AZƏrbaycan coğrafiyasi




Yüklə 329.25 Kb.
səhifə1/4
tarix23.02.2016
ölçüsü329.25 Kb.
  1   2   3   4
AZƏRBAYCAN COĞRAFİYASI” KURSUNUN PREDMET VƏ VƏZİFƏLƏRİ

Plan:

  1. Azərbaycan coğrafiyası kursunun predmet və vəzifələri.

  2. Azərbaycanda coğrafiya elminin inkişafı.

Fiziki coğrafiya Yer kürəsi səthinin (coğrafi təbəqənin) təbiətini, burada baş verən ümumi coğrafi qanunauyğunluqları öyrənir. Azərbaycan Respublıkasının fiziki coğrafiyası fənni də respublıkamızın zəngin təbiətini öyrənir. Respublıka ərazisindəki coğrafi proseslərin, hadisələrin səbəblərini, onların inkişaf qanunauyğunluqlarını aydınlaşdırır.

Fiziki coğrafiya respublıkamızın relyefi, geoloji inkişaf tarixi, iqlımı, çayları, gölləri, yeraltı suları, torpaq-bitki örtüyü, heyvanlar aləmi, təbii landşaftları haqqında zəruri məlumat verir. Doğma diyarımızın ayrı-ayrı təbii coğrafi sahələrini dərindən öyrənməyə, ətraf mühitin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsinə aid məlumatlara yiyənləməyə kömək edir.

İqtisadi və sosial coğrafiya respublıkamızda, onun ayrı-ayrı rayonlarında təbii şəraiti və ehtiyatları təsərrüfat baxımından qiymətləndirir, əhalinin məskunlaşmasını, yaşamaq, işləmək, dincəlmək imkanlarını, təsərrüfat sahələr üzrə və bütövlükdə inkişafı, yerləşdirilməsi və gələcəkdə təkmilləşdirilməsi perspektivlərini öyrənir.

Azərbaycan Respublıkasının iqtisadi və sosial coğrafiyası bir elm sahəsi və məktəb kursu kimi XX əsrin əvvələrində meydana gəlmişdir. İlk dəfə Azərbaycan Respublıkasının əhalisi və təsərrüfatı haqqında M.H.Vəliyev (Baharlı) “Azərbaycan” (Bakı, 1921) adlı əsərində geniş məlumat vermişdir.

Respublıkamızda iqtisadi və sosial coğrafiyanın bir elm sahəsi və məktəb kursu kimi inkişafı, bu sahədə genişmiqyaslı tədqiqat işləri aparmış, qiymətli elmi əsərlər, dərsliklər yazmış professor H.B.Əliyevin və professor Ə.M.Hacızadənin adı ilə bağlıdır.

Azərbaycan Respublıkasının təbii ehtiyatlarının təsərrüfat baxımından qiymətləndirilməsində, onun əhalisinin, sənayesinin, kənd təsərrüfatının, ayrı-ayrı rayon və şəhərlərinin öyrənilməsində Respublıka Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun, Bakı Dövlət Universiteti və Azərbaycan Dövət Pedaqoji Universitetinin iqtisadi və sosial coğrafiya kafedraları əməkdaşlarının rolu böyükdür.

Azərbaycan Respublıkasının iqtisadi və sosial coğrafiyası təsərrüfatı əhali və əhali və ətraf mühitlə qarşılıqlı əlaqə şəraitində öyrənir, onun ərazi təşkili prinsiplərini elmi cəhətdən əsaslandırır.

İqtisadi və sosial coğrafiya elmi fiziki coğrafiya, tarix, statistika, iqtisad, demoqrafiya və s. elmlər ilə əlaqədardır. Buna görə iqtisadi və sosial coğrafiya üzrə aparılan tədqiqat işlərində həmin elmlərin əldə etdiyi nəticələrdən də istifadə edilir.

Vətənimizin iqtisadi və sosial coğrafiyasının öyrənilməsi təsərrüfatın inkişafı vı yerləşdirilməsi, əhalinin həyatının yaxşılaşdırılması sahəsində qarşıya qoyulan vəzifələrin əhəmiyyətini başa düşməkdə, onların konkret həlli yollarını bilməkdə, peşə və ixtisas seçməkdə, respublıkanın ictimai həyatında fəal iştirak etməkdə sizə kömək edəcəkdir. Azərbaycan Respublıkasının iqtisadi və sosial coğrafiyasını öyrənən zaman, coğrafiyaya aid lüğətlər və məlumat kitablarından, müxtəlif xəritələr və atlaslardan iştirak etmək vacibdir.

Fiziki coğrafiya elminin vəzifərləri və sahələri. Fiziki coğrafiya elmi respublıkamızın təbii şəraitini, təbii ehtiyatlarını hərtərəfli öyrənməklə yanaşı, müxtəlif təsərrüfat sahələrinin düzgün yerləşdirilməsində onun tədqiqatlarının nəticələrindən geniş istfadə edilir. Azərbaycan ərazisində təsərrüfat sahələrinin təbii zonalar üzrə yerləşdirilməsi fiziki-coğrafi xüsusiyyətlərə əsaslanır. Yüksəklik qurşaqlarının relyef xüsusiyyətləri, iqlim və hidroloji şəraiti, torpaq, bitki örtüyü dərindən təhlil edilmədən istifadə edilmir.

Coğrafi elmi təbii ehtiyatlardan düzgün və səmərəli istifadə edilməsi üçün elmi cəhətdən əsaslanmış tövsiyələr hazırlayır. Hazırda su anbarlarının, suvarma kanallarının, dəmiryol magistrallarının layihələşdirilməsində coğrafi tədqiqatlardan geniş istifadə olunur.

Təbiətin mühafizəsində, mümkün ekoliji problemlərin həll edilməsində fiziki coğrafiya elmi yaxından iştirak edir. Coğrafi tədqiqiatlar əsasında ekoloji cəhətdən gərgin rayonlar müəyyənləşdirilir. İnsanların təsərrüfat fəaliyyətinin acınacaqlı nəticələri aşkar olunur.

Eroziya nəticəsində yuyulmuş dağ yamacları, Abşeron yarımadasının neft tullantıları ilə yararsız hala düşmüş torpaqları, çirklənmiş sututarlar buna misal ola bilər.

Fiziki coğrafiyanın ən mühüm problemlərindən biri də coğrafi proqnozların hazırlanmasıdır. İnsanların geoloji amilə çevrildiyi müasir dövrdə coğrafiyanın əsas vəzifəsi-coğrafi proqnozdur.

Azərbaycan çox zəngin təbiətə malikdir. Onun hər bir təbii komponentini fiziki coğrafiyanın müvafiq sahəsi öyrənir. İqlimşünaslıq - respublıkamızın iqliminin müxtəlifliyini, iqlim ehtiyatlarını, ondan istifadə edilməsini, Geomorfologiya - relyefi, Hidrologiya - çayları, gölləri və sututarları, onlardan səmərəli istifadə edilməsi yollarını araşdırır. Torpaq coğrafiyası – torpaqların coğrafi yayılma qanunlarını, onların məhsuıdarlığını, düzgün istifadə edilməsini, mühafizəsini tədqiq edir. Biocoğrafiya - fauna və floranın coğrafi yayılma xüsusiyyətlərini öyrənir. Xəritəşünaslıq (kartoqrafiya) – müxtəlif xəritələrin tərtibi ilə məşğul olur. Toponimika – coğrafi adların mənşəyini öyrənir.

Qeyd edilən elm sahələri bir-biri sıx əlaqədardır. Onların hamısının tədqiqat obyekti coğrafi təbəqədir.



Azərbaycanda coğrafiya elminin inkişafı. Qədim Azərbaycanın təbiəti, sərvətləri, xalqları, ümumiyyətlə, coğrafiyası haqqında Herodotun, Strabonun, Plininin, Plutarxın, Ptolomeyin əsərlərində geniş məlumatlar vardır. XIV əsrin axırı – XV əsrin birinci yarısında yaşamış Azərbaycan coğrafiyaçısı və tarixçisi Əbdürrəşid Bakuvinin coğrafiyaya dair fikirləri maraq doğurur. O, 1404-cü ildə yazdığı “Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri” adlı əsərində Bakının neft quyuları haqqında zəngin məlumat verir. Bakuvi Yer kürəsini yeddi iqlimə bölmüş, hər iqlimdə yerləşən ölkələr, şəhərlər, dənizlər, adalar haqqında məlumat vermişdir. Bakuvi Azərbaycanı 4-cü və 5-ci iqlimə daxil edir.

Hacı Zeynalabdin Şirvani (1780-1837) ömrünün 40 ilini səyahətdə keçirmişdir. Yazdığı “Cənnət bağı səyahətləri” , “Səyahət bağı” əsərlərində Azərbaycan, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinin coğrafiyası, etnoqrafiyası, görkəmli şəxsləri, abidələri haqqında qiymətli məlumatlar vermişdir. Onun coğrafi adların mənşəyi haqqında çoxlu mülahizələri vardır.

Abbasqulu ağa Bakıxanov (1794-1846) coğrafiya sahəsində də xidmətləri vardır. O, səyahət etdiyi ölkələrin geniş coğrafi ölkələrin geniş coğrafi təsvirini vermiş, “Qəribə kəşflər” əsərini Amerika qitəsinin kəşf olunmasına - ümumiyyətlə, Amerikanın coğrafi təsvirinə həsr etmişdir.

İsmayıl Qutqaşınlı (1806-1861). Məkkə səfərini əks etdirən “Səfərnamə” adlı əsəri coğrafiya baxımdan qiymətlidir.

Görkəmli maarifçi, təbiətşünas alım Həsənbəy Zərdabinin (1842-1907) Azərbaycanda coğrafi fikrin inkişaf etdirilməsində böyük rolu olmuşdur.



Qafur Rəşad Mirzəzadə (1884-1943) Azərbaycanın görkəmli coğrafiyaçıdır. O, Azərbaycanda coğrafiya tədrisi metodikasının əsasını qoymuş, Azərbaycanda ilk dəfə Azərbaycan dilində coğrafiya dərsliyi yazmışdır. Onun “Qafqaz coğrafiyası”, “Ümumi coğrafiya”, “Azərbaycan coğrafiyası”, “Coğrafiya terminləri lüğəti”, “Ümumi fiziki coğrafiya” adlı əsərləri respublıkamızda coğrafiya elminin inkişafı üçün qiymətli töhfələrdir.

Məhəmmədhəsən Baharlı (1896-1943) Azərbaycanda coğrafiya elminin inkişafında misilsiz rol oynamışdır. M. Baharlının Azərbaycan coğrafiyasına gətirdiyi ən böyük töhfə “Azərbaycan” kitabıdır. Bu kitab 1921-ci ildə Azərbaycan və rus dillərində çap olunmuşdur.

Respublıkamızda coğrafiya məktəbi olmadığı üçün kadrlar Rusiyanın müxtəlif şəhərlərində yetişdirilir. Azərbaycanda Respublıkası Elmlər Akademiyasının Coğrafiya İnstitutu yarandıqdan sonra respublıkamızda coğrafiya elmi sürətlə inkişaf etmişdir.



AZƏRBAYCAN RESPUBLIKASININ COĞRAFİ MÖVQEYİ

Plan:

  1. Azərbaycan Respublıkasının coğrafi mövqeyi sahəsi, onunla həmsərhəd dövlətlər.

  2. Azərbaycan Demokratik Respublikasının yaranması.

Qədim Azərbaycan torpağı Ön Asiyada yerləşir və Qafqaz dağlarının cənub-şərq hissələrində Urmiya gölünün cənub və cənub-şərqindəki dağlıq ərazilərə qədər olan sahələri əhatə edir. Onun sahəsi 200 min km2 –dən artıq olmuşdur.

Azərbaycan bütövlükdə şimal və həmçinin şərq yarımkürəsində yerləşir. İspaniya, Yunanıstan, Türkiyə, Koreya təqribən Azərbaycanla eyni coğrafi enlikdədir.

Azərbaycan torpağı Böyük Qafqazın cənub-şərq hissəsini, Kiçik Qafqazın şərq hissəsini, onların arasında yerləşən geniş Kür-Araz ovalığını, cənubda Talış, Savalan, Qaradağ, Bozquş silsilələrini, bütövlükdə İran yaylasının şimal-qərb hissəsini əhatə edir.

1918-ci il may ayının 28-də Şimali Azərbaycan ərazisində Azərbaycan Xalq Cumhuriyyəti yaradıldı. Onun ərazisi 114 min km2 yaxın, sərhədlərinin uzunluğu isə 3504 km-dən çox idi. Sovet hakimiyyəti illərində 28 min km2-ə yaxın ərazi Azərbaycandan alınaraq qonşu respublıkalara verildi.

1991-ci il oktyabr ayının 18-də Şimali Azərbaycan ərazisində 71 ildən sonra yenidən müstəqil Azərbaycan Respublıkası bərqərar oldu.

Hazırda Azərbaycan Respublıkasının sahəsi 86,6 min km2 –dir. Respublıkanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə isə 500 km məsafədə uzanır və 380 25 – 410 55 şimal enlikləri ilə 440 46 - 500 23 şərq uzunluqları arasında yerləşir.

Azərbaycan Respublıkasının ucqar şımal nöqtəsi Quton dağında, ucqar cənub nöqtəsi Astaraçayda, ucqar qərb nöqtəsi Naxçıvanda Sədərək, Ağstafa rayonu ərazisində Candargöl yaxınlığında, ucqar şərq nöqtəsi Abşeron yarımadasının şərqində Şah dilində, adalarda isə Neft Daşlarında yerləşir.

Azərbaycan Respublıkası 5 ölkə ilə həmsərhəddir. Onun sərhədlərinin ümumi uzunluğu 3472 km-dir. Respublıkamız şimalda Rusiya (Dağıstan), şimal-qərbdə Gürcüstan, qərbdə Ermənistan, cənubda İran, cənub-qərbdə Terkiyə və şərqdə Xəzər dənizi ilə həmsərhəddir.

Şimaldan sərhədlərimiz Samur çayının yatağından başlayaraq Sudur silsiləsi ilə Bazardüzünə, sonra isə Baş suayrıcı silsilə üzrə qərbə doğru uzanır. Rusiya (Dağıstan) ilə sərhədlərimizin uzunluğu 391 km, Gürcüstan ilə sərhədlərimizin uzunluğu 471 km-dir. Gürcüstan ilə sərhədlərimiz Qanıx, Mazımçay, Qabırrı çaylarından, Ceyrançöldən keçir.

Murğuz, Şahdağ, Şərqi Göyçə (Sevan) dağlarının suayrıcıları Ermənistanla Azərbaycan arasında sərhəd təşkil edir. Ermənistan ərazisi Azərbaycanı onun tərkiib hissəsi olan Naxçıvan MR-dən ayırır. Naxçıvanla Ermənistanın sərhədi Zəngəzur və Dərələyəz dağlarından keçir.

Azərbaycanın Ermənistanla sərhədlərinin uzunluğu 1007 km-dir.



Cənubda təbii sərhədlərimiz İranla (Cənubi Azərbaycanla) Araz çayı, Bulqarçay, Talış dağları və Astaraçaydan keçir. İranla olan sərhədlərimizin uzunluğu 765 km-dir.

Azərbaycan Respublıkasının Türkiyə ilə 13 km-lik məsafədə həmsərhəd olmasının çox böyük iqtisadi, siyasi və strateji əhəmiyyəti vardır.

Şərqdən respublıkamız Xəzər dənizi ilə əhatə olunur. Samur çayından Astaraçaya qədər respublıkamızın sahil xəttinin uzunluğu 825 km-dir.

Xəzər dənizinin Samur və Astara çaylarının mənsəbindən keçən en dairələri arasında yerləşən hissəsinin orta xəttindən qərbdə qalan hissəsi Azərbaycan Respublıkasına aiddir.

Xəzər dənizindəki Pirallahı, Cilov, Böyük Zirə, Xərə Zirə, Qarasu, Səngi Muğan, Neft Daşları və s. adalar da Azərbaycan ərazisinə daxildir. Xəzər dənizi səviyyəsinin qalxması ilə əlaqədar olaraq Sarı Kür dili yarımadaları adalara çevrilmişdir.

Respublıkamızın paytaxtı Bakı şəhəri Abşeron yarımadasında, Xəzər dənizinin təbii körfəzlərindən biri olan Bakı buxtasının sahılındı yerləşir. Bakı beynəlxalq əhəmiyyətli liman şəhəridir. Buradan Atlantlk və Şimal Buzlu əkeanlarına gəmi nəqliyyatı ilə çıxmaq mümkündür. Xəzərin günəşli sahilləri və qumlu çimərlikıləri kuror-turizm və istirahət zonası kimi böyük əhəmiyyətə malikdir.

Ərazimizin 65%-nin iqlimi subtropik, 33%-i isə mülayimdir. Qışın qısa, mülayim keçməsi yanacağa və isti qış paltarına çəkilən xərcləri azaltmağa imkan verir. Günəş enerjisinin bolluğu çox istilik sevən qiymətli bitkilər becərməyə, torpaqdan ildə iki dəfə məhsul götürməyə imkan verir. Laikn buxarlanmanın yüksək olmasına görə əkinçilikdə süni suvarma tətbiq olunur. Respublıkamızın çox hissəsinin quraq zonada yerləşməsi su ehtiyatlarının azlığına və su təchizatının baha başa gəlməsinə səbəb olur.

Son illərdə İran və Türkiyə ilə Azərbaycanın mehriban qonşuluq münasibətləri möhkəmlənir.

Gələcəkdə İran, Türkiyə, Azərbaycan və Gürcüstan arasında qarşılıqlı enerji verilişi gücləndiriləcəkdir.

Respublıkamızın Rusiya və onun tərkibindəki Dağıstan Respublıkası ilə şimal sərhədlərinin, ancaq Şollar düzündən keçən hissəsi müasir nəqliyyat əlaqələrinə imkan verir.

Yaxın vaxtlarda Rusiya və İran dəmir yollarının Azərbaycan ərazisi vasitəsilə birləşdirilməsi gözlənilir. Bu məqsədlə İran ərazisindən Astara şəhərinədək cəmi 250 km uzunluğunda dəmir yolu xətti çəkilməlidir. Eyni zamanda İran dəmir yolları Pakistan və Hindistan dəmir yolları ilə birləşdiriləcəkdir. Nəticədə Azərbaycan Respublıkası Avropa, Cənub-Qərbi Asiya vəCənubi Asiya kimi dünyanın böyük regionlarını bir-biri ilə birləşdirən müstəsna nəqliyyat dəhlizi-koridoru olacaqdır.
Azərbaycan Respublıkasının sərhədləri

Həmsərhəd ölkələr

Sərhədlərin uzunluğu, km

Rusiya Federasiyası (Dağıstan)

Gürcüstan Respublıkası

Ermənistan Respublıkası

İran İslam Respublıkası

Türkiyə Cumhuriyyəti

Quru sərhədlərin cəmi


391

471


1007

765


13

2647


Xəzər dənizi sahilləri boyu

sərhədlərin uzunluğu



825

Bütün sərhədlərin uzunluğu

3472


RELYEFİN ÜMUMİ SƏCİYYƏSİ
Plan:

1. Relyefin ümumi səciyyəsi.

2. Relyefin inkişafı. Tektonik zonalar.

3. Azərbaycan Respublıkasının əsas geomorfoloji vahidləri.

4. Geoloji quruluş.

5. Relyefin təsərrüfat əhəmiyyəti.

Respublikamızın ərazisində zirvələri qar və buzlaqlarla örtülü uca dağlar, yaylalar, dağarası çökəklilklər, geniş düzənliklər, ovalıqlar bir-birini əvəz edir. Göstərilən səth formalarının hamısı relyef adlanır.

Azərbaycan Respublikası ərazisinin relyefi çox müxtəlifdir. Burada düzənliklər və dağlar üstünlük təşkil edir.

Azərbaycan dağlıq ölkə hesab edilsə də, ərazisinin yarıya qədəri düzənliklərdən ibarətdir. Respublikamızın əsas geomorfoloji vahidləri Böyük Qafqaz, Kiçik Qafqaz dağları, Talış dağları, Kür-Araz ovalığı, Arazyanı düzənliklərdən və silsilələrdən ibarətdir.

Respublikamızın ərazisinin orta yüksəkliyi 657 m-dir. Xəzərsahili ovalıq okean səviyyəsindən 27 m-ə qədər aşağıda olduğu halda, Bazardüzü zirvəsinin yüksəkliyi 4466 m-ə çatır. Deməli, respublikamızın ərazisində yüksəkliyi fərqi 4500-ə yaxındır.

Respublıka ərazisinin 73%-i yüksəkliyi 1000-ə qədər, 27%-i isə 1000 m-dən artıq olan sahələrdir. Ovalıqlar, yəni yüksəkliyi 200 m-ə qədər olan sahələr ərazinin 40%-ni tutur. Ovalıqların ərazisinin 18%-i dəniz səviyyəsindən aşağıda yerləşir.

Böyük Qafqaz dağlarında əsas yeri Baş Qafqaz silsiləsi tutur. Həmin silsilənin Babadağ (3632 m) zirvəsinə qədər olan hissəsi kəskin parçalanmış dik yamaclarla, qədim buzlaqların yaratdığı təknəvari dərələrlə səciyyələnir. Babadağdan şərqə doğru silsilə tədricən alçalır, yamaclar hamarlanır.

Suayrıcı silsilə paralel bir neçə dağ silsiləsi uzanır. Onlardan ən mühümləri şimalda Yan silsilə, cənubda isə Qovdağ və Niyaldağdır. Yan silsilənin ən uca zirvəsi Şahdağdır.

Böyük Qafqazın şimal-şərq yamacında Qusar maili düzənliyi, Samur-Dəvəçi ovalığı, cənub-şərqində isə kəskin parçalanmış Qobustan alçaqdağlığı yerləşir.



Baş Qafqaz silsiləsinin cənub ətəkləri boyunca mütləq yüksəkliyi 200-700 m olan Qanıx-Əyriçay dağarası çökəkliyi uzanır. Bu çökəkliyi Kür-Araz ovalığından mütləq yüksəkliyi 600-1000 m-ə çatan Acınohur alçaqdağlığı ayırır.



Kiçik Qafqaz dağları Böyük Qafqaza nisbətən az parçalanmışdır. Azərbaycan daxilində Kiçik Qafqaz dağlarının ən mühüm silsilələri Şahdağ, Murovdağ, Göyçə, Qarabağ dağları və Qarabağ vulkan yaylasıdır.

Şahdağ silsiləsi (Qaraarxac -3062 m) Azərbaycanla Ermənistan sərhədi boyunca uzanaraq, Göyçə gölü hövzəsi ilə Kür hövzəsi arasında suayrıcı təşkil edir. Şagdağdan şərqə doğru Murovdağ silsiləsi uzanır. Onun ən uca zirvələri Gamışdağ (93724 m) və Hinaldağdır (3367 m). Murovdağın şimal yamaclarında füsunkar gözəlliyi ilə fərqlənən Kəpəz (3066 m) və Qoşqar (3361 m) dağları ucalır. Kiçik Qafqazı şimaldan Gəncə-Qazax maili düzənliyi əhatə edir.

Murovdağdan cənub-şərqə doğru uzanan Qarabağ silsiləsi Araz çayına qədər davam edir. Onun mütləq yüksəkliyi Böyük Kirs dağında 2725 m -ə çatır.

Naxçıvan Muxtar Respublıkasının Ermənistanla sərhədi boyu qövsvari şəkildə Dərələyəz və Zəngəzur silsilələri uzanır. Bu silsilələrin ən uca zirvələri Qapıcıq (3906 m) və Küküdağdır (3420 m).

Talış dağları respublikamızın cənub-şərq qurtaracağında yerləşir. Bu dağ sistemi cənub-şərq istiqamətində uzanan Talış, Peştəsər və Burovar silsilələrindən ibarətdir. Ən uca zirvələri Kömürköy (2493 m) və Qızyurdudur (2433 m).

Kür-Araz ovalığı Böyük və Kiçik Qafqaz dağları arasında yerləşir. Ovalıq ərazisinin 40%-ə qədəri okean səviyyəsindən aşağıda yerləşir.

Kür çayının sağ sahılı boyunca Gəncə-Qazax, Qarabağ, Mil düzləri, sol sahili boyunca Şirvan, Cənub-Şərqi Şirvan düzləri, Araz və Kür çaylarının sağ sahillərində Muğan düzü, Kür çayı ilə onun qolu Ağuşa arasında isə Salyan düzü yerləşir.




Dağ zirvələri və aşırımlar


Zirvələrin adları


Dəniz səviyyəsindən yüksəkliyi, m


Yerləşdiyi dağ sistemi

Böyük Qafqaz dağları

Bazardüzü

Şahdağ

Bazaryurd



Tufan

Yarıdağ


Raqdan

Babadağ


Qara-Burqa

Salavat aşırımı

Dübrar

4466


4243

4126


4191

4116


4020

3632


3471

2915


2205

Böyük Qafqaz silsiləsi

Yan silsilə

Baş Qafqaz silsiləsi

--“--

--“--


--“--

--“--


--“--

--“--


--“--

Kiçik Qafqaz dağları

Qapıcıq


Qazangöldağ

Biçənək aşırımı

Dəlidağ

Gamışdağ


Hinaldağ

Qoşqar dağı

Kəpəz

Böyük İşıqlı



Qızılboğaz

3904


3829

2346


3616

3724


3367

3361


3066

3550


3581

Zəngəzur sıra dağları

--“--

--“--


Qarabağ vulkan yaylası

Murovdağ sıra dağları

--“--

--“--


--“--

Qarabağ vulkan yaylası

--“--


Talış dağları

Kömürköy


Qızyurdu

2493


2433

Talış sıra dağları

--“--




Relyefin inkişafı. Tektonik zonalar. Respublikamızın ərazisi çox uzun geoloji inkişaf tarixinə malikdir. Milyon illər boyu davam edən endogen (daxili) və eksogen (xarici) qüvvələrin qarşılıqlı təsiri nəticəsində respublikamızın müasir relyefi yaranmışdır.

Azərbaycan ərazisi cavan Alp-Himalay qarışıqlığı qurşağında yerləşir.



Burada 5 tektonik zona ayrılır. Böyük Qafqaz dağları ilə Xəzər dənizi arasında Ön Qafqaz əyilmə zonasının cənub-şərq qurtaracağında birinci tektonik zona və ona uyğun gələn Qusar maili düzənliyi Samur – Dəvəçi ovalığı, ondan cənubda isə Böyük Qafqaz meqaantiklinoriomu yerləşir.

Üçüncü tektonik zona Kür çökəkliyini əhatə edir. Kür sinklinoriumunda çökmə süxurlarının qalınlığı 10-15 km-ə çatır. Bu zonaya Qanıx-Əyriçay çökəkliyi, Ceyrançöl-Acınohur alçaqdağlığı, Gəncə-Qazax maili düzənliyi və Kür-Araz ovalığı daxildir.

Dördüncü tektonik zonaya Kiçik Qafqaz qalxması və Talış dağları daxildir. Burada da bir sıra morfostrukturlar mövcuddur. (Dərələyəz və Zəngəzur dağları).

Beşinci –Araz tektonik zonası –Arazboyu silsilələri və maili düzənlikləri əhatə edir.

Tektonik sınma və pozulmalar boyu enmə və qalxma hərəkətləri baş verir. Bu hərəkətlər Azərbaycanın ayrı-ayrı ərazilərində özünü müxtəlif şəkildə özünü göstərir. Tektonik sınmalar və çatlar boyu, həmçinin termal sular, mineral bulaqlar səthə çıxır. Tektonik proseslərin daha güclü təzahür etdiyi sahələrdə zəlzələlər baş verir.

Azərbaycan ərazisi fəal seysmik zonada yerləşir. Respublıkamız daxilində bir neçə seysmik qurşaq ayırılır. Kiçik Qafqazın şimal-qərb və mərkəz hissəsi, Kür-Araz ovalığı, Qobustan, Qusar maili düzənliyi, Talış dağları 7 ball qədər güclü olan zəlzələ zonasına, Böyük Qafqazın cənub yamacı, Kiçik Qafqazın Gəncə zonası, Naxçıvan M R ərazisi 8-9 ball qədər gücü olan zəlzələlər zonasına daxildir.

Azərbaycan fəal seysmik zona və rayonlarında sənaye müəssisələri, yaşayış binaları, bəndlər, su anbarları tikilərkən, yollar və kanallar çəkilərkən zəlzələyə davamlılığı nəzərə alınır.



Relyef formaları. Relyefin təsərrüfat əhəmiyyəti. Yer qabığının ən iri relyef formaları materik çıxıntılarıokean çökəklikləridir. İkinci qrup relyef formaları quru okean dibindəki dağlardüzənliklərdir.

Tektonik qalxma sahələrində - Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan vı Talış dağlarında denudasiya, əyilmə sahələrində yerləşən Kür-Araz və Samur –Dəvəçi, Lənkəran ovalıqlarında isə akkumlasiya prosesləri üstünlük təşkil edir.



Aşınma proseslərinə azdavamlı süxurlardan təşkil olunmuş çox yüksək və dikyamaclı Böyük Qafqaz dağlarında denudasiya prosesi intensiv olur.

Gillərin və qumdaşların yayıldığı Ceyrançöl – Acınohur alçaqdağlıq zonalarında, Abşeron-Qobustanda, Naxçıvanda arid-denudasion relyef formaları (quru dərələr, yarğanlar, bəndləndlər və s.) əmələ gəlir. Dağlıq ərazilər kəskin parçalanmış və burada dik yamaclar, qayalıqlar, süxur səpintilərindən ibarət konusvari relyef formaları, yüksək dağlıq rayonlarda (xüsusilə Böyük Qafqazda) buzlaq relyef formaları-troq dərələri, karlar, morenlər, sirklər əmələ gəlmişdir.

Relyefin əsas erozion formalarından olan çay dərələri dağların hündürlüyündən, iqlim şəraitindən, süxurların tərkibindən asılı olaraq bir-birindən fərqlənir. Adətən, qalın əhəngdaşı qatların kəsib keçən çaylar kanyonvarı dərələr yaradır.

Respublikamızın dağlıq ərazilərində sürüşmələr çox yayılmışdır. Sürüşmələrin yaranması süxurların tərkibindən, yatım formalarından asılıdır.

Respublikanın bütün düzənlikləri akkummuyativ rülyef formalarına malikdir. Dağətəyi düzənliklərdə, xüsusilə Qanıx-Əyriçay çökəkliyində, Gəncə-Qazax və Qarabağ maili düzənliyində çayların yaratdığı yelpikvari gətirmə konusları, Kür-Araz ovalığında allüvial düzənliklər, Lənkəran, Samur-Dəvəçi ovalıqlarında Kür-Araz ovalığının Xəzərsahili ərazilərində dəniz dalğalarının fəaliyyəti nəticəsində abrazion düzənliklər yaranmışdır.

Təsərrüfatın ayrı-ayrı sahələrini inkişaf etdirmək üçün respublikamızın müasir relyefinin yararlılıq dərəcəsi eyni deyildir.

Dünyanın başqa dağlıq rayonlarında suvarma və dəmyə əkinçiliyi, bağçılıq, üzümçülük, qış otlaqları əsas yer tutur. əsas sənaye mərkəzləri, iri şəhərlər, nəqliyyat magistralları da burada yerləşir.

Düzən rayonlarında insanların təsərrüfat fəaliyyəti ilə əlaqədar antropogen relyef adlandırılan süni relyef formaları – kanallar, kollektorlar, su anbarları, bəndlər, yollar və s. yaradılmışdır.

Alçaq və ortadağlıq zonalarda 1500 m yüksəkliyə qədər dəmyə əkinçiliyi, taxıl zəmiləri, kartof əkinləri, maldarlıq təsərrüfatları əsas yer tutur. Mütləq yüksəkliyi 1500-2000 m və daha artıq olan ərazilər otlaq, biçənək kimi istifadə olunur.

Respublika ərazisinin cəmi 7,5%-ni təşkil edən və 2000 m-dən yüksəkdə yerləşən sahələrin mürəkkəb relyefi, sərt iqlim şəraiti, yamacların dikliyi, sıldırım qayalar, dərin dərələr təbii sərvətlərin mənimsənilməsi və nəqliyyat işini çətinləşdirilir. Bu sahələrdən otlaq və biçənək kimi istifadə olunur.

Relyefin yüksəkliyi ilə yanaşı, yamacların meyilliyi və səmti də ərazinin istifadə edilməsinə böyük təsir göstərir.Respublikamızda suvarma və dəmyə əkinçiliyində əsasən meyilliyi 2-3°, bəzən isə 10°-yə qədər olan sahələrdən istifadə edilir. Meyilliyi 15-25°-yə qədər olan sahələrdən biçənək kimi istifadə olunur. Belə yerlərdə əkin sahələri talalar şəklindədir.

  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə