Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ




Yüklə 2.15 Mb.
səhifə22/32
tarix21.02.2016
ölçüsü2.15 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

İSVEÇ
İsveç İkinci dünya müharibəsindən sonrakı ilk illərdə. Müharibə dövründə İsveç bitərəfliyini saxladı. İxrac çoxaldı. Sənayesi artdı. Müharibə edən ölkələrdə əlverişli ticarət apardı. Müharibə dövründə hər üç tankdan biri Almaniyada İsveç filizindən hazırlanırdı. İşsizlərin sayı azaldı.

Ölkə üçün müharibədən sonra iqtisadi rəqabət tam xoşagələn oldu. Onlar Avropa ölkələrinə sənaye və tikinti materialları göndərməyə başladılar. Xarici ticarət artdı. 1946-cü ilin sonunda dövlət bankında onun valyuta ehtiyatı 3 mlrd. kron oldu. 20-dən çox ölkəyə kapital qoydu və orada müəssisələr tikdi. Dünya bazarında ABŞ-la rəqabət gücləndi.

Bununula belə, ABŞ İsveçə güclü iqtisadi təzyiq göstərirdi. O, ABŞ-la ABŞ üçün əlverişli maliyyə əməliyyatları aparmağa məcbur oldu. Bu onun qızıl ehtiyatlarını 6 dəfə azaltdı. 1948-ci ildə ABŞ onu «Marşal planı»na qoşulmağa məcbur etdi. Daxili siyasi vəziyyət nisbətən sabit idi.

1945-ci il parlament seçkiləri nəticəsində riksdaqda mütləq əksəriyyəti sosial-demokratlar və kommunistlər tutdular. Burjua partiyaları olan kəndli, mühafizəkarlar, Xalq partiyaları az yer aldalır. Əmək haqları artırıldı, xırda fermerlərin gəlirlərinin artırılması proqramı qəbul edildi. İşsizliyə və xəstəliyə görə müavinət müəyyən edildi. Qadın və kişilərə bərabər əmək haqqı, çoxuşaqlı ailələrə yardım verilməyə başlandı

Bu vaxta qədər mövcud olan 4 partiyalı hökuməti 1945-ci ilin iyulun 20-də birpartiyalı sosial-demokrat hökuməti əvəz etdi. Hökumətin başında İSDP-nin lideri P.A.Xanson dururdu. 1946-cı ilin payızında onun ölümündən sonra Sosial-demokrat partiyasının lideri Taqe Erlander baş nazir oldu. Müharibədən sonrakı ilk illərdə bir sıra islahatlar, o cümlədən, qocalığa, xəstəliyə görə pensiya, aşağı maaşlı dövlət qulluqçularının əmək haqqı artırıldı, səmərəli vergi siyasəti keçirildi, mənzil tikintisi artırıldı, 10 ha-dan az olmayaraq fermerlərə torpaq verildi.

1948-ci il seçkilərindən sonra yenə də sosial-demokrat hökuməti təşkil edildi. Lakin bu dövrdə daxili və beynəlxalq mühafizəkar qüvvələrin təzyiqi altında silahlanma da gücləndi.

İsveçin xarici siyasəti ilk əvvəl bloklara qoşulmamaq xəttinə əsaslanırdı. O ABŞ, Norveç, İngiltərə, Danimarka ilə yaxşı münasibət yaratdı. İsçevin Almaniyanı müdafiə etməsi, bir çox hərbi cani qaçqınların öz ərazisində yaşamasına icazə verməsi Sovet-İsveç münasibətlərini pisləşdirdi. 1946-cı ilin yay-payızında Sovet-İsveç danışıqları nəticəsində uzun müddətli kredit sazişi bağlandı. İsveç SSRİ-yə 1 milyon kron kredit verdi. Bu sovet bazarının açılmasına və işsizlərin çıxıb getməsinə şərait yaratdı. İsveç həmçinin İngiltərə, Norveç, Danimarka, Finlandiya, Hollandiyaya 4 milyon kron kredit verdi. 1946-da o, BMT-yə daxil oldu. İsveç Avropa şurasına, Avropa kömür və polad birliyinə də daxil oldu ki, bu da onun «Qərb dünyası» ilə əlaqəsini göstərirdi.

İsveç XX əsrin 50-60-cı illərində. İsveç «soyuq muharibə» dövründə çox böyük gəlir əldə etdi. ABŞ-ın Koreyadakı müharibəsi İsveçin hərbi sənayesinə stimul verdi, ixrac artdı. Əgər 1946-cı-1950-ci illərdə topdansatış milli məhsul 44% artmışdırsa, 1960-cı ildə bu rəqəm 60%-ə qalxdı.

Dövlət-ishisarçı kapitalizmin mövqeyi gücləndi. Onun əsas nümayəndələri Vandenberq, Yunsonov, Bonerov, Brustyomov, Vener-Qrenov ailələri idi. Qulluqçuların xüsusi çəkisi 50-ci illərdə 34% artdı. Sahibkarların sayı 25% azaldı. Bu istehsalın mərkəzləşməsi və təmərküzləşməsi ilə əlaqədar idi.

İqitsadi yüksəliş ilk növbədə maliyyə oliqarxiyasına iri gəlir gətirdi. Zəhmətkeşlərin vəziyyəti də bir qədər yaxşılaşdı. 50-ci illərlə real əmək haqqı 35% artdı. 60-cı illərdə sənayedə saathesabı əmək haqqı 2 dəfə artdı. Zəhmətkeşlərin mənafeyi naminə bir sıra sosial tədbirlər həyata keçirildi.

İsveç hökumətinə başçılıq edən sosial-demokratların mövqeyi gücləndi. 1951-ci ilin payızında sosial demokratlarla Kəndli ittifaqı partiyası (qırmızı yaşıl koalisiya) ikipartiyalı koalisiya yaratmaq haqqında razılığa gəldilər. Onlar istehsalın ayrı-ayrı sahələrinin milliləşdirilməsindən imtina etdilər. Xarici siyasət sahəsində hər iki partiya bitərəfliyi müdafiə etdilər.

Erlander hökuməti yenə də əvvəlki siyasətini davam etdirirdi. İsveç həmkarlar İttifaqı Mərkəzi Birliyi və sahibkarlar İttifaqı əmək haqqı şkalasının artmasını dayandırdı. 1951-ci ildə üçhəftəlik pulu ödənilən məzuniyyət verildi. 1955-ci ildə xəstəliyinə görə sığorta verildi. İsveç özünün şərq yarımkürəsində dəmir filizi yataqlarının milliləşdirilməsi haqqında qanun qəbul etdi. 1957-ci ildən 45 saatlıq iş həftəsi tətbiq edilməyə başladı. Əməyə görə pensiya məsələsi ilə əlaqədar 1957-ci ilin oktyabrın 13-də referendum keçirildi. 1957-ci ilin oktyabrında aqrarilər hökumət koalisiyasından çıxdılar, sosial-demokratlar birpartiyalı hökumət təşkil etdilər.

1957-ci ilin sonu 1958-ci ilin birinci yarısında İsveçdə iqitsadi vəziyyət pisləşdi. İqtisadi və siyasi böhran başlandı. 1958-ci ilin aprelin 25-də riksdağın ikinci palatası pensiyalar haqqında qanun layihəsini qəbul etməkdən imtina etdi. Bundan sora Erlander hökuməti riksdağı buraxdı və yeni növbədənkənar seçkilər təyin etdi. Sosial demokratlar yenə əksəriyyət qazandılar. 1958-ci ilin mayında pensiya haqqında qanun əksəriyyət səslə qəbul edildi. Bir sıra sosial tədbirlər həyata keçirildi. Sosial təminat haqqında qanun qəbul edildi. Doqquz illik təhsil məcburi oldu. 1963-cü ildən 40 saatlıq iş həftəsinə keçildi. 1964-cü ilin yanvarından çoxuşaqlı, aşağı təminatlı ailələrə müavinat iki dəfə artırıldı. Yarımmilyon qulluqçunun maaşı 5% artırıldı. 1968-ci ildən pensiyalar da 38% artırıldı. Bununla bərabər, daşınmaz əmlakı 100 min krondan çox olanlara vergilər də artırıldı. Bu tədbirlər sosial- demokratların nüfuzunu artırdı. 1968-ci ildə keçirilən seçkilərdə yenidən sosial demokratlar 50 % səs aldılar.

1969-cu ildə Erlander istefaya getdi. Hökumətə və partiyaya Ulof Palma başçılıq etdi. Bu vaxta qədər o maarif naziri idi. 1969-cu ildə riksdağın iki palatadan bir palataya keçməsi haqqında islahat bəyənildi. Lakin Ölkədə yenə də «sinfi sülh» yox idi. 1951-ci ilin martında Qteberqlə, Stokholmda böyük iqtisadi tətillər oldu. Sahibkarlar əmək haqqını orta hesabla 20% artırmağa məcbur oldular.50-60-cı illərin iqtisadi inkişafı İsveçin yüksək inkişaf etmiş sənaye dövləti olduğunu sübut etdi.

İsveç yenə də bitərəfilik, Qərb yönümlü siyasəti əsas götürürdü. Koreyada ABŞ təcavüzünü bəyəndi. 50-ci illərin əvvəllərində hərbi xərclər artırıldı. Şimal rayonunda və Baltik dənizində hərbi təlimlər keçirildi.

1952-ci İsveç Şimal Şurasına daxil oldu. Atom silahı əleyhinə çıxdı, 1956-cı ildə Misirdə təcavüzü pislədi. 1953-cü ilin yazından sovet-İsveç münasibətləri yenidən normaya düşdü. 1961-ci ilin oktyabrında İsveçin xarici işlər naziri E.Unden «atomsuz dövlətlər klubu» («Unden planı») təklifi ilə çıxış etdi. İsveç ABŞ-ın Hind-Çində təcavüzünə qarşı çıxdı. Vyetnamda sülh uğrunda mübarizəyə həsr edilmiş Stoklholmda beynəlxalq konfrans keçirildi. 1969-da o Vyetnamla diplomatik münasibətlər yaratdı. İngilisdilli olan ölkələrə 500 milyon kron kömək etdi.

İsveç XX əsrin 70-ci illərində. 70-ci illərin əvvəllərində İsveç iqtisadiyyatında böhran öz təzahürlərini göstərməyə başladı. 1975-1977-ci illərdə sənaye istehsalı 8,5% azaldı. Böhran daxili bazar üçün işləyən sənaye sahələrinə daha çox toxundu, istehsal aşağı düşdü, xüsusi metallar istehsalı azaldı. Ancaq 70-ci illərin sonunda canlanma baş verdi. İqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün hökümət bir sıra sosial tədbirlər gördü. 1971-ci ildə 40 saatlıq iş həftəsi haqqında, əməyin mühafizəsi və məşğulluq təminatı haqqında qanun verildi. Sənayenin inkişafı üçün 1962-ci ildə 60 mlrd kron pensiya fondundan vəsait ayrıldı.

İqtisadi çətinliklər siyasi sabitliyə də təsir göstərdi. Ölkəyə rəhbərlik üstündə burjua partiyaları ilə sosial-demokratlar arasında mübarizə kəskinləşdi. 1973-cü il riksdaq seçkilərində burjua partiyaları səslərin yarısını aldılar. Sosial-demokratlar hakimiyyətdə qalsalar da, bu və ya digər islahatın fəal həyata keçirilməsini təmin edə bilmədilər. İsveçin sol dairələri bu şəraitdə yeni mütərəqqi islahatlar təklifi ilə çıxış etdilər.

1975-ci ildə İsveçdə yeni Konstitusiya qəbul edildi. Riqsdaqın rolu artırıldı. Riqsdaqa əhali tərəfindən üç ildən bir 349 deputat seçilirdi. Ölkə əhalisinin 18 yaşdan yuxarı hamısı seçə və seçilə bilərdi. Siyasi partiyalar riksdağa öz nümayəndələrini göndərmək üçün ölkə seçicilərinin 4%-nin, seçki dairələrinin isə 12%-nin səsini almalı idlər. Riksdaq baş naziri təyin edir və azad edirdi. Dövlətin başçısı olan kral əməli olaraq heç bir siyasi hakimiyyətə malik deyil. 1973-cü ildən İsveç kralı XVI Karl Qustavdır. Bütövlükdə Konstitusiya burjua-demokrat xarakteri daşıyırdı.

70-ci illərin II yarısında ölkədə şərait dəyişildi. 1976-cı ilin sentyabrın 19-da burjua partiyaları riksdaqda əksəriyyət yer tutdular (180 yer). Sosial-demokratlar müxalifətə keçdilər. 1976-cı ilin oktyabrın 8-də Mərkəz partiyasının sədri T.Feldin üç burjua partiyadarının nümayəndələrindən ibarət hökumət təşkil etdi.

Sosial-demokratların məğlubiyyətinin səbəbi onların vergi siyasətləri və xalqın AES tikintisindən narazılığı idi. 18-20 yaşlı seçki hüququ olan gənclər də burjua partiyalarının təsirinə düşərək sosial-demokratları «xüsusi təşəbbüsü sıxışdırmaqda» təqsirləndirdilər. Lakin burjua hökumətinin də mövqeyi möhkəm deyildi. 1977-də ildə hökumət antiböhran təklifi irəli sürdü, vergilər artdı, kronun 2 dəfə bərpası getdi. Sahibkarlardan alınan vergi isə azaldıldı. Bu əslində «kəmərləri bərkitmək» siyasəti idi. Bu siyasət sol qüvvələrin narazılığına səbəb oldu. 70-ci illərdən ölkədə fikir müxtəlifliyi gücləndi.

70-ci illərdə İsveç beynəlxalq gərginliyinin zəifləməsini müdafiə etdi. 1972-ci ildə o, ADR-lə, 1973-də SSRİ ilə diplomatik münasibətlər yaratdı. NATO-ya girmədi, lakin ona daxil olan ölkələrlə əməkdaşlıq etdi. 1977-ci ildə İsveç BMT-nin atom silahlarının bütün sferada sınaqdan keçirilməsinə qarşı çıxan müqayilə layihəsini bəyəndi. 1978-ci ildə İsveç ABŞ-ın neytron bombasını Avropada yerləşdirmək təklifinin qəti əleyhinə çıxdı.



İsveç XX əsrin 80-90-cı illərində. 80-ci illərin əvvəllərində ölkədə vəziyyət yenidən pisləşdi. Xarici borclar artdı, inflyasiya, məşğulluq problemi kəskinləşdi. Burjua partiyalarının hakimiyyəti dövründə qiymətlər 80% qalxdı, real əək haqqı 10 % aşağı düşdü. Ölkədə işsizlik artdı. Sənaye istehsalı 4,5% aşağı düşdü. Bütün sənaye sahələrində gerilik müşahidə olundu. 1982-ci ilin sonunda əmək qabiliyyətli əhalinin 4%-i, yəni 180 min adam işsiz idi.

Siyasi mübarizə də kəskinləşdi. Tətil hərəkatı artdı. İstehsal obyektlərinin 85%-i iflic vəziyyətində idi. 1909-cu ildən sonra birinci belə ciddi əmək konflikti yarandı. Lakin tezliklə kompromis əldə edildi. Vəziyyətin mürəkkəbliyi riksdağı 1980-ci ilin avqustunda sessiya çağırmağa məcbur etdi. Feldin hökuməti «sərt qənaət» proqramını irəli sürdü.

1982-ci il sentyabrın 17-də parlament seçkilərində burjua partiyaları məğlubbiyyətə uğradılar. 1982-ci ilin oktyabrında U.Palma sosial-demokratlar və bitərəflərdən ibarət hökumət təşkil etdi. Birinci vəzifə ölkəni iqitsadi böhrandan çıxartmaq idi. «Əməkçilərin fondu»nun təşkil edilməsi haqqında qanun layihəsi təklif edildi. Burjua partiyaları bu qanun layihəsini rədd etdilər. Onların fikrincə, bu İsveçin «sosialisləşdirilməsi» demək idi. Əslində bu vəsait yığmaq məqsədini daşıyırdı. Həqiqətdə isə hökumət «sərt qənaət» siyasətini davam etdirirdi. 1983-cü ildən tədricən iqtisadiyyatda canlanma baş verdi.

1985-ci ilin sentyabrında keçirilən parlament seçkilərində yenə də sosial-demokratlar qələbə qazandılar. Seçkilər göstərdi ki, xalq hakimiyyəti burjua partiyalarına vermək istəmir. U.Palmenin 1986-cı ildə öldürülməsindən sonra partiya və hökumətin lideri İ.Karlsson oldu.

80-ci illərdə antimüharibə hərəkatı gücləndi. 1982-ci ilin mayın 15-də Höterberqdə sülh tərəfdarlarının iri etiraz nümayişləri oldu. 100 min adam iştirak etdi. Stokholmda «Sülh-marşı 1982» başladı, Helsinki-Moskva – Minskə qədər davam etdi. 1985-ci U.Palme beynəlxalq Lenin mükafatına layiq görüldü. O bu mükafatı xalqlar arasında sülhü möhkəmlətməkdəki xidmətlərinə görə aldı.

Beynəlxalq məsələlərdə İsveç təcavüzkar dairələri müdafiə etmədi. İsveç Mərkəzi Avropada nüvəsiz zona yaratmaq təşəbbüsü ilə çıxış etdi. 1984-1986-cı illərdə Stokholmda etibarın, təhlükəsizliyin və tərkisilahın möhkəmləndirilməsi tədbirləri ilə əlaqədar konfrans keçirildi. İsveç 1982-ci ildə İsrailin Livana, 1983-cü ildə ABŞ-ın Qrendaya təcavüzünü, Çilidə Xuntalın hakimiyyətini pislədi. İsveçin xarici siyasətinin mərkəzində ölkənin təhlükəsizliyi məsələsi dururdu. 1981-ci ilin iyunun 3-də İsveç Şimali Avropa ölkələrinə məsləhət gördü ki, Şimali Avropada nüvəsiz zona təşkil etsinlər və gələcəkdə bütün Avropa qitəsini atom silahından azad zona etsinlər. Polşa və Əfqanıstan məsələsində İsveç SSRi-nin yox, Qərbin mövqeyini müdafiə etdi. Bundan başqa 1981-ci ilin oktyabrında Sovet sualtı qayıqlarının İsveçin su ərazisində görünməsi ilə əlaqədar İsveçdə bəzi dairələr Sovet hərbi təhlükəsini uydurdular. SSRİ ilə İsveç arasında ancaq 80-ci illərin ortalarında münasibətlər normallaşdı. 1985-ci ildə Rıjkov İsveçə getdi. 1986-da baş nazir Karlsson SSRİ-yə gəldi. İsveç 1995-ci ildən Avropa Şurasının üzvü oldu.

1998-ci ildə keçirilən parlament seçkilərində Sosial-demokratlar yenə də qələbə qazandılar. U.Personun başçılığı altında sosial-demokrat hökuməti təşkil edildi. İsveçdə əhalinin həyat səviyyəsi yüksəkdir. Ölkədə yaxşı təşkil edilmiş sosial müdafiə sistemi vardır. O, Avropada işsizlik səviyyəsi ən aşağı olan ölkələrdən biridir. İsveçlilərin hamısının azad mənzilləri, şəxsi avtomobilləri, məzuniy­yətlərini xaricdə keçirmək imkanları var. Sosial-demokratlar parlamentdə və siyasi meydanda əhəmiyyətli mövqelərini qoruyub saxlayır, onun liderləri isə «İsveç modeli»nin gələcəyinə inanırlar.
FİNLANDİYA

Finlandiya İkinci dünya müharibəsindən sonrakı ilk illərdə.İkinci dünya müharibəsi dövründə Finlandiya Hitler koalisiyasının tərəfində idi. 1944-cü ilin sentyabrın 19-da SSRİ və Böyük Britaniya ilə saziş bağladı və müharibədən çıxdı. Müharibə nəticəsində ölkənin kənd təsərrüfatı 30% azaldı.

Müharibədən sonra ölkədə siyasi dəyişiklik baş verdi. Faşist təşkilatları, müharibə dövrünün fövqaladə qanunları ləğv edildi. FKP açıq fəaliyyətə başladı. Mütərəqqi qüvvələrin birləşməsində 1944-cü ilin oktyabrın 24-də yaradılmış Fin demokratik ititfaqı mühüm rol oynadı. Bu dövrdə təşkil edilmiş Gənclərin və qadınların Federasiyası da onun tərkibinə daxil oldu. Ölkədə Finlandiya Həmkarlar ittifaqının Mərkəzi birliyinin rolu da artdı.

Bu dövrdə ölkədə ən nüfuzlu partiyalardan biri olan Finlandiya sosial-demokrat partiyasının nüfuzu xeyli gücləndi. 1945-ci ilin əvvəllərində onun sıralarında 30 min adam var idi.

Barışıq əldə edilidkdən sonra Finlandiyada U.Kastrenin başçılığı ilə hökumət təşkil edildi. 1945-ci ilin noyabrının 12-də onu Paasikivi əvəz etdi. O, Aqrarilər İttifaqı partiyasının üzvü idi (o cümlədən Kekkonen də bu partiyanın üzvü idi).

1945-ci ilin fevralında başlıca müharibə canilərinin müəyyən edilməsi üzrə Təhqiqat komissiyası yaradıldı.

1945-ci ilin martında keçirilən parlament seçkilərində Mütərəqqi qüvvələr qələbə çaldılar. Aprelin 17-də Paasikivinin başçılığı ilə yeni hökumət təşkil edildi. 1945-ci ildə parlament torpaq qanununu bəyəndi. 1953-cü ildə kəndlilər 2054 min ha torpaq aldılar.

Xarici siyasətdə böyük dəyişiklik baş verdi. 1945-ci ilin avqustun 6-da SSRİ ilə Finlandiya arasında diplomatik münasibətlər bərpa edildi.

1946-cı il martın 4-də Mannerheym prezident vəzifəsindən istefa verdi. Martın 9-da bu kürsüyə Paasikivi əyləşdi. Yeni hökumətə FSDP-nin sədri Mauno Pekkala başçılıq etdi. Qısa müddətdə hökumət sosial vəziyyətə aid 20 qanun qəbul etdi. 1947-ci ilin yazında hökumət gizli silah anbarlarının təşkilatçıları üzərində məhkəmə prosesinə başladı. İrticaya məxsus 1300 anbar aşkar edildi.

1947-ci ilin fevralın 10-da antifaşist ititfaqın 10 ölkəsi Finlandiya ilə sülh müqaviləsi bağladı. 1946-da Sovet hökuməti Finlandiyanın təzminat ödəməsi müddətini 2 il uzatdı. Hər il onun miqdarı 1,5 dəfə azaldıldı. 1948-ci ildə isə onun miqdarı 50% azaldıldı. 1948-ci ilin aprelin 6-da SSRi ilə Finlandiya arasında dostluq əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə bağlandı.

Sağ qüvvələr Pekkala hökumətinin daxili və xarici siyasətinə qarışmağa başladılar. Onlar hökuməti iqtisadi çətinlikləri aradan qaldırmamaqda günahlandırır, antikommunist əhval-ruhiyyəni qızışdırır, belə bir şayə yayırdılar ki, güya kommunistlər çevriliş etmək istəyirlər. 1948-ci ilin mayında sosial-demokratlar və aqrarilər hökumətdə qalmaqdan imtina etdilər. 1948-ci il mayında keçirilən parlament seçiklərində FSDP 11 mandat itirdi. Aqrarilər 56 yer, sosial-demokratlar 54 yer aldılar. Finlandiyada birpartiyalı sosial-demokrat hökuməti təşkil edildi. Baş nazir Faqerholm oldu. Yeni hökumət «üçüncü yol» platformasını irəli sürdü. SSRİ ilə ticarət azaldı, ABŞ-la isə genişləndi. Mütərəqqi təşkilatların fəaliyyəti məhdudlaşdırıldı. Müharibənin günahkarları həbsdən buraxıldı. Mühafizəedici polisiya təşkil edildi. O, burjuaziyanın mənafeyini müdafiə edirdi. Faşist təşkilatçıları yenidən dirçəlməyə başladılar. Kommunistər və digər mütərəqqi şəxslər dövlət müəssisə­lərindən qovuldular.

40-cı illərin sonunda iqtisadi vəziyyət 1941-ci illə müqayisədə 2 dəfə pisləşdi. 1949-cu ilin yayında meşə səna­ye­sinin 5 min fəhləsi tətil etdi.

Finlandiya XX əsrin 50-60-cı illərində. 1950-ci ilin əvvəllərində keçirilən prezident seçkiləri ilə əlaqədar siyasi mübarizə kəskinləşdi. 1950-ci ilin fevralın 1-də Paasikivi yenidən prezident seçildi. Baş nazir isə Aqrarilər ittifaqının sədri Kekkonen oldu. 1951-ci ilin yanvarında aqrarilərdən və sosial-demokratlardan ibarət hökumət təşkil edildi. 50-ci illərdə Finlandiyada 19 hökumət böhranı olmuşdu. 1956-cı ilin əvvəllərində keçirilən prezident seçkilərində yenidən mübarizə başlandı. Paasikivi yaşına görə namizədliyini irəli sürmədi. Kekkonen prezident seçildi. O, da Paasikivi kimi SSRi ilə dostluq siyasətini davam etdirirdi ki, bu da tarixdə «Paasikivi-Kekkonen xətti» adlanır.

1958-ci ilin iyulunda parlament seçkiləri ilə əlaqədar mübarizə kəskinləşdi. 1958-ci ilin avqustunda sol sosial-demokrat Faqerholm başda olmaqla hökumət təşkil olundu. Onun tərkibinə İsveç və Fin xalq partiyalarının nümayəndələri daxil oldular. Yeni hökumət demokratiya və sülhsevər siyasətdən əl çəkmək xəttini götürdü. Lakin bu mütərəqqi qüvvələrin böyük narazılığına səbəb olduğu üçün 1959-cu ilin aprelin 13-də Faqerholm istefaya getdi. FSDP-də parçalanma baş verdi. Onun mövqeyi zəiflədi.

50-ci illərin sonu 60-cı illərin əvvəllərində iqtisadi canlanma başladı. İxrac sahələrinin sənaye məhsuları artdı. Kağız və ağac emalı sənayesinin məhsulları çoxaldı. Maşınqayırma və gəmiqayırma sahəsində modernizasiya baş verdi. 60-cı illərdə iqtisadiyyat daha sürətlə inkişaf etdi. Milli ərzaq məhsulları istehsalı orta hesabla ildə 5%, sənaye məhsulları istehsalı isə 7% artdı. İstehsalının mərkəzləşməsi və təmərküzləşməsi başlandı. Ölkədə 75% sənaye kapitalına sahiblik edən 20 varlı ailə 50 iri firmaya rəhbərlik edirdi. Fəhlə sinfinin və muzdlu işçilərin sayı artdı.

1962-ci ilin martında prezident seçkilərində sağ quvvələr məğlub oldular. Ölkə prezidenti yenə də Y.K.Kekkonen seçildi. Sağların siyasəti nəticəsində 1963-cü ildə FSDP-nin sədri V.Tanner istefaya getdi Partiyanın yeni sədri Paassio oldu, o mötədil qanada məxsus idi.

1966-cı ilin martında parlament seçiklərində FSDP digər partiyalarla ilə blokda çoxluq qazandı. Onlar Mərkəz partiyası ilə birlikdə hökumət təşkil etdilər (1965-ci ildən Mərkəz partiyası Aqrar ittifaqı adlanmağa başladı). Yeni hökumətə FSDP-nin lideri Paassio başçılıq etdi. 1968-ci ilin martında hökumətə yenə o partiyadan olan M.Koyvisto başçılıq etməyə başladı. Bu partiyalar 1971-ci ilin martına qədər hakimiyyətdə oldu.

Bu hökumət bir sıra iqitsadi çətinliklərlə toqquşdu. 1968-ci ildə parlament vergi siyasəti haqqında qanunu bəyəndi. Əmək qanunvericiliyi yaxşılaşdırıldı, pensiyaların həcmi, əhalinin bir sıra təbəqələrinə verilən müavinat artırıldı, mənzil tiikntisi genişləndirildi. Lakin inhisarı məhdudlaşdırmaq mümkün olmadı. 50-60-cı illərdə fəhlə sinfinin çəkisi xeyli artmış oldu. 1951-ci ildə həmkarlar ittiffaqları sahibkarla saziş bağladılar. 1969-cu ildə bütün həmkralar ititfaqları Finlandiya həmkarlar ittifaqında birləşdilər.

1950-ci ildə SSRİ ilə Finlandiya arasında ticarət sazişi bağlandı. 1955-ci ildə SSRİ təcili Porkalla – Udd ərazisindən əl çəkdi, oradakı hərbi-dəniz bazasını ləğv etdi. 1962-ci ilin sentyabrında SSRİ Finlandiyaya 50 illiyə Saymen kanalının sovet hissəsini icarəyə verdi.

1961-ci ildə Finlandiya AATA (Avropa Azad Ticarət Asosiasiyası) ilə sərbəst ticarət haqqında saziş bağladı. 1969-cu ildə o, İqtisadi əməkdaşlıq və inkişaf təşkilatına daxil oldu.

1955-də Finlandiya BMT-yə və Şimali Şurasına daxil oldu. 1963-cü ildə Kekkonen təklif etdi ki, Şimali Avropa nüvəsiz zona elan edilsin. 1968-ci ildə Finlandiya atom silahının yayılmaması haqqında müqaviləni imzaladı və seym onu ratifikasiya etdi.

Finlandiya XX əsrin 70-ci illərində. Dünya iqtisadi rəqabətinin zəifləməsi ilə əlaqədar 1971-ci ildə Finlandiyada iqtisadi inkişaf ləngiməyə başladı. Ancaq 1975-ci ildə canlanma baş verdi. 1976-1977-ci ildə yenidən durğunluq baş verdi. Canlanma bir də70-ci illərin sonunda müşahidə edildi.

1970-ci ilin martın 15-16-da parlament seçkilərində koalisiyon hökumət təşkil edildi. O, əvvəlkilərin siyasətini davam etdirəcəyinə söz verdi. Burjua partiyaları prezidenti dəyişməyə çalışsalar da, xalqın əksəriyyəti Kekkoneni müdafiə etdi.

Zəhmətkeşlərin vəziyyəti iqtisadi çətinliklərlə əlaqədar çətinləşdi. Tətilçilər əmək haqqının 10% artırılmasına nail oldular.

Sol qüvvələr höküməti xarici siyasətdə SSRİ ilə əməkdaşlığa xüsusi əhəmiyyət verirdilər. 1974-cü ildə SSRİ-dən Finlandiyaya təbii qaz verilməyə başladı. SSRİ-nin köməyi ilə orada AES, Faax şəhərində metallurgiya zavodu tikildi. 1974-cü ildən SSRİ Finlandiyanın birinci partnyoru oldu.

1971-ci ilin aprelində iqtisadi, elmi-texniki əməkdaşlığa, 1974-cü ildə dənizdə əməkdaşlığa aid SSRİ-Finlandiya sazişi bağlandı. 1975-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə 35 dövlətin iştirakı ilə müşavirə keçirildi. ATƏT yaradıldı. Finlandiya da onun üzvü oldu.

Finlandiya XX əsrin 80-90-cı illərində.Qərbi Avropa ölkələrində iqtisadi böhran təzahürləri Finlandiyada da özünü göstərməyə başladı. 1982-ci ildə sənaye məhsulları istehsalı 5%, kənd təsərrüfat məhsulları istehsalı 8 % azaldı. 1983-cü ildə yenidən canlanma baş verdi. Yaşının keçməsi ilə əlaqədar Kekkonen istefaya getdi. 1982-ci ilin yanvarın 20-də FSDP-nin sədri M.Koyvisto prezident seçildi. 1982-ci ilin fevralında K.Sorsa yeni hökumət təşkil etdi. Pensiya artırıldı. Sosial qanunvericilik aktı qəbul edildi. 1982-ci ilin payızında qiymətlər donduruldu. 1982-ci ilin dekabrında kommunist nazirlər büdcə məsələsində fikir ayrılığı ilə əlaqədar hökumətdən getdilər.

1983-cü ilin martında növbəti parlament seçkilərindən sonra da hökumətə K.Sorsa başçılıq etdi. İnflyasiya və işsizliklə mübarizə proqramı irəli sürüldü.

80-ci illərin əvvəllərində beynəlxalq gərginliyini artması ilə əlaqədar olaraq Finlandiya Avropa təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirməyə başladı. 1982-ci ildə BMT-nin 20-ci sessiyasında Finlandiya nüvə silahını ləğv etmək haqqında müqavilə bağlamaq təklifi ilə çıxış etdi.

SSRİ ilə Finlandiya arasında mehriban münasibətlər bu dövrdə də davam edirdi.

1994-cü ildən 2000-ci ilədək isə Finlandiyanın prezidenti M.Axtisaari oldu. Onun dövründə Avropada inteqrasiya proseslərində Finlandiya da fəal iştirak etdi.

90-cı illərdə Finlandiya BMT-nin sülhməramlı tədbirlərində, insan hüquqları və ətraf mühitin qorunması və tərksilah məsələləri üzrə ümumavropa əməkdaşlığında fəal iştirak edirdi. 1995-ci ildə Finlandiya Avropa İttifaqına üzv oldu.


DANİMARKA KRALLIĞI
İkinci dünya müharibəsindən sonrakı ilk illərdə danimarkanın iqtisadi və siyasi vəziyyəti. 1945-ci ilin mayın 5-də Danimarkadakı faşist orduları təslim oldular. Mü­haribə nəticəsinə Danimarka 5 min insan itirdi. Ona dəyən zərər 8 mlrd.kron idi.

Londonda yerləşən mühacir hökumətinə başçılıq edən mühafizəkarlar və radikallar partiyası ölkənin siyasi həyatında möhkəmlənməyə çalışırdılar. İşğal dövründə ölkədə azacıq da olsa, fəaliyyət göstərən sosial-demokrat hökuməti və kral hakimiyyətdə qalmağa daha çox iddialı idilər. Vəziyyətin mürəkkəbliyi onda idi ki, müharibə illərində ölkənin ən nüfuzlu partiyası olan sosial-de­mokrat partiyası qismən həm faşistlərlə, həm də Azadlıq Şurası ilə əməkdaşlıq edirdi. Ölkənin siyasi həyatına İngiltərənin təsiri böyük idi.

Müharibədən sonra təşkil edilmiş birinci koalisiyalı hökumətə V.Bulem başçılıq edirdi. Bu hökumət 1945-ci ilin mayın 10-dan noyabrın 6-dək fəaliyyət göstərdi. «Xilasetmə hökuməti» adlanan bu hökumət işğal dövründə qəbul edil­miş bütün qanunları təxirə saldı, bir sıra islahatlar keçirdi. Sosial-demokratlar xalq içərisində yenidən öz nüfuzlarını bərpa etmək üçün işğalçılarla əməkdaşlıq etmiş inhisarları milliləşdirmək təklifi ilə çıxış etdilər. Onlar həmçinin kommu­nistlərlə vahid partiyada birləşmək təklifini irəli sürdülər.

Müharibədən sonrakı ilk seçkilərdən sonra folketinq 1945-ci ilin oktyabrın­da açıldı. Seçkilərdə burjua-aqrar partiyası olan Venstre partiyası çox səs qazandığına görə həmin partiyanın lideri K.Kristansenin başçılı altında bir partiyalı hökumət təşkil edildi. Bu hökumət 1947-ci ilə qədər hakimiyyətdə qaldı. Bu hökumət ölkənin birinci dərəcəli iqtisadi problemlərini həll etməkdə bacarıqsız olduğunu nümayiş etdirdi. O, sosial islahatlar yolunu da götürmədi. Bu hökumət Almaniya-Danimarka cənub sərhədinin 1920-ci ilə qədərki kimi olmasını tələb etdi. «Şlezviq məsələsi» parlamentdə müxalifətin yaranmasına səbəb oldu. Bu məsələ ilə əlaqədar olaraq Kristensen hökuməti 1947-ci ilin oktyabrında növbədənkənar seçkilər təyin etdi. Lakin bu seçkilərdə DSDP (Danimarka Sosial-Demokrat partiyası) 40% səs toplayaraq qələbə qazandı. Xan­son Xedtaftın başçılıq etdiyi sosial-demokrat hökuməti 1950-ci ilə qədər ha­kimiyyətdə oldu. 1948-ci ildə bu hökumət torpaqların xırda kəndlilər arasında bölünməsi haqqında qanun verilməsinə nail oldu. Hazır malların ölkəyə gə­tirilməsini məhdudlaşdırdı, balıqçılıq müəssisələrinə yardım göstərdi. 1948-1949-cu illərdə ölkənin vəziyyəti yaxşılaşdı.

Xarici siyasətdə bu hökumət Danimarkanın «Marşall planı»na qoşulma­sını təşkil etdi, ölkəyə ABŞ kapitalının müdaxiləsi üçün şərait yaratdı. Artıq 1950-ci ildə Danimarkaya investisiya qoyuluşuna görə ABŞ birinci yer tuturdu. 1949-cu ildə Danimarka NATO-ya daxil oldu.

1   ...   18   19   20   21   22   23   24   25   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə