Azərbaycan, Bakı şəhəri, Azadlıq pr. 132/3, az 1106




Yüklə 15 Kb.
tarix29.02.2016
ölçüsü15 Kb.

Azərbaycan, Bakı şəhəri,

Azadlıq pr.132/3, AZ 1106

Tel:(994 12) 440-17-67

e-mail:ldemocracy@yahoo.com







Azerbaijan, Bakı city

132/3 Azadlıq ave, AZ 1106,

Tel: (994 12)440-17-67

e-mail:ldemocracy@yahoo.com



DEMOKRATİYANI ÖYRƏNMƏ” İCTİMAİ BİRLİYİ


PRESS-RELİZ № 3

7 noyabr 2010-cu il.

(saat 19.00- a olan məlumat)
Demokratiyanı Öyrənmə” İctimai Birliyi (DÖİB) ATƏT-in Bakı ofisinin dəstəyi ilə indiki seçikilərdə iştirak edəcək bitərəf müşahidəçilər üçün təlimlər keçib. DÖİB seçki günü həmin müşahidəçilərlə əməkdaşlıq çərçivəsində seçkilərin monitorinqini həyata keçirir. Bu Press-Relizə daxil edilən məlumatlar həmin müşahidəçilərin verdikləri məlumata əsaslanır.


  • 44 saylı Sumqayıt-Abşeron SD-nin 27 saylı məntəqəsində müşahidəçi seçki qutusuna təxminən 50-dək topa bülleten atılmasının video çəkilişini apararkən məntəqədə olan digər müşahidəçilərin və komissiya üzvlərinin təzyiqlərinə məruz qalıb.




  • 55 saylı Xaçmaz şəhər seçki dairəsinin 36 saylı məntəqəsində 16.40-da məntəqə seçki komissiyasıının sədri və üzvləri tərəfindən səsvermə qutularına 30 yaxın bulleten atılıb.




  • 79 saylı İmişli seçki dairəsinin 13 saylı məntəqəsində müşahidəçilər 16.30-da məntəqə sədri tərəfindən artıq səsvermənin yekunlarına dair yekun protokolu hazırladığını görüblər. Komissiya üzvü Şükürov Mirzəağa Məmiş oğlu işkili vəziyyətdə olub və məntəqədə çəkiliş aparmaq istəyən müşahidəçi Günay Rəsulovaya hücum edərək onu söyüş söyməklə təhqir edib və vurmağa cəhd edib. Digər müşahidəçilərin köməyilə xanım müşahidəçi onun zərbələrindən qorunub. Bundan sonra müşahidəçilər polis tərəfindən məntəqədən kənarlaşdırılıb.




  • 15 saylı Yasamal I seçki dairəsi 8 saylı məntəqədə səsvermə qutusuna dəfələrlə topa bülletenlər atılıb. 9 saylı məntəqədə Binəqədi rayonunda qeydiyyatda olan 7 seçici namizəd Etibar Hüseynovun lehinə işarələnmiş topa bülletenləri qutuya atarkən müşahidəçilər tərəfindən aşkarlanıb. Bundan sonra məntəqəyə polis çağırılıb.




  • 10 saylı Binəqədi III seçki dairəsi 7 saylı məntəqədə dövri olaraq qutulara topa bulletenlər atılması, bu məntəqənin seçiciləri olmayan şəxslərin səsverməyə gətirilməsi halları qeydə alınıb.




  • 93 saylı Bərdə şəhər SD 17, 38 saylı məntəqələrdə qutulara topa bülletenlər atılıb. İcra başçısının müavini 8 saylı məntəqədə səsvermə qutusuna bülletenlərin atılması ilə bağlı komissiyaya göstərişlər verib.




  • 46 saylı Şirvan seçki dairəsi 30 saylı məntəqədə qutulara topa bületenlər atılıb, 8, 15, 19 saylı məntəqələrdə bir neçə dəfə təkrar səsvermə halları, 15 saylı məntəqədə bir neçə dəfə barmaqları mürəkkəblənmiş seçicilərin səs verməsi, 6, 18 saylı məntəqələrdə başqasının yerinə səsverməsi halı qeydə alınıb. 4, 5, 11 saylı məntəqələrdə adı siyahıda olmayan xeyli sayda seçiciyə bülleten verilib. Əksər məntəqələrdə, əsasən də 4, 5, 16 saylı məntəqələrdə “karusel” üsulu ilə səsvermə halı qeydə alınıb. 24 saylı məntəqədə karusel üsulu ilə səsverənlər müşahidəçilər tərəfindən aşkar edilib və səsvermənin qarşısı alınıb.




  • 71 saylı Masallı kənd seçki dairəsi DSK DÖİB müşahidəçisi Kamran Əliyevin şikayət ərizəsini qəbul etməyib və ona fiziki təzyiq göstərməyə cəhd edib. Mülki geyimli polis nəfərlərinə onu DSK binasına buraxmamaq və binadan kənarlaşdırmaq göstərişi verib. Bu dairənin 12 saylı məntəqəsində 182 nəfərin məntəqədən kənarda səsvermək üçün müraciət etdiyi bildirilib. Daşınan qutu ilə səsvermə başa çatdıqdan sonra qutu birbaşa DSK-ya aparılıb. 27 saylı məntəqədə daşınan qutu 3 dəfə məntəqədən səsvermə üçün çıxarılıb. Daşınan seçki qutusu ilə səs vermək üçün müraciət edənlərin sayı barəsində məlumat verilməyib.




  • 82 saylı Ağcabədi seçki dairəsi 20 saylı məntəqədə MnSK seçicilərin səsverməyə gəlmədiyini əsas gətirərək səsverməni saat 18.20-də dayandırıb. İcra hakimiyyətinin işçisi olduğu bildirilən Akif adlı şəxs tərəfindən verilən göstərişlə bütün müşahidəçilər məntəqədən kənarlaşdırılıb və yalnız komissiya üzvlərinin iştirakilə səslərin sayılmasına başlanılıb.




  • 39 saylı Kəpəz birinci secki dairəsinin 4 saylı seçki məntəqəsində seçki qutusuna topa bülletenlər atılıb. Barmağın mürəkkəbi yoxlanılmayıb və yaxud da seçicilərin sag əlinin baş barmağı yoxlanılıb.




  • 117 saylı SD-nin 30, 31 və 32 saylı seçki məntəqələrində seçki qutularına topa bülletenlər atılıb, seçicilərin məntəqəyə gətirilməsi təşkil edilib və bir seçici bir neçə dəfə səs verib.




  • 103 saylı Gədəbəy SD-nin 27 saylı, 94 saylı Bərdə kənd SD-nin 45 saylı, 82 saylı Ağcabədi SD-nin 20, 21 saylı, 89 saylı Göyçay-Ağdaş SD-nin 4 saylı seçki məntəqələrində müşahidəçilər səslərin sayılmasına buraxılmayıblar.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə