Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ




Yüklə 2.15 Mb.
səhifə27/32
tarix21.02.2016
ölçüsü2.15 Mb.
1   ...   24   25   26   27   28   29   30   31   32

Sosial qarşıdurmanın yumşaldılması. SSRİ və digər sosialist ölkələrinin nəzəriyyədə irəli sürdüyü prinsiplər əslində Qərbi Avropa və Şimali Amerikada daha səmərəli həyata keçirilmişdi. Bu ölkələrdə həyata keçirilən tədbirlər iqtisadi, sosial siyasi xarakterli problemlərin həllində mühüm rol oynadı. Məşğulluq, mənzil tikintisi, kənd təsərrüfatı qiymətlərinin müntəzəm aşağı salınması, işsizlərə yardım edilməsi, qocaların və əmək qabiliyyətini itirənlərin pensiya təminatı problemlərinin həll etmək üçün dövlətdən istifadə Qərbin inkişaf etmiş ölkələrinin hakim dairələrinə imkan verdi ki, sosial münaqişələrin kəskinliyini zəiflətsin. Bütün bunlarla bərabər, böhran kapitalist həyat tərzinin gündəliyində həmişə qalır. Bir çox ölkələrdə sosial münaqişələr özünü tətillər, münayişlər vasitəsilə büruzə verir.

Onu da qeyd etmək lazımdır ki, İkinci dünya müharibəsindən sonrakı ilk onilliklərdə İtaliya, Fransa və bir sıra kapitalist ölkələrində kommunist partiyaları sosial və daxili siyasi inkişaf meylləri və prosesinə öz böyük təsirini göstərmişdi. Onların təsiri altında hakim dairələr XX əsrin 50-60-cı illərində bu ölkələrdə sosial qanunvericilik, milliləşmə, dövlətin nəzarətedici və tənzimləyici funksiyasının genişlənməsi haqqında qərarlar qəbul etmişdilər. Lakin SSRİ-nin və dünya sosializm siseminin 80-90-cı illərdə dağılması nəticəsində kommunist partiyaları dünyanın inkişaf etmiş zonalarında ictimai-siyasi arenadan yoxa çıxmış oldu.



70-80-ci illərdə yeni mühafizəkar qüvvələrin qələbəsi. 70-ci illərin ortasında «firavnalıq dövləti» çətin vəziyyətə düşdü. 1974-1975-ci illərdə dünya İkinci cahan müharibəsindən sonra ilk iqtisadi və energetika böhranı ilə qarşılaşdı. Neftin qiymətinin artması bütün qiymətlərin artmasına, bu isə inflyasiyaya səbəb oldu.

Sosial müdafiə sistemi fasilələrlə işlədi. «Firavanlıq dövləti» tənqid edilməyə başladı. Belə rəy möhkəmləndi ki, inflyasiya sosial ehtiyaclara hədsiz dövlət xərclərinin nəticəsi olmuşdur. Bunun nəticəsi kimi «firavanlıq dövləti»nin ləğv etmək uğrunda çıxış edən siyasi hərəkat meydana çıxdı. Bu hərəkat «mühafizəkar dalğa» adını aldı.

«Yeni mühafizəkarlar» 80-ci illərdə Qərb dövlətlərinin çoxunda hakimiyyət başına gəldilər. Onlar bir qayda olaraq inflyasiyanı cilovlamaq üçün sərt kredit-maliyyə siyasəti yeridir, dövlət xərclərini ixtisar edirdilər. İqtisadiyyatda əhəmiyyətli dövlət bölməsinin olduğu ölkələrdə, onun özəlləşdirilməsi keçirildi. Lakin bütün bunlar firavanlıq dövlətinin iflası demək deyildi. Sosial müdafiə sistemləri «mühafizəkar dalğaya» duruş gətirdilər, lakin iqtisadi gerçəkliklərlə də uyğunlaşdırıldılar. Məlum oldu ki, bir çox məqsədlər (məs., tam məşğulluq) göründüyünün əksinə olaraq əlçatmazdır. Bu bir həqiqət idi ki, rəqabət və bazar lazımi sərbəstliyə malik olmalıdır. 80-ci illərin ortalarında inflyasiyanı cilovlamaq mümkün oldu. kapital yatırımlarının artırılması üçün şərait yaradıldı. Texnoloji inqilabla əlaqədar əsas kapitalın yeniləşdirilməsi zərurəti yarandı. Texnoloji inqilabın aparıcı qüvvəsi və rəmzi kompüter oldu. 1951-ci ildə Ay Bi – EM adlı amerikan firması tərəfindən yaradılmış və YUNİBAK 1 modeli 30 ton ağırlığında idi. 1972-ci ildə hesablama texnikasını miniatur şəklə salan mikroprosessor ixtira olundu. 1973-cü ildə amerikan Stiven Jobs ilk fərqli kompüter yaratdı. 1977-ci ildə onların kütləvi istehsalı başlandı. İlk dəfə olaraq istehsalatda biotexnologiyanın geniş tətbiqi, gen mühəndisliyi metodlarının istifadəsi başlandı. Bu yüksəliş də əvvəllərdə olduğu kimi tam məşğulluğa gətirmədi, işsizlər ordusu azalmadı. Lakin bu heç də o qədər təsirli olmayan kəmiyyət göstəriciləri arxasında başlanan dərin keyfiyyət dəyişikliyi dururdu. Texnoloji inqilab əmək məhsuldarlığının sürətli artımını təmin etdi. Qərbin iqtisadiyyatını enerji daha az məsrəfli etdi, xammal istifadəsinin xüsusi çəkisi azaldı, istehsalat ekoloji cəhətdən daha təmiz oldu. texnoloji inqilab yeni rabitə vasitələri yaratdı. Faks əlaqəsi, elektron poçtu, səyyar radiotelefonlar və peyk telefon əlaqəsi meydana çıxdı. Eyni zamanda dünyanın bir çox ölkələrində məhsul istehsal edən və satan transmilli korporasiyalar Qərbin iqtisadiyyatında aparıcı rol oynamağa başladılar. Milli iqtisadiyyatın qarşılıqlı əlaqəsi daha da artdı.

Mərkəzləşmiş-planlı iqtisadiyyatın SSRİ və digər sosialist ölkələrində böhranı müasir dünyada sol ideologiyanın da böhranına səbəb oldu. 70-80-ci illərdə sol hərəkat və partiyaların, xüsusilə kommunistlərin nüfuzu sürətlə düşməyə başladı. Bunda sovet siyasi sisteminin totalitar xarakteri də öz rolunu oynadı.



Müasir Qərb cəmiyyətinin sosial quruluşu. ETİ-nin və iqtisadi inkişafın təsiri altında Qərb cəmiyyətinin sosial strukturunda da dərin dəyişikliklər baş verdi. İstehsalatda insan amilinin rolu artdı. İşçi qüvvəsinin təhsil və ixtisas səviyyəsinin yüksəldilməsi zəruri tələbata çevrildi. İşçilər içərisində zehni əməklə məşğul olanların sayı artdı. Texnikanın inkişafı ilə bir sıra yeni ixtisaslar (məsələn, kompüterçi, proqramist, biotexnoloq və s.) yarandı. Zehni əməklə məşğul olanlar inzibati-xidmət aparatında da mühüm yer tutmağa başladılar. «Yeni orta sinfin» iqtisadi və sosial dəyəri sənaye cəmiyyətinin sosial strukturunda da dəyişikliklərə gətirib çıxartdı. Jəmiyyətin əvvəlki bölgüsündən fərqli olaraq indi onun xeyli hissəsini «orta sinfin» nümayəndələri tutmağa başladı. Bu sinfin öz təşkilində dərin dəyişikliklər başlandı. «Ağ qalstukluların» müxtəlif qrupları içərisində fermerlər, xırda sahibkarlar və səhm sahilləri daha mühüm yer tuturdular.

Beləliklə keçmiş piramidaya oxşar sosial strukturun yerində indi görünüşlü model yarandı ki, bu modeldə orta təbəqələr əhalinin yuxarı və aşağı təbəqələri ilə müqayisədə çoxluq təşkil edirdilər.

Müasir Qərb sosioloqları Qərb ölkələrində yaşayan əhalini bir neçə kateqoriyalara bölürlər. Ən yüksək təbəqəyə menecerlər, iri korporasiyaların sahibləri, yüksək inzibati və hərbi rütbə sahibləri, mədəniyyət, səhiyyə və elmin görkəmli nümayəndələri daxil edilir. İkinci təbəqə yüksək təbəqə adlanır ki, buraya firma menecerləri, yüksək mühəndis-texnik kadrları, hüquqşünaslar, universitet müəllimləri, yüksək əmək haqqı alan həkimlər, birja brokerləri aid edilir. Üçüncü təbəqə ali orta təbəqə adlanır ki, buraya orta müəssisəni idarə edənlər, müəllimlər və həkimlər aiddir. Dördüncü təbəqə ortadan orta təbəqə hesab edilir ki, buraya sığorta kompaniyasının qulluqçuları, bank işçiləri, fəhlələrin yüksək təbəqəsi, ibtidai sinif müəllimləri, huveynerlər daxildir. Beşinci təbəqəyə orta aşağı təbəqə hesab edilir ki, buraya taksi sürücüləri, ofisiantlar, şveysarlar, orta ixtisas təhsilli işçilər daxildir. Ən aşağı təbəqəyə isə ixtisassız işçi qüvvəsi, xadimələr, zibil daşıyanlar, bağbanlar, xidmətçilər daxildir. Ən son təbəqə isə dilənçi vəziyyətində olan işsizlər və avaralar hesab olunur.

Ümumdünya iqtisadi sistemi. Sosial-iqtisadi münasibətlərdə keyfiyyət dəyişikliyi beynəlxalq iqtisadiyyatda da yeniliklərə səbəb oldu. köklü qlobal ticarət axını yaranmış oldu. beynəlxalq ticarət dünya ticarətinin artımının vacib amilinə çevrildi. Son 25 ildə beynəlxalq ticarət hər il 5,5 % artmışdı. Dünya iqtisadiyyatında inteqrasiya prosesləri gücləndi. Hazırda dünyada 15 inteqrasiya birlikləri mövcuddur. Onlardan bir çoxu həm də müəyyən siyasi qüvvəyə malikdir. Bunların içərisində Avropa İttifaqı, Şimali Amerika azad ticarət assosiasiyası mühüm yer tutur. Dünya bankı, Beynəlxalq Valyuta (BVF) fondu və digər maliyyə qurumları da mühüm əhəmiyyət kəsb edirlər. BVF 35 ölkənin maliyyə qurumlarını birləşdirir. Bu ölkələrin birinin iqtisadiyyatında baş verən dəyişiklik dərhal digərlərinə də öz təsirini göstərir. Məsələn, deyirlər ki, ABŞ iqtisadiyyatına azacıq soyuq dəynədə Avropa ölkələri dərhal öskürməyə başlayır, üçüncü dünya ölkələri ilə sətəlcəm olurlar. Dünya bazarında neftin qiymətinin artması dərhal bütün ölkələrdə qiymətlərin bahalaşmasına səbəb olur.

Tədricən dünya iqtisadiyyatına üçüncü dünya ölkələrinin iqtisadiyyatı da daxil olur. Dünya ticarətində onların payı artır.



Miqrasiya prosesi. Hazırda Yer kürəsində hər 4-5 gündə 1 milyon insan doğulur, 200-250 min insan isə ölür. Avropa ölkələrində, təkcə İrlandiyadan başqa, son dövrdə doğum son dərəcə azalmışdır. Ona görə də bir çox müəlliflər bildirirlər ki, bu «Qərbin dağılması» əlamətidir.

Yer kürəsinin digər tərəfində (Afrika, Asiya, Latın Amerikasında) isə əhali sürətlə artır. Bu da dünyada miqrasiya prosesinin artmasına səbəb olur. Əvvəllər miqrasiya inkişaf etmiş, ölkələrdən Yer kürəsinin «boş», istifadə olunmayan, az istifadə olunan, zəif inkişaf etmiş, yerlərinə olurdu. İndi isə əksinə, az inkişaf etmiş bölgələrdən inkişaf etmiş ölkələrə əhali axını baş verir: Asiya və Afrika ölkələrindən Avropaya və Şimali Amerikaya, Latın Amerikası ölkələrindən ABŞ-a, MDB ölkələrindən Rusiyaya, Çindən inkişaf etmiş ölkələrə, Rusiyaya və Jənub-Şərqi Asiya ölkələrinə və s. Hazırda ancaq Qərbi Avropada, digər ölkələrdən, əsasən, inkişaf etməkdə olan ölkələrdən 20 milyondan çox adam yaşayır. Bu da onların yaşayışının çətin olması ilə əlaqədardır.


3. XXI əsrin astanasında bəşəriyyətin inkişafının əsas yekunları

Dünyanın sıxlığının səmərəliliyi və həyatın vahid şəklə salınması. XX əsrin sonunda artıq bəşəriyyətin bir tarixi dövrü başa çatdı, müasir dünya yeni bir yüzilliyə qədəm basdı. Elmi-texniki tərəqqinin yeni mərhələsi imkan verdi ki, dünya tədricən informasiya cəmiyyətinə keçsin. Mərkəzləşmiş Avropa dünyasının yaranması və yeni dünya birliyinin formalaşması bütün planet miqyasında onların genişlənməsinə imkan verdi. SSRİ-nin dağılması və ikiqütblü dünya sisteminin iflası geosiyasi qüvvələrin mərkəzəqaçma meylinin güclənməsinə səbəb oldu.

Görünür əvvəlki svilizasiyalardan heç biri müasir dünya kimi, həyatın müxtəlif sahələrinin təşkilinin belə vahid quruluşunun əsas formasını bilmirdi.

Burada söhbət ilk növbədə iqtisadiyyat və siyasətdən gedir. Quruluşu təşkil edən qüvvələrin əksəriyyəti bazar iqtisadiyyatına üstünlük verirlər ki, bu da siyasi demokratiyanın da inkişafına şərait yaradır. Artıq 80-90-cı illərdə ölkələrin əhalisinin əksəriyyəti, təxminən 3,5 mlrd insan köklü dəyişikliklər yolunu tutdular. Mərkəzləşmiş Avropa svilizasiyasının xarici atributları-avtomobil markaları, geyim formaları, kinematoqrafiya, musiqi, vahid elmi və kompüter dilində özünü göstərir.

Dəniz, avtomobil yolları, su və hava yolu da sərhəd bilmədən bütün ölkə və xalqları birləşdirir. Bu prosesin baş verməsinin bir səbəbi də zamanın sürətləndirilməsidir. Kütləvi informasiyanın elektron vasitələri, peyk vasitəsi ilə əlaqə, qabaqcıl texnika, informasiyanın ani vaxt ərzində verilməsi buna misal ola bilər. Məsələn, əgər 70-ci illərdə elmi informasiyanın həcmi 5-7 il ərzində iki dəfə artırdısa, 80-ci illərdə 20 ay ərzində, 90-cı illərdə isə hər il iki dəfə artmışdır.



İki başlanğıcın sintezi yollarında

«Dünyanın qapalılığı» probleminin təhlili belə bir məsələ doğurur ki, tədricən bütün Yer kürəsinin sivilizasiyası formalaşmaq üzrədir. Şərqlə Qərbin sintezi gedir. Bu günkü Avropa svilizasiyasından danışarkən unutmaq olmaz ki, bu mədəniyyət özü qədim Roma, Yunanıstan, Qədim İran, orta əsrlər Ərəb Şərqi mədəniyyətinin təməli üzərində bərqərar olmuşdur. Qərb və Şərq başlanğıclarının üzvü sintezi bəşəriyyətin inkişafının magistral yoludur. Hazırda dünyada unifikasiya, vahid şəklə salınma prosesi gedir. Dünya birliyinin yaranması ilə bərabər həm də hər bir xalq öz milli dəyərlərini, adət və ənənələrini də yüksək qiymətləndirir. Qloballaşma prosesi XX əsrin 80-ci illərindən dünyanı sürətlə əhatə etməsinə baxmayaraq milli özünəxaslığa hörmət meyli nəinki aradan qalxır, əksinə, hər bir xalqın mədəniyyətində, dilində, psixologiyasında özünü daha çox büruzə verir.



XIV. BEYNƏLXALQ MÜNASİBƏTLƏR
İkinci Dünya müharibəsindən sonrakı dövrü iki mühüm mərhələyə bölmək olar. Bunlardan biri, iki dünya sisteminin «soyuq müharibə» şəraitində mövcud olduğu dövr (40-cı illərin II yarısı -80-ci illərin I yarısı), digəri isə dünya sosializm sisteminin SSRİ başda olmaqla dağılması və «soyuq müharibə»nin qurtarmasından sonra yeni çoxqütblü vahid dünya birliyinin təsdiqlənməsi mərhələsidir.
1. Məğlub dövlətlərlə sülh müqavilələrinin bağlanması
İkinci dünya müharibəsi qurtardıqdan sonra ən mühüm məsələlərdən biri Almaniyanın müttəfiqləri olant İtaliya, Finlandiya, Bolqarıstan, Macarıstan, Rumıniya ilə sülh müqavilələrinin bağlanması idi. Bu məqsədlə 1946-cı ilin iyulun 29-dan oktyabrın 15-dək Parisdə SSRİ, Çin, ABŞ, İngiltərə, Fransa, Avstraliya, Belorusiya, Belçika, Braziliya, Hollandiya, Yunanıstan, Hindistan, Kanada, Norveç, Yeni Zelandiya, Polşa, Ukrayna, Çexoslovakiya, Efiopiya, Yuqoslaviya, CAR nümayəndələrinin iştirak etdiyi sülh konfransı oldu. Bir sıra məsələlərə SSRİ etiraz etdiyinə görə sülh konfransı öz işində fasilə elan etdi. 1946-cı ilin noyabrın 4-dən dekabrın 11-nə qədər Nyü-Yorkda Xarici işlər nazirlərinin sessiyasında müttəfiqlər arasında müəyyən razılıq alındı. 1947-ci ilin fevralın 10-da Almaniya və Yaponiyadan başqa bütün məğlub dövlətlərlə sülh müqaviləsi bağlandı və onların hamısı BMT-yə qəbul olunmaq hüququ aldılar.

İtaliya 1938-ci ilin yanvarın 1-nə qədər olan sərhədlərini saxladı. Onun ərazisinin az bir hissəsi Fransaya verilmiş oldu. Yuliyek Kraynının şərq hissəsi və digər xırda ərazilər Yuqoslaviyaya verildi. Yunanıstan Dodekanez adalarını aldı. Yuliyek Kraynının qərb hissəsi Triyest ilə birlikdə Triyest sərbəst ərazisi adlandı. Ancaq 1954-cü ildə BMT-nin razılığı ilə bu ərazi Yuqoslaviya və İtaliya arasında bölündü. İtaliya bütün müstəmləkələrini itirdi.

Sovet-Fin sərhədi 1941-ci ilin yanvarın 1-nədək olduğu kimi müəyyən edildi. Bununla belə, Peçenqa vilayəti yenə SSRİ-yə keçdi. Finlandiya Xanko yarımadası ilə birlikdə Porkkala-Uddu da SSRİ-yə icarəyə verdi. 1955-ci ildə SSRİ onu yenidən Finlandiyaya qaytardı.

Bolqarıstanın da 1940-cı il sərhədi bərpa edildi və Cənubi Dobruçi onun tərkibində saxlanıldı. Şimali Transilvaniya Macarıstandan alınaraq Rumıniyaya verildi. Çexslovakiya- Macarıstan sərhədi 1938-ci ilin yanvarın 1-nə qədər olduğu kimi müəyyən edildi. Zakarpat Ukraynası SSRİ-yə verildi. SSRİ ilə Rumıniya arasında sərhəd 1940-cı ilin iyunun 28-dək olduğu kimi müəyyən edildi.

Yaponiya ilə sülh müqaviləsi bağlamaq üçün 51 dövlətin iştirakı ilə 1951-ci ilin sentyabrın 4-8-də San-Fransiskoda konfrans çağırıldı. Çin, KXDR, Vyetnam konfransa dəvət edilməmişdi. Sülh layihəsində ciddi nöqsanlar oldluğuna görə Birma və Hindistan konfransda iştirak etməkdən imtina etmişdi. 1951-ci ilin sentyabrın 8-də 48 dövlət Yaponiya ilə San-Fransisko müqaviləsini bağladı. SSRİ, Polşa, Çexoslova­ki­ya sülh müqavildəsini imzalamadı. Yaponiya Koreyada ABŞ-ın himayəsini qəbul edir, Kuril həmçinin Cənubi Saxalin, Tayvan və Peckador adalarından imtina edirdi. Yaponiya ərazisində ABŞ öz qoşunlarını saxlayırdı.

1955-ci ildə Avstriya ilə sülh müqaviləsi məsələsi qəti olaraq həll edildi. 1955-ci ilin mayın 15-də Vyanada SSRİ, ABŞ, İngiltərə, Fransa nümayəndələri demokratik, suveren Avstriyanın bərpası haqqında müqavilə bağladılar.


2. «SOYUQ MÜHARİBƏNİN» BAŞLANMASI VƏ İKİQÜTBLÜ DÜNYA SİSTEMİNİN TƏKAMÜLÜ

(50-Cİ İLLƏR - 70-Cİ İLLƏRİN BİRİNCİ YARISI)
«Soyuq müharibə»nin başlanması. «Soyuq müharibə» XX əsrin II yarısının ən kədərli hadisələrindən biri hesab edilir. Onun başlanması səbəblərindən danışarkən Xerosima və Naqasaki faciəsini, 1946-cı ilin martında Fultonda İ.Çörçillin məşhur çıxışını, sovet stalinçi toltalitar rejimin dünyanı bürümək təhlükəsindən qorxunu, Trumen doktrinasını, dünyanın müharibədən sonrakı quruluşuna dair hələ müharibənin gedişində ortaya çıxan fikir ayrılıqlarını xüsusilə qeyd etmək vacibdir. «Soyuq müharibə» dedikdə müxtəlif ictimai quruluşlu dövlətlər və sistemlər arasında siyasi, iqtisadi, ideoloji və yarımhərbi qarşıdurma vəziyyəti nəzərdə tutulur.

Əgər Birinci Dünya müharibəsindən sonra böyük dövlətlər müharibədən sonrakı quruculuğun iqtisadi problemlərinə laqeydlik göstərmişdilərsə. İkinci Dünya müharibəsindən sonra bu problemlərə xüsusi fikir verildi. Almaniyadan təzminat alınması təcrübəsi nəzərə alınmaqla, daha az ağrısız formalar seçildi. Müharibədən sonrakı dünyada maliyyə sabitliyinə nail olmaq və valyuta müharibələrinin qarşısını kəsmək üçün BMT-nin rəhbərliyi altında Beynəlxalq Valyuta Fondu (BVF) və Beynəlxalq Bərpa və İnkişaf Bankı (BBİB) yaradıldı.

Beləliklə, antihitler koaliyası ölkələrinin müharibədən sonra əməkdaşlığı uğurla davam etdirmələri üçün böyük özül yaradıldı. Yeni dünya quruluşunun əsasında köhnə kollektiv təhlükəsizlik sistemi yaratmaq ideyası dururdu. Lakin sonrakı hadisələr göstərdi ki, sovet rəhbərliyi 30-cu illərin uğursuz təcrübəsindən sonra kollektiv təhlükəsizlik imkanına inanmır. Stalin 1939-cu ildən qəti surətdə təhlükəsizliyi təmin etməyin ənənəvi yolundan zor siyasəti, ərazi ekspansiyası, nüfuz dairələri yaratmaq yoluna keçmiş və dönmədən bu yolla irəliləməkdə davam edirdi. Bütün bunlar diqqətdən yayına bilməzdi. SSRİ kollektiv təhlükəsizlik sistemindən açıqca yalnız öz qüdrətini artırmaq üçün istifadə etməyə çalışırdı. Qərbdə o zaman mövcud olan vəziyyət nəzərə alınsa, bu, təşviş doğurmaya bilməzdi. Fransa və İtaliyada kommunist partiyaları öz ölkələrində ən böyük partiyalara çevrilmişdilər. Bu ölkələrdə və Qərbi Avropanın daha bir sıra ölkələrində kommunistlər öz ölkələrinin hökumətlərinin tərkibinə daxil idilər. Bundan əlavə, Avropadan amerikan qoşunlarının əsas hissəsi çıxarıldıqdan sonra SSRİ kontinental Avropada hakim hərbi qüvvəyə çevrilmişdi. Hər şey sovet rəhbərliyinin planlarına uyğun gəlirdi.

Qərb ölkələrində SSRİ-nin hərəkətlərinə münasibət iki cür idi. Siyasi xadimlərin bir hissəsi SSRİ-in sakitləşdirməyi təklif edirdilər. ABŞ-ın ticarət naziri Henri Uelles bu baxışı daha dəqiq ifadə etdi. O, SSRİ-nin iddialarını əsaslandırılmış sayır, SSRİ-nin Avropa və Asiyanın bir sıra rayonlarında hakim mövqe tutmasını qəbul etməklə dünyanın özünəməxsus bölüşdürülməsinə getməyi təklif edirdi.

Çörçill digər baxışa malik idi. Onun fikrincə, Qərb demokratiyasını müdafiə etmək üçün «anqlosaks dünyasının bütün gücü» ilə hərəkət edərək, yəni ABŞ ilə Böyük Britaniyanın səylərini birləşdirərək SSRİ-ni dəf etmək lazım idi. ABŞ dövlət departamentində də SSRİ-nin meydan oxumasına cavab vermək yolları axtarılırdı. Rusiya üzrə mütəxəssis, amerikan diplomatı Corc Kennan bu işdə mühüm rol oynadı. 1946-cı ilin fevralında ABŞ-ın Moskva–dakı səfirliyində işləyərkən o, Vaşinqtona göndərdiyi teleqramda «qarşısı alınma» siyasətinin əsas prinsiplərini ifadə etdi. C.Kennan «qarşısı alınma» siyasətinə müharibənin qarşısını almaq vasitəsi kimi baxırdı və bu siyasət SSRİ-nin hərbi cəhətdən məğlub etməyə yönəlmişdi.

Trumen, Çörçill və Kennan SSRİ-nin qarşısının alınmasında əsas rolu ABŞ-ın üzərinə götürməsi fikrində yekdil idilər. Aydın idi ki, «qarşısı alınma» siyasətinə keçilməsi ABŞ-ın siyasətini kökündən dəyişdirməli idi; Avropada Amerikanın daimi iştirakı lazım gəlirdi. Trumenin fikrincə, siyasətdə bu cür dönüş etmək üçün onun kifayət qədər təsiri və nüfuzu yoxdur. Trumen əvvəlki siyasəti davam etdirmək, yaxud yeni siyasətə keçmək barədə tərəddüd edirdi. Lakin hadisələr Trumenə çox düşünməyə imkan vermədi. 1947-ci ildə ingilislər ABŞ hökumətinə bildirdilər ki, onlar daha Türkiyə və Yunanıstana hərbi və iqtisadi yardım göstərmək iqtidarında deyillər. Bu yardımın dayandırılması və Yunanıstandan ingilis qoşunlarının çıxarılması həmin ölkələr üzərində sovet nəzarəti qoyulmasını zamanın məsələsi edirdi ki, bu da Aralıq dənizində strateji situasiyanı köklü şəkildə dəyişirdi. İtaliyada kommunistlərin hakimiyyət başına gəlməsi və Süveyş kanalı üzərində sovet nəzarəti təhlükəsi yaranırdı. Bu, Trumeni qəti qərar qəbul etməyə vadar etdi. Martın 12-də o, ABŞ-ın Yunanıstan və Türkiyəyə 400 mln. dollar məbləğində hərbi və iqtisadi yardım göstərmək niyyətində olduğunu bildirdi. Bununla Trumen ABŞ və SSRİ arasında başlayan rəqabətin məzmununu demokratiya və totalitarizmin münaqişəsi kimi müəyyən etdi. Sonrakı hadisələr qeyri-adi tezliklə inkişaf etdilər. 1947-ci il iyunun 5-də ABŞ-ın dövlət katibi Corc Marşall bəyan etdi ki, Avropada demokratiyanı möhkəmləndirmək üçün onlara təcili yardım lazımdır.

SSRİ «Marsall planı»nı Avropanın Amerika tərəfindən iqtisadi cəhətdən əsarətə alınmasına yönəlmiş plan kimi qiymətləndirdi və Şərqi Avropa ölkələrini Marşall planının gerçəkləşməsində iştirak etməməyə məcbur etdi. Eyni zamanda bu ölkələrdə hakimiyyətin kommunistlərin əlinə keçməsi prosesi sürətləndirildi; 1948-ci ildə bu proses əsasən başa çatdı.

Avropanın parçalanması dərhal Almaniyanın müqəddəratına təsir göstərdi. Qərb ölkələri üçün onların işğal zonaları «qarşısını alma» siyasətinin ön xətti oldu. Aydın oldu ki, bu siyasətin müvəffəqiyyəti xeyli dərəcədə almanlardan asılıdır. Buna görə də ABŞ Qərbi Almaniyanı Marşall planının fəaliyyət dairəsinə daxil etməkdə israr edirdi. Təzminatın alınması və təzminat ödənişləri hesabına SSRİ-yə avadanlıq göndərilməsi dayandırıldı. ABŞ Qərb zonasında güclü dövlət yaratmağa çalışırdı. 1948-ci ildə ABŞ, İngiltərpə və Fransa Almaniyada iqtisadiyyatı sabitləşdirməyi və üç işğal zonası əsasında güclü dövlət yaratmağı qarşılarına məqsəd qoydular. Bu alman problemlərini birgə həll etmək barədə razılaşmaların açıqca pozulması demək idi. Berlinin statusunda qərb işğal zonaları ilə nəqliyyat əlaqələrini təmin etmək üzrə SSRİ-nin konkret təəhhüdlərinin nəzərdə tutulmamasından istifadə edən SSRİ Berlindən qərbə gedən yolları kəsdi. Berlinin blokadası SSRİ-nin öz keçmiş müttəfiqləri ilə ilk açıq qarşıdurmasına səbəb oldu. Berlinin blokadası öz növbəsində siyasi meydanda yeni dəyişikliklərə səbəb oldu. Bu blokadanın fonunda Trumen 1948-ci ilin prezident seçkilərində qələbə çaldı. Demokratlar eyni zamanda konqresin hər iki palatası üzərində nəzarəti özlərinə qaytardılar. Seçkilər amerikanların ovqatında baş vermiş dönüşü göstərirdi: Onlar Trumenin başladığı SSRİ ilə qüvvə qaşıdurmasına üstünlük verdilər. Özünütəcridetmə siyasətinə son qoyuldu.

Berlinin blokadası həm də Qərb ölkələrinin hərbi gücünü artırmaq zərurətini açıq göstərdi.

Şərqi Avropa ölkələri də öz növbəsində öz birliklərini möhkəmləndirdilər. 1949-cu il yanvarın 25-də Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, SSRİ və Çexoslovakiya Avropanın parçalanması ilə əlaqədar iqtisadi problemlərin birgə həlli üçün Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) yaratdıqlarını elan etdilər. Fevral ayında Albaniya da QİYŞ-ə qoşuldu.

1949-cu il Almaniyanın parçalanması ili oldu. ADR-nin yaranması ilə, demək olar, eyni vaxtda 1949-cu il oktyabrın 25-də Çin Xalq Respublikasının yaranması elan edildi. Dünyanın ən çoxsaylı əhaliyə malik ölkəsinin kommunistlərin hakimiyyəti altına keçməsi ABŞ-da ciddi narahatlığa səbəb oldu. Bu ərəfədə amerikanlar SSRİ-də atom bombasının uğurla sınaqdan keçirildiyindən xəbər tutdular. SSRİ-də atom silahı ordunun cəbhəxanasına yalnız 1954-cü ildə daxil olsa da, artıq 1949-cu ildə hərbi -siyasi rəqabətin yeni xarakter aldığı aydın oldu. ABŞ-ın atom inhisarı ləğv edildi. Bununla əlaqədar ABŞ-da nüvə silahının və onu çatdırma vasitələrinin təkmilləşdirilməsi haqqında qərar qəbul olundu. 1952-ci ildə ABŞ ilk hidrogen bombasını sınaqdan keçirdi. 50-ci illərdə hər iki ölkədə sürətlə nüvə silahının yeni daşıyıcıları yaradılırdı. Müharibə dövrünün sovet raket quruculuğunun nailiyyətləri əsasında güclü kontinental ballistik raketləri yaradıldı. İlk atom sualtı qayıqları – raketdaşıyıcıları meydana çıxdı. SSRİ və ABŞ-ın rəqabəti raket-nüvə sürətlə silahlanması formasını aldı.

1950-ci ildə ABŞ Koreya yarmadasındakı münaqişəyə müdaxilə edərək ilk dəfə öz silahlı qüvvələrindən istifadə etməli oldu. Müharibədən sonra Koreyanın şimalı SSRİ, cənubu isə ABŞ tərəfindən işğal olunmuşdu. Almaniyada olduğu kimi burada da iki dövlət yarandı. Bu iki dövlət arasında rəqabət sovet-amerikan münasibətlərində gərginlik çoxaldıqca artırdı. 1949-cu ilə kimi ABŞ və SSRİ qoşunları Koreyadan çıxarıldı, ölkənin hər iki hissəsində seçkilər keçirildi. 1950-ci il iyunun 25-də Şimali Koreya qoşunları 38-ci paralel boyunca demarkasiya (ayırma) xəttini keçdilər və sürətlə cənuba doğru irəliləməyə başladılar. Bu ABŞ-ın Şimali Koreyanın hərəkətlərini təcavüz kimi qiymətləndirməsinə və BMT-nin Cənubi Koreyaya yardım göstərmək haqqında qərar qəbul etməsinə nail olması üçün şərait yaratdı. BMT bayrağı altında bir neçə dövlətin qoşunları (çoxluğu amerikanlar təşkil edirdi) Kore–yaya çıxarıldı. 1953-cü ilə kimi gah bu tərəfin, gah da digər tərəfin üstünlüyü ilə davam edən Koreya müharibəsi başlandı. SSRİ ilə ABŞ-ın qlobal rəqabəti belə başladı. Bu qlobal rəqabət 1991-ci il dekabrın 27-də SSRİ-nin dağılması ilə qurtardı. Bu rəqabət, demək olar ki, 45 il davam etdi. Bütün bu müddət ərzində SSRİ və ABŞ arasında rəqabət müharibəyə keçmədi. Məhz bu, həmin dövrü «soyuq müharibə» dövrü adlandırmağa əsas verdi.

İlk əvvəllər nə bu, nə də digər tərəf bu cür müharibəni heç arzu da etmirdi. Qarşıdurma fakta çevrildiyi zaman isə heç bir tərəfin yeni müharibəni udmaq şansına inamı yox idi.

Bütün planet «soyuq müharibə»yə cəlb olundu. Dünya iki hissəyə, iki hərbi-siyasi və iqtisadi qruplaşmaya, iki ictimai sistemə parçalandı. Dünya iki qütblü, bipolyar oldu. Zor işlətmək hədəsi, «nüvə vahiməsi» BMT Nizam–naməsinin ziddinə olaraq siyasətin başlıca alətinə çevrildi. Sürətlə silahlanma SSRİ və ABŞ-da dinc dövr üçün görünməmiş şəkildə hərbi-sənaye kompleksinin formalaşmasına səbəb oldu.

«Soyuq müharibə» başlıca olaraq dünya siyasətinin bir təzahürü olsa da, ölkələrin daxili həyatına da təsir göstərirdi. «Soyuq müharibə» Qərb ölkələrində «firavanlıq dövləti» yaradılması üçün sosial islahatların keçiril–məsinin tamamlanmasına stimul verdi. «Firavanlıq dövləti» nə kommunizm ideyalarının yayılmasına qarşı sədd kimi baxılırdı.

«Soyuq müharibə» silahlanmaya külli miqdarda xərclər yönəltməyə vadar etdi, ən yaxşı mühəndislər və fəhlələr yeni silah sistemlərinin yaradılması üzə–rində çalışırdılar. Ancaq sürətlə silahlanma görünməmiş elmi kəşflərə də səbəb oldu. Sürətlə silahlanma son nəticədə sovet iqtisadiyyatını gücdən saldı və amerikan iqtisadiyyatının rəqabət qabiliyyətini azaltdı. Bununla yanaşı, sovet -amerikan rəqabəti ABŞ üçün kommunizmə qarşı mübarizənin ön cəbhəsinə çevrilmiş olan Qərbi Almaniya və Yaponiyanın iqtisadi və siyasi mövqelərinin dirçəlməsinə əlverişli təsir göstərdi. ABŞ və SSRİ arasında rəqabət müstəmləkə və asılı ölkələrin xalqlarının istiqlaliyyət uğrunda mübarizəsini yüngülləşdirdi, lakin həm də yaranmaqda olan bu «üçüncü dünya»nı təsir dairələri uğrunda fasiləsiz regional və lokal münaqişələr meydanına çevirdi.

«Soyuq müharibə» illərində beynəlxalq münasibətlərin inkişafı başlıca olaraq fövqəldövlətlər arasında münasibətlərlə müəyyən olunurdu. Onların rəqabəti hərbi-siyasi xarakter daşıyırdı, lakin bununla yanaşı həm bu, həm də digər tərəf nəticəsinə inamı olmadığından açıq hərbi münaqişədən qaçmağa çalışırdı. Bu da müharibədən sonrakı dünya siyasətinin silsiləvi xarakterini müəyyən etdi. «Soyuq müharibə» beynəlxalq münasibətlərin kəskinləşməsi və yumşalmasının bir-birini əvəz etməsi idi. Fövqəldövlətlərin münasibətləri ara–larındakı rəqabət üzündən kəskinləşir, lakin müəyyən həddə çatdıqda hər iki tərəf qlobal müharibəyə cəlb olunmaq qorxusu duymağa başlayırdı. Bu zaman onlar, bir qayda olaraq, gərginliyi azaltmaq yolları arayır, güzəştlərə gedirdilər. Ancaq təhlükəsizlik hissi qayıdan kimi rəqabət əvvəlki qüvvə ilə bərpa olunur və hadisələrin gedişi təkrarlanırdı.

«Soyuq müharibə»ni ilk dəfə açışq şəkildə Böyük Britaniyanın keçmiş baş naziri U.Çörçill 1946-cı ilin martın 5-də ABŞ-ın Fulton şəhərindəki çıxışında elan etdi. O göstərdi ki, komunizmin kapitalist ölkələrinə ixracının qarşısını almaq üçün ingilis -amerikan hərbi ittifaqını təşkil etmək lazımdır. SSRİ də öz növbəsində faşizm üzərində qələbəsi ilə beynəlxalq aləmdə öz nüfuzunun möhkəmlənməsindən dünya sosializm sistemini formalaşdırmaq üçün istifadə etdi. SSRİ ilə digər qalib dövlətlər arasında ən dərin ziddiyyət özünü Almaniyanın iki dövlətə -AFR və ADR-ə parçalanması zamanı göstərdi.

«Soyuq müharibə» termini isə ilk dəfə siyasi ədəbiyyatda məşhur ABŞ diplomatı C.F.Dalles tərəfindən işlədilmişdir. Müharibədən sonrakı illərdə SSRİ-yə qarşı ilk növbədə ABŞ «zor işlətmək» mövqeyindən çıxış edirdi. Bu özünü Trumen doktrinasında və Marşall planının (1948-1952-ci illər) reallaşmasında göstərdi. Marşall planından əsas məqsəd müharibə nəticəsində dağılmış Avropa iqtisadiyyatının bərpasına ABŞ-ın kömək göstərməsi bəhanəsi ilə bu ölkələri iqtisadi cəhətdən ABŞ-dan asılı vəziyyətə salmaq idi. Marşall planı 16 kapitalist ölkəsinə - Böyük Britaniya, Fransa, Belçika, Hollandiya, Lüksemburq, İsveç, Norveç, Avstriya, Portuqaliya, İsveçrə, Türkiyə, Eyre, Danimarka, İslandiya, Yunanıstana şamil edildi. Bu plana əsasən dörd il ərzində bu ölkələrə 17 mlrd dollar yardım edilməli idi. ABŞ şərt qoyurdu ki, bu planı qəbul etmiş ölkələrdə kommunistlər hökumətin tərkibindən çıxarılmalıdırlar.

ABŞ Milli Təhlükəsizlik şurası və Qərargah rəislərinin birləşmiş komitəsi 1948-1955-ci illərdə «SSRİ-nin kommunistləşdirilməsi» adlı bir təlimat işləyib hazırlamışdı. Həmin təlimatda kommunist partiyalarının iqtisadiyyatda və cəmiyyətdə sosial strukturlarının ləğvi, Sovet dövlətinin dağıdılması və onun çoxlu kiçik dövlətlərə parçalanması, bütün digər sosialist dövlətlərində yeni ictimai qaydalar yaradılması, beynəlxalq kommunist hərəkatının tarmar edil–məsi qarşıya bir məqsəd kimi qoyulmuşdu. ABŞ Qərargah rəislərinin birləşmiş Komitəsi SSRİ-yə qarşı bir sıra planlar da tərtib etmişdi. Məsələn, «Pinçer»(1946), «Broyber» (1947), «Qravbler», «Frolik» (1948), «Dropşit» (1949) planı belələrindən idi. 1954-cü ilin martında 750 atom bombası atmaqla SSRİ-ni 2 saata «tüstülənən reaktiv xarabalığa» çevirmək planlaşdırılmışdı. Atom silahında 10:1 üstünlüyə malik olan ABŞ «D» günü – 1957-ci il yanvarın 1-də endirəcəyi nüvə zərbələri ilə ilk yarım saatda 65 milyon nəfər adamı məhv etməyi planlaşdırmışdı. SSRİ xarici işlər naziri A Vışinskinin «Prokuror diplomatiyası» da soyuq müharibənin başlanmasında və kəskinləşməsində xüsusi rol oynadı.

1949-cu ilin aprelində ABŞ-ın rəhbərliyi ilə Vaşinqtonda 12 dövləti iştirakı il ilk hərbi blok – Şimali Atlantika hərbi-siyasi bloku (NATO) yaradıldı. Onun üzvləri ABŞ, Kanada, İngiltərə, Fransa, İtaliya, Norveç, İslandiya, Danimarka, Belçika, Lüksemburq, Hollandliya, Portuqaliya idi (1952-ci ildə bu blokun tərkibinə Yunanıstan və Türkiyə, 1955-ci ildə AFR, 1982-ci ildə İspaniya, 1999-cu ildə Çexiya, Macarıstan, Polşa, 2004-cü ildə Rumıniya, Bolqarıstan, Slovakiya, Sloveniya, Litva, Latviya, Estoniya daxil oldular. Onun üzvlərinin sayı 26-ya çatdı.

Həmçinin Asiya qitəsində də NATO-nun analoqu olan hərbi bloklar təşkil edildi. 1951-ci ildə ABŞ, Avstraliya və Yeni Zellandiyadan ibarət ANZ YUS hərbi bloku təşkil edildi. 1954-cü ildə Cənub-Şərqi Asiya müqavilə təşkilatı hərbi bloku (SEATO) təşkil edildi ki, onun da üzvləri ABŞ, İngiltərə, Fransa, Pakistan, Tailand, Filippin, Yeni Zelandiya, Avstraliya oldu. 1956-cı ildə isə Bağdad hərbi bloku təşkil edildi ki, onun da üzvləri Böyük Britaniya, Türkiyə, İraq, İran, Pakistan idi. Bu hərbi blokdan 1959-cu ildə İraq çıxdıqdan sonra o, SENTO (Mərkəzi müqavilə təşkilatı) adlandı.

ABŞ bir sıra beynəlxalq təşkilatlarda da ağalıq mövqeyi tutdu. Belə ki, 1947-ci ildə ABŞ-ın rəhbərliyi altında Qərb yarımkürəsinin müdafiəsi haq–qında Rio-de Janeyro paktı bağlandı. 1948-ci ildə Boqotada ABŞ-ın başçılığı ilə Amerika dövlətləri təşkilatı (ADT) təşkil edildi ki, onu bəzən istehza ilə «Vaşinqton müstəmləkələri nazirliyi» də adlandırırdılar. Bundan başqa ABŞ-ın rəhbərliyi altında Ümumdünya bankı və Beynəlxalq valyuta fondu, Tariflər və ticarət üzrə rəhbər razılıq, İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı yarandı. XX əsrin 40-cı illərinin sonu 50-ci illərin əvvəllərində Koreya yarım–adasında. Yaxın Şərq, Konqo, Kiprdə münaqişələr zamanı ABŞ öz məqsədlərini yerinə yetirmək üçün BMT-nin Baş məclisindən məharətlə istifadə edirdi.

ABŞ özünün bütün hərbi, iqtisadi və siyasi qüdrətinə baxmayaraq müharibədən sonrakı dünyanın yeganə lideri ola bilmədi. Beynəlxalq miqyasda ABŞ SSRİ kimi daha bir fövqəldövlətin varlığı ilə hesablamaq məcburiyyətində idi. SSRİ və dünya sosializm sisteminə daxil olan ölkələr müstəmləkə və asılı ölkələrin xalqlarının milli-azadlıq hərəkatlarını qətiyyətlə müdafiə edirdi. Ona görə də üçüncü dünya ölkələrində SSRİ-nin rol və nüfuzu artdı.

«Soyuq müharibə» şəraitində Avropada da hərbi və siyasi ittifaqlar yaradıldı. Onlardan birincisi 1948-ci ilin martında Haaqada yaradılmış Qərb İttifaqı oldu. Bura Böyük Britaniya, Fransa, Belçika, Niderland, Lüksemburq daxil idi. 1954-cü ildə o, Qərbi Avropa Müdafiə İttifaqına çevrildi. Ona AFR, İtaliya, İspaniya, Portuqaliya da daxil oldu. O, Avropada NATO-nun dayagı oldu. Tezliklə Qərbi Avropa Müdafiə İttifaqı 9 dövləti birləşdirdi. 1949-cu ildə isə Avropa Şurası yaradıldı.

Müharibədə dağılmış iqtisadiyyata bərpa etdikdən sonra SSRİ başlıca diqqətini hərbi qüdrətini gücləndirməyə verdi. NATO-nun hərbi hədələrinə cavab olaraq SSRİ 1955-ci ilin mayında Avropanın digər sosialist ölkələri-Polşa, ADR Çexoslovakiya, Rumıniya, Bolqarıstan, Macarıstan, (Albaniya 1968-ci ildə birtərəfli qaydada müqaviləni pozaraq ondan çıxdı) ilə birlikdə Varşava Müqaviləsi Təşkilatını yaratdı.


1   ...   24   25   26   27   28   29   30   31   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə