Azərbaycan Dövlət İqtisad Universiteti Fakültə : Beynəlxalq Münasibətlər




Yüklə 20.15 Kb.
tarix22.04.2016
ölçüsü20.15 Kb.
Azərbaycan Dövlət İqtisad Universiteti

Fakültə :Beynəlxalq Münasibətlər


Fənn: Avropa və Amerika tarixi

Mövzu: Qədim Roma və Qədim Yunanistan

Rəhbər: Budaqova Sahibə


Tələbə: Xankişiyev Fərid

Qrup 882

Qədim Roma
E.ə. I minilliyin əvvəllərində Apennin yarımadasında müxtəlif 58 tayfa və xalqlar yaşayırdılar. Onların arasında ən çox inkişaf etmiş xalqetrusklar idi. Onlar keyfiyyətli sənətkarlıq məhsulları istehsal edir, gəmiqayırma və s. ilə məşğul olur, 10 minə qədər yazı işarəsindən istifadə edirdilər. E.ə. IV əsrə aid öküz başlıqlı riton onlarda incəsənətin inkişafını göstərir. Apenin yarımadasının mərkəzində kiçik Latsiya vilayətində latın tayfaları yaşayırdı. Tədricən latın dili italiyalıların ümumi dilinə çevrildi.
Roma respublikasının qurulması. Patrisilər və Plebeylər. Roma haqqında əfsanəyə görə, Tibr çayının mənsəbindən 25 km aralı çayın sol sahilindəki təpələrdə Roma şəhəri salınmışdı. Əfsanəyə görə, latın şəhərlərindən birinin padşahı qardaşı qızının əkiz oğlan uşaqlarını Tibr çayına atdırır. Uşaqlar olan səbət ağaca ilişir. Bir dişi canavar onları südü ilə bəsləyir. Uşaqları çoban tapıb tərbiyə edir. Uşaqlardan birinin adı Romul, o birinin adı Rem idi. Onların şəhər salmaq və onun kimin idarə etməsi üstündə mübahisələri düşür. Romul Remi öldürür. Romul çobanın onları tapdığı yerdə şəhər salır və Roma adlandırır. Beləliklə, e.ə. 753-cü ildə Roma şəhəri salınır, Romalılar öz tarixlərini bu ildən başlayırlar. İndi Romada Kapitoli təpəsində dişi canavarın heykəli qoyulmuşdu.

Romanın ən qədim əhalisinin nəslindən olanlar patrisilər adlanırdı. Latınca «pater» ata deməkdir. Onlar Romanın əsasını qoymuş ata-babaları ilə fəxr edir, icma torpaqlarından istifadə edir, vəzifələrə seçilirdilər. Onlar işi əsasən özləri görür, əvvəllər qullarla bir süfrə başında oturur və onları «familiya» adlandırırdılar. Patrisilərin Ağsaqqallar Şurası var idi. Bu şura latınca «senat», onun üzvləri senator adlanırdı.

Roma, bütün Aralıq dənizi hövzəsini əlinə keçirməyi bacaran bir imperatorluq idi. Bu imperatorluğun tərkibində azad sayılan insan sayısı çox az idi və imperatorluğa bağlı ölkələr də müstəmləkəçilik hökm sürürdü. Dövlət xəzinəsi bağlı əyalətlərdən alınan vergilərlə doldulurulurdu. Romanın əyalətlərə tətbiq etdiyi vergilər o qədər ağır idi ki, vergiləri ödəyə bilməyən insanlar bəzən ya özlərini, ya da uşaqlarını satmağa məcbur olurdu.
Romada qədim tarixdə ailədə ata, mütləq hakim idi. Ata uşaqlarını və hətta yoldaşını belə istəsə qul kimi sata bilərdi. Oğullar yuxarı vəzifəyə gəlsələr də, varlı olsalar da, bütün var-dövlətləri atanın sayılırdı. Ata istəsə öz yeniyetmə oğlunu öldürdə bilərdi. Buna dövlət heç nə deyə bilməzdi. Ata ölənə qədər övladlar onun köləsi kimi yaşayırdı.
Romalılar, müharibədə əsir götürdükləri güclü kişiləri qladiator kimi yetişdirir və onları arenada ölüncəyə qədər döyüşdürürdülər. Onsuz da öləcəyini bilən qladiatorlar bəzən intihar edərdi. Məğlub edən qladiator məğlub olan qladiatoru bağışlasa da, xalqın istəyi də onu yenə də öldürə bilərdi.
Ölümə məhkum edilən insanlar günlərlə ac qalan şir və pələnglərə atılırdı. Xalq bu cür ölüm səhnələrinə tamaşa etməkdən zövq alırdı. Qısaca, xalq bütün zövqlərini sonunə qədər istifadə etmişdi.
Senatorlar öz aralarından bir nəfəri ömürlük padşah seçirdilər. E.ə. VI əsrin başlanğıcında Romada dövləti padşah və senat idarə edirdi. Romada Kapitoli təpəsində möhtəşəm qala tikilmişdi. Düşmən hücum edəndə əhali burada müdafiə olunurdu. Romadakı təpələr arasında olan bataqlıqlar qurudulmuş və forum deyilən bazar meydanı yaradılmışdı. Romaya başqa yerlərdən köçüb gəlmiş insanların nəsilləri plebeylər adlanırdı. Onlar azad əhalinin yoxsul təbəqəsini təşkil edirdi. Plebeylər vergi versə də, qoşunda xidmət etsə də, icma torpaqlarından istifadə etmək, yüksək vəzifələrə seçilmək hüququna malik deyildilər. Onlar torpağı varlılardan icarəyə götürürdülər.

Romanın sonuncu padşahı Möhtəşəm Tarkvini çox qəddar olduğuna görə romalılar e.ə. 509-cu ildə onu qovdu və padşah hakimiyyətinə son qoydu. Bundan sonra hər il xalq yığıncağı patrisilərin içərisindən iki konsul və onların köməkçilərini seçirdi və onlar bir il Romanı idarə edirdilər. Konsullar bütün məsələlərdə senatla məsləhətləşirdilər.

Romada seçkili idarəni patrisilər latınca respublika, yəni «ümumxalq işi» adlandırırdılar. Respublika müəyyən müddətə seçilmiş adamlar tərəfindən idarə olunan dövlət deməkdir. Romada respublika quruluşu e.ə. 30-cu ilə qədər davam etmişdir. Konsullar bir il ərzində Romanı idarə edir, məhkəmə işlərinə baxır, müharibə zamanı orduya komandanlıq edirdilər. Respublika dövründə Senat maliyyə işlərinə baxır, müharibə və sülh məsələlərini həll edir, xalq yığıncağında səsə qoymaq üçün qərarlar hazırlayırdı.

Roma İmperatorluğu qurulduğu dövrdən 313-cü ilə qədər bütpərəstlik inancı ilə yaşamışdı. Romalılar bütpərəstlik dövründə tanrıların heykəllərini düzəltmişdilər və onları insanlara oxşatmışdılar. Fələstində meydana çıxan Xristianlığa Roma çox sərt formada rədd etmişdi. Ancaq 313-cü ildə Milano Fərmanı ilə xristianlığı qəbul etmək azad olmuşdu. Yüzillərlə bütpərəst yaşayan Romalılar üçün qədim dinlərini tərk etmək o qədər də asan olmamışdı. Ona görə də xristianlığa qədim inanclarında qalmış adətləri də əlavə etmişdilər.

Roma imperatoru I Teodosios, xristianlıqdan dönənlər üçün cəza tətbiq etməyə başladı. Bu cəza ölüm idi. Bunun da nəticəsində dindən dönənlərin sayı azaldı.
452-ci ildə Attila, Roma üzərində üstünlük qazanmışdı və bu dövləti Hun dövlətinə tabe etməyə çalışmışdı. Lakın Papa, xristianlığın xatirinə bunu etməməsini yalvardırdıqda Attila bu fikrindən daşınmışdı. Attila Romadan qayıdarkən ağzından qan gələrək ölmüşdü. Ölümünü Romanın qatil şahzadə qadınının etdiyini irəli sürmüşdülər. Beləliklə, böyük dövlətlərin bacara bilmədiyini bir qadın bacarmışdı.

Qədim Yunanistan


Qədim Yunanıstan Balkan yarımadasının cənub hissəsində, Egey dənizi arasında, Frakiya sahilində, Kiçik Asiyanın qərb sahilində yaranmış dövlətlər qrupunun ümumi adı; təsir dairəsi Apennin yarımadasının cənub sahilinə, Siciliyanın qərbində, Mərmərə, Qara və Aralıq dənizləri sahillərinə də yayılmışdı. Yunanıstan ərazisinin məskunlaşması orta paleolitə aid edilir. Neolit dövründə (e.ə. 7-ci minilliyin ortaları-e.ə. təqr. 2800) Yunanıstan əhalisi əkinçilik və maldarlıqla məşğul olur, oturaq həyat keçirirdi. Yunanıstanın ilk sakinləri qədim yunanlar (onları pelasgilər, karilər adlandırırdılar) yəqin ki, hind-avropalı olmamışlar. E.ə. 2800 və 2000 illər arasında şimaldan yunanlar hücum edib Attika, Şimal-Sərqi Peloponnesi, axaylar isə Peloponnesin böyük hissəsini, eoliyalılar Fessaliya və Orta Yunanıstanı tutdular. Dorilərin hücumunun təsiri ilə (e.ə. 12 əsrin sonu-e.ə. 11 əsr) ioniyalılar və eoliyalılar Kiçik Asiya sahillərinə və yaxınlıqdakı adalara köçdülər. E.ə. təqr. 700 ildə əhali ümumi adla - ellinilər, ölkə isə Ellada adlandı. Yunanıstanın qədim Krit-Mikena dövrünün (e.ə. 3000-1200) öyrənilməsi H. Şliman, V. Dörpfeld və xüsusilə Evansın (19 əsrin sonu-20 əsr) arxeoloji qazıntılarının nəticələrinə əsaslanır. Sonra yunanlar Qara dəniz və Aralıq dənizi sahillərində məskən saldılar. Bu dövrdə öz metropoliyaları ilə daim mədəni və ticarət əlaqələri saxlayan Neapol, Tarent, Sibaris, Sirakuza, Messena, Kirena, Bizans, Xalkida, Herakleya, Sinopa, Pantikapey, Feodosiya, Oliviya, Toma və s. koloniyalar yaradılmışdı. Polislər (şəhər-dövlətlər) Afina, Sparta, Korinf, Fiva, Arqos, Milet, Halikarnas, Efes, Mitilena, Xios və s. yaranırdı. Siyasi quruluşuna görə bu polislər demokratik və ya aristokratik respublikalar idi. Spartanın rəhbərliyi ilə e.ə. 6 əsrdə Peloponnes ittifaqı yaradıldı. E.ə. 500-449 Yunan-İran müharibələrində istiqlaliyyət uğrunda mübarizə aparan yunanlar bir sıra qələbələr qazandılar. Yunan polisləri ittifaqına başçılıq edən Afina hərbi və iqtisadi cəhətdən möhkəmləndi. Afina ilə Sparta arasındakı ziddiyyətlər Peloponnes müharibəsinə (e.ə. 431-404) səbəb oldu. E.ə. 4 əsrdən polislərin ümumi böhranı başlandı. Yunanıstanda hökmranlıq uğrunda mübarizəyə girişən Makedoniya bundan isitfadə etdi. Xeroneya yaxınığındakı vuruşmada (e.ə. 338) məğlubiyyətdən sonra yunan polisləri Makedoniyanın hakimiyyətinə keçdi. Makedoniyalı İsgəndərin ölümündən sonra onun imperiyası bir sıra dövlətlərə (ellinist monarxiyalara) parçalandı. E.ə. 3-2 əsrlərdə yunan polislərində ictimai ziddiyyətlər yenidən kəskinləşdi. E.ə. 146-cı ildə Yunanıstan Romanın tərkibinə daxil edildi. Lakin 4 əsrdən Yunanıstan Şərqi Roma imperiyasının (Bizansın) əsasını təşkil edirdi.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə