AZƏrbaycan biznes dəSTƏYİ VƏ İNKİŞafi (Azerbaijan business assistance and development -abad) proqrami akstafa iQTİsadi DƏHLİZİNDƏ marketinq məRKƏZLƏRİ İcraçilarini seçMƏK ÜÇÜn elan olunmuş İCTİMAİ tenderin səNƏDLƏRİ




Yüklə 167.88 Kb.
tarix20.04.2016
ölçüsü167.88 Kb.

ABŞ BİA Azərbaycan Biznes Dəstəyi və İnkişafı (Azerbaijan Business Assistance and Development - ABAD) Proqramı


AZƏRBAYCAN BİZNES DƏSTƏYİ VƏ İNKİŞAFI (Azerbaijan BUSINESS Assistance AND DEVELOPMENT -ABAD) PROQRAMI

AKSTAFA İQTİSADİ DƏHLİZİNDƏ MARKETİNQ MƏRKƏZLƏRİ İCRAÇILARINI SEÇMƏK ÜÇÜN ELAN OLUNMUŞ İCTİMAİ TENDERİN SƏNƏDLƏRİ

1. Elan edən Təşkilat
Bu tender elanını verən təşkilat Beynəlxalq Xilasetmə Komitəsi (BXK) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (ABŞ BİA) arasında 112-A-00-04-00020-00№-li birgə razılaşmaya əsasən həyata keçirilən Azərbaycan Biznes Dəstəyi və İnkişafı (Azerbaijan Business Assistance and Development- ABAD) Programıdır. ABAD Programı Ə. Ələkbərov küçəsi 5, 565-ci məhəllə, 2-ci mərtəbə, Bakı AZ1141, Azərbaycan ünvanında yerləşir.
2. İctimai Tender Elanının Məqsədi
Tender prosesinin məqsədi Akstafa dəhlizində ABAD Marketinq Mərkəzi(lər)ni idarə etmək üçün müsabiqə yolu ilə bir və ya bir neçə təşkilat seçməkdir. İqtisadi Dəhliz daha böyük iqtisadi bazarları dəstəkləyən, Akstafa ətrafı bizneslərin və istehsalçıların ümumi regionu deməkdir. Marketing Mərkəzi icraçısı iki mərhələdən ibarət olan müsabiqə prosesi vasitəsi ilə seçiləcək. Marketing Mərkəzini idarə etmək üçün Azərbaycan təşkilat və ya müəssisəsinə qrant veriləcək.
Marketing Mərkəzinin məqsədi İqtisadi Dəhlizdə istehsalçılar üçün satışı artırmaqdır. Sadəcə olaraq, hazırda istehsal olunan məhsul üçün alıcılar tapmaq əvəzinə, Marketinq Mərkəzləri potensial alıcıları müəyyən edib, onların spesifik ehtiyaclarını başa düşüb və alıcıların ehtiyaclarını təmin etmək üçün istehsalçılarla işləyərək marketinqdə “tələb yanaşması”ndan istifadə edəcək. Bu fəaliyyətləri uğurla başa çatdırmaq məqsədilə, keyfiyyəti yaxşılaşdırmaq, məhsulu artırmaq və ya marketinq kanallarını dəyişmək üçün ABAD Marketinq Mərkəzlərini lazımi beynəlxalq və yerli məsləhətçilərlə təmin edəcək. ABAD Marketinq Mərkəzləri və onun müştərilərini avadanlıq, texnika və alıcıların tələblərinə cavab vermək məqsədilə ehtiyac duyulan sahələr üzrə qrantla təmin edəcək. Davamlılığa nail olmaq üçün Marketinq Mərkəzi vasitəsi ilə əldə olunan satış razılaşmasından faizlərin, icarə avadanlıqları və müştərilərə başqa texniki xidmətlərə görə gəlirlərin əldə etmək tələb olunur.
Marketinq Mərkəzlərindəki biznes məsləhətçiləri onun başlıca ehtiyatıdır. Marketinq Mərkəzinin əsas vəzifəsi iqtisadi dəhlizdə yerli istehsalçılar və yerli, regional, milli və beynəlxalq alıcılar arasında satış təşkil etməkdən ibarətdir. Marketinq Mərkəzinin fəaliyyəti onun müştərilərinin artmış satış fəaliyyətinə əsaslanacaq.
Marketinq Mərkəzini idarə edəcək təşkilatın seçimi iqtisadi dəhlizdə istehsalçılar və digər mikro və kiçik müəssisə (MKM) üçün biznes imkanlarının inkişafı ilə bağlı baxışı, Akstafa İqtisadi Dəhlizində istehsal olunmuş məhsullar üçün alıcı müəyyən edə bilmək bacarığı və hər Marketinq Mərkəzi heyətini təşkil edəcək biznes məsləhətçilərinin ixtisası kimi amillərə əsaslanacaq.
Marketinq Mərkəzləri aşağıdakı fəaliyyətləri həyata keçirəcək:



  1. İstehsalçılar və başqa kiçik müəssisələr üçün bazar imkanlarını müəyyən etmək;

  2. İstehsalçılar, MKM, emalçılar, vasitəçilər, topdansatış və pərakəndə satış ticarətçiləri arasında satış sövdələşmələrin aparılmasına kömək etmək;

  3. Məhsulun keyfiyyəti, miqdarı və vaxtında çatdırılması baxımından alıcıların sifarişlərinə cavab verə bilməsi üçün istehsalçılara və digər MKM-lərə texniki dəstək, məlumat, təlim və başqa münasib xidmətlər göstərmək (və ya müştərilərin bu xidmətlərlə bağlı ehtiyaclarını müəyyən etmək).

  4. Bazar tələblərini təmin etmək üçün bacarıqlarını artırmaq məqsədilə istehsalçıları və digər MKM-ləri başqa mənbələr və təşkilatlarla əlaqələndirmək (məsələn, ticarət bankları, qeyri-bank maliyyə müəssisələri/mikro-maliyyə müəssisələri, biznes və ticarət assosiasiyaları, QHT-lər, məsləhət və texnika firmaları, nəqliyyat firmaları, sığorta şirkətləri və donor tərəfindən maliyyələşdirilən layihələr);

  5. İstehsalçıların və digər MKM-lərin bazar tələblərini müəyyən etməsi və onlara cavab verməsinə kömək etmək üçün bazar təhlili aparmaq və bazar məlumatı yaymaq.

  6. Bazar məlumatlarını, alət və metodologiyaları və başqa mənbələri effektiv şəkildə bölüşərək bütün ABAD Proqramı Marketinq Mərkəzlərini əlaqələndirən şəbəkədə fəal iştirak etmək.

  7. Yerli icmalar və hökumət işçiləri, icma inkişafı təşkilatları, həmçinin yerli istehsalçılar, başqa kiçik müəssisələr və alıcılarla möhkəm, effektli, işgüzar əlaqələr saxlamaq;

  8. Marketinq Mərkəzlərinin yerləşdiyi icmalarda İcmanın İştirakı ilə Qiymətləndirmə (İİQ) keçirmək və icma əsaslı strateji planlaşdırmaya kömək etmək (yuxarıda göstərilən bazar tələbləri);

  9. Aşağıdakı məsələlərdə ABAD Proqramının texniki məsləhətçiləri ilə birgə işləmək:

    • Müştərilərə onlara münasib maliyyə imkanlarını müəyyən etməkdə kömək etmək və ABAD proqramının müştərilərinə ərizə vermə prosesində bələdçilik etmək,

    • Müntəzəm təkmilləşdirmə təklifi tərtib etmək və Hökumət işçiləri üçün öz ərazilərinə “öyrənmə səfərləri” planlaşdırmaq,

    • Marketinq Mərkəzi tədbirlərinin mediya əhatəsini əlaqələndirmək,

    • ABAD Proqramının Qrant prosesində müştərilərə bələdçilik etmək,

    • Spesifik olaraq qadın sahibkarların müəssisələrinə kömək edən fəaliyyətlər;


3. Muqavilə Münasibətləri
Marketinq Mərkəzi icraçıları seçildikdən sonra, ABAD Proqramı və Marketinq Mərkəzi icraçısı təxminən 50 ay qüvvədə olan müqaviləni rəsmiləşdirəcək. Bu müqavilədə Marketinq Mərkəzinin satışa kömək etməsi və müştərilərə xidmət göstərməsi nəticəsində nail olacağı əlavə satışların həcmi aydın şəkildə göstəriləcək.
ABAD Proqramı hər Marketinq Mərkəzini təlim, qaydalar və texniki köməklə və həmçinin fəaliyyətlər üçün maliyyə ilə təmin edəcək. Marketinq Mərkəzi icraçılarının gələcəkdə müstəqil olmağı və Marketing Mərkəzlərinə verilən maliyyənin layihə müddəti boyunca getdikcə azalacağını əsas məqsəd kimi qiymətləndirməsi çox vacibdir. ABAD Proqramı birinci il fəaliyyət xərclərinin 90%, ikinci il 70%, üçüncü il 50%, dördüncü il 30% və beşinci il 10% odəyəcək. Fəaliyyət xərclərinə ilkin başlanğıc xərclərindən başqa, Marketinq Mərkəzini idarə etmək üçün lazım olan bütün xərclər daxildir. Məsələn, fəaliyyət xərcinə maaşlar və sosial müavinatlar, ofis üçün yer, rabitə, səfər və s. daxildir (Aşağıda bölmə 8.C, bax).
Belə nəzərdə tutulur ki, ABAD Proqramının azaltdığı pul yardımının məbləği Marketinq Mərkəzinin müştərilər üçün satış və başqa xidmətləri hesabına əldə etdiyi gəlirlə əvəz olunacaq. Namizədlərdən xahiş olunur ki, öz fəaliyyət xərclərinin balansını müəyyən etməklə öz töhfələrini göstərsinlər və bu cür edəcəklərini təsvir edən planı da təklifin bir hissəsi kimi hazırlasınlar. Marketinq Mərkəzi töhfəsinin artımı bu cür mümkün ola bilər (1) Marketinq Mərkəzi davamlılığa nail olmağa kömək etmək məqsədi daşıyan texniki yardımdan faydalansın, (2) Marketinq Mərkəzinin daha çox gəlir gətirən fəaliyyətlərə diqqət verməsinə imkan verən effektlilik yaradılsın və nəhayət, (3) ABAD Proqramının təşəbbüsü kənd yerlərində gəliri artırdığına görə, müştərilər gəlirin artdığını görəcəklər, Marketinq Mərkəzi xidmətlərinin faydasını başa düşəcəklər və bu xidmətlərin bazar qiymətini ödəmək üçün həvəs və imkanları olacaq. Bundan başqa, ABAD Marketinq Mərkəzinə avadanlıq, texnika və digər mallar üçün qrant verə bilər, çünki satışın artırılması və Marketinq Mərkəzi müştərilərinin işlə təmin olunmasına əlavə olaraq, qrantlar Marketinq Mərkəzi üçün gəlir gətirə bilər.
4. İctimai Tender Elanının Əhatə Dairəsi
Bu ictimai, milli səviyyəli elandır və tenderin tələblərinə cavab verən hər hansı bir müəssisə və ya təşkilat Akstafa ticarət dəhlizində Marketinq Mərkəzi icraçısı olmaq üçün müsabiqədə iştirak edə bilər.
5. Marketinq Mərkəzi Icraçisi olmaq üçün müsabiqədə iştirak edən müəssisə və ya təşkilatlar üçün tələblər

Bu tenderdə hüquqi qeydiyyatı olan və fəaliyyət göstərən özəl firmalar, və ya qeyri hökumət təşkilatları (QHT), assosiasiyalar, universitetlər və ya oxşar tədqiqat institutları, nizamnaməsi və qanunları bu müsabiqədə iştirak etməyə imkan verən və bu müsabiqənin şərtlərinə cavab verən hər bir müəssisə və təşkilat iştirak edə bilər. Üzvlərindən biri yuxarıda göstərilən tələblərə cavab verən təşkilatlar və fərdlər birlikləri konsorsiumlar kimi iştirak edə bilərlər. Konsorsium şəklində iştirak edilərsə, konsorsiuma daxil olan hər təşkilat və ya fərdin töhfəsi və vəzifələri göstərilməlidir.


Bu tenderdə iştirak edən müəssisə və ya təşkilatların ticarət və biznesin inkişafında heç olmasa beş il təcrübəsi olması daha məqsədəuyğundur. Əgər namizəd konsorsiumdursa, heç olmasa üzvlərdən birinin biznes sahəsində göstərilən müddətdə təcrübəsi olması münasib olardı. Eyni zamanda namizədlərin istehsalçılara, bazar mütəxəssislərinə və yerli özəl biznesmenlərə qeyri –maliyyə xidməti göstərmək təcrübəsi məqsədəuyğun olardı. Onlar həmçinin ticarət dəhlizinin istehsal və social vəziyyəti barədə dərin bilik nümayiş etdirməlidir. Buna görə onlar Marketinq Mərkəzi fəaliyyəti üçün biznes və fəaliyyət strategiyasını aydın müəyyən etməyə qadir olmalıdırlar.
6. İki mərhələli tender prosesinin təsviri
ABAD Proqramı Akstafa ticarət dəhlizində bir və ya iki Marketinq Mərkəzi icraçısını seçmək üçün iki mərhələdən ibarət tender prosesi keçirəcək. I Mərhələnin məqsədi ondan ibarətdir ki, seçim prosesinin II Mərhələsində iştirak etmək üçün iki və ya dörd münasib namizəd seçsin.

Tender prosesi ilə bağlı son müraciət tarixi və tədbirləin vaxt cədvəli Əlavə 8-də göstərilmişdir.


Yalnız müsabiqənin I Mərhələsindən keçmiş namizədlərə Akstafa Marketinq Mərkəzi icraçısı(lar)nın seçiminin reallaşacağı II Mərhələ üçün tamamlanmış texniki və büdcə təklifi təqdim etməyə icazə verilir. II Mərhələdən sonra bir və ya iki Marketinq Mərkəzi icraçıları seçiləcək və Akstafa Marketinq Mərkəzi icraçısı kimi fəaliyyət göstərməsi üçün ABAD Proqramı və seçilmiş təşkilat və ya müəssisə arasında sab qrant imzalanacaq.
Fevralın 16 saat 14:00 –da Qazaxda, Süleyman Əliyev küçəsi 2 (Pedaqoji İnstitutun yaxınlığında) ünvanında yerləşən Rayon Bələdiyyə Resurs Mərkəzində, gələcək tenderçilər üçün konfrans keçiriləcək. Bu görüşün məqsədi gələcək tenderçilərə tender və tender prosesi ilə bağlı suallar vermək imkanı verməkdir və ABAD Proqramı nümayəndələri suallara cavab verəcəklər. İlkin elan veriləndən etibarən namizədlərə I Mərhələ üçün təkliflərini təqdim etməyə təxminən üç həftə vaxt veriləcək (ətraflı məlumat aşağıda göstərilib).
Seçildikləri barədə məlumat aldıqları gündən etibarən dörd gün müddətində seçilmiş namizədlərə onları maraqlandıran sualları yazılı şəkildə ABAD Proqramı heyətinə ya e-maillə office@abad.az ünvanına göndərmələrinə və ya axşam saat 18:00- kimi ABAD Proqramı ofisinə gətirmələrinə icazə veriləcək (Bax, Əlavə 8). Cavablar üç gün müddətində e-mail vasitəsilə seçilmiş bütün namizədlərə çatdırılacaq. Seçildikləri barədə məlumat aldıqları gündən etibarən təxminən beş həftə müddətində namizədlər bazar tələbatı qiymətləndirməsi, texniki və büdcə hissələri daxil olmaqla tamamlanmış təkliflərini təqdim edəcəklər. Tam təklif sənədinin təqdim olunmasından sonra namizədlər bazar tələbləri tapıntıları, texniki yanaşma, heyət və idarə etmə yanaşması barədə ABAD Proqramına şifahi təqdimat verəcəklər.
7. Təklif formasının təqdim olunma qaydaları

Hər iki I və II Mərhələ üçün təqdim olunan təklif formaları ingilis dilində yazılmalıdır. Təklif sənədləri aşağıdakı qaydalara cavab verməlidir. Həmin qaydalara uyğun gəlməyən təkliflər yararsız hesab olunacaq.


Təkliflər üstündə aydın şəkildə ərizəçinin adı (konsorsiumlar olarsa, konsorsiumu təmsil edən qeydiyyatı olan təşkilatın adı) yazılmış və ABAD Proqramının direktorunun ünvanına ünvanlanmış möhürlü zərfdə təqdim olunmalı və zərfin üstündə bir kənarda aydın şəkildə yazılmalıdır “Akstafa Ticarət Dəhlizi Marketinq Mərkəzi Təklif Sənədi”
I Mərhələ üçün təqdim olunan bütün təkliflərin həcmi 10 səhifədən çox olmamalıdır (şriftin ölçüsü 12, fonu Times Roman, tək məsafəli olmalı; qrafiklər, cədvəllər və ya CV-lər nəzərə alınmamalıdır). Hər namizəd I Mərhələ üçün təklifi beş nüsxədə təqdim etməlidir.
II Mərhələ üçün seçilmiş bütün namizədlər Texniki və Büdcə təkliflərini ayrıca bağlı və möhürlü zərflərdə təqdim etməlidir. II Mərhələ üçün təqdim olunan təklifin “Texniki Yanaşma” hissəsinin həcmi 20 səhifədən çox olmamalıdır (şriftin ölçüsü 12, fonu Times Roman, tək məsafəli olmalı; qrafiklər, cədvəllər və ya CV-lər, əlavə olunmuş Bazar Tələbatı Qiymətləndirməsi nəzərə alınmamalıdır). Büdcə təklifi üçün səhifə məhdudiyyəti yoxdur. II Mərhələ üçün seçilmiş hər bir namizəd beş nüsxə Texniki təklif və beş nusxə Büdcə təklifi təqdim etməlidir.
I və II mərhələ üçün təklif sənədləri Əlavə 8-də göstərilən son təqdimat tarixində saat 18:00 –a qədər aşağıdakı ünvana təqdim olunmalıdır:

Azərbaycan Biznes Dəstəyi və İnkişafı (Azerbaijan Business Assistance and Development -ABAD) Proqramının Ofisi

Beynəlxalq Xilasetmə Komitəsi

Ə. Ələkbərov küçəsi 5, 565-ci məhəllə, 2-ci mərtəbə,

Bakı, AZ 1141, Azərbaycan

İkinci mərhələ üçün şifahi təqdimatlar Bakı ofisində olacaq.

Sənədlər təqdim olunarkən ərizəçilərə sənədlərin təqdim olunduğunu və vaxtını təsdiq edən möhürlənmiş qəbz veriləcək.


8. Marketinq Mərkəzi icraçısı namizədlərinin təqdim edəcəyi sənədlərin məzmunu1
A. I Mərhələnin Texniki Təklifi üçün tələb olunan məlumat
Qeyd: Təklif sənədinin üzərində təşkilatın adı yazılmış başlıq səhifəsi olmalıdır. Təklifin hər bir bolməsinin yarım başlığı aşağıda göstərilmiş başlıqlarla eyni olmalıdır. Hər bölmə aşağıda qeyd olunmuş bütün bəndlərdən bəhs etməlidir. Bu tələblərə əməl etməyən təklif sənədi yararsız hesab olunacaq.



  1. Təşkilatın tarixçəsi və:

    • Ad

    • Təşkilatın növü

    • Ünvan

    • Telefon, faks və ya e-mail

    • Direktorlar Heyətinin Üzvlərinin və Hüquqi Nümayəndənin adı (uyğun gələrsə).

    • Vergi vermək üçün identifikasiya nömrəsi

    • Əlavələr (uyğun gələrsə):

  1. Təşkilati Nizamnamənin surəti

  2. İctimai Qeydiyyatı təsdiq edən Qeydiyyat vərəqinin surəti

  3. Hüquqi Nümayəndənin vəkillik səlahiyyətini təsdiq edən sənədin surəti

  4. Hüquqi nümayəndə və təyin olunmuş ictimai mühasib tərəfindən imzalanmış son Maliyyə Şərhinin surəti (2002).

  5. Namizəd təşkilatın Sədrinin və Menecerinin iş təcrübəsinin (CV) surəti.

  6. Konsorsium halında olarsa, Assosiasiya və ya Konsorsiumun qəbul olunduğunu vəd edən, notarius tərəfindən təsdiq olunmamış, birliyi təsdiq edən bəyənnamə təqdim olunmalıdır və rəhbərlik edəcək təşkilatın adı aydın göstərilməlidir (münasib iştirak və ya faiz göstərilməli), və həmin bəyənnamə aidiyyəti olan hüquqi nümayəndələr tərəfindən rəsmiləşdirilməlidir. Həmçinin, yuxarıda qeyd olunan sənədlər qrupun üzvü olan hər bir təşkilatın adından təqdim olunmalıdır. Sab qrant imzalananda, ABAD Proqramı sab qrantı konsorsiumu təşkil edən təşkilatlardan biri ilə imzalayacaq və həmin təşkilat konsorsiumu təmsil edəcək.




  1. Təşkilatın xüsusiyyətləri:

    • Ucqar yerlərdəki istehsalçılara, mikro və kiçik müəssisələrə, bazar mütəxəssislərinə özəl yerli sahibkarlara qeyri-maliyyə xidmətləri göstərmək təcrübəsi. Aşağıdakıları əhatə edərək təşkilatın son on ildəki təcrübəsinin siyahısını cədvəl şəklində yazın:

      • Həyata keçirilən layihənin adı

      • Fəaliyyət növləri

      • Müddəti

      • Təklif olunan vəzifələr

      • Əldə olunan nəticə

      • Layihənin dəyəri

      • Maliyyə mənbəyi

    • Akstafa ticarət dəhlizində yerli istehsalçılar, MKM-lər, alıcılar və yerli təşkilatlarla mövcud olan şəbəkə və əlaqələr

    • Aşağıdakı sahələr üzrə biznes inkişaf dəstəyi göstərməkdə ümumi bacarıq:

      • Bazar tələbi təhlili

      • Bazar tapma və sövdələşmə aparmaq

      • Biznes, idarəetmə, texniki və maliyyə təcrübəsi

      • Ticarət, texniki, maliyyə və idarəetmə mənbələri və əlaqələri barədə məlumat toplamaq və həmin məlumatları başqalarına çatdırmaq

      • Bazar məlumatları toplamaq və onları başqalarına çatdırmaq

      • Milli Marketinq Mərkəzi şəbəkəsi (AAM ilə sıx əməkdaşlıq vasitəsilə)

      • Strateji planlaşdırma və həyata keçirmə daxil olmaqla, icma əlaqələri və icma əsaslı inkişaf

      • Maliyyə baxımından müstəqilliyə əsaslanan qeyri-hökumət fəaliyyətinin idarə olunması

      • Akstafa dəhlizindəki istehsalçılar, MKM-lər, həmçinin başqa firmalar tərəfindən təmin olunan yerli, regional, milli və beynəlxalq bazarlar




  1. İdarəetmə xüsusiyyətləri, aşağıdakılar daxil olmaqla:

    • Əsas heyət (CV-lər əlavə olunmalı)

    • Hazırkı ofislər, ləvazimatlar, avadanlıq və maşınlar və s.

    • Dörd həftə müddətində Bazar Tələbi Qiymətləndirməsini başa çatdırmaq üçün metodologiya və iş planının yazılı şərhi (Bax, Əlavə 7)


B. II Mərhələnin Texniki Təklif Sənədi üçün tələb olunan məlumat
I. Akstafa dəhlizindəki kənd təsərrüfatı istehsalçıları və digər MKM tərəfindən istehsal olunan məhsullar üçün bazar tələbatının xülasəsi. Ətraflı Bazar Tələbatı Qiymətləndirməsini əlavə kimi Texniki Təklifə daxil et. Bazar Tələbatı Qiymətləndirməsi ilə bağlı ətraflı məlumat üçün Əlavə 7-ə bax.
II. Tələb və bazara uyğun fəaliyyət göstərən Marketinq Mərkəzinin müvəffəqiyyəti üçün Texniki yanaşma, buraya daxildir:

    • ABAD Proqramı və onun bazar tələbinə uyğun yanaşmasını başa düşmək

    • Satışı artırmaq və iş yerləri açmaqda yerli istehsalçılara və MKM-lərə kömək edə bilmək üçün Akstafa ticarət dəhlizində regional problemlərin müəyyənləşdirilməsi

    • Marketinq Mərkəzini idarə etmək üçün strategiyanı ticarət dəhlizində xidmət göstəriləcək kompaniyaları və ya məhsulları və göstəriləcək ilkin xidmətləri aydın əks etdirən Biznes İnkişaf Planı. Buraya heyət və ya ofislərin yerləşdiyi yer barədə müzakirə, gəlir gətirən fəaliyyətlərə əsaslanaraq uzunmüddəli və maliyyə baxımından müstəqil olmağa zəmin yaradan planlar daxil olunmalıdır. Həmçinin, məsləhət görülür ki, ictimai sektorun başqa biznes inkişaf fəaliyyətləri ilə əlaqə və beynəlxalq əməkdaşlıq ətraflı izah olunsun.

    • Monitorinq üçün təklif olunan göstəricilər daxil olmaqla, Marketinq Mərkəzinin Fəaliyyət Monitorinqi planı (Nümunə üçün Əlavə 6-a bax).

III. İdarəetmə planı, aşağıdakılar daxil olmaqla:



    • Fəaliyyət Strukturu, aşağıdakılar daxil olmaqla:

    • Təşkilati Struktur

    • Satışa məsul şəxs daxil olmaqla, Marketinq Mərkəzini idarə etmək üçün təklif olunan əsas heyət, hər heyət üzvü üçün aşağıdakıları əlavə et:

      • Tərcümeyi-hal (CV- 3 şəxsi və 3 işlə bağlı xasiyyətnamə daxil olmaqla)

      • Əgər təşkilat seçilərsə, öz vəzifə və öhdəliklərini qəbul etdiyini bəyan edən əsas heyətin hər bir üzvü tərəfindən imzalanmış məktub.

      • ABAD Proqramının formatına uyğun olaraq əsas heyətin hər bir üzvünün gücü və potensialı

    • Aşağıdakılar daxil olmaqla əsas heyətə dəstək:

    • ləvazimat, infrastruktur, avadanlıq və təşkilatın texniki prosesləri

    • təşkilat və texniki heyətin bacarığı necə artırılacaq

    • Tez bir zamanda Marketinq Mərkəzini yaratmaq və potensial müştərilərə göstəriləcək ilkin xidmətləri öhdəsinə götürmək kimi birinci kvartal üçün planlaşdırılmış fəaliyyətlər haqqında ətraflı məlumatlar daxil olmaqla Qısamüddətli Başlanğıc Planı

    • Müştərilərə göstəriləcək xidmətlər haqqında ətraflı məlumat və vaxt cədvəli daxil olmaqla birinci il üçün İlkin Fəaliyyət Planı (iş planı)



C. II Mərhələ Büdcə Təklifi üçün tələb olunan məlumat (ayrıca zərf)
Maliyyə təklifi texniki və büdcə təkliflərini daha düzgün qiymətləndirmək üçün istifadə olunur. Marketinq Mərkəzinin bir illik fəaliyyət büdcəsinin təxminən $40,000 olacağı təxmin olunur və Marketinq Mərkəzi birinci il bunun 10%-ni, ikinci il 30%-ni, üçüncü il 50%-ni, dördüncü il 70%-ni və beşinci il 90%-ni töhfə edəcək. Büdcə ölçü vahidlərini və aşağıdakı bəndlərin hər biri üçün vahidin dəyərini əks etdirməlidir:

  • Maaşlar – ABAD iqtisadi dəhlizdəki orta aylıq maaş səviyyəsinə əsasən, hər Marketinq Mərkəzində üç və ya dörd tam ştatlı heyət vəzifəsini dəstəkləməyi nəzərdə tutur.

  • Sosial müavinatlar

  • Ofisin təşkili, harada münasib olarsa

  • Ofis Fəaliyyətləri (başqa yarım bəndlər arasında ayrıca nəzərdə tut, kirayə, material, mebel və avadanlıq)

  • Səfər və Səfər xərcləri - Maşın almaq üçün fond olmayacaq. Namizədlər təxmin olunan nəqliyyat ehtiyacını qarşılamaq üçün alternativlər təklif etməlidirlər.

  • İcraçının Baş Ofisinin dolayı xərcləri, münasib olarsa, ümumi dəyərin 10% -dən çox olmamalı və budcədə bəndlərlə göstərilməli (məs. ofis üçün kirayə haqqı, kommunal xidmətlər, işçi və rəhbərin maaşı)

ABAD Akstafa iqtisadi dəhlizində bir və ya iki Marketinq Mərkəzi ofisinin fəaliyyətini dəstəkləməyi nəzərdə tutur. ABAD-ın məqsədi tələbə uyğun satış yaratmaq olduğu üçün satıcıların alıcılara yaxın olması vacibdir.


Yuxarıda qeyd olunan bütün məsələlər təklifdə öz əksini tapmalıdır. Yuxarıda qeyd olunan məsələlər təklifdə öz əksini tapmasa, həmin təklif yararsız hesab ediləcək.



9. Qiymətləndirmə kriteriyaları
I mərhələ 60 bal sistemi ilə II mərhələ isə 400 bal sistemi ilə aşağıdakı qaydada qiymətləndiriləcək:
I Mərhələ: YARIM –FİNAL-maksimum 60 bal
30 bal  Təşkilati xüsusiyyətlər:

10 bal: satış yaratmaq və qeyri-maliyyə biznes xidmətləri göstərmək təcrübəsi

10 bal: Akstafa Ticarət dəhlizində şəbəkə və əlaqələr

10 bal: Biznes inkişaf dəstəyi göstərməkdə ümumi bacarıq

30 bal İdarəetmə xüsusiyyətləri:

10 bal: Əsas heyət

10 bal: Hazırkı imkan, şərait

10 bal: Bazar Tələbatı Qiymətləndirməsi aparmaq üçün Plan



II Mərhələ: AKSTAFA TİCARƏT DƏHLİZİ ÜÇÜN MARKETİNQ MƏRKƏZLƏRİ İCRAÇILARININ SEÇİLMƏSİ
A) Texniki yanaşmanın qiymətləndirilməsi, maksimum 300 bal
50 bal  Bazar Tələbatı Qiymətləndirməsi

100 bal  Texniki yanaşma:

20 bal: ABAD Proqramı və bazara uyğun yanaşmanı başa düşmək

20 bal: Regional problemin şərhi

40 bal: Marketinq Mərkəzi üçün Biznes İnkişaf Planı

20 bal: Fəaliyyət Monitoringi Planı

150 bal  İdarəetmə planı:

20 bal: Təşkilati struktur cədvəli

60 bal: Əsas heyət

20 bal: Locistik dəstək və imkanlar

30 bal: Qısamüddətli Başlanğıc Planı

20 bal: 1 illik Fəaliyyət Planı


Təklifləri qiymətləndirərkən nəzərə alınacaq texniki və idarəetmə baxımından yanaşmanın əsas cəhətləri aşağıdakılardır:

    • Tələbə əsaslanmaq: alıcıların ehtiyacını müəyyən etmək və istehsalçılara sadəcə olaraq ən-ənəvi məhsulları satmaqdansa alıcıların ehtiyacını qarşılamaq barədə məsləhət vermək vəzifəsi

    • Təklif olunan köməyi qiymətləndirmək: Marketinq Mərkəzinin dəyərinə nisbətən satışda beş dəfə artım əldə etməklə Marketinq Mərkəzi dəyərinin heç olmasa müştəriyə bərabər qayıtmasını təmin etmək üçün Marketinq Mərkəzi dəyərini və müştəri satışındakı artımı qiymətləndirmək bacarığı

    • Müştərini qiymətləndirmək: Marketinq Mərkəzi təkliflərinin həyata keçirilməsini və nəticə verməsini təmin etmək üçün hər iki təchiz etmək və tələbat üçün firma səviyyəli bacarıqları, ciddiliyi, vəzifələri və mənbələri qiymətləndirmə bacarığı

    • Razılaşmaları qiymətləndirmək: razılaşmanın gəlir gətirən və cəlbedici olmasını və Marketinq Mərkəzinin daimi dəstəyi olmadan davam etməsini təmin etmək üçün istehsalçıların və alıcıların hər ikisi üçün əhəmiyyətli olan təklifləri təhlil etmək bacarığı

    • Biznes əlaqələrini dəstəkləmək:ünsiyyət, məlumat axını, müqavilələrin bağlanması, problemlərin və münaqişələrin həll olunması, ciddi müştəri- Marketinq Mərkəzi məxfiliyinin saxlanması məsələlərinə kömək etmək və bütün faydalı mənbələr və əlaqələrə çıxışı təmin etmək bacarığı

    • Razılaşmanın faydalı olmasına kömək etmək: İqtisadi dəhlizlərin rəqabətli və regional biznesin gəlir gətirən olması üçün müştərilərə daha cəlbedici bazarlar tapmaqda, satışı genişləndirməkdə, məhsulun keyfiyyətini yaxşılaşdırmaqda və xərcləri azaltmaqda kömək etmək üçün texniki kömək və təlim vermək bacarığı

    • Marketinq Mərkəznini davamlılığını planlaşdırmaq: Marketinq Mərkəzinin uzunmüddətli davamlılığını təmin etmək üçün müştərilərə satıla biləcək xidmətlər və məhsullara əsaslanmaq

Təklif sənədlərini qiymətləndirərkən nəzərə alınacaq idarəetmə planının əsas cəhətlərinə aşağıdakılar daxildir:



    • Biznes həssaslığı və təcrübəsi

    • Analitik bacarıqlar

    • Problemi həll etmə bacarığı

    • Ünsiyyət bacarıqları

    • Əlaqələr yaratmaq və istehsalçılara və kiçik müəssisələrə satışlarını artırmaqda kömək etmək vəzifəsini başa düşmək

    • Möhkəm peşəkar şəbəkə

    • Birlik və etibarlılıq



B) Büdcə təklifinin qiymətləndirilməsi maksimum 100 bal



Mərhələ III: Maliyyə Təklifi üzrə danışıqlar
II Mərhələdən sonra layihə namizədləri üstülüyünə görə sıralama sistemi yaradacaq və sıralamada birinci yerdə duran namizədlə maliyyə təklifini müzakirə edəcək. Razılıq əldə olunduqdan sonra sab qrant imzalanacaq. Əgər razılıq əldə olunmasa həmin namizədlə proses dayandırılacaq və ikinci namizədlə danışıqlara başlanılacaq və namizəd bu qayda ilə seçiləcək.
10. Tender prosesinin təqvimi
Əlavə 8-ə bax (Tender təqvimi)

ƏLAVƏ 1: ABAD PROQRAMI HAQQINDA MƏLUMAT VƏ ONUN TƏSVİRİ
ABAD Proqramı Azərbaycanın kənd yerlərində biznesin inkişafına mane olan məsələlərə, xüsusilə, satışa kömək etmək üçün istehsalçılar və emalçılar arasında təchizat zənciri yaratmaq, ferma və firma səviyyəsində texniki məsləhətə ehtiyac, biznesin inkişafına inzibati əngəllər və kənd yerlərindəki tərəfdaşların arasında əməkdaşlığın olmaması məsələlərinə müraciət edərək mikro və kiçik biznesə kömək etmək üçün tərtib olunub.
ABAD Proqramının məqsədi əvvəlcə, bazar ehtiyaclarını müəyyən etmək və sonra mikro və kiçik müəssisələrlə işləyərək, həmin ehtiyacları ödəyəcək məhsul istehsal etməklə, müəyyən olunmuş iqtisadi dəhlizlərdə satışı və iş yerlərini artırmaqdır.

ABAD Proqramı o şəraitdə fəaliyyət göstərir ki, tələb təchizata zəmin yaradır, ona görə də miqdar, keyfiyyət və məhsulu vaxtında çatdırma baxımından istehsalçılar alıcıların tələbatına cavab verməlidir. Təchizatçıların rolu yalnız tələbatı olanlarla əməkdaşlıq etmək deyil, eyni zamanda yeni və dəyişən ehtiyaclara cavab verməkdir. Başqa sözlə, əsas prinsip “istehsal edə bildiyini sat” deyil, “sata bildiyini istehsal et” olmalıdır.


Taktiki baxımdan, kiçik və pərakəndə istehsalçıları və MKM-ləri alıcılarla əlaqələndirməyin ən yaxşı yolu geniş miqyaslı emalçılarla, topdansatış ticarətçilərilə, brokerlərlə və pərakəndə ticarətçilərlə razılaşmalardır. Rəqabətli bazar iqtisadiyyatında müvəffəqiyyətin əsas açarı şaquli inteqrasiya deyil, istehsal və dəyər zəncirində hər iştirakçının gücünü artırmaq üçün əlaqələr yaratmaqdır.

Fəaliyyət dairəsi

“Ticarət dəhlizləri” strategiyası mövcud yol əlaqələrini vurğulayır. Bu halda, dəhliz kasıb kənd ərazilərini şəhərlərlə birləşdirir və öz növbəsində şəhərlər onları ticarət və istehsal səviyyəsində daha çox tanınmış şəhərlərlə birləşdirir. “Ticarət Dəhlizləri” milli səviyyədə bu tərzdə müəyyən olunub.


Dəhlizlər arasında üstünlüyü müəyyən etmək üçün iki əsas meyar nəzərə alınıb: “iqtisadi potensial” və “kənd əhalisi ilə əlaqə”. ABAD Proqramı öz fəaliyyətlərini aşağıdakı İqtisadi Dəhlizlərdə həyata keçirməyi nəzərdə tutub:


  • Lənkəran (Cənubi) Dəhlizi



  • Akstafa (Şimal-Qərbi) Dəhlizi



  • Zaqatala (Şimali) Dəhlizi




  • Quba (Şimal-Şərqi) Dəhlizi




  • Naxçıvan Dəhlizi

(hər Dəhlizdəki rayonların təsviri Əlavə 3-də göstərilib).


ABAD Proqramının Təşkilati Strukturu
Zəhmət olmasa, ABAD İdarəetmə Strukturu üçün əlavəyə baxın (ƏLAVƏ 9)
ABAD Proqramı üzrə işçi heyətinin qısa təsviri aşağıda göstərilmişdir:
Proqramın Rəhbəri:

  • Layihənin strateji istiqamətini müəyyən edir

  • Proqramın həyata keçirilməsini qiymətləndirir


Biznes Xidmətləri:

  • Marketinq Mərkəzlərinin işinin həyata keçirilməsini təmin edir və onlara nəzarət edir

  • Marketinq Mərkəzlərlə müqavilə aspektlərini idarə edir

  • Marketinq Mərkəzlərinin təmin etdiyi yardım və biznesi qiymətləndirir və monitorinqini aparır

  • Marketinq Mərkəzlərinin texniki yardım əldə etmək üçün təqdim etdiyi müraciətləri qiymətləndirir



Qrantların İdarə Olunması


  • Qrant əldə edəcək namizədləri müəyyən edir və qrant təkliflərinin hazırlanmasına kömək edir

  • Qrantları həyata keçirir və monitorinqini aparır



Marketinq Şəbəkəsi


  • Bazar fəaliyyətlərinin tərtibatında İcma İştirakını irəli çəkir

  • Marketinq Mərkəzlərinin şəbəkəsi vasitəsilə məlumat yayımı vasitələrini yaradır

  • ABAD Proqramı fəaliyyətləri haqqında məlumatı ictimaiyyətə yayımlayır və mediya vasitəsilə irəli çəkir

  • ABAD Proqramı fəaliyyətlərində qadınların və aztəminatlı qrupların iştirakına şərait yaradır

ƏLAVƏ 2: MÜƏSSİSƏ HAQQINDA MƏLUMAT MƏKTUBU - NÜMUNƏ
<Şəhər, Tarix>
Cənab Tomas Lemli

Proqramın Rəhbəri

Azərbaycan Biznes Dəstəyi və İnkişafı (Azerbaijan Business Assistance and Development - ABAD) Proqramıe

Beynəlxalq Xilasetmə Komitəsi

Ə. Ələkbərov küç. 5, 565-ci kvartal, 2-ci mərtəbə

Bakı AZ1141, Azərbaycan

RABD@irchq.baku.az
Mövzu: Marketinq Mərkəzi icraçıları üçün İctimai Tender Elanı

Aidiyyəti: Akstafa dəhlizində Marketinq Mərkəzi


Hörmətli Cənab:
Aidiyyəti üzrə təkliflərin qəbulu üçün müraciətə uyğun olaraq təklif təqdim etmək marağımızı nəzərinizə çatdırırıq. Bu məqsədlə, xahiş edirik aşağıdakı məlumatı nəzərə alasınız:

Qurumun adı: ___________________________

Qurumun növü: ___________________________

Ünvan: ___________________________

Telefon: ___________________________

Faks: ___________________________

E-mail: ___________________________
Qurum nümayəndələrinin soyadı, Adı və Atasının adı
Hörmətlə,

ƏLAVƏ 3: HƏR BİR TİCARƏT DƏHLİZİNƏ DAXİL EDİLƏN RAYONLARIN SİYAHISI



LƏNKƏRAN


  1. İmişli

  2. Saatlı

  3. Sabirabad

  4. Hacıqabul

  5. Səngəçal

  6. Qobustan

  7. Ələt

  8. Əlibayramlı

  9. Səlyan

  10. Biləsuvar

  11. Neftçala

  12. Cəlilabad

  13. Göytəpə

  14. Masallı

  15. Yardımlı

  16. Lerik

  17. Lənkəran

  18. Astara


QUBA

  1. Nabran

  2. Xudat

  3. Qusar

  4. Xaçmaz

  5. Quba

  6. Dəvəçi

  7. Siyəzən


ZAQATALA

  1. Balakən

  2. Zaqatala

  3. Qax

  4. Şəki


AKSTAFA

  1. Qazax

  2. Akstafa

  3. Tovuz


NAXÇIVAN

  1. Sədərək

  2. Şərur

  3. Şahbuz

  4. Babək

  5. Culfa

  6. Ordubad

  7. Naxçıvan


ƏLAVƏ 4: TƏXMİNİ İLLİK BÜDCƏ


BƏNDLƏR

(siyahı)


Ölçü vahidi

Vahidin dəyəri

12 Ay

İl -1

İl -2

İl-3

ABAD

90%


Marketinq Mərkəzi

10%


ABAD

70%


Marketinq Mərkəzi

30%


ABAD

50%


Marketinq Mərkəzi

50%


1. Kompensasiya

(vəzifələrin fərdi siyahısını göstər)


Ay


























2. Sosial müavinatlar

%

























3. Ofisin təşkili

3.1 Mebellə təchizat

3.2 Avadanlıq


Vahid


























4. Ofis fəaliyyətləri

4.1 Ofisin kirayə haqqı

4.2 Kommunal xidmətlər

4.3 Rabitə

4.4 Materiallar

4.5 Başqa



Ay


























5. Səfərlər və səfər xərcləri

Ay


























6. İcraçının Baş Ofisinin Dolayısı ilə Xərcləri, bəndlərlə göstərilmiş (uyğun gələrsə, 1, 2, 4 və 5 bəndlərinin yarım cəminin maksimum10%-i)

Ay

























CƏMİ

























Qeyd- Xahiş olunur, yəqin edəsiniz ki, heç bir bəndə Əlavə Dəyər Vergisi (ƏDV) daxil edilmir.

ƏLAVƏ 5: ƏSAS İŞÇİ HEYƏTİNİN TƏNQİDİ TƏHLİLİ


AD

GÜCLÜ TƏRƏFLƏR

POTENSİAL











































ƏLAVƏ 6: İŞİN MONİTORİNQ PLANI


Vəzifələrin iyerarxiyası

Məramlar

Göstəricilər

Yoxlama mənbələri

Fərziyyələr

MƏQSƏD















NƏTİCƏ















TƏDBİRLƏR















Qeyd – ABAD Proqramı xüsusi olaraq məqsəd və vəzifələri, həmçinin göstəriciləri nəzərə alacaqdır.
Bunula əlaqədar olaraq aşağıdakıları nəzərə alın:

  • MƏQSƏD... fəaliyyət nəticəsində nail olunacaq ən vacib dəyişikliyi (təsiri) göstərən spesifik layihə vasitəsilə bu fəaliyyəti təsdiq edən ümumi bir vəzifədir.

  • NƏTİCƏLƏR… məqsədə çatmaq üçün nail olunması lazım olan və layihə tərkibində təklif olunan spesifik vəzifələrdir. Bu səviyyədə təklif olunan dəyişikliklər fəaliyyətin arzu olunan və birbaşa məsuliyyəti özündə ehtiva edən təsirləridir.

  • MƏRAMLAR... kəmiyyət, keyfiyyət və vaxt meyarlarını özündə birləşdirən vəzifələr iyerarxiyasının kəmiyyət və fəaliyyət baxımından anlaşmasıdır. Məqsəd deyəndə əsasən layihənin ümumi təsiri nəzərdə tutulur, lakin nəticələr dedikdə layihənin konkret təsiri nəzərdə tutulur.

  • GOSTƏRİCİLƏR.... layihə tərkibində planlaşdırılmış fəaliyyətlər nəticəsində yaranan spesifik, aydın və obyektiv olaraq yoxlanıla bilən dəyişikliklərin ölçüləridir (təsir və uyğunluq).

ƏLAVƏ 7: BAZAR TƏLƏBATLARI QİYMƏTLƏNDİRMƏSİNİN DETALLARI
II Mərhələ üçün seçilmiş müəssisədən Akstafa Ticarət Dəhlizində istehsal olunan məhsullar üçün Bazar Tələbatlarının Qiymətləndirilməsini aparmaq tələb olunacaqdır. Bu tenderçilərin tələbə əsaslanan Marketinq Mərkəzini idarə etmək üçün baxış və strategiyası iqtisadi vəziyyət və bazar imkanları haqqında ilkin biliklə istiqamətləndirildiyinə əmin olmaq üçün vacibdir. Bu həmçinin, ABAD Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyinə təklif verən hər bir qurumun biliyini və tələbat və bazar əsaslı yanaşmaya məsuliyyətini qiymətləndirməyə imkan verir.
Bazar Tələbatlarının Qiymətləndirilməsi Akstafa ərazisindəki mikro və kiçik müəssisələr və kənd təsərrüfatı istehsalçıları tərəfindən istehsal olunan məhsullar üçün potensial alıcıların ətraflı təhlilini verməlidir. Qiymətləndirmə, həmçinin, inkişafa imkan yaradan və ya onun qarşısını alan əsas amillərin, əsas sənaye və kənd təsərrüfatı və dəhliz ərazisində bizneslə məşğul olan firmaların siyahısının xülasəsini verməlidir. Bu aşağıdakıları əhatə edəcək , lakin bununla məhdudlaşmır:


  • Akstafa Dəhlizində istehsal olunan məhsulların əsas alıcıları üçün fərdi şirkət profilləri

  • Hər bir alıcının alıcılıq və kənar resurs ehtiyaclarının cari və potensial dəyəri

  • Lazım olan istehsal və emal vasitələrinin cari və potensial növləri, professional xidmətlər və yerli istehsalçılar və MKM –lərin əldə edə bildiyi digər imkanlar

  • Dəhliz ərazisindəki mallar, məhsullar və xidmətlər üçün cari və potensial bazar

Qiymətləndirmədə həmçinin emalçı və istehsalçının oxşar işlətdiyi texnologiya və kapital resurslarının cari vəziyyəti göstərilməlidir. Burada əməkdaşlıq imkanlarını, texniki yardım və maliyyə mənbələrini qiymətləndirmək məqsədilə istehsalçılar və MKM-ləri dəstəkləyən digər özəl və ictimai sektor qurumları müəyyən ediləcəkdir. Qiymətləndirmə zamanı məlumat mənbələri (nəşrlər, müsahibələr və s.) sənədləşdirilməlidir.


Bu nəticələrə əsaslanaraq Bazar Tələbatlarının Qiymətləndirilməsi istehsalçılar, istehsalçı qruplar və MKM –lər daxil olmaqla potensial müştərilərin siyahısını da əks etdirməlidir. Bu, satış artımı yaratmaq üçün daha münasib sənayelər, kənd təsərrüfatı malları, istehsalçılar və ya MKM –lərə prioritetlər təklif etməlidir.
Akstafa ticarət dəhlizi haqqında dərin biliyə və ABAD proqramının bazar əsaslı yanaşmasının hərtərəfli anlaşmasına əsalanaraq bu Bazar Tələbatlarının Qiymətləndirilməsi təklif təqdim edən hər bir qurumun strateji yanaşması üçün əsas kimi xidmət etməlidir.

ƏLAVƏ 8:

TENDER TƏQVİMİ – Akstafa İQTİSADİ DƏHLİZİ


TARİX FƏALİYYƏT

4 Fevral, 2005 Tender elan olunub


16 Fevral, 14:00 I Mərhələnin namizədləri üçün Konfrans,

– Qazax, Rayon Bələdiyyə Resurs Mərkəzi, Süleyman Əliyev küçəsi 2 (Pedaqoji İnstitutun yaxınlığında)
2 Mart, 18:00 I Mərhələ Təkliflərinin təqdim

olunması üçün son tarix


10 Mart I Mərhələnin seçiminin nəticələrini élan

etmək
16 Mart, 18:00 Yazılı sualların təqdim olunması üçün son

tarix
23 Mart Sualları cavablandırmaq

15 Aprel, 18:00 II Mərhələnin Texniki və Budcə Təkliflərinin

təqdim olunması üçün son tarix
20 Aprel II Mərhələ Təkliflərinin Şifahi Təqdimatı
20 Aprel - 26 Aprel Marketinq Mərkəzi icraçısı(ları) ilə müqavilə barədə danışıqlar aparmaq
26 May Akstafa Marketinq Mərkəzi faliyyətinin başlaması


ƏLAVƏ 9. ABAD İDARƏETMƏ STRUKTURU

1I Mərhələ üçün təqdim olunan sənədə əlavə olaraq, bütün namizədlər və gələcək namizədlər ünsiyyət yaratmaq məqsədilə Təşkilat haqqında Məlumat Məktubu (Bax, Əlavə 2) təqdim etməlidirlər.

ABŞ BİA Azərbaycan Biznes Dəstəyi və İnkişafı (Azerbaijan Business Assistance and Development - ABAD)

Proqramının Ofisi

Beynəlxalq Xilasetmə Komitəsi e

Ə. Ələkbərov küçəsi 5, 565-ci məhəllə, 2-ci mərtəbə, Bakı, Azərbaycan

office@abad.az


ABAD Proqramı ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən dəstəklənireRABD@IRCHQ.BAKU.AZ

e



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə