Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ




Yüklə 2.15 Mb.
səhifə28/32
tarix21.02.2016
ölçüsü2.15 Mb.
1   ...   24   25   26   27   28   29   30   31   32

«SOYUQ MÜHARİBƏ» DÖVRÜNDƏ BEYNƏLXALQ

MÜNASİBƏTLƏRİN XARAKTERİ
50-ci illərin əvvəllərində artıq ideya-siyasi və hərbi-siyasi münasibətlərdə dünya iki bir-birinə zidd olan düşərgəyə bölündü. Bu sistemlərdən hər biri özünü dünya xalqlarının müdafiəçisi hesab edirdi.

Hər iki böyük dövlətin diqqət mərkəzində hərbi qüdrətini artırmaq istəyi dayanırdı. Bununla bərabər müharibədən sonrakı dövr, xüsusilə XX əsrin 60-cı illəri həm də müstəmləkə sisteminin iflası, bir sıra yeni dövlətlərin yaranması ilə səciyyələnirdi. Faktiki olaraq müharibədən sonra dünya üç müxtəlif hissəyə ayrılmış oldu ki, bunlardan biri inkişaf etmiş kapitalist ölkələri, ikincisi sosialist ölkələri, üçüncüsü isə inkişaf etməkdə olan ölkələr idi. Bunların hər üçü bir-birindən iqtisadi inkişaf, həyat tərzi, dünyagörüşü dərəcələrinə görə fərqlənirdi.


ÜÇÜNCÜ DÜNYA ÖLKƏLƏRİ «SOYUQ MÜHARİBƏ» DÖVRÜNDƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR SİSTEMİNDƏ

İkinci dünya müharibəsi Asiya və Afrika ölkələrinin daxili inkişafında müxtəlif və dərin dəyişikliklər yaratdı. Müharibə dövründə müstəmləkə və asılı ölkələr ağır itkiyə məruz qaldılar. Məsələn Yaponiya ilə 8 il müharibə aparan Çində 18 milyon nəfər ölən və yaralanan oldu. Yaponların işğalı dövründə yorğunluq və əzablı əməkdən 4 milyona yaxın indoneziyalı vəfat etdi.

Bununla bərabər İkinci Dünya müharibəsi bu ölkələrdə milli kapitalizmin, milli şüurun inkişafı üçün şərait yaratdı. O, birinci dünya müharibəsi ilə müqayisədə daha geniş miqyasda müstəmləkələrlə metropoliyalar arasında ziddiyyətləri kəskinləşdirdi, milli-azadlıq hərəkatlarının yüksəlişinə səbəb oldu. Müharibənin ağırlığı geniş kütlələrdə radikallaşmanı gücləndirdi. Müharibə dövründə hərbi əməliyyatlarda iştirak edən bu xalqların hərbi, texniki və təşqkilatçılıq təcrübəsi artdı. 1945-1955-ci illərdə 1,2 milyard əhalisi olan 25 ölkə müstəqillik qazandı.

Müharibə nəticəsində Yaponiya böyük dövlət statusunu itirdi, bütün müstəmləkələrindən məhrum oldu. Koreya yapon zülmündən xilas olsa, da 1950-1953-cü illərin müharibəsi, hansı ki, bu müharibə böyük dövlətlərinin dolayı yolla iştirak etdiyi müharibə idi, onun iki dövlətə parçalanmasına -şimalda Koreya Xalq Demokratik respublikası, cənubda isə Koreya respublikasının yaranmasına gətirib çıxartdı. Fransa və Hollandiya müstəmləkəçilərinə qarşı mübarizədə Hind-Çin və İndoneziya xalqı müstəqillik qazandılar. Çin 1945-ci ildə böyük dövlət statusunu qazandı və BMT-nin Təhlükəsizlik Şurasının üzvü oldu. Lakin bu ölkədə XX əsrin 40-cı illərinin II yarısında başlanan vətəndaş müharibəsi 1949-cu ildə Çin Xalq Respublikasının yaranması ilə nəticələndi. Hind xalqının mübarizəsi nəticəsində Böyük Britaniya məcbur oldu ki, 1947-ci ildə Hindistanı dini əlamətlərə görə Hindistan və Pakistana ayırsın və hər ikisinə dominion hüququ versin. 1950-ci ildə Hindistan tam müstəqillik qazandı.

XX əsrin 50-ci illirinin sonlarında Çinlə SSRİ arasındakı münasibətlərdə bir gərginlik, pisləşmə müşahidə olunmağa başladı. Bu beynəlxalq münasibətlərə yeni iqlim gətirdi. Çin Moskvadan asılı olmayan tam müstəqnil xətt götürdü. 1946-1954-cü illərdəVyetnam xalqının Fransaya qarşı azadlıq müharibəsi qələbə ilə nəticələndi. Lakin ölkə iki hissəyə parçalandı. Şimalda Vyetnam Demokratik respublikası, Cənubda isə ABŞ-ın köməyi ilə Cənubi Vyetnam respublikası təşkil edildi. Lakin tezliklə Sayqon rejiminin zəifliyi özünü biruzə verdi. Vətənpərvər qüvvələr Vyetnamın birləşdirilməsi uğrunda mübarizəyə başladılar. XX əsrin 60-cı illərinin ortalarında ABŞ Hind-Çini özünün strateji və eyni zamanda iqtisadi ekspansiya obyektinə çevirmək məqsədi ilə Vyetnamda müharibəyə başladı. ABŞ-ın öz müttəfiqlərini müharibəyə cəlb etmək və ona beynəlxalq antikommunist müdaxiləsi xarakteri vermək cəhdi puça çıxdı.ABŞ-ın təzyiqi altında Vyetnam xalqına qarşı müharibədə yalnız Avstraliya, Yeni Zellandiya, Cənubi Koreya respublikası, Tailand və Filippin iştirak etdi. Sayqon rejimini xilas etmək üçün aparılan və 1964-1973-ci illəri əhatə edən bu müharibə ABŞ-a baha başa gəldi. ABŞ bu dövrdə Vyetnamdakı müharibəyə 141 milyard dollar pul xərclədi, 56,5 min əsgər və zabiti həlak oldu, 303,6 min yaralandı. Özü isə biabırçı məğlubiyyətə düçar oldu. Vyetnam xalqının ədalətli mübarizəsi, SSRİ və digər sosialist ölkələrinin köməyi və dünya ictimaiyyətinin təzyiqi altında ABŞ 1973-cü ildə Vyetnamda müharibəni dayandırdı. Sülhün bərpası haqqında bağlanan saziş ölkənin birləşməsinə yol açmış oldu. 1975-ci ilin aprelində Vyetnam silahlı qüvvə­ləri və Cənubi Vyetnam vətənpərvərləri birləşib Cənubi Vyet­namın paytaxtı Sayqonu tutdular. Bununla Vyetnamın birləş­mə­si prosesi başa çatmış oldu. 1975-ci ildə Cənubi və Şimali Vyet­nam vahid dövlətdə birlğəşdi. «Vyetnam sindro­mu» isə uzun illər ABŞ ictimaiyyətinin şüurunda ağrılı nöqtə olaraq qaldı.

Müharibədən sonrakı dövrdə beynəlxalq sistemdə ən mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri Yaxın Şərq məsələsinin nizama salınması idi. 1947-ci il noyabrın 29-da BMT-nin qətnaməsinə əsasən Fələstində iki dövlət Fələstin Yəhudi və Fələstin Ərəb dövləti yaradılmalı, Yerusəlim (Qüds) isə vahid inzibati ərazi elan edilməli idi. 1948-ci ilin mayın 14-də həmin ərazidə İsrail yəhudi dövləti təşkil edilsə də, Fələstin ərəblərinin öz dövlətlərini yaratmalarına imkan verilmədi. Bu isə həmin hadisənin səhərisi günü Ərəb liqasına (Ərəb ölkələri liqası 1945-ci ildə təşkil edilmişdir) daxil olan dövlətlərin İsrailə qarşı müharibəyə başlamasına səbəb oldu. ABŞ İsraili, SSRİ isə Ərəb dövlətlərini müdafiə edirdi. Beləliklə birinci İsrail-Ərəb müharibəsi başlanmış oldu. Fələstin xalqı azadlıq müharibəsinə qalxdı. Lakin ərəb ölkələri məğlubiyyətə uğradılar. İsrail Fələstin Ərəb dövləti üçün ayrılmış ərazinin bir hissəsini zəbt etdi. 900 minə yaxın fələstinli ərəb öz doğma yurdlarını tərk etməyə, qonşu ölkələrə qaçmağa məcbur oldular. Beləliklə, həmin vaxtdan hələ indiyədək həll olunmamış Ərəb-İsrail münaqişəsinin əsası qoyuldu.

1956-cı ildə Süveys kanalının milliləşdirilməsi ilə əlaqədar İngiltərə və Fransa Misirə qarşı müharibəyə girdikdə İsrail də onların tərəfində hərbi əməliyyatlarda iştirak etdi. İqtisadi yardım yolu ilə Yaxın və Orta Şərq ölkələrini ABŞ-ın nüfuz dairəsinə cəlb etmək məqsədi güdən, 1957-ci ildə elan edilmiş Eyzenhauer doktrinası da (Bu doktrinanın ilk növbədə İsrailə və Bağdad paktının üzvləri olan ölkələrə şamil edilməsi nəzərdə tutulurdu) bu münaqişənin həll olunmasına kömək etmədi.

Yasir Ərafatın rəhbərliyi altında 1964-cü ildə Fələstin Azadlıq Təşkilatı (FAT) yarandı. 1967-ci ilin iyununda İsrailin başladığı altı günlük müharibə nəticəsində İsrail Fələstin ərazisinə aid olan İordan çayının qərb sahilini və Qəzzə bölməsini tutdu. Bundan başqa, o, Fələstin ərəblərini müdafiə edən Misirdən Sinay yarımadasını, Suriyadan Çolan təpələrini götürdü. Ərəb ölkələri itirilmiş torpaqları 1973-cü ildə geri almağa cəhd göstərdilər. Bu müharibədə İsrail ilk dəfə məğlub oldu.

Ərəb-İsrail münasibətlərini nizama salmaq üçün 1973-cü ilin dekabrında ABŞ və SSRİ-nin sədrliyi ilə Yaxın Şərq üzvə Cenevrə sülh konfransı adlandırılan xüsusi beynəlxalq qurum yaradıldı.

Lakin ABŞ və İsrail konfransın işini pozdular. Onlar Ərəb dövlətlərinrin vahid cəbhəsini parçalamaq, onları İsrail təcavüzünün bütün nəticələrinin aradan qalxmasına əngəl törədən natamam separat sazişlər bağlamağa məcbur etmək yolunu tutdular. 1975-ci ilin sentyabrında ABŞ-ın köməyi ilə Şinayda qoşunları aralamaq haqqında seperat Misir-İsrail sazişi imzalandı. Bununla da ərəb ölkələrinin birliyi sarsıldı.

1978-ci ilin sentyabrında Kemp-Deviddə (ABŞ) ABŞ prezidenti C.Karterin vasitəçiliyi ilə Misirlə İsrail arasında əvvəl separat saziş, 1979-cu ilin martında isə sülh müqaviləsi imzalandı. Misir İsraili müstəqil dövlət kimi tanıdı. İsrail isə öz növbəsində Sinay yarımadasını Misirə qaytardı. İordan çayının qərb sahilindəki və Qəzzə bölgəsindəki Fələstin əhalisinə məhdud muxtariyyət verməyi öhdəsinə götürdü, lakin əməl etmədi. Bu hərəkətinə görə Misir Ərəb ölkələri Liqasından çıxarıldı.

1980-ci ildə İsrail Qüds şəhərini «İsrailin vahid və bölünməz» paytaxtı elan etdi. Həmin ilin sonunda ABŞ və İsrail «Strateji əməkdaşlıq haqqında» saziş bağladılar. 1982-ci ilin iyun ayında İsrail öz Şimal ərazilərinin təhlükəsizliyini qorumaq bəhanəsi ilə Livana hücum etdi. İsrail qoşunları Beyruta çatacaq Livanın paytaxtının FAT hərəkatı rəhbərliyinin və hərbi dəstələrinin yerləşdiyi qərb hissəsini blakadaya aldı. Lakin İsrail məqsədinə çatmadı. FAT və Livan vətənpərvərlərinin təzyiqi ilə İsrail qoşunları Livanın cənubuna çəkildi. 1980-cı ilin əvvəllərində İsrail 1947-ci ildə yəhudi dövləti üçün ayrılmış ərazidən 7,5 dəfə çox əraziyə nəzarət edirdi.

1987-ci ildə Fələstin ərəblərinin üsyanı – «İntifad» başlandı. 1988-ci ilin noyabrında Fələstin Milli Şurasının Əlcəzairdə toplanmış yığıncağı Fələstin ərəb dövlətinin yarandığını elan etdi.

90-cı illərin əvvəllərində Fələstin-İsrail münasibətlərinin qaydaya salmaq üçün əlverişli şərait yaranmış oldu. 1993-cü il sentyabrın 13-də Vaşinqtonda İsraillə FAT arasında beş il müddətinə « Prinsiplər bəyanatı» adlanan sənəd imzalandı 1994-cü il mayın 4-də Misirin paytaxtı Qahirədə ABŞ, Rusiya və Misir xarici siyasət idarələri başçılarının iştirakı ilə İsrailin baş naziri İ.Rabinlə FAT sədri Y.Ərəfat arasında şərti olaraq «Qəzzə-Ərihə» adlanan saziş bağlandı. Həmin sazişə görə işğal edilmiş Qəzzə və Ərihə vilayətlərində Fələstin muxtariyyəti yaradılırdı. 1994-cü il iyulun 25-də İsrailin baş naziri İ.Rabinlə İordaniya kralı Hüseyn arasında Vaşinqton deklarasiyası imzalandı. 1994-cü ilin oktyabrın 25-də isə hər iki dövlət arasında bağlanmış sülh müqaviləsi ilə 46 ildən bəri davam edən İsrail-İordaniya müharibə vəziyyətinə son qoyuldu. 1996-cı ildə ABŞ-ın vasitəçiliyi ilə İsraillə FAT arasında bağlanan Oslo sülhünə görə İsrail işğal etdiyi ərazilərin 30%-ni boşaltmağı öhdəsinə götürdü. Keçid dövrü adlanan mərhələdə İordan çayının bütün qərb sahilinin və Qəzzə bölgəsinin idarə olunması Fələstin muxtariyyətinə verildi. Lakin İsrail 1997-ci ildə Qüdsün ərəblər yaşayan hissəsində yəhudi məskənləri salmağa başlamaqla, bütövlükdə Yaxın Şərqdə sülh prosesini təhlükə altında qoydu.

2004-cü ilin may ayının 2-də İsraildə baş nazir Oriol Şaronun planına əsasən İordan çayının Qərb sahilindən və Qəzzə bölgəsindən İsrail qoşunlarının çıxarılsına dair referendium keçirildi. Lakin yenə də bu məsələ tam həll edilmədi, qanlı qarşıdurma davam edir.

BİPOLYAR (İKİ QÜTBLÜ) DÜNYA SİSTEMİNİN ZƏİFLƏMƏSİ

Bloklara qoşulmamaq hərəkatı
Müstəmləkələrə sahib olan dövlətlər müstəmləkə sisteminin dağılmasına, Asiya və Afrikada müstəqil Milli dövlətlərin meydana gəlməsinə mane ola bilmədilər.

1955-ci ilin aprelində Bandunqda (İndoneziya) Asiya və Afrikanın 29 ölkəsinin konfransı çağırıldı. O, ictimai quruluşu müxtəlif olan dövlətlərin dinc yanaşı yaşaması və əməkdaşlıq etməsi prinsiplərini bəyəndi. Konfrans Asiya və Afrika xalqlarının müstəmləkəçiliyə həmişəlik son qoymaq qətiyyətini ifadə etdi, təcavüzkar blokları pislədi, nüvə silahının qadağan edilməsi tələbini irəli sürdü. Sonralar digər azad olmuş ölkələr də bu prinsiplərə tərəfdar çıxdığını bildirdi. Beləliklə də, bloklara qoşulmamaq hərəkatının əsası qoyuldu. Bu hadisə 1961-ci ilin aprelində Qahirə konfransında rəsmi-ləşdirildi. Həmin ilin sentyabrında Belqrad (Yuqos­laviya) konfransında qəbul olunmuş Bəyənatda onun 10 maddədən ibarət prinsipləri müəyyən edilmişdi.

Bitərəf və bloklara qoşulmayan ölkələrin 1964-cü ildə Qahirədə, 1970-ci ildə Lusakada, 1973-cü ildə Əlcəzairdə, 1976-cı ildə Kolomboda, 1979-cu ildə Havanada konfransları keçirildi.

İki qütblü dünyada edilən dəyişikliklərdən biri də tədricən Yaponiyanın güclü iqtisadi dövlətə, Çinin isə nüvə dövlətinə çevrilməsi idi.

1960-cı ildə inkişaf etmiş sənaye dövlətlərinin diktə­sin­dən azad olmaq məqsədi ilə neft çıxaran ölkələrin təşkilatının (OREK) yaranması da mühüm hadisə idi.
60-CI İLLƏRDƏ BEYNƏLXALQ GƏRGİNLİYİN YENİDƏN ARTMASI
SSRİ-də N.S.Xruşşovun hakimiyyətə gəlməsi ilə (1953-cü il, sentyabr) beynəlxalq münasibətlərdə yaranan mülayimləşmə uzun çəkmədi. Berlin (1961) və Karib hövzəsi (1962) böhranları beynəlxalq münasibətlərdə yenidən gərginliyi artırdı. 1961-ci ilin avqustunda Berlin şəhərinin qərbi ilə şərqi arasında 165,7 kilometrlik hasar çəkildi ki, Xruşşov bunu «qorxulu iş» Qərb isə «II Çin səddi» adlandırdı.

1962-ci ilin oktyabrında SSRİ ABŞ-ın Kubaya müdaxilə təhlükəsinin qarşısını almaq üçün Karib dənizində sualtı raketlər yerləşdirdi. Bu gərginliyin artmasına səbəb oldu. Bu üçüncü dünya müharibəsi (həm də nüvə müharibəsi) təhlükəsi yaratdı. Tarixə «Karib böhranı» adı ilə daxil olmuş və «soyuq müharibənin zirvə nöqtəsi hesab edilən bu münaqişə hər iki tərəfin, ilk növbədə isə SSRİ-nin güzəştə getməsi nəticəsində nizama salındı.

60-cı illərdə beynəlxalq gərginliyin ən qızğın nöqtələrindən biri də 1968-ci ildə tarixə «Praqa baharı» kimi daxil olmuş Çexoslovakiya hadisələri oldu Çexoslovakiyada mövcud quruluşa qarşı baş verən çıxışlar SSRİ başda olmaqla Varşava müqaviləsinin iştirakçısı olan dövlətlərinin (Rumıniyadan başqa) qoşunlarının 1968-ci ilin avqustunda oraya yeridilməsi nəticəsində yatırıldı.

SSRİ ilə Çin arasındakı soyuq münasibətlər 1969-cu ildə Amurdakı Damansk adası rayonunda insan tələfatına səbəb olan silahlı toqquşmaya gətirib çıxarmışdı.

60-cı illərdə beynəlxalq münasibətlərin gərginləşməsinə səbəb olan amillərdən biri də Kipr böhranı idi. 1960-cı ildə İngiltərə Kiprə müstəqillik versə də, burada İngiltərə, Türkiyə və Yunanıstan problemli məsələlərin həllinə münasibətdə eynqi hüquqa malik oldular. Kiprin əhalisinin 80% -ni yunanlar, 20%-ni isə türklər təşkil edirdi. Adada türk icmasının sıxışdırılması 1963-cü ilin dekabrında yunan-türk silahlı toqquşmasına gətirib çıxardı. Türklərə qarşı vəhşiliklər törədən yunanlar, onları əsrlərlə yaşadıqları torpaqlardan qovmağa çalışırdılar. 1964-cü ilin martında BMT TŞ-nın qərarı ilə adaya BMT qoşunları gətirildi. Lakin bu adada sakitlik yaratmadı. 1974-cü ilin iyulunda Kipri Yunanıstana birləşdirməyə (enozis) çalışan hərbçilər qanuni hökuməti devirdilər. Buna cavab olaraq Türkiyə adaya qoşun çıxararaq Kipr türklərini təqib və enozisdən, yəni Kiprin türk əhalisinin rəyi olmadan bu ərazinin zorla Yunanıstana birləşdirilməsindən xilas etdi. Adanın şimal ərazəsində Şimali Kiprıs Türk cumhuriyyəti yaradıldı. 2004-cü ilin aprelin 24-də Kiprdə BMT-nqin baş katibi Kofe Annanın planına əsasən Federativ Kipr respublikasının yaradılması ilə əlaqədar referendum keçirildi. Ancaq adanın yunan əhaləsi buna rəy vermədi.
BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ XX ƏSRİN 60-CI İLLƏRİNİN SONUNDA VƏ 70-Cİ İLLƏRDƏ YENİDƏN İSTİLƏŞMƏ
60-cı illərin sonundan, beynəlxalq münasibələrdə yenidən mülayimləşmə başlandı. Qarşıdurma erasını danışıqlar erası əvəz etməyə başladı və bu era 70-ci illərin sonuna qədər, yəni SSRİ-nin Əfqanıstana müdaxiləsinə qədər davam etdi.

Hələ 1963-cü ildə ABŞ, Böyük Britaniya və SSRİ nüvə silahı sınaqlarının atmosfer, kosmik fəza və su altında sınaqdan keçirilməsinin qadağan olunması barədə müqavilə imzaladılar. Bunu «soyuq müharibə»nin həmişə don olan buzladığında «ilk çat» adlandırırdılar. Sonradan bu müqaviləyə 100-dən artıq dövlət qoşuldu. 1968-ci ilin yazında nüvə silahını yaymamaq barədə müqavilə imzalandlı. 1970-ci ildə bu müqavilə qüvvəyə mindi. 90-cı illərin əvvəli üçün müqaviləni 35-dən çox ölkə imzalamışdı. 1971-ci ilin fevralında dənizin dibində, okeanda və okean altında nüvə və digər silahların toplanmasını, atılmasını və s. qadağan edən saziş imzalandı. 1972-ci ilin aprelində bakteroloji və toksiki silahların qadağan olunması haqqında müqavilə bağlandı.

1972-1974-cü illərdə Sovet-ABŞ danışıqları nəticəsində «SSRİ ilə ABŞ arasında qarşılıqlı münasibətlərin əsasları və «raketdən müdafiə sisteminin məhdudlaşdırılması haqqında» ikitərəfli müqavilə və «Strateji silahların məhdudlaşdırılması (SSM-1) sahəsində bəzi tədbirlər barədə» müvəqqəti saziş imzalandı və hər iki dövlətin qanunverici orqanı tərəfindən ratifikasiya edildi, yəni təsdiqləndi. Uzun danışıqlardan sonra, 1979-cu ildə SSM-2 müqaviləsi imzalandı. Lakin o, ABŞ konqresi tərəfindən təsdiq edilmədi.

70-ci illərin birinci yarısında gedən yumşalma prosesi 1975-ci ilin iyulun 30-dan avqustun 1-dək Helsinkidə (Finlandiya) 33 Avropa (təkcə Albaniya iştirak etmirdi) döv­lə­ti, ABŞ və Kanadanın iştirakı ilə keçirilmiş Avropada Təh­lükəsizlik və əməkdaşlıq üzrə müşavirə ilə möhkəmləndirildi. Müşavirə İkinci Dünya müharibəsinə siyasi yekun vurdu və bildirdi ki, İkinci Dünya müharibəsindən sonra əmələ gəlmiş sərhəd dəyişiklikləri dəyişilməzdir. Avropanın 33 dövlətinin, habelə ABŞ və Kanadanın rəhbərləri Yekun aktını imzala­dı­lar. Aktda Müşavirənin iştirakçısı olan dövlətlərin razılaşdı­rılmış qarşılıqlı münasibət prinsirləri qeyd olundu, onlar ara­sında əməkdaşlığın məzmun və formaları, habelə silahlı müna­qi­şə­lərin meydana gəlməsi təhlükəsinin azaldılması üzrə təd­birlər müəyyənləşdirildi. ATƏM-in (Avropada Təhlükəsiz­lik və Əməkdaşlıq Müşavirəsi) iştirakçısı olan dövlətlər aşağı­dakı prinsipləri rəhbər tutacaqlarını öhdələrinə götürdülər. 1. Su­ve­ren bərabərlik, suverenliyə aid hüquqlara hörmət edil­mə­si; 2. Zor işlətməmək, yaxud zor gücü ilə təhlükə yarat­mamaq; 3) sərhədlərin toxunulmazlığı; 4) dövlətlərin ərazi bütövlüyü; 5) mübahisəli məsələlərin dinc yolla nizama salınması 6) daxili işlərə qarışmamaq; 7) insan hüquqlarına və azadlıqlarına, o cüm­lədən fikir, vicdan, din və məsləkə hörmət edilməsi; 8) hüquq bərabərliyi və xalqların öz taleyini həll etmək hüququ. 9) dövlətlər arasında əməkdaşlıq; 10) beynəlxalq hüquq üzrə öhdəliklərin vicdanla yerinə yetirilməsi. Müşavirənin yekun­ları xalqların sülhə, tərksilaha, əməkdaşlığın inkişafına artan ma­ra­ğını əks etdirirdi. Helsinkidə başlanmış proses bütün Av­ropa xalqlarının xeyrinə olan qarşılıqlı razılaşmaların əldə edilə bilməsinin real nümunələrini göstərdi. Bunu ATƏM –in iştirakçısı olan dövlətlərin sonrakı Belqrad (1977-1978-ci illər) Madrid (1980-1983-cü illər), Stokholm (1984-1987-ci il illər) Vyana (1986-1989-cu illər), Paris (1990-cü il), Helsinki (1992-ci il) , Budapest (1994-cü il) Lissabon (1996-cı il), İstanbul (1999-cı il) görüşləri də təsdiq etdi.

70-ci illərdə Asiyada da əhəmiyyətli dəyişikliklər baş verdi . Özünün Milli istiqlaliyyəti uğrunda mübarizədə Şərqi Benqaliya (Şərqi Pakistan) xalqı qələbə qazandı. 1971-ci ildə Banqladeş Xalq Respublikası yarandı. Pakistan hökuməti ölkənin SEATO-dan çıxdığını bildirdi. 1977-ci ildə bu blok öz mövcudluğuna son qoydu. 70-ci illərin isonunda SENTO-da faktiki olaraq dağıldı.
2. DÜNYA SİYASƏTİNDƏ MƏRKƏZƏQAÇMA MEYLLƏRİ
İnteqrasiya prosesi. XX əsrin ikinci yarısı üçün iqtisadi və siyasi əməkdaşlığın artması meyli səciyyəvi cəhətlərdən idi. O, hər şeydən əvvəl beynəlxalq dövlətlərarası və qeyri hökumət təşkilatlarının yaranmasında özünü göstərdi. Müharibədən sonrakı dövrdə onların sayı 2,5 minə yaxın idi. İkinci dünya müharibəsindən sonra BMT, NATO, BVF təşkil edildi. AİB, QİYŞ, Varşava müqaviləsi təşkilatı və s yaradıldı. Müasir dünyada Avropa İttifaqı (Aİ, 1957) Müstəqil Dövlətlər Birliyi (MDB,1991), İqtisadi Əməkdaşlıq və İqtisadi İnkişaf Təşkilatı (İƏİİT, 1967) Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT, 1975), Amerika Dövlətləri Təşkilatı (ADT, 1948), Neft İxrac edən ölkələr Təşkilatı (NİÖT, 1960), Afrika birliyi Təşkilatı (ABT), İslam Konfransı Təşkilatı (İKT, 1969) Asiya – Sakit okean İqtisadi Şurası (APEK, 1989), Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyası (ASEAN, 1967) Asiya İnkişaf Bankı və s. dövlətlər qrupu, ümumdünya və yerli təşkilatlar beynəlxalq münasibətlərdə çox mühüm rol oynayırlar.

Bunlarla yanaşı müxtəlif ölkələrin siyasi partiyalarının da transmilli əməkdaşlığı geniş miqyas almaqdadır. 1961-cı ildə tərkibinə müxtəlif mərkəzçi partiyaların daxil olduğu Ümumdünya Xristian-Demokratik İttifaqının əsasının qoyulması buna misal ola bilər.

1983-cü ildə Qərbi Avropanın mühafizəkar partiyalarını, ABŞ-ın respublikaçılar, Yaponiyanın liberal-demokratik, habelə Avstriyanın Mühafizəkarlar partiyasını birləşdirən Beynəlxalq Demokratik İttifaq yaradılmışdır.

Müasir dünya siyasətində 1975-ci ildən başlayaraq hər il keçirilən «Böyük yeddilərin» müşavirəsi mühüm amilə çevrilmişdir. Onun tərkibinə sənayecə inkişaf etmiş yeddi ölkə – ABŞ, AFR, Fransa, Böyük Britaniya, Yaponiya, İtaliya və Kanada daxildir.

«Yeddiləri» bəzən «Rambuye klubu» (İlk iclası Parisin yaxınlığındakı Rambuye qəsrində keçirildiyinə görə) da adlandırırlar. «Yeddilərin müşavirəsində ona daxil olan ölkələrin siyasətinin razılaşdırılması, onların maliyyə-iqtisadi, hərbi, strateji və xarici siyasət və b. məsələlər müzakirə edilir. 1997-ci ilin iyununda «Böyük yeddilər»in Denver sammitində Rusiya da bu birliyə qəbul olunmuşdur. Qurumun adı bütün rəsmi sənədlərdə «Böyük səkkizlər» adlanır.
QƏRBİ AVROPA İNTEQRASİYASININ İNKİŞAFI
Avropa dövlətlərinin birləşdirilməsi ideyası hələ XIX əsrin ortalarında yayılmışdı. Onun fəal tərəfdarlarından biri olan Viktor Hüqo isə 1872-ci ildə yazırdı: «Biz böyük Avropa Birləşmiş Ştatlarının yaradılmasına nail olacağıq. Biz sərhədsiz vətənə, gömrüksüz ticarətə, maneəsiz hərəkətə, tıxacsız sözə, azad vicdana, ehkamsız həqiqətə nail olacağıq».

İnteqrasiyanın yaranmasının başlanğıcı Fransanın baş naziri Robert Şumanın təşəbbüsü ilə 1951-ci ildə yaradılan Avropa kömür və polad birliyi (AKPB) ilə qoyuldu. O, altı ölkənin (Fransa,AFR, İtaliya, Belçika, Lüksemburq, Hollandiya) daş kömür, dəmir filizi və metallurgiya sənayesini birləşdirirdi. Hazırda o, Qərbi Avropada bütün daş kömür istehsalına, polad əridilməsinin və çuqun istehsalının 90%-dən çoxuna, dəmir filizi istehsalının 40 %-nə nəzarət edir.

1957-ci ildə həmin ölkələrin oxşar atom sənayesinin yaradılması – atom enerjisi üzrə Avropa birliyi (Avratom) haqqında saziş imzalandı. Qərbi Avropada atom energetikasının koordinasiyası birliyin başlıca vəzifəsi oldu.

Avropa İqtisadi Birliyi (AİB) inteqrasiya prosesini müvəffəqiyyətlə başa çatdırdı. Onun yaradılması haqqında müqavilə 1957-ci ildə, AFR, Fransa, İtaliya, Belçika, Niderland və Lüksenburqun nümayəndələri tərəfindən Romada imzalandı. Məqsəd birliyin iştirakçısı olan ölkələr arasında ticarətdə olan məhdudiyyətləri tədricən aradan qaldırmaq və adamların, kapitalın, malların, xidmətin sərbəst hərəkətini təmin edən vahid daxili bazar yaratmaq idi. Həmçinin nəqliyyat, kənd təsərrüfatı sahəsində ümumi siyasətin işlənib hazırlanması, valyuta ittifaqının yaradılması, vergi sisteminin unifikasiya edilməsi və s. nəzərdə tutulurdu. Mahiyyət etibarı ilə söhbət, birliyin iştirakçısı olan dövlətlərin bütün iqtisadi siyasətini qeyri-milli, ümumi birliyin nəzarətinə verməkdən gedirdi. Avropa İqtisadi Birliyinə daxil olmayan Böyük Britaniya 1960-cı ildə Avropa Azad Ticarət Assosi–yasiyasını yaratdı ki, onun üzvləri Avstriya, Böyük Britaniya, Danimarka, Norveç, Portuqaliya, İsveç və İsveçrə idi. Lakin bu iqtisadi qurum AİB-lə rəqabətə davam gətirə bilmədi və tezliklə öz fəaliyyətini dayandırdı.

AİB-in (bəzən onu «Müştərək bazar», «Ümumi bazar» da adlandırırlar) sürətli iqtisadi inkişafı başqa dövlətlərin də ona birləşmək arzusuna səbəb oldu. 1973-cü ildə onun tərkibinə Böyük Britaniya, Danimarka və İrlandiya, 1981-ci ildə Yunanıstan, 1986-cı ildə İspaniya və Portuqaliya , 1995-ci ildə isə Finlandiya, İsveç, Avstriya daxil oldu.

AKPB, Avratom və AİB ümumi şəkildə Avropa Birliyi (AB) adlanır. Onların əsasən Brüsseldə, həmçinin Lüksenburq və Strasburqda yerləşmiş ümumi büdcə və rəhbər orqanları var. İcraedici orqan qanunvericilik təşəbbüsü hüququna malik olan Avropa Birliyi Komissiyasıdır (ABK). O, 4 ilə seçilir və hər həftə iclas çağırır. Onun vəzifəsi AİB-in fəaliyyətini gündəlik müşahidə etməkdən, ona nəzarət etməkdən və zəruri qanun layihələri irəli sürməkdən ibarətdir. Adı çəkilən orqanlardan başqa Strasburqda işləyən və vəzifəsi daim genişlənən Avroparlament mövcuddur. 1978-ci ildə Avropa parlamentinə birbaşa seçkilər keçirildi. Onun deputatları hər bir ölkə əhalisinin sayına münasib surətdə seçilir, AİB-in özünün bayrağı, himni var, «Avropa pasportu» yaradılıb. Qəbul edilən «Əsas sosial hüquqlar xartiyası»nda vətəndaşların AİB-in bir ölkəsindən digərinə gedərkən hüquqlarının pozulmamasına təminat verən minimum şərtlərin siyahısı verilmişdir. 70-ci illərdə AİB-in kənd təsərrüfatı siyasətinin əsaslarının möhkəmləndirilməsinə xidmət edən «Yaşıl Avropa» proqramının qəbul olunmasına nail olundu. Vahid Avropa hesablama vasitəsi olan ekuyə və milli valyutaların dəyişməsinin tənzim edilməsi praktikasına keçildi. 70-80-ci illərdə AİB ölkələrinin texnoloji əməkdaşlığı genişləndi. FAST (Texniki inkişafı proqramlaşdırmaq), «Evri­ka» (Texnoloji inkişafın kompleks inteqrasiyası) proqram­larının həyata keçirilməsi Qərbi Avropanın dünyanın qabaqcıl iqtisadi inkişaf mərkəzlərindən birinə çevrilməsinə və Avropa İttifaqının yaradılmasına keçilməsinə imkan verdi.

1991-ci ilin dekabrında imzalanmış Maastrix (Hollandiya) müqaviləsinə müvafiq olaraq Avropa İttifaqı (Aİ) gerçəkliyə çevrildi. Bu sazişin əsas məqsədi Avropada vahid iqtisadi, sosial, hüquqi, informasiya və mədəni məkan yaratmaqdır. Artıq 1993-cü ildən Aİ ölkələrində yaşayan əhali azad hərəkət etmək hüququ qazanmışdır. Vahid kapital, əmtəə və xidmət bazarı formalaşmışdır. Gələcəkdə valyuta sistemini birləşdirmək, vahid vətəndaşlığa keçmək, təhlükəsizlik sistemini möhkəmləndirmək və Avropa ölkələrinin hərbi-siyasi cəhətdən daha da yaxınlaşmasını təmin etmək planlaşdırılmışdı. 1999-cu ilin yanvarında yeni Avropa valyutası-yevro tətbiq olunmağa başlanmışdır. O, artıq Avropa İttifaqının sabit valyutasına çevrilmişdir. AİB-də əgər «Vətənlərimizin Avropası» prinsipi əsas götürülürdüsə, Aİ-də «Avropa vətənimizdir» prinsipi rəhbər tutulur.

Vaxtilə sosializm birliyi daxilində də QİYS -in vasitəsi ilə inteqrasiya prosesi gedirdi. Lakin 1991-ci ildə QİYS-in fəaliyyətinin dayandırılması bu prosesə son qoydu SSRİ-nin varisi olan Rusiya Federasiyası indi MDB (Müstəqil Dövlətlər Birliyi) vasitəsilə keçmiş SSRİ məkanında inteqrasiya prosesinin aparılmasına səy göstərir.

2004-cü ilin aprelin 30-da Avropa İttifaqına bir neçə dövlət yeni üzv (Polşa, Kipr, Çexiya, Macarıstan, Slovakiya, Latviya, Litva, Estoniya, Malta və s.) daxil oldu və onun üzvlərinin sayı 25-ə çatdı. Makedoniya, Xorvatiya Bolqarıstan və Rumıniya da 2007-ci ildə bu quruma daxil oldular. Hazırda Avropa İttifaqı 450 milyon adamın yerləşdiyi ərazini əhatə edir. 2004-cü ildə Avropa İttifaqı Avropada «yeni qonşuluq» siyasəti irəli sürdü ki, bu qitədə yerləşən dövlətlər onu dəstəklədilər. Hazırda Avropa İttifaqının qarşısında duran ən mühüm problemlərindən biri enerji ehtiyatlarının təhlükəsizliyi problemidir. Məhz bu baxımdan Qərb ölkələri Xəzərdə zəngin neft ehtiyatlarına malik olan Azərbaycan respublikası ilə iqtisadi əməkdaşlığa xüsusi əhəmiyyət verirlər. Hazırda Avropa İttifaqının 27 üzvü var.

90-cı illərdə Azərbaycan Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əlaqələr yaratmışdı. Təkcə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən Azərbaycana 1 mlrd 300 milyon dollardan çox kredit verilmişdi. Xarici ölkələrlə imzalanmış 90-a yaxın mühüm sənəd Azərbaycanın Avropa iqtisadi münasibətləri sisteminə inteqrasiyası prosesini sürətləndirmişdir.

1994-cü il sentyabrın 20-də Azrəbaycan Dövlət Neft Şirkəti ilə ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstanın neft şirkətləri daxil olan konsorsium arasında Xəzər dənizinin Azərbaycan neft sektorunda «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının birgə işlənməsi haqqında 30 illik saziş imzalandı. Bu sənəd «Əsrin müqaviləsi» adını aldı. Əsrin sonunadək 14 ölkənin 30 neft şirkəti ilə 57 mlrd sərmayə qoyuluşu nəzərdə tutulan 20 neft müqaviləsi imzalandı. Müqavilələrin reallaşmağa başlaması əsrin sonuna kimi Azərbaycan Neft Fonduna 230 milyon ABŞ dolları həcmində vəsait gətirdi.

1998-ci il sentyabrın 8-də Bakıda İpək Yolunun bərpası üzrə beynəlxalq konfrans keçirilmiş, «Avropa-Qafqaz-Asiya» dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş və Bakı bəyannaməsi imzalanmışdır. Azərbaycanın TASİS və TRASEKA proqramları çərçivəsində Avropa İqtisadi Komissiyası ilə əməkdaşlığı nəticəsində respublikamızın nəqliyyat kommunikasiyalarından istifadə edilməklə Avropa-Asiya istiqamətində tranzit yüklərinin daşınmasının həcmini on dəfələrlə artırmışdır.

2005-ci ilin mayında Bakı-Tbilisi-Ceyhan neft-ixrac boru kəmərinin açılması ilə Azərbaycan neftinin dünyaya nəqli başladı.

1   ...   24   25   26   27   28   29   30   31   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə