Azərbaycan Arxeologiyası




Yüklə 87.88 Kb.
tarix22.04.2016
ölçüsü87.88 Kb.

125

Azərbaycan Arxeologiyası 2002

Azerbaijan Archeology Vol.: 4 Num.: 3-4

BEŞBARMAQ DAĞI ƏTPvAFINDAN TAPILMIŞ BƏZİ ARXEOLOJI NÜMUNƏLƏR HAQQINDA Badisəbah Rəcəbova, Rəna Cəfərova

(Azərbaycan MilliElmlər Akademiyası Arxeologiya və Etnoqrafıya Institute)
Bakıdan Qubaya gedən magistral yolun sol tərəfındə Beşbarmaq dağı yerləşir.

Hündür qayalıqlarla əhatə olunmuş bu yerin ən yüksək nöqtəsinə qalxmaq üçün pillələr düzəldilmişdir. Yuxarıda bişmiş kərpicdən hörülmüş kiçik bir otaq var. Bura məscid qalıqları ehtimal olunan yerdir. Deyilənə görə Xızır-Zin də burada məskən salıbmış.

Buranı ziyarət etdikdən soma aşağı düşürük. Qayalığm aşağı hissəsində mağaranı xatırladan bir hücrə var. Orada gecələr ş_am yandırırlar. Deyilənlərə görə, orada müqəddəslərdən biri dəfh olunmuşdur. Mağaranrın qarşısmda içərisi oyulmuş iri bir daş var. Nəzir deyənlər həmin daşm altmdan üç dəfə keçməlidirlər. Niyyəti pis olanlar həmin daşm altmdan keçə bilmirlər.

Min illər boyu xalqm ümid yeri olan bu ərazi haqqmda çoxlu məqalələr yazümış, onun tarixini öyrənməklə bir çox tədqiqatçılar məşğul olmuşlar. A.A. Bakıxanov (1), Y.A. Paxomov (2), S. Aşurbəylinin (3) əsərlərində bu abidə haqqında yazüara rast gəlirik. Xarici səyahətçilərdən Adam Oleari (4), Yan Streys (5) və başqaları bu abidəni gəzmiş və öz təəssüratlarmı söyləmişlər.

Adam Oleari "Moskoviya və Moskoviyadan keçməklə Iran, oradan da geriyə səyahətin təsviri" əsərində Beşbarmaq dağı haqqında yazır: "Bu dağ Xəzər sahilin-dən iki muşket atəşi məsafəsində yerləşir, о uzaqdan gözə gorünür, dəyirmi şəkildə olub, yuxarısı bütöv bir qayaya çevrilir; qaya türkcə Barmaq adlanır, çünki açılmış barmaqlar kimi о biri dağlardan yüksəkliyə ucalır".

Səyahətçi sonra buranın təsvirini və xüsusi istehkam kimi istifadə olunduğunu da gostərmişdir (6).

Holland səyyahı Yan Streys də 1666-cı ilin sentyabrmda bu ərazidən keçmiş və "Üç səyahət" əsərində oranın təsvirini vermişdir.

Bu abidə haqqında hələ tarn elmi araşdırma aparılmadığı üçün bir çox yazılan dəqiqləşdirmək də məqsədəuyğundur.

Belə ki, Y.A. Paxomov 1925-ci ildə "Beşbarmaq" məqaləsində yazır ki, biz bu abidənin ətrafinda heç bir qəbristanlığa rast gəlmədik. Halbuki, biz bu ərazidə olarkən bu dağın lap yaxmlığmda təpənin üzərində orta əsrlər dövrünə aid bir qəbiristanlıq gördük. Hətta biz oradan qəbirüstü abidələrdən yazılı bir fraqment də gətirmişik. Onun üzərində naxış formalı yazı bu qəbrin kimə məxsus olduğunu göstərir. Həmin qəbiristanhqda bütün qəbirlər demək olar ki, sənduqə tipli olub, həm baş daşları, həm də qəbirüstü daşlar incə naxışlarla bəzədilib, üzərində yazılar verilmişdir. Bunlar Azərbaycanın orta əsr abidələrində olan baş daşları ilə eynilik təşkil etdiyindən dövrünü XIV-XV əsrlərə aid etmək olar.

Bu ərazidən yazan tədqiqatçılar nədənsə buradakı yaşayış məskənindən də söhbət açmırlar. Xızır-Zində pirinin ətrafını tədqiq etdikdən soma bir sıra arxeoloji materiallara əsasən demək olar ki, bu ərazi vaxtı ilə həm də daimi yaşayış məskəni


Azərbaycan Arxeologiyası 2002

Azerbaijan Archeology Vol.: 4 Num.: 3-4

olmuşdur. Burada binaların özülləri, köhnə bulaq yeri, keramika qalıqları və yuxarıqH qeyd etdiyimiz qəbiristanlıq qalmışdır.

Çox maraqlıdır ki, bir zamanlar kəşfıyyat xarakterli qazılmış bir quyunun I içərisində antik dövrlərdə məbədlərdə istifadə olunan sütun altlıqları atılıb qalmışdır. I Eyni zamanda orada qurban kəsmək üçün xüsusi formalı bir daş da var idi. Buradakı I evlərin özülləri arasından bir çox təsadüfı tapmtüar da tapılmışdır ki, bunu bizə о I ərazinin yaxmlığında yaşayan bir çoban verdi.

Bunlar aşağıdakı nümunələrdən ibarətdir.

  1. Mis puldan hazırlanmış asma medalyon (şək.l). Bu medalyon eyni ilə Beşbar- I maq dağının kiçildilmiş formasmda hazırlanmışdır. Üzərində cızılmış xətlərdən və 1 eyni zamanda hazırlandığı metaldan müəyyən etmək olur ki, о vaxtı ilə pul vahidi I olmuşdur. Sonradan hansı sənətkarsa ona medalyon forması vermişdir. Belə pul as- I manı hazırlamaq üçün mis pulun ətrafı yonularaq, lazımi formaya salınır və ip ke- 1 çirmək üçün deşik açüırdı. Belə pul asmalar Bakı və Şabrandan (7) da tapılmışdır. 1 Şimali Osetiya ərazisində yerləşən Yuxarı Culatdan da üzərində deşik açılmış Qızıl Orda pulu tapılmışdır. Bu pulu O.V. Miloradoviç XIV əsrin sonu - XV əsrin əvvəl- j lərinə aid edərək, həmin dövrdə belə pul asmalardan geniş istifadə edildiyini qeyd j etmişdir (8). Təsadüfi tapıntı olmasma baxmayaraq bu asmanı da həmin dövrə aid etmək olar.Ümumiyyətlə, bütün dövrlərdə qızıl, gümüş, mis pullardan medalyon kimi də istifadə olunmuşdur.

  2. Gümüş üzüyün qaşı. Bu rombvari formada olub, kənarları nöqtəvari naxışlan-mışdır (şək.2).

  3. Çox kiçik ölçülü gümüş üzük (şək.5). Qaş yeri formalı olub, üzərində yurrmr-tavari qabarıq tünd çəhrayı rəngli qaşı vardır. Bu tip üzüklər Azərbaycanm digər orta əsr abidələri üçün də xarakterikdir.

  4. Uç ədəd şüşə üzük. Bunlardan biri qara rəngli olub, kəsmə xətlərlə naxışlan-mışdır (şək.3). Ikinci üzük göy rəngdə olub, qaş yeri hamar hazırlanmışdır. Dövrəsi ensizdir (şək.4). Bu tip üzüklər Azərbaycanın digər orta əsr abidələri üçün də xarakterikdir. Üçüncü üzük də qara rəngli olub, qaş yeri hamarlanmışdır (şək.6).

Şüşə üzüklərin dövrünü analoji materiallara əsasən XIV-XV əsrlərə aid etmək olar. Gələcək tədqiqatlar buradakı yaşayış məskəni haqqında qəti fikir söyləməyə imkan verəcəkdir. Lakin əsrlər boyu bu ərazi Xızır-Zində piri kimi Xızır peyğəm-bərin adı ilə belə adlandınlmışdır. Zində isə fars sözü "Zendə" sözündən götürülmüş və mənası canlı deməkdir.

Xızır-Zində ilə əlaqədar bir çox əfsanələr yaranmışdır. Xalq arasında belə rəva-yət var ki, bir vaxtlar burada Xızır peyğəmbər yaşamışdır. Rəvayətə görə, Xızır zülmətə gedərək dirilik çeşməsindən su içib əbədi həyat qazanmış peyğəmbərdir. Müqəddəs kitabımız olan "Qurani-Kərim"in 18-ci surəsində Xızır peyğəmbər haqqında məlumat verilir. Həmin surənin 65-ci ayəsində yazılır: /Musa və Yuşə ora­da/ öz dərgahımızdan mərhəmət /peyğəmbərlik və vəhy / yaxud ilham və kəramət əta etdiyimiz və öz tərəfimizdən elm /qeybə dair bəzi biliklər/ öyrətdiyimiz bəndələ-rimizdən birini /Xızırı/ tapdır"(8). Musa peyğəmbərlə Xızır peyğəmbərin görüşdüyü yer Şirvan ərazisindəki qayalığın üzərində olmuşdur. IX əsr ərəb müəlliflərindən

Ibn Xordadbehin yazdığma görə, Xızır peyğəmbər bu qayada Musa peyğəmbər ilə görüşmüşdür.

Alman alimi Adam Oleari "Moskoviya və Moskoviyadan keçməklə Irana, oradan da geriyə səyahətin təsviri" əsərində Beşbarmaq dağmda tikilmiş qala haqqmda ya-zır: "Söyləyirlər ki, bu qalanı Makedoniyalı Iskəndər tikdirmiş və Əmir Teymur dağıtmışdır" (10).

Umumiyyətlə, Makedoniyalı Iskəndərin Azərbaycanda olması məsələsi də mü-bahisəli olub, geniş elmi araşdırmalar aparılmasma ehtiyacı olan bir mövzudur. Tək-cə onu qeyd etmək olar ki, Kipr adasmda eyni ilə Beşbarmaq dağının oxşarı olan bir abidə var.Teymurlənglə əlaqədar maraqlı faktlardan biri odur ki, Orta Asiyada qədim Əfrasiyab şəhərinin yaxınlığmda "Şahi Zində" adlı bir abidə ucalır və guya müqəd-dəslərdən biri oradakı mağarada yaşayır. Deyilənə görə bu abidəni Teymurləng öz qüdrətini nümayiş etdirmək üçün tikdirmişdir. Bu əsir olunmuş azərbaycanlı ustanın əl işidir. Eyni zamanda Xızır peyğəmbərin şərəfınə də "Həzrəti Xızır" məscidi də tikdirilmişdir.

Yalnız gələcək tədqiqatlar nəticəsində Beşbarmaq abidəsinin bir çox sirlərini açmaq mümkün olacaqdır.
ƏDƏBİYYAT:

  1. Бакыханов А.А.Гюлистан-и Ирам. Изд. Элм. Баку. 1991, стр.35.

  2. Пахомов Е. А. Беш-Бармак. Известия. Азкомстарися, вып.2, 1926.

  3. Ашурбейли С. Государство Ширваншахов (VI-XVI вв).Баку. Элм, 1983, с. 14.

  4. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989,s.223.

  5. Стрейс Ян. Три путешествия. Москва. 1935.с.233.

  6. Azərbaycan tarixi üzrə qaynaqlar, s.224-225.

  7. Rəcəbova.B.Ə. Azərbaycanın orta əsr qadın bəzəkləri (IV-XIII əsrlər).Bakı,2000. s. 64.

  8. Милорадович О.В. Христианский могильник на городище Верхний Джулат. МИА, №14, Москва, 1958, с.101.

  9. Qurani-Kərim, Azərnəşr, 1991, s.262.

  10. Azərbaycan tarixi üzrə qaynaqlar, s. 225.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə