«Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyinin 23 dekabr 2005-ci IL tarixdə 14 saylı Məntəqə Tipli cəzaçəkmə müəssisəsində keçirdiyi monitorinqin nəticələrinə dair hesaba t




Yüklə 15.42 Kb.
tarix27.04.2016
ölçüsü15.42 Kb.
«Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyinin 23 dekabr 2005-ci il tarixdə 14 saylı Məntəqə Tipli cəzaçəkmə müəssisəsində keçirdiyi monitorinqin nəticələrinə dair
H E S A B A T
14 saylı Məntəqə Tipli cəzaçəkmə müəssisəsində monitorinq müəssisənin rəisi ədliyyə polis polkovnik-leytenantı Rafael Dadaşovun iştirakı ilə aparıldı.

Müəyyən olundu ki, monitorinq keçirilən tarixdə məhkum sayının limiti 150 (yüz əlli) nəfər olan müəssisədə 125 (yüz iyirmi beş) nəfər məhkum cəza çəkir. Onların 67-nə (altmış yeddi) öz ailələri ilə birlikdə evlərində yaşamağa icazə verilmiş, 1 (bir) nəfər isə xəstəxanaya köçürülmüşdür. Müəssisədə cəza çəkən məhkumların heç biri təhsil almır. Onların 10-u (on) əmək müqaviləsi ilə, digərləri isə, əmək müqaviləsi olmadan, qeyri-rəsmi surətdə çalışırlar.

Monitorinq keçirilən tarixdə müəssisənin Müvəqqəti saxlama yerində və Cərimə Təcridxanasında məhkum yox idi.

Müəssisə rəisinin bildirdiyinə görə, müəssisənin daimi su təchizatını var. Lakin, monitorinq zamanı müəssisədəki su kranları yoxlandıqda, aşkar olundu ki, su həddindən artıq zəifdir və istifadəyə yaramır.

Monitorinq nəticəsində o da aşkar olundu ki, müəssisənin işıqlandırılması zəif təşkil olunub və həmçinin müəssisə qətiyyən qızdırılmır.

Müəssisədəki uzunmuddətli görüş otağını qismən qənaətbəxş hesab etmək olar.

Müəssisənin yanğın təhlükəsizliyi, yanğından mühafizə qurğularını, kitabxanasını və klubunu qənaətbəxş hesab etmək olmaz. Belə ki, yanğın təhlükəsizliyi guşəsində yalnız iki bel və bir vedrə var, kitabxanada isə bir neçə köhnə tarixli rəsmi qəzet və jurnallardan başqa ədəbiyyat yoxdur. Müəssisədə dini guşə yoxdur.

Müəssisədəki yataqxanalar həddindən artıq soyuqdur və lazımı səviyyədə işıqlandırılmamışdır. Həmçinin bəzi otaqlarda stol olsa da, böyük əksəriyyətində yoxdur. Yataqxanadakı pəncərələrin əksəriyyətinə şüşə əvəzinə müşəmbə vurulmuşdur və yararsız halda olduqları üçün açmaq mümkün deyil.

Məhkumlarla aparılan söhbət zamanı, onlar evdəki hamamdan daha çox müəssisənin hamamından istifadə etdiklərini bildirsələr də, monitorinq zamanı müəyyən olundu ki, müəssisədə hamam yox səviyyəsindədir. Belə ki, hamamlardakı su kranlarının nasaz olması, və ya heç olmaması, isti suyun olmaması, içərinin həddindən artıq soyuq olması səbəbindən hamamlar istifadəyə qətiyyən yaramır.

Müəssisənin hər mərtəbəsində iki tualet, hər tualetdə üç kabinə olmasına baxmayaraq, onlardan yalnız birinin iki kabinəsi istifadəyə yararlıdır. Tualetdə də həmçinin su problemi var.

Cərimə təcridxanasında süni işıqlandırma və su olsa da, hər ikisi həddindən artıq zəifdir. Cərimə təcridxanasının döşəməsi taxtadandır.

Müvəqqəti saxlama yerində işıq və oturmaq üçün yer yoxdur.

Onu da qeyd etmək lazımdır ki, monitorinq zamanı müəssisə rəisi bildirdi ki, Bakı Şəhər İcra Hakimiyyəti Müəssisənin yerləşdiyi binanı Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin balansından çıxarmışdır və Müəssisə həmin binadan köçməlidir. Lakin hara köçəcəyi hələ ki bəlli deyil.
Monitorinqi apardılar:
Rəvan SƏMƏDOV

Fərid HACIYEV

Şəhriyar YAQUBOV
23 dekabr 2005-ci il
Report

on the results of monitoring carried out by the “Prison Watch” Public Association in Settlement Type detention facility 14 on December 23, 2005
The monitoring in Settlement Type detention facility 12 was carried out with the participation of facility’s head, Col.-Liet. of Justice Police Rafael Dadashov.

As it was revealed, 125 people served sentences in the facility on the monitoring date at the specified number – 150 people. 67 of them were permitted to live in their homes with families and 1 was transferred to a hospital. No convcit receives education in the facility. 10 of them work privately based on labour contracts and the rest – without labour contracts.

On the monitoring day, there were no convicts in the facility’s Temporary Detention place and Penal Jail.

According to the head, there is constant water supply in the facility. But upon testing the taps, it was revealed that water supply is extremely bad and unusable.

Besides, the monitoring revealed that the light in facility was badly arranged and it was not heated as well.

A long-term meeting room may be considered rather satisfactory.

Fire safety system and equipment, a library and a club may not be considered satisfactory. So, there are only two spades and one bucket in the fire-prevention place, but the library has no literature except for several old newspapers and journals. The barracks are too cold and scarcely alight. Tabels are mising in most of the rooms. The majority of windowpanes are replaced with oilcloth and the windows are impossible to open because of being unfit.

In spite of the convicts’ statements on their using the facility’s bath-house, the monitoring revealed that the facility’s bath-house was unusable. So, the lack of taps or their being out of order, deficiency of hot water and extreme cold inside the bath-house make it absolutely unsuitable for use.

There are two toilets on each floor of the facility’s building and each toilet has three cabins, but only two cabins may be used. The toilets have a water problem as well.

Although there is artificial lighting and water in the penal jail, both are excessively faint. The floor in penal jail is wooden.

There are no chairs and light in the Temporary Detention place.

It should be also mentioned that the facility’s head informed during the monitoring that the Baku Executive Power removed the facility’s building from the balance of Head Department on Execution of Court Decrees and the facility is to move from this building, but where is still unknown.



Monitoring was held by:
Ravan Samadov

Farid Hajiyev

Shakhriyar Yagubov







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə