.Hətta bu dövrdə Azərbaycan Ordusunun Şuşanın mühasirəsini Daşaltı tərəfdən qırmaq üçün keçirdiyi əməliyyat da tam uğursuzluqla nəticələndi.Satqınlıq,nizamsızlıq üzündən düşmənə müqavimət göstərmək çox çətin olurdu.

1992-ci il fevralın sonunda Xocalı faciəsi törədildi.Xocalı ərazi özünü müdafiə batalyonu heç bir zirehli texnika ilə silahlanmamışdı.Fevralın 25-dən 26-na keçən gece erməni hərbi birləşmələri,MDB qoşununun Xankəndindəki 366-cı mexanikləşdirilmiş atıcı alayı birlikdə uzun müddət mühasirədə olan Xocalıya hücum etdilər.XX əsrin ən böyük soyqırımlarından biri kimi tarixə düşdü bu gün.Azərbaycanın hərbi hissəsi çox inamla düşmənə müqavimət göstərdi.Lakin qüvvələr fərqi bərabər deyildi.Buna görə də erməni və rus quldurları Xocalını işğal etdilər.Xocalı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşub,vətən uğrunda şəhid olduğuna görə Əlif Hacıyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi.Əlif Hacıyevlə bərabər cəsur komandir Tofiq Hüseynova da ölümündən sonra Milli Qəhrəman adı verildi.

1992-ci ilin mayında erməni hərbi birləşmələri Şuşanı da ələ keçirdilər. Bununla da faktiki olaraq ermənilər bütün Dağlıq Qarabağın ərazisini işğal etdilər. Növbəti addım Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın rayonunun işğalı oldu. Bakıda hakimiyyət uğrunda çəkişmələrin kəskinləşməsindən istifadə edən ermənilər Laçını da tutdular. Azərbaycan Xalq cəbhəsinin hakimiyyəti (1992 may-1993 iyun) dövründə davam edən yeni hakimiyyət çəkişmələri respublikanın müdafiəsinə ağır zərbə vurdu. 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. İyun ayında Azərbaycanda dərin siyasi böhran baş verdi. Xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi. Ermənistan Azərbaycana qarşı müharibəni davam etdirərək 1993-cü ilin iyul-oktyabr ayları arasında Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdi.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə