AvtonəQLİyyat vasiTƏLƏRİNİn qiYMƏTLƏNDİRİLMƏSİNİn nəZƏRİ Əsaslari




Yüklə 0.53 Mb.
səhifə1/5
tarix07.04.2016
ölçüsü0.53 Mb.
  1   2   3   4   5




AVTONƏQLİYYAT VASİTƏLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİNİN NƏZƏRİ ƏSASLARI.

Qiymətləndirmə təcrübəsində işlərin daha məhşur növlərindən biri nəqliyyat vasitələrinin bazar dəyərinin qiymətləndirilməsidir. Nəqliyyat vasitələrinin qiymətləndirilməsi bir sıra mümkün istifadə istiqamətləri , o cümlədən maliyyə hesabatlılığı , alış və satış , vergiyə cəlbetmə üçün tələb oluna bilər.Nəqliyyat vasitələrinin qiymətləndirilməsində tətbiq edilən anlayış , proses və metodlar qiymətləndirmənin digər tipləri üçün olanlarla eynidir. Nəqliyyatın əsas vəzifəsi ictimai istehsalın normal fəaliyyətini , iqtisadiyyatın müxtəlif sahələrinin məhsullarının dövriyyəsini təmin etməkdən və əhalinin yerdəyişmələrə olan tələbatının vaxtlı-vaxtında , təhlükəsiz , minimum xərclərlə tam ödəməkdən ibarətdir.Nəqliyyat məhsulu yüklərin və sərnişinlərin yerdəyişməsi prosesidir. Nəqliyyat vasitələri aşağıdakı xüsusiyyətlərə malikdir :

1. Nəqliyyat məhsulunun istehsalına çəkilən xərclərin quruluşunda xammala çəkilən xərclər yoxdur.

2.Nəqliyyat cəmiyyətin həyatında özünəməxsus rol oynayır.

3.Yük daşımalarının qiyməti həmin yükün istehsalı qiymətinə əlavə olunur.

4.Nəqliyyatda istehsal fondlarının dövriyyəsi fərqli formada baş verir.Nəqliyyatda istehsal fondlarının dövriyyəsi aşağıdakı kimidir :

P—Ə---İ---P”
Nəqliyyat vasitəsi dedikdə aşağıdakı obyektlər başa düşülür :

- Avtonəqliyyat :

1.Minik avtomobilləri.

2.Yük avtomobilləri.

3.Yük qoşquları.

4.Avtobuslar.

5.Motosikillər və mopedlər.

6.Xüsusi texnika.

- Su nəqliyyatı

- Hava nəqliyyatı :

1.Təyyarələr.

2.Vertolyotlar.

- Dəmir yol nəqliyyatı.

Bu nəqliyyat növləri ənənəvi nəqliyyata aiddir.Ənənəvi olmayan nəqliyyat növlərinə maqnit yastıqlar üzərində nəqliyyat , asma kanatlar

funikulyorlar və s. aiddir.

Bütün nəqliyyat növləri sırasında avtomobil nəqliyyatı istehsal dövrünü başa vurmaq və xidmət sahələrində daşınmaları intensivləşdirmək üçün nisbətən əlverişli nəqliyyat növü hesab olunur.

Azərbaycan Respublikası Prezdentinin 2003-cü il 10 iyun tarixli Fərmanı ilə “Azəravtonəqliyyat” Dövlət Konserni və “Azəravtoyol” Dövlət şirkəti ləğv edilmiş və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi nin 2003-cü il 24 iyun tarixli 04 nömrəli əmri ilə Nazirliyin tərkibində müvafiq olaraq “Avtonəqliyyatservis” və “Yolnəqliyyatservis” Departamentləri yaradılmışdır.

Azərbaycanda avtomobil nəqliyyatının tarixi XX əsrin əvvəllərinə təsadüf edir. 1911-ci ildə Azərbaycanda cəmi 36 ədəd avtomobil olmuşdur. Bərk örtüklü yolların uzunluğu isə cəmi 210 km idi. 1920-1930-cu illərdə əsasən neft sənayesində texnoloji və xüsusi məqsədlər üçün ixtisaslaşdırılmış avtomobil parkı yaranmağa başlamışdı. 1926-cı ildə respublikada 896 ədəd avtomobil olmuşdur, ki onlardan da 275 ədədi minik, 518 ədədi yük və 103 ədədi ixtisaslaşdırılmış avtomobillər idi. Yük avtomobillərinin 400-dən bir qədər çoxu “Azneftin” sərəncamında idi. Avtomobil parkının artması şosse yollarının uzunluğunun artmasına səbəb oldu. Həmin dövrdə şosse yollarının uzunluğu 6500 km, o cümlədən 2300 km ittifaq və respublika əhəmiyyətli yollar təşkil edirdi. Sürətlə inkişafda olan respublikanın sənaye, kənd təsərrüfatı, müdafiə və digər sahələrdə nəqliyyata tələbatının təmin olunması məqsədi ilə, çevik avtomobil təsərrüfatının yaradılması vacib tədbirlərdən biri idi. Bu məqsədlə, 1935-1936-cı illədrə respublikamızda “Soyuztrans” adlı ümumi istifadəli bir avtonəqliyyat qurumu yaradıldı. Bu idarənin nəzdində sərnişin və yük daşımaları ilə məşğul olan avtomobil dəstələri fəaliyyət göstərirdi. 1939-cu ildə Avtonəqliyyat Xalq Komissarlığı (avtomoillərin sayı 600-800 ədəd olmuşdur), 1946-cı ilin mart ayında Avtomobil Nəqliyyatı Nazirliyi yaradılmışdır. Avtomobil Nəqliyyatı Nazirliyi tədricən inkişaf edərək 1987-1990-cı illərdə öz zirvəsinə çatmış və onun nəzdində 140-ANM, 9-sənaye, 11-tikinti müəssisəsi olmuşdur. 1992-ci ilin fevral ayında “Azəravtonəqliyyat” Dövlət Konserni yaradılmışdır. Avtomobil nəqliyyatı vasitələri parkının tərkibi 16000 əd. yük, , 7600 əd. minik (taksi) avtomobillərindən və 5800 əd. avtobusdan ibarət olmuşdur.



Avtomobil nəqliyyatının əsas üstün cəhətləri aşağıdakılardır :

  • çox böyük olmayan məsafələrdə yük daşınmalarının səmərəliliyi.

  • yüklərin qorunmasının təminatlılığı

  • “qapıdan-qapıya” daşımanın təşkilinin mümkünlüyü.

  • fasiləsizlik , sürət və cəldlik.


Avtomobil nəqliyyatının çatışmayan cəhətləri :

  • az yük götürmə qabiliyyəti.

  • nəqliyyatın hərəkətinin yol şəraitindən asılılğı.

  • yüksək tarif dərəcələri.


Minik avtomobilləri . Hər bir mülkiyyətçi tez və ya gec avtomobilin peşəkar qiymətləndirilməsinin aparılması zərurililiyi ilə üzləşir. Avtomobilin ən etibarlı və tez satış üsulu onun bazar dəyəri üzrə reallaşdırılmasıdır ki, bunun üçün də avtomobilin dəyəri qiymətləndirilməlidir. Avtomobilin qiyməti məsələsini səhvə yol vermədən həll etmək kifayət qədər çətindir. Bunun əsas yolu peşəkar qiymətləndiriciyə müraciət etməkdir.
 Minik avtomobillərinin qiymətləndirilməsi aşağıdakı məqsədlər üçün aparılır:
     · Avtomobilin vergiyə cəlbetmə məqsədləri üçün müstəqil qiymətləndirilməsi;
     · Sığorta və uçot məqsədləri üçün avtomobillərin qiymətləndirilməsi;
     · Alqı-satqı sövdələşmələrinin notarial rəsmilləşdirilməsi prosesində dövlət rüsumunun hesablanması üçün avtomobilin qiymətləndirilməsi;
     · Zərərin ödənilməsi üçün avtomobilin qiymətləndirilməsi;
     · Avtomobilin alqı-satqısı sövdələşməsinin bağlanılması haqqında danışıqlarda qiymətləndirilməsi;
     · Müəssisələrin birləşməsi yaxud ayrılması zamanı avtomobilin qiymətləndirilməsi;
     · Məhkəmədə vətəndaşların əmlak hüquqların müdafiəsi üçün avtomobilin qiymətləndirilməsi;
     · Kreditləşmə məqsədləri üçün avtomobilin girov dəyərinin müəyyən edilməsi;
     · Maliyyə menecmenti üçün avtomobilin dəyərinin müəyyən edilməsi;
     · Tənəzzül yaxud ləğvetmə zamanı avtomobillərin qiymətləndirilməsi;
     · Şirkətin nizamnamə kapitalına daxil edilərkən avtomobillərin qiymətləndirməsi.
    Əgər fiziki şəxslər üçün avtomobillərin qiymətləndirilməsi zəruridirsə aşağıdakı sənədlər tələb olunur:
          1. Qiymətləndirilən avtomobillərin (əgər onların sayı 1-dən çoxdursa) siyahısı;
          2. Avtomobillərin olduğu yer (qiymətləndirici avtomobilə baxış üçün gedə bilər);
          3. Avtomobilin buraxıldığı il;
          4. Avtomobilin qaçışı;
          5. Avtomobilə hüququ təsdiq edən sənədlər (nəqliyyat vasitəsinin pasportu);
          6. Sifarişçinin pasportunun sürəti.
    Əgər hüquqi şəxslər üçün avtomobillərin qiymətləndirilməsi zəruridirsə aşağıdakı sənədlər tələb olunur:
          1. Qiymətləndirilən avtomobillərin (əgər onların sayı 1-dən çoxdursa) siyahısı;
          2. Avtomobillərin olduğu yer (qiymətləndirici avtomobilə baxış üçün gedə bilər);
          3. Avtomobilin buraxıldığı il;
          4. Avtomobilin qaçışı;
          5. Avtomobilə hüququ təsdiq edən sənədlər (nəqliyyat vasitəsinin pasportu);
          6. Müəssisənin (avtomobilin məxsus olduğu) qeydiyyatı haqqında şəhadətnamənin sürəti;
          7. Avtomobilin ilkin və qalıq balans dəyəri (əgər qiymətləndirilən avtomobil müəssisənin balansındadırsa);
          8. Qiymətləndirilən avtomobilin məxsus olduğu müəssisənin baş direktorunun soyadı, adı və atasının adı.
Yük avtomobilləri. Yük avtomobilinin müstəqil ekspert qiymətləndirilməsi yerinə yetirilir:
     · Müəssisənin nizamnamə kapitalına daxil edilməsi yaxud müəssisənin əsas fondlardan çıxarılması üçün;
     · Yol-nəqliyyat hadisələrindən sonra dəyən zərərin qiymətləndirilməsi üçün;
     · Girov yaxud kredit üçün;
     · Miras kimi rəsmiləşdirmək üçün;
     · Sığorta üçün.
  

  Əgər fiziki şəxslər üçün yük avtomobillərinin qiymətləndirilməsi zəruridirsə aşağıdakı sənədlər tələb olunur:


          1. Markasının, modelinin, buraxılış seriyasının göstərilməsi ilə avtomobilin tam adı;
          2. Yük avtomobilinin istehsalçısı- zavod/firma;
          3. Avtomobilin buraxılış ili;
          4. Yük avtomobilin texniki xarakteristikası;
          5. Sifarişçinin pasportunun sürəti;
          6. Avtomobilin qaçışı.
  
  Əgər hüquqi şəxslər üçün yük avtomobillərinin qiymətləndirilməsi zəruridirsə aşağıdakı sənədlər tələb olunur:
          1. Nəqliyyat vasitəsinin pasportu;
          2. Markasının, modelinin, buraxılış seriyasının göstərilməsi ilə yük avtomobilin tam adı;
          3. Yük avtomobilinin istehsalçısı- zavod/firma;
          4. Avtomobilin buraxılış ili;
          5. Yük avtomobilinin texniki xarakteristikası;
          6. Sifarişçinin pasportunun sürəti;
          7. Avtomobilin qaçışı;
          8. Balansa qəbul edilərkən avtomobilin dəyəri;
          9. Qalıq balans dəyəri;
          10. Təmirlər haqqında məlumat;
          11. Sifarişçi firmanın rekvizitləri + baş direktorunun soyadı, adı və atasının adı;
          12. İnventar nömrəsi.
Yük qoşquları. Yük qoşqularının müstəqil qiymətləndirilməsi yerinə yetirilir:
     · Müəssisənin nizamnamə kapitalına daxil edilməsi yaxud müəssisənin əsas fondlardan çıxarılması üçün;
     · Yol-nəqliyyat hadisələrindən sonra dəyən zərərin qiymətləndirilməsi üçün;
     · Girov yaxud kredit üçün;
     · Miras kimi rəsmiləşdirmək üçün;
     · Sığorta üçün.
    Yük avtomobilinin və qoşquların dəyərinin qiymətləndirilməsi üzrə irimiqyaslı işlərin yerinə yetirilməsi üçün sənədlərin müəyyən siyahısı tələb olunur.
    Fiziki şəxslər üçün qoşqunun dəyərinin qiymətləndirilməsi üzrə sənədlərin siyahısı aşağıdakı kimidir:
          1. Obyektin (marka, model, seriya) tam adı;
          2. Qoşqunun istehsalçısı- zavod/firma;
          3. Obyektin buraxılış ili;
          4. Obyektin texniki xarakteristikası;
          5. Sifarişçinin pasportunun sürəti;
          6. Aşınma dərəcəsi.
    Hüquqi şəxslər üçün zəruri sənədlərin siyahısı:
          1. Nəqliyyat vasitəsinin pasportu;
          2. Obyektin (marka, model, seriya) tam adı;
          3. Qoşqunun istehsalçısı- zavod/firma;
          4. Obyektin buraxılış ili;
          5. Obyektin texniki xarakteristikası;
          6. Sifarişçinin pasportunun sürəti;
          7. Aşınma dərəcəsi;
          8. Qalıq balans dəyəri;
          9. Təmirlər haqqında məlumat;
          10. Sifarişçi firmanın rekvizitləri + baş direktorunun soyadı, adı və atasının adı;
          11. İnventar nömrəsi.

Avtobuslar. Avtobusların müstəqil qiymətləndirilməsi aşağıdakı hallarda aparılır:
     · Müəssisənin nizamnamə kapitalına daxil edilməsi yaxud müəssisənin əsas fondlardan çıxarılması üçün;
     · Yol-nəqliyyat hadisələrindən sonra dəyən zərərin qiymətləndirilməsi üçün;
     · Girov yaxud kredit üçün;
     · Miras kimi rəsmiləşdirmək üçün;
     · Sığorta üçün.
    Fiziki şəxs üçün avtobusu qiymətləndirmək məqsədilə aşağıdakı sənədlər tələb olunur:
          1. Markasının, modelinin, buraxılış seriyasının göstərilməsi ilə avtobusun tam adı;
          2. Avtobusun istehsalçısı- zavod/firma;
          3. Avtobusun buraxılış ili;
          4. Avtobusun texniki xarakteristikası;
          5. Sifarişçinin pasportunun sürəti;
          6. Avtobusun qaçışı.
    Hüquqi şəxs üçün avtobusu qiymətləndirmək məqsədilə aşağıdakı sənədlər tələb olunur:
          1. Markasının, modelinin, buraxılış seriyasının göstərilməsi ilə avtobusun/avtobusların tam adı;
          2. Avtobusun/avtobusların istehsalçısı- zavod/firma;
          3. Avtobusun/avtobusların buraxılış ili;
          4. Avtobusun/avtobusların texniki xarakteristikası;
          5. Sifarişçinin pasportunun sürəti;
          6. Avtobusun/avtobusların qaçışı;
          7. Balansa qəbul edilərkən avtobusun/avtobusların dəyəri;
          8. Qalıq balans dəyəri;
          9. Təmirlər haqqında məlumat;
          10. Sifarişçi firmanın rekvizitləri + baş direktorunun soyadı, adı və atasının adı;
          11. Avtobusun/avtobusların inventar nömrəsi.

  
  Motoskllərin və mopedlərMotoskllərin və mopedlərin müstəqil qiymətləndirilməsi aşağıdakı hallarda tələb olunur:


     · Yol-nəqliyyat hadisələrindən sonra dəyən zərərin qiymətləndirilməsi üçün;
     · Miras kimi rəsmiləşdirmək üçün;
     · Girov yaxud kredit üçün;
     · Müəssisənin nizamnamə kapitalına daxil edilməsi yaxud müəssisənin əsas fondlardan çıxarılması üçün; · Sığorta üçün

.  Motosikllərin və mopedlərin dəyərinin qiymətləndirilməsi üçün müəyyən sənədlər paketi zəruridir.


    Fiziki şəxs üçün:
          1. Obyektin (marka, model, seriya) tam adı;
          2. Obyektin istehsalçısı- zavod/firma;
          3. Obyektin buraxılış ili;
          4. Obyektin texniki xarakteristikası;
          5. Sifarişçinin pasportunun sürəti;
          6. Qaçış və aşınma dərəcəsi.
    Hüquqi şəxs üçün mütləq sənədlər:
          1. Nəqliyyat vasitəsinin pasportu;
          2. Markasının, modelinin, buraxılış seriyasının göstərilməsi ilə obyektin tam adı;
          3. Obyektin istehsalçısı- zavod/firma;
          4. Buraxılış ili;
          5. Obyektin texniki xarakteristikası;
          6. Sifarişçinin pasportunun sürəti;
          7. Obyektin qaçışı;
          8. Balansa qəbul edilərkən obyektin dəyəri;
          9. Qalıq balans dəyəri;
          10. Təmirlər haqqında məlumat;
          11. Sifarişçi firmanın rekvizitləri + baş direktorunun soyadı, adı və atasının adı;
          12. İnventar nömrəsi.

.Traktorlar, ekskovatorlar, kranlar kimi xüsusi texnikanın müstəqil qiymətləndirilməsi aşağıdakı məqsədlər üçün yerinə yetirilir:


     · Obyektin alqı-satqısı üçün;
     · Müəssisənin nizamnamə kapitalına daxil edilməsi yaxud müəssisənin əsas fondlardan çıxarılması üçün;
     · Müəssisənin balansına qəbul yaxud balansdan çıxarılmaq üçün;
     · Zərərin dəyərini qiymətləndirilməsi üçün;
     · Girov, o cümlədən kredit üçün;
     · Ödənilən vergilərin azadılması yaxud şirkətin maddi aktivlərinin dəyərinin yüksədilməsi məqsədilə;
     · Obyektin yenidən qiymətləndirilməsi üçün;
     · Məhkəmədə qiymətləndirmə haqqında məlumatların təqdim olunması məqsədilə;
     · Real bazar dəyərinin müəyyən edilməsi üçün;
     · Miras kimi rəsmiləşdirmək üçün;
     · Sığorta üçün.
    Fiziki şəxs üçün xüsusi texnikanın qiymətləndirilməsi zamanı aşağıdakı sənədlər tələb olunur:
          1. Obyektin (marka, model, seriya) tam adı;
          2. İstehsalçısı- zavod/firma;
          3. Obyektin buraxılış ili;
          4. Obyektin texniki xarakteristikası;
          5. Sifarişçinin pasportunun sürəti; .  6. Qaçış və aşınma dərəcəsi.
   
 Hüquqi şəxs üçün xüsusi texnikanın qiymətləndirilməsi zamanı aşağıdakı sənədlər tələb olunur:
          1. Nəqliyyat vasitəsinin pasportu;
          2. Markasının, modelinin, buraxılış seriyasının göstərilməsi ilə xüsusi texnikanın tam adı;
          3. Obyektin istehsalçısı- zavod/firma;
          4. Buraxılış ili;
          5. Obyektin texniki xarakteristikası;
          6. Sifarişçinin pasportunun sürəti;
          7. Obyektin qaçışı, aşınma dərəcəsi;
          8. Balansa qəbul edilərkən obyektin dəyəri;
          9. Qalıq balans dəyəri;
          10. Təmirlər haqqında məlumat;
          11. Sifarişçi firmanın rekvizitləri + baş direktorunun soyadı, adı və atasının adı;
          12. İnventar nömrəsi.
Su nəqliyyatı - təbii və süni su tutarlarından istifadə edən nəqliyyat növüdür. İstismar olunan akvatoriyalarının tipinə görə su nəqliyyatı çay və dəniz nəqliyyatına bölünür. Dəniz gəmiləri çay qəmilərindən iri qabaritinə görə, eləcə də güclü su dalğalarına tab gətirmək və bu zaman batmamaq qabiliyyətinə görə fərqlənir. Çay nəqliyyatında, adətən, göllərdə daşımalar üçün istifadə olunnur.
Fiziki və hüquqi şəxslər üçün su nəqliyyatının qiymətləndirilməsini aparılmasını nəzərdə tutan aşağıdakı hallar fərqləndirilir.
    Hüquqi şəxs üçün:
          1. Müəssisənin balansına qəbul üçün su nəqliyyatının qiymətləndirilməsi;
          2. Balansdan silinmək üçün gəminin qiymətləndirilməsi;
          3. Nizamnamə kapitalına qoyuluş;
          4. Zərərin qiymətləndirilməsi.
    

Fiziki şəxs üçün:


          1. Vərəsəlik üçün gəminin qiymətləndirilməsi;
          2. Alış-satış üçün;
          3. Zərərin qiymətləndirilməsi.
          4. Kreditin girov təminatına vermək üçün;
          5. Gəminin sığorta olunması üçün.
    Gəmilərin qiymətləndirilməsi – xüsusən alış-satış bazarının aşağı konyukturası şəraitində sahənin fəaliyyətinin ən mühüm şərtlərindən biridir. Gəmilərin qiymətləndirilməsi əmlakın dəyərinin və girov prosedurun müəyyən edilməsində borc vəsaitlərinin aktivlərə nisbəti göstəriciləri ilə bərabər əhəmiyyətə malikdir. Praktiki olaraq bütün dünya donanması borc vəsaitlərindən istifadə etməklə qurulur və alınır. Onə görə də öz maliyyə təhlükəsizliyinin təmin edilməsi məqsədilə kreditor girova veriləngəmilərin və girov qoyanın bütün əmlakının qiymətləndirilməsinə olduqca diqqətlə yanaşırlar. Bu zaman qiymətləndiricilər reputasiyası da uçota alınır.

Su nəqliyyatı yük daşınmalarını həyata keçirilməsində bir sıra üstun və çatışmayan cəhətləri var. Su nəqliyyatının əsas üstün cəhətləri aşağıdakılardır :

1.İşin fasiləsizliyi.

2.Gəmilərin yüksək yükgötürmə qabiliyyətinə malik olması.

3.Tarif dərəcələrinin nisbətən aşağı olması.

4.Hava şəraitindən az asılılıq.

Su nəqliyyatının çatişmayan cəhətləri aşağıdakılardır :

1.Yüklərin səliqəli düzülüşü.

2.Sürətin aşağı olması.



Hava nəqliyyatı

“Azərbaycan Hava Yolları” Azərbaycan Respublikasının milli aviadaşıyıcısıdır. O, beynəlxalq aviadaşıyıcı kimi 1991-ci ildə yaradılmışdır.Bu dövrə qədər “AZAL” Aeroflotun (Sovet İttifaqı) ildə 1.5 milyon sərnişin daşıyan daha səmərəli sahələrindən biri idi. Əsas vəzifəsi-təhlükəsiz və müntəzəm uçuşların təmin edilməsi, hava xidmətlərində beynəlxalq və daxili bazarların tələblərinin yerinə yetirilməsidir. “Azərbaycan Hava Yolları” İCAO-da AZALAVİA kimi qeydiyyatdan keçmişdir və üçtərəfli AHY kodu ilə, eləcədə də İATA-da ikihərifli J2 və 771 kodu ilə kodlaşdırılmışdır.



Hava nəqliyyatı dedikdə ilk əvvəl yada təyyarələr və vertolyotlar düşür. Təyyarə - bilavasitə hava gəmisidir. Ona əlavə olaraq onun istismarı üçün infrastruktur – hava limanı, dispetçer və texniki xidmət zəruridir.
    Təyyarənin qiymətləndirilməsi onun real bazar dəyərinin müyyən edilməsi yolu ilə aparılır. Lakın nadir hal ola bilər ki, təyyarənin qiymətləndirilməsi girov məqsədi ilə aparılsın. Bu zaman qiymətləndirmə obyektin məhdud reallaşdırılması şəraitində yerinə yetiriləcəkdir.
    Təyyarənin qiymətləndirilməsinin onun gələcək istismara yararsızlığı və bərpa oluna bilməməsi halında aparılması inkarolunmazdır.
    Sənədlərin aşağıdakı siyahısını mövcudluğu şəraitində təyyarənin qiymətləndirilməsi həyata keçirilir:
          1. Qiymətləndirmə obyektinin tam adı;
          2. Təyyarənin istehsalçısı;
          3. Buraxılış və istismara verilmə tarixləri;
          4. Təyyarənin mülkiyyətçisi;
          5. Obyektə hüquqları müəyyən edən sənədlər;
          6. Obyektin adı və rekvizitləri;
          7. Hava gəmisinə müülkiyyət hüququna məhdüdiyyətlər (əgər varsa);
          8. Obyektin yerləşdiyi yer;
          9. Tam və qalıq balans dəyəri (əgər mülkiyyətçi hüquqi şəxsdirsə);
          10. Təmir və yaxşılaşdırmalarının tarixləri (əgər aparılmışdırsa);
          11. Texniki vəziyyət aktları;
          12. Təyin olunmuş resurs;
          13. Obyektin qalıq resursu;
          14. İstehsalçının zəmanəti haqqında məlumatlar;
          15. Obyektin istismarı intesivliyi;
          16. Obyektdən istifadə (istismar) növləri, xüsusiyyətləri;
          17. Əsas texniki-uçuş göstəriciləri (yükgötürmə, sürət, və s.);
          18. Əsas istismar xərclərini müəyyən edən göstəricilər ( istifadə olunan yanacağın növü, yanacağ sərfi, ekipaj üzvlərinin sayı);
          19. Obyektin saxlanılması və ona xidmət şəraitinin qısa təsviri.

 Vertolyotuçuş və şaquli enmə, havada asılma və istənilən istiqamətdə hərəkət etmək xüsusiyyətinə malik olan aerodinamik uçuş aparatıdır. Uçuş üçün zəruri qaldırıcı və dartıcı güvvə mühərrik tərəfindən hərəkətə gətirilən bir və yaxud bir neçə aparıcı vintlər tərəfindən yaradılır.


    Vertolyotların texnikanın digər növlərindən mühüm fərqləndirici xüsusiyyəti xüsusi normativ aktlarla reqlamentləşdirilən və vertolyotun qiymətləndirilməsində uçota alınmalı olan tələblərin ( o cümlədən təhlükəsizlik səviyyəsinin gözlənilməsi bütün xidmət dövrü ərzində uçuşa yararlığın və texniki uçuş parametrlərinin təmin edilməsi və s.) özünəməxsusluğudur.
    Vertolyotun qiymətlədirilməsi – bilavasitə vertolyotarın, eləcə də onların ayrı-ayrı komponentlərinin, məsələn, mühərriklərin qiymətləndirilməsini nəzərdə tutur.
    Vertolyotun qiymətləndirilməsi zamanı bir qayda olaraq onun bazar dəyəri müəyyən edilir, lakın bu qaydadan müstəsnalar da olur. Belə ki, vertolyotun girov kimi qiymətləndirilməsində onun reallaşdırılmasının vaxt qıtlığı şəraitində keçəcəyi məlum olarsa, vertolyotun məhdud reallaşdırıma dəyəri müəyyən edilir.
    Əgər vertolyot növbəti istismara yararlı deyirsə və onun bərpası qeyri - mümkündürsə vertolyotun bölünməsi üzrə xərclərin uçotu ilə metal qırıntılarının dəyəri qiymətləndirilir.
    Verolyotun qiymətləndirilməsi aşağıdakı sənədlər siyahısı əsasında həyata keçirilir:
          1. Qiymətləndirilən vertolyota münasibətdə alış, icarə yaxud sair hüquq haqqında məlumatlar;
          2. Vertolyotun balans dəyəri haqqında arayış (əgər mülkiyyətçi hüquqi şəxsdirsə);
          3. Vertolyotun dövlət qeydiyyatı haqqında şəhadətnamə;
          4. Qiymətlədirilmə obyektinin tipik sirtifikatı;
          5. Uçuş yararlılığı sertifikatı;
          6. Vertolyotun texniki vəziyyəti haqqında akt


Hava nəqliyyatının əsas üstünlükləri aşağıdakılardır :

1.Yüklərin yüksək səviyyədə qorunması.

2.Yüksək sürət.

3.Yüksək servis xidməti.

4.Sığorta xərclərinin nisbətən aşağı olması.
Hava nəqliyyatının çatışmayan cəhətləri aşağıdakılardır :

1.Hava şəraitindən asılılıq.

2.Tarif dərəcələrinin yüksək olması.

3.Daşınılan yükə məhdudiyyətlərin qoyulması


Dəmiryol nəqliyyatı

Azərbaycan Dövlət Dəmir Yolu 1880-ci ilin 20 yanvar tarixində yaradılmışdır. Azərbaycanda ilk dəmir yolunun uzunluğu 20 km-ə bərabər olmuş, Bakı-Sabunçu arasında buxar dartısı ilə neft daşınması həyata keçirilmişdir. 1883-cü ilin may ayının 8-də uzunluğu 550 km olan Bakı-Tiflis,1900-cü ildə isə uzunluğu 231 km olan Dərbənd-Biləcəri dəmir yolunun tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. ADDY keçmiş Sovetlər İttifaqının ən qocaman polad maqistrallarından biri olmuş,Böyuk vətən muharibəsi illərində Azərbaycan dəmiryolcuları çox çətin sınaqlardan müvəffəqiyyətlə çıxmış,Qızıl Ordunu yanacaq və neft məhsulları ilə təmin etmiş cəbhəyə 1 milyon 300 min o, cümlədən 600 min sistern yanacaq dolu vaqon yola salmışlar. Yarandığı andan indiki vaxta kimi ADDY-nun kollektivi dəmir yolu ilə yük və sərnişin daşımalarına olan tələbatı ödəmiş və ilbəil artan daşıma həcmlərini qabaqlamaq üçün dəmir yolunun imkanlarını artırırlar. Hazırda Azərbaycan Respublikasında dəmir yollarının uzunluğu 2944, km. istismar uzunluğu isə 2122 km təşkil edir.Dəmir yolu xəttinin daha intensiv sahələri, yəni 1277,1 km-i elektrikləşdirilmişdir ki,bu da ümumi uzunluğunun 60%-nı təşkil edir. 2005-cü ildə Azərbaycan Dövlət Dəmir Yolu tərəfindən 26201,0 min ton yük, 5509,7 min nəfər sərnişin daşinmış,yük dövriyəsi 9524 min ton km. Sərnişin dövriyysi isə 881,1 min sərnişin km. təşkil etmişdir. Avropa-Qafqaz-Asiya (TRACECA) dəhlizi üzrə tranzit yük daşınmasının həcmi 7327,6 min tona bərabər olmuşdur.

 Hərəkətli dəmiryol tərkibinin qiymətləndirilməsi – vaqonların, lakomativlərin, sisternlərin, eləcə də komplektləşdiriciləri və hərəkət tərkibi üçün ayrı-ayrı hissələrin qiymətləndirilməsini nəzərdə tutur.
    Hərəkətli dəmiryol tərkibi fiziki və mənəvi aşınmanın yüksək dərəcəsi ilə fərqlənir ki, bu da onun qiymətləndirilməsini xeyli çətinləşdirir. Bundan əlavə vaqon və sisternlərin qiymətləndirilməsi zamanı hərəkət tərkibinin icarəsi bazarının aktiv inkişafını uçota almaq lazımdır. Ardıcıl olaraq bu obyektlər əmlak kompleksinin hissəssi olmadan öz-özlüyündə gəlir gətirə bilər ki, bu da vaqonların qiymətləndirilməsində gəlir yanaşmasının tətbiqini tələb edir.

Dəmiryolu nəqliyyatının üstün cəhətləri aşağıdakılardır :

1.Hava şəraitindən asılılığın olmaması.

2.Böyük miqdarda yükgötürmə qabiliyyəti.

3.Yüklərin daşınmasında növ müxtəlifliyi.

4.Yükün uzq məsafələrə tez çatdırılması imkanı.

Dəmiryolu nəqliyyatının çatışmayan cəhətləri aşağıdakılardır :

1.Çox ciddi qablaşdırılmanın tələb olunması.

2.Oğurluq üçün şəraitin olması.

3.Yolda qatarların yenidən təşkil edilməsinin tələb olunması.


  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə