Auditor fəaliyyətinin tənzimlənməsinin hüquqi əsasları




Yüklə 101.21 Kb.
tarix09.03.2016
ölçüsü101.21 Kb.
Auditor fəaliyyətinin tənzimlənməsinin hüquqi əsasları.
1.Azərbaycan Respublikasında auditor fəaliyyətinin tənzimlənməsi.

2.Auditə dair qanunvericilik aktları.

3.Auditdə sahibkarlıq fəaliyyətinin əsas hüquqi formaları.

4.Audit sistemində atestasiya aparılması və lisenziya verilməsi.

5.Auditorların peşə etikası məcəlləsi.

6.Auditin keyfiyyətinə nəzarət.

7.Auditor fəaliyyətinin dövlət tənzimlənməsi.

1.Azərbaycan Respublikasında auditor fəaliyyətinin tənzimlənməsi.

Azərbaycan Respublikasının bazar iqtisadiyyatına keçməsi,ölkədə iqtisadi hüquqi nəzarətin keyfiyyətinin əsaslı surətdə yüksəldilməsini və onun dünya standartlarına cavab verməsini tələb edir.Bu da öz növbəsində son illərə kimi fəaliyyət göstərən inzibati amirlik sisteminə əsaslanan köhnəlmiş bir sıra iqtisadi nəzarət qurumlarının təkmilləşdirilməsini tələb edir.

Bu baxımdan bazar iqtisadiyyatının məhsulu olan audit xidmətinin yaradılıb,fəaliyyət göstərməsi təqdirə layiq bir hadisə kimi qəbul olunmalıdır.Yeri gəlmişkən qeyd etmək lazımdır ki,hazır ki dövrdə audit xidməti iqtisadi hüquqi nəzarətin ən yüksək pilləsi kimi hesab olunur.Auditin əsas vəzifəsi təkcə yaranan iqtisadi münasibətləri qeyri-səmimi sahibkarlardan qorumaqla bitmir.O,həm də iqtisadiyyat sahəsində hüquq pozuntularının qarşısını almaqla yanaşı,həm də ictimai hüquq şüurunun daha da yüksək səviyyədə formalaşmasına əsaslı surətdə təsir göstərməkdən ibarətdir.

Bununla əlaqədar onu da qeyd etmək lazımdir ki,son illər respublikamızda müstəqil auditor nəzarəti sisteminin yaradılması,auditor kadrlarının hazırlanması,auditorların peşə vəziflərinin,hüquq və məsuliyyətinin tənzimlənməsi sahəsində və s məsələlər sahəsində xeyli işlər görülmüşdür.Deyilənlərə misal olaraq onu qeyd etmək lazımdır ki,son illər “Auditor xidməti haqqında”Qanun,“AR Auditro Palatası haqqında”Əsasnamə,qəbul olunmuş əsassız yoxlamaların qadağan edilməsinə,dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə dair Respublika Prezidenti fərman vermiş və i.a.Bütün bunların nəticəsində respublikada auditor xidməti bazarı formalaşmışdır.

Belə bir vaxtda auditor fəaliyyətinin daha yüksək səviyyədə tənzimlənməsinə böyük ehtiyac vardır.Məlum olduğu kimi Auditor fəaliyyəti onun əsasnaməsi ilə tənzimlənir.Bu əsasnamə Milli Məclis tərəfindən 1995-ci il 19 sentyabr tarixdə 1115 saylı qərarla təsdiq edilmişdir.

Qüvvədə olan qanunçuluğa əsasən Palatanın əsas vəzifəsi mülkiyyət formalarından asılı olmayaraq bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və dürüst aparılmasını təmin etmək məqsədilə respublikada auditor xidmətinin işini təşkil etməkdən və mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər keçirməkdən ibarətdir.

Palata aşağıdakı funksiyaları yerinə yetirir:

-Azərbaycan Resbuplikasında auditor xidməti işlərini təşkil edir və tənzimləyir.

-Azərbaycan Resbuplikası ərazisində sərbəst auditorlara və auditor təşkilatlarına lisenziya verir,onların işlərinə və auditor təşkilatlarının nizamnamələrinin “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanuna uyğunluğuna nəzarət edir.

-Sərbəst auditorları və auditor təşkilatlarını qeydiyyatdan keçirir,uçotunu aparır və onlara qeydiyyat haqqında şəhadətnamə verir.

- Azərbaycan Resbuplikası ərazisində auditor xidməti ilə məşğul olmaq hüququ verən lisenziyaların verilməsi üçün imtahanların keçirilməsi qaydalarını hazırlayır və təsdiq edir.

-auditor xidməti ilə məşğul olmaq hüququ verən lisenziyaların verilməsi üçün imtahan komissiyasının tərkibini və əsasnaməsini hazirlayıb təsdiq,imtahan haqqını müəyyən edir.

-təsərrüfat subyektinin maliyyə və mühasibat hesablarına dair auditor rəyinin formalarını,sərbəst auditorların və auditor təşklatlarının işi haqqında müxtəlif hesabat formalarını hazırlayıb təsdiq edir;

-auditor təcrübəsinin ümumiləşdirilməsi və mövcud qanunvericilik aktlarının tətbiqi məsələləri ilə əlaqəadar sərbəst auditorlara və auditor təşklatlarına məsləhət verir,auditor xidmətinin inkişafı və təkmilləşdirilməsi üçün təkliflər hazırlayır və onların həyata keçirilməsinə nəzarət edir;

-audit aparılmasına dair təlimatlar,tövsiyyələr və metodik göstərişlər hazırlayır;

-auditor xidməti göstərilməsinin forma və metodlarına dair normativ sənədlər tərtib edir,milli və beynəlxalq təcrübənin daimi öyrənilməsi əsasında müvafiq tövsiyyələr hazırlayır;

-peşə funksiyalarını lazımı səviyyədə yerinə yetirməməsi ilə əlaqədar sərbəst auditorlara və auditor təşklatlarına qarşı sifarişçilərin iddialarına,respublikanın qanunvericilik aktlarına müvafiq surətdə baxılmasını təmin edir;

-sərbəst auditorların və auditor təşkilatlarının hüquqlarının və qanuni mənafelərinin qorunması üçün müvafiq tədbirlər həyata keçirir.

Bunlarla bərabər o, sərbəst auditorlar, auditor təşklatı,sərbəst xarici auditor və xarici auditor xidmətinin filialı və nümayədələrinin maliyyə-təsərrüfat fəaliyyətinin “Auditor xidməti haqqında” Azərbaycan Resbuplikası Qanununa uyğunluğunu yoxlayır və işinə nəzarət edir,təkrar auditi həyata keçirir və s.

2.Auditə dair qanunvericilik aktları.

Azərbaycan Respublikasında Auditor xidmətinin təşkilini, onun həyata keçirilməsinin hüquqi əsaslarını, auditorların funksiyalarını, hüquqlarını və vəzifələrini “Auditor xidməti haqqında” qanun müəyyən edir.

Bu qanun mülkiyyət formasından və təşkilati hüquqi tabeliyindən asılı olmayaraq Azərbaycan Respublikası ərazisindən fəaliyyət göstərən bütün müəssisələrə, təşkilatlara, idarələrə şamil edilir.

Təsərrüfatlar subyektlərində müqavilə əsasında maliyyə təsərrüfat sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotunu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə - təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir.

Hazırda Azərbaycan Respublikasında bu xidməti qüvvədə olan qanunvericiliyə uyğun olaraq sərbəst auditorlar və auditorlar təşkilatı həyata keçirirlər.

Sərbəst auditor Auditorlar palatasının verdiyi lisenziyaya əsasən Respublika ərazisində sərbəst auditor xidməti göstərmək hüququ əldə etmiş fiziki şəxsdir.

Qüvvədə olan qanunçuluğa görə Azərbaycan Respublikasında sərbəst auditor hüququnu qazanmaq üçün aşağıdakı şərtlər tələb olunur. (maddə 6):

a)Həmin şəxs Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;

b) Məhkəmənin qüvvəyə minmiş hökmü ilə maliyyə - təsərrüfat sahəsində müəyyən vəzifələr tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməmək və ya bu növ cəza ilə bağlı məhkumluğun qanunvericilikdə müəyyən edilmiş qaydada ödənilməsi;

v) mühasibat uçotu, maliyyəçi, iqtisadçı və hüquqşünas ixtisasları, üzrə ali təhsilə və ixtisas üzrə azı 3 il iş stajına malik olmalıdır;

c) sərbəst auditor imtahanlarını verməlidir. Tamah məqsədi ilə cinayət törətmək üstündə məhkum olunmuş və məhkumluq müddətini başa vurmamış şəxslər auditor ola bilməzlər. Öz ölkəsində auditor xidməti ilə məşğul olmaq hüququ olan xarici ölkə vətəndaşı Auditor Palatasının rəsmi icazəsi ilə hüquqdan Azərbaycan Respublikası ərazisində istifadə edə bilər.

Auditor adı almaq üçün imtahanlar Auditorlar Palatasının təyin etdiyi komissiya tərəfindən qəbul edilir. İmtahanlar Auditorlar Palatasının əsasnaməsində nəzərdə tutulan qaydaya uyğun olaraq təşkil edilir.

Auditor təşkilatı Auditorlar Palatasının verdiyi lisenziya əsasında Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərmək hüquqi əldə etmiş və nizamnaməsinə görə yeganə fəaliyyət sahəsi bu xidmət növü olan hüquqi şəxsdir. Bu təşkilatın yaradılması uçün azı sərbəst auditor olmalıdır.

Adətən aparılmış auditor yoxlamasının nəticəsi auditor imzası və möhürü ilə təsdiq olunmuş auditor rəyi ilə rəsmiyyətə salınır.

Sərbəst auditor və auditor təşkilatı üçün qanunçuluqda aşağıdakı hüquqlar nəzərdə tutulmuşdur:


  1. qanuna əsasən və sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun auditin forma və metodlarını sərbəst müəyyənləşdirmək;

  2. sifarişçinin maliyyə - təsərrüfat fəaliyyətinə dair bütün sənədlərlə (o cümlədən kənar hüquqi şəxslərdə saxlanılan sənədlərlə) tanış olmaq və yoxlama üçün onları almaq, pul məbləğlərinin, qiymətli kağızların, maddi sərvətlərin mövcudluğunu yoxlamaq və audit üçün lazım olan digər məlumatları almaq;

  1. sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq.

  1. səlahiyyətli dövlət orqanlarının sifarişi ilə auditor xidməti göstərərkən müəyyən etdikləri pozuntu və nöqsanlar haqqında onlar qarşısında məsələ qaldırmaq;

ç) auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları cəlb etmək;

d) yoxlanılan təsərrüfat subyekti tərəfindən audit üçün lazım olan sənədlər təqdim edilməməsi halında audit yoxlamasını keçirməkdən imtina etmək.

Auditorların məsuliyyəti. Auditorlar və auditor təşkilatları öz vəzifələrini lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikası qanunvericiliyinə və sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq əmlak məsuliyyətinə cəlb edilə bilər.

Audit yoxlamaları zamanı sifarişçi (iqtisadi subyekt) üçün də müvafiq məsuliyyət nəzərdə tutulmuşdur.

Auditor xidməti bir tərəfdən sərbəst xidmət, sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın mazmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini,ödəniş məbləğini və qaydasını eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında fəaliyyət göstərilir.

Sifarişçi auditorun öz peşə vəzifələrinin tam və keyfiyyətcə yerinə yetirməsinə bütün lazimi şəraitin yaradılması üçün məsuliyyət daşıyır.

Auditor öz müştərisindən, eləcə də bu işdə marağı olan hər hansı üçüncü şəxsdən asılı deyildir.

Auditor və ya auditor təşkilatı tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməsi, auditor rəyinin təhvil – qəbul aktı ilə müəyyən olunur. Auditor rəyi müəyyən olunmuş forma əsasında tərtib edilir. Təsərrüfat subyektləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə - təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdir. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edir.

Auditor fəaliyyətinin hüquqi əsası. Auditor fəaliyyətinin hüququ əsasını əsas etibar ilə aşağıdakılar təşkil edir:


    1. Azərbaycan Respublikasının Konstitusiyası 1995 – ci il

    2. Auditor xidməti haqqında Azərbaycan Respublikasının Qanunu 1994 – cü il;

    3. Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üşün lisenziya verilməsi qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998 – ci il 13 yanvar tarixli 9 saylı qərarı;

    4. “Auditor yoxlamaları haqqında” Azərbaycan Respublikasının Qanunu;

    5. Azərbaycan Respublikasının “Auditorlar Palatası haqqında” əsasnamə (1996 – cı il);

    6. Auditorlar Palatası və auditor xidməti haqqında digər normativ sənədlər

Atestasiyaların keçmiş və sərbəst (müstəqil) fəaliyyət göstərmək arzusunda olan hər bir fiziki şəxs və eyni zamanda auditor firması (hüquqi şəxs) fəaliyyət göstərmək üçün ilk növbədə sahibkarlıq fəaliyyətinin subyekti kimi dövlət qeydiyyatından keçdikdən, auditor fəaliyyəti üçün lisenziya aldıqdan və dövlət reyesterində, sərbəst auditor və auditor firması kimi qeydə alındıqdan sonra fəaliyyət göstərə bilər.

3. Auditdə sahibkarlıq fəaliyyətinin əsas hüququ formaları.

Audit yoxlamaları nəticələrinin iqtisadi inkişafda mühüm rol oynadığını nəzərə alaraq bir çox dövlətlərdə auditor xidməti qanunvericiliklə təşkil olunur və beynəlxalq sdandartlara uyğun tənzimlənir.

Beynəlxalq təcrübə və dünya praktikası göstərirki, auditin dövlət tənzimlənməsini təşkil etmək, bu xidmətin inkişafını və təkmilləşdirilməsini təmin etmək, dövlətin təsərrüfat subyektlərinin və auditorların mənafelərini qorumaq, bu sahədə qanunvericilik və normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarət etmək məqsədi ilə auditorların ali qurumları yaradılır. Onlar palata, federasiya assosiasiya, komitə və digər təşkilat kimi fəaliyyət göstərirlər.

Sahibkarlıq fəaliyyətinin bir növü olan audit bazar münasibətləri istiqamətində inkişaf edən ölkə iqtisadiyyatının yeni strukturu kimi, əsasən iki formada həyata keçirilir.

Bunlardan birincisi qanunvericiliyə görə həmin fəaliyyətlə məşğul olmaq üçün müəyyən edilmiş tələblərə cavab verən fiziki şəxslərdir (auditorlardır). Onlar tam sərbəst olaraq fərdi qaydada sifarişçi təsərrüfat subyektləri ilə bağlanmış müqavilə əsasında xidmət göstərirlər.

İkinci forma isə qanunvericiliklə nəzərdə tutulmuş hüquqi şəxsin (auditor təşkilatının) yaranması və fəaliyyət göstərməsindən ibarətdir. Əksər ölkələrdə auditor təşkilatının, həmçinin sərbəst auditorun fəaliyyət sahəsini yalnız audit və onunla bağlı digər fəaliyyət təşkil edir.

Auditor təşkilatları müstəqil firma, qapalı tipli səhmdar cəmiyyəti, məhdud məsuliyyətli müəssisə, xarici auditor şirkətlərinin nümayəndəlik və filialı kimi müvafiq qaydada qeydiyyata alındıqdan və auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanı aldıqdan sonra bu xidməti göstərə bilərlər.

Auditor təşkilatları oz işçilərinin sayına, işin həcminə, tabelik və digər göstəricilərə görə fərqlənirlər. Belə ki, ən böyük və geniş imkanlara malik olan sərbəst audit şirkəti dünyanın bir çox ölkə və regionlarında öz nümayəndəlik və filiallarını açmışdır. Onlar həmin bölgələrdə ən nüfuzlu və səmərəli sahələrdə audit aparır və artıq transkontinental şirkətləri kimi fəaliyyət göstərirlər.

Əlbətdə, ölkələrarası, regional, digər auditor filialları da mövcuddur. Onların fəaliyyət sahələri daha çox sepisifik xüsusiyyətlərə malikdir və həmin ölkələrin iqtisadi inkişafı ilə istiqamətləndirilir. Son zamanlar beynəlxalq iqtisadi əlaqələrin genişlənməsi və bu sahədə əməkdaşlığın inkişaf etməsi ilə əlaqədar həmin firmalar birgə layihələr hazırlayır və işgüzar iş birliyi yaradılır.

Bundan başqa hər bir inkişaf etmiş ölkənin yerli iri audit firmaları fəaliyyət göstərir. Bu firmaların maliyyə və istehsal imkanları daha məhdud olduğu halda, onlar yerli,iri və orta səviyyəli istehsalçı və sahibkarlarla əməkdaşlıq edib, ölkə miqyasında müəyyən irəliləyişə nail ola bilərlər.

Bundan əlavə, yeni yaradılmış auditor təşkilatları fəaliyyətə başlayır və onlar əsasən iqtisadiyyatın kiçik və orta səviyyədə olan obyektlərində xidmət göstərirlər.

4. Audit sistemində attestasiya aparılması və lisenziya verilməsi qaydası.

Auditorların bilik səviyyəsinin müəyyən edilməsi sahəsində onların attestasiya olunmasının rolu böyükdür. Hazırda bu işi Azərbaycan Rspublikasının Auditorlar Palatası həyata keçirir.

Qüvvədə olan qaydaya əsasən attestasiya imtahanı verməyə iddiası olan şəxs yə ali iqtisad və yaxud da hüquq (və ya orta ixtisas) təhsillərinə malik olduqda bu imtahana buraxılır. Bununla yanaşı iddiaçı şəxsin 5 il stajı olmalıdırki, onun da 3 ili auditor sahəsinə aid olmalı və ya o müəssisə və təşkilatda iqtisadçı, təftişçi, müəssisə rəhbəri və ya elmi işçi, yaxud da iqtisad fənni istiqamətində müəllimlik etmiş olsun. Bundan əlavə bu sahədə işləmək səlahiyyətindən məhkəmənin qərarı ilə məhrum edilmiş şəxslərdə attestasiyaya buraxilirlar.

İxtisas imtahanını müvəffəqiyyətlə vermiş şəxs auditor attestatı alır.Lakin əgər auditor attestatı aldıqdan sonra o iki il ərzində auditor fəaliyyəti ilə məşğul olmazsa,o zaman bu diplom öz qüvvəsini itirir.

Auditor fəaliyyəti Azərbaycan Respublikasının müvafiq qanunçuluğuna əsasən lisenziyalaşdırılır.Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən auditor (auditor təşkilatı)auditor fəaliyyəti göstərmək üçün yalnız lisenziya aldıqdan sonra məşğul ola bilər.

Azərbaycanda auditor fəaliyyətinə lisenziya verilməsi aşağıdakı normativ aktlara əsasən tənzimlənir:

“Sahibkarlıq fəaliyyəti haqqında” və “Auditor xidməti haqqında” Azərbaycan Respubliksının Qanunlarına, Azərbaycan Respubliksı Prezdentinin 1997 – ci il 27 yanvar tarixli 543 saylı fərmanı ilə təstiq edilmiş “Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə” yə, “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respubliksı Prezdentinin 1997 – ci il 4 oktyabr tarixli 637 saylı Fərmanına və Azərbaycan Respubliksı Nazirlər Kabenitinin 1998 – ci il 13 yanvar tarixli 9 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respubliksının ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarına” müvafiq olaraq auditor fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi Auditorlar Palatasına həvalə edilmişdir.

Auditorlar Palatası tərəfindən verilən lisenziya, mülkiyyət və təşkilati – hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə (bundan sonra - ərizəçilər) Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəddir. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra auditor fəaliyyəti ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. Xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz ölkəsində auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş almadığı halda onlar auditor fəaliyyəti ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Auditor təşkilatlarına, o cümlədən xarici auditor təşkilatının filialına və ya nümayəndəliyinə Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya onların tərkibində Auditorlar Palatasının verdiyi lisenziyaya malik 3 (üç) auditor olduqda verilir.

Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziya almaq üçün ərizəçi Auditorlar Palatasına aşağıdakıları təqdim etməlidir:


  1. lisenziya almaq üçün ərizə

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

Hüquqi şəxslər üçün – hüquqi şəxsin adı, təşkilati – hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü;

Fiziki şəxslər üçün – adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü;


  1. müəssisənin təsis sənədlərinin surəti;

v) müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

c) xarici hüquqi şəxslərin filialı (nümayəndəliyi) üçün Azərbaycan Respublikasında filial nümayəndəlik yaradan hüquqi şəxsin öz ölkəsində auditor fəaliyyəti göstərmək hüququnu təsdiq edən sənədin və filialda (nümayəndəlikdə) fəaliyyət göstərəcək auditorların lisenziyalarının müvafiq qaydada təsdiq edilmiş surətləri;

ç) Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

d) lisenziya almaq uçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.

Auditor təşkilatı ləğv edildikdə, yaxud sahibkar kimi fəaliyyət üçün sərbəst auditorlara verilən şəhadətnamə qüvvədən düşdükdə auditor təşkilatına və sərbəst auditora verilən lisenziya da öz hüquqi qüvvəsini itirir.

Lisenziyada aşağıdakılar göstərilir:



  • Auditorlar Palatasının adı;

  • Sərbəst auditorun soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, yaşayış yeri);

  • Auditor təşkilatının, xarici auditor təşkilatının filial və nümayəndəliyinin adı və hüquqi ünvanı;

  • Lisenziyanın qüvvədə olma müddəti;

  • Auditor fəaliyyətinin həyata keçirilməsi qaydası;

  • Lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi;

  • Həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü.

Lisenziya Auditorlar Palatasının sədri (o olmadıqda, sədr müavini) tərəfindən imzalanır və Palatasının möhürü ilə təsdiq edilir.

Auditor fəaliyyətinin həyata keçirmək üçün lisenziya 5 il müddətinə verilir. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir. Müddəti bitmiş lisenziya etibarsız sayılır.

Sərbəst auditorlar, auditor təşkilatları, xarici auditor təşkilatlarının filial və nümayəndəlikləri aparılan yoxlama zamanı Auditorlar Palatasının nümayəndələrinə yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borclu olurlar.

5.Auditorların peşə etikası məcəlləsi.

Beynəlxalq təcrübədə auditorların peşə etikası məcəlləsi auditorların davranış normalarını və ümumi məqsədlərə nail olmaq üçün auditorlar tərəfindən riayət edilməli olan fundamental prisipləri müəyyən edir.

Auditor peşəsi özünəməxsus xüsusiyyətlərə malik olmaqla,aşağıdakı amillərlə səciyyələnir:

1)təlim və təhsil zamanı qazanılmış peşə vərdişlərinə malik olmaq;

2)həm bütövlükdə cəmiyyətə,həm də sifarişçiyə münasibətdə məsuliyyətli olmaq;

3)sifarişçilərə münasibətdə obyektivlik göstərmək;

4)davranış və auditor xidmətlərinin yerinə yetirilməsi norma və qaydalarının ən yüksək tələblərinə cavab verən xidmətlər göstərmək.

Auditor peşəsinin ən mühüm fərqləndirici cəhəti onun cəmiyyət qarşısında məsuliyyətini hamı tərəfindən tanınmasıdır.

Sifarişçilərin tələbatının ödənilməsi auditorun son məqsədi deyildir.Auditor normaları və qaydaları,hər şeydən əvvəl,cəmiyyətin mənafeləri ilə müəyyən edilir,onlar sifarişçilərin kredit və ssudalar aldığı maliyyə müəssisələrinə təqdim edilən mühasibat (maliyyə)hesabatlarının aydın və real olmasına kömək edir.Müəssisənin maliyyə resurslarının idarə edilməsi məsələlərinə aid məsləhətlər onların vəsaitlərindən səmərəli istifadə olunmasına təsir edir.Daxili və sərbəst auditorların xidmətləri müəssisənin daxili nəzarət sistemlərinin düzgün fəaliyyət göstərməsinə inamı təmin edir,bu isə öz növbəsində müəssisənin maliyyə informasiyasının mötəbərliyini gücləndirir.Vergiqoyma sahəsinə aid verilən məsləhətlər ölkədə vergiqoyma sistemi vəqaydası barədə düzgün təsəvvür və anlayış yaranmasına kömək edir,bu isə müvafiq qanunvericilyə riayət olunmasını şərtləndirir.Menecmentə aid məsləhətlər müəssisənin rəhbərliyi tərəfindən düzgün qərarlar qəbul olunmasına kömək edir.

Auditor peşəsinə,onun imicinə təsir göstərəcək ən mühüm amil-göstərilmiş xidmətlərin,gözlənildiyi kimi,yüksək peşəkarlıq səviyyəsinə uyğun yerinə yetirilməsi nəticəsində cəmiyyətdə bu peşəyə olan inamın möhkəmlənməsidir.

Auditor peşəsinin məqsədi cəmiyyətin tələbatının ödənilməsinə yönəldilmiş əməyin maksimum səmərəliliyinin əldə edilməsi üçün yüksək peşə səviyyəsini təmin etməkdir. Auditor peşəsinin məqsədinə nail olmaq üçün cəmiyyətin bu peşənin dörd əsas tələbinə riayət edilməsi zəruridir:

Mötəbərlik.Cəmiyyət mötəbər informasiyadan istifadə olunmasına tələbat hiss edir;

Peşəkarlıq.Auditorlar qarşısında elə tələblər irəli sürülür ki,sifarişçilər,işə götürənlər və başqa maraqlı tərəflər onları auditor peşəsinin mütəxəsislərinə olan tələblər kimi müəyyən edə bilərlər.

Xidmətlərin keyfiyyəti.Auditor xidmətçilərini auditin və peşə etikası məcəlləsinin qüvvədə olan norma və qaydalarına uyğun olaraq yerinə yetirmək tləb edilir ;

Etimad.Auditor xidmətinin istifadəçiləri əmin olmalıdırlar ki,o,bütün fəaliyyəti ərzində riayət etdiyi peşə etikası prinsiplərini heç vaxt pozmayacaq.

Auditor etikasının əsas prinsipləri. Auditor qarşısında duran məqsədlərə nail olmaq üçün o, auditor etikasının aşağıdakı əsas prinsiplərini yerinə yetirməlidir:

Düzgünlük. Auditor öz peşə vəzifəsinin yerinə yetirlməsində düzgün mövqe tutmalıdır.

Obyektivlik. Auditor ədalətli olmalı və yalnış təsəvvürün,yalnış qənaətin və başqa amillərin onun obyektivliyinə təsir göstərməsinə yol verməməlidir.

Auditor sifarişçiyə lazımi dərəcədə qayğı,səriştə və məsuliyyətlə xidmət göstərməli,peşə biliklərini daim artırmalıdır. Auditor peşə biliklərinin elə bir səviyyəsinə malik olmalıdır ki,sifarişçiyə qanunvericilikdə, auditor praktikasında və auditor xidmətlərinin göstərilməsi texnikasında son dəyişikliklər nəzərə alınmaqla xidmət göstərilməsinə onun heç bir şühbəsi olmasın.



Məxfilik.Peşə xidmətlərinin göstərilməsi gedişində əldə etdiyi informasiyanı sifarişçinin razılığı olmadan yaymağa və açıqlamağa, habelə ondan öz məqsədləri üçün istifadə etməyə auditorun ixtiyarı yoxdur.

Peşə davranışı. Auditor öz peşəsinin yüksək nüfuzunu qazanmalı, onu qorumağı və nüfuza xələl gətirən hər hansı hərəkətdən çəkinməlidir.

Peşə normaları. Auditorlar sifarişçinin və ya iş götürənin təlimat və göstərişlərini lazimi qayğı və diqqətlə elə səviyyədə yerinə yetirməlidirlər ki, göstərilən xidmətlər düzgünlük, obyektivlik və müstəqillik tələblərinə zidd olmasın.

Auditorlar düzgünlük, obyektivlik və müstəqilliklə bir araya sığmayan hər hansı maraqdan uzaq olmalıdırlar.



6.Auditin keyfiyyətinə nəzarət.

Keyfiyyətə nəzarətin mahiyyəti-göstərilən auditor xidmətinin keyfiyyətinə nəzarətlə bağlı zəruri tədbirlərin düzgün planlaşdırılması və təşkilindən vaxtında və audit standartlarının tələblərinə uyğun səviyyədə yerinə yetirilməsindən,habelə müvafiq qaydada sənədləşdirilməsinin qayda və prosedurlarının müəyyən edilməsindən ibarətdir.

Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətinin keyfiyyətinə nəzarətin mahiyyətini,növlərini,onun həyata keçirilməsinin əsas prinsiplərini və formalarını müəyyən etmək məqsədilə “Auditor xidməti haqqında”Azərbaycan Respublikasının Qanununa və “Auditin keyfiyyətinə nəzarət” beynəlxalq audit standartlarına uyğun olaraq “Auditin keyfiyyətinə nəzarət”milli audit standartı işlənib hazırlanmış və Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 1997-ci il 21 may tarixli 21/1 saylı qərarı ilə təsdiq edilmişdir.

Bu standart dövlət orqanlarının öz səlahiyyətləri dairəsində və qanunvericiliyə əsasən həyata keçirdikləri nəzarəti istisna etmişdir.

Keyfiyyətə nəzarətin qayda və prosedurlarına riayət edilməsi həm auditor təşkilatları,həm də sərbəst auditorlar üçün zəruridir.

Keyfiyyətə nəzarətin iki növü müəyyən edilir:

a)daxili nəzarət;

b)kənar nəzarət;



Auditin keyfiyyətinə daxili nəzarət.

Auditin keyfiyyətinə daxili nəzarət auditor təşkilatının rəhbərliyi və sərbəst auditorlar tərəfindən auditin planlaşdırılmasının,audit qayda və prosedurlarının tətbiqinin qüvvədə olan qanunvericiliyin və audit standartlarının tələblərinə uyğunluğunu və onlara riayət olunmasını təmin etməkdən ibarətdir.

Daxili nəzarət iki formada həyata keçirilir:

a)ümumi nəzarət;

b)ayrı-ayrı audit prosedurları üzrə nəzarət;

Daxili nəzarət müvafiq auditor təşkilatının rəhbərliyi və sərbəst auditorların özləri tərəfindən həyata keşirilir.

Auditor təşkilatı auditin müvafiq standartlara uyğunluğuna təminat verən daxili nəzarət qayda və prosedurlarına əməl etməlidir.

Daxili nəzarət qaydalarının və audit prosedurlarının məzmunu,həcmi və dövriliyi auditor təşkilatının fəaliyyətinin xüsusiyyəti və həcmindən yoxlamaların təşkili səviyyəsindən asılı olaraq müəyyən edilir.

Daxili nəzarət qaydaları auditor təşkilatı tərəfindən təsdiq edilir.Bu zaman aşağıdakılar nəzərə alınır:

1)Peşakarlıq tələbləri:

auditor təşkilatının işçiləri müstəqillik,obyektivlik,düzgünlük və məxfilik prisiplərinə əməl edirlər;

2)Səriştəlilik

auditor təşkilatı öz peşakar vəzifə borclarını lazımi səviyyədə yerinə yetirmək üçün audit standartlarına riayət edən müəyyən edilmiş peşə ixtisasına səriştəyə malik olan işçilərlə komplektləşdirilir;

3)Təyin etmə:

auditin aparılması müvafiq iş təcrübəsinə və hazırlıq dərəcəsinə malik olan işçilərə tapşırılır;

4)Səlahiyyətlər:

auditin müvafiq keyfiyyət standartlarına uyğunluğunu təmin etmək üçün işlərin təhlili,nəzarət bütün səviyyələrdə kifayətləndirici aparılır;

5)Məsləhətlər:

zəruri hallarda,müvafiq biliklərə malik olan mütəxəsislərlə məsləhətləşmələr təşkil edilir;

6)Sifarişçilər və onlarla əlaqə saxlanması:

mövcud və ehtimal olunan sifarişçilərin seçilməsi ilə əlaqədar müvafiq analitik işlər aparılır;

7)Yoxlama:

daxili nəzarətin qayda və prosedurlarının tətbiqinin səmərəli və müəyyən edilmiş tələblərə uyğun olması müntəzəm yoxlanılır.

Daxili nəzarətin ümumi qayda və prosedurlarının auditor təşkilatlarının işçiləri tərəfindən düzgün başa düşülməsi və tətbiq edilməsi təmin edilməlidir.

Auditor apardığı auditor yoxlamaları üzrə keyfiyyətə nəzarətin elə qayda və prosedurlarını tətbiq etməlidir ki,onlar auditor təşkilatının qəbul etdiyi qayda və prosedurlara uyğun olsun.

Auditorlar mütəxəsislərə tapşırdıqları işlər yerinə yetirilərkən onların səriştəliyinə daim fikir verirlər,onların işləri təhlil və nəzarət edilir.



Auditin keyfiyyətinə kənar nəzarət.

Keyfiyyətə kənar nəzarət auditor təşkilatı və sərbəst auditor tərəfindən göstərilən auditor xidmətinin ,keyfiyyətinin və daxili nəzarət sisteminin qiymətləndirilməsindən ibarətdir.

Kənar nəzarət Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən həyata keçirilir.

Kənar nəzarət iki formada aparılır:

1)auditin keyfiyyətinə daxili nəzarət sisteminin qiymətləndirilməsi:

2)auditor təşkilatı tərəfindən göstərilmiş auditor xidmətlərinin keyfiyyətinə nəzarət.

Auditin keyfiyyətinə daxili nəzarət sisteminin qiymətləndirilməsi formasında həyata keşirilən kənar nəzarət auditin keyfiyyətinə daxili nəzarətin mövcudluğu və təşkilinin yoxlanılması,müəyyən edilmiş daxili nəzarət qayda və prosedurlarının öyrənilməsi,təhlili və tətbiqinin düzgünlüyünün qiymətləndirilməsindən,eləcə də onların təkmilləşdirilməsi üzrə tövsiyyələrin verilməsindən ibarətdir.

Verilmiş tövsiyələr auditor təşkilatı üçün məcburi xarakter daşıyır.Auditor təşkilatı tərəfindən göstərilmiş auditor xidmətlərinin keyfiyyətinə nəzarət formasında həyata keçirilən kənar nəzarət ayrı-ayrı auditor xidmətləri üzrə auditor təşkilatı tərəfindən istifadə edilmiş auditor standartları və prosedurlarının seçilməsinin həcminin yetərliliyinin və tətbiq edilməsinin düzgünlüyünün qiymətləndirilməsindən ibarətdir.

Nəzarətin bu forması auditorun mövcud iş və yekun sənədlərinə əsasən aparılır.

Bu formada həyata keçirilən nəzarət auditor təşkilatı tərəfindən göstərilmiş auditor xidmətlərinin ümumi sayının 25%-dən az olmamaq şərti ilə,seçmə üsulu ilə aparılır.

Kənar nəzarət tədbirləri hər bir auditor təşkilatı lisenziya aldığı tarixdən bir il keçdikdə,sonralar isə hər təqvim ili ərzində bir dəfədən az olmamaq şərti ilə həyata keçirilir.

Bu tədbirlər Auditorlar Palatasının müvafiq departamenti tərəfindən təqvim ilinin əvvəlində tərtib edilmiş və müvafiq qaydada təsdiq edilmiş plan üzrə və zəruri hallarda Palatanın rəhbərliyinin göstərişinə əsasən həyata keçirilir.

Audit aparılması zamanı Azər.Resp-nın qanunvericilik aktlarının audit standartlarının tələbləri auditor təşkilatlarının auditorları tərəfindən kobudcasına pozulduqda və ya təqvim ili ərzində üç dəfə keyfiyyətsiz audit aparıldıqda,nəzarət funksiyasını yerinə yetirən işçilər tərəfindən auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanın geri alınması barədə təkliflər verilir.

Kənar nəzarətin həyata keçirilməsinin metod və üsulları Auditorlar Palatası tərəfindən təsdiq olunmuş proqram və təminatlarla tənzimlənir.



7.Auditor fəaliyyətinin dövlət tənzimlənməsi.

Azərbaycan Respublikasında auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək, bu sahədə olan və Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə və yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq, dövlətin təsərrüfat subyektlərinin və auditorların (auditorlar təşkilatlarının) mənafelərini müdafiə etmək, öz fəaliyyətində “Auditor xidməti haqqında” Qanundan, digət qanunvericilik və normativ – hüquqi aktlardan irəli gələn tələblərə auditorlar (auditor təşkilatları) tərəfindən riayət olunmasına nəzarət etmək məqsədi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası yaradılmışdır. Auditorlar Palatasının fəaliyyəti onun Əsasnaməsi ilə tənzimlənir.

“Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamə Azərbaycan Respublikası Milli Məclisinin 1995 – ci il 19 sentyabr tarixli 11/5 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Auditorlar Palatasının əsas vəzifəsi, mülkiyyət formasından asılı olmayaraq, bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və dürüst aparılmasını təmin etmək məqsədi ilə Respublikada Auditor xidmətinin işini təşkil etməkdən və mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün tətbirlər həyata keçirməkdən ibarətdir.

Auditorlar Palatası aşağıdakı funksiyalarını yerinə yetirir:


  1. Azərbaycan Respublikasında auditor xidməti işlərini, təşkil edir və tənzimləyir;

  2. Azərbaycan Respublikası ərazisində sərbəst auditorlara və auditor təşkilatlarına lisenziya verir, onların işlərinə və auditor təşkilatlarının nizamnamələrinin “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanuna uyğunluğuna nəzarət edir;

  3. Sərbəst auditorların və auditor təşkilatlarının uçotunu aparır;

  4. Azərbaycan Respublikası ərazisində Auditor xidməti ilə məşğul olmaq hüququ verən lisenziyaların verilməsi üçün imtahanların keçirilməsi qaydalarını hazirlayır və təsdiq edir.

  5. Auditor fəaliyyəti ilə məçğul olmaq hüququ verən lisenziyaların verilməsi üçün imtahan komessiyasının tərkibini və əsasnaməsini hazırlayıb təsdiq edir, imtahan haqqını müəyyən edir.

  6. Təsərrüfat subyektinin maliyyə və mühasibat hesabatlarına dair auditor rəyinin formalarını sərbəst auditorların və auditor təşkilatlarının işi haqqında müxtəlif hesabat formalarını hazırlayıb təsdiq edir.

  7. Auditor təcrübəsini ümumiləşdirilməsi və mövcud qanunvericilik aktlarının tətbiqi məsələləri ilə əlaqədar sərbəst auditorlara və auditor təşkilatlarına məsləhətlər verir, auditor xidmətinin inkişafı və təkmilləşdirilməsi üçün təkliflər hazırlayır və onların həyata keçirilməsinə nəzarət edir.

  8. Auditin aparılmasına dair təlimatlar, tövsiyələr və metodik göstərişlər hazırlayır;

  9. Auditor xidməti göstərilməsinin cə metodlarına dair normativ sənədlər tərtib edir, milli və beynəlxalq təcrübənin dair öyrənilməsi əsasında müvafiq tövsiyələr hazırlayır;

  10. Peşə funksiyalarını lazimi səviyyədə yerinə yetirməməsi ilə əlaqədar sərbəst auditorlara və auditor təşkilatlarına qarşı sifarişçilərin iddialarına Respublikanın Qanunvericilik aktlarına müvafiq surətdə baxılmasını təmin edir;

  11. Sərbəst auditorların və auditor təşkilatlarının hüquqlarının və qanuni mənafelərinin qorunması üçün müvafiq tədbirlər həyata keçirir;

  12. Sərbəst auditor, auditor təşkilatı, sərbəst xarici auditor və xarici auditor təşkilatının filialı və ya nümayəndəliyinin maliyyə - təsərrüfat fəaliyyətinin “Auditor xidməti haqqında” AR qanununa uyğunluğunu yoxlayır və işinə nəzarət edir;

  13. Təkrar audit həyata keçirir;

  14. Dövlət müəssisələrinin özəlləşdirilməsi və ya başqa məqsədlərlə əlaqədar olaraq təsərrüfat subyektlərinin əmlaklarının qiymətləndirilməsinin düzgünlüyünə auditor rəyləri verir.

Palatanın sədrini və sədr müavinini Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

Cari işlərin aparılması və əməli xidməti funksiyaların Palatada idarəetmə orqanı – Şura yaradılır. Şuranın tərkibinə Palatanın sədri, sədr müavini, iki aparici şöbənin rəhbərləri, auditor təşkilatlarının seçdiyi bir, sərbəst auditorların seçdiyi bir və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin bir nümayəndəsi daxil edilir.



Auditor fəaliyyətinin təşkili və hüquqi əsasları.
1.Azərbaycan Respublikasında auditor fəaliyyətinin tənzimlənməsi.

2.Auditə dair qanunvericilik aktları.

3.Auditdə sahibkarlıq fəaliyyətinin əsas hüquqi formaları.

4.Audit sistemində atestasiya aparılması və lisenziya verilməsi.

5.Auditorların peşə etikası məcəlləsi.

6.Auditin keyfiyyətinə nəzarət.



7.Auditor fəaliyyətinin dövlət tənzimlənməsi.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə