Ataxan həSƏnovun İQTİsadi coğrafiyadan fəRDİ İŞİ MÖvzu : urbanizasiYA




Yüklə 58.87 Kb.
tarix26.04.2016
ölçüsü58.87 Kb.
BAKI DÖVLƏT UNİVERSİTETİ

BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ BEYNƏLXALQ HÜQUQ FAKÜLTƏSİ

DÜNYA İQTİSADİYYATI İXTİSASI 500-cü QRUP TƏLƏBƏSİ

ATAXAN HƏSƏNOVun

İQTİSADİ COĞRAFİYADAN

FƏRDİ İŞİ

MÖVZU :


URBANİZASİYA

XIX əsrdən başlayaraq dünya coğrafiyasında şəhərlərin rolu artmağa başlamışdır. Dünyada sənaye sahəsinin güclü inkişafı nəticəsində əhalinin kəndlərdən şəhərlərə axını olmuşdur. Bu zaman şəhərlər daha da böyümüşdür. Dünya, region, ölkə əhalisi arasında şəhər əhalisinin artması, şəhərlərin rolunun yüksəlməsi, şəhər həyat tərzinin geniş yayılması urbanizasiya adlanır. Urbanizasiya latın sözüdür və “Urbanus”-şəhər deməkdir.

Urbanizasiya dar mənada şəhərlərini sayının və şəhərlərdə yaşayan əhalinin sayının artması prosesidir. Bu mənada urbanizasiya demoqrafik xüsusiyyətə malikdir. Lakin urbanizasiya sadəcə olaraq əhali artımı prosesi olmayıb, eyni zamanda cəmiyyətin iqtisadi və ictimai quruluşunda baş verən dəyişiklikləri də özündə əks etdirir. Beləliklə, geniş mənada urbanizasiya sənayeləşmə və iqtisadi tərəqqiyə paralel olaraq, şəhərlərin kəmiyyətcə artması və böyüməsi nəticəsində, cəmiyyətdə sürətli təşkilatlanma, əmək bölgüsü və ixtisaslaşma yaratmaqla, insanların davranış və münasibətlərində şəhərə xas olan dəyişikliklərə yol açan bir əhali artımı prosesidir.

Dünyada vahid şəhər anlayışı yoxdur. Danimarka, İsveç, Finlandiyada əhalisi 200, Kanada, Avstraliyada 1000, Fransa, Almaniya, Kubada 2000, Meksika, ABŞ-da 2500, Yaponiyada isə 30.000 nəfərdən çox olan yaşayış məntəqəsi şəhər adlanır.

Şəhərlərin formalaşma prosesini şərti olaraq 3 dövrə ayırmaq olar.
1. İlk urbanizasiya XVI -XVII əsrlər. Bu dövrdə yerli qidalanma, əl əməyi, külək və sudan alınan enerji və s. mövcud idi. Kifayət qədər inkişafın olmaması ilk ekoloji problemlərin yaranmasına gətirib çıxarmışdı.
2. Urbanizasiyanın ikinci mərhələsi su və quru nəqliyyatın yaranması, yolların çəkilməsi, istilik yanacağından istifadə ilə müşahidə olunmuşdur.
3. Üçüncü mərhələ urbanizasiya XIX əsrdən etibarən başlamışdır.

1900-cu ildə müasir anlamda ilk urbanizasiyanın baş verdiyi ölkə Böyük Britaniya olmuşdur. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə urbanizasiya fərqli xüsusiyyətlərə malikdir. Urbanizasiyanın intensivliyi həmin ölkənin sənayesinin inkişaf səviyyəsindən bilavasitə asılıdır. Zəif inkişaf etmiş ölkələrdə urbanizasiya səviyyəsi 10%, nisbətən inkişaf etmiş ölkələrdə isə 60-70% müşahidə olunur.

Bunu da qeyd etmək lazımdır ki, bəzi proqnozlara görə planetin hamısı şəhərlərə axın edəcək, lakin bununla belə, bir sıra sıx əhailsi olan şəhərlərdə artım elə intensiv getmişdir ki, şəhər kənarına axın müşahidə edilməkdədir.

Sənaye inqlabından sonra dünya şəhərlərin istər iqtisadi, istərsə də siyasi strukturunda bir çox dəyişiklər baş verdi. İngiltərədə başlayan sənaye inqilabı, müəyyən fasilələrlə Almaniya, Fransa, İsveçrə və Belçika kimi digər Avropa ölkələrinə yayılmışdır. Qərbdə bu tərəqqi ümumiyyətlə təxminən 200 il davam etmiş, və burada artıq şəhər cəmiyyəti formalaşmışdır. Bütün sənaye sahələri köhnə şəhərlərdən, enerji mənbələrinin, nəqliyyat vasitələrinin, xammal ehtiyatlarının və işçi qüvvəsinin ucuz və əlverişli olduğu yerlərə axın etməyə başladı. Məhz sənaye inqlabından sonra, urbanizasiya prosesi başlamış və get-gedə vüsət almışdır. Başqa sözlə sənayeləşmə urbanizasiyanı şərtləndirən başlıca amil olmuşdur.

Urbanizasiya XX ci əsrin ən böyük fenomenlərindəndir. İnkişaf etmiş, inkişaf edən ölkələr, bir sözlə bütün cəmiyyətlər bu fenomenlə qarşılaşmışlar. Müasir dövrdə şəhərlərin sürətli artımı daha çox inkişaf etmiş və ya inkişaf edən ölkələrdə müşahidə olunmuşdur.Müasir Urbanizasiyanın 3 səciyyəvi əlaməti vardır


  1. Şəhər əhalisi sürətlə artır

  2. Əhali və təsərrüfat əsasən iri şəhərlərdə təmərküzləşir

  3. Şəhər ərazisi genişlənir

Nataraz urbanizasiya bir mənada ölkənin az inkişaf etmiş olmasının göstəricisi olsa da, öz təbii qanunauyğunluğu içində müntəzəm urbanizasiya prosesi, eyni zamanda ölkənin gələcək tərəqqisi üçün də ümid mənbəyi olmuşdur. İnkişaf etmə mərhləsində olan ölkələrdə şəhərlər get- gedə daha çox əhalini özünə cəlb etməklə, milli gəlirdə daha çox pay sahibi olmaqla, daha çox əmtəə və xidmət istehsal etməklə ölkənin dominant regionu olmağa can atırlar. Bu şəhərələrin idarəsi xüsusilə əhəmiyyətli, lakin çox çətin məsələyə çevrilmişdir.

Urbanizasiya prosesinin yaranmasında iqtisadi, texnoloji, siyasi və sosioloji amillərin böyük rolu vardır. İqtisadi amillərdən birincisi kəndliləri yaşadıqları kəndlərdən şəhərlərə sarı istiqamətləndirən miqrasiya amilidir. Kənd təsərrüfatında müasir texnoloji avadanlıqların tətbiqi ilə ibtidai üsulların aradan çıxması, bir sözlə kapitalist sənayenin kənd təsərrüfatına sirayət etməsi, bu sahədə işçi qüvvəsinə tələbatı xeyli azaltmışdır. Urbanizasiyanın sürətlənməsinə təkan verən amillərdən digəri isə müsbət miqrasıya adlandıra biləcəyimiz, kəndlilərin firavan və təminatlı həyat tərzi əldə etmək və şəhərin yüksək mədəni, sosial, iqtisadi mühitindən istifadə etmək ümidi ilə kəndlərdən şəhərə axınıdır.

Xülasə etsək, urbanizasiyanı şərtləndirən mənfi amilləri belə sıralaya bilərik:
- əhali artımının təyziqi;
- torpaq çatışmazlığı və torpaq bölgüsündə ədalətsizlik;
- gizli işsizlik, yetərsiz iş təminatı;
- aşağı məhsuldarlıq; kənd təsərrüfatında makinalaşma;
- bəzi mövsümlərdə iqtisadi fəaliyyətin yetərsizliyi;
- təbii fəlakətlər;
- kənd təsərrüfatı icraatları; kənd təsərrüfatı ərazilərinin xüsusiyyətləri;
- iqlim şəraiti və eroziya;
Urbanizasiyanı doğuran müsbət amillər isə bunlardır;
- kənd və şəhər arasındakı gəlir müxtəlifliyi;
- daha yaxşı və mütərəqqi təhsil imkanı;
- şəhər həyatının cazibəsi, daha yüksək həyat standartı;
- iş imkanları, nəqliyyat imkanları;
- müasir səhiyyə xidmətləri.
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə urbanizasiya fərqli xüsusiyyətlərə malikdir. Belə ki, inkişaf etrmiş ölkələrdə urbanizasiya prosesi sənayeləşmə ilə qovuşmuşdur. Sənaye urbanizasiyanı doğurmuşdur. İnkişaf edən və ya az inkişaf etmiş ölkələrdə isə bunun əksinə sənayeləşmədən daha sürətli urbanizasiya prosesi sezilir. Birinci qrup ölkələrdə, yəni urbanizasiyanın sənayeləşmənin nəticəsi olduğu ölkələrdə cərəyan edən urbanizasiya prosesi tarazlı, ikinci qrupdaki urbanizasiya isə nataraz urbanizasiya adlanır. Inkişaf edən ölkələrin şəhərləşmə dinamikasını inkişaf etmiş ölkələrin urbanizasiya prosesindən ayıran xüsusiyyətlərdə biri də, XX əsrin bir əhali partlayışına şahidlik etməsidir. Bunun nəticəsində inkişaf etməkdə olan ölkələrdə urbanizasiyanin sürətlənməsi demoqrafik xüsusiyyətə malik olmuşdur. II Dünya müharibəsindən sonra tibbdəki nailiyyətlərin də təsiri ilə, doğum nisbəti xeyli artmışdır. Bu nisbət inkişaf edən ölkələrdə daha yüksək olmuşdur. Başqa tərəfdən ölüm nisbətinin də kəndlərə nisbətdə şəhərlərdə daha aşağı olması şəhərlərdə təbii əhali artımının tempini yüksəltmişdir.

Bundan əlavə İEÖ-də şəhərlərdə ekoloji vəziyyətin kəskin xarakter alması nəticəsindəə suburbanizasiya prosesi yaranmışdır. Suburbanizasiya şəhər əhalisinin bir hissəsinin şəhər ətrafına köçməsidir. Misal olaraq ABŞ-da əhalinin 65%-i şəhər ətrafında yaşayır. Suburbanizasiya prosesi əsasən İEÖ-ə xasdır. Bunun səbəbi İEÖ-də şəhər ətrafı ilə şəhər mərkəzində yaşayış səviyyəsi eynidir. Onun üçün də yerli əhali şəhər ətrafında yaşamağa üstünlük verir. Buna görədə hal-hazırda İEÖ-də şəhər əhalisinin xüsusi çəkisi artmır.




Yer  

Şəhər  

Əhali  

Ərazi (km²)  

Sıxlıq

(/km²)  

Ölkə  

1

Mumbay

13,922,125[1]

603

23,088

 Hindistan

2

Şangay

13,831,900[2][3]

1,928

7,174

 Çin

3

Qəraçi

12,991,000[4]

3,527

3,683

 Pakistan

4

Delhi

12,259,230[1]

431.09[5]

28,438

Hindistan

5

Istanbul

11,372,613[6]

1,831

6,211

 Turkiyə

6

São Paulo

11,037,593[7]

1,523

7,247

 Braziliya

7

Moskva

10,508,971[8]

1,081

9,722

 Rusiya

8

Seul

10,456,034[9]

605.4

17,271

 Cənubi Koreya

9

Pekin

10,123,000[10]

1,368.32

7,400

 Çin

10

Mexiko

8,841,916[11]

1,485

5,954

 Meksika
İOÖ-də şəhər əhalisinin artım sürəti əhalinin artımından. Bu həm təbii artımın yüksək səviyyəsi, həm kəndlərdən şəhərlərə gedənlərin sayının artması ilə əlaqədardır. Bu halda şəhər iqtisadiyyatının yüksəlməsinə görə şəhərlilər artır. Odur ki, onlar işlə və digər sosial tələbatla təmin oluna bilmirlər. Nəticədə şəhəhrlilərin payı artsada iqtisadi həyatda onların payı heç də artmır. Buna Yalançı Urbanizasiya deyirlər. Buna görədə bəzi İOÖ-də urbanizasiyanın səviyyəsinin yüksək olması o ölkələrin inkişaf göstəricisi ola bilməz. Yalançı urbanizasiyanın mövcüd olduğu şəhərlərdə “yoxsulluq zonaları” yaranır. Belə yerlərə Braziliyada “favel”, Afrikada “bidonvil”, Türkiyədə isə “Gecəqondu” deyirlər.

İOÖ-də urbanizasiyanın artmasına baxmayaraq burada urbanizasiya ümumdünya göstəricisindən aşağıdır. Latın Amerikasında isə urbanizasiya “yalançı urbanizasiya” hesabına yüksəlir. Afrikada urbanizasiyanın səviyyəsi 30%, Asiyada isə 27%-dir. İOÖ-də Urbanizasiyanın səciyyəvi vəhəti əhalinin sayca az olan iri şəhərlər ətrafına toplanmasıdır.

Urbanizasiyanın idarə olunması hazırda mühüm məsələdir. İşsizlərin və aşağı əmək haqqı alan fəhlə və qulluqçuların şəhərlərdə toplanması sosial ziddiyətlər yaradır. İri şəhərlərdə ictimai nəqliyyat və ətraf mühitlə bağlı problemlər yaranır. Dünyanın quru hissəsinin 1%-i tutan şəhərlərdə dünya əhalisinin yarısı – 3 mlrd insan yaşayır.

Şəhərlər böyük, iri və milyonçu şəhərlərə bölünür. 1900-cu ildə 10, hazırda isə 400-dən çox milyonçu şəhər vardır. Milyonçu şəhərlərin sayına görə Çin, ABŞ, Hindistan və Rusiya fərqlənir. Dünyanın ən iri şəhərləri Mexiko, Tokyo, Nyu-York, Los-Angeles, London, Paris, İstanbul, Karaçı, Mumbay, Pekin, Sao Paulo, Şanxay kimi şəhərlər fərqlənir. İri şəhərlər sisteminə daxil olan və yığcam ərazidə birləşən iri şəhərlər sistemi aqlomerasiya adlanır. İEÖ-də, Latın Amerikasında, Hindistanda və Çində çoxmilyonlu aqlomerasiyalar formalaşıb. Hətta Bakını da aqlomerasiya hesab etmək olar.

Urbanizasiya prosesinin ən yüksək mərhələsi aqlomerasiya və şəhərlərin birləşməsi olan meqalapolislərdir. Meqalopolis yunan sözüdür mənası Meqa – nəhəng, Polis – şəhər deməkdir. İlk dəfə Amerikan alimi Lewis Mumford özünün 1938-də çap etdirdiyi “The culture of cities” kitabında meqalopolis sözünü istifadə etmişdir. Bəzi böyük şəhərlər və aqlomerasiyalar bir-birinə yaxın yerləşdiyi üçün böyüyərək bir-birinə yaxınlaşırlar və Meqalopolis yaradırlar. Dünyada ilk meqalopolislər Amerikada yaranmışdır. Buna səbəb şəhərlər arasında nəqliyyat əlaqələrinin inkişaf etməsi idi. Sonradan bu meqalopolislər Avropaya yayıldı. Ama Hazırda daha çox meqalopolis Asiyada Mövcüddur. Dünyada çox sayda meqalopolislər vardır. Meqalopolisləri çox zaman “dərininə urbanizasiyada adlandırılar. Dünyada ən böyük meqalopolislər aşağıdakılardır :


  1. ABŞ-da atlantik-sahili vəya BosWash – Boston, Philadelphia, New-York, Baltimore, Washington

  2. ABŞ-da Göllərətrafı vəya Çipits – Çikaqo, Detroyt, Klivlend, İndiniapolis, Pitsburq

  3. Kaliforniya vəya San-San – San-Fransisco, Los-Angeles, San Xose, San Diego

  4. Qanq çayı vadisi – Delhi, İslamabad, Lahor, Kanpur, Konkata, Varanasi

  5. Blue Banana – Dublin, Manchester, Birmingham, Shepfeld, London

  6. Rio-de-Janeiro, San-Paulo, Campinas

  7. Yaponiyada Taiheyo – Tokyo, Çiba, Kavasaki, Yokohoma, Nagoya, Kyoto, Osoko, Kobe, Hiroshima

Ədəbiyyat:



  1. Coğrafiya. Nəriman Cəbrayılov. Bakı. Mütərcim. 2008

  2. Coğrafiya. Tqdk

  3. Dünya Ölkələri. Bakı 2004

  4. http://en.wikipedia.org/wiki/List_of_megalopoleis

  5. http://en.wikipedia.org/wiki/Megalopolis_(city_type)

  6. http://en.wikipedia.org/wiki/Urbanisation

  7. http://images.google.az/imgres?imgurl=http://graphics8.nytimes.com

  8. http://www.prb.org/images09/TopTenUrbanConglom.gif&imgrefurl=http://www.prb.org/Educators/TeachersGuide

  9. http://2.bp.blogspot.com/_dj7hueuj-U0/Sq_JB7phyNI/AAAAAAAABNg/P-9Yzzbni1A/s400/Urban%2BGrowth%2BAsia.gif&img


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə