Azərbaycan Arxeologiyası 2002




Yüklə 23.14 Kb.
tarix21.04.2016
ölçüsü23.14 Kb.

Azərbaycan Arxeologiyası 2002

101


Azerbaijan Archeology Vol.: 4 Num.: 1-2

ORTA ƏSR ƏRƏB-ŞAHVERDl TOPONİMİ HAQQINDA Ehnira Abbasova

(Azərbaycan Milli ElmiərAkademiyasmm Arxeologiya və Etnoqrafıya Institutu)

Şifahi nitqin yazı mədəniyyətindən xeyli əwəl inkişaf etməsi ilə əlaqədar olaraq Azərbaycan tarixini, maddi-mədəniyyətini, elmi cəhətcə, hərtərəfli öyrənmək həmişə problemlərlə üzləşrmşdir. Belə mühüm problemlərdən biri də Azərbaycan toponomiyası ilə bağlı olmuşdur.

Tez-tez müharibələrin, ixtişaşlarm baş verməsi əsrlər boyu Azərbaycanda yer adlarmın dəyişilməsinə və ya tamamilə tarix səhnəsindən silinməsinə səbəb olmuşdur. Məhz bu səbəbdəndir ki, Azərbaycanm bir çox şəhər, rayon və kəndləri öz əsl adlarmı, qədimliyini itirmiş, bu günün müasir sovet şəhəri kimi tanınaraq, yaddaşlara köçmüşdür.

Belə şəhərlərdən biri də Sirvan zonasında yerləşən, çoxlarının sovet şəhəri kimi tanıdığı Əli Bayramhdır. Lakin, bu ərazidə aparılan son tədqiqatlarm nəticəsi olaraq qeyd etməliyik ki, sovet şəhəri kimi tanıdığımız (sosialist şəhəri) Əli Bayramlı heç də bu günün yeni sahnmış şəhərlərindən deyil. Əli Bayramlıda ilk dəfə olaraq yerüstü arxeoloji tədqiqat işləri 2000-ci ildə aparılmışdır[l].

Dulus kürələrinin, şirsiz və şirli saxsı qab-qacaq parçalarmın aşkar edilməsi, gələcəkdə burada elmi axtarışlarm aparılmasına zəmin yaratdı.

Əldə edilən arxeoloji materiallar əsasmda aydm oldu ki, müasir Əli Bayramlının 1-1,5 km-də, Mişovdağm ətəyində yerləşən ərazi orta əsrlərdə indiki Əli Bayramlı şəhərinin yerləşdiyi ərazi olmuşdur. Buna görə də ərazidə elmi axtarışları davam etdirmək üçün 2002-ci ilin fevral ayında MEA-nm Arxeologiya və Etnoqrafıya Institutunun əməkdaşı, tarix elmləri doktoru Ə.I. Novruzlunun rəhbərliyi ilə Mişovdağın ətəklərinə ikinci dəfə elmi səfər təşkil olundu.

"Aparılan elmi-tədqigatlar nəticəsində əidə i^^^^^^^^^^ferrrt texminən X3T əsrdə yarandığını söyləməyə imkan verir"[2].

Tarixi mənbələrdən aydın olur ki, Əli Bayramlı şəhərinin əvvəlki adı-Ərəb-§ahverdi[3], Zubovka[4] və nəhayət Əli Bayramlı [5] olmuşdur.

Qədim tarixi köklərə söykənən, maddi-mədəniyyət nümunələri ilə zəngin olan Azərbaycan əsrlər boyu yadelli işğalçılarm təsirinə məruz qalmışdır.

VII əsrin ortalarmdan ərəblərin bu yerlərə gəlməsi, islam dininin yayılması nəticəsində yaşayış məskənləri salındı və beləliklə də ilk dəfə olaraq Azərbaycanın Şirvan bölgəsində ərəb mənşəli toponimlər meydana gəldi.

Qədim dovrlərə nisbətən ilk və inkişaf etmiş orta əsrin əhalisi öz yaşayış məskənlərini əsasən, yol kənarlarına yaxm yerlərdə, axar çay ətrafında, isti iqlim şəraiti ilə soyuq iqlimin kəsişdiyi mülayim və yaşayış üçün yararlı olan ərazilərdə salırdılar.

Bu mənada Şirvan zonasma gələn ərəblərin də belə əlverişli şəraitdə məskunlaşması təbii idi.

Bu da orta əsr əhalisinin istər Yaxm, istərsə də Orta Şərqlə iqtisadi və ticarət əlaqələrinin yaranması və geniş şəkildə inkişaf etdirilməsi demək idi.


Azərbaycan Arxeologiyası 2002

102


Azerbaijan Archeology Vol.: 4 Num.: 1-2

Ümumiyyətlə, tarixdən məlumdur ki, Sirvan zonasında ərəblərin adı ilə əlaqədar çoxlu yer adları (toponimlər) mövcud olmuşdur. Məs: Ərəb-Cəbirli, Ərəb-Şalvaş, Ərəb-Qədimi, Ərəb-Mehdibəyli, Ərəb-Uşağı, Ərəb-Şahverdi və s...

XX əsrin 30-40-cı illərində rus arxeoloqu M.Avdevin şəxsi mülahizələrinə əsaslanaraq qeyd edə bilərik ki, Kürün sol sahilində yerləşən bu ərazi ilk və inkişaf etmiş orta əsrlərdə ərəb tayfalarınm yaşayış məntəqələrindən biri olmuşdur [6].

M.Avdevin göstərilən əsərində Əli Bayramh kimi tanıdığımız Sovetlər şəhəri ərəb tayfalarının adı ilə əlaqədar olaraq Ərəb-Şahverdidir. Ərəb-Şahverdilərin əsas məşğuliyyəti maldarlıq və əkinçilik olmuşdur. Qeyd etdiyimiz kimi uzun müddət Ərəb-Şahverdi adlanan bu ərazi sonralar XVIII əsrin 70-ci illərindən Qraf nəslindən olan, 1790-cı ildə Izmail qalasınm almmasmda, 1794-cü ildə Polşa üsyanmm qəddar-casma yatırılmasmda iştirak edən çar generalı Valeri Zubovun şərəfinə Zubovka adlandırıldı[7].

Zubov 1795-ci ildə II Yekaterinanın əmrilə 24 yaşında baş komandır vəzifəsini yerinə yetirərkən 35 min qoşuna rəhbərlik edir.

1796-cı ilin əvvəllərinə qədər təlim məşq keçən Zubov həmin ilin may ayının 3-də 30 min qoşunla Qafqazın "Qala qapısf'adlanan Dərbəndə hücum edir. Oradan da Quba, Bakı, Sirvan, Qarabağ, Şəki və Gəncəyə böyük yürüşlər edərək hər tərəfi dağıdır. Kür çayı sahili boyunca ağlasığmayan vəhşiliklər törədərək Muğan düzünə qədər gəlib çıxır.

Bu yürüşlər 1797-ci ilin əvvəlinə qədər davam edir. Qəddarlığı ilə yeri-göyü lərzəyə salan "qızıl qıç" ləqəbli Zubov 1797-ci ilin mart aymda çar 1 Pavelin əmrinə əsasən rus qoşunları ilə birlikdə geri çağırılır. Azərbaycan torpaqlarını talan edən, günahsız insanları süngülərdən keçirən Valeri Zubov 1800-cü ilin 6-dekabrmda Dərbənddən-Gəncəyə qədər torətdiyi dağıntılara görə general rütbəsinə qədər yüksəldildi [8]. Beləliklə, Azərbaycanın dilbər guşəsi olan Ərəb-Şahverdi rus generahnm şərəfinə adlandırıldı.

XVIII əsrin 70-ci illərindən XX əsrin 30-cu illərinə qədər bu ad Azərbaycanın və azərbaycanlıların adı ilə birgə yaşadı. Qeyd etmək lazımdır ki, Böyük Oktyabr sosialist inqilabınm qələbəsindən sonra Azərbaycanm şəhər adları, yaşayış məntəqələri və kənd tipli yaşayış adları da assimilyasiyaya məruz qaldı.

Belə ki, Oktyabr inqilabmm şərəfinə bir çox tarixi yaşayış yerlərimizin adları dəyişdirilərək peşəkar inqilabçılarm adı ilə əlaqələndirildi. Hətta bir çox yerlərdə BOS inqilabınm adı ilə səsləşən yer adları da Azərbaycan toponimləri sırasma daxil edildi. Məs: Okıyabr qəsəbəsi, Inqilab kolxozu və s... göstərmək olar.

Belə toponimlərdən biri də Oktyabr sosialist inqilabmm uğrunda canmı fəda etmiş, uzun bir tarixi yol keçmiş Əli Bayramovun adı ilə bağhdır.

Əli Bayramov 1889-cu ildə Şirvanm qədim kəndlərindən olan Lahıc kəndində anadan olmuşdur. 1918-ci ildən Bakı XKS silahlı qüvvələri tərkibində gəmi kapitanı vəzifəsində, əksinqilaba qarşı vuruşmuş, 1919-cu ildən Sov.lKP üzvü seçilmişdir [9].

Rus generalı Zubovun admı daşıyan Zubovka 1938-ci ildən etibarən inqilabçı Əli Bayramovun şərəfinə Əli Bayramlı adlandırıldı [10].


Azərbaycan Arxeologiyası 103 Azerbaijan Archeology

2002 Vol.:4Num.: 1-2

Kür çayınm sol sahilində, Şirvan düzündə yerləşən Əli Bayramlı 1938-1954-cü illərədək şəhər tipli qəsəbə idi. Bütün bunların nəticəsi olaraq belə bir qənaətə gələ bilərik ki, əsrlər boyu Azərbaycan torpağı yadelli işğalçılarm hücumlanna məruz qaldıqca və yerli başbilənlərin səyi nəticəsində yer adları tez-tez dəyişdirilmişdi.

Yer adlarının tez-tez dəyişdirilməsi, zaman-zaman torpaqlarımızın yadelli işğalçılar tərəfmdən mənimsənilməsinə və Azərbaycan ərazisinin getdikcə azalma-sına səbəb olmuşdur. Son onilliklərdə (1988- 2002) bədxah qonşularımızm ulu torpaqlarımızın adlarını dəyişərək ozünüküləşdirməsi meylləri məhz xalqımızın tarixinə vurulan qara ləkədir. Buna görə də xalqımızın çoxəsrlik tarixindən xəbər verən qədim və orta əsr mədəniyyətimizi özündə yaşadan yer adlarımızm bərpasma böyük ehtiyac duyulur.

ƏDƏBİYYAT

1. Abbasova E.l. "Orta sər Əli Bayramlı şəhəri","Elm"qəzeti, 15dekabr 2000-ci il, №31-32. 2.Novruzlu Ə.l. "Mişovdağın ətəyində orta əsr şəhəri", "Xalq" qəzeti, 9 iyul 2002. . .        - . . 16. ., 1930.



  1. Yenə orada.

  2. Yenə orada

  3. Yenə orada

  4. Yenə orada

8. .  X. , 1912. 9. ASE, I cild, Bakı, 1976. lO.Yenə orada


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə