Aydın Mirzəzadə Əli Kərimlini məğlubiyyəti etiraf etməyə çağırdı




Yüklə 3.2 Kb.
tarix20.04.2016
ölçüsü3.2 Kb.
Aydın Mirzəzadə Əli Kərimlini məğlubiyyəti etiraf etməyə çağırdı

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə AXCP sədri Əli Kərimlinin “Facebook”da yazdığı statusa cavab verib. YAP funksioneri Əli Kərimlini məğlubiyyətlərini etiraf etməyə çağırıb:”Əli Kərimli özünün “Facebook” səhifəsində belə yazıb:“ O qədər çox olmalıyıq ki, kampaniya dövründə 100 minlərlə ailənin qapısını döyə bilək..."


Bu etiraf müəyyən suallar doğurur. Bu o demək deyilmi ki, radikal müxalifət cəmiyyətdə qəbul edilmədiyini etiraf edir. Əgər onlar hələ bundan sonra çox çalışmaqla yüz minlərin qapısını döymək istəyirlərsə, indi sayları nə qədərdir ? Azərbaycanda 5 milyondan çox seçici ( bu isə azı 2 miyon seçici ailəsi deməkdir ) olduğu halda, radikallar hələ bundan sonra yüz min qapını döymək istəyirlər. Seçki başlamamış nə tez bayraqlarını yerə qoymağa başlayırlar?”.

Tural Tağıyev


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə