Azerbaijan Field Office




Yüklə 9 Kb.
tarix26.04.2016
ölçüsü9 Kb.
Azerbaijan Field Office

05, 28 May Street. apt. # 60

AZ1014, Baku, Azerbaijan

Tel: (994 12) 493 51 08; 498 02 13; 493 73 48

Fax: (994 12) 498 92 93

Email: baku@savechildren.org.az






26 May, 2005
Uşaqların Xilası Təşkilatı Azərbaycana Birgə Yardım Təşkilatı ılə birlikdə Beynəlxalq Uşaqları Müdafiə Gününü qeyd edir
Uşaqların Xilası (UX) Təşkilatının Azərbaycan Nümayəndəliyi Azərbaycana Birgə Yardım təşkilatı və yerli uşaq yönümlü təşkilatlarla birgə Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş tədbir keçirəcəyini elan edir.
Beynəlxalq Uşaqları Müdafiə Günü bizim üçün uşaqların öz hüquqlarından tam şəkildə istifadə imkanlarına bir daha əmin olmaq, həmçinin uşaqlar üçün daha firavan həyatın qurulması məqsədilə Azərbaycan cəmiyyətində müxtəlif qruplar arasında sosial inteqrasiyanı təbliğ etmək üçün bir imkandır.
Həmin gün üçün planlaşdırılmış proqrama konsertlər, rəqslər, müxtəlif oyunlar, idman və rəsm yarışları, kukla tamaşası, o cümlədən, uşaqlar tərəfindən ediləcək müxtəlif təqdimatlar daxildir. Həmçinin UX tərəfindən həyata keçirilən “Uşaqlara İcma Əsaslı Dəstək Proqramı” (UİDP) çərçivəsində yaradılacaq Uşaq və Ailələrə Dəstək Mərkəzlərı üçün loqo dizaynı yarışmasının qalibləri mükafatlandırılacaqlar.
Azərbaycana Birgə Yardım Təşkilatı ilə əməkdaşlıq şəraitində həyata keçirilən Uşaqlara İcma Əsaslı Dəstək Proqramının məqsədi Azərbaycanın üç ərazisində - Mingəçevir, Goranboy və Şüvəlanda xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə sosial inteqrasiyasını və onlara icma əsaslı qayğının göstərilməsini təbliğ etməkdir. Üç illik bu proqram ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Məcburi Köçkün və Kimsəsiz Uşaqlar Fondu tərəfindən maliyyələşdirilir.
Şüvəlan, Mingəçevir və Goranboyda təşkil olunacaq 1 İyun tədbirlərində hökumət, uşaq yönümlü təşkilatlar, məktəb, bağça, uşaq müəssisələrı, yaradıcı mərkəzlər, İcma Fəaliyyət Qruplarının nümayəndələri və digər tərəfdaşlar da iştirak edəcək. Tədbir 30 may 2005-ci il tarixində saat 11:00-da Mingeçevirdə 16 №-li uşaq bağçasında başlayacaq və 1 iyun 2005-ci il saat 10:00-da Şüvəlanda Almaz İldırım Parkında və saat 11:00–da Goranboyda Heydər Əliyev adına Milli Parkda davam edəcək.
Bütün uşaqları bu tədbirdə iştirak etməyə səsləyirik.
Əlavə məlumat üçün Proqramın İnformasiya İşçisi Sevinc Əsgərova ila əlaqə saxlaya bilərsiniz:

T
ABŞ-ın Uşaqların Xilası Federasiyası beynəlxalq yardım və inkişaf təşkilatı olu, dünyanın 45-dən çox ölkəsində ehtiyacı olan insanların, xüsusilə də uşaqların həyatında dayanıqlı, müsbət dəyişiliklərə nail olmaq istiqamətində fəaliyyət göstərir. UX Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir.

el: (+994 12) 493 51 08
E-poçtu:
sevaskerova@savechildren.org.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə