A­zər və Ai­da ada­sı




Yüklə 1.44 Mb.
səhifə1/24
tarix21.04.2016
ölçüsü1.44 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   24
Gül­şən Lə­tif­xa­n

"A­zər və Ai­da ada­sı"

(Roman)

I FƏ­SİL


 

Dü­nən mən səs­ya­zan al­dım. Lap ye­ri­nə düş­dü, ol­duq­ca mü­na­sib şey­di bu; düy­mə­ni yün­gül­cə ba­san ki­mi dün­ya­nın ən sə­br­li din­lə­yi­ci­si­ni sa­lır­san çə­nə­nin al­tı­na, nə is­tə­yir­sən de, qə­bul elə­yə­cək, sə­ni tən­gə gə­ti­rən fi­kir­lər­dən də ca­nın qur­ta­ra­caq, ürə­yin bo­şa­la­caq, ən baş­lı­ca­sı isə da­ha ürə­yin­dən ke­çən­lə­ri yaz­ma­ğa - ka­ğı­za tap­şır­ma­ğa eh­ti­yac ol­ma­ya­caq; eh, heç bi­lir­siz bu ya­zıb-poz­maq­dan ne­cə bez­mi­şəm? Tə­lə­bə­si ol­du­ğum Tibb ins­ti­tu­tun­da qrup yol­daş­la­rı­mın ço­xu­su elə mən gün­də­di, am­ma on­lar çox­dan səs­ya­zan alıb­lar, hət­ta mü­ha­zi­rə­lə­ri də səs­ya­zan­la yaz­ma­ğa baş­la­yıb­lar, mən isə dü­nə­nə­cən gö­tür-qoy elə­yir­dim; fi­kir­lə­şir­dim ki, səs­ya­zan alım, al­ma­yım? Özü­mü bu ci­ha­za əsir et­mə­yə də­yər­mi? Am­ma elə dü­nən də dərk elə­dim ki, mən da­ha bu səs­ya­zan­sız ke­çi­nə bil­mə­rəm... Bə­li, dü­nən­dən... Dü­nən ürə­yim­dən ke­çən­lə­ri ka­ğı­za ya­za­sı ol­say­dım, yə­qin ki, yaz­dıq­la­rı­mı göz yaş­la­rım yu­yub apa­rar­dı... Azər mə­ni qəl­bi­min ən də­rin gu­şə­sin­də bəs­lə­di­yim xa­ti­rə­lər­lə tək-tən­ha qo­yub İn­gil­tə­rə­yə oxu­ma­ğa ge­dir. De­mək, Azə­ri göz­lə­yə-göz­lə­yə mən yal­nız tex­ni­ka­nın bu əl boy­da mö­cü­zə­si ilə ül­fət, ün­siy­yət bağ­la­ya­ca­ğam; bu mə­nim hə­ya­nım ola­caq...

 

Bu mə­nə nə üçün la­zım­dı? Yə­qin ki, də­li ol­ma­maq, sut­ka­nın is­tə­ni­lən də­qi­qə­sin­də, anın­da ürə­yi­mi bo­şalt­maq, ürə­yim­dən ke­çən ən sir­li, ən müb­həm duy­ğu­la­rı pay­laş­maq üçün. Əl­bət­tə, mən ürə­yi­mi bo­şalt­maq­dan baş­qa, ənə­nə­vi bir yo­la da əl ata bi­lər­dim, gün­də­lik ya­zar­dım, am­ma mən o adam­lar­dan de­yi­ləm ki, əlim­də qə­ləm saat­lar­la cüm­lə­lər üs­tün­də baş sın­dı­rım, üs­tə­lik də mən gün­də­lik yaz­ma­ğa lap er­kən uşaq­lıq yaş­la­rım­dan la­zı­mın­ca öl­çü­lüb bi­çil­mə­miş bir fəa­liy­yət ki­mi bax­mı­şam, he­sab elə­mi­şəm ki, bu adə­tin yo­ru­cu, üzü­cü bir məş­ğu­liy­yət ol­ma­sı öz ye­rin­də, ta­ma­mi­lə dü­şü­nül­mə­miş bir iş­dir. Mən be­lə dü­şü­nü­rəm ki, gə­rək öz sir­lə­ri­ni ən ya­xın rə­fi­qə­nə - hət­ta o, əmin, da­yın qı­zı ol­sa be­lə - ver­mək ol­maz, mə­nim sir­lə­rim isə bir va­qon­du söy­lə­səm az olar, gə­rək bu va­qo­na əla­və bir ye­dək də qo­şa­san...



 

Am­ma bu ba­rə­də ye­tər, hər sö­zün öz mə­qa­mı var, o ki qal­dı Azə­rə, o, mə­nim dost-doğ­ma­ca əmim oğ­lu­dur. Mə­ni bu hə­ya­ta bağ­la­yan da odur. Bir Al­la­ha mə­lum­dur ki, onu bu dün­ya­da ha­mı­dan çox se­vi­rəm, ola bil­sin ki, hət­ta ata-anam­dan da çox... Yox, hər hal­da ürə­yin­də­ki­lə­ri qə­ləm­lə dəf­tə­rə, ka­ğı­za kö­çür­mə­yin də üs­tün­lük­lə­ri var; ya­zan­da sə­sin­də­ki tit­rə­yi­şi giz­lə­də bi­lər­sən, sə­ni bo­ğan qə­hər və ya­za-ya­za axıt­dı­ğın sat­qın göz yaş­la­rı du­yul­maz... An­caq, siz elə zənn et­mə­yin ki, mən ata-ana­mı sev­mi­rəm ha, yox, çox se­vi­rəm! Am­ma Azə­rə bəs­lə­di­yim sev­gi öl­çü­yə-miq­ya­sa gəl­məz, heç bil­mi­rəm bu duy­ğu­ya nə ad ve­rim? Axı, o mə­nə hə­ya­tım­dan da əziz­dir...

 

Bu dün­ya­da ən gö­zəl, ən ağıl­lı, ən xe­yir­xah oğ­la­nı ax­tar­ma­ğa dəy­məz - o, Azər­dir. Ya­ra­dan onu xəlq elə­yən­də tə­biət də öz sə­xa­və­ti­ni gös­tə­rib: onun iri al­nı, mə­na­lı, cid­di si­fə­ti, düz, siv­ri bur­nu, işıq­lı, ifa­də­li iri qa­ra göz­lə­ri dər­hal qız­la­rın diq­qə­ti­ni çə­kir, bu­nu mən də­fə­lər­lə gör­mü­şəm. Şa­ba­lı­dı, sıx saç­la­rı­nı bir qay­da ola­raq dəb­lə qırx­dı­rır, qı­sa saç sax­la­yır və bu ona ya­ra­şır de­səm, az olar, sa­çın, gö­zün, qa­şın rəng­lə­ri bir-bi­ri­ni ta­mam­la­yır. Uca­boy­lu­du, qa­mə­ti şü­mal­dı, dər­hal nə­zə­rə çar­pan əzə­lə­lə­ri də çox şey de­yir, mən nə de­yim, axı?!



 

Öz ara­mız­da qal­sın, Azər se­yid nəs­lin­dən­di və bu da, özü­nüz bi­lir­siz ki, in­sa­nı yax­şı mə­na­da qə­lə­mə ve­rən şərt­lər­dən­di. Düz­dür, biz əmioğ­lu, əmi­qı­zı­yıq, am­ma mən se­yid de­yi­ləm, çün­ki bu şə­rəf­li adı an­caq nəs­lin ki­şi­lə­ri da­şı­ya bi­lər. Azər də əmi uşaq­la­rı ara­sın­da ye­ga­nə oğ­lan ol­du­ğun­dan bu şə­rəf­li adı hə­lə­lik yal­nız o da­şı­yır, o ki, qal­dı ata­mın ikin­ci ar­va­dın­dan do­ğu­lan iki oğ­lan uşa­ğı­na, on­lar ba­la­ca­dı­lar, on­la­rı se­yid ki­mi qə­bul et­mək hə­lə tez­dir.

 

Mə­nim ya­şıd­la­rım ara­sın­da Azər ye­ga­nə oğ­lan ol­du­ğun­dan so­ya­dı­mı­zın da da­şı­yı­cı­sı odur. O, do­ğu­la­na qə­dər əmi­min üç qı­zı olub, mən ata­mın ye­ga­nə öv­la­dı ol­mu­şam, bi­bim də iki qız ana­sı­dır. Lap uşaq­lıq­dan əmim qız­la­rı, bi­bim qız­la­rı Azə­rə pə­rəs­tiş elə­yir­di­lər, am­ma o, on­la­rın qıs­qanc­lı­ğı­na bax­ma­ya­raq mey­li­ni aş­kar­ca mə­nə sal­mış­dı, hə­mi­şə, hər yer­də mə­nim tə­rə­fi­mi sax­la­yır­dı. Am­ma bu yal­nız bi­zim həm­ya­şıd ol­ma­ğı­mız­la (o, mən­dən cə­mi iki yaş bö­yük­dür) bağ­lı de­yil, bi­zim zöv­qü­müz­də ya­xın­lıq var, ma­raq­la­rı­mız da hə­mi­şə üst-üs­tə dü­şüb. Və be­lə­cə heç za­man ay­rıl­ma­dan, do­ğu­lan­dan, bu dün­ya­ya göz açan­dan hə­mi­şə bir yer­də ol­mu­şuq, heç za­man ay­rıl­ma­mı­şıq. Bu da, ay­rı­lıq... Qis­mət mə­ni bu fə­la­kət­lə də üz­ləş­dir­di. Ney­nə­yə bi­lə­rəm köks ötür­mək­dən baş­qa?



 

Bir da­ha qeyd et­mək is­tə­yi­rəm ki, bi­zim zövq­lə­ri­miz çox ya­xın­dı: iki­miz də də­ni­zi də­li­cə­si­nə se­vi­rik, əl­bət­tə, söh­bət Xə­zər­dən ge­dir, şə­hə­ri­mi­zə vur­ğu­nuq, xü­su­sən də İçə­ri­şə­hə­rə, yüz il­lər qa­baq tə­mə­li qo­yul­muş qa­la­ya. İki­miz də ey­ni film­lə­ri, ey­ni ki­tab­la­rı, ey­ni mah­nı­la­rı, həm­çi­nin ey­ni caz nü­mu­nə­lə­ri­ni se­vi­rik, tə­biə­tin bo­ya­la­rı sı­ra­sın­da vur­ğu­nu ol­du­ğu­muz rəng­lər də ey­ni­di: tünd ma­vi. Xö­rək­lə­rə mü­na­si­bə­ti­miz də üst-üs­tə dü­şür, Fa­ti­mə bi­bi­yə bəs­lə­di­yi­miz sev­gi də. İki­miz də bi­zim xal­qı mən­fur və mə­na­sız Qa­ra­bağ sa­va­şı­na sü­rük­lə­yən er­mə­ni mil­lət­çi­lə­ri­nə nif­rət bəs­lə­yi­rik, axı məhz bu mü­ha­ri­bə baş­la­yan­dan son­ra mən çox­lu say­da müəl­lim­lə­ri­mi, rə­fi­qə­lə­ri­mi, mil­liy­yət­cə er­mə­ni olan qon­şu­la­rı­mı­zı, həm­çi­nin bu dün­ya­da mə­nə ha­mı­dan əziz in­san olan Qre­ta nə­nə­mi və ana­mı itir­dim...

 

Yox, mən gə­rək dü­zü­nü söy­lə­yəm, mə­nim anam hə­qi­qət­də də er­mə­ni qı­zı­dır, am­ma bu gün bu­nu Ba­kı­da bə­yan et­mək nəin­ki ağıl­sız­lıq­dır, hət­ta təh­lü­kə­li­dir. Be­lə ki, bir za­man­lar mə­nim Azər­bay­can Neft və Kim­ya İns­ti­tu­tun­da - ye­ni adı Neft Aka­de­mi­ya­sı­dır - təh­sil alan atam Mu­rad Ba­ğı­rov elə bu təh­sil oca­ğın­da mə­nim gə­lə­cək anam­la - Ka­ri­na Ba­ğır­yan­la qar­şı­la­şır və bu qə­naə­tə gə­lir ki, bir hal­da ki on­lar ey­ni kök­dən olan so­ya­dı da­şı­yır­lar­sa, bu so­yad on­la­rın in­tim bir hə­yat baş­la­ma­la­rı­na da kör­pü sa­la bi­lər. Er­mə­ni­lə­rin is­lam kö­kün­dən gə­lən ad­la­rı, so­yad­la­rı ay­rı­ca bir söh­bə­tin möv­zu­su­dur və bu mə­sə­lə mə­ni hə­mi­şə dü­şün­dü­rüb. Baş aça bil­mi­rəm ki, bu nə cə­fən­giy­yat­dı? Xris­tian di­ni­nə itaət elə­yən er­mə­ni­lə­rin ən ge­niş ya­yıl­mış so­yad­la­rın­dan bi­ri açıq-aş­kar mü­səl­man-türk kö­kən­li Al­lah­ver­di­yan­dır.



 

Qa­yı­daq mə­nim va­li­deyn­lə­ri­mə. Kaş on­lar bir-bi­ri­nə rast gəl­mə­yəy­di­lər. On­lar qar­şı­laş­ma­say­dı­lar, heç mən də do­ğul­maz­dım. Yox, di­lim-ağ­zım qu­ru­sun, de­mək heç on­da mən Azə­rə də rast gəl­məz­dim, dün­ya­nın ən bö­yük səa­də­ti­nin nə ol­du­ğu­nu an­la­maz­dım, bil­məz­dim ki, sev­mək, se­vil­mək nə­di! Elə bu sə­bəb­dən də fi­kir­lə­şi­rəm ki, nə yax­şı ki, on­lar qar­şı­la­şıb­lar. Be­lə da­nı­şır­lar ki, atam­la ana­mın sev­gi ma­cə­ra­la­rı, in­tim mü­na­si­bət­lə­ri göz­lə­nil­məz bir so­nu­ca va­ran­da və atam mə­sə­lə­ni ana­sı­na an­la­dan­da və mə­nim gə­lə­cək nə­nəm Ru­qiy­yə xa­nım bi­lən­də ki, oğ­lu nə­sil-nə­ca­bə­ti ilə bü­tün şə­hər­də se­çi­lən, mü­səl­man ənə­nə­lə­ri üstdə kök­lə­nən bir oca­ğa er­mə­ni qı­zı gə­tir­mək is­tə­yir, ne­cə de­yər­lər, daş atıb, ba­şı­nı tu­tub, am­ma bi­lən­də ki, ar­tıq ana­mın qar­nın­da mən də va­ram, nə­nəm ba­şa dü­şüb ki, da­ha yol qal­ma­yıb, tez-tə­lə­sik bu xə­bə­ri heç za­man heç nə­dən sın­ma­yan, sar­sıl­ma­yan ömür-gün yol­da­şı­na çat­dı­rıb...

 

A­tam­la anam çox gö­tür-qoy elə­yən­dən son­ra mə­nim adı­mı ona gö­rə Ai­da qo­yub­lar ki, bu ad er­mə­ni­lər ara­sın­da da ya­yı­lıb; or­taq ad tə­si­ri ba­ğış­la­yır və va­li­deyn­lə­rim bu or­taq adı ta­pıb mə­nə ver­mək­lə gu­ya bic­lik iş­lə­dib­lər, gə­lə­cək­də mə­nim mil­liy­yə­tim­lə ma­raq­la­nan­la­ra kə­lək gə­lib­lər. Hə, bu da mə­nim adım, so­ya­dım: Ba­ğı­ro­va Ai­da Mu­ra­dov­na. Ye­ri gəl­miş­kən er­mə­ni­lər ara­sın­da da nə qə­dər is­tə­sən Mu­rad ad­lı adam tap­maq olar. Mu­rad­yan so­ya­dı isə da­ha çox ya­yı­lıb. Ye­ri gəl­miş­kən bir mə­qa­ma da diq­qət ye­ti­rin: gö­rür­sü­nüz­mü, va­li­deyn­lə­rim do­ğum şə­ha­dət­na­məm­də azər­bay­can­lı­lar ara­sın­da qə­bul olun­du­ğu ki­mi "Mu­rad qı­zı" yaz­dır­ma­yıb­lar, mə­ni rus ma­ne­ra­sın­dan gə­lən bir ça­ğı­rış tər­zi ilə mü­ka­fat­lan­dı­rıb­lar: "Mu­ra­dov­na". Tə­bii ki, bu, va­li­deyn­lə­ri­min stra­te­ji uzaq­gö­rən­li­yi ki­mi də­yər­lən­di­ril­mə­li­dir; çün­ki bu, hər iki (bəl­kə də üç) tə­rə­fi qa­ne elə­yən mü­ra­ciət tər­zi­dir. Am­ma va­li­deyn­lə­rim bir şe­yi nə­zə­rə al­ma­yıb­lar; şəx­siy­yət və­si­qəm­də - pas­por­tum­da mə­nim mil­liy­yə­tim "a­zər­bay­can­lı" ya­zı­lıb; gö­rü­nür, do­ğum şə­ha­dət­na­mə­sin­də də be­lə ya­zı­lıb və mə­lum­dur ki, pas­por­tun əsa­sı-kö­kü do­ğum şə­ha­dət­na­mə­si­dir. De­mə­li, azər­bay­can­lı­lar ara­sın­da mə­ni azər­bay­can­lı ki­mi qə­bul et­mək is­tə­mə­yən­lər mey­da­na çıx­sa, fakt qar­şı­sın­da qa­la­caq­lar. Fakt isə bu­dur: "mil­liy­yə­ti - azər­bay­can­lı"! Am­ma qon­şu Er­mə­nis­tan­da, er­mə­ni­lər ara­sın­da, er­mə­ni qu­la­ğın­da adım, so­ya­dım, ata­mın adı yad səs­lən­mə­sə də, ək­si­nə, on­la­ra doğ­ma, ta­nış gəl­sə də, mil­liy­yə­ti­mi bil­di­rən qra­fa­da­kı qeyd ar­tıq söh­bə­tə yer qoy­ma­ya­caq və dər­hal mə­lum ola­caq ki, mən on­la­rın nif­rət bəs­lə­di­yi Azər­bay­can xal­qı­nın qı­zı­yam və de­mə­li, mən də düş­mə­nəm. Ol­sun, on­suz da mən or­da ya­şa­ma­ğa ha­zır­laş­mı­ram.



 

Or­da ya­şa­maq is­tə­səm də, is­tə­mə­səm də, hər hal­da mə­nim qa­nım qa­rı­şıq­dır! Mən uğur­suz bir ha­şi­yə­yəm, ge­ne­tik cə­hət­dən azər­bay­can­lı ol­du­ğum qə­dər də er­mə­ni­yəm və da­mar­la­rım­da bir-bi­ri­nin qa­nı­nı iç­mə­yə ha­zır olan iki mil­lə­tin qa­nı axır və mə­nim bü­tün məh­ru­miy­yət­lə­rim və fə­la­kət­lə­rim də bu­nun­la bağ­lı­dır. Po­li­tex­nik ins­ti­tu­tu­nun müəl­li­mə­si olan, sə­mi­mi rəf­ta­rı, bə­yaz si­fə­ti ilə dər­hal yad­da qa­lan anam­dan mə­nə ke­çən əla­mət­lə­ri sı­ra­la­sam, eti­raf et­mə­li­yəm ki, si­fə­ti­min bə­yaz­lı­ğı, həm­çi­nin qo­nur göz­lə­rim, şa­ba­lı­dı saç­la­rım, zə­rif­li­yim və həs­sas­lı­ğım ana­mın mi­ra­sı­dır, am­ma tə­biət ata­mın da bir sı­ra za­hi­ri əla­mət­lə­ri­ni və xü­su­siy­yət­lə­ri­ni mən­dən əsir­gə­mə­yib; si­fə­tim­də­ki ay­dın, mə­na­lı ifa­də, ba­la­ca, dik bur­num, xa­siy­yə­tim­də­ki əyil­məz­lik, gü­zəş­tə get­mə­mək, yə­qin ki, qa­dın cin­si­nə mən­sub ol­du­ğu­ma gö­rə içim­də da­ha tez baş qal­dı­ran qaf­qaz­lı­la­ra məx­sus eh­ti­ras isə söz­süz ki, ata­mın ni­şa­nə­lə­ri­dir.

 

Bu­nun­la be­lə, dü­şün­mək ol­maz ki, va­li­deyn­lə­ri­min dü­şün­cə­siz­li­yi nə­ti­cə­sin­də qa­rı­şıq ni­gah­dan do­ğul­du­ğu­ma gö­rə mən hə­mi­şə əzab çək­mi­şəm. Əl­bət­tə yox, biz baş­qa­la­rı­nı da ta­nı­yı­rıq, o keç­miş, gö­zəl gün­lər­də mə­nim ağ­lı­ma da gəl­mir­di ki, qa­rı­şıq ni­gah­dan do­ğul­du­ğu­ma gö­rə cə­miy­yət­də mə­nə fərq qo­yan ola bi­lər... Ha­çan­sa mən tə­səv­vü­rəgəl­məz də­rə­cə­də xoş­bəxt idim, xud­ma­ni ai­lə­miz­də bir-bi­ri­ni se­vən in­san­la­rın iki­si­nə də hə­səd apa­rır­dım, on­la­rın mə­nə gös­tər­di­yi qay­ğı­dan, sev­gi­dən qa­nad­la­nır­dım: on­lar mə­ni ba­let stu­di­ya­la­rı­na, folk­lor dər­nək­lə­ri­nə, mu­si­qi, id­man mək­təb­lə­ri­nə apa­rır­dı­lar və mən mə­həb­bət üs­tün­də qu­rul­muş bu ai­lə­də ne­cə bir kör­pü ol­du­ğu­mu an­la­yır­dım və özü­mü bu dün­ya­nın ən bəx­ti­yar uşa­ğı sa­yır­dım. O za­man mən adı da əzə­mət­lə səs­lə­nən So­vet So­sia­list Res­pub­li­ka­la­rı İt­ti­fa­qı ad­lı bir döv­lət­də ya­şa­yır­dım. Və bu nə­həng, çox­mil­lət­li öl­kə­də et­nik mü­na­qi­şə­lə­rə, di­ni ay­rı­seç­ki­li­yə mey­dan yox idi. Mə­nə bu döv­lə­tin ən gör­kəm­li bir res­pub­li­ka­sın­da -gü­nəş­li Azər­bay­can­da do­ğul­maq nə­sib ol­muş­du. Mən er­kən yaş­la­rım­dan bi­lir­dim ki, Və­tə­nim dün­ya­ya gör­kəm­li fi­lo­sof­lar, şair­lər, müd­rik şəx­siy­yət­lər bəxş edib, xal­ça­la­rı­mı­zın so­ra­ğı Yer kü­rə­si­nin ən məş­hur sə­nət mu­zey­lə­rin­dən gə­lir, mu­si­qi­miz bü­tün dün­ya­da səs­lə­nir, o ki qal­dı tor­pa­ğı­mı­zın bə­rə­kə­ti­nə - fay­da­lı qa­zın­tı­la­rı­mız­dan olan nef­tə, bu­nun bəh­rə­si­ni ötən yü­zil­lik­də No­bel qar­daş­la­rı da gö­rüb, qar­daş­lar hət­ta bu xam­ma­lın gə­tir­di­yi gə­li­rin he­sa­bı­na dün­ya­nın ən şan­lı-şöh­rət­li ödü­lü­nü - No­bel mü­ka­fa­tı­nı tə­sis elə­yib­lər...



 

İn­di özüm də ina­na bil­mi­rəm ki, mən ha­çan­sa bu gö­zəl res­pub­li­ka­nın bəx­ti­yar və­tən­daş­la­rın­dan bi­ri ol­mu­şam... Özü də ne­cə bəx­ti­yar! Ba­şı­nın üs­tün­də par­laq cə­nub gü­nə­şi şə­fəq sa­çır­sa, ayaq­la­rı­nı Xə­zə­rin ilıq su­la­rı yu­yur­sa, ta­rix­lər­dən sü­zü­lüb gə­lən doğ­ma mu­si­qi­nin sə­da­sı ana lay­la­sı ki­mi qu­laq­la­rın­dan çə­kil­mir­sə, az­man dağ­lar in­san ki­mi üzü­nə gü­lüm­sə­yir­sə, bu dağ­la­rın bir qo­lu olan - qə­dim si­vi­li­za­si­ya­la­rın iz­lə­ri­ni bu gün də özün­də ya­şa­dan Qo­bus­tan qa­ya­la­rın­da­kı təs­vir­lər­də öz qə­dim keç­mi­şin­lə qar­şı­la­şır­san­sa, ne­cə bir ta­ri­xə ma­lik ol­du­ğu­nu an­la­yır­san­sa, da­ha ada­ma öz­gə nə la­zım­dı? Hə­lə mən Xə­zə­rin ne­mə­ti olan ağ ba­lıq növ­lə­rin­dən, gül­lü-çi­çək­li yay­la­lar­da bəs­lən­miş, bil­lur bu­laq­la­rın su­yun­dan iç­miş quy­ruq­lu qu­zu­la­rın ətin­dən ha­zır­lan­mış dol­ma­sı­na, küf­tə­si­nə, bas­dır­ma­sı­na, pi­ti­si­nə, qo­vur­ma­sı­na zə­fə­ran, zən­cə­fil, dar­çın qa­rış­dı­rıl­mış mil­li xö­rək­lə­ri­miz­dən və süf­rə­mi­zin da­ha bir bə­zə­yi, ətir­li, şi­rə­li göy-gö­yər­ti­lə­ri­miz­dən söz aç­maq is­tə­mi­rəm.

 

An­caq o da mə­lum­dur ki, in­san, da­ha doğ­ru­su, ağ­lı ba­şın­da ol­ma­yan in­san, həm­çi­nin cə­mi - cə­miy­yə­tin ta­mah­kar züm­rə­lə­ri he­sab edir­lər ki, hə­mi­şə nə­lə­ri­sə çat­mır. Yox­sa, Azər­bay­ca­nın Dağ­lıq Qa­ra­bağ böl­gə­sin­də əmin-aman­lıq için­də ya­şa­yan, am­ma er­mə­ni lob­bi­si tə­rə­fin­dən qı­zış­dı­rı­lan­dan son­ra za­man-za­man mil­lət­çi­lik mik­ro­bu­nun qur­ba­nı olan, "Bö­yük Er­mə­nis­tan" xül­ya­sı­na ina­nan er­mə­ni­lər dəh­şət­li si­ya­si mü­na­qi­şə­lə­rə mey­dan aç­maz­dı­lar. Bu mü­na­qi­şə yal­nız iki res­pub­li­ka ara­sın­da baş­la­nan mü­ha­ri­bə ilə məh­dud­laş­ma­dı, nə­həng So­vet İt­ti­fa­qı­nın da­ğı­lıb par­ça­lan­ma­sı­na sə­bəb ol­du. Çün­ki So­vet İt­ti­fa­qı­nın baş­çı­sı Qor­ba­ço­vun ye­ni­dən­qur­ma ilə bağ­lı sa­yıq­la­ma­la­rın­dan qay­naq­la­nan po­pu­list çı­xış­la­rı da iki res­pub­li­ka ara­sın­da qan­lı mü­ha­ri­bə­yə mey­dan aç­dı və ar­tıq özü­nün müs­tə­qil­li­yi­ni elan et­miş Azər­bay­ca­nın bü­tün əra­zi­si­ni bü­rü­dü. Və üs­tə­lik də mə­lum ol­du ki, er­mə­ni­lər si­lah­lan­dı­rı­lıb və bu si­lah­lan­dı­rıl­ma er­mə­ni­lə­rin "ya­ra­lı" ye­ri­ni qa­şı­maq və on­la­rın əli ilə hə­mi­şə Qərb üçün təh­lü­kə mən­bə­yi olan so­sia­lizm sis­te­mi­ni da­ğıt­maq üçün­dür.



 

Am­ma nə lə­nə­tə gəl­miş Qor­ba­çov, nə ağ­lı­nı itir­miş er­mə­ni mil­lət­çi­lə­ri bu mü­na­qi­şə­ni an­baan qı­zış­dı­ran­da bi­zi ya­da sal­ma­dı­lar, mə­nim ki­mi qa­rı­şıq ni­gah­lar­dan do­ğul­muş in­san­la­rın ta­le­yi­ni dü­şün­mə­di­lər; fər­qi­nə var­ma­dı­lar ki, biz on­lar­la ya­na­şı, on­lar­la bir yer­də ya­şa­ma­ğa məh­ku­muq... Mə­nim ki­mi qa­rı­şıq ni­gah­la­rın qur­ba­nı olan­lar isə mil­yon­lar­ca­dı və de­mək olar ki, on­la­rın ha­mı­sı bu mü­na­qi­şə nə­ti­cə­sin­də is­ti ocaq­la­rı­nı, var-yox­la­rı­nı iti­rib­lər, hə­yat­la­rı təh­lü­kə al­tın­da­dır, dai­ma qor­xu, tə­laş için­də ya­şa­yır­lar, özü də ço­xu­su Və­tən­dən uzaq­lar­da, qür­bət­də, qə­rib­çi­lik­də...

 

On­la­rın nə ve­ci­nə ki, mən anam sağ ola-ola, ana­sız - ye­tim qal­mı­şam?! Bə­li, ye­tim. Siz de­yin, mən bu və­ziy­yət­də özü­mə nə ad ve­rim? On il­dən bə­ri mən ar­tıq ti­kə ki­mi atıl­mı­şam­sa, ana­mın üzü­nü də gör­mü­rəm­sə bu­na nə ad qoy­maq olar? Axı, o, -mə­nim anam sağ-sa­la­mat­dır. Özü də o, mə­ni hə­lə on bir ya­şım ta­mam ol­ma­mış əri­nin və əri­nin qo­hum­la­rı­nın umu­du­na qo­yub Ba­kı­dan çı­xıb. Mən anam­da təq­sir gör­mü­rəm: o, sə­mi­mi qəlb­dən ina­nıb ki, bu ad­dı­mı mə­nim gə­lə­cə­yim na­mi­nə atır. Hər hal­da mən­dən öt­rü, ya hər han­sı bir uşaq üçün ən baş­lı­ca şərt ana­sı­nın ya­nın­da ol­maq, ai­lə ün­siy­yə­tin­dən qa­nad­lan­maq­dı, am­ma bu ai­lə­ni bi­lə-bi­lə da­ğıt­dı­lar... Ar­tıq iyir­mi ya­şım var və bü­tün bu məh­ru­miy­yət­lər mə­ni o qə­dər də ağ­rıt­mır, bir za­man­lar isə, mən il­lər­lə iz­ti­rab çək­mə­yə və döz­mə­yə alı­şan ürə­yim­lə ba­car­ma­dım. Elə in­di­nin özün­də də hər­dən mə­nə elə gə­lir ki, mu­mi­ya­ya sa­lın­mış da­şam, mü­qəv­va­yam və bu mə­na­sız və ana­lo­qu ol­ma­yan hə­ya­ta son­suz bir həs­rət­lə ba­xı­ram.



 

Mü­na­qi­şə baş­la­yan­da mə­nim atam res­pub­li­ka­nın apa­rı­cı, mü­hüm sa­hə­lə­rin­dən bi­rin­də ça­lı­şır­dı, özü də na­zir müa­vi­ni və­zi­fə­sin­də. Onun ke­çirt­di­yi hə­yə­can, qor­xu tə­səv­vü­rü­mə gə­lir, mən in­di ba­şa dü­şü­rəm ki, o, bi­ça­rə nə­lər çə­kib! Axı, o, ana­mı çox is­tə­yir­di və tə­bii ki, ana­ma gö­rə hə­yə­can­la­nır­dı, am­ma dün­ya­gör­müş bir ki­şi ki­mi su­sur­du, için­də çə­kir­di. Və hər­dən özü­nə ürək-di­rək ve­rir­di: "Bə­yəm er­mə­ni qı­zıy­la ev­lə­nən yal­nız mə­nəm? Ki­min nə həd­di var mə­nə ar­tıq-əs­kik söz de­sin!"

 

Və heç kim də heç nə söy­lə­mə­di. Rəs­mi mə­lu­ma­ta gö­rə, mü­na­qi­şə­nin üs­tün­dən uzun il­lər keç­mə­si­nə bax­ma­ya­raq, bu gü­nün özün­də Ba­kı­da iyir­mi min­dən ar­tıq er­mə­ni ya­şa­yır. Hə­lə söh­bət res­pub­li­ka­nın pay­tax­tın­dan ge­dir, o şə­hər­dən ki, Er­mə­nis­tan­dan qo­vul­muş azər­bay­can­lı qaç­qın­la­rın sı­ğı­na­caq ye­ri­nə çev­ri­lib, o şə­hər­dən ki, qəb­iris­tan­lıq­la­rı hər gün, hər sa­at er­mə­ni tə­ca­vü­zü nə­ti­cə­sin­də hə­lak olan ca­van­la­ra son mən­zil olur. Bəs nə üçün məhz mə­nim anam Ba­kı­nı tərk et­mə­li­dir? Nə üçün?.. İn­di bi­li­rəm ki nə üçün, am­ma ötən əs­rin sək­sə­nin­ci il­lə­rin­də o ha­di­sə­lər baş­la­yan­da, mən bu sua­la ca­vab ta­pa bil­mə­dim, axı on­da mə­nim cə­mi on bir ya­şım var idi və mən açıq-aş­kar nə­yi­sə ba­şa düş­mək­dən im­ti­na elə­dim, nə üçün de­dim, nə üçün ana­mı-bu dün­ya­nın ən doğ­ma, ən is­tək­li, ən əziz var­lı­ğı­nı mən­dən ayır­sın­lar?



 

II FƏSİL


 

 

 



Axırı ki, sən də məni yalqız qoydun Azər, özü də bir zamanlar anamın, ardınca da nənəmin və babamın məni tək-tənha atıb getdikləri izlə... Günlər sənsiz mənə çox uzun görünür, Azik... Günəş gözdən itdi, şəhər bozardı və quşlar uçub getdilər. Nə üçün mən onlar kimi uça bilmirəm? Bilsən, necə qibtə eləyirəm quşlara, axı onlardan nə viza, nə bilet, nə pasport istəyən var. İnsanları millətlərə ayırmaq, Yer üzündə dövlət qurmaq kimin kəşfidir görəsən? Hər halda bu ağılsız və ədalətsiz, həm də amansız bir addımdı...

 

Qarşımda dünyanın coğrafi xəritəsini açmışam və uzaq İngiltərəni diqqətlə öyrənməyə başlamışam. Burdan cəmi ingilislərin ana vətəni mənə o qədər yaxın görünür ki, hətta mənə elə gəlir əlimi uzatsam sənin əsilzadə əllərinə çatar və o əllərin hərarəti bütün vücuduma yayılar; və beləcə əlimi sənə uzadıram-salam, əzizim! Məskunlaşdığın yeni ada sənin xoşuna gəlirmi? Bir zamanlar biz arzulayırdıq ki, Azər və Aida adasında məskunlaşaq ki, heç kim də bizi ayıra bilməsin, yadındadı? Onda biz lap balaca idik... Amma sən o zaman da uşaq olmağına baxmayaraq, uzaqgörən idin və yaşıdlarından ciddi hərəkətlərinə, sözlərinə görə seçilirdin. Yadımdadır, bir dəfə çox ciddi tərzdə mənə dedin:



 

-Sən həkim olmalısan, Aida. Bu olduqca vacib bir peşədir və sənin biliyin bizə öz adamızda gərək olacaq, lazım gələndə sən məni də, bizim uşaqlarımızı da müalicə edəcəksən.

 

Yalnız bu sözlərin xatirinə, mən qərar verdim ki, həkim olum və heç kim bilmir ki, bu mənə nəyin bahasına başa gəlir, heç kim bilmir ki, mən qana nifrət eləyirəm, qoxusu bir yana, qan görəndə ətim ürpəşir, ödüm ağzıma gəlir. Mən insanların keçirtdiyi əzablara da tamaşa edə bilmirəm, dəhşətə gəlirəm, iyrənirəm və fikirləşirəm gərək jurnalistika fakültəsinə gedəydim, amma indi mən həkim olmaq üçün oxuyuram, Azər, çünki bunu sən istəmişdin, Sən-mənim əzizim! Bəs mən nə istəyirəm? Bircə şey: səninlə bir yerdə olmaq...



 

Bir zamanlar rahatlıq tapdığım və özümü dünyanın bəxtəvəri sandığım evimizin pəncərəsinə yaxınlaşıram, ancaq bayıra yox, içəri baxıram. Ruqiyyə nənəmin vəfatından sonra bu mənzildə heç nə dəyişməyib. Bilmirəm yad bir qadının bu evdə peyda olmasını təzəlik kimi qələmə vermək olar, ya yox? Atam mənə qulluqçu tutub. O, otaqları yığışdırır, mənə xörək hazırlayır və mənim otağımla yanaşı otaqda da yatır ki, mən gecələr qorxmayım. İsmi-şərifi Lida xaladı. Rus adı daşımasına baxmayaraq, rus deyil, almandı, Bakıda doğulmuş alman. İkinci Dünya müharibəsindən sonra Almaniyaya dönməyən və Bakıda yaşamağa önəm verən hərbi əsirin qızıdı. Lida xala ilə məni birləşdirən bir məqam da var; o da qarışıq nigahdan doğulub, anası rus olub...

 

Ömrünün axırlarında qulaqları tutulan və tamam dağılan Sovet dövlətində çox şeylərdən məhrum olan, oğulsuz-uşaqsız və işsiz qalan Lida xala ciddi-cəhdlə çalışır ki, mənim tənhalığıma işıqlı rənglər calasın, o, işgüzar və təmizkardı. Amma məni lap qəlbən sevsə də, mən heç vaxt ona doğma ola bilmərəm, çünki o, öz işini görür, vəzifəsini yerinə yetirir və çəkdiyi zəhmətə görə də məvacib alır. O ki qaldı mənə, Lida xala mənim həyatımda həqiqətən heç nəyi dəyişməyə qadir deyil. Atam nə üçünsə qərara gəlib ki, qulluqçu mənə həyan olar və atamın ağlına da gəlməyib ki, mənim bir həyanım var və o da sənsən, mənim Azərim! Mən bir şeyi dəqiq bilirəm ki, sən olmasaydın, mən bu ötən illər ərzində heç bir şəraitdə yaşaya, tab gətirə bilməzdim. Elə buna görə də indi mənə baxmaq, mənim gözlərimi yaşsız görmək mümkün deyil; sən getdin və mənə indi yalnız o qalır ki, iztirabdan dəli olum...



 

Otağımın pəncərəsindən qədim Bakının daş döşənmiş, ilkin rəngini çoxdan itirmiş köndələn küçələrinə, dalanlarına, mağzalları bir muncuq düzümü kimi göz oxşayan qala divarlarına baxıram. Aralıda köhnə meçidin minarəsi və Şirvan şahlarının neçə yüz il qabaq inşa edilmiş Sarayı görünür.

 

 

 



Haçansa tişə ilə vurulmuş naxışları, kufi yazıları hələ də daş yaddaşında yaşadan saray qüllələrinin və sütunların qatı, qara kölgəsi elə bil ki, zamanın üstünə düşüb. Heç bilirsən orta əsrlərin bu nişanəsi mənə nə qədər doğmadır? Solda yalnız daş xarabalıqları qalmış Bazar meydanıdı və bütünlükdə böyük bir tarixi özündə yaşadan bu məkanın adı Qaladı. Qala Şəhər, İçərişəhər. Və bu Qala Şəhərdə də minlərlə, yüz minlərlə şan-şöhrətli oğlanlar, qızlar doğulub, amma onların arasında bizim qədər bir-birini sevən insanlar olmayıb. Ancaq məhz bizi ayırdılar!!! Nə üçün? Nəyə görə? Nədir bizim günahımız???

 

Hərdən fikirləşirəm: axı, nəyə görə varlığımla bağlı olduğum insanlar məni tərk eləyir və həyat məndən ötrü öz böyük mənasını itirir? Əvvəlcə nənəm, sonra babam, anam, ikinci babam, ikinci nənəm və indi də-sən... Haçansa mən evimizdəki mehribanlığı, ülfəti görəndə fərəhdən ürəyim sinəmə sığmırdı və böyük ailəmizi də arı pətəyinə bənzədirdim... İndi isə özümü ayaqları torpaqdan üzülmüş bir adam sayıram və görürəm ki, heç kim də bunun fərqində deyil...



 

 

 



III FƏSİL

 

 



 

Nə böyük səadət imiş böyük və həm də mehriban bir ailədə doğulmaq! Babalı, nənəli böyümək! Nəvədən ötrü milliyyətin nə mənası? Təki baban olsun, nənən olsun. Mənimkilər hamısı şanlı-şöhrətli olublar, xatirələrdə, yaddaşlarda şan-şöhrətlərinə görə qalıblar.

 

Ata babamın adı İbrahimdi, amma hamı onu İbrahim kişi çağırardı, çünki əsil kişiydi, sözünün ağasıydı. Qartal burunlu, ağsaçlı bu qıvraq qocanın sifətini sanki külək döyüb qaraltmışdı, ağıllı qonur gözlərinin dərinliyində elə bil od gizlənmişdi və bu od zaman-zaman işıq saçırdı. O, ciddi bir təhsil görməmişdi, böyük vəzifə sahibi olmamışdı, amma adi bir buruq ustası ola-ola böyük şan-şöhrət qazanmışdı: həmişə də şəhərin möhtəbər kişiləri ilə durub-oturardı. Onu Sosialist Əməyi Qəhrəmanı adına layiq görmüşdülər və o, yalnız respublikanın yox, həm də ölkənin sayılan neftçilərindən hesab olunurdu.

  1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə