Ayna Qəzeti, 10 Yanvar 2005 KÜÇƏ UŞaqlarinin problemi ÇÖZÜLÜR




Yüklə 4.29 Kb.
tarix06.03.2016
ölçüsü4.29 Kb.
Ayna Qəzeti, 10 Yanvar 2005

KÜÇƏ UŞAQLARININ PROBLEMİ ÇÖZÜLÜR

Onlar üçün peşə hazırlığı kursları təşkil ediləcək



SELCAN

Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə "Küçə uşaqları arasında yoxsulluğun azaldılması və peşəkar təhsilin tədrisi" layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi müxtəlif səbəblər üzündən küçələrdə yaşamaq və işləmək məcburiyyətində qalan uşaqların bu və ya digər peşəyə yiyələnməsini təmin etməkdir. Qeyd edək ki, layihəni "İşıqlı ev" mərkəzi həyata keçirəcək. Mərkəzin rəhbəri Südabə Şirəliyevanın sözlərinə görə, layihə çərçivəsində uşaqlara dörd ixtisas üzrə peşə öyrədilir: "Bunlar avtomobil çilingəri, fotoqraf, zərgərlik və mobil telefon təmirçisi peşələridir. Hesab edirik ki, bu sənətlərə yiyələnməklə onlar həyatlarında müəyyən dönüş yarada biləcəklər".


Südabə Şirəliyeva qeyd etdi ki, "küçə uşağı" statusu qazanmış bu balacaların əməyi istismar olunmaqla yanaşı, onlar fiziki və seksual zorakılığa məruz qalırlar. Eyni zamanda, onlar narkotiklərin daşıyıcıları kimi də istifadə edilirlər: "Səfil həyat tərzi keçirən bu uşaqları həyata qaytarmaq çox çətindir. Lakin onları peşə məktəblərinə cəlb etməklə problemin həllinə çalışacağıq. Bizim məqsədlərimizdən biri də bu uşaqların dövlət və özəl sektorda işlə təmin olunmasıdır. Bununla bağlı biz hər iki sektor təmsilçilərinə müraciət edəcəyik".


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə