AZƏr rüSTƏMLİ -nin




Yüklə 114.18 Kb.
tarix21.04.2016
ölçüsü114.18 Kb.
BAKI DÖVLƏT UNİVERSİTETİ
BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ BEYNƏLXALQ HÜQUQ FAKÜLTƏSİ
DÜNYA İQTİSADİYYATI İXTİSASI 500-cü QRUP TƏLƏBƏSİ

AZƏR RÜSTƏMLİ -nin

İQTİSADİ COĞRAFİYA fənnindən


FƏRDİ İŞİ

MÖVZU :
CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİNİN İQTİSADİ-COĞRAFİ SƏCİYYƏSİ



Cənubi Qafqaz ölkələrinin iqtisadi-coğrafi səciyyəsi

İctimai-coğrafi mövqeyi. Dünyanın qədim və mənzərəli regionlarından biri olan Qafqaz Qara və Xəzər dənizləri arasında olan bərzəxi tutur.Bərzəxin uzunluğu 720 km-dir.Şimalda təbii sərhədlərini Manıç çökəkliyi,cənubda Türkiyə və İranın dövlət sərhədləri təşkil edir.Ərazisi 514 min km2 –dir.
Siyasi inzibati baxımdan Qafqazın tərkibinə RF-nın cənubu,Qafqaz ərazisinin 36,2 % -ni tutan üç müstəqil dövlət- 1)Azərbaycan,2)Gürcüstan,3)Ermənistan daxildir.İqtisadi-coğrafi cəhətdən Cənubi Qafqaz Avropadan Mərkızi Asiya ölkələrinə gedən ən qısa yollar üzərində əlverişli mövqe tutur.İki dəniz arasında yerləşməsi onun daxili və beynəlxalq əlaqələrini genişləndirir.Xüsusilə müstəqillik illərində regionun İCM-nin daha əlverişli olduğu üzə çıxmışdır.İndi Mərkəzi Asiya və Avropa ölkələri arasında getdikcə artan yük dövriyyəsinin , bərpa olunan ipək yolunun əhəmiyyətili hissəsi regionun ərazisindən keçir.Hazırda dünyanın bir sıra İEÖ –i Cənubi Qafqaz coğrafi mövqeyinə bğyük maraq göstərir.
Cənubi Qafqaz relyef xüsusiyyətlərinə görə bir-birindən fərqlənən Böyük və Kiçik Qafqaz dağlarına,Kolxida,Kür-Araz,Lənkəran ovalıqlarına bölünür.Göstərilən Bölgələr həm də təsərrüfat və məskunlaşma xüsusiyyətərinə görə fərqlənir.Geniş çöllərdən ,münbit qaratorpaqlardan ibarət olan region kənd təsərrüfatı üçün olduqca əlverişlidir. Cənubi Qafqaz müxtəlif təbii resurslarla zəngindir.Yanacaq resurslarından burada neft,qaz,qismən kömür yataqları,həm də dəmir,manqan və əlvan metal filizləri var.Müxtəlif tikinti materialları ,mineral sular, kurort-turizm resurslarının çoxluğu ilə seçilir.
Əhalisi. Cənubi qafqaz regionunda əhalinin təbii artımı Avropa səviyyəsinə nisbətən yüksəkdir(hər 1000 nəfərə 6-7 nəfər). Orta sıxlıq 1 km2 –də 95 nəfərdir.Xəzər və Qara dəniz sahillərində, düzənlik və dağətəyi zonalarda əhalinin sıxlığı yüksəkdir.İri şəhərləri Bakı, Tiflis və Yerevandır.Region ümumiyyətlə çoxmillətlidir.Ən çoxsaylı xalqları azərbaycanlılar,gürcülər,ermənilərdir.Milli azlıq təşkil edənlər arasında ruslar,ləzgilər,osetinlər,abxazlar,yəhudilər,acarlar üstünlük təşkil edir.
Təsərrüfatı. Cənubi Qafqaz təsərrüfat sahələrinin əksəriyyəti yerli xammaldan istifadəyə əsaslanır.Neft-qaz hasilatı və emalı mərkəzləri şərqdə (Abşeronda) yerləşir. Dağ çayları üzərində kaskad SES-lər , düzən ərazilərdə isə İES-lər tikilmişdir.Maşınqayırmanın müxtəlif sahələri (neft avadanlığı,elektrotexnika,k.t –ı maşınqayırması və s.) , neft-kimya sənayesi inkişaf etmişdir.

Cənubi Qafqaz iri kənd təsərrüfatı bölgəsidir.Taxıl,texniki bitkilər əkini,bağçılıq üzümçülük və subtropik əkinçilik geniş yayılmışdır. Hər yerdə Heyvandarlıq xüsusilı bu region üçün xarakterik olan köçəri-otlaq qoyunçuluğu inkişaf etmişdir. Cənubi Qafqaz dünya əhəmiyyətli müalicə və turizm mərkəzidir. (Borjomi, Naftalan, Abşeron və s.)



Azərbaycan
Paytaxt : Bakı

Ən böyük şəhər : Bakı

Rəsmi dil: azərbaycan dili

Ərazi: 86,6 min km2

Əhali: 8,3 milyon

Əhalinin sıxlığı: 102/km² (104.)

Din: İslam

Etnik qruplar: 2.2 % ləzgilər,1.8 % ruslar, 1.5 % ermənilər,1 % talışlar, 0.5 % türklər və s.

Ən Böyük ticarət tərəfdaşları: Türkiyə,MDB ölkələri,ABŞ, Fransa və s.

       Shaded cells indicate IMF staff estimates




Country

Subject Descriptor

Units

Scale

2006

2007

2008

2009




Azerbaijan

Gross domestic product, current prices

U.S. dollars

Billions

21.027

31.287

46.378

42.505




Azerbaijan

ÜMUM DAXİLİ MƏHSUL

U.S. dollars

Units

2,464.324

3,637.567

5,349.391

4,863.808




Azerbaijan

ÜMUM DAXİLİ MƏHSUL (aDAMBAÇINA

Current international dollar

Billions

51.731

65.655

74.856

81.730




Azerbaijan

Gross domestic product based on purchasing-power-parity (PPP) per capita GDP

Current international dollar

Units

6,062.716

7,633.467

8,634.185

9,352.212




Azerbaijan

əHALİ

Nəfər

Millions

8.533

8.601

8.670

8.739



Azərbaycan Respublikası əlverşli iqtisadi-coğrafi mövqeyə malikdir.Bu onun qədim ipək yolu üzərində yerləşməsi,Xəzər dənizindən dünya okeanına çıxma imkanının olması(Volqa-Baltik,Volqa -Don), Türkiyə və Mərkəzi Asiya türk dövlətləri arasında transyolların buradan keçməsi ilə izah olunur.Dövlət quru sərhədləri Rusiya,Ermənistan,İran,Türkiyə və Gürcüstanladır.Türkmənistan və Qazaxıstan ilə isə su sərhədlərinə malikdir.


Azərbaycan müxtəlif təbii ehtiyatlarla zəngindir.Xarici ölkələrlə ticarətdə əsasən xammal ixracatı əsas yer tutur.Neft və qaz buranın ən zəgin təbii ehtiyatlarıdır.Neft Azərbaycanda əsasən Xəzərin şelf zonasından,Abşeron yarımadasından,Mərkəzi Arandan(Muradxanlı,Mollakənd) və s. çıxarılır.1994-cü ildə “Əsrin müqavilə”sinin imzalanması ilə Azərbaycan müxtəlif xarici ölkələrlə “Açıq qapı” siyasəti həyata keçirib və neft ixracına başlayıb.Hal-hazırda müxtəlif(Azəri,Çıraq,Günəşli) yataqlardan neft Bakı-Tibilisi-Ceyhan, Bakı-Supsa,Bakı-Novorossiysk neft kəmərləri ilə dünya bazarına çıxarılır.Mərkəzi Asiya ölkələri ilə ticarətdə isə Bakı-Türkmənbaşı,Bakı-Bektaş,Bakı-Aktau gəmi-bərə yolları mühüm əhəmiyyət kəsb edir.Son illərdə Şahdəniz qaz yatağı öz potensial gücü ilə fərqlənir və qaz ixracatında əsas yataq kimi çıxış edir.
Azərbaycan neft-qazla yanaşı yanar şist(İsmayıllı),mərmər (Daşkəsən),polimetal filizi (Filizçay,Gümüşlü,Mehmana), yodlu-bromlu sular(Neftçala),qızıl(Kəlbəcər,Xocavənd),travertin(Şahtaxtı),civə(Ağbulaq,Şoryataq),mis(Kəlbəcər) və s.təbii ehtiyatlarla zəngindir.
Azərbaycanın kənd təsərrüfatı ekstensiv xarakter daşıyır.Təbii şəraitin müxtəlifliyi,rəngarəngliyi,müxtəlif iqlim qurşaqlarının burada olması kənd təsərrüfatının inkişafına imkan yaradır.
Aqrar sənaye kompleksi ağır və yüngül sənaye bazasında inkişaf edir. Belə ki, kənd təsərrüfatı və yeyinti məhsulları istehsalında maşın və mexanizmlərdən, cihaz və qurğulardan, texnoloji avadanlıq və avtomat xətlərdən istifadə edilir. İstehsal prosesləri zamanı işlədilən yanacaq, istilik və elektrik enerjisi, tikinti və qablaşdırma materialları (şüşə, metal, kağız, karton, taxta, sintetik materiallar və s.) məhz ağır və yüngül sənayenin məhsullarıdır. Öz növbəsində, aqrar-sənaye kompleksi adlarını çəkdiyimiz sahələrin bəzi qruplarının (pambıqtəmizləmə, mineral gübrələr) yerləşməsinə böyük təsir göstərir.
Respublika əhalisinin taxıla olan tələbatının çox hissəsini ödəmək üçün taxıl bitkilərinin məhsuldarlığını yüksəltmək və onların sahələrini xeyli artırmaq tələb olunur.
Hazırda Azərbaycan fermer təsərrüfatlarında taxılın məhsuldarlığını artırmaq üçün ciddi tədbirlər həyata keçirilir.
Əkinçilikdən gələn gəlirin çox hissəsini texniki bitkilər verir. Azərbaycanda bu bitkilərin ən əhəmiyyətlisi pambıq və tütündür. Pambıqçılıq Azəbaycanın strateji əhəmiyyət daşıyan və ən çox gəlir gətirən bir sahəsidir. Pambıqçılığın inkişafı üçün respublikada əlverişli təbii şərait, kifayət qədər inkişaf etmiş maddi-texniki baza və ənənəvi əmək vərdişləri vardır. Pambıqşılıq hazırda tamamilə Kür – Araz ovalığında mərkəzləşdirilmişdir. Yaxın keçmişdə bu bitkinin coğrafiyası da geniş idi. Respublikada pambıq əkinlərinin ümumi sahəsi 200 min hektardan çoxdur. Məhsuldarlıq 1995-ci ildə 13 sentner olmuşdur. 80-ci illərin sonunda ildə orta hesabla 600 min ton pambıq yığılmış və 200 min ton mahlıc istehsal olunmuşdur. Son illərdə pambıq istehsalı xeyli aşağı düşmüşdür. 2002-ci ildə 112,9 min ton pambıq yığılmışdır. Pambıqçılıq çox zəhmət tələb edən bir sahədir. Uzun müddət pambıqçılıq Azərbaycan kəndlisinin güzəranını yaxşılaşdırmağa kömək etmişdisə də, aqrotexniki qaydalara düzgün əməl edilməməsi, ziyanvericilərə və xəstəliklərə qarşı əsasən zəhərli maddələrdən istifadə olunması pambıqçıların səhhətinəböyük ziyan vurmuşdur. Eyni torpaq sahələrində hər il dalbadal pambıq əkilməsi, suvarma texnologiyasının pozulması nəticəsində pambıqçılıq rayonlarında xeyli torpaq sahələri şoranlaşmış və sıradan çıxmışdır. Onların yuyulması üçün geniş kollektor-drenaj şəbəkəsinin yaradılması və hər il çoxlu vəsait sərf olunması da istənilən səmərəni verməmişdir. Yığılan pambığın 15%-ə qədəri respublika ərazisində son məhsula çevrilir. Yaxın illərdə respublikanın ümummilli mənafeyi naminə pambıqçılığın inkişafında ciddi dəyişikliklər edilməlidir.
Son illərdə pambıqçılıq zonalarında yaradılan çoxsaylı fermer təsərrüfatları sahənin inkişafına böyük təkan vermişdir.
Öz əhəmiyyətinə görə tütün respublikada ikinci texniki bitki sayılır. Tütün əkini sahələri respublikanın Şəki, Oğuz, Qəbələ, Zaqatala, Masallı, Yardımlı, Lerik, Qubadlı, Zəngilan, Kəlbəcər rayonları və yuxarı Qarabağın dağətəyi hissəsində yerləşir. Naxçıvan MR-in Şahbuz və Şərur rayonlarında da tütünçülük inkişaf etmişdir. Azərbaycan respublikasında “Samsun”, “Trabzon”, “İtiyarpaq” kimi qiymətli tütün sortları yetişdirilir. Tütün məhsulunun bir hissəsi respublikadan kənarda son məhsula çevrilir. 1990-cı ildə 33 min ton , 1998-ci ildə 14,6 min ton, 2003-cü ildə isə 15,8 min ton tütün yarpağı istehsal olunmuşdur.
Respublika çay istehsalına görə keçmiş SSRİ-də Gürcüstandan sonra ikinci yeri tuturdu. Çay plantasiyaları Lənkəran, Astara, Masallı, qismən də Zaqatala rayonları ərazisindədir. Çay əkinlərinin sahəsi 17 min hektar təşkil edir və getdikcə genişləndirilir. 1994-ci ildə 24, 2001-cü ildə isə 0,9 min ton yaşıl çay yarpağı yığılmışdır. Lənkəran zonasında yaradılan fermer təsərrüfatları bu mühüm sahənin də intensivləşməsində mühüm rol oynayacaq.
Respulikanın Qanıx-Həftəran vadisində, Şamaxı, İsmayıllı rayonlarında az miqdarda toxum, yağ və silos üçün günəbaxan, Abşeron yarımadasında, Bilgəh qəsəbəsi yaxınlığında çox qiymətli zəfəran bitkisi, habelə Naxçıvan MR-də, Kürdəmir, Salyan və Zaqatala rayonlarında xına bitkisi yetişdirilir.
Tərəvəzçilik və bostançılıq respublikada geniş yayılmış əkinçilik sahələridir. Bu sahələrin coğrafiyasının geniş olmasına baxmayaraq, çoxlu məhsul istehsal edən və ixtisaslaşdırılmış tərəvəzçilik rayonları – Quba, Xaçmaz, Lənkəran, Masallı, qismən də Astara, Qusar və Quba rayonlarının aran təsərrüfatları məhsul istehsalının həcminə görə xüsusilə fərqlənir. Xaçmaz zonası gec yetişən, Lənkəran zonası isə faraş tərəvəzçilik sahəsində ixtisaslaşmışdır.
Azərbaycanın qərb bölgəsinin Gədəbəy, Tovuz, Şəmkir, qismən də Daşkəsən və Xanlar rayonları ərazisində, habelə Qusar rayonunda kartofçuluq inkişaf etmişdir. Respublikanın suvarılan rayonlarında da az miqdarda kartof yetişdirilir. Əhalinin kartofa olan tələbatını yerli məhsul ödəyə bilmədiyinə görə respublikaya xarici ölkələrdən çoxlu kartof gətirilir. Halbuki ölkəmizdə kartofçuluğu daha da inkişaf etdirmək üçün imkan vardır.
Üzümçülük Azərbaycan kənd təsərrüfatının ən inkişaf etmiş gəlirli və çox əmək tutumlu sahələrindən biridir. 1970-85-ci illər ərzində Azərbaycan keçmiş SSRİ-nin ən böyük üzümçülük respublikasına çevrilmiş, məhsul istehsalı 2 milyon tona çatdırılmışdı.
Azərbaycanda üzüm dəmyə və suvarma şəraitində yetişdirilir. İstehsal olunan üzümün 60%-i suvarılanplantasiyalardan toplanır. Respublikada 250-dən çox üzüm sortu yetişdirilir, onların çoxu texniki sortlardır. Lakin son vaxtlar süfrə və kişimişi üzüm sortlarının yetişdirilməsinə diqqət xeyli artmışdır.
Bağçılıq respublika kənd təsərrüfatının ən qədim və ənənəvi sahələrindəndir. Respublikanın təbii şəraiti, yüksək dağlıq sahələr istisna olmaqla, hər yerdə bağçılıqla məşğul olmağa imkan verir.
Təbii şəraitinndən asılı olaraq ayrı-ayrı ərazilər meyvəçiliyin müxtəlif növləri üzrə ixtisaslaşmışlar. Belə ki, tumlu meyvəçilik üzrə Quba-Xaçmaz, çərzəkli meyvələr (qoz, fındıq, şabalıd) istehsalına görə Şəki-Zaqatala, çərdəkli meyvələr (ərik, şaftalı) üzrə Naxçıvan MR, quru subtropik meyvələr (heyva, nar) Kür-Araz ovalığı rayonları, sitrus meyvələri (limon, portağal, naringi, feyxoa) üzrə Lənkəran, cənub meyvələri (püstə, badam, əncir, zeytun) üzrə Abşeron yarımadası ixtisaslaşmışdır.
Respublikada heyvandarlığı inkişaf etdirmək üçün əlverişli şəraitin olmasına baxmayaraq, əhalinin ət, süd, yumurta məhsullarına olan ehtiyacının yalnız yarıya qədəri yerli istehsal hesabına ödənilir. Son illərdə ictimai təsərrüfatların mal-qarasının kəndlilərə paylanması ilə əlaqədar heyvandarlıq məhsullarının və mal-qaranın sayının artması baş verir.
Respublikanın aran rayonlarında, habelə Şəki-Zaqatala rayonunda camışçılıq, Lerik və Yardımlı rayonlarında ətlik-südlük zebu və zebuyabənzər maldarlıq da inkişaf etmişdir. Mal-qaranın 70%-ni inək və camışlar təşkil edir.
Respublikanın bütün rayonlarında əhali maldarlıqla məşğul olur. Lakin bu sahənin məhsuldarlığına görə Abşeron, Xaçmaz, Şəmkir, Şəki, Ağdam, Bərdə, Samux, Salyan, Quba, Şamaxı, Lənkəran rayonları daha çox fərqlənirlər.
Quşçuluq son zamanlar respublikada sənaye əsasları üzrə inkişaf edən ən intensiv heyvandarlıq sahəsi olmuşdur. Respublikada 35 quşçuluq kompleksi yaradılmışdır və ən böyük quşçuluq kompleksləri Bakı, Gəncə, Naxçıvan şəhərləri ətrafında və rayon mərkəzlərində yerləşir.

Azərbaycan üçün ixtisaslaşmış sahə hesab edilən yeyinti sənaye məhsullarının (şərab-konyak, meyvə-tərəvəz konservləri, çay, tütün məmulatı, balıq və balıq məhsulları, mineral sular və s.) xarici ölkələrə satışından respublika çox gəlir əldə edir.


İlkin şərab materialları istehsalı respublikanın üzümçülük rayonlarında, şərab və konyakın şüşələrə doldurulması Bakı, Gəncə, Şəmkir, Göyçay, Xanlar, Naxçıvan və s. şəhərlərdəki zavodlardahəyata keçirilir.
Meyvə və tərəvəz konservləri buraxan ən böyük kombinat Xaçmazdadır. Quba, Qusar, Xudat, Ordubad, Balakən, Qax, Nic, Lənkəran, Ucar, Sabirabad, Göyçay konserv zavodları, Zaqatala fındıqtəmizləmə zavodu, Maştağa zeytun konserv zavodu da istehsal gücünə və məhsulun çeşidinə görə fərqlənir.
Respublikada mexanikləşdirilmiş süd sənayesi yaradilmışdır ki, bu sənayenin iri müəssisələri əsas istehlak mərkəzi olan Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və digər şəhərlərdə yerləşmişdir.
Azərbaycanda rekreasiya və turizm xidməti üçün də çox əlverişli şərait vardır. Respublikanın landşaft-iqlim xüsusiyyətləri burada kurort-turizm təsərrüfatını inkişaf etdirməyə imkan verir. Ərazi geniş miqyasda quru subtropik iqlimə malik olduğu üçün insan səhhətinə müsbət təsir göstərir, yüksək dağ və tundra landşaftına malik olması isə qış idman növlərinin yaradılmasına geniş imkanlar açır. Mineral suların, müalicə nefti və palçığının olması kurort yerlərinin əhəmiyyətini artırmaqla yanaşı, onların il boyu fəaliyyət göstərməsinə şərait yaradır. Azərbaycanın əlverişli iqlim-landşaft ehtiyatlarına müvafiq olaraq sağlamlıq ocaqları “iqlim-bolneoloji” istiqamətlidir. Bu xidmət sahəsi çox gənc sahələrdəndir. Azərbaycanda 27 minə qədər yeri olan 132 sanatoriya və istirahət müəssisələri, 4 minə yaxın yeri olan 10 turist bazası yaradılmışdır.
Respublikanın sağlamlıq ocaqlarında ildə orta hesabla 600 mindən artıq adam müalicə oluna bilər. Azərbaycanın kurort ehtiyatları burada müalicə olunan və istirahət edənlərin sayını 2 milyona qədər artırmağa imkan verir. Bu baxımdan Xəzər sahili zonanın əhəmiyyəti daha böyükdür. Bu zonanın çox böyük üstünlükləri var. Məsələn, Abşeron – Nabran sahillərində günəşli havalar Soçi – Suxumi rayonlarından 1,5 dəfə çoxdur. Xəzər sahilinin Nabran – Yalama, Giləzi – Zarat, Abşeron, Lənkəran – Astara çimərliklərinin yaxınlığında karbohidrogenli mineral sular vardır. Bunlar sahil zonalarında rekreasiya obyektlərinin bütün il boyu fəaliyyət göstərməsi üçün şərait yaradır.
Bir çox kurort və istirahət ocaqlarımız havasına, suyuna, müalicənin səmərəli olmasına görə dünya şöhrətlidir. Onların içərisində Şuşa, İstisu, Naftalan, Bilgəh, Qalaaltı xüsusilə fərqlənir.

Gürcüstan
Paytaxt : Tiflis

Ən böyük şəhər : Tiflis

Rəsmi dil: gürcü dili

Ərazi: 69 700 km²

Əhali: 4 661 473 nəfər

Əhalinin sıxlığı: 64 nəfər/km²

Din: Xristianlıq

Etnik qruplar: 6,5% Azərbaycanlılar, 5,7% Ermənilər, 1,5% Ruslar, 2,5% digər

Pul Vahidi: Lari.



       Shaded cells indicate IMF staff estimates




Country

Subject Descriptor

Units

Scale

2006

2007

2008

2009




Georgia

Gross domestic product, current prices

U.S. dollars

Billions

7.768

10.224

12.864

10.981




Georgia

ÜMUM DAXİLİ MƏHSUL

U.S. dollars

Units

1,764.852

2,323.561

2,923.545

2,495.627




Georgia

ÜMUM DAXİLİ MƏHSUL (aDAMBAÇINA)

Current international dollar

Billions

17.785

20.552

21.424

20.887




Georgia

Gross domestic product based on purchasing-power-parity (PPP) per capita GDP

Current international dollar

Units

4,040.960

4,670.889

4,869.064

4,747.123




Georgia

ƏHALİ

nƏFƏR

Millions

4.401

4.400

4.400

4.400





Gürcüstan Respublikası. Mərkəzi Qafqazı və Qara dəniz sahillərini əhatə edir.İCM-yi əlverişlidir.Rusiya,Azərbaycan,Türkiyə və Ermənistanla quru sərhədinə malikdir.Ərazisinin 50 %-i dağlıqdır.Ölkədə Kolxida, Kaxetiya, və Kartli düzənlikəri vardır.
Ölkənin təbii artımı aşağıdır.(0.7 %). Gürcüstan çoxmillətli ölkədir.Əhalisinin əksəriyyətini Qafqaz dil ailəsinə aid olan gürcülər təşkil edir.Respublikada həmçinin abxazlar,acarlar,osetinlər,ermənilər,ruslar və yüz minlərlə azərbaycanlılar yaşayır.Dövlətin tərkibinə Abxaziya,Acarıstan və Cənubi osetiya milli bölgələri(qurumları) daxildir.
Gürcüstan kənd təsərrüfatı əsas sahələri çayçılıq, üzümçülük, tütünçülük və subtropik meyvəçilikdir.İri çayçılıq ölkəsi olan Gürcüstanın əsas çay plantasiyaları Kolxida ovalığındadır.Ölkədə əsas Kurort-turizm bölgəsi Qara dəniz sahilləridir.Barjomi şəhəri ən məşhur kurort şəhəridir.
Gürcüstan aqrar-sənaye ölkəsidir. 2004-cü ildən etibarən iqtisadiyyatı sabit artım tempi, kiçikhəcmli büdcə kəsiri (2006-cı ildə ÜDM-in 0,3%-i həcmində), valyuta ehtiyatlarının sürətlə artması, xarici dövlət borcunun idarəolunan səviyyəyə düşməsi və inflyasiya proseslərinin sürətlənməsi ilə xarakterizə olunur.
2006-cı ildə burada iqtisadi artım 9,6%, adambaşına düşən ÜDM 3153 lari (1771 ABŞ dolları) təşkil etmişdir. Son 3 ildə (2004-2006) büdcə xərclərinin orta illik 47% artması qiymətlərin bahalaşmasını stimullaşdıraraq 2006-cı ildə 8,8%-ə çatmasını şərtləndirmişdir. Xarici ticarət balansında irihəcmli kəsirə baxmayaraq, ölkəyə intensiv axıb gələn xarici investisiyalar daxili valyuta bazarında təzyiq yaradaraq ABŞ dollarına nəzərən larinin məzənnəsini 2002-ci ilin aprelindən etibarən davamlı olaraq bahalaşdırmaqdadır.
Gürcüstan ərazisi 11 regiona bölünür:
Abxaziya (muxtar respublika)

Adcara (muxtar respublika)

Guriya

Imeretiya



Kaxetiya

Kvemo Kartli

Mtsxeta-Mtianeti

Raça-Leçxumi və Kvemo Svaneti

Sameqrelo-Zemo Svaneti

Samtsxe-Cavaxeti



Şida Kartli

Ermənistan
Paytaxt : Yerevan

Ən böyük şəhər : Yerevan

Rəsmi dil: erməni dili

Ərazi: 29,743 km2

Əhali: 3,250,000 nəfər

Əhalinin sıxlığı: 108.4 nəfər/km²

Din: Xristianlıq

Etnik qruplar: 99.5% Ermənilər, 0.5% Ruslar

Pul Vahidi: Dram


       Shaded cells indicate IMF staff estimates




Country

Subject Descriptor

Units

Scale

2006

2007

2008

2009




Armenia

Gross domestic product, current prices

U.S. dollars

Billions

6.384

9.206

11.917

8.683




Armenia

ÜMUM DAXİLİ MƏHSUL

U.S. dollars

Units

1,982.072

2,853.340

3,684.555

2,658.053




Armenia

ÜMUM DAXİLİ MƏHSUL (aDAMBAÇINA)

Current international dollar

Billions

14.680

17.177

18.733

16.057




Armenia

Gross domestic product based on purchasing-power-parity (PPP) per capita GDP

Current international dollar

Units

4,557.509

5,323.647

5,792.248

4,915.734




Armenia

Əhali

Nəfər

Millions

3.221

3.227

3.234

3.267






Ermənistan (ermənicə: Հայաստան - Hayastan), Ermənistan Respublikası Cənubi Qafqazda dövlətdir. Türkiyə, Gürcüstan, Azərbaycan və İran ilə həmsərhəddir. Paytaxtı İrəvan şəhəridir.
Respublika ərazisinin 90%-i dağlıqdır.Monomilli dövlətdir.Ölkə əhalisinin 99%-i ermənidir.Dövlət Azərbaycanla müharibə şəraitindədir.

Ermənistan əksər yanacaq növlərini xaricdən alır.Ölkədə SES,İES və AES var.Dövlət konyak şərab və meyvə konservləri istehsal edir.Ölkədə texniki bitkilərdən efiryağlı ətirşah becərilir.


Ermənistan da 11 regiona ayrılır:

Araqatsotn Aştarak Ararat

Artaşat Armavir Geqharkunik

Kotayk Lori Şirak

Syunik Tavuş Vayots Dzor Yerevan

Ədəbiyyat siyahısı:


Nəriman Cəbrayılov – Coğrafiya (Dərslik -Mürtəcim 2008)

Web site lar: www.google.az



www.wikipedia.org


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə