Azərbaycan Arxeologiyası




Yüklə 124.06 Kb.
tarix09.03.2016
ölçüsü124.06 Kb.

48

Azərbaycan Arxeologiyası 2002

Azerbaijan Archeology Vol.: 4 Num.: 3-4

«ELDƏNİZLƏR DƏBİLQƏSl» VƏ ONUN TƏKAMÜL MƏRHƏLƏLƏRİ

Səbuhi Əhmədov

(Azərbaycan Milli Elimlər Akademiyası Tarix Institutu)
Orta əsr Azərbaycan müdafıə geyimləri demək olar ki, Azərbaycan hərb işi tarixinin ən qaranlıq qalan səhifələrindəndir. Bir çox tədqiqatçılar indiyədək hesab edirlər ki, Azərbaycanda belə geyimlər cüzi sayda mövcud olmuş və əsasən gəti-rilmə idi. Lakin son zamanın araşdırmaları və tədqiqatlarında orta əsr Azərbaycan müdafıə geyimlərinin zənginliyi və müxtəlifliyinin açıqlanması bunu təkzib edir. Bu məqalədə biz Azərbaycanda XII əsrin sonu-XVI əsrin əvvəllərində mövcud olmuş bir dəbilqə növünün təkamül xəttinə nəzər salmağa çalışacağıq. Məqalədə tarixi mənbə kimi arxeoloji, yazılı, illustrativ (dövrün Azərbaycan miniatürləri) və mu-zey materialları istifadə edilib. Oxşarlıq tapmaq və müqayisə aparmaq məqsədi ilə monqol müdafıə geyimləri, habelə qonşu ölkə və regionların müdafıə geyimlərinə həsr edilmiş tədqiqatlardan istifadə olunub.

Tədqiq edilən dövrün dəbilqələri sırasmda İstanbulun Topqapı Sarayı muzeyin-də saxlanılan iki və Kremlin Silah palatasında saxlanılan bir eyni tipli dəbilqələr ma-raq doğurur [7, Fig.3; 17. S52-53. №4461; 11. Tab.50] [Şəkil 1,2,3]. Tədqiqatçılar Stokleyn, Robinson və Nikol bu dəbilqələri XII-XIII əsr türk (osmanlı), Qamber XII-XIII əsr fars və ya Suriya, Qorelik isə XII-XIII əsr monqol dəbilqəsi hesab edir [7, Fig 3;6, PLXXIIC; 5, Fig 135; 3, Fig.103-106.152.155; 12, s 261; 2, Abb 8К]. Bu zaman onların heç biri dəbilqələrin XII əsrin sonu - XIII əsrin əvvələrində Cənubi Azərbaycan ərazisində istehsal olunduğunu inkar etmir (doğrudur, təkcə Qorelik dəbilqələrin, şimal-qərbi Iranda düzəldiyini bildirir və bu ərazinin məhz Cənubi Azərbaycanda olduğunu görmək istəmir). Həm zaman (XII əsrin sonu-XIII əsrin əvvəlləri), həm də məkan (Cənubi Azərbaycan) amillərinin tutuşdurulması bizə bu dəbilqələrin Azərbaycanm Atabəy Eldənizlər dövləti ərazisində düzəldildiyini söyləməyə imkan verir. Bildiyimiz kimi, 1136-1225-ci illərdə mövcud olmuş bu Azərbaycan dövlətinin əsas ərazisi məhz Cənubi Azərbaycan idi. Bu baxımdan yuxarıda göstərilən dəbilqələr tam əminliklə «eldənizlər dəbilqə növü» adlandırıla bilərlər.

Bu dəbilqələr sırasında ən qədimi hesab edilən dəbilqə [Şək.l] kümbəz, tac və bərmdən ibarətdir. Yarımdairəvi formada olan kümbəz 6 polad lovhədən pərçim üsulu ilə düzəldilmiş, mərkəzində olan dəyirmi polad lovhə ilə möhkəmləndiril-mişdir. Dəbilqənin hündür tac hissəsinin qabaq tərəfmdə gözlər üçün kəsiklər qoyulub. Kümbəz tac ilə pərçim üsulu ilə birləşdirilib və birləşmə yerini gizlətmək məqsədi ilə tacın yuxarı hissəsi dalğavarı dekorativ naxışlar formasında kəsilib. Göz üçün qoyulmuş kəsiklərin üst tərəfınə poladdan düzəldilmiş dekorativ qaşlar pərçimlənib. Tacın alt hissəsi ayrı-ayrı hənqama foraıasında kəsilib. Əmələ gələn dayaqlardan keçən məftil eyni zamanda bərmin üst halqalarından keçir. Mənbələrdə bərm adlanan polad tor halqalardan toxunmuş və iki hissədən-qabaq və arxa hissədən ibarət olaraq döyüşçünün üzünü, boğazmı, boynunu tamamilə ortürdü. Dəbilqənin kümbəzinin ayrı-ayrı lövhələrdən pərçim üsulu ilə düzəldilməsi bu dəbiqənin öz qrupunda ən qədim olmasını sübut edən əsas amillərdən biridir.


Azərbaycan Arxeologiyası 2002

Azerbaijan Archeology Vol.: 4 Num.: 3-4

Topqapı saraymda saxlanılan ikinci «eldənizlər dəbilqəsi» birincidən kümbəzin düzəldilmə üsulu və tacın üst tərəfmin dekoru ilə seçilir [Şək.l]. Belə ki, dəbilqənin kümbəzi bir polad lövhədən döymə üsulu ilə düzəldilmiş, lakin ayrı-ayrı lövhələr-dən düzəldilməsi imnutasiya edilmişdir. Tacm üst tərəfı daha mürəkkəb güllər for-masında kəsilmişdir. Kümbəzin təpəsində və göz kəsiklərinin üstündə olan dəliklər göstərir ki, dəbilqənin həm mərkəzi lövhəsi, həm də dekorativ qaşları mövcud olmuşdur.

Kremlin 'Silah Palatasında saxlanılan «eldənizlər dəbilqəsi» («Ьоуаг Qolitsinin dəbilqəsi» adı ilə məlumdur) [17, s52-53] tacın üst tərəfınin kəsilməsi ilə fərqlənir: dekor daha sadə formadadır [şək.3].

«Eldənizlər dəbilqəsi» Yaxın Şərq dəbilqələrinin təsirinə məruz qalsa da, əv-vəlki dövr Azərbaycan dəbilqələrinin təkamülü nəticəsində yaranmışdır. Bu tipli dəbilqələrə Azərbaycan miniatürlərində də rast gəlmək olar [tab. şək. 1,2,3].

«Eldənizlər dəbilqəsinin» inkişafı və təkamülü Azərbaycanın monqol Elxanilər dövlətinin tərkibində olduğu şəraitdə baş verirdi. Tədqiqatçılarm fıkrincə, Cənubi Azərbaycanda istehsal edilmiş dəbilqələr sırasına Krakovun Vavel saray-muzeyində və X.Robinsonun araşdırdığı və Ermitajda saxlanılan iki dəbilqə də aiddir. [9, PL 241; 15, s 134]

Robinsonun aşkar etdiyi dəbilqə XIV əsrin əvvəlləri ilə ortalanna aid edilir və bir lovhədən düzəldilmiş sferokonik hamar kümbəz və dərin tacdan ibarətdir [şək.4]. kümbəz tac ilə birlikdə döymə üsulu ilə düzəldilsə də, kümbəzin tac ilə ənənəvi birləşmə yeri enli naxış zolağı ilə bəzədilib.

Tacm qabaq tərəfmdə göz üçün kəsiklər qoyulmuş, onlarm üstündə isə polad qaşlar pərçimlənmişdir. Bərm dəbilqəyə, əvvəlki dövrlərdə olduğu kimi, polad məftil vasitəsi ilə asılmışdır. Bu tipli dəbilqələr Azərbaycan miniatürlərində də təsvir edilmişdir [tav. şək.5].

Vavel dəbilqəsinin bərmi bizim dövrədək çatmasa da, bu dəbilqə yuxanda göstərilən dəbilqə növünün oxşarıdır [Şək.5]. Tədqiqatçı M.Qorelik iddia edir ki, bu dəbilqənin təpə lovhəsi üzərində olan yazdar «yarı erməni, yarı ərəb hərfləri ilə yazılmışdır» [12, s 265]. Heç bir əsas göstərmədən o, ehtimal ki, erməni hərflərinə oxşayan hərfləri birdən-birə danılmaz tarixi fakt sayır və mülahizələrə başlayır. Heç bir mənbəyə istinad etmədən o, bildirir ki, dəbilqə XVII əsrdə Lvov şəhərində yaşamış ermənilərdən birinin əlinə keçir və bu erməni «Krım mənşəli olmuş, qıpçaq dilində danışmış, latmca yazmışdır» [12, c265]. Dəbilqə üzərində olan və mütəxəs-sislər tərəfındən müəmmalı saylıan yazı [9, Pl 241] Qorelikə bir erməninin mənşə-yini araşdırmağa kömək etmiş, lakin dəbilqənin mənşəyinin öyrənilməsində kömək etməmişdir. Beləliklə «eldənizlər dəbilqəsini» erməni dəbilqəsi elan edə bilməyən Qorelik gözlənilmədən bu dəbilqəni monqol dəbilqəsi adlandırır [12, с 265] və anla-şılmazlıqlarla dolu mülahizə irəli sürür. Onun fıkrincə «Vave dəbilqəsi» monqol də-bilqəsidir və bu dəbilqə əvvəlki dovr Azərbaycan dəbilqələrinə oxşayırsa, deməli bütün bu dəbilqələr monqol dəbilqələridir [12, с 264-265]. Monqoların Azərbayca-na 1221-ci ildə gəlməsini nəzərə almayan müəllif XII əsrin sonlarmda Azərbaycan-da düzəldilmiş dəbilqələri monqol dəbilqələri elan etməklə kifayətlənmiş, XIV, XV və hətta XVI əsrin əvvəllərində düzəldilmiş dəbilqələri monqol dəbilqəsi elan etmişdir. [12, с 265-270]. Müqayisə üçün monqol dəbilqələrinin xüsusiyyətlərini müəyyənləşdirərkən və müxtəlif xarakterli mənbə və ədəbiyyatdan istifadə etmiş və bu problemə həsr edilən həmin M. Qorelikin iki məqaləsinə rast gəlmişik [14, 16]. Burada müəllif monqol dəbilqələrinə xas olan tipik xüsusiyyətləri qeyd etmiş-dir: alnın üstündə bərkidilən dördbucaq və dekorativ formalı lövhə [tab II, şək. 1,2,7], arxaya əyilmiş dəbilqə ucluğu [tab II, şək. 1,8], 2-3 iri lövhədən düzəldilmiş qulaqlıq [tab II, şək. 4,8], quş dimdiyinə bənzəyən günlük [tab II, şək. 3], laminat bərm [tab II, şək.6] [13, с 189-192]. Bütün bunları bir məqaləsində qeyd edən Qorelik özünün digər məqaləsində Azərbaycan dəbilqələrində bu xüsusiyyətlərin olmamasını gormək istəmir.

«Edənizlər dəbilqəsinin» növbəti inkişaf mərhələsi hesab edilə biləcək dəbilqə-lərdən biri Azərbaycan Tarixi Muzeyində, digəri isə Kremlin Silah Palatasında saxlanılır [17, с 17-19, №4404; 18, с.227-232]. Azərbaycan Tarixi Muzeyində saxla-nılan dəbilqə XVIII əsrə aid edilsə də, XV əsr Azərbaycan miniatürləri bu dəbilqə formasmın hələ XV əsrin ortalarından yaranmasmı göstərir [tab I, şək. 8?; şək.6]. Hər iki dəbilqə bir lövhədən düzəldilmiş hamar özül və halqalı bərmdən ibarətdir, Kremlin Silah Palatasında saxlanan nümunəyə polad maska (niqab), Azərbaycan Tarixi Muzeyində saxlanan nümunəyə isə polad burunluq əlavə edilib. Üç tərəfı şiş olan bu dəbilqələrin səthi о dərəcədə maili və hamardır ki, kümbəz və tac arasmda sərhəd heç duyulmur. Əlavə olaraq dəbilqəyə birləşdirilən niqab 1 mm qalınlığı olan polad lövhədən düzəldilmiş və dekorativ naxışlar vasitəsilə kişi sifəti formasını almışdır [şək. 7]. Tədqiqatçılar bu tipli dəbilqələrin Azərbaycanda düzəldilməsini təsdiqləyir və təkcə Robinson hesab edir ki, onlar Azərbaycanda «tatar sifarişi ilə düzəldilmişdir» [6, p 30,31]. Tədqiqatçı Velç sübut edir ki, niqablı dəbilqə üzə-rində olan naxışların xarakteri və çəkilmə texnikası XV əsr Təbriz miniatürlərinin naxışlarmdan seçilmir [10, Fiq.3,6]. Əvvəlki dövrlərdə olduğu kimi keçmiş formanm qalığı olan dekorativ zolaq şərti olaraq kümbəzi tacdan ayırır.

Yuxarıda göstərilən dəbilqə növləri ilə paralel olaraq arxeoloji ədəbiyyatda «türban» (çalma) dəbilqəsi adlandırılan dəbilqə növü də mövcud olmuşdur [1, Abb. 15]. Bu dəbilqə növünün xüsusiyyətləri Cənubi Azərbaycandan tapılmış və Drezden muzeyində saxlanılan bir, Jeromun kolleksiyasında (Paris şəhəri) saxla-nılan bir dəbilqə, habelə Istambulun əsgəri muzeyində saxlanılan və Şirvanşahlar I Keyqubad, I Xəlilullah, I Fərah-Yasara məxsus olmuş üç, həmçinin Nyu-Yorkun Metropoliten muzeyində və Kremlin Silah Palatasında saxlanan iki dəbilqə əsasında araşdırıla bilər [şək. 8] [9 s. 135-136; 19, s. 57; 20 s. 34; 21, s. 217]. Bu qrup dəbil-qələr dünyanın müxtəlif muzeylərində «türk-fars» dəbilqəsi qeyri -müəyyən adı ilə nümayiş etdirilir [21, s.217]. Bu nov dəbilqələrin xüsusiyyətləri: hündür tac, hamar, maili kümbəz (iti, şiş ucu tilli ucluq və kürə ilə bitir), burunluğun forması, göz üçün kəsiklər, halqalı bərmin üzü örtməsi - «eldənizlər dəbilqə» qrupunun davamı oldu-ğunu göstərir. Bütün tədqiqatçılar bir ağızdan (hətta M. Qorelik belə) bunun dəbilqə formasmm Təbrizdə, XV əsrin ortalarında yaradılmasmı, daha sonra isə qonşu ərazilərə, о cümlədən Şirvan, Osmanlı dövləti, Məmliklər dövlətinə yayılma-smı söyləyirlər [1, Abb 15; 16, с 46-47]. Azərbaycan miniaturlərində bu tipli dəbil-qələrin çoxsaylı təsvirləri verilir [tab I, şək. 9,10]. XVI əsrin əvvəllərində bu tipli dəbilqələr özünün ən yüksək inkişaf mərhələsinə çatmış (bərm halqalı-lövhəcikli düzəldilirdi) və həmin mərhələ bu qrup dəbilqələrin sonuncu mərhələsi olmuşdur [tab III, tab IV].

Göründüyü kimi, XII əsrin sonu - XVI əsrin əvvəllərində mövcud olmuş «Eldə-nizlər dəbilqəsi» və onun növləri funksional baxımdan öz dövrünün ən kamil də-bilqələrindən idi. Bu dəbilqə növünün əsasında hələ qədim dövrlərdən Azərbay-canda yaradılmış dəbilqə formaları olmuş, qonşu regionlarla daima təmasda olması ilə bu dəbilqə növünün daha da kamil formalarmm yaradılmasına səbəb olmuşdur. Eyni zamanda bu dəbilqə növü Asiya dəbilqələrinin inkişafına çpx böyük təsir göstərmişdir.
ƏDƏBİYYAT

  1. Aslanapa O. Turkische Miniaturmalerci im Hofe Mehmet des Eroberers in Istanbul. // Ars Orientalis, I, 1954

  2. Gamber O. Dakische und sarmatische Waffen auf den Reliefs der Traiansaule. Jahrbuch der Kunsthistorischen Sammlungen in Wien. Band 60, 1964.

  3. Gorelik M.Oriental armour of the Near and Middle East from the lighth to the fifteen th centuries as shown in works of art. // Islamic arms and Armour. Ed.R.Elgood. L.1979

  4. Ipsiroglu M.S. Das Bild im Islam. Wien-Munchen, 1971]

  5. Nicolle D.Early medieval Islamic arms and armour. Madrid, 1976.

  6. Robinson H.R.Orientl Armour. L.1967

  7. Stocklein H.Die Waffenchatze im Topkapi Sarapi Muzesi zu Istanbul //Ars Islamica, 1,1934

  8. Thordeman B.Armour from battle of Wisby, 1361. Stockholm, 1939

  9. Zigulski Z.Islamic Weapons in Polish collections and their provenanse. // Islamic Arms and Armour. Ed.R.Elgood. L., 1979




  1. Welch S.C.A king's Book of Kings L., 1972

  2. Бусковатов А.Б. Историческое описание одехды и вооружения российских войскб 4.1.С-ПБ., 1899

  3. Горелик М.В. Монголо-татарское оборонительное вооружения П-ой полвины ХР7-начала XV веков. // Куликовская битва в истории и культуре нашей разины М, 1983

  4. Горелик М.В.Ранный монгольский орскех (IX-I-ая половина XIV веков). // Археология, этнография и антропология Монголии. Новосибирск, 1987

  5. Горелик М.В. Средневековый монгольский доспех. // III международный конгресс монголоведов Улан-Батор, 1987

  6. Ленц Э.Императорский Эрмитаж. Указатель отделения средних веков и эпохи возрождения, и I Собряния оружия. С-ПБ., 1908.

  7. Миллер Ю. Мамлюкский шлем. Сообщения Государственного Эрмитажа, и I, Л., 1976

  8. Опись Московской Оружейной Палаты, и III, кн 2. 1884

  9. Пятышева Н.В.Восточные шлемы с мясками в оружейной палате Московского Кремля // Советская археология, 1968 №3

  10. Bodur F.Turk maden sanati. Istanbul, 1987

  11. Military museum. Istanbul, 1999

  12. Muller H, Kunter F.Europaische helmet Berlin, 1984


Ahmedov Sabuhi

"ELDENIZ HELMET" AND THE STAGES OF ITS EVOLUTION

Summary
The medieval armour is one of the less studied pages of military history of Azerbaijan. However last years researches allow to liquidate this blank partially. In this article have examined one of the type of helmet, the different kinds of that had used in Azerbaijan at the end of XII and beginning of XVI century.

The external view and structural peculiarity of helmet permit us to attitude its to the special type. In this article have demonstrated a conception of this type of helmet in the medieval Azerbaijan state - state of Atabeks Eldenizids (1136-1225). On this base have moved out a proposition sign this type of helmet us "Eldenizid helmet".

The separate models of this type of helmet are kept in Topqapi Sarayi museum (2 speci­mens ), Kreml's Armour Palate (1 specimen), Vavel palace-museum (Krakov), in the Robin­son's collection.

In the article have demonstrated the insolvent of attempts of separate scientists to treat this type of helmet to mongol helmets.

Express a supposition that "turban helmets" spreading on the Near and Middle East since XV century widely is a next stage in the development of "Eldenizid helmet".


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə