Ataxan həSƏnovun




Yüklə 150.83 Kb.
tarix28.04.2016
ölçüsü150.83 Kb.
BAKI DÖVLƏT UNİVERSİTETİ
BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ BEYNƏLXALQ HÜQUQ FAKÜLTƏSİ
DÜNYA İQTİSADİYYATI İXTİSASI 500-cü QRUP TƏLƏBƏSİ

ATAXAN HƏSƏNOVun

İQTİSADİ COĞRAFİYADAN


FƏRDİ İŞİ
MÖVZU :
MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİNİN İQTİSADİ-COĞRAFİ SƏCİYYƏSİ

PLAN:


  1. Mərkəzi Asiyanın Ümumi İqtisadi Coğrafi Mövqeyi və Səciyyəsi

  2. Qazaxıstan və onun İqtisadi Coğrafi Mövqeyi və Səciyyəsi

  3. Türkmənistan və onun İqtisadi Coğrafi Mövqeyi və Səciyyəsi

  4. Özbəkistan və onun İqtisadi Coğrafi Mövqeyi və Səciyyəsi

  5. Qırğızıstan və onun İqtisadi Coğrafi Mövqeyi və Səciyyəsi

  6. Tacikistan və onun İqtisadi Coğrafi Mövqeyi və Səciyyəsi

  7. Monqolustan və onun İqtisadi Coğrafi Mövqeyi və Səciyyəsi

1. Mərkəzi Asiyanın Ümumi İqtisadi Coğrafi Mövqeyi və Səciyyəsi


Mərkəzi Asiyanı qərbdən Xəzər dənizi, şərqdən Böyük Xincan dağları, şimaldan Rusiyanın cənubu və cənubdan Hindistanın şimalını əhatə edir. Regionun dünya okenanından uzaqda yerləşməsi, iqliminin kontinental olması, relyefinin olduqca mürəkkəb olması buranın coğrafi mövqeyinin mənfi cəhətləridir. Amma buna baxmayaraq, regionda faydalı qazıntıların yayılma arealı olduqca zəngindir. Buda regionun İCMni bir az artırır.

Mərkəzi Asiyaya 6 ölkə daxildir:



  1. Qazaxıstan

  2. Türkmənistan

  3. Özbəkistan

  4. Qırğızıstan

  5. Tacikistan

  6. Monqolustan

Mərkəzi Asiya faydalı qazıntılarla olduqca zəngindir. Neft-qaz Qazaxistan, Türkmənistan, Özbəkistanda; Daş kömür, dəmir filizi Qazaxıstan və Qırğızıstanda; aluminium Tacikistan, Özbəkistan, Qırğızıstanda; qızıl Özbəkistanda və Qırğızıstandadır. Özbəkistanın Murantau bölgəsində dünyanın ən saf qızılı çıxarılır(ildə 80 ton). Daş kömür Qazaxıstanda Karaqanda və Ekibastusda çıxarılır. Dəmir filizi Qazaxıstanda; Mis filizi Qazaxıstanda, Özbəkistanda; Polimetal filizi Qazaxıstanda, Özbəkistanda; Qızıl Qazaxıstanda, Özbəkistanda çıxarılır.

Region okeanlardan uzaq yerləşdiyi üçün iqlimi olduqca kontinentaldır. Onun üçündə təbii olaraq burada meşə olduqca az yer tutur. Suvarmada Amudərya və Sırdərya çaylarının rolu çox böyükdür. Hətta bu çayların həddindən artıq istifadəsi nəticəsində Aral gölü qurumaq təhlükəsi ilə üzləşmişdir. Ərazinin relyefi xelyi mürəkkəbdir. Burada hündür dağlar, ovalıqlar, səhralar yerləşir.

Əhalinin milli tərkibi olduqca mürəkkəbdir. Türkdilli xalqlardan özbək, qazax, türkmən, qırğız, qaraqalpaq; farsdilli xalqlardan isə taciklər; və həmçinin monqollar yaşayır. Vaxtilə bura siyasi səbələrdən ruslar, ukraynalılar, almanlar sürgün edilmişlər.(xüsusilə Qazaxıstan çöllərinə) ama sonradan almanlar öz vətənlərinə qayıtmışlar. Ən yüksək təbii artım Tacikistan və Monqolustandadır(2,5 %), ən aşağı təbii artım isə Qazaxıstandadır(1,2 %). Daşkənd və Almatı regionun ən iri milyonçu şəhərlərindəndir.

Bu regionun ölkələrinin hamısı İOÖ-dir. Yəni sənayenin əsasını yerli xammala əsaslanan hasilat sənayesi təşkil edir. Sənayenin əsas sahələri qara və əlvan metallurgiya, yanacaq-energetika, maşınqayırma və s. Burada



Bu regionda əhalinin 45% kənd təsərrüfatında işləyir. Kənd təsərrüfatı ÜDM-nin 25 % dir. Kənd təsərrüfatında əsasən əkinçilik maldarlıqdan üstündür (Monqolustan və Qırğızıstan istisna). Kənd təsərrüfatında əsas yeri pambıqçılıq tutur. Bu region pambıqçılıq üzrə dünya birincisidir(ildə 9-11 million ton) Pambıqçılıq üzrə Özbəkistan və Türkmənistan ixtisaslaşıb. Özbəkistan pambıq istehsalına görə dünyada 5. yeri tutur. Pambıq əsasən Fərqanə, Daşkənd vadisi; Zərəfşan, Vaxsh vadiləri; Qaraqum kanalı boyu əkilir. Qazaxıstanda taxılçılıq inkişaf etmişdir. Monqolustan xaric bütün ölkələrdə əkinçilik var. Monqolsutanda dini inanclar və milli mentalitetə görə əkinçilik minimum səviyyədədir. Heyvandarlıq geniş yayılıb. Ətlik-Yunluq qoyunçuluq Monqolustan və Qırğızıstanda; qaragül qoyunçuluğu, baramaçılıq və digər sahələr inkişaf edib.
Region xaricə əsasən neft-qaz, kənd təsərrüfatı, qara və əlvan metallurgiya məhsulları göndərir.
QAZAXISTAN

Paytaxt : Astana

Ən böyük şəhər : Almatı

Rəsmi dil: qazax və rus

Ərazi: 2,724,900 km2 (9th)

Əhali: 16,402,861 (2009)

Əhalinin sıxlığı: 6/km2 (226th)

Din: İslam

Etnik qruplar: 67% Qazax 18% Rus 2.7% Ukrayna 2.6% Özbək 1.5% Uyğur 1.4% Tatar 1.3% Alman 5.5% başqaları

İxracat: Metallar, mineral xammallar, kimya sənayesi, taxıl

İdxalat: elektrik enerjisi, maşınqayırma, elektronika

Ən Böyük ticarət tərəfdaşları: MDB ölkələri, Almaniya, Niderland



QAZAXISTANIN İQTİSADİ GÖSTƏRİCİLƏRİ (mənbə:İMF)(BVF)  

      Shaded cells indicate IMF staff estimates

Subject Descriptor

Units

Scale

2006

2007

2008

2009

Ümumi Daxili Məhsul

U.S. dollars

Billions

81.003

104.850

135.601

107.038

Ümumi Daxili Məhsul Adambaşına Düşən

U.S. dollars

Units

5,260.992

6,748.402

8,718.886

6,875.496

Gross domestic product based on purchasing-power-parity (PPP) valuation of country GDP

Current international dollar

Billions

150.616

168.717

177.835

176.996

Gross domestic product based on purchasing-power-parity (PPP) per capita GDP

Current international dollar

Units

9,782.142

10,859.044

11,434.487

11,369.172

Əhali

Persons

Millions

15.397

15.537

15.553

15.568

Qazaxıstan Mərkəzi Asiyanın ən zəngin ölkəsidir. Bu ölkənin ərazisi Volqaboyundan Altay qədər, Qərbi Sibir ovalığından Tyan-Şana qədər uzanır. Ölkənin relyefi əsasən düzənlikdir. Qərbdə Karagiye çökəkliyi ilə birlikdə Xəzəryanı ovalıq. Mərkəz hissəsində Tuqay yaylası tutur. Cənubda isə qızılqum səhrası ilə turan ovalığı çıxır. Şərqdə Altay, Tarbaqatay dağları var. Şimalda isə Sibir düzənliyi var. Burada iqlim əsasəm kontinentaldır. Səbəb isə okeanlarda çox uzaqda yerləşməsidir. Daxili sular cəhətdən olduqca zəifdir.

Qazaxıstanın təbii resursları olduqca zəngindir. Bu ölkədə yanacaq-energetika, metallurgiya, maşınqayırma, kimya, yüngül, yeyinti sənayesi inkişaf edib. Kənd təsərrüfatında taxıl və pambıq inkişaf edir. Heyvandarlıqda əsasən maldarlıq, qoyunçulq, atçılıq, arıçılıq,dəvəçilik inkişaf edib. Nəqliyyat bütün sahələrdə inkişaf edib. Qazaxıstan öz ÜDM-nu 2000, 2001, 2002, 2003, 2004, and 2005 illərdə müvafiq olaraq: 9.8%, 13.2%, 9.5%, 9.2%, 9.4%, and 9.2% artırıb. Qazaxıstan 2010-da dünyanın bir mömrəli uranium ixracatçısı olmağını qarşısına məqsəd qoyub. 2000-də Qazaxıstan MDB ölkələri içində BVF(İMF)-ə borclarını tam ödəyən ilk ölkə olub.

Qazaxıstanın çox zəngin neft resursları var. Qazaxıstan 4 milyard ton neft və 2000 kub metr qaz ehtiyatlarına malikdir. Hesablamalara görə Qazaxıstan 2015-ə qədər həe gün 3 million barel neft çıxarda bilər. Buda Qazaxıstanı dünyanın ilk 10 neft istehsalçısı ölkəsindən biri edir. Burada neft əsasən Yeralıyev və Aktaudan çıxarılır.

Qazaxıstanda çox zəngin daş kömür yataqları var. (karaqanda, ekibastus)

Qazaxıstan xrom istehsalına görə Cənubi Afrika və Zimbabvedən sonra 3. yerdədir. Xrom əsasən Qazaxıstanın şimal regionu Aqtobe və Xromatuda cəmləşib.

Xrom istehsalı əsasən Qərbin investisiyası və maraqlarına görə işləyir.

Qazaxıstanda böyük mis ehtiyatları var. Bu ehtiyatlar əsasən Artemonskoye, Zaman-Aybat, Aktogay, Saryoba rayonlarında yayılıb. Mis istehsalında “kazakhmys” şirkətinin böyük rolu var. Burada ildə təxmini 28000 ton mis və 98000 ton sink çıxarılır.

Bunla yanaşı Qazaxıstanda böyük miqdarda qurğuşun çıxarılır.(Leninoqorsk, Kamenogorsk)

Qazaxıstan Uran istehsalına görə dünyada 4. yerdir. Qazaxıstanın Kazatomprom şirkəti dünyanın ən böyük 5 uran şirkətindən biridir.

Kənd Təsərrüfatı Qazaxıstan İqtisadiyyatının 10.3%-ni verir(2005). Qazaxıstan dünyanın ən böyük 7. taxıl istehsalçısıdır. Burada əsasən taxılçılıq və pambıqçılıq inkişaf edib. Başqa bitkilərdən çəltik, darı, qarğıdalı, şəkər çuğundur, tütün, günəbaxan, üzüm, bostan-tərəvəz bitkiləri var.

Qazaxıstan 5 iqtisadi regiona bölünür:



  1. Şimal : taxıl, yeyinti, dağ-mədən, maşınqayirma, metallurgiya

  2. Mərkəz : dağ-mədən, metallurgiya

  3. Qərb : neft hasilatı emalı, balıqçılıq

  4. Cənub : dağ-mədən, kimya, maşınqayırma, tikinti, yüngül, yeyinti

  5. şərq : əlvan metallurhiya, heyvandarlıq



TÜRKMƏNİSTAN

Paytaxt : Aşqabad

Dil : Türkmən

Ərazi : 488,100 km2 [1](52nd)

Əhali : 5,110,000[2] (112th)

Din : islam


TÜRKMƏNİSTAN İQTİSADİ GÖSTƏRİCİLƏR        Shaded cells indicate IMF staff estimates

Subject Descriptor

Units

Scale

2006

2007

2008

2009

ÜDM


Current international dollar

Billions

23.412

26.876

30.332

32.030

ÜDM ADAMBASİNA

Current international dollar

Units

4,586.615

5,182.312

5,756.674

5,983.157

ƏHALİ

Persons

Millio

5.104

5.186

5.269

5.353

Türkmənistan digər mərkəzi asiya ölkələrinə nisbətən daha yaxşı İCM-ə sahibdir. Burada relyef əsasən düzənlikdir. Burada Qaraqum, Xəzəryanı ovalıqlar və Krasnovodsk, Çelyunkir yaylaları yerləşir. İranla sərhəd boyu Kopetdağ silsiləsi uzanır.

Türkmənistanda əhalinin 93% türkməndir. Kənd əhalisi üstünlük təşkil edir. Ən iri şəhərlər Aşqabad, Türkmənbaşı, Taşauz, Cərco, Marıdır. Urabnizasiyanın səviyyəsi aşağıdır.

Burada Təsərrüfatın əsasını neft-qaz sənayesi təşkil edir. Bundan əlavə kimya, yüngül, yeyinti sənayesi inkişaf etmişdir. Kənd Təsərrüfatında pambıq, üzüm, çəltik, taxıl, meyvəçilik, atçılıq, qoyunçuluq inkişaf edib. Nəqliyyatın bir çox növləri var.

Türkmənistan qaz ehtiyatlarına görə Rusiya, İran, ABŞdan sonra 4. yerdir. Türkmənistanda qaz ixracatını Türkmənqaz şirkəti edir. Qaz ixracatı sənayenin əsas dinamik sahəsidir. Türkmənistanın qaz yataqları 8.1-8.1 trillion kum metrdir.

Türkmənistanın əsas neft ixracatçısı Turkmennebit şirkətidir. Burada Koturdepe, Balkanabad, Chekelen neft yataqları var. Burada təxminən 700 million ton neft var.

Türkmənistanda elektroenergetika sahəsi inkişaf edib. Beləki, türkmənistan qonşu ölkələrə işıq satır. Burada əsas enerji mənbəyi Hindikush SES-dır.

Türkmənistanda əkilən torpaqların 50 %-i pambıq plantasiyalarıdır. Pambıq ixracatı ölkənin iqtisadi həyatında böyük rol oynayır. ÜDMun 21% ni kənd təsərrüfatı verir. Əhalinin 49%i kənd təsərrüfatında işləyir. Ama buna baxmayaraq ərazinin cəmi 4% əkinə yararlıdır. Bundan başqa türkmənistanda üzüm, taxıl, çəltik var.

Bundan başqa Türkmənistanda Qaraboğazgök qlabuer yatağı, Cəbəl kalium duzu yatağı var.

Ölkə 5 iqtisadi rayona bölünür.
ÖZBƏKİSTAN

Paytaxt : Taşkənt

Əhali : 27,606,007 [7] (45th)

Ərazi : 447,400 km2 (56th)

Dil : Özbək

Din : İslam


ÖZBƏKİSTAN İQTİSADİ GÖSTƏRİCİLƏRİ       Shaded cells indicate IMF staff estimates

Subject Descriptor

Units

Scale

2006

2007

2008

2009

ÜDM

U.S. dollars

Billions

17.027

22.307

27.918

30.321

ÜDM ADAMBAŞINA

U.S. dollars

Units

642.796

830.232

1,026.743

1,093.269

Gross domestic product based on purchasing-power-parity (PPP) valuation of country GDP

Current international dollar

Billions

57.114

64.330

71.618

77.811

Gross domestic product based on purchasing-power-parity (PPP) per capita GDP

Current international dollar

Units

2,156.202

2,394.316

2,633.946

2,805.581

ƏHALİ

Persons

Millions

26.488

26.868

27.190

27.734

Özbəkistan əsasən düzənlikdə yerləşir. Ərazinin çox hissəsi turan ovalığında xüsusilə Qızılqum səhrasında yerləşir. Şərq və cənub hissələri Tyan-Şan və Hissar-Alay dağlarınln ətəkləridir.

Əhalinin 70 % özbəkdir.hər km-ə 50 nəfər sıxlıq düşür. İri şəhərlər Daşkənd, Səmərqənd, Əndicandır. Respublika əmək ehtiyatları ilə yaxşı təmin olunub.

Dağ-Mədən sənayesinin bəzi növləri, kənd təsərrüfatı maşınqayırması, pambıqçılıq çox yüksək səviyyədə inkişaf etmişdir. Özbəkistan sənayesinin əsasını energetika, maşınqayırma, əlvan metallurgiya, kimya, yeyinti, yüngül sənaye durur.

Burada suvarılan ərazilərin 60% pambiq plantasiyalarıdır. Illik pambıq yığımı 5 mln tondur. Pambıq əsasən Qaraqalpaq, Səmərqənd, Fərqanə, Qaşqadəryada bitir. Bunla yanaşı hər il təxmini yarım milyon ton pambıq yağı istehsal olunur ki, buda özbəkistan yeyinti sənayesində mühüm yer tutur. Özbəkistanda pambıqla yanaşı Üzüm, çəltik, taxıl və subtropik bitkiler yetişdirilir.

Heyvandarlıqda qoyunçuluq, atçılıq, ipəkçilik, xəzdərili heyvandarlıq fərqlənir. Burada nəqliyyatda aparıcı rolu dəmir və avtomobil nəqliyyatı oynaylr.

Bunla yanaşı Özbəkistan dünyada ən çox qızıl istehsal edən 7. ölkədir.


QIRĞIZISTAN

Paytaxt : bişkek

Ərazi : 199,900 km2 (86th)

Əhali : 5,482,000[3] (110th)

Din : islam

Dil : qırğız, rus


QIRĞIZISTAN İQTİSADİ GÖSTƏRİCİ       Shaded cells indicate IMF staff estimates

Subject Descriptor

Units

Scale

2006

2007

2008

2009

ÜDM

U.S. dollars

Billions

2.837

3.807

5.050

4.681

ÜDM ADAM BAŞINA

U.S. dollars

Units

545.929

724.729

950.796

871.730

Gross domestic product based on purchasing-power-parity (PPP) valuation of country GDP

Current international dollar

Billions

9.461

10.559

11.604

11.957

Gross domestic product based on purchasing-power-parity (PPP) per capita GDP

Current international dollar

Units

1,820.645

2,009.832

2,184.718

2,226.761

ƏHALİ

Persons

Millions

5.196

5.253

5.311

5.370

Ölkənin ərazisi cənub-qərbdə Pamir-Altay, şimal-şərqdə Tyan-Şan silsilə dağlarının əhatəsində yerləşir. Ərazi yüksək dağ vadiləri və dərələri ilə ayrılır. Şimalda Çuy vadisi, cənubda Alay vadisi, cənub-qərbdə isə fərqanə vadisi.

Burada qırğızlar əhalinin 54 % təşkil edir. Və burada ruslar, özbəklər, ukraynalılar, qazaxlar yaşayır. Olduqca zəif urbanizasiyalaşıb. Əhalinin 38% şəhərlərdə yaşayır. İri Şəhərləri Bişkek, Oş, Cəlalabaddır.

Sənayenin əsasını maşınqayırma, əlvan metallurgiya, yanacaq-energetika, yüngül və yeyinti sənaye təşkil edir.

Burada faydalı qazıntılardan sink, qurğuşun, qızıl, daş kömür və həmçinin tikinti materiaları da var. Mərkəzi Asiyanın əksər çaylarının mənbəyini Qırğızıstanda yerləşən yüksək dağlıqdan götürdüyü üçün Qırğızıstanın olduqca böyük enerji potensialı var. Buna görə də, qırğızıstan ərazisində xeyli sayda SES yerləşir.

Kənd təsərrüfatı ölkənin iqtisadi həyatında olduqca böyük rola malikdir. CİA World Factbooka əsasən ÜDMun 55% kənd təsərrüfatı verir. Bunla bərabər əhalinin 55 % i kənd təsərrüfatı sahəsində işləyir. Kənd Təsərrüfatı əsasən Fərqanə vahisi, Talas əyaləti və Çuy əyalətində əlverişlidir. Kənd Təsərrüfatı məhsulları arasında tütün, pambıq, kartof, üzüm, meyvəçilik əsas yer tutur. Kənd Təsərrüfatında əsasən tütün və pambıq ixrac edilir. Və çox az miqdarda ət ixrac edilir. Heyvandarlıqda əsasən zərifyunlu qoyunçuluq, maldarlıq atçılıq inkişaf edib. Daxili nəqliyyatda əsas üstünlek avtomobil nəqliyyatına verilir. Böyük rekreasiya xüsusilə dağ turizmi sahəsində potensialı var.

Qırğızıstan 9 İqtisadi-Coğrafi rayona bölünür.

TACİKİSTAN

Paytaxt : Düşənbə

Əhali : 7,349,145[4] (97th)

Ərazi : 143,100 km2 (102nd)

Din : İslam

Dil : Tacik


TACİKİSTAN İQTİSADİ GÖSTƏRİVİ mənbə İMF        Shaded cells indicate IMF staff estimates

Subject Descriptor

Units

Scale

2006

2007

2008

2009

ÜDM

U.S. dollars

Billions

2.811

3.712

5.135

4.577

ÜDM ADAM BAŞINA

U.S. dollars

Units

440.575

578.294

795.108

704.551

Gross domestic product based on purchasing-power-parity (PPP) valuation of country GDP

Current international dollar

Billions

10.689

11.852

13.062

13.531

Gross domestic product based on purchasing-power-parity (PPP) per capita GDP

Current international dollar

Units

1,675.076

1,846.357

2,022.640

2,082.768

ƏHALİ

Persons

Millions

6.381

6.419

6.458

6.497

Tacikistanın ərazisi əsasən dağlıqdır. Şimalda Fərqanə vadisi, şimal-qərbdə və ölkənin mərkəzində Türküstan, Zərəfşan, Hissar, Alay sıra dağları. Cənub-Şərqdə İsmayıl Səməni piki olan Pamir dağları yerləşir.

Tacikistanın böyük hidroresursları var. Tacikistanda həmçinin zəngin aliminium yataqlarıda var.

Tacikistanın çox böyük hidroresursları var. Dünyanın ən hündür bəndi olan SESi Nurek burada yerləşir.

Tacikistanda olduqca zəngin qızıl, gümüş və antimon yataqları var. ən böyük gümüş yatağı Sugd əyalətindədir. Bundan başqa Tacikistan strontium, duz, qurğuşun, sink, floraspar və civə istehsaı edir. Sovet dönəmində külli miqdarda uranium istehsal edilirdi. Ama müstəqillik dönəmində iqtisadi çətinliklərə görə uranium istehsalı dayandırıldı. Qazaxıstanın ekstensiv aluminium sənayesi tamamilə gətirilmə filizlə işləyir.

Tacikistanda balıqçılığın inkişafı üçün münbit şərait var. 2003-də 158 ton balıq ixrac olunub.

Tacikistanda kənd təsərrüfatı nisbətən zəif inkişaf edib. Bunun əsas səbəbi yararlı torpaqların sahəsinin olduqca az olması və bununla yanaşı iqtisadi çətinliklərdir. Tacikistan höküməti torpaq islahatları haqqında qanun versədə bu qanunun düzgün icra olunmaması bir çox problemlər yaradır. Buda öz növbəsində kənd təsərrüfatının inkişafının qarşısını alır. Tacikistanda əsasən taxıl, kartof, soğan, pomidor, meyvəçilik və düyü becərilir. ərazinin 80 % dan çoxunun irriqasiyaya ehtiyacı var. Tacikistan Qazaxıstan və Özbəkistandan külli miqdarda üzüm idxal edir.

Tacikistan əsasən alüminium, pambıq, parça, bitki yağları, meyvələr ixrac edir, və dəzgahlar, ərzaq, içkilər, elektronika, avtomonillər idxal edir.


MONQOLUSTAN

Paytaxt : Ulan-Bator

Əhali : 2,671,000[3] (139th)

Ərazi : 1,564,115.75 km2 (19th)

Dil : monqol

Din : bütpərəst

MONQOLUSTAN İQTİSADİ GÖSTƏRİCİ mənbə İMF       Shaded cells indicate IMF staff estimates

Subject Descriptor

Units

Scale

2006

2007

2008

2009

Gross domestic product, current prices

U.S. dollars

Billions

3.156

3.930

5.243

4.212

Gross domestic product per capita, current prices

U.S. dollars

Units

1,223.772

1,502.825

1,975.316

1,563.576

Gross domestic product based on purchasing-power-parity (PPP) valuation of country GDP

Current international dollar

Billions

7.468

8.467

9.414

9.609

Gross domestic product based on purchasing-power-parity (PPP) per capita GDP

Current international dollar

Units

2,896.213

3,237.988

3,546.932

3,566.753

Population

Persons

Millions

2.579

2.615

2.654

2.694

Monqolustanın şimalında yaylalar səhra və tayqa ilə örtülüdür. Cənubda Qobi səhrası kimi quru səhralar var. Şimalda isə bir neçə dərin dərə və vadi var. Burada Böyük Göllər çöçəkliyi, Göllər vadisi, Orxon və Selenqa çay vadiləri var.

Monqolustan iqtisadiyyatı kənd təsərrüfatı və dağ-mədən sənayesi üzərində qurulub. Monqolustanın zəngin mineral resursları var. Mis, kömür, molibden, qalay, volfram, və qızıl monqolustanın təbii ehtiyatlarındandır.

Monqolustanda buğda, arpa, kartof, tərəvəz, pomidor, yemiş, qarpız əkilir.

Monqolustanda baş verən iqtisadi inkişafa baxmayaraq burda hələdə əhalinin 35.6 % yoxsuldur.

Sənaye Monqolustan ÜDMnun 21.4%i verir. Buda təxminən kənd təsərrüfatının müvafiq göstəricisinə yaxındır. Monqolustan sənayesinin əsasını tikinti materialları istehsalı və dağ-mədən sənayesi tutur. Monqolustanın dağ-mədən sənayesi əsasən Çin, Rusiya və Kanadanın monopoliyasında və nəzarətindədir.

Monqolustanın ən böyük ticarət əməkdaşı Çindir. 2006da Monqolustanın ixracatının 68.4 % -ni Çin tutub.

Monqolustan əsasən dağ-mədən sənayesi məhsulları, dəri və dəri məhsulları ixrac edir və sənaye avadanlığı, mineral yanacaq və sürtkü yağları idxal edir.




İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1.DÜNYA ÖLKƏLƏRİ. NURLAR NƏŞR. 2004

2.COĞRAFİYA. NƏRİMAN CƏBRAYILOV. MÜTƏRCİM NƏŞR. 2008

3. COĞRRAFİYA TQDK. 2005


İSTİFADƏ OLUNAN İNTERNT SAYTLAR:

  1. http://en.wikipedia.org/wiki/Turkmenistan

  2. http://en.wikipedia.org/wiki/Agriculture_in_Turkmenistan

  3. http://en.wikipedia.org/wiki/Economy_of_Turkmenistan

  4. http://en.wikipedia.org/wiki/Agriculture_in_Central_Asia

  5. http://en.wikipedia.org/wiki/Agriculture_in_Kazakhstan

  6. http://en.wikipedia.org/wiki/Economy_of_Kazakhstan

  7. http://en.wikipedia.org/wiki/Mineral_industry_of_Kazakhstan

  8. http://en.wikipedia.org/wiki/Central_asia

  9. http://www.imf.org/external/country/index.htm

  10. http://www.nationsencyclopedia.com/Asia-and-Oceania/Kazakhstan-AGRICULTURE.htmlhttp://www.imf.org/external/research/index.aspx

  11. http://www.imf.org/external/pubs/ft/weo/2009/02/weodata/weorept.aspx?sy=2006&ey=2009&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=927&s=NGDPD,NGDPDPC,PPPGDP,PPPPC,LP&grp=0&a=&pr.x=48&pr.y=2

  12. http://en.wikipedia.org/wiki/Uzbekistan

  13. http://en.wikipedia.org/wiki/Economy_of_Uzbekistan

  14. http://en.wikipedia.org/wiki/Kirgizstan

  15. http://www.imf.org/external/pubs/ft/weo/2009/02/weodata/weorept.aspx?sy=2006&ey=2009&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=917&s=NGDPD,NGDPDPC,PPPGDP,PPPPC,LP&grp=0&a=&pr.x=60&pr.y=8

  16. http://en.wikipedia.org/wiki/Economy_of_Kyrgyzstan

  17. http://en.wikipedia.org/wiki/Agriculture_in_Kyrgyzstan

  18. http://en.wikipedia.org/wiki/Economy_of_Tajikistan

  19. http://www.imf.org/external/pubs/ft/weo/2009/02/weodata/weorept.aspx?sy=2006&ey=2009&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=948&s=NGDPD,NGDPDPC,PPPGDP,PPPPC,LP&grp=0&a=&pr.x=38&pr.y=16

  20. http://en.wikipedia.org/wiki/Mongolia#cite_note-imf2-4

  21. https://www.cia.gov/library/publications/the-world-factbook/index.html

  22. http://en.wikipedia.org/wiki/Agriculture_in_Tajikistan

  23. http://en.wikipedia.org/wiki/Tajikistan


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə