Azadlıqdan məhrumetmə yerlərinin müşahidəsi ictimai birliyinin 21 iyul 2005-ci ildə Qobustan qapalı həbsxanasında keçirdiyi monitorinqinin nəticələri haqqında Hesabat




Yüklə 29.04 Kb.
tarix10.04.2016
ölçüsü29.04 Kb.
Azadlıqdan məhrumetmə yerlərinin müşahidəsi ictimai birliyinin 21 iyul 2005-ci ildə Qobustan qapalı həbsxanasında keçirdiyi monitorinqinin nəticələri haqqında
Hesabat
Azadlıqdan məhrumetmə yerlərinin müşahidəsi ictimai birliyi 21 iyul 2005-ci il tarixində “Qobustan” qapalı həbsxanasında monitorinq həyata keçirmişdir. Həmin həbsxanada xüsusilə ağır cinayətlər törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, cəza müddətini tam və ya onun bir hissəsini çəkməklə cinayətlərin xüsusi təhlükəli residivinə görə məhkum olunmuş şəxslər, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər, həmçinin ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən cəzaların icrası qanunvericiliynə əsasən həbsxanaya keçirilimiş məhkumlar saxlanılır.

Monitorinq Həbsxana rəisinin – Ədliyyə polis polkovniki Ağayev Sədaqət Atəş oğlu, həbsxananın mühafizə xidməti əməkdaşlarının və Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin əməkdaşının iştirakı və yardımı ilə həyata keçirilmişdir. Həbsxana müdiriyyəti tərəfindən monitorinq qrupunun arzusuna müvafiq olaraq monitorinqin keçirilməsi üçün əvvəlcədən seçilmiş konkret yerlərin baxışının keçirilməsi şəraiti təmin edilmişdir. Ümumilikdə Həbsxananın vəziyyəti qənaətbəxşdir.



Həbsxanada saxlanılan məhbusların kateqoriyası:
Həbsxanada saxlanılan ömürlük azadlıqdan məhrum edilmiş və təsərrüfat və məişət xidməti işi üçün işlərə cəlb olunmuş məhbuslar istisna olmaqla digər məhbuslara münasibətdə ümumi və ciddi saxlanma şəraiti tətbiq olunur. Ömürlük azadlıqdan məhrum edilmiş şəxslərə onların cəzalarının xarakterindən asılı olaraq digər məhbuslardan fərqli rejim tətbiq edilir. Ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar və digər məhbuslar müxtəlif binalarda saxlanılırlar. Həbsxanada üç korpus ömürlük azadlıqdan məhrum edilmiş məhbusların saxlanılması üçün ayrılmışdır.
Saxlanma kameraları, gəzinti meydançaları və cəza təcridxanaları:
Ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar iki nəfərlik, digər məhbuslar isə dord nəfərlik kameralarda saxlanılırlar. Ümümilikdə Həbsxananın əksər binalarında cari kosmetik təmir işlər davam edir. Binaların tikilməsi zamanı hər bir kamerada cəmi bir nəfəsliyin nəzərdə tutulması onlarda hava ventilyasiyasının olmamasına səbəb olduğundan müdiriyyət hər bir kamerada ikinci kiçik nəfəsliklərin açılmasını təmin etmişdir. Hal-hazırda kameraların demək olar ki, hamısında ikinci nəfəsliyin quraşdırılması işi tamamlanmışdır. Ömürlük azadlıqdan məhrum edilmiş məhbusların saxlandığı kameraların cəmi altısında adı çəkilən kiçik nəfəsliyin quraşdırılma işləri tamamlanmamışdır. Kamera və dəhlizlərdə işıqlandırma qənaətbəxşdir.

Monitorinq qrupu seçmə üsulu ilə bir neçə kameraya baxış keçirmişdir. Baxış keçirilən kameralarda ümumi vəziyyət və yaşayış sahəsinin həcmi qənaətbəxş olsa da, dörd nəfərlik kameralarda yaşayış sahəsinin həcmi (Cəzaların icrası Məcəlləsinin 91.2 – ci maddəsi) ilə nəzərdə tutulmuş normalardan azdır. Həmçinin müxtəlif məhbusların saxlandığı kameraların ölçülərində fərqlər mövcuddur. Kameraların bəzisində kosmetik təmir işlərinin aparılması zəruridir.

Hər bir korpusun özünün ayrıca gəzinti meydançası və cərimə (intizam) təcridxanası mövcuddur. Məhbuslar hər gün bir saat olmaqla (toplu olmamaq şərtilə) gəzinti meydançasına çıxarılırlar. Monitorinq qrupu bir cərimə təcridxanası otağına baxış keçirmişdir. Həmin cərimə təcridxanası nəfəsliklə təmin olunmuşdur. Digər cərimə (intizam) təcridxanalarında təmir işləri gedir.

Monitorinq qrupu fərdi qaydada ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş iki məhbusla – Muradov Mehman və Səmədzadə Şəmsi ilə söhbət aparmışdır. Muradov Mehman bu yaxınlarda, ömürlük azadlıqdan məhrumedilmiş şəxslər tərəfindən təşkil olunmuş aclıq aksiyasının iştirakçısı olmuşdur. Məhkumlar xahiş edir ki, işləri Prezident yanında Əfv Komissiyası tərəfindən yoxlanılsın və onların ömürlük azadlıqdan məhrumedilmə cəzaları müvafiq olaraq 15 yaxud 20 il müddətinə azadlıqdan məhrum olunma cəzası ilə əvəz edilsin.


Tibbi xidmətin vəziyyəti:
Ümümilikdə Qobustan qapalı həbsxanasında altı həkim fəaliyyət göstərir Qeyd etmək lazımdır ki, altı həkimin hər biri normal iş rejimiylə, yəni gündüz saatlarında çalışırlar. Gecə saatlarında çalışmaq üçün həbsxana ştatında həkim nəzərdə tutulmayıb. Həbsxana müdiriyyəti gecə saatlarında məhbusların tibbi ehtiyaclarını təmin etmək üçün həkim ixtisasına sahib olan bir məhkumun (Bayramov İlqar) yardımından istifadə edir.

Həbsxanada tibbi xidmətlə bağlı aşağıdakılara diqqətin cəlb olunması zəruridir:



  • Qobustan qapalı həbsxanası yaşayış məntəqələrindən uzaqda yerləşdiyindən məhbuslara vaxtında tibbi yardımın, xüsusilə təcili tibbi yardımın göstərilməsində ciddi problemlər yaranır. Adı çəkilən problemi aradan qaldırmaq məqsədilə həbsxana müdiriyyəti həbsxana ərazisində daimi əsaslarla fəaliyyət göstərəcək, lazımi avadanlıqla təchiz olunmuş tibb məntəqəsinin yaradılması tərəfdarıdır. Bu cür tibb məntəqəsinin mövcudluğu, birincisi, gecə saatlarında təcili tibbi yardıma ehtiyacı olan məhbuslara vaxtında peşəkar tibbi yardımın göstərilməsinə şərait yaradar. İkincisi, hospitalizasiyaya ehtiyacı olan məhbusların ağır vəziyyətdə uzun məsafələrə daşınmasının qarşısı alınar;

  • Yeni tibb məntəqəsinin yaradılması ilə bağlı işlərin yerinə yetirilməsinə qədər həbsxanada növbətçi həkim ştatının yaradılması adı çəkilən problemin müvəqqəti də olsa həll edə bilərdi;

  • Tibbi xidmətlə bağlı müşahidə olunan növbəti problem həbsxanada təcili tibbi yardım üçün zəruri olan preparatların çatışmazlığıdır (Müalicə məqsədilə tələb olunan preparatlar məhbusların şəxsi imkanları hesabına təmin olunur).


Məhbusların qidalanması və yeməkxanadakı vəziyyət:
Həbsxanada saxlanılan məhbuslar rejim qaydalarına uyğun olaraq gündə üç dəfə qidalanırlar. Məhbuslar həftədə üç dəfə balıq, dörd dəfə isə ət yeməkləri alırlar. Qidanın rasionu minimum tələblərə cavab verir. Qidalanma və mətbəxlə bağlı monitorinq qrupu aşağıdakıları qeyd edir:

  • Yeməklərin hazırlandığı mətbəx minimum gigeyen qaydalarına cavab vermir. Mətbəxdə təcili əsaslı təmirin həyata keçirilməsi zəruridir;

  • Həbsxana mətbəxinin mətbəx avadanlığına, xüsusilə yeməkləri məhbusların kameralarına isti çatdırmaq üçün zəruri olan termik qablara ehtiyacı var.


Qısamüddətli və uzunmüddətli görüş otaqları:
Həbsxanada məhbusların yaxınları ilə görüşməsi məqsədilə qısamüddətli və uzunmüddətli görüş yerləri mövcuddur. Qısamüddətli görüş yerlərinin bir hissəsi hal-hazırda əsaslı təmir olunur. Ümumilikdə qısamüddətli görüş yerlərinin təmiri bitmiş hissəsinin vəziyyəti qənaətbəxşdir.

Məhbusların yaxınları ilə görüşməsi üçün nəzərdə tutulmuş uzunmüddətli görüş otaqlarının vəziyyəti qənaətbəxş deyil. Bu görüş otaqlarının, xüsusilə onların dam örtüklərinin əsaslı təmirə ehtiyacı var.



Kitabxana, dini ayinlər üçün otaqlar, məhkumların əməyinin ödənilməsi:
Həbsxanada məhbusların istifadə etdiyi kitabxana fəaliyyət göstərir. Həbsxanada tətbiq olunan rejimin xüsusiyyətlərində asılı olaraq dini ayinlərin kollektiv şəkildə yerinə yetirilməsi mümkün deyil. Bu səbəbdən dini ayinlər üçün xüsusi yer ayrılmamışdır. Məhbuslar öz arzusuna görə saxlandıqları kameralarda dini ayinləri yerinə yetirə bilirlər. Təsərrüfat və məişət işlərinə cəlb olunan məhbusların əməyi hesablanaraq, məhbusların gündəlik yemək və s. xərcləri çıxıldıqdan sonra hər ayın sonu günəmuzd əsaslarla ödənilir (Adı çəkilən qrupa daxil olan hər bir məhbus təxminən ayda 20 000 manata yaxın vəsait əldə edir).

Monitorinq qrupunun üzvləri:


  1. Şəhriyar Yaqubov;

  2. Fərid Hacıyev;

  3. Nazim Ziyadov


Report on the results of monitoring of the closed type Gobustan prison held by the “Prison Watch” Public Association on July 21, 2005
On July 21, 2005, The “Prison Watch” Public Association held the monitoring of the closed type Gobustan prison. The persons, convicted to the imprisonment for the term above five years for committing especially grave crimes at the particularly dangerous crime recidivism with serving of full or partial sentences in prison, the persons convicted to the life imprisonment, as well as the persons transferred to the given prison from the general, high and particular regime confinement places in connection with the malignant violation of the confinement regime, serve sentences in this organization. The monitoring was held with the participation and at the assistance of prison’s head Agayev Sadagat Ashat oglu, the executives of the prison security service and the executive of the Ministry of Justice Head department on Execution of Court Decrees. The prison’s administration provided holding the monitoring in the places chosen by the monitoring group. In general, the situation in the prison may be considered as satisfactory.

The categories of convicts held in the prison:
The general and strict holding conditions are applied regarding all the convicts except for the sentenced to the life imprisonment and attracted to the household and everyday work persons. The regime applied to the imprisoned for life persons, differs from that applied to the other prisoners. The persons, deprived of freedom for life are held in the separate from other prisoners buildings. Three buildings have been separated in the prison for convicted to the life imprisonment ones.
Holding cells, walking areas and penal jails:
The convicts sentenced to the life imprisonment are held in the two-seater cells, the rest ones - in the four-seated cells. The current redecoration work is held in the majority of prison’s constructions. The presence of one air-hole in the cells was anticipated during the prison building, but the administration provided opening of the second air-holes because the cells were insufficiently ventilated. It may be said that the work on installation of the mentioned air-holes has been almost finished in all the cells. The air-holes have not been opened only in six cells, where the persons sentenced to the life imprisonment are held. The light in passages and cells may be considered to be satisfactory.

The monitoring group held the monitoring in the several chosen cells. The conditions in the chosen cells may be taken as acceptable; however the living space in the four-seated cells does not correspond to the norms established by the law (art. 91.2 of the Code on execution of sentences), the discrepancies in the square of various holding cells also exist. Some of the cells require holding of redecoration work.

Each building has the separate area for walks and the penal (disciplinary) jail. Every day, the convicts are taken out for an hour walk (not in the mass order) to the walking area. The monitoring group held the inspection in one of the penal jails. The given jail was provided with the air-hole. The repair work was held in the rest of penal (disciplinary) cells.

The monitoring group talked with two prisoners sentenced to the life imprisonment – Muradov Mehman and Samadzada Shamsi. Muradov Mehman was one of the participants of the hunger-strike, which has been recently held by the prisoners serving the life imprisonment sentences. The given prisoners appealed to the Commission on Pardon under the Azerbaijan Republic President’s authority with the request of reconsidering their cases by the mentioned commission and replacing the life imprisonment applied to them by 15 or 20-year imprisonment terms.


The medical service:
The medical service in the Gobustan prison is realized by 6 physicians. All of them work only during the daytime. No physician staff is prescribed in the prison for the medical aid at night. One of the convicts (Bayramov Ilgar) having a physician speciality is attracted by the administration for showing medical service to the convicts at night.

In the view of improving the medical situation in the prison the following facts require attention:



  • the serious problems while providing convicts with the opportune medical aid, especially at the emergency cases appear to be existent because the Gobustan prison is located far from the inhabited areas. For the purpose of the given problem elimination, the prison administration considers it necessary to create a constantly operating medical station, equipped by the necessary medical equipment. The existence of such station will allow first of all showing the qualified medical aid to the convicted ones. Secondly, it would prevent the cases of convicts’ moving to long distances for hospitalization;

  • providing of on-duty doctor’s activity in the prison before the establishment of the above mentioned medical station would allow the partial solving of the given problem;

  • another problem connected with the medical service consists in the lack of necessary medicine in the prison (the medicine used for treatment is obtained at the convicts’ expense).


The nutrition and condition in the prison dining-rooms.
According to the regime rules, the convicts held in the prison convicts receive everyday three meals a day. The convicts are provided with fish meals three times a week, but with meat meals – four times a week. The food allowance corresponds with the minimum norms. The monitoring group determined the following regarding the nutrition and the kitchen:

  • the kitchen, where the food is cooked does not correspond to the minimum hygienic requirements. Holding of sound repair is necessary to be held here;

  • there is a demand for kitchen supplies, in particular thermal ware, the use of which would allow providing convicts with hot food in the cells.


The rooms for short-term and long-term meetings
There are the rooms for short-term and long-term meetings in the prison. The thorough repair is being held at the moment in the short-term meeting rooms. Generally, the condition in the short-term meeting rooms is acceptable.

The condition of the long-term meeting rooms cannot be named as satisfactory. The given rooms and especially ceilings need the sound repair.


The library, the rooms for performing devotions and the convicts’ wages:
There is a library for convicts operating in the prison. According to the prison regime, the collective performing of devotions is not allowed in the prison. If they wish, the convicts may perform devotions in the cells. The labour of convicts attracted to the household and everyday work is paid by the day at the end of each month with the deduction of payment for food and other expenses. (The convicts related to the given category receive about 20 000 manats a month).
The members of the monitoring group:



  1. Yagubov Shahriyar

  2. Hajiyev Farid

  3. Ziyadov Nazim


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə