Atopik reaksiyalar və onların növləri




Yüklə 11.56 Kb.
tarix26.04.2016
ölçüsü11.56 Kb.
Atopik reaksiyalar və onların növləri.
İmmun cavab qeyri-adi,orqanizm üçün təhlükəli reaksiyalarla nəticələndikdə yüksək həssaslıq,yaxud allergiya terminləri işlədilir.Bu reaksiyaların klinik təzahürü ayrı-ayrı fərdlərdə tipik,səciyyəvi olur və spesifik antigenlə təmas nəticəsində məhz bu antigenlərə yüksək həssaslığı olan fərdlərdə baş verir.Fərdin antigenlə ilk təması nəticəsində sesibilizasiya baş veir,sonra isə eyni antigenlə təkrar təmaslar allergik reaksiyaların əmələ gəlməsinə səbəb olur.

Yüksək həssaslıq reaksiyaları 4 tipə bölünür.1,2 və 3-cü tiplər anticisimlər (B-limfositlər) vasitəsilə həyata keçirilir.1-ci tip reaksiyalar İgE,2 və 3-cü tip reaksiyalar isə sensibilizasiya olunmuş T-limfositlər vasitəsilə həyata keçirilir.



1-ci tip (anafilaktik tipli) yüksək həssaslıq reaksiyaları.Ani tipli yüksək həssaslıq reaksiyası antigenin hüceyrələr səthində İgE ilə birləşməsi nəticəsində xaric olan bir sıra mediatorların təsirilə baş verir.Proses ilkin olaraq antigenin İgE anticisimləri induksiya etməsi və onların Fc fraqmenti vasitəsilə bazofillərin və tosqun hüceyrələrin səthinə birləşməsi nəticəsində formalaşır.Bu vəziyyət sensibilizasiya adlanır.Eyni antigenlə təkrari təmas onun bazofil,yaxud tosqun hüceyrələrlə birləşməsi bu hüceyrələrdən 1 dəqiqə müddətində (ani reaksiya) bioloji-aktiv mediatorların xaric olması ilə nəticələnir.

1-ci tip yüksək həssaslıq reaksiyaları bir-neçə mediatorla formalaşır.Bəzi mühüm mediatorla və onların təsiri aşağıda göstərilmişdir.



  • Histamin-tosqun hüceyrələrin və bzaofillərin qranulalarında əvvəlcədən formalaşmış halda olur.Onların ixrac olunması damarların genişlənməsinə,kapilyarların keçiriciliyinin artmasına və saya əzələlərin yığılmasına (spazmına) səbəb olur.Klinik olaraq bu pozğunluqlar allergik rinit (ot qızdırması),Kvinke ödemi,bronxospazm kimi təzahür edir.

Bronxospazm kəskin anafilaksiya üçün çox xarakterikdir.Orqanizmdə histaminə həssas reseptorları blokada edən antihistamin preparatlar bu tip allergik reaksiyalarda effektiklidir.

  • Anafilaksiyanın yavaş (tədricən) reaksiya verən maddəsi bir sıra leykotrienlərdən ibarətdir.Onlar öncədən hazır vəziyyətdə deyil,ancaq anafilaksiya zamanı ifraz olunurlar.Məhz buna görə onların təsiri yavaş-yavaş təzahür edir.Leykotrienlər araxidon turşusundan əmələ gəlir,onlar damar keçiriciliyini artırır və saya əzələlərin spazmını törədir.Onlar bronxial astma xəstəliyində bronxospazmın prinsipial mediatorlarıdır.Antihistamin preparatların təsirindənonların bioloji effekti zəifləmir.

  • Anafilaksiyanın eozinofil xemotaksis amili tetrapeptiddir,tosqun hüceyrələrin qranullarında öncədən hazırlanmış olur.Anafilaksiya müddətində ixrac olunur və eozinofilləri xemotaksisə uğradır,bununla da ani tipli allergiya reaksiyalrında çox önəmlidir.Eozinofillərin 1-ci tip yüksək həssaslıqda rolu məlum deyil,hərçənd onlar histaminaza və arilsulfataza ixrac edərək müvafiq olaraq iki mühüm mediatoru-histamini və anafilaksiyanın yavaş reaksiya verən maddəsini deqradasiya edirlər.Beləliklə,eozinofillər 1-ci tip yüksək həssaslıq reaksiyalarınl zəiflədə bilər.

  • Serotonin-tosqun hüceyrələrdə və trombositlərdə olur.Anafilaksiya zamanı serotonin ixrac olunur və kapilyarların genişlənməsinə,damar keçiriciliyinin artmasına,eləcə də saya əzələlərin spazmına səbəb olur,hərçənd insanlarda anafilaksiya zamanı o,az əhəmiyyətlidir.

  • Prostaqlandinlər və tromboksanlar-kimyəvi cəhətdən leykotrienlərə oxşar olub,araxidon turşusundan əmələ gəlir.Prostaqlandinlər kapilyarın genişlənməsinə və keçiriciliyinin artmasına,eləcə də bronxospazma səbəb olur.Trombaksanlar trombositləri aqqreqasiyaya uğradır.

1-ci tip həssaslığın klinik əlamətləri müxtəlif formalarda,məsələn atopiya,allergik məxmərək,allergik ekzema və s. kimi təzahür edir.



Atopiya-irsi meyilliliyə malik İgE –asılı yüksək asılılıq reaksiyalarındandır.Atopiya spesifik allergenlərin təsirilə induksiya olunur.Bu allergenlər,adətən ətraf mühitdə (bitki tozcuğu,ev tozu) və ya bəzi qidalarda (qoz,fındıq və s.) aşkar olunur.

Atopiyası olmayan şəxslərin bu maddələrlə təması allergik reaksiyalara səbəb olmur.Atopik reaksiyaların ən çox müşahidə olunan əlamətləri ot qızdırması,astma,ekzema və s. formasında təzahür edirAtopiyalı xəstələrin əksəriyyətində müvafiq antigenlərlə dəri testi ani tipli yüksək həssaslıqla nəticələnir. Atopiya zamanı yüksək həssaslıq vəziyyətini xəstənin xəstənin qan zərdabı ilə digər orqanizmə köçürmək mümkündür,yəni o,anticisimlər (İgE) ilə əlaqəlidir.

Əvvəllər bundan passiv dəri anafilaksiyaı (Prausnits-Küstner reaksiyası) vasitəsilə xəstənin zərdabını sağlam şəxslərin dərisi içərisinə ineksiya etməklə diaqnozu müəyyənləşdirmək üçün istifadə olunurdu:

Zərdab inyeksiya edilməklə sensibilizasiya olunmuş sahəyə bir-neçə saatdan sonra test-antigenin inyeksiya edilməsi yerli allergiya reaksiyası ilə nəticələnir.Hazırda atopiyanın diaqnozu əsasən radioallerosorbent test (RAST) vasitəsilə spesifik İgE-nin in vitro təyininə əsaslanır.



Atopiyanın səbəbləri dəqiq müəyyənləşdirilməmişdir.Güman edilir ki,Ts-limfositlərin miqdarının azalması və İgE-nin konsentrasiyasının qeyri-normal səviyyədə yüksəlməsi əsas səbəblərdəndir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə